Məhkəmə qərarları › İş №1(004)-211/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-211/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-211/2024 04.06.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.1971 -ci ildə Kürdəmir rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti Mehdi Hüseynzadə küçəsi ev 35, mənzil 2 ünvanda qeydiyyatda olmaqla, ünvan 1 yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, etibardan sui-istifadə etmə və aldatma yolu ilə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirməklə maddi ziyan vurmuşdur. Belə ki, o tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 sürücü vəzifəsində işləməsini təsdiq edən vəsiqəsini göstərib öz qulluq mövqeyindən istifadə etməklə ona özünü sonuncunun övladı Şahid FHN-nin Siyəzən rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəltmək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə onun etibarını qazanıb özünə inandıraraq, xx.xx.2021 -ci il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsində 1000 (bir min) manat, xx.xx.2021 -ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” deyilən ərazidə 1500 (bir min beş yüz) manat, xx.xx.2021 -ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsində 700 (yeddi yüz) manat, xx.xx.2021 -ci il tarixdən 2021 -ci ilin aprel ayının sonunadək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 77 ünvanda yerləşən “Alov” zavodunun qarşısında 1800 (bir min səkkiz yüz) manat olmaqla ümumilikdə 5000 (beş min) manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1994-cü ildən 2015-ci ilədək müddət ərzində Daxili İşlər Nazirliyinin müxtəlif idarələrində müxtəlif vəzifələrində polis mayoru rütbəsinədək işləmişdir. 2015-ci ildə isə təqüdə çıxmışdır. 2020-ci ilin əvvəllərindən 2021 -ci ilin avqust aymadək olan müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Bakı şəhəri Xətai rayonunda yerləşən baş idarəsinin “X13”nda sürücü vəzifəsində işləmişdir. Əvvəllər Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin Sumqayıt Xətt polis Məntəqəsinin rəisi vəzifəsində işləmişdir. X17 regional olduğu üçün Siyəzən rayonu ərazisinə də nəzarət edirmiş. Bu səbəbdən həmin rayonda mütəmadi olurmuş. Təxminən 20 il müddətdir ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Arada telefonla bir-biri ilə hal-əhval tuturmuşlar, yolu Siyəzən rayonuna düşəndə hətta görüşürmüşlər. 2021 -ci ilin yanvar ayının əvvəllərində istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Yalçının istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə zəng etmişdir. Söhbət əsnasında Yalçın ona oğlu Şahid Fövqəladə Hallar Nazirliyinin Siyəzən rayon şöbəsinə yanğınsöndürən kimi işə düzəltmək istədiyini demişdir. O, da X12 Nazirliyində sürücü işlədiyini bildirərək oğlunun FHN-nin Siyəzən rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə düzəlməsinə köməklik edəcəyini bildirmişdir. Bundan sonra Yalçına Bakı şəhərinə gələrkən görüşməyi təklif etmişdir. Aradan bir neçə gün keçdikdən sonra Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” deyilən yerdə Yalçınla görüşmüşlər. Söhbət əsnasında Yalçına oğlu Talehi FHN-nin Siyəzən rayon şöbəsinə yanğınsöndürən- vəzifəsinə düzəlməsinə köməklik edəcəyini deyib Talehə aid hərbi biletinin, şəxsiyyət vəsiqəsinin surətlərini, sağlamlıq haqqında tibbi arayış, medallarının vəsiqələrinin surətlərini və 1000 (bir min) manat pul gətirməsini demişdir. Hətta o, öz xidməti vəsiqəsini də Yalçına göstərmişdir. Bir neçə gün sonra xx.xx.2021 -ci il tarixdə saat 11 radələrində Yalçın ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsində görüşmüşlər. O, Yalçından oğlu Talehin hərbi biletinin, şəxsiyyət vəsiqəsinin surətlərini, sağlamlıq haqqında tibbi arayış və medallarının vəsiqələrinin surətlərini və 1000 (bir min) manat pul almışdır. Həmin vaxt yanında heç kim olmamışdır. O, söhbət əsnasında Yalçına hətta öz oğlunu da FHN-nə işə düzəltmək istədiyini bildirmişdir. Söhbət əsnasında Yalçın ona bu işin düzəlməsi üçün nə qədər pul istəsələr verəcəyini demişdir. Aradan təxminən 20 gün keçdikdən sonra o, Yalçına zəng edərək 2000 (iki min) manat borca pul istəmişdir. Yalçın da ona həmin pulu göndərəcəyini bildirmişdir. 2021-ci ilin mart ayının ortalarında Yalçının oğlu Taleh ona zəng edərək atası Yalçının ona 800 (səkkiz yüz) manat pul göndərdiyini demişdir. O, da Talehlə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsində görüşmüşdür. Pulu Talehdən təhvil almışdır. Bundan sonra 2021-ci ilin aprel-may aylarında müxtəlif vaxtlarda bir dəfə 500 (beş yüz) manat, ikinci dəfə isə 700 (yeddi yüz) manat ona pul göndərmişdir. O, həmin pulu taksi sürücüsündən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Alov” zavodunun qarşısında almışdır. Pulları aldıqdan sonra o, Yalçına zəng edib pulu təhvil aldığını bildirirmiş. Mütəmadi olaraq Yalçın ona zəng edərək oğlunun işi ilə maraqlandıqda, o, Yalçına narahat olmamasını, qısa zaman ərzində oğlu Talehin işini düzəldəcəyini deyirmiş. 2021-ci ilin avqust ayında o, işdən çıxdıqdan sonra bu barədə Yalçına dedikdə, Yalçın ona verdiyi 3000 (üç min) manat pulu tələb etməyə başlamışdır. O, da Yalçına işdən çıxdığı üçün maddi sıxıntıları olduğunu və pulunu ödəyəcəyini demişdir. Bu minvalla o, Yalçının pulunu qaytaracağını desə də qaytara bilməmişdir. Yalçın ona verdiyi 3000 (üç min) manat pulu kredit götürdüyünü deyərək fazi ödədiyini bildirirmiş. Bu səbəbdən o, da Yalçına pulunu artıqlaması ilə ödəyəcəyini deyirmiş. Sonradan xx.xx.2023-cü il tarixdə o, Yalçınla görüşüb aldığı 3000 (üç min) manat pulun əvəzinə 4500 (dörd min beş yüz) manat ödəyəcəyinə dair əlyazma yazıb Yalçına vermişdir. O, sonradan Yalçına bir dəfə 1000 (bir min) manat, bir dəfə isə 400 (dörd yüz) manat pul qaytarmışdır. Əlavə olaraq Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi ona oğlu Şahid FHNnin Siyəzən rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəltmək üçün xx.xx.2021-ci il tarixdə saat 11 radələrində 1000 (bir min) manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsində, xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” deyilən ərazidə 1500 (bir min beş yüz) manat pul verdiyini, xx.xx.2021-ci il tarixdə oğlu Talehin FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən idarəsinin qarşısında 700 (yeddi yüz) manat pul verdiyini, xx.xx.2021-ci il tarixdə 300 (üç yüz) manat pulu Siyəzəndən Bakı şəhərinə gedən həmin pulu verdiyi taksi sürücüsündən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Alov” zavodunun qarşısında, 2021-ci ilin aprel ayından iyun ayının sonunadək olan müddət ərzində müxtəlif tarixlərdə 3 dəfə 500 manat olmaqla, ümumilikdə 1500 (bir min beş yüz) manat pulu Siyəzəndən Bakı şəhərinə gedən həmin pulu verdiyi taksi sürücüsündən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Alov” zavodunun qarşısında aldığını deməsi ilə razı olmadığını, Yalçından oğlu Talehi FHN-nin Siyəzən rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəltmək üçün xx.xx.2021-ci il tarixdə saat 11 radələrində 1000 (bir min) manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsində aldığını, həmin' vaxt tək olduqlarını, bundan başqa 2021-ci ilin mart ayının ortalarında Yalçının oğlu Taleh ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsində görüşüb 800 manat, 2021-ci ilin aprel-may aylarında müxtəlif vaxtlarda Yalçının göndərdiyi bir dəfə 500 (beş yüz) manat, ikinci dəfə isə 700 (yeddi yüz) manat pulu taksi sürücüsündən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Alov” zavodunun qarşısında aldığını, sonradan aldığı 2000 (iki min) manat pulu Yalçından borc aldığını, 1000 (bir min) manat pulu isə oğlu Talehin işi ilə bağlı aldığını, Yalçından ümumilikdə 5000 (beş min) manat deyil, 3000 (üç min) manat pul aldığını bildirmişdir. Yalçın ona verdiyi 3000 (üç min) manat pulu kredit götürdüyünü və faiz ödədiyini bildirdiyi üçün o, Yalçına köməklik etmək üçün 4500 (dörd min beş yüz) manat pul almağı ilə bağlı qeyd yazıb elə bildirmişdir. Zərərçəkmiş şəxs aldığı puldan sonuncunun oğlu Şahid FHN-nin Siyəzən rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəltmək üçün hər hansı şəxs(lər)ə heç bir məbləğdə pul verməmiş, Şahid işi ilə bağlı heç bir iş görməmişdir. Yalçından aldığı pulları maddi sıxıntıları olduğu üçün şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs 2200 (iki min iki yüz) manat pul qaytarmışdır. Zərərçəkmiş şəxsla əvvəllər heç bir iş görməmiş, öz oğlunu da FHN-nə işə düzəltmək istəsə də edə bilmədiyini bildirmişdir. Hazırda zərərçəkmiş şəxsə dəyən ziyanı tam ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. Yaşadığı Siyəzən rayonunda kənd təsərrüfatı ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 10 il müddətdir ki, tanıyır. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. X14 rayonunda işlədiyi üçün ordan tanıyır. Oğlu Şahid 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Taleh hərbi xidmətdən qayıtdıqdan sonra Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə işə düzəltmək üçün “CV” məlumatlarını hər iki nazirliyə vermişlər. Sonradan oğlu X16 Nazirliyində işləmək istəmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində FHN-dən ona zəng gəlmişdir. Telefonda danışan FHN-nin məsul şəxsi onu oğlu ilə birlikdə FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən idarəsinə dəvət etmişdir. Aradan bir-iki gün keçdikdən sonra o, oğlu Talehlə birlikdə dəvət olunduğu FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən idarəsinə getmişdir. Orada qəbul şöbəsinə yazıldıqdan sonra Talehin sənədlərini qəbul edib onlara X9 Talehi qəbul edəcəyi günü xəbər edəcəklərini bildirmişlər. Bundan sonra onlar çıxıb evə qayıtmışlar. Aradan bir-iki gün keçdikdən sonra tanışı Hikmət istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Hikmət telefonda onu və oğlunu FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən idarəsinin qarşısında gördüyünü, oraya hansı səbəbdən getdiklərini soruşduqda, o, Hikmətə oğlu Talehi FHN-nə işə düzəltmək üçün getdiyini bildirmişdir. Hikmət ona FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən idarəsində kadrlar şöbəsində sürücü işlədiyini, bu işdə ona köməklik edə biləcəyini, bu məsələnin telefon söhbəti olmadığını, bu səbəbdən Bakı şəhərinə gəldikdə onunla görüşməyi təklif etmişdir. O, da Hikmətlə razılaşıb Bakı şəhərinə gəldikdə xəbər edəcəyini demişdir. O, bir gün keçdikdən sonra Bakı şəhərinə gəldikdə Hikmətə zəng edərək görüşmək istədiyini bildirmişdir. Hikmət telefonda ona oğlu Talehin hərbi biletinin, şəxsiyyət vəsiqəsinin surətlərini, sağlamlıq haqqında tibbi arayış və medallarının vəsiqələrinin surətlərini 1000 (bir min) manat pul ilə birlikdə gətirməyini demişdir. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində o, qeyd olunan sənədlər və 1000 (bir min) manat pul ilə birlikdə Hikmətlə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsində görüşmüşlər. O, həmin sənədləri və 1000 (bir min) manat pulu orada Hikmətə vermişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Hikmət söhbət əsnasında ona hətta bir neçə nəfəri də FHN-nə işə düzəltdiyini bildirmişdir. Adi vətəndaşların həmin nazirliyə 10.000 (on min) manata, onun oğlu Talehi isə müharibə iştirakçısı olduğu üçün 7000 (yeddi min) manata düzəldəcəyini demişdir. Qalan məbləği isə dediyi vaxtda verməyini bildirmişdir. O, da Hikmətlə razılaşmışdır. Aradan təxminən 20 gün keçdikdən sonra Hikmət ona zəng edərək Talehin hərbi biletinin əslinin lazım olduğunu, hərbi biletlə birlikdə 1500 (bir min beş yüz) manat pul da verməyini demişdir. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Hikmətlə Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” deyilən ərazidə görüşmüşdür. O, Talehin hərbi biletinin əslini və 1500 manat pulu Hikmətə vermişdir. Həmin vaxt yanında heç kim olmamışdır. Söhbət əsnasında Hikmətə həqiqətən FHN-də işləyib-işləməməyini soruşduqda, Hikmət xidməti vəsiqəsini çıxarıb ona göstərmişdir. Vəsiqədə Hikmətin mülki geyimdə şəklinin və sürücü işləməsi barədə məlumatların yazıldığını görmüşdür. Bundan sonra o, Hikmətə inanmışdır. Sonra sağollaşıb ayrılmışlar. Aradan təxminən 15 gün keçdikdən sonra Hikmət ona zəng edərək işlə bağlı təcili 700 (yeddi yüz) manat pul verilməli olduğunu demişdir. O, da Hikmətə oğlu Talehin Bakı şəhərinə gedəcəyini, həmin pulu onunla göndərəcəyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə oğlu Taleh Hikmətlə FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən idarəsinin qarşısında görüşüb 700 (yeddi yüz) manat pulu ona vermişdir. Taleh pulu verdikdən sonra Hikmət ona zəng edərək pulu oğlu Talehdən götürdüyünü bildirmişdir. O, Hikmətə hər dəfə pul verdikdə Hikmət ona qısa zaman ərzində oğlunun FHN-nin Siyəzən rayon şöbəsində yanğınsöndürən vəzifəsində işə çıxacağını deyirmiş. O, da Hikmətə inandığı üçün heç bir söz demirmiş. Aradan bir neçə gün keçdikdən sonra Hikmət ona zəng edərək işlə bağlı 300 (üç yüz) manat pul göndərməyini demişdir. xx.xx.2021-ci il tarixdə 300 (üç yüz) manat pulu Siyəzəndən Bakı şəhərinə gedən hazırda xatırlamadığı taksi sürücüsünə vermişdir. Həmin gün bir neçə saat keçdikdən sonra Hikmət ona zəng edərək taksi sürücüsündən ona göndərdiyi 300 (üç yüz) manat pulu Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Alov” zavodunun qarşısında aldığını bildirmişdir. Bıindan başqa o, 2021-ci ilin aprel ayından iyun ayının sonunadək olan müddət ərzində xatırlamadığı müxtəlif tarixlərdə 3 dəfə 500 manat olmaqla, ümumilikdə 1500 (bir min beş yüz) manat pulu Hikmətə Siyəzəndən Bakı şəhərinə gedən taksi sürücüsü ilə göndərmişdir. Hər dəfə Hikmət pulu taksi sürücüsündən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Alov” zavodunun qarşısında aldığını bildirmişdir. Sonradan o, artıq Hikmətin onu aldatdığını başa düşüb pulunu geri tələb etməyə başlamışdır. Hikmət də hər dəfə ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs oğlu Şahid FHN-nin Siyəzən rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəltməsi üçün xx.xx.2021-ci il tarixdə saat 11 radələrində 1000 (bir min) manat pulu Bakı şəhəri, Nəsimi rayonu, 3-cii mkr dairəsində, xx.xx.2021 -ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” deyilən ərazidə 1500 (bir min beş yüz) manat pul vermiş, xx.xx.2021 -ci il tarixdə oğlu Taleh FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən idarəsinin qarşısında 700 (yeddi yüz) manat pul vermiş, xx.xx.2021-ci il tarixdə 300 (üç yüz) manat pulu Siyəzəndən Bakı şəhərinə gedən həmin pulu verdiyi taksi sürücüsündən Bakı şəhəri, Yasamal rayonunda yerləşən twAlov” zavodunun qarşısında, 2021-ci ilin aprel ayından iyun ayının sonunadək olan müddət ərzində xatırlamadığı müxtəlif tarixlərdə 3 dəfə 500 manat olmaqla, ümumilikdə 1500 (bir min beş yüz) manat pulu Siyəzəndən Bakı şəhərinə gedən həmin pulu verdiyim taksi sürücüsündən Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Alov” zavodunun qarşısında almışdır. Həmin pulları verən zaman yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona verdiyi ümumilikdə 5000 (beş min) manat puldan sonradan ona 1400 (bir min dörd yüz) manat qaytarmış, 3600 (üç min altı yüz) manat pulu isə qaytarmamışdır. Təqsirləndirilən şəxsla əvvəllər heç bir iş görməmişdir. Hikmət hər dəfə ondan pul aldıqda, həmin pulu işlə bağlı FHN-də lazımi şəxslərə çatdırdığını deyirmiş. İstintaq materiallarına əlavə edilmiş əlyazmada Təqsirləndirilən şəxs ondan 4500 (dörd min beş yüz) manat aldığının qeyd edildiyini, lakin Hikmətə 5000 (beş min) manat pul verdiyini, Hikmət pulunu qaytarmadığı üçün o, çarəsiz qalıb Hikmətin əlyazmaya yazmasını istədiyi üçün razılaşdığını bildirmişdir. Hikmətə verdiyi 5000 (beş min) manat pulu kredit götürdüyü üçün faizləri ilə birlikdə 10.000 (on min) manat ödədiyindən ilkin araşdırma zamanı ərizəsində elə bildirdiyini, lakin oğlunun işi ilə bağlı Hikmətə 5000 (beş min) manat pul verdiyini bildirmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. X2 Şöbəsində mühəndis vəzifəsində işləyir. 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinə işə düzəltmək üçün “CV” məlumatlarını hər iki nazirliyə vermişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində FHN-dən atası Yalçına zəng gəlmişdir. Telefonda danışan FHN-nin məsul şəxsi onları etdikləri müraciətlə bağlı FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən idarəsinə dəvət etmişdir. Aradan bir-iki gün keçdikdən sonra o, atası Yalçınla birlikdə dəvət olunduqları FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən idarəsinə getmişlər. Orada qəbul şöbəsinə yazıldıqdan sonra onun sənədlərini qəbul edib onlara X5 qəbul edəcəyi günü xəbər edəcəklərini bildirmişlər. Bundan sonra onlar çıxıb evə qayıtmışlar. Sonradan atası ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, həmin şəxsin FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən idarəsində kadrlar şöbəsində sürücü işlədiyini deyərək onun da həmin nazirliyə işə düzəlməyinə Hikmətin köməklik edəcəyini demişdir. Atası sonradan xx.xx.2021-ci il tarixdə Hikmətlə Bakı şəhərində görüşüb onun hərbi biletinin, şəxsiyyət vəsiqəsinin surətlərini, sağlamlıq haqqında tibbi arayış və medallarının vəsiqələrinin surətlərini 1000 (bir min) manat pul ilə birlikdə vermişdir. Bundan başqa xx.xx.2021 -ci il tarixdə atası Yalçın Hikmətlə Bakı şəhərində görüşüb 1500 (bir min beş yüz) manat pulu da ona vermişdir. Aradan təxminən 15 gün keçdikdən sonra Hikmət atası Yalçına zəng edərək işlə bağlı təcili 700 (yeddi yüz) manat pul verilməli olduğunu demişdir. Həmin vaxt atasının rayonda işləri olduğu üçün 700 (yeddi yüz) manat pulu Hikmətə çatdırmaq üçün ona vermişdir. O, da Hikmətə zəng edərək Siyəzən rayonundan çıxdığını və atasına dediyi onun işi ilə bağlı lazım - olan 700 (yeddi yüz) manat pulu özü ilə gətirdiyini bildirmişdir. Hikmət də onunla razılaşıb çatanda xəbər etməyini demişdir. xx.xx.2021-ci il tarixdə o, Hikmətlə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsində görüşüb atası Yalçının verdiyi 700 (yeddi yüz) manat pulu Hikmətə vermişdir. Hikmət söhbət əsnasında ona işlərinin artıq yekunlaşdığını, qısa zaman ərzində işə çıxacağını demişdir. O, da Hikmətə atasının tanışı kimi inanmışdır. Sonradan atası Yalçın xatırlamadığı tarixlərdə Siyəzən rayonundan Bakı şəhərinə gələn taksi sürücüləri ilə 3-4 dəfə olmaqla, ümumilikdə 1800 (bir min səkkiz yüz) manat pulu Hikmətə göndərmişdir. Sonradan artıq Hikmətin atasını aldatdığını başa düşüb pulu geri tələb etməyə başlamışlar. Hikmət də hər dəfə atası Yalçına müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onu FHN-nin Siyəzən rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəltməsi üçün xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mkr dairəsində atası Yalçının ona Hikmətə çatdırmaq üçün verdiyi 700 (yeddi yüz) manat pulu vermiş, həmin pul atası Yalçına məxsus olmuşdur, pulu Hikmətə verən zaman yanında heç kim olmamışdır. Bundan başqa atası Zərərçəkmiş şəxs onu FHN-nin Siyəzən rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəltməsi üçün tanışı Təqsirləndirilən şəxs onun verdiyi 700 (yeddi yüz) manat puldan başqa 4300 (dörd min üç yüz) manat olmaqla ümumilikdə 5000 (beş min) manat pul vermişdir. Təqsirləndirilən şəxsla əvvəllər heç bir tanışlığı olmamışdır, əvvəllər onunla heç bir iş görməmiş. Hikmət atasını tanışı olmuşdur. Hikmət atası Yalçınla telefonda danışan zaman FHN-nin Bakı şəhəri, Xətai rayonunda yerləşən idarəsinin qarşısına getməyini bildirdiyi üçün atası həmin yerdə Hikmətlə görüşdüyünü zənn etmişdir. Lakin o, Bakı şəhərinə çatıb Hikmətin dediyi yerə gedib görüşmək üçün zəng etdikdə Hikmət ona işdə olmadığını, bu səbəbdən Nəsimi rayonu, 3-cü mkr dairəsində görüşməyi təklif etdiyi üçün orada görüşüb atasının onunla göndərdiyi 700 (yeddi yüz) manat pulu Hikmətə verdiyini bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Dadaşov X6 Hikmət Nazim oğlu ilə aralarında keçirilmiş üzləşdirmə zamanı Təqsirləndirilən şəxs üzünə qarşı yuxarıda göstərilən məzmunda olan ifadəsində göstərdiyi halları və tam təsdiq etmiş, sonuncu da törətdiyi əməlini etiraf etmişdir (İ/V. 61-66). “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs göndərdiyi pulu sonuncu dəfə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 77 ünvanda yerləşən “Alov” zavodunun qarşısında almışdır. (İ/V. 67-70). Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kadr Siyasəti Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-18/2-6364/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət X1 əmək müqaviləsi əsasında sürücü vəzifəsində işləmişdir. (İ/V. 83). Zərərçəkmiş şəxs təqdim etdiyi Təqsirləndirilən şəxs ondan pul alması ilə bağlı qeydlər aparılmış 01 nüsxədə əlyazmadan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona 4500 (dörd min beş yüz) manat məbləğində pul verməsini təsdiq etmişdir. (İ/V. 22). İstintaq zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi törətdiyi dələduzluq cinayəti ilə bağlı Zərərçəkmiş şəxs vurduğu maddi ziyanla bağlı xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixli 03 ədəd ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs hər biri üzrə 400 manat olmaqla ümumilikdə 1200 manat məbləğində pulu Təqsirləndirilən şəxs hesabına göndərmişdir. (İ/V. 91-93). “Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat deyil, 3000 manat pul aldığını, 1000 manat pulu Zərərçəkmiş şəxs oğlunu FHN-nin Siyəzən rayon şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəltmək üçün, qalan 2000 manat pulu isə borc aldığını bildirməsi onun özünü müdafiəsi üçün gətirdiyi dəlil kimi qiymətləndirilmiş və əsassız olduğundan vəsatəti rədd edilmişdir. (İ/V. 117). “Qətimkan tədbirinin seçilməsi haqqında” iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir (İ/V. 121). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ/V 59). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini təqsirli olaraq törətməsi istintaq zamanı özünün verdiyi etirafedici ifadələri, zərərçəkmiş və şahidin ifadələri, üzləşdirmə protokolu və digər istintaq sənədləri ilə öz təsdiqini tapmışdır. Zərərçəkmiş şəxs araşdırma zamanı təqdim etdiyi Təqsirləndirilən şəxs ondan pul alması ilə bağlı qeydlər aparılmış 01 nüsxədə əlyazma iş üzrə sübut əhəmiyyəti daşıdığı üçün maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə arasında yaranan mübahisə hal hazırda aradan qaldırılmışdır və ona vurulmuş zərər tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı iddia və tələbi yoxdur, onunla barışmışdır. xx.xx.2023-cü il tarixli, 15745 nömrəli "Kapital Bank” ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1250,00 manat məbləğində pul Maliyyə Nazirliyi - X3 ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşmançılığını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində zərərçəkmi şəxsə dəymiş ziyanın tamamilə ödəməsini, cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarı dövlət büdcəsinə ödəməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən həmin Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı, lakin 5000 manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmçinin Qeydin 2-ci hissəsinə əsasən həmin Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, 5000 manatdan yuxarı, lakin 50000 manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə 50.000 manatdan yuxarı, lakin 500.000 manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə 500.000 manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cu maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə ki, məhkəmədə həmçinin müəyyən edildi ki, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilməklə bərabər cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında pul vəsati də dövlət büdcəsinə ödənilmişdir. Belə olduğu təqdirdə «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsi ilə əlaqədar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). CPM-nin 43.1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. 01 may 2020-ci il tarixli qanunla 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1 -ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslərlə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Qeyd olunan Məcəllənin 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndirilən şəxs Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 1(004)-211/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi, maddi sübut, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqınla” qətimkan tədbiri ləğv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X10 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat pul köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar