Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-210/2024 30.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək üzərində qəti olaraq 02 il 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Yasamal rayonu, H.ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan metadonu əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 03 aprel 2023-cü il tarixdə saat 22:00-dan 23:40-dək olan müddət ərzində ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı mənzilə həmin mənzilin qapısının qarşısında xalçanın altına gizlədilmiş evin açarlarını götürüb qapını açıb qanunsuz yaşayış sahəsinə daxil olaraq həmin evin yataq otağında olan dolabda olan bir ədəd 10 manat dəyərində pul kisəsinin içərisində bir ədəd 1000 manat dəyərində qızıl boyunbağı, həmin boyunbağının 2000 manat dəyərində 8.41 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 17 ədədi hər biri təxminən,0,030 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətli brilyant qaşlar olan, gümüşü rəngli bir cüt qızıl sırğası, bir ədəd nazik 500 manat dəyərində qızıl boyunbağı, həmin boyunbağının 2000 manat dəyərində 8.27 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 22 ədədi hər biri təxminən, 0,030 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətli brilyant qaşlar olan gümüşü rəngli 1 ədəd məmulat hissəsini, bir ədəd 500 manat dəyərində üzərində qızıl klonu olan qızıl boyunbağı, bir ədəd 1000 manat dəyərində adi qızıl boyunbağı, 1300 manat nağd pulu gizli yolla oğurlamaqla sonuncuya ümumikdə 8310 (səkkiz min üç yüz on) manat maddi ziyan vurmuşdur. Bundan başqa o, 11 noyabr 2023-cii il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Yasamal rayonu “Kubinka” adlanan yerdə tanımadığı kişi cinsli şəxsdən 10 (on) manat müqabilində qanunsuz olaraq ağ rəngli kağıza bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,521 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış prisotrop maddə metamfetamini və üzərində “F/M40” göstəricisi olan 4 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində mctadonun təsir maddəsinin ümumi miqdarı 0,16 qram təşkil edən hər bir həbdə 0.04 qram olmaqla narkrotik vasitə hesab edilən metadonu əldə edib üzərində saxlamaqla daşımış, 11 noyabr 2023-cii il tarixdə saat 23:40 dəqiqədə Bakı şəhər Yasamal RPİ-nin 28-ci PB-in əməkdaşları tərəfindən oğurluq cinayəti törətməkdə şübhəli olduğu üçün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Yasamal rayonu Yasamal rayonu H.B.ünvan 3 ünvanının qarşısında saxlanılaraq Bakı şəhər Yasamal RPİnin 28-ci PB-in inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli köynəyin ön sol cibindən ağ rəngli kağıza bükülmüş bir ədəd bükümün içərisində həmin narkotik vasitə və psixotrop maddə kütləsi aşkar edilib götürülmüşdür. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə və psixotrop maddələrdən xeyli vaxtdır istifadə edir. xx.xx.2023-cti il tarixdə Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının dam hissəsinə dron düşdüyünü görüb binanın damına qalxmaq istəmişdir. Damın qapısının bağlı olduğunu görüb pilləkənlərlə aşağı düşdükdə 8-ci mərtəbənin giriş qapısının ayaqaltısının yanında açar görmüşdür. O, açarı götürüb mənzilin qapısını açıb evə daxil olmuşdur. Evdə yataq otağında şkafda qızıl-zinət əşyaları və 1300 manat pul götürüb evdən çıxıb getmişdir. Həmin qızılları tanımadığı şəxslərə sataraq öz şəxsi istifadəsinə xərcləmişdir. xx.xx.2023-cti il tarixdə 23:40-da Yasamal rayonu H.ünvan 5 ünvanın qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etdilər və onu 28-ci PŞ-nə dəvət etdilər. Polis Şöbəsində olan zaman o, bildirmişdir ki, oğurladığı qızılları sataraq şəxsi xərclərinə istifadə etmişdir, həm də narkotik vasitə almışdır. Uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir, üzərində də narkotik vasitə vardır. PŞ-yə gətirildikdən sonra müdafiəçi dəvət etmişlər və müdafiəçinin iştirakı ilə üzərində hər hansı qanunsuz əşya olub-olmaması ilə bağlı sual vermişdirlər. O, özü əynində olan qara rəngli köynəyinin ön sol cibində saxladığı və içərisində psixotrop maddə “şüşə” olan bir ədəd bükülünü, 04 ədəd metadon həb və oğurladığım bir cüt sırğa, bir ədəd sepi çıxarıb təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə səmimi peşmançılıq çəkməsini, bir daha belə əməllər törətməyəcəyinə söz verməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, yaşadığı mənzil 9 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşir. xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə saat 22:00 radələrində evdə çıxmışdır. Şəhərdə bir qədər gəzdikdən sonra saat 23:40 radələrində yaşadığı evə qayıtmışdır. Qapını açmış və evə daxil olan zaman əşyaların əvvəl qoyduqları kimi olmadığını aşkar etmiş və bu ona şübhəli gəlmişdir. Evə nəzər salanda aşkar etmişdir ki, yataq otağında olan şkafın içərisindəki pul kisəsinin yerində deyildir. Pul kisəsinin içərisində 1300 manat nağd pul ümumilikdə 7000 manat dəyərində qızıl-zinət əşyaları vardır. Bildirir ki, onlar evdən çıxanda evin giriş qapısımın açarını evin bayır tərəfdə qapının qarşısında olan xalçanın altına qoyurlar. Evin giriş qapısında, yaxud kilidində heç bir sınıq, yaxud dağıntı izləri olmamışdır. Həmin qızılları və pulları bir yerdə saxlayırdılar və həmin günü səhər pulu bir daha sayıb yoxlamışdır, əlavə olaraq bildirmişdir ki, ona məxsus qızıl-zinət əşyaları, yəni bir ədəd 1500 manat dəyərində qızıl boyunbağı, həmin boyunbağının 1500 manat dəyərində iki cüt qızıl sırğası, bir ədəd nazik 1000 manat dəyərində qızıl boyunbağı, həmin boyunbağının 1000 manat dəyərində iki cüt qızıl sırğası, bir ədəd 1000 manat dəyərində üzərində qızıl klonu olan qızıl boyunbağı, bir ədəd 1000 manat dəyərində adi qızıl boyunbağı, 1300 manat nağd pul oğurlanmışdır. Başqa heç bir əşyaları oğurlanmamışdır. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxsdən şikayətçidir və onun barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq cəzanın seçilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, tanıdığı, etibarlı və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur ki, 03 noyabr 2023-cii il tarixdə ünvan 6 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus mənzildən 7000 manat dəyərində qızıl-zinət əşyaları və 1300 manat pulu oğurlamaqda şübhəli bilinən şəxs Təqsirləndirilən şəxsdur. İş yoldaşı Şahid1 ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 11 noyabr 2023-cii il tarixdə saat 23:40-da Bakı şəhəri Yasamal rayonu H.ünvan 5 ünvanın qarşısında olarkən Yasamal RPİ 28-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 28-ci PŞ- nə gətirilmişdir. Polis Şöbəsində olan zaman Təqsirləndirilən şəxs xx.xx.2023-cii il tarixdə ünvan 8 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə daxil olaraq içəridən qızıl-zinət əşyaları və 1300 manat pul oğurladığını, qızılların çox hissəsini müxtəlif yerlərdə tanımadığı şəxslərə satdığını, az miqdar qızılın üzərində olduğunu, uzun müddətdir narkotik vasitələrdən istifadə etdiyini və hal-hazırda da üzərində narkotik vasitə, metadon həb olduğunu bildirmişdir. Polis şöbəsində hüquq və vəzifələri ona izah edildi, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edildi. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu qərarla tanış edərək hansı səbəbə PŞ-yə gətirildiyi üzərində, paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədləri könüllü təqdim etməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli köynəyin ön sol cibində saxladığı bir ədəd şəffaf rəngli sellofanın içərisində bir cüt sırğa və bir ədəd sep, ağ rəngli kağıza bükülmüş öz dediyinə görə içərisində “şüşə” deyilən psixotrop maddə metamfetamin olan bükülünü, 04 ədəd metadon dərman həbini çıxarıb könüllü olaraq təqdim etdi. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadələrindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı zamanı cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ünvan 9 ünvanının kəsişməsində yerləşən zərgərlik dükanında zərgər kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə işdə olan zaman bir nəfər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs o, işlədiyi yerə yaxınlaşıb bildirmişdir ki, anasına məxsus yarasız halda olan qızıl-zinət əşyaları vardır və onları satmaq istəyir. O, həmin qızıllara baxış keçirmiş və görmüşdür ki, bir ədəd yararsız və əzik halda olan boyunbağı və klon idi. O, baxış keçirmiş və görmüşdür ki, həmin əşyalar 585 əyyarlı iki birlikdə 3,5 qram qızıl- zinət əşyalarıdır. Həmin qızılları lom qiymətinə ümumilikdə 200 (iki yüz) manata almışdır. Qızılları Ayxandan aldığına dair akt tərtib etmiş və həmin akta Ayxanla o, imza atmışlar. Ayxan getdikdən sonra qızlları əritmiş və işi ilə əlaqədar qızılı istifadə etmişdir. Sonradan tarixini xatırlamadığı vaxtda polis əməkdaşları ona yaxınlaşanda bilmişdir ki, həmin qızıllar oğurluqdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 12 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01). “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 12 noyabr 2023cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 noyabr 2023-cü il tarixdə saat 23:40-dan şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 13). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli köynəyin sol ön cibindən bir ədəd şəffaf rəngli sellofanın içərisində bir cüt sırğa və bir ədəd sep, ağ rəngli kağıza bükülmüş öz dediyinə görə içərisində “şüşə” deyilən psixotrop maddə metamfetamin olan bükülünü, 04 ədəd metadon dərman həbini çıxarıb könüllü olaraq təqdim etdi. Həmçinin əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd “Samsung" markalı mobil telefonu, əynindəki qara rəngli gödəkçənin sol yan cibindən isə “attenti” markalı izləmə cihazını çıxararaq təqdim etdi. Bu barədə protokol tərtib olunur iştirakçılar tərəfindən imza olunmuşdur. (İ/V. 21-23). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 12 noyabr 2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2023-cü il tarixli 3-16-16/2- 6/5977 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs aşkar olunmuş 1 (bir) ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,521 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamindir. Üzərində “F/M40” göstəricisi olan 4 ədəd qəhvəyi rəngli dairəvi formalı dərman həblərində metadonun təsir maddəsinin miqdarı 0,16 qram təşkil edir (üzərində olan göstəriciyə əsasən bir ədəd həbdə metadonun təsir maddəsinin miqdarı0,04 qram). (İ/V. 32-37). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-889/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmaqla 2 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “Materialın cinayət işinə birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” 14 noyabr 2023-cü il tarixli qərardan görünür ki, HK-1/2835 nömrəli material eyni şəxs tərəfindən törədildiyindən ********* nömrəli cinayət işinə birləşdirilərək sonuncu nömrə altında istintaqı davam etdirilmişdir. Kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-iqtisad ekspertizasının 12 yanvar 2024-cti il tarixli 3-16-16/2-6/37-9/07 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 8,41 qıam İtitləli, üzərində ümumilikdə 17 ədəd rəngsiz, şətfal qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa 750 əyarlı qızıldan hazırlanmışdır. Sırğa cütünün üzərlərində olan 17 ədəd rəngsiz, Şəllal qaşlar qiymətli daşlara aiddir - brilyantdır. Qaşlardan 17 ədədi hər biri təxminən, 0,030 karal olmaqla ümumilikdə 4/4 keyfiyyətlidir. 8,27 qram ktitləli, üzərində 2 ədəd rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli 1 ədəd məmulat hissəsi 750 əyarlı qızıldan hazırlanmışdır. Məmulat hissəsinin üzərində olan 22 ədəd rəngsiz, şəffaf qaşlar qiymətli qaşlara aiddir - brilyantdır. Qaşlardan 22 ədədi hər biri təxminən, 0,030 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətlidir. Tədqiqata təqdim edilən əşyaların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2023-cii ilin noyabr ayına orta bazar qiyməti təxminən 8,41 qıam ktitləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 17 ədədi hər biri təxminən, 0,030 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətli brilyant qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa 1130,00 manat, 8,27 qram ktitləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 22 ədədi hər biri təxminən 0,030 karal olmaqla ümumilikdə 4/4 keyfiyyətli brilyant qaşlar olan, gümüşü lənglı 1 ədəd məmulat hissəsi (qırıntı) - 1175,00 manatdır. (İ/V. 158-161). Məhkəmə-trasoloji ekspertizasının 17 yanvar 2024-cü il tarixli 3-16-16/2-3/15 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, , təqdim edilmiş l,2”a” saylı daktilolentlərin səthlərindəki ovuc izləri, 2”b”, 3, 4”a”, “b” əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 2, 3, 4 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs sol ovucundan, 4”a” və “b” saylı daktilolentin səthindəki əl-barmaq izləri isə onun sol əlinin şəhadət barmaqından qalmışdırlar. Tədqiqata təqdim edilmiş 2”a” saylı daktilolentin səthindəki ovuc izi və 2”b”, 3 saylı daktilolentin səthindəki əl-baqmaq izi Təqsirləndirilən şəxs əl-baqmaqlarından qalmamışdır. (İ/V. 162-172). Məhkəmə ambulator məcburi-narkoloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli 575 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ/V. 177-178). “Sübutların qiymətləndirilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, İstintaq zamanı məhkəmə-kimyəvi ekspertizasının 12 noyabr 2023-cfı il tarixli 3-16- 16/2-6/5977 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2024-cü il tarixli 575 nömrəli, kompleks məhkəmə-əmtəəştinaslıq və məhkəmə-iqtisadi ekspertizasının 12 yanvar 2023-cü il tarixli 3-16-16/2-6/37-9/07 nömrəli, məhkəmə-daktiloskopik ekspertiasının 17 yanvar 2024-cü il tarixli 3-16-16/2-3/15 nömrəli rəyləri iş üzrə sübut növləri kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,521 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 4 ədəd metadon dərman həblərinin iş üzrə təyin edilmiş məhkəməkimyəvi ekspertizasından qaytarılmış qalığı, yəni 0,471 qram çəkidə psixotrop maddə metamfetamin və 3 ədəd metadon dərman həbi, hadisə yerindən götürülmüş əl-barmaq izləri, Təqsirləndirilən şəxs götürülmüş 8,41 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 17 ədədi hər biri təxminən, 0,030 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətli brilyant qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa, 8,27 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 22 ədədi hər biri təxminən 0,030 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətli brilyant qaşlar olan, gümüşü rəngli 1 ədəd məmulat hissəsi (qırıntı) və şəxsi axtarış zamanı protokola əlavə edilmiş 1 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış müvafiq tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (İ/V 129-130). Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. AR CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 02 il, 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. (İ/V 132-143). Azərbaycan Respublikası Ədliyyə Naziriliyinin Bakı şəhər Probasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 21-1/3/4804-16 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin olunmuş 02 il 10 gün azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2023-cü il tarixə qədər 19 gününü çəkmiş və üzərində 01 il 11 ay 21 gün azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyləri, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini etiraf etməsini, səmimi peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 1(006)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə qəti olaraq 02 il 10 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır, lakin törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsini cəzanın məqsədlərini təmin edə biləcəyi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, hazırkı işin müəyyən edilmiş hallarına görə az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilən sənədlərdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməl 11 noyabr 2023-cii il tarixində yəni təqsirləndirilən şəxs barəsində Nəsimi Rayon Məhkəməsinin hökmü qəbul edildikdən sonra törədilmişdir. Bu hal belə qənaətə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs ona bundan əvvəl təyin edilmiş daha yüngül cazadan düzgün nəticə əldə etməmişdir, ona görə də hazırda barəsində daha yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin etmək imkanında deyildir. Məhkəmə həmçinin hesab edir ki, hazırki iş üzrə hökm çıxarılarkən Təqsirləndirilən şəxs tərəfindən bundan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək ona təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı nəzərə alınmalı, eyni zamanda hazırda baxılan cinayət işi üzrə törədilmiş əməllərdən biri (CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməl) sözgedən hökm çıxarılanadək digəri isə (CM 234.1-ci maddəsində nəzərdə tutulan əməl) birinci hökm çıxarılandan sonra törədildiyindən Azərbaycan Respublikası CM-nin həm 66.5-ci maddəsinin, həm də ki, 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli 04 saylı Plenum Qərarının 17-ci bəndinə əsasən məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Axırda isə CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə qəti cəza müəyyən edilir. Başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət (saatlarla hesablanmaqla) ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının faktiki çəkilmiş olan 19 gün müddət hissəsi də nəzərə alınmalıdır, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,471 qram psixotrop maddə olan metamfetamin və 3 ədəd metadon həbi məhv edilməli, eləcə də iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs götürülmüş 8,41 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 17 ədədi hər biri təxminən, 0,030 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətli brilyant qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa, 8,27 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 22 ədədi hər biri təxminən 0,030 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətli brilyant qaşlar olan, gümüşü rəngli 1 ədəd məmulat hissəsi (qırıntı) zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, 297,29 manat (iki yüz doxsan doxsan yeddi manat 29 qəpik) məhkəmə-ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədikləri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-210/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırki hökmlə Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri üzrə təyin edilmiş cəza ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası AR Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir günü kimi nəzərə alınmaqla həmin cəza 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən taplanılmaqla ona 02 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər sübhəli şəxs qismində saxlandığı və həbsdə olduğu 02 ay 25 gün müddət, hazırki iş üzrə 11 noyabr 2023-cü il tarixdən 13 noyabr 2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət, həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-231/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının faktiki çəkilmiş olan 19 gün müddət hissəsi iki günə bir gün hesablanmaqla 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla cəmi 03 ay 07 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 02 il 04 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırki hökmlə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq təyin edilmiş 02 il 04 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 297,29 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından qalıq qalmış 0,471 qram psixotrop maddə olan metamfetamin və 3 ədəd metadon həbi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs götürülmüş 8,41 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 17 ədədi hər biri təxminən, 0,030 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətli brilyant qaşlar olan, gümüşü rəngli 1 cüt sırğa, 8,27 qram kütləli, 750 əyarlı qızıldan hazırlanmış, üzərində 22 ədədi hər biri təxminən 0,030 karat olmaqla ümumilikdə 4/4 keyfiyyətli brilyant qaşlar olan, gümüşü rəngli 1 ədəd məmulat hissəsi (qırıntı) zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilən zaman qeydə alınmış videogörüntü əlavə edilmiş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-210/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-210/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver