Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-210/2020 30.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X6 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1984-cü ildə Abşeron rayonu Giləzi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan ərazidə məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd çəkisi 0,928 qram, bir ədəd çəkisi 0,504 qram, bir ədəd çəkisi 0,939 qram və bir ədəd çəkisi 0,535 qram olan şəffaf rəngli sellofandan olan bükümlərdə olmaqla ümumi təmiz çəkisi 2,906 qram təşkil edən ağ rəngli kristal şəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq faktiki yaşadığı Bakı şəhəri Yasamal rayonu Z.Kərimov küçəsində yerləşən 12 saylı evə gətirib evin mətbəx hissəsində olan soyuducunun üzərində rəngli qutunun içərisində saxlamış və xx xxx 2020-ci il tarixdə saat 17:20-də Yasamal RPİ-nin TŞ-nin və CAŞ-nin NMB-nin əməkdaşları tərəfindən həmin evə baxış keçirilən zaman həmin kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin oradan aşkar edilərək götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir ildir ki, o, narkotik aludəçisidir, aradabir psixotrop maddələrdən və “kakos” adlandırılan narkotik vasitə hesab olunan heroindən istifadə edir. xx xxxxx 2020-ci il tarixdə saat 14 radələrində o, Bakı şəhəri Nəsimi rayonu “Kubinka" adlanan ərazidə bir nəfər üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmayan şəxsdən 100 manata dörd ədəd şəffaf rəngli sellofandan olan bükümdə şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmiş və yaşadığı evə aparıb mətbəxdə olan soyuducunun üzərindəki rəngli qutunun içərisində saxlamışdır. xx xxx 2020-ci il tarixdə saat 17 radələrində o, evdə olduğu zaman Yasamal RPİ-nin əməkdaşları gəlmiş və özlərini təqdim edərək, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək məhkəmə qərarı ilə tanış etmişlər və həmin qərar əsasında onun yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O, isə etiraz etməmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə yaşadığı evə daxil olmuş və evdə olarkən polis əməkdaşları ondan evində hər-hansı bir qanunsuz əşya saxlayıb-saxlamamasını soruşmuşlar. Həmin vaxt o, evin mətbəxində gizlətdiyi metamfetaminin polis tərəfindən aşkar olunacağını fikirləşdiyindən və gələcəkdə məsuliyyətinin yüngülləşdirilməsindən ötrü özü könüllü olaraq mətbəxdə olan soyuducunun üzərində psixotrop maddə olan metamfetamin saxladığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona həmin psixotrop maddəni təqdim etməyini təklif etmişlər və o, mətbəxdə olan soyuducunun üstündən rəngli qutunu götürüb qapağını açmış və içərisindəki psixotrop maddələrlə birlikdə polis əməkdaşına təqdim etmişdir. Bundan sonra həmin qutuda olan sellofan bükümlər polis əməkdaşı tərəfindən ayrıayrılıqda açılıb baxış keçirilmiş, sonradan həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərf onlar tərəfindən imzalanmış və həmin zərfə möhür vurulmuşdur. Həmin hərəkətlər polis əməkdaşı tərəfindən mobil telefon vasitəsi ilə videokameraya qeyd edilmişdir. Bundan sonra o, həmin faktla bağlı araşdırma aparılması üçün Yasamal RPİ-nə dəvət olunmuşdur. Orada olarkən ona Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim etmişlər və o, həmin siyahını nəzərdən keçirib vəkil X13 tərəfindən onun hüquqlarının müdafiə edilməsini istədiyini bildirmişdir. Bundan bir qədər sonra həmin vəkil gəlmiş və ona təqdim edilmişdir. Daha sonra içərisində dörd ədəd sellofan bükümdə psixotrop maddələr olan həmin zərf ekspertizaya göndərilmiş və ondan izahat alınmışdır. Göstərilənlərlə yanaşı Təqsirləndirilən şəxs son sözündə hazırda törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsi, evli olmaqla himayəsində iki azyaşlı uşağının olması nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, onun xidmət etdiyi idarəyə etibarlı mənbədən Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi və həmçinin satışı ilə məşğul olmasına dair məlumat daxil olmuşdur. Qeyd olunan əməliyyat məlumatının yoxlanılması zərurəti yarandığından Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu Z.Kərimov küçəsi 12 saylı evə daxil olma və baxış keçirilməsi əməliyyat tədbirinin həyata keçirilməsi məqsədilə idarənin rəhbərliyi tərəfindən verilmiş vəsatət və həmin vəsatət əsasında əməliyyat axtarış fəaliyyəti üzərində nəzarəti həyata keçirən rayon prokuroru tərəfindən verilmiş təqdimat məhkəmə tərəfindən təmin edilmişdir. Daha sonra əməliyyat qrupu təşkil edilmiş və qrup üzvlərinə Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3, Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4 və TŞ-nin baş təhqiqatçısı Əli Məmmədov daxil olmaqla əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Məhkəmə qərarı ilə əməliyyat tədbirinin keçirilməsi məqsədilə qrup üzvləri ilə birlikdə xx xxx 2020-ci tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün həmin gün sonuncunun yaşadığı ünvan 2 unvanının qarşısına gəlmişlər. Orada olarkən saat 17 radələrində qeyd edilən evin qapısından xarici görünüşcə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxs çıxmış və onlar həmin şəxsə özlərini təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Onlar həmin şəxsdən kim olduğunu soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu, xx xxx 1984-cü ildə Abşeron rayonu Giləzı kəndində anadan olduğunu, ünvan 2 ünvanında yaşadığını demişdir. Həmin vaxt o və qrupun digər üzvləri Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bununla bağlı Yasamal Rayon Məhkəməsinin qərarı əsasında onun yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs məhkəmə qərarı ilə tanış olaraq heç bir etirazının olmadığını demiş və o, qrupun digər üzvləri ilə birlikdə sonuncunun yaşadığı evin içərisinə daxil olmuşdur. Orada olduqları zaman baş təhqiqatçı Əli Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və sonuncudan yaşadığı evdə hər hansı bır qanunsuz əşya saxlayıbsaxlamaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs evin mətbəx hissəsində olan soyuducunun üstündən bır ədəd rəngli qutunu götürüb qapağını açmış və həmin qutunun içərisində olan 04 ədəd şəffaf rəngli sellofandan olan bükümləri göstərərək həmin bükümlərin içərisində psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdə Nəsimi rayonu “Kubinka" adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 100 manata aldığını bildirmişdir. Bundan sonra təhqıqatçı Şahid3 tərəfindən həmin bükümlər açılaraq baxış keçirilmiş, bükümlərin içərisində ağ rəngli kristal formada olan hissəciklər aşkar edilmişdir. Bundan sonra həmin bükümlər bağlanaraq zərfə qoyulmuş və zərf DİNnin 42 nömrəli möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə onlar tərəfindən baxış keçirilmiş və evdə başqa hər hansı bir qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Qeyd edilənlərin hamısı onlar tərəfindən videoyazı ilə qeydə alınmışdır. Bundan sonra Təqsirləndirilən şəxs araşdırma aparılması uçun tərəflərindən Yasamal RPİ-nin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs razılaşmış və onlarla birlikdə Yasamal RPİ-nin inzibati binasına gəlmişdir. Orada olarkən Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi uçun dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququnun olduğu bildirilmiş və sonuncu ona təqdim edilmiş siyahıdan Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra X13 müdafiəçi qismində dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış 04 ədəd büküm içərisində olan maddələrin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 əlavə olaraq bildirmişdir ki, həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmasına dair daxil olmuş məlumat ös təsdiqini tapmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid3 və Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid4 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq Şahid2 məhkəmə iclasına gəlməmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət prosessi tərəflərinin mülhaizələri dinlənildikdən sonra elan edilmiş və müəyyən edilmişdir ki, o, digər şahidlərin ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxxxx 2020-ci il tarixli raport, əmr, protokol, vəsatət və təqdimatdan, 30 aprel tarixli qərarlardan və xx xxx 2020-ci il tarixli raport və protokoldan müəyyən edilir ki, xx xxxxx 2020-ci il tarixdə Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 idarənin rəisi Cəmil Əmirova müraciət edərək Yasamal rayonu, Z.Kərimov küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, həmin məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. İdarə rəisi Cəmil Əmirov tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə NMB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, əməliyyat müvəkkili polis kapitanı Şahid2, baş əməliyyat müvəkkili polis mayoru Şahid3, CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid4, RPİ-nin TŞ-nin baş təhqiqatçısı polis mayoru X14 daxil edilməklə qrupa rəhbərliyin NMB-nin əməliyyat müvəkili Şahid1 həvalə edilməsinə dair Ə141-091-20 nömrəli əmr verilmiş, həmin tarixdə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, Z.Kərimov küçəsi, 12 saylı evə daxil olma və mənzilə baxış keçirmə əməliyyat tədbirinin həyata keçirilməsi üçün məhkəməyə təqdimat verilməsindən ötrü idarə rəisi Cəmil Əmirov xx xxxxx 2020-ci il tarixli vəsatətlə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokurorluğuna müraciət etmiş, vəsatət təmin edilərək Yasamal rayon prokurorluğu tərəfindən xx xxxxx 2020-ci il tarixdə təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmə tərəfindən qeyd olunan mənzilə daxil olaraq baxış keçirilməsi barədə vəsatət təmin edilərək xx xxxxx 2020-ci il tarixli 5(004)-273/2020 nömrəli qərar qəbul edilmişdir. xx xxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və eyni tarixli raportdan görünür ki, məhkəmənin qərarına əsasən Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış keçirilərək həmin ünvanda psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüş və Təqsirləndirilən şəxs Yasamal RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, tutulma vaxtı xx xxx 2020-ci il saat 18:30-dan hesablanmışdır. (iş vər.: 4-26) İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli olan Təqsirləndirilən şəxs üzərində və evində baxış keçirilməzdən əvvəl ona üzərində hər hansı qanunsuz əşya vardırsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu Z.Kərimov küçəsində yerləşən 12 saylı evin mətbəx hissəsində olan soyuducunun üzərində qoyulmuş dördkünc qutunun içərisindən dörd ədəd şəffaf rəngli sellofanda olan bükümləri çıxarıb təqdim etmiş, həmin bükümlərdə olan maddələrin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir, həmin maddə götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 42 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən başqa hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Baxış video çəkiliş aparılmaqla diskə köçürülmüş və protokola əlavə edilmişdir. (iş vər.: 15-16) İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə və onun yaşadığı ünvan 1 ünvanına baxış keçirilməsi zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin olduğu 1 ədəd disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, baxış keçirilməsi haqqında xx xxx 2020-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Odur ki, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilən qeyd edilən materiallar məhkəmə tərəfindən sübut kimi qəbul edilir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-cı il tarixli 6/618 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs..." əl yazıları və AR DİN “Zərflər üçün № 42” möhür əksi olan zərfdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,928 qram, 0,504 qram, 0,939 qram, 0,535 qram, ümumi təmiz çəkisi 2,906 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin metamfetaminin qalıq çəkisi 2,856 qramdır.(iş vər: 40-44) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X2 dair ekspert komissiyasının xx xxx 2020-ci il tarixli 1291 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin məhz hansı müddətə təyin edilməsi ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətlərinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Rəyin təsviri hissəsindən həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə Mərkəzdə tibbi yoxlamadan keçən zaman ekspress-test üsulu ilə müayinə nəticəsində onda OPİ və AMP tərkibli maddələrdən istifadə edilməsi halı aşkar edilmiş və o, müayinə zamanı bildirmişdir ki, həftədə 2-3 dəfə narkotik vasitə olan heroindən yandıraraq tüstüsünü nəfəsinə çəkməklə və psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə edir. Həmçinin qeyd edilmişdir ki, o, sonuncu dəfə narkotik vasitə olan heroindən müayinədən bir gün əvvəl istifadə etmişdir. (iş vər.: 94- 95) Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib özündə saxlamaqla daşıması cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi.İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə psixotrop maddə hesab edilən metamfetamin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 2,906 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx xxx 2020-ci il saat 18:30-dan hesablanmışdır. (iş vər.: 26) xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (iş vər.: 54-55) İş materiallarında olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroru vəzifəsini icra edən Rəşadət Orucovun xx xxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiq Fazil Osmanovun xx xxx 2020-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (iş vər.: 68-70) İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli qərardan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (iş vər.: 71-72) İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxxxx 2006-cı il tarixdə verilmiş AZ-İ seriyalı 245205 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında həmin tarixdə nikah bağlanılmaqla 717 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən xx xxxxxx 2007-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 009707 nömrəli və xx xxx 2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 284977 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, xx xxxxxx 2007-ci il təvəllüdlü X9 və xx xxxxxx 2008-ci il təvəllüdlü Məmmədova Röya Ziyad qızının valideynləri Təqsirləndirilən şəxs və X1r. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (iş vər.: 86) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını və evli olmaqla himayəsində iki azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Bundan başqa, hazırki işin hallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçildikdən sonra o, xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzdə tibbi yoxlamadan keçən zaman ekspress-test üsulu ilə müayinə nəticəsində onda OPİ və AMP tərkibli maddələrdən istifadə edilməsi halı aşkar edilmiş və o, müayinə zamanı bildirmişdir ki, həftədə 2-3 dəfə narkotik vasitə olan heroindən yandıraraq tüstüsünü nəfəsinə çəkməklə və psixotrop maddə olan metamfetamindən çəkmək yolu ilə istifadə edir, həmçinin o, sonuncu dəfə narkotik vasitə olan heroindən müayinədən bir gün əvvəl istifadə etmişdir. Odur ki, məhkəmə qeyd olunan xüsusatı Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hal olaraq nəzərə alır. Məhkəməcəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyinolunan cəzaədalətli olmaqlayanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilməklə onun barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu üçün, o, hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,856 qram psixotrop maddə olan metamfetamin cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. (iş vər.: 83) Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə və evinə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. (iş vər.: 41) Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,856 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə və evinə baxış keçirilərkən qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X10 və Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X10 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 40(qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,856 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X10 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-210/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-210/2020
30.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver