Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-212/2020 13.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1966-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində ünvan 3 saylı ünvanda yerləşən yaşayış binasının 2-ci blokunun 15-ci mərtəbəsinin saxlanc yeri hesab olunmayan pilləkən qəfəsliyində divara zəncir vasitəsi ilə qıfılla bağlanmış Zərərçəkmiş şəxs məxsus bir ədəd 28 ölçülü, qara rəngli, 13 dəyişən sürətli, işlək vəziyyətdə olan 350 manat dəyərində “Solcano” markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrındə ünvan 4 saylı ünvanda yerləşən yaşayış binasının 2-ci blokunun 15-ci mərtəbəsinin saxlanc yeri hesab olunmayan pilləkən qəfəsliyində divara zəncir vasitəsi ilə qıfılla bağlanmış Zərərçəkmiş şəxs məxsus bir ədəd 28 ölçülü, qara rəngli, 13 dəyişən sürətli, işlək vəziyyətdə olan 350 manat dəyərində “Solcano" markalı velosipedi gizli olaraq talamaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər törətmiş olduğu cinayət əməllərinə görə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və azadlıqdan məhrum edilmişdir. Sonuncu dəfə 2016-cı ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edimiş və 2019-cu ildə azadlığa çıxmışdır. Hal-hazırda rəsmi olaraq heçbir yerdə işləmir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində qonşuluqda yaşayan ondan yaşca kiçik olan Kənan ilə yaşadığı məhəllənin yaxınlığında görüşmüşlər. Söhbət zamanı o, Kənana yaxınlıqda olan binaların bloklarını gəzməyi, oradan işlənmiş dəmir parçaları tapıb satmağı, nəticədə əldə etdikləri pulu aralarında bölməyi təklif etmiş, Kənan onun təklifi ilə razılaşmışdır. Bundan sonra Kənanla Yasamal rayonu ərazisində bir neçə binanın blokuna girib dəmir parçaları axtarmağa başlamışlar. Lakin heç bir şey tapa bilməmişlər. Sonuncu baxdıqları yer ünvan 5 saylı ünvanda yerləşən binanın 2-ci bloku olmuşdur. O, Kənanla həmin blokun mərtəbələrini bir-bir gəzib satmaq üçün dəmir parçaları axtarmışdır. Binanın 15-ci mərtəbəsində blokun balkonunda divara zəncirlə bərkidilimiş vəziyyətdə bir ədəd üzərində “Solcano" yazısı olan velosipedin olduğunu görmüşdür. Bu zaman o, Kənana həmin velosipedi oğurlamağı təklif etmiş, Kənan bir az fikirləşdikdən sonra onun təklifi ilə razılaşmışdır. Bundan sonra Kənan, cibindən bir ədəd vintaçan çıxarıb ona verərək zəncirlə bağlanmış qıfılı açmasını istəmişdir. O, Kənandan vintaçanı alıb qıfılı açmış və velosipedi götürüb getmişlər. Onlar velosipedi satmaq üçün adam axtarmışlar. Lakin daha sonra velosipedi bir müddət gizlədib sonra satmaq qərarına gəlmişlər. Bu məqsədlə Kənan velosipedi sürüb öz yaşadığı evin həyətində gizlədəcəyini demiş, ona etiraz etməmişdir. Həmin gündən sonra bir neçə dəfə Kənanla görüşüb, ondan velosipedin harada olduğunu soruşduqda, Kənan, narahat olmamasını, velosipedin yaşadığı evin həyətində olduğunu, bir müddət keçdikdən sonra satmağın münasib olacağını bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 07 radələrində yaşadığı evin yaxınlığında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq velosiped oğurluğu barədə şifahi sorğu sual etmişlər. O, polis əməkdaşlarının hər şeyi bildiklərini başa düşmüş və törətmiş olduğu cinayət əməlini səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə əvvəlcə Kənanın yaşadığı ünvana sonra isə Yasamal RPİ-nin 28-ci PB-nə getmişlər. Polis Bölməsində onlar törətmiş olduğuqları cinayət əməlini səmimi etiraf etmişlər. İfadəsinin sonunda, Təqsirləndirilən şəxs1 törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər törətmiş olduğu cinayət əməllərinə görə bir neçə dəfə məsuliyyətə cəlb edilmiş və azadlıqdan məhrum edilmişdir. Sonuncu dəfə 2017-ci ildə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2018-ci ildə azadlığa çıxmışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Arada bir Bakı şəhərinin müxtəlif yerlərində avto yuma məntəqələrində yuyucu kimi işləmişdir. xx.xx.2020-ci il tarixdə saat 20 radələrində qonşuluqda yaşayan ondan yaşca böyük olan Mirfazillə yaşadığı məhəllənin yaxınlığında görüşmüşdür. Söhbət zamanı Mirfazil ona binaların bloklarını gəzməyi, oradan işlənmiş dəmir parçaları tapıb satmağı, nəticədə pulu aralarında bölməyi təklif etmiş, o, Mirfazilin təklifi ilə razılaşmışdır. Belə ki, həmin zaman maddi çətinlik olduğuna görə bu təklif ona maraqlı gəlmişdir. Bundan sonra Mirfazillə Yasamal rayonu ərazisində bir neçə binanın blokuna girib dəmir parçaları axtarmağa başlamışlar. Lakin heç bir şey tapa bilməmişlər. Sonuncu baxdıqları yer ünvan 5 saylı ünvanda yerləşən binanın 2-ci bloku olmuşdur. Mirfazillə həmin blokun mərtbələrini bir-bir gəzib satmaq üçün dəmir parçaları axtarmışlar. Binanın 15-ci mərtəbəsində, blokun balkonunda divara zəncirlə bərkidilmiş vəziyyətdə bir ədəd üzərində “Solcano” yazısı olan velosipedin olduğunu görmüşlər. Bu zaman Mirfazil ona həmin velosipedi oğurlamağı təklif etmişdir. O, bir az fikirləşmiş və onun təklifi ilə razılaşmışdır. Bundan sonra o, cibindən bir ədəd vintaçan çıxarıb Mirfazilə verərək velosipedin zəncirini və ya qıfılını qırmasını istəmişdir. Mirfazil vintaçanı alıb qıfılı açmışdır. Bundan sonra onlar velosipedi götürüb getmişlər. Onlar velosipedi satmaq üçün adam axtarmışlar. Lakin daha sonra velosipedi bir müddət gizlədib sonra satmaq qərarına gəlmişlər. Bu məqsədlə o, velosipedi sürüb öz yaşadığı evin həyətində gizlədəcəyini bildirmiş, Mirfazil onunla razılaşmışdır. Həmin gündən sonra bir neçə dəfə Mirfazillə görüşmüş, sonuncu hər dəfə velosipedin harada olduğunu soruşduqda o, narahat olmamasını, velosipedin yaşadığı evin həyətində olduğunu, bir müddət keçdikdən sonra satmağın münasib olacağını bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə saat 07 radələrində o, yaşadığı evdə olan zaman polis əməkdaşları Mirfazillə birlikdə gəlmişlər. O. polis əməkdaşlarının Mirfazili saxladıqlarını və hər şeyi bildiklərini yəqin edib törətmiş olduğu cinayət əməlini səmimi olaraq etiraf etmişdir. İfadəsinin sonunda, Təqsirləndirilən şəxs2 törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ünvanlayaraq ailə vəziyyəti və işləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, ona məxsus bir ədəd velosiped ona qaytarılmışdır, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, təxminən bir il əvvəl "Sədərək" ticarət mərkəzindən "Solcano” markalı velosipedi 800 manat müqabilində almışdır. Həmin velosipedi yaşadığı mənzilin blokunda balkonda zəncir vasitəsi ilə divara bərkidib qıfılla bağlamışdır. Velosipedi havanın isti vaxtlarında istifadə etmiş, havalar soyuduqdan sonra sürməmiş və əvvəllər saxladığı yerdə qıfılla bərkidərək saxlamışdır. Əvvəllər tez-tez velosipedə nəzarət etsə də, sonralar yaşadığı mərtəbənin hündürlüyünü nəzərə alaraq heç kimin velosipedi ilə işinin olmayacağını düşünərək 10-15 gündən bir, evə gələndə yadına düşən zaman velosipedinə nəzər yetirmişdir. Sonuncu dəfə xx xxxxx 2020-ci il tarixdə saat 19 radələrində evə gələn zaman velosipedinin yerində olub-olmadığını yoxlamaq üçün blokun balkonuna çıxmışdır. Bu zaman velosipedi bağladığı zəncirin qıfılının açıq vəziyyətdə olduğunu və ona məxsus “Solcano" markalı velosipedin yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, mənzilində quraşdırmış olduğu nəzarət kamerasına baxan zaman iki nəfər tanımadığı şəxsin xx xxxxx 2020-ci il tarixdə velosipedini oğurladıqlarını aşkar etmişdir. O, velosipedinin oğurlandığını dəqiqləşdirdikdən sonra DiN-nin 102 xidmətinə zəng vurub baş vermiş hadisə ilə əlaqədar məlumat vermişdir. Aradan təxminən 10-15 dəqiqə keçdikdən sonra polis əməkdaşları ora gəlib baş vermiş hadisəni rəsmiləşdirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X5məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, X3 onun nəvəsidir və onunla birlikdə yaşayır. Nəvəsi Kənan əvvəllər cinayət törətdiyinə görə məhkum olunmuş, 2018-ci ildə azadlığa çıxdıqdan sonra heç bir cinayət əməli törətməmişdir. Kənan, avto yuma məntəqələrində yuyucu kimi işləyib həm özünə həm də ona baxmışdır. 2020-ci ilin aprel ayının ortalarında evdə olan zaman Kənan yaşadığı evin həyətinə bir ədəd qara rəngli üzərində ağ zolaqlar olan velosiped gətirmişdir. O, Kənandan velosipedin kimə məxsus olduğunu və hansı səbəbdən gətirdiyini soruşmuş, Kənan velosipedin dostuna məxsus olduğunu istifadə etmək üçün müvəqqəti ondan aldığını bildirmişdir. Bundan sonra o, nəvəsi Kənandan bir daha velosiped barədə heç nə soruşmamışdır. Təxminən 15-20 gün keçdikdən sonra evdə olan zaman polis əməkdaşları gəlmiş və Kənanla söhbət etmişlər. Söhbət zamanı ona məlum olmuşdur ki, Kənan qonşuluqda yaşayan Mirfazillə bir neçə gün əvvəl velosiped oğurlamış və həmin velovispedi gətirib yaşadığı evin həyətində saxlamışdır. Bundan sonra polis əməkdaşları Kənanı və velosipedi götürüb aparmışlar. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 9/1083-9/1573 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət mərkəzlərində, mağazalarda, təzə və köhnə velosiped satışı şəbəkələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilən əvvəllər istifadədə olmuş 28 ölçülü, işlək vəziyyətdə olan, qara rəngdə, 13 dəyişən sürətli idman velosipedinin təzəsi, xx xxxxx 2020-ci il tarixə, respublika daxili orta bazar qiyməti 700 manat, köhnəlməsi nəzərə alınmaqla təxminən 350 (700m- 50%) manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir (i/v 145-148). İş materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx xxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Kənan Fərəcullayev və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlinin görüntülərini əks etdirən videogörüntülər olan bir ədəd CD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. İş materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə 28 ölçülü, işlək vəziyyətdə olan, qara rəngdə, 13 dəyişən sürətli “Solcano” markalı idman velosipedinin maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxs tərəfindən quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış baş vermiş hadisənin görüntülərini əks etdirən bir ədəd diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən olunmuşdur ki, Kənan Fərəcullayev və Təqsirləndirilən şəxs1 blokda yerləşən kiçik ölçülü liftdən çıxır, ətrafa baxaraq velosipedə yaxınlaşaraq onun qıfılına baxıb aralarında söhbət etdikdən sonra Kənan Fərəcullayev əynində olan qara rəngli gödəkcənin cibindən bir ədəd vintaçan çıxarıb Təqsirləndirilən şəxs1 verir. Təqsirləndirilən şəxs1 vintaçanla velosipedin bağlı olduğu qıfılı açır və velosipedi götürüb gedirlər. İş materiallarında olan tutma haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixli qərarla həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 45, 107-108). İş materiallarında olan tutma haqqında protokoldan və qərardan görünür ki, X3 xx xxxxx 2020-ci il tarixdə, saat 17:00-da şübhəli şəxs qismində tutulmuş, xx xxxxx 2020-ci il tarixli qərarla həmin tarixdə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 62, 111-112). İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx xxxxxx 2020ci il tarixli ərizədən görünür ki, ona məxsus bir ədəd velosiped ona geri qaytarılmışdır. Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli arayışdan və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir (i.v. 119-122, 133-138). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X4 tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli arayışdan və məhkəmə hökmündən görünür ki, X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir (i.v. 123, 125-138). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulan əməli törətmələri özlərinin etirafı və zərərçəkmiş şəxsin ifadəsi, maddi sübutlar və işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və X1əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və onlara həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların şəxsiyyətlərini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan xx xxx 2020-ci il tarixli arayışdan və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmündən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla X1 törətdiyi əməli etiraf etməklə səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan xx xxx 2020-ci il tarixli tələbnamədən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmündən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən X2 münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla X2 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, təqsirləndirilən şəxs X3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, təqsirləndirilən şəxs X1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Solcano” markalı velosipedin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7, X8, Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-212/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan arayışdan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs1 hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X9 müdafiə etməklə ona 100 (yüz) saat hüquqi yardım göstərmişdir. Eyni zamanda cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(004)-212/2020 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli hesabdan çıxarışdan görünür ki, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 hüquqlarını Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X10 müdafiə etməklə ona 100 (yüz) saat hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın ağlabatan müddətə - 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə iclasında iştirak etməyə sərf edilmiş vaxtın ağlabatan müddətə - 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə məhkəmə məhkəmə-əmtəəşünaslıq ekspertizasınınkeçirilməsinəxərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “Solcano” markalı velosipedin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X7 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat, X8 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat, Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat, Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına və Konvoy Taboruna həvalə edilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-212/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-212/2020
13.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver