Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-211/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində qətimkan tədbiri seçilməsindən imtina edilərək hazırda Azərbaycan Respublikası DİN-in X2 Saxlanılma Mərkəzində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı ünvan 2 ünvanında yerləşən evin dəhlizində şəxsi münasibətlər zəminində aralarında baş vermiş ailə münaqişəsi zamanı arvadı Zərərçəkmiş şəxs başqa şəxslərlə münasibətinin olmasını və ona xəyanət etməsini ehtimal edib qısqanaraq əlindəki yanan vəziyyətdə olan siqareti sonuncunun sağ gicgah nahiyəsinə basdıqdan sonra döşəmənin üzərinə yıxaraq təpiklə onun qarın, bel və sol qol nahiyəsinə bir neçə zərbə vurub Zərərçəkmiş şəxs sağ gicgah nahiyəsinin iltihablaşmış yanıq yarası və sol said nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2011-ci ildə ailə həyatı qurmuş və həmin nikahdan iki azyaşlı övladları vardır. Əvvəllər münasibətləri yaxşı olsa da, son zamanlarda qısqanclıq səbəbindən münasibətləri pozulmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadıqları mənzilin dəhlizində Kamilənin başqa kişilərlə münasibəti olduğunu düşünüb qısqanclıq zəminində mübahisə edən zaman əlində olan siqareti onun üz nahiyəsinə basmış, sonra isə onu döşəməyə yıxaraq yüngül formada bir neçə zərbə vurmuşdur. Sonra atası və anası onu uzaqlaşdırmışdır. Bundan sonra arvadı Kamilə DİN-in 102 Zəng Mərkəzinə məlumat vermişdir. O, törətdiyi əməldən peşmandır, həmin vaxt qısqanclıq səbəbindən əsəbi və aqressiv olaraq hadisəni törətmişdir. 2020-ci ilin mart ayında da qısqanclıq səbəbindən arvadı Kamilə ilə mübahisə edərək yüngül formada onu vurmuşdur. Lakin barışdıqlarından Zərərçəkmiş şəxs şikayət etməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, zərəçəkmiş şəxs – arvadı Zərərçəkmiş şəxs ilə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində ailə üzvləri ilə birgə yaşadıqları mənzildə olan zaman əri Təqsirləndirilən şəxs heç bir səbəb olmadan guya onun başqa kişilərlə münasibətinin olduğunu və həmin şəxslərlə gizli görüşdüyünü bəhanə gətirərək mübahisə etməyə və ünvanına nalayiq sözlər işlətməyə başlamışdır. O, isə heç bir kişi ilə münasibəti olmadığını və böhtan atmamasını sərt bir şəkildə bildirən zaman Təqsirləndirilən şəxs daha da aqressivləşərək həmin vaxt əlində yanılı vəziyyətdə olan siqareti qəfildən onun sağ yanaq nahiyəsinə batıraraq xəsarət yetirdikdən sonra döşəmənin üzərinə yıxaraq təpiklə qarın və bel nahiyəsinə bir neçə dəfə zərbə vurmağa başlamışdır. Həmin vaxt mənzildə olan qayınatası Zakir Şirinov və qayınanası Şahid dərhal ona müdaxilə edib çətinliklə də olsa uzaqlaşdırmışdır. Daha sonra həmin vaxt qayınanası ilə telefon vasitəsi ilə danışan baldızı Samirə səs-küyü eşidib Azərbaycan Respublikası DİN-in 102 Zəng Mərkəzinə məlumat verərək onun Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Sonradan isə onun barəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsində araşdırma aparılmışdır. Bədəni üzərində olan xəsarətləri xx xxxx 2020-ci il tarixdə yaşadıqları mənzildə baş vermiş mübahisə zamanı əri Təqsirləndirilən şəxs yetirmişdir. Sağ gicgah nahiyəsində olan yanıq xəsarətini Təqsirləndirilən şəxs əlində olan yanılı vəziyyətdəki siqareti batıraraq, sol said nahiyəsində olan xəsarəti isə onu döşəmənin üzərinə yıxıb təpiklə vurduqda özünü müdafiə etmək üçün sol qolunu irəli verən zaman təpiklə yetirmişdir. Təqsirləndirilən şəxs onun bel və qarın nahiyəsinə də bir neçə təpik zərbəsi vursa da, zərbələr yüngül olduğundan bel və qarın nahiyəsindən xəsarət almamışdır. Həmin vaxt özünü müdafiə etmək üçün sol qolunu irəli verdiyindən təpik zərbələri sol qoluna dəymişdir. Hadisə zamanı mənzildə qayınatası Zakir Şirinov və qayınanası Şahid olmuş və hadisənin şahidi olmuşlar. Azyaşlı övladları isə mənzilin digər otağında yatdıqlarından hadisənin şahidi olmamışlar. Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayından başlayaraq mütamadi olaraq onunla mübahisə edib vursa da, o, ailəsinin dağılmaması üçün hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayında da eyni qaydada heç bir səbəb olmadan onunla mübahisə edib döymüş və xəsarətlər yetirmişdir. Lakin həmin vaxt ciddi xəsarətlər olmadığından onu əfv edərək hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Daha sonra xx xxxx 2020-ci il tarixdə də Famillə aralarında mübahisə baş vermiş və sonuncu onu vurmuşdur. Lakin həmin vaxt heç bir xəsarət almadığından araşdırma ilə bağlı tibbi müayinədən keçməmiş və şikayətinin olmamasını bildirmişdir. Həmin hadisə ilə bağlı şikayəti isə qonşuluqda yaşayan Dilşad Vəliyeva etmişdir. Həmin araşdırma ilə bağlı qərar qəbul edilmiş və qərarın surəti ona təqdim edilmişdir. Həmin faktla bağlı heç bir şikayəti və tələbi yoxdur. Hal-hazırda Təqsirləndirilən şəxsla barışmışdır, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsinə etiraz etmir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs gəlini, Təqsirləndirilən şəxs isə doğma oğludur. Onlar 2011-ci ildə ailə qurmuş və həmin nikahdan iki azyaşlı övladları vardır. Əvvəllər münasibətləri yaxşı olsa da, sonradan oğlunun narkotik vasitələrə aludəçiliyi və əsassız qısqanclığı səbəbindən münasibətləri pozulmuşdur. Oğlu Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayından başlayaraq mütəmadi olaraq gəlini Kamilə ilə mübahisə etməyə və onu vurmağa başlamışdır. Zərərçəkmiş şəxs isə ailələrinin dağılmaması və övladlarının atasız böyüməməsi üçün onun bu hərəkətlərinə tab gətirərək hüquq mühafizə orqanlarına şikayət etməmişdir. xx xxxx 2020-ci il tarixdə saat 20 radələrində yaşadıqları mənzildə olan zaman oğlu Təqsirləndirilən şəxs heç bir səbəb olmadan gəlini Kamilənin ünvanına nalayiq sözlər işlətməyə, onu başqa kişilərlə münasibətinin olması ilə bağlı əsassız ittiham etməyə başlamışdır. Kamilə isə ona heç bir kişi ilə münasibətinin olmamasını bildirib ona böhtan atmamasını tələb etdikdə Famil ani məqamda aqressivləşərək əlində olan yanılı vəziyyətdəki siqareti Kamilənin sağ yanaq nahiyəsinə batırdıqdan sonra onu döşəmənin üzərinə yıxaraq təpiklə bel və qarın nahiyəsinə zərbələr vurmağa başlamışdır. O və əri Zakir Şirinov onu dərhal uzaqlaşdırdıqdan sonra həmin vaxt onunla telefonla danışan qızı Samirə səs-küyü eşidərək baş vermiş hadisə ilə bağlı Azərbaycan Respublikası DİN-in 102 Zəng Mərkəzinə məlumat verərək Kamilənin Famil tərəfindən döyülməsini bildirmişdir. Sonradan isə oğlu barəsində Bakı şəhəri Yasamal RPİ-nin 27-ci Polis bölməsində araşdırma aparılmışdır. Hazırda oğlu Təqsirləndirilən şəxs inzibati qaydada həbs olunmuşdur. O, daha sonra göstərmişdir ki, hadisə baş verən vaxt mənzildə ailə üzvləri olmuşdur. Hadisə vaxtı ictimai qayda pozulmamış və qonşulara narahatçılıq törədilməmişdir. Familin azyaşlı övladları isə həmin vaxt digər otaqda yatdıqlarından hadisənin şahidi olmamışlar. Həmçinin göstərmişdir ki, mübahisə yaşadıqları mənzildə baş verdiyindən heç bir ictimai qayda pozulmamış və qonşuluqda yaşayan şəxslərə narahatçılıq verilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya ETT Birliyi”nin xx xxxx 2020-ci il tarixli, 461 saylı rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən - sağ gicgah nahiyəsinin iltihablaşmış yanıq yarası yüksək hərarətin yerli termiki təsirindən, sol said nahiyəsinin sıyrığı isə küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 65) . İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, 02 ay müddətinə inzibati həbs edilmiş, İş üzrə 01 gün inzibati qaydada tutma müddəti nəzərə alınmaqla, üzərində qəti olaraq 01 ay 29 gün müddətinə inzibati həbs saxlanılmış, həbsetmənin əvvəli saxlanıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən, saat 11:00-dan hesablanması qərara alınmışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsindən imtina edilərək ondan yazılı iltizam alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü və xx.xx.2013-cü il təvəllüdlü iki azyaşlı uşağı vardır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-211/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs göstərilmiş 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-211/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-211/2020
03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver