Məhkəmə qərarları › İş №1(004)-211/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-211/2022

29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-211/2022 29.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X4 Zərər çəkmiş şəxs və onun qanuni nümayəndəsi: Zərərçəkmiş şəxs (yetkinlik yaşına çatmayan) və onun qanuni nümayəndəsi atası - Qanuni nümayəndə Təqsirləndirilən şəxs: xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 fevral 2022-ci il tarixdə saat 14 radələrində əvvəllər tanımadığı və heç bir münasibəti olmadığı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs piyada hərəkətdə olmasını gördükdə heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin lövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə ictimai yer hesab olunan ünvan 2 ünvanında yerləşən metronun “İnşaatçılar” stansiyasının qarşısında ucadan ünvansız söyüş söyməklə cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib əli ilə Zərərçəkmiş şəxs sifət nahiyyəsindən qəsdən vuraraq ona ağız boşluğun sol divarında selikli qişanın cırılması ilə müşayiət olunmuş ağız nahiyyəsinin qançırı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirərək qərəzli hərəkətlər yəni xuliqanlıq elmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Yasamal rayonu A.M.Şərifazdə küçəsi ev 94 mənzil 25-də anası və bacısı ilə bir yerdə yaşayır, atası uşaq vaxtlarından onları atıb getmişdir. İqtisad Universitetinin Texnologiya Dizayn fakültəsini 2010-2014-cü il tarixdə bilirmiş, N saylı hərbi hissədə 2014-2015-ci illərdə hərbi xidmət keçmiş, evlərinin yanında olan «Viva» şirniyyat evində işləyib anasına və bacısına baxmışdır. 05 fevral 2022-cı il tarixdə 14 radələrində Yasamal rayonu A.M.Şərifazdə küçəsində yerləşən «Bravo» marketə bazarlıq etmək üçün gedən zaman metronun “İnşaatçılar” salnsiyasının qarşısında tanımadığı bir nəfər qızın yol getdiyini görüb yanından keçən zaman əlini cibindən çıxarıb zarafat edən şəxs kimi təsadüfən üzündən sillə ilə vurub heçnə olmamış kimi hərəkət edib yoluna davam etmiş, bu vaxt onun hərəkətinə ətarfdan keçənlər təəcübblə baxsalarda özünü bilməməzliyə və görməməzliyə qoymuş, yoluna davam etmişdir. Həmin gün etdiyi hərəkətlərin mahiyyətini dərk edib düz hərəkət etmədiyini başa düşmüş, amma nədənsə həmin hərəkətləri etmək içindən gəldiyi üçün o bunu etmişdir. Həmçinin həmin gün televizorda göstərilən şou proqramda olduğu kimi insanlarla zarafat edən şəxslər kimi hərəkət etmiş, sonradan adını bildiyi Yasmin adlı xanıma qarşı etdiyi hərəkət bir neçə saniyə ərzində baş vermişdir. Bu hərəkətləri heç kimə qarşı etməmiş, Yasmini daha öncədən tanımamış, həmin xanımı 29-cu PŞ-də görəndən sonra bilmişdir ki, adı Yasmindir və həmin qızı 05 fevral 2022-ci il tarixdə 14 radələrində Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən «Bravo» marketə bazarlıq etmək üçün gedən zaman metronun “İnşaatçılar” satnsiyasının qarşısında sillə ilə üz nahiyyəsindən vurmuşdur, hadisə baş verən anda ətrafdan keçən şəxslər onun həmin qızı heç bir səbəb olmadan ictimai yerdə sillə ilə vurmağını təəcüblə qarşılasalarda ona bir söz deməmiş, o yoluna sürətlə davam etmiş, əynində qara uzun papaqlı gödəkçə və göy cins şalvar olmuşdur. Əməlini etiraf etməsini, peşman olmasını nəzərə alaraq yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan, xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 52 nömrəli orta məktəbin 11 A sinfində təhsil alır, hər gün saat 08-də məktəbə gedib saat 13 radələrində dərsdən çıxır, 05.02.2022-ci il tarixdə şənbə günü olduğu üçün məktəbdə dərs olmamış, həmin gün saat 14 radələrində Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən Telefon qovşağına yaxın yerdə repititorluq fəaliyyəti ilə məşqul olan müəlliməsi Təranə müəllimənin evindən çıxıb metronun “İnşaatçılar” stansiyası istiqamətində hərəkətə başlamış, bu vaxt metronun qarşısında küçə söyüşləri söyərək onunla üzbə-üz gələn hansıki sonradan adını və anket məlumatlarını 29-cu PŞ-də bildiyi Təqsirləndirilən şəxs adlı şəxs üzündən qəsdən bir dəfə sillə ilə «elə belədə olmalı imiş kimi» vurub keçmiş, həmin vaxt o nə baş verdiyini nə üçün həmin şəxsin onu vurduğunu başa düşməmiş, lakin buna baxmayaraq başı hərlənmiş və özünü yaxşı hiss etməmiş, üzündən vuran Əhməd ona yaxınlaşan zaman əli cibində olmuş, onun yanına çatanda əlini cibindən çıxarmış və üzündən əlinin içi ilə vursa da bu zaman onun əlinin içində nə isə açara bənzər yada başqa bir şey ola biləcək dəmir parçasının ağzına dəydiyini hiss etmiş, başına gələnləri atasına evə gedərək danışmış, DİN-in 102 xidmətinə olanlarla bağlı atası Musa məlumat vermiş, Əhməd adlı şəxs onu üzündən vuran zaman ətrafda insanlar olmuş, onlarda Əhmədin ona qarşı etdiyi hərəkətə təəcüblənmiş və nə üçün həmin şəxsin onu sillə ilə vurmasını başa düşməmiş, həmin hadisə baş verən yerə getmiş qeyd edilən yerdə yerləşən qeyri-yaşayış obyektlərində olan video görüntüləri atası götürmüş polisə sonra isə xəbər saytı olan “Qafqaz” infoya və “patrul.az” saytlarına təqdim etmişdir. Əhməd adlı şəxs onu üzündən vuran zaman Əhmədin əynində qara rəngdə uzun papaqlı gödəkcə və göy cins şalvar var olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən metronun “İnşaatçılar” stansiyasının qarşısında «Fuad telecom» telefon mağazasında satıcı işləyir, 05 fevral 2022-ci il tarixdə 14 radələrində işdə olan zaman metronun üstündə onun işlədiyi mağazanın qarşısında tanımadığı bir nəfər əynində qara uzun papaqlı gödəkçə olan şəxs qarşıdan gələn əynində qırmızı uzun gödəkcə olan şəxsi naməlum və onun bilmədiyi səbəbdən bir dəfə üzündən sillə ilə vurub keçmiş, həmin cavan oğlanın nə üçün belə hərəkət etməsi onu və ətrafda olanları heyrətləndirmiş, həmçinin baş vermiş hadisəni törədən şəxsin əlində heç bir dəmir alət və ya başqa bir əşya görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində Şahid2 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 144 saylı, 11.02.2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər ağız boşluğun sol divarında selikli qişanın cırılması ilə müşayiət olunmuş ağız nahiyyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05.02.2022-ci il tarixdə əmələ gələ bildərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 2/144 saylı, 28.03.2022-ci il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər ağız boşluğun sol divarında selikli qişanın cırılması ilə müşayiət olunmuş ağız nahiyyəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 05.02.2022-ci il tarixdə əmələ gələ bildərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Göstərilən xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki. həmin xəsarətin ağız nahiyəsinə əl ilə vurma nəticəsində törənməsi mümkündür, dəmir parçası ilə vurulma nəticəsində törənməsi inkar olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallar kimi, təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmayan qıza qarşı ictimai yerdə törədilməsini, zərərçəkmiş şəxslə barışması üçün cəhd edilməməsini, təyin edilən cəzanın şəxsin şəxsiyyətinə uyğunluğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növləri cəzanın məqsədlərini təmin edə bilməz. Belə bir vəziyyətdə məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalardan, məhkəmə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsilə cəzanın məqsədlərinə çatmanın mümkün olduğu qənaətinə gəlir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, cinayəti etiraf etməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində 13.02.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 11.02.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 11 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili X1 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar