Məhkəmə qərarları › İş №1(004)-210/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-210/2021

04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-210/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakları ilə, xx.xx.1995-ci ildə İmişli rayonu, Qaragüvəndikli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 30 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 14.04.2021-ci il tarixdə saat 06:25 radələrində Təqsirləndirilən şəxs, ünvan 2 ünvanda yerləşən “avtoyuma” məntəqəsində şəxsi münasibətlərinin pozulması zəmnində həmkəndlisi Zərərçəkmiş şəxs əli ilə sifətinə və dəmir parçası ilə baş nahiyyəsinə vuraraq ona baş beyin silkələnməsi ilə müşayiət olunan, alın nahiyyəsinin əzilmiş yarası və qançırı, burun belinin sıyrığı ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “avtoyuma” məntəqəsində yuyucu işləyir, yaxın qohumu olan həmkəndlisi Zərərçəkmiş şəxs 13.04.2021-ci il tarixdə onun iş yerinə gələrək və gecələməyə yeri olmadığına görə məntəqənin qarşısında idarə etdiyi avtomobilinin içərisində gecələmişdir. Zərərçəkmiş şəxs yatmazdan əvvəl ondan hava soyuq olduğu üçün bir müddətdən sonra avtomobilinin mühərrikini söndürməsini xahiş etmişdir. Sifariş olduğuna görə o, Zərərçəkmiş şəxs xahişini unutmuş və avtomobilin mühərrikini söndürməmişdir.14.04.2021-ci il tarixdə səhər saat 06:15 radələrində Zərərçəkmiş şəxs yuxudan oyanıb onun yanına gələrək avtomobilin mühərrikini söndürmədiyi üçün ona iradını bildirərək onunla mübahisə etmiş və mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə onun sifət nahiyyəsinə vurduğuna görə, o əvvəlcə əli ilə onun sifət nahiyyəsinə sonra isə dəmir parçası ilə baş nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Hadisə təqribən 10-15 dəqiqə davam etmiş, hadisə zamanı orada kənar şəxslər olmamış, orada ancaq X3 olmuşdur. İfadəsinin sonunda Təqsirləndirilən şəxs oğlu törətdiyi əməldən səmimi peşman olmasını, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, 13.04.2021-ci il tarixində gecələməyə yeri olmadığına görə ünvan 3 ünvanda yerləşən B. İmanovun yuyucu işlədiyi “avtoyuma” məntəqəsinə gəlmiş, özünə məxsus olan avtomobilində gecələmiş və yatmazdan əvvəl Təqsirləndirilən şəxs bir müddətdən sonra avtomobilinin mühərrikini söndürməsini xahiş etmişdir. Yuxudan oyananda Təqsirləndirilən şəxs mühərriki söndürmədiyi üçün avtomobilinin yanacağı qurtarmış, bu səbəbdən o, Təqsirləndirilən şəxs narazılığını bildirən zaman aralarında mübahisə yaranmış, saat 06:15 radələrində “avtoyuma” məntəqəsinin sanitar qovşağının qarşısında Təqsirləndirilən şəxs daş ilə onun sifətinə və bir neçə dəqiqədən sonra məntəqənin qurulama boksunda dəmir parçası ilə başına vuraraq ona bədən xəsarətləri yetirmişdir. Hadisə 10-15 dəqiqə davam etmiş, həmin zaman kənar şəxslərdən ancaq X4 orada olmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkmə iclasında iştirak edə bilmədiyini, ibtidai istintaq zamanı verdiyi ifadəni təqsdiq etdiyini, halhazırda Təqsirləndirilən şəxsla barışdığını, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənildiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğlu barəsində işin icraatına xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X2 14.04.2021 -ci il tarixdə saat 06:15 radələrində “avtoyuma” məntəqəsinin dincəlmə otağıda onun iş yoldaşı Təqsirləndirilən şəxs ilə onun həmkəndlisi Zərərçəkmiş şəxs mübahisə etdiyini, Zərərçəkmiş şəxs əvvəlcə yumruqla Təqsirləndirilən şəxs sifətinə yumruqla vurduğunu sonra isə sonuncunun dəmir ilə Zərərçəkmiş şəxs başına vuraraq ona bədən xəsarətləri yetirməsini qeyd etmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə tibbi ekspertizasının 283 saylı 14.04.2021-ci il tarixli rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşaiyət olunmuş, alın nahiyyəsinin əzilmiş yarası və qançırı, burun belinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 14.04.2021-ci il tarixə uyğun gələrək , dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.04.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyatsorğu kartotekasında heç bir məlumat yoxdur. İş üzrə maddi sübut kimi tanınmış CD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, 14.04.2021-ci il tarixdə saat 06:15-də Zərərçəkmiş şəxs avtoyuma məntəqəsinin dincəlmə otağında Təqsirləndirilən şəxs sifət nahiyyəsinə yumruqla vurmuş və saat 06:23-də avtoyuma məntəqəsinin qurulama boksunda Təqsirləndirilən şəxs əlindəki dəmir parçası ilə Zərərçəkmiş şəxs başına vurmuşdur. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğlu məhkəməyə ərizə təqdim edərək Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğlunun ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 və Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-210/2021 saylı, 03.05.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 17.05.2021-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğluna ibtidai araşdırma zamanı göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat, Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.1.2, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. ünvan 4 ünvanda yerləşən “avtoyuma” məntəqəsindəki mühafizə kameralarından qeydə alınmış videogörüntü əlavə edilmiş 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat, Müdafiəçi oğlunun vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar