Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-21/2025 27.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X17 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri Ə.Salamzadə küçəsi 1055-də qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi ev 110 ünvanında yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda və xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 10 oktyabr 2023-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,014 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 21:20də Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zaman əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 1,014 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,190 qram qəhvəyi rəngli, tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 14:10 radələrində Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd qızılı rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,190 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, Təqsirləndirilən şəxs 11 yanvar 2024-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,337 qram qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 17:45-də Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına aparılmış, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,337 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən beş ildir ki, narkotik vasitələrdən istifadə edir. Bir neçə ay olar ki, mütəmadi olaraq narkotik vasitə heroin qəbul etdiyi üçün işdə tapıb işləyə bilməmişdir. Narkotik vasitələrdən istifadə onda asılılıq yaratdığı üçün həmin maddələrdən istifadə etməyəndə dözülməz ağrıları olmuşdur. Bu səbəbdən son vaxtlar ağırları olduqca əsasən, “kakos” kimi bilinən narotik vasitə heroin qəbul etmişdir. 10 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində o yaşadığı evdən çıxıb narkotik vasitə almaq məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan ərziyə gedərək üzdən tanıdığı lakin adını, soyadını, ata adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün gümüşü kağıza bükülmüş bir ədəd bükümdə qəhvəyi rəngli, tozşəkilli, “kakos” kimi bilinən narkotik vasitə heroini alıb əynində olan qara rəngli idman şalvarın sağ yan cibinə qoyub yaşadığı evə gəlmişdir. O aldığı narkotik vasitənin bir qədərini istifadə etdikdən sonra qalanını yenidən əynində olan şalvarın cibinə qoymuşdur. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 21:20 radələrində o yaşadığı evdən çıxıb qapının qarşısında dayanan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişdirlər. O həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişdirlər. O da polis əməkdaşlarına etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Bundan sonra xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyriqanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığnı görüb könüllü olaraq əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən gizlətdiyi gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb qarşıdakı masanın üstünə qoymuşdur. Polis əməkdaşları ondan həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o bildirmişdir ki, üzərindən aşkar edilmiş maddə narkotik vasitə heroindir və həmin maddəni o, Nəsimi rayonu, “Papanin” adlanan ərazidən üzdən tanıdığı, lakin adını, soyadını, ata adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində alıb üzərində saxlamışdır. Bundan başqa, o psixi problemi olduğu üçün narkotik vasitələrdən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitəni əvvəlcədən tanımadığı və şəxsiyyətləri barədə heç bir məlumatı olmayan şəxslərdən əldə etmişdir. xx.xx.2023-cü il tarixdə də səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində üzdən tanıdığı, lakin şəxsiyyəti barədə heç bir məlatı olmayan şəxsi görmüş və həmin şəxsi biraz kənara çəkib üzərində narkotik vasitə olub-olmadığını soruşduqda sonuncu ona müsbət cavab vermişdir. Bundan sonra o həmin şəxsdən 10 manat qarşılığında şəxsi istifadəsi üçün bir ədəd büküm narkotik vasitə heroin almışdır. Həmin bükümü əynindəki qara rəngli idman şalvarının sol yan cibinə qoyub yaşadığı ev istiqamətində hərəkət etmişdir. Bakı şəhəri, Səbail rayonu, A.Şaiq küçəsi 3 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxsin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini ona göstərmişdirlər. O həmin şəxslərin polis əməkdaşı olduqlarını başa düşmüş və ondan şübhələndiklərini zənn etmişdir. Polis əməkdaşları onu Səbail RPİ-nin 9- cu PB-nin inzibati binasına dəvət etmiş və o etiraz etməyərək polis əməkdaşları ilə birlikdə qeyd olunan bölməyə getmişdir. Orada xidməti otaqlardan birində dəvət olunmuş vəkilin və polis əməkdaşılarınm iştirakı ilə ona hüquq və vəzifələri izah edildikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Bu zaman üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması sualına cavab olaraq o əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərinə fiziki axtarış keçirilmişdir, lakin başqa hər hansı bir əşya aşkar edilməmişdir. Bundan başqa, narkotik vasitə və psixotrop maddələrdən istifadə onda asılılıq yaratdığından həmin maddələrdən istifadə etməyəndə dözülməz ağrıları olmağa başladığı üçün, o bu hadisədən bir müddət sonra, yəni xx.xx.2024-ci il tarixdə saat 15 radələrində o narkotik vasitə almaq üçün Nəsimi rayonu “Papanin” adlanan əraziyə getmiş, orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümdə qəhvəyi rəngli tozşəkilli, “kakos” kimi bilinən narkotik vasitə heroini alıb əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. O həmin narkotik vasitə heroin bükümünü cibində gizlədərək şəhərdə şəxsi işlərini həll etdikdən sonra yaşadığı Yasamal rayonuna gəlmişdir. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 17:45-də ünvan 4 ünvanının qarşısında piyada şəkildə hərəkətdə olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. O həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis bölməsinə dəvət etmişdirlər. O da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı polis bölməsinə getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişdirlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olunmuşdur ki, üzərində hər hansı bir qeyri- qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan narkotik vasitəni gizlətməyin mümkün olmadığını görüb əynində olan qara rəngli idman şalvarının sağ yan cibində gizlətdiyi gümüşü rəngli kağıza bükülmüş içərisində narkotik vasitə heroin olan bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman həmin bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o bildirmişdir ki, həmin bükülüdəki maddə “kakos” kimi bilinən narkotik vasitə heroindir və o həmin maddəni xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Nəsimi rayonu, Papanin adlanan ərazidə üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində almışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını, İİİ qrup əliliyinin olmasını, psixi pozuntusunun olmasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, «Təqsirləndirilən şəxs» oğlu adlı şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması, saxlanılması, daşınması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun rəhbəfliyi altında Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 iştirakı ilə onun tərəfindən 11 yanvar 2024-cü il tarixdə əməliyyat qrupu təşkil edilmişdir. xx.xx.2024cü il tarixdə saat 17:45-də o və əməliyyat qrupunun digər iştirakçısı Şahid2 ünvan 5 ünvanının qarşısında olan zaman orada piyada şəkildə hərəkətdə olan, xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib həmin şəxsin şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişdirlər. Bundan sonra onlar həmin şəxsə narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində olan bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm Təqsirləndirilən şəxs və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində qəhvəyi rəngli maddə olması müəyyən olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin nə olması və həmin maddəni haradan əldə etməsi soruşulduqda Eldar bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddə “kakos” kimi bilinən narkotik vasitə heroindir və həmin narkotik vasitəni xx.xx.2024cü il tarixdə saat 15:00 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidə tanımadığı kişi cinsli şəxsdən 10 manat pul müqabilində şəxsi istifadəsi üçün almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən DİO-da xidmət etmişdir, 2021-ci ildən isə tutduğu vəzifədə işləyir. 10 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində o və Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. ünvan 6 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ünvan 7 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmişdir. Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X2 xidməti otağında onun, əməliyyat müvəkili, polis leytenantı Şahid4 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroindir və həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində “Papanin” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 10 manata almışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Onun vəzifə səlahiyyətlərinə cinayətkarlığa qarşı mübarizə aparmaq, cinayətlərin qarşısını almaq, cinayət törətmiş şəxsləri müəyyən etmək, axtarışda olan şəxsləri tutub istintaq orqanına təhvil vermk və s. daxil olmuşdur. 2023-cü ilin oktyabr ayında mülkiyyət əleyhinə olan cinayətlərin açılması və qarşısının alınması istiqamətində RPİ-nin və bölmənin əməkdaşları tərəfındn birgə tədbirlər keçirilmişdir. Həmin tədbirlər çərçivəsində 17 oktyabr 2023-cü il tarixdə saat 14:10-da ünvan 9 ünvanda Səbail RPİ-nin 9-cu PB-nin əməliyyat müvəkkili Şahid6 ilə birlikdə xidmətdə olarkən həmin ünvanda qeyri-adekvat hərəkətlər edərək müəyyən şübhələrə səbəb olan və onalrı görüb yayınmağa çalışan təxminən 40-45 yaşlarında olan şəxsə yaxınlaşaraq xitmədi vəsiqələrini göstərməklə özlərini təqdim edərək həmin şəxsə hüquq və vəzifələrini izah edib şübhənin mahiyyətini bildirdikdən sonra Səbail RPİ-nin 9-cu PB-nə dəvət etmişdirlər. Həmin şəxs də onların təklifi ilə razılaşaraq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlmişdirlər. Bölmədə olan zaman isə həmin şəxsin Bakı sakini Təqsirləndirilən şəxs olması, mülkiyyət əleyhinə olan cinayət əməlləri ilə heç bir əlaqəsinin olmaması müəyyən edilmişdir. Lakin bölmədə olan zaman o, narkotik vasitə istifadəçisi olduğunu bildirdiyindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi və daşıması ilə bağlı əsaslı şübhələr yaranmışdır. Odur ki, xidməti otaqların birində baş təhqiqatçı X16 şübhəli şxs qismində tutduqdan və hüquq-vəzifələrini izah etdikdən sonra videoçəkiliş aparılmaqla onların və müdafiəçi Səyyarə Əliyevanın iştirakı ilə Təqsirləndirilən şəxs üzərində ola hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb təhqiqatçıya təqdim etmişdir. Üzərindən aşkar edilmiş kütlənin nə olması və haradan əldə edilməsi barədə Təqsirləndirilən şəxs sorğu edilən zaman bükümdə aşkar olunan kütlənin heroin olmasını və şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə həmin gün Bakı şəhəri, Nəsimi rayonu ərazisində üzdən tanıdığı şəxsdən 10 manat müqabilində əldə etməsini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəmə istintaqı zamanı elan edilmiş ifadəsindən görünür ki, o eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi halları və faktları tam təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixində (saat 21:20-dən) şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 120). xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (İ/V. 132-133). Məhkəmə baxışı zamanı ********* nömrəli cinayət işi üzrə qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 10 oktyabr 2023-cü tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin DVD-R formatlı diskdə olan görüntüdə Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən 10 oktyabr 2023-cü il tarixdə şəxsi axtarış və götürmə aparılmasında əvvəl barəsində axtarış və götürülmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindən qanunla qadağan edilmiş, iş üzrə əhəmiyyət kəsb edən heç bır əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküncə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar maddə aşkar edilmişdir. Həmin büküm əvvəlcə sellofan torbaya daha sonra isə bir ədəd içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 170 saylı” möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi soğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni istifadəsi üçün üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata almışdır. Şəxsi axtarış və götürmə Yasamal RPİ-nin 26-cı PB-də yerləşən xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı “İphone” markalı mobil telefonun kamerası vasitəsilə videoçəkmə funksiyasından istifadə etməklə videoçəkiliş aparılmışdır. Aparılan videoçəkiliş 01 ədəd DVD diskə yazılaraq protokola əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/5288 saylı ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 170” dairəvi möhür əksi olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən.... ” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,014 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ/V. 137-142). xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 97). xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ/V. 155). xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qərimkan tədbiri seçilmişdir. (İ/V. 173-175). xx.xx.2023-cü il tarixli Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsin Ambulator X1 6451 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimuliyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal- hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 201- 202). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsin Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının 3475 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU” (F07.0) aşkar edilir. Bunu cinayət işi materialları, amnestik məlumatlat (Kəllə beyin travması aldığını söyləməsi, Azərbaycan respublikası Səhiyyə Nairliyi “Respublika Psixatriya xəstəxanası” Publik Hüquqi şəxsində “MSS-nin üzvi xəstəliyi psixi və davranış pozuntuları ilə” diqanozu ilə stansionar müalicədə olması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (təfəkkürünün bir qədər ləng və tropid olması, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, əhvalruhiyyəsinin dəyişkən olması, emosional dayanıqsızlığı və s.) sübut edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən “üzvi şəxsiyyət pozuntusu” o dərəcədə ifadə olunmayıb ki, onu qeyd olunan cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onarı idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törədən zaman öz əməlinin faktiki və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. (İ/V. 201-202). xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixində (saat 14:10-dan) şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 233). xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli idman şalvarının sol yan cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq sübut əhəmiyyətikəsb etdiyi üçün götürülmüşdür. (İ/V. 242-243). Məhkəmə baxışı zamanı ********* nömrəli cinayət işi üzrə qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 17 oktyabr 2023-cü tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülərin 1 7 oktyabr 2023-cü il tarixdə qeyd olunduğu müəyyən edildi. Görüntülərdə süni şəkildə işıqlandırılmış xidməti otaqda müşahidə olunur ki, həmin xidməti otaq toplanmış materiallara əsasən Bakı şəhəri, Səbail RPİ-nin 9-cu PB-nin inzibati binasında yerləşən xidməti otaqlardan biridir. Xidməti otaqda xidməti masanın qarşısındakı köməkçi masada əyləşmiş şəxs, təhqiqatçmın və özünün təqdim etməsinə əsasən 3 saylı vəkil bürosunun vəkili Səyyarə Əliyevadır. Xidməti otaqda ayaq üstə isə şübhəli şəxs Təqsirləndirilən şəxs və onun yanında isə mülki geyimdə olan iki nəfər polis əməkdaşının ayaqüstə dayanması müşahidə olunur. Görüntünün davamında istintaq hərəkətini aparan xidməti geyimdə olan polis zabiti Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri BPİ-nin Səbail RPİ-nin 9-cu PB-nin təhqiqatçısı polis kapitanı Şükür Həsənov tərəfindən şübhəli şəxsə - Təqsirləndirilən şəxs vəkil Səyyarə Əliyevanın təqdim edilməsi, Azərbaycan Respublikası CPM- nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilməsi, Azərbaycan Respublikası CPM-nin 246-cımaddəsinə əsasən şəxsi axtarış və götürmə aparılmasının əsaslarının izah olunması və ona üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunması müşahidə olunur. Görüntünün davamında şübhəli şəxs Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli idman şalvarının sol yan cibinə aparması və oradan bir dəd büküm çıxararaq təhqiqatçıya təqdim etməsi, həmin bükümün təhqiqatçı tərəfindən xidməti masanın üzərində açılaraq içərisində kütlənin aşkar olunması, bu barədə Təqsirləndirilən şəxs şifahi izahat verərək təqdim etdiyi bir ədəd bükümdəki kütlənin heroin olmasını və saxlanıldığı tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində üzdən tanıdığı şəxsdən 10 manat müqabilində əldə etməsini göstərməsi, daha sonra isə şəxsi axtarış və götürmə istintaq hərəkətinin davam etdirilməsi, şübhəli şəxsin üzərindən başqa heç bir əşyanın aşkar olunmaması və son görüntülərdə isə bir neçə dəqiqə əvvəl Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümün təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılması və iştirakçılar tərəfindən imzalanması müşahidə olunur. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 220). xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/5575 saylı ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 166” dairəvi möhür əksi olan, “..Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ... ” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,190 qram qəhvəyi rəngli, tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Cild 2, İ/V. 1-4). xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (Cild 2, İ/V. 12-13). xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild 2, İ/V. 29-30). xx.xx.2023-cü il tarixli Məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 şəxsin Ambulator X1 6836 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimuliyatorlarm birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, İ/V. 40-41). xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2024-cü il tarixində (saat 17:45-dən) şübhəli şəxs qismində tutulmuşdur (İ/V. 23). xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. (İ/V. 35-36). Məhkəmə baxışı zamanı ********* nömrəli cinayət işi üzrə qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 11 yanvar 2024-cü tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər 11 yanvar 2024-cü il tarixdə saat 19:00-da qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı, polis mayoru Elnur Heydərov əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, baş təhqiqatçı Elnur Heydərovun qarşısında daha sonra sağ tərəfində masa arxasında əyləşmiş şəxs. “22 saylı” vəkil bürosunun müdafiəçisi X7r. Xidməti otaqda olan masanın qarşısında əynində qara rəngli idman şalvarı olan, iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sol və sağ yanında dayanmış şəxslər adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin 26-cı PB-nin cinayət-axtarış üzrə əməliyat müvəkkili, polis mayoru Şahid1 və həmin polis bölməsinin əməliyyat müvəkkili, polis mayoru Şahid2dur. Video çəkilişin davamında baş təhqiqatçı Elnur Heydərov Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs sağ əlini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülünün içində qəhvəyi rəngli maddə olması müəyyən olunur. O, həmin maddənin “kakos” kimi bilinən narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2024cü il tarixdə saat 15:00 radələrində Nəsimi rayonu, “Papanin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 (on) manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 17:45-də polis əməkdaşları tərəfindən ünvan 3 ünvanının qarşısında saxlanıldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün” 170 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-6/167 saylı ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 170” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddi sübut... ” və s. soyad, imzalar olan kağız zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,337 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (İ/V. 44-47). xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ/V. 59). xx.xx.2024-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)- 27/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 78-82). xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmişdir. (İ/V. 85, 89-91, 181,185-187, 116). xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi və cinayət işi üzrə icraatın birləşdirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqının ********* nömrəsı altında davam etdirilməsi qərara alınmışdır. (İ/V. 213-214). xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi və cinayət işi üzrə icraatın birləşdirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və cinayət işinin istintaqının ********* nömrəsı altında davam etdirilməsi qərara alınmışdır. (Cild 2, İ/V. 57- 58). xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,337 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə - 0,287 qram narkotik vasitə heroin, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 1,014 qram narkotik vasitə olan heroinin iş üzrə maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə - 0,964 qram narkotik vasitə heroin və230020518 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,190 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə - 0,140 qram narkotik vasitə heroin olmaqla ümumilikdı ekspertiza tədqiqatından qalıq qalmış 1,391 qram narkotik vasitə olan heroin təqsiriləndirilən şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmə və götürmə aparılmasına dair video görüntüləri əks etdirən 03 ədəd DVD- R formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmışdır. (Cild 2, İ/V. 62-75). xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə yenidən ittiham elan edilmişdir. (Cild 2, İ/V. 86-87). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-301/2024 saylı qərarı ilə təyin edilmiş stasionar məhkəmə-psixiatrik ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 202 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs «üzvi mənşəli şəxsiyyət pozuntusu» müəyyən edilir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «üzvi mənşəli şəxsiyyət pozuntusu» təqsirləndirildiyi cinayət əməlini törətməmişdən əvvəl yaranmışdır. Təqsirləndirilən şəxs hal-hazırda da Üzvi mənşəli şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi pozuntu onun barəsində cəzanın təyin edilməsinə və onun icrasına mane olmur. Təqsirləndirilən şəxs hal-hazıçkı, psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün sosial təhlükəli şəxs hesab edilmir. Təqsirləndirilən şəxs təqsirləndirifdiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Buna görə də E.Q. Rzayevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 22.1-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda və xeyli miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını bildirməsini, onun «üzvi mənşəli şəxsiyyət pozuntusu»ndan əziyyət çəkməsi, eləcə də İİİ dərəcəli əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cinayət əməllərini təkrarən tərətməsi halını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək, habelə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli əvvəli xx.xx.2024cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 263 (iki yüz altmış üç) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 1,391 qram narkotik vasitə olan heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 3 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs vəkili X6 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-301/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq iclaslarında iştirak etməyə sərf edilmiş vaxtın 55 (əlli beş) iş saatına bərabər hesab edilərək, göstərilmiş 55 (əlli beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 (üç yüz otuz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 oktyabr 2023-cü il tarixdən 12 oktyabr 2023-cü il tarixədək, habelə 17 oktyabr 2023-cü il tarixdən 19 oktyabr 2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 04 gün müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 263 (iki yüz altmış üç) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 1,391 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X6 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-21/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-21/2025
27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver