Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-212/2021 25.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokola əsasən təqsirləndirilir ondan ötrü ki, o, 08 mart 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanında birlikdə yaşadığı digər qardaşı Şahid6 adına olan torpaq sahəsinin öz adına keçirməsini tələb etməsi səbəbindən onunla birlikdə yaşayan digər qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla qardaşı Zərərçəkmiş şəxs ağız nahiyyəsindən, rəngsaz malası (şpatel) ilə boyun nahiyyəsindən vuraraq sonuncuya üst və alt dodağın şişkinlik halında əzilməsi, üst dodağın qançırı və içəri səthinin hematoması (yumuşaq toxumaları arasına qan yığılması) boyunun və sol əlin ikinci barmağının sıyrıqları yarası kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat Yasamal RPİ 29-cu PŞ-nin təhqiqatçısı Rahid Xanlarov tərəfindən aparılmışdır və yekun protokol onun tərəfindən tərtib edilmişdir (işin ibtidai araşdırma orqanındakı nömrəsi ********* olmuşdur). Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdik ki, ailə üzvləri ilə birlikdə ünvan 4aşadığını, yaşadığı evin 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşdiyini, evin 4 otaqlı olduğunu, evi artırıb 8 otaq etdiklərini, evin 2 girişi olduğunu, o, ailə üzvləri ilə evin 3 otağında, anası Gülarə və qardaşı Elşad 3 otağında, qardaşı Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə evin 2 otağında yaşadığını bildirmişdir. Təxminən 10 il bundan öncə vəfat etmiş atası Yeni Ramanı qəsəbəsində, 4 sot torpaq sahəsi almışdır. Atası həmin torpaq sahəsini qardaşı Şahid6 adına satdırmışdır. Qardaşı Novruz həmin torpaq sahəsinin öz adına rəsmilşdirilməsini istəmiş, buna görə də uzun müddətdir ki, ailə üzvləri aralarında mübahisələri olmuşdur. O, 14.03.2021-ci il tarixdə günorta radələrində Elşadın yaşadığı otağı təmir etmiş, bu zaman qardaşı Novruz əsəbi formada otağa daxil olaraq Elşada, Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini adına sənədləşdirməsini bildirmişdir. O, Novruza yaşadıqları evdən qeydiyyatdan çıxdıqdan sonra Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini adına sənədləşdirəcəklərini demişdir. Bu zaman Novruz ilə aralarında mübahisə yaranmış, bu anda Novruz masanın üzərindəki təmir alətini (şpateli) götürüb onun boğaz nahiyəsindən itələmiş, şpatel onun boğaz nahiyəsinə dəymiş, o, əl atıb şpateli Novruzun əlidən götürmək istəyərkən təmir aləti (şpatel) sol əlini cızmışdır. Daha sonra Novruz otaqdan çıxıb getmiş, o, da işlərini davam etdirmişdir. Həmin günü saat 20 radələrində o, yaşadığı otaqda oturmuş, bu zaman Elşadın yaşadığı otaqdan, Novruzun uca səs tonu ilə nalayiq ifadələr işlətməsini eşitmişdir. O, yerindən durub, Elşadın yaşadığı otağa keçmiş, görmüş ki, Novruz, Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini adına keçirməkdə sənədləşdirmək üçün qardaşı Elşadın sənədlərini tələb edir. Bu zaman o, Novruzdan, Elşad onkoloji xəstə olduğu üçün narahat etməməsini, otaqdan çıxmasını xahiş etmişdir. Həmin vaxt Novruz ilə aralarında mübahisə yaranmış, Novruz onun üzərinə gələrək, Elşadın şəxsiyyət vəsiqəsini almadıqca otaqdan çıxamayacağını bildirmişdir. O, Novruzun qolundan tutub otaqdan çölə çıxmasını demişdir. Novruz onun sinə nahiyəsindən tutmuş, o, Novruzun əlindən çıxmaq üçün Novruzu itələmiş, Novruz yerə yıxılmışdır. Novruz yerdən durub onun üzərinə hücum çəkərək yumruq ilə onun ağız nahiyəsindən bir dəfə vurmuşdur. Həyat yoldaşı Vəfa araya girib onları aralamışdır. O, və Novruz otaqdan çıxmış, Novruzun həyat yoldaşı həyəcanlanıb qonşuları çağırmış, daha sonra o, Elşadın otağına keçmiş, hər kəs sakitləşmişdir. Məhkəmə sorğu sual zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, 08.03.2021-ci il tarixdə saat 22 radələrində qardaşı Təqsirləndirilən şəxsla aralarında mübahisə olmamışdır və həmin tarixdə və saatda ona xəsarət yetirilməmişdir, ola bilsin ki texniki səhvə görə tarix səhv yazılıb. Həmçinin bildirmişdir ki, qardaşı ilə barışmır, şikayətçidir, cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Maarif və Novruz onun oğlanlarıdır. 14.03.2021-ci il tarixdə günorta radələrində oğlu Marif yaşadıqları otağı təmir etmiş, bu zaman digər oğlu Novruz əsəbi formada otağa daxil olaraq oğlu X10 qəsəbəsində yerləşən torpaq sahəsini onun adına sənədləşdirməsini bildirmişdir. Həmin vaxt Marif Novruza yaşadıqları evdən qeydiyyatdan çıxdıqdan sonra Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini adına sənədləşdirə biləcəyini demişdir. Bu zaman Novruz ilə Marif arasında mübahisə yaranmış, Novruz masanın üzərində olan təmir alətini (şpateli) götürüb Marifin boğaz nahiyəsindən itələmiş, şpatel Marifin boğaz nahiyəsinə dəymiş, Marif əl atıb şpateli Novruzun əlindən götürmək istəyərkən təmir aləti (şpatel) sol əlini cızmışdır. Daha sonra Novruz otaqdan çıxıb getmiş; Marif işlərinə davam etmişdir. Həmin günü saat 20 radələrində o, otaqda olarkən oğlu Novruz otağın qapısını açaraq əsəbi formada otağa daxil olmuşdur. Novruz uca səs tonu ilə ona müraciət edərək, Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini Novruzun adına sənədləşdirmək üçün oğlu Elşadın şəxsiyyət vəsiqəsini tələb etmişdir. Novruzun səsinə oğlu Marif otağa daxil olub, Novruza otağı tərk edib getməsini bildirmiş, Novruz ilə Marif arasında mübahisə yaranmış, Novruz, Marifin üzərinə gələrək, Elşadın şəxsiyyət vəsiqəsini vermədikcə otaqdan çıxamayacağını demiş, Marif Novruzun qolundan tutub otaqdan çölə çıxmasını bildirmişdir. Novruz Marifin sinə nahiyəsindən paltarından tutmuş, Marif Novruzun əlindən çıxmaq üçün Novruzu itələmiş, Novruz yerə yıxılmış, Novruz yerdən durub Marifin üzərinə hücum çəkərək yumruq ilə Marifin ağız nahiyəsinə bir dəfə vurmuşdur. Marifin həyat yoldaşı araya girib onları aralamışdır. Məhkəmə istintaqında sorğu sual zamanı Şahid5 bildirmişdir ki, 08.03.2021-ci il tarixdə saat 22 radələrində oğlanları Marif və Novruz arasında mübahisə olmamışdır, bir birlərinə xəsarət yetirməmişlər, bunun şahidə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Marif və Novruz onun qardaşlarıdır. O ailə üzvlərim ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Qardaşları və anası ünvan 4erləşən 8 otaqlı mənzildə yaşayırlar. Qardaşı Təqsirləndirilən şəxs ilə anası və digər qardaşları arasında Yeni Ramanı qəsəbəsində yerləşən 4 sot torpaq sahəsinə görə uzun müddətdir ki, mübahisələri vardır. O dayısı nəvəsi Cəmilə və 3 yaşlı övladı ilə birlikdə 14.03.2021 -ci il tarixdə saat təxminən 19 radələrində onkoloji xəstə olan qardaşı Şahid6 ziyarət etmək üçün yaşadıqları evlərinə gediblər. Orada olan zaman otaqda anası və qardaşı Elşad var idi. Otaqada oturub söhbət etdiblər. Bir neçə dəqiqə sonra qardaşı Təqsirləndirilən şəxs otağın qapısını açaraq əsəbi formada ortağa daxil oldu. Elşada və uca səs tonu ilə anasına müraciət edərək, Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini onun adına sənədləşdirmək üçün qardaşı Elşadın şəxsiyyət vəsiqəsini tələb etdi. Anası Elşadın şəxsiyyət vəsiqəsinin onda olmadığını bildirdi. Bundan sonra Novruz Elşada müraciət edərək, şəxsiyyət vəsiqəsini vermədikdə hadisə törədəcəyini dedi. Elşad ağır onkoloji xəstə olduğundan Novruza otaqdan sakitcə çıxıb getməsini xahiş etdi. O də Novruza xahiş edib ki, otaqdan çıxıb getsin, bu zaman Novruz səsbiləşərək uca səs tonu ilə nalayiq ifadələr işlətməyə başladı, Novruzun səsinə qardaşı Marif otağa daxil olub, Novruza bildirdi ki, otağı tərk edib getsin, həmin vaxt Novruz ilə Marif arasında mübahisə yarandı. Bu zaman dayısı nəvəsi azyaşlı övladını götürərək otaqdan çıxdı. Bundan sonra Novruz münaqişə yaradıb Marifin üzərinə gələrək, Elşadın şəxsiyyət vəsiqəsini vermədikcə otaqdan çıxamayacağını bildirdi. Marif, Novruzun qolundan tutub otaqdan çölə çıxmasını bildirdi. Novruz Marifin sinə nahiyəsindən paltarından tutdu, Marif Novruzun əlindən çıxmaq üçün onu itələdi, Novruz yerə yıxıldı, Novruz yerdən durub Marifin üzərinə hücum çəkərək yumruq ilə Marifin ağız nahiyəsinə bir dəfə vurdu. Marifin həyat yoldaşı araya girib onları araladı. Marif və Novruz otaqdan çıxdı, Novruzun həyat yoldaşı həyəcanlanıb qonşuları çağırdı. Daha sonra Marif Elşadın otağına keçdi, hər kəs sakitləşdi. Məhkəmə istintaqında sorğu sual zamanı Şahid7 bildirmişdir ki, O 14.03.2021-ci il tarixdə axşam radələrində, təxminən saat 19 radələrində anası və qardaşlarının yaşadığı evdə olublar, bir az söhbətləşdikdən sonra mübahisə olmuşdur. Mübahisə saat 20:00 radələrində olardı, saat 22:00 radələrində olmamışdır. Mübahisə zamanı Novruzun Marifin ağız nahiyyəsindən vurduğunu görmüşdür. Həmin vaxtı Novruzun əlində “şpakellə” Maarifin üzərinə hücum etməyini və şpakellə Maarifi vurmasını görməmişdir. Sonradan eşitmişdir ki, şpakellə mübahisə günorta olmuşdur, günorta isə o həmin ünvanda olmamışdır, ona görə də mübahisənin şahidi olmamışdır. Həmçinin 08.03.2021-ci il tarixdə Novruz və Marif arasında hər hansı bir mübahisə olmamışdır, bir birlərinə xəsarət yetirməmişlər, bunun şahidə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 14.03.2021-ci il tarixdə günorta radələrində yaşadığı otaqda olmuş, bu zaman həyat yoldaşı Novruzun uca səslə Elşadın şəxsiyyət vəsiqəsini istədiyini və aralarında mübahisə yaratdığnı eşitmiş, yaranmış səs-küy ilə bağlı həmin otağa keçmişdir. Marif də həmin otağa daxil olmuşdur. Marif ilə Novruzun mübahisə etdiyini, Marifin əlində çəkiclə Novruzun üzərinə gəlmiş, Novruz şpateli götərərk Marifin boğaz nahiyəsinə toxundurmuşdur. Marifin qayınları Saleh və Daşqın, Marif və Novruzu aralamışdır. Həmin günü saat 20 radələrində o, yaşdıqları otaqda olmuş, həmin vaxt Novruzun yenə uca səslə Elşadın şəxsiyyət vəsiqəsini istədiyini eşitmiş, buna görə o, həmin otağa keçmişdir. Marif otağa daxil olub, Novruzun sinəsindən tutaraq Novruzu itələmiş, Novruz yerə yıxılmış, Marif Novruzun boğaz nahiyyəsindən tutaraq boğmuşdur. Novruz Marifin əlindən çıxıb yerdən duraraq Marifin ağız nahiyyəsindən bir dəfə yumruqla vurmuşdur. Məhkəmə istintaqında sorğu sual zamanı Şahid8 bildirmişdir ki, mübahisə 14.03.2021-ci il tarixdə günorta və axşam saat 20 radələrində olmuşdur. Günorta olan mübahisədə Marif çəkiclə Novruzun üzərinə gəldiyi üçün, Novruz da özünü müdafiə etmək üçün şpakellə Marifin boğazına dirəmişdir ki, çəkiclə onu vurmasın. Həmin günü axham vaxtı isə yaranmış mübahisə zamanı Marif Novruzun boğazından tutub boğduğu üçün, Novruz da özünü müdafiə üçün Marifin ağzından yumruqla vurmuşdur. 08.03.2021-ci il tarixdə Novruz və Marif arasında hər hansı bir mübahisə olmamışdır, bir birlərinə xəsarət yetirməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona qarşı verilmiş ittiham üzrə təqsirli bilməyərək, məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4aşayır. Yaşadığı evin 9 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşdiyini, evin 4 otaqlı olduğunu, evi artırıb 8 otaq etdiklərini, evin 2 girişi olduğunu, o, ailə üzvləri ilə evin 2 otağında, anası Gülarə və qardaşı Elşad 3 otağında, qardaşı Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə evin 3 otağında yaşadığını bildirmişdir. Vəfat etmiş atası Yeni Ramanı qəsəbəsində, 4 sot torpaq sahəsi almışdır. O, həmin torpaq sahəsini adına keçirtmək üçün dəfələrlə qardaşı Şahid6 müraciət etmiş, lakin Elşad topraq sahəsini onun adına keçirməkdən imtina etmiş, bu səbəbdən aralarında dəfələrlə mübahisələri olduğunu qeyd etmişdir. O, 14.03.2021-ci il tarixdə günorta radələrində, qardaşı Elşadın yaşadığı otağa keçib, anasından xahiş etmiş ki, Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsin onun adına sənələşməsində köməklik etsin. Həmin vaxt Marifdə otaqda olmuşdur. Marif torpaq sahəsini onun adına sənədləşdirməyəcəklərini bildirmiş, bu zaman Marif ilə aralarında mübahisələri olmuşdur. Marif əlinə çəkic götürüb onun üzərinə doğru gəlmiş, o, qorxduğundan masanın üzərindəki təmir aləti olan dəmir kəsici aləti (şpateli) götürüb Marifə doğru atmış, şpatel Marifin boğaz nahiyəsinə dəymiş, Marif ona əl atıb şpateli götürmək istəyəndə əli cızılmışdır. Daha sonra o, evdən çıxıb getmişdir. Həmin günü saat 20 radələrində Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini adına keçirməkdə sənədləşdirmək üçün qardaşı Elşada xahiş etmiş, lakin Elşad ona qarşı çıxaraq torpaq sahəsini onun adına keçirməyəcəyini bildirmişdir. Elşad ilə aralarında sözlü mübahisələri yaranmışdır. Həmin vaxt səsə bacısı Aynur, anası Gülarə otağa daxil olmuşdur. Bacısı və anası Elşadın xəstə olduğu üçün Elşadı narahat etməməsini demişdir. Bu zaman qardaşı Zərərçəkmiş şəxs otağa daxil olmuş, o, torpaq sahəsinin adına sənədləşdirmək istədəyini təkrar etmiş, lakin Elşad təkidlə torpaq sahəsini onun adına keçirməyəcəyini demişdir. Marif ona müdaxilə edərək, Elşadın torpaqa sahəsini onun adına sənədləşdirməyəcəyini bildirmişdir. Bu zaman Marif ilə sözlü mübahisələri olmuş, Marif onun üzərinə hücum çəkib onu yerə yıxıb əlləri ilə boğmağa başlamışdır. Marifin yoldaşı araya girib onları aralamış, hər ikisi ayağa duran zaman Marif sillə ilə onun üz nahiyəsindən bir dəfə vurmuş, buna görə o, Marifin ağız nahiyəsindən zərbə ilə bir dəfə vurmuşdur. Bu zaman həyat yoldaşı qonşuları çağırmış, daha sonra o, və Marif yaşadıqları otaqlara getmişdir. Göstərilənlərə əsasən günorta baş vermiş münaqişə zamanı Marif əlində çəkiclə onun üzərinə gəldiyindən özünü müdafiə etmək üçün ştakellə Marifə xəsarət yetirildiyini, axşam vaxtı olan münaqişədə isə Marif onu yerə yıxıb boğduğundan, sonra isə ayaq üstə durandan sonra Marif onu şillə ilə vurduğuna görə Marifin ağzından yumruqla vurduğunu, buna görə də bu hərəkətlərin özünü müdafiə etmək üçün etdiyini bildirdi. Bundan əlavə göstərdi ki, ümumiyyətlə 08.03.2021-ci il tarixdə də onlar arasında heç bir mübahisə olmamış və 08.03.2021-ci il tarixdə Marifə heç bir xəsarət yetirməmişdir. Qardaşı Mariflə barışmır, heç bir cinayət törətmədiyi üçün qardaşından üzrxahlıq da etmir. Bu səbəbdən də hər hansı bir cinayət törətmədiyi üçün ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 14.03.2021-ci il tarixdə yaşadığı evdə olmuş, günorta radələrində qaynanasının yaşadığı otaqdan Novruzun uca səslə Elşadın şəxsiyyət vəsiqəsini istədiyini və mübahisə yaratdığnı eşitmiş, daha sonra həyat yoldaşının qaynanasının yaşadığı otağa daxil olduğunu görmüşdür. Həyat yoldaşı Marif otağa daxil olduqdan sonra Marif ilə Novruzun sözlü mübahisə etməsi səslərini eşitmişdir. Daha sonra Novruz otaqdan çıxıb getdiyini görmüşdür. Həmin günü saat 20 radələrində o, mətbəxdə olmuş, Novruzun uc səslə anasını nalayiq ifadələr ilə təhqir etdiyini eşitmiş, buna görə qaynanasının yaşadığı otağa keçmişdir. O, otağa keçən zaman otaqda qaynanası, baldızı Aynur, qayınları Elşad, Novruz və həyat yoldaşı Marif otaqda olmuşdur. Novruz əsəbi formada Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini öz adına sənədləşdirmək üçün qaynı Elşadın şəxsiyyət vəsiqəsini tələb etmişdir. Həyat yoldaşı Marif Novruz ilə Marif arasında mübahisə yaranmışdır. Novruz, Marifin üzərinə gələrək, Elşadın şəxsiyyət vəsiqəsini vermədikcə otaqdan çıxamayacağını demiş, Marif Novruzun qolundan tutub otaqdan çölə çıxmasını bildirmişdir. Novruz Marifin sinə nahiyəsindən paltarından tutmuş, Marif Novruzun əlindən çıxmaq üçün Novruzu itələmiş, Novruz yerə yıxılmış, Novruz yerdən durub Marifin üzərinə hücum çəkərək yumruq ilə Marifin ağız nahiyəsinə bir dəfə vurmuşdur Marif və Novruz otaqdan çıxmış, Novruzun həyat yoldaşı həyəcanlanıb qonşuları çağırmış, daha sonra Marif Elşadın otağına keçmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, DİN 102 xidmətinə zəng edib. Belə ki, ailə üzvləri ilə birlikdə ünvan 4aşayır. O 14.03.2021-ci il tarixdə saat 20 radələrində yaşadığım evdə yataq otağında oturmuşdu. Bu zaman ucadan səs-küy eşitmiş, otaqdan çıxıb səs olan tərəfə, evin dəhlizinə keçib, görüb ki, atası Marif və əmisi Novruz sözlü mübaihsə edir. Həmin vaxt gördü ki, anası Marif ilə əmisi Novruzun arasına girib mübahisəni sakitləşdirmək istəyirdi, Novruz əmisinin həyat yoldaşı Xalidə isə kənarda durub mübahisəni izləyir. Buna görə də qorxub DİN-nin 102 xidmətinə müraciət edib. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 14.03.2021-ci il tarixdə qardaşı Daşqın ilə birlikdə, Marifin xəstə qardaşı Elşadın yanına getmişdir. Günorta radələrində Marifin qardaşı otağa daxil olaraq uca səslə Elşadın şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin vaxt Marif otağa daxil olmuşdur. Bu zaman Novruz ilə Marif arasında sözlü mübahisə yaranmış, Novruz şpateli götürərək Marifin boğaz nahiyəsinə dirəmiş, o, həmin şəxsləri aralayıb sakitləşdirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 14.03.2021-ci il tarixdə qardaşı Teymur ilə birlikdə, Marifin xəstə qardaşı Elşadın yanına getmişdir. Günorta radələrində Marifin qardaşı otağa daxil olaraq uca səslə Elşadın şəxsiyyət vəsiqəsini istəmişdir. Həmin vaxt Marif otağa daxil olmuşdur. Bu zaman Novruz ilə Marif arasında sözlü mübahisə yaranmış, Novruz şpateli götürərək Marifin boğaz nahiyəsinə dirəmiş, o, həmin şəxsləri aralayıb sakitləşdirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 14.03.2021-ci il tarixdə günorta radələrində qardaşı Marif yaşadıqları otağı təmir etmiş, bu zaman digər qardaşı Novruz əsəbi formada otağa daxil olaraq Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini Novruzun adına sənədləşdirməyi bildirmişdir. Həmin vaxt Marif, Novruza yaşadıqları evdən qeydiyyatdan çıxdıqdan sonra Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini adına sənədləşdirə biləcəyini demişdir. Bu zaman Novruz ilə Marif arasında mübahisə yaranmış, Novruz masanın üzərində olan təmir alətini (şpateli) götürüb Marifin boğaz nahiyəsindən itələmiş, şpatel Marifin boğaz nahiyəsinə dəymiş, Marif əl atıb şpateli Novruzun əlindən götürmək istəyərkən təmir aləti (şpatel) sol əlini cızmışdır. Daha sonra Novruz otaqdan çıxıb getmiş, Marif işlərinə davam etmişdir. Həmin günü saat 20 radələrində o, otaqda olarkən qardaşı Novruz otağın qapısını açaraq əsəbi formada otağa daxil olmuşdur. Novruz uca səs tonu ilə anasına müraciət edərək, Yeni Ramanı qəsəbəsində yerləşən torpaq sahəsini Novruzun adına sənədləşdirmək üçün onun şəxsiyyət vəsiqəsini tələb etmişdir. Novruzun səsinə digər qardaşı Marif otağa daxil olub, Novruza otağı tərk edib getməsini bildirmiş, Novruz ilə Marif arasında mübahisə yaranmışdır. Novruz, Marifin üzərinə gələrək, onun şəxsiyyət vəsiqəsi verilmədikcə otaqdan çıxamayacağını demişdir. Marif Novruzun qolundan tutub otaqdan çölə çıxmasını bildirmişdir. Novruz Marifin sinə nahiyəsindən paltarından tutmuş, Marif Novruzun əlindən çıxmaq üçün Novruzu itələmiş, Novruz yerə yıxılmış, Novruz yerdən durub Marifin üzərinə hücum edərək yumruq ilə Marifin ağız nahiyyəsindən bir dəfə vurmuşdur. Marifin həyat yoldaşı araya girib onları aralamışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 15 mart 2021-ci il tarixli, 180 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki aşkar edilmiş xəsarətlər üst və alt dodağın şişkinlik halında əzilməsi, üst dodaqı qançırı və içəri səthinin hematoması (yumşaq toxumaları arasına qan yığılması) boyunun və sol əlin ikinci barmağının sıyrıqları küt əşyanın (əşyaların) təsirində törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 15.03.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 15 mart 2021-ci il tarixli, 182 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Yədulla oğlunun almış olduğu xəsarətlər – sol almacıq nahiyyəsinin və çənənin sıyrıqları küt əşyanın (əşyaların) təsirində törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 14.03.2021-ci il tarixdə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şifahi şikayətin qəbul edilməsi barədə Yasamal RPİ 29-cu PŞ-nin təhqiqatçısı Rahid Xanlarovun 14.03.2021-ci il tarixli, saat 21:00-da tərtib edilmiş protokola əsasən Zərərçəkmiş şəxs Yadulla oğlu bildirmişdir ki, 14.03.2021-ci il tarixdə saat 20:00 radələrində yaşadığı Yasamal rayonu, Y.Yasamal-1, ev 2, mənzil 38 ünvanında qardaşı Təqsirləndirilən şəxs ilə aralarında yaranmış əmlak mübahisəsi səbəbindən, şəxsi münasibətlərin pozulması zəminində sonuncunun onun baş nahiyyəsindən rəngsaz malası və yumruqla ağız nahiyyəsindən vurmaqla ona xəsarət yetirməsini bildirmişdir. İş materiallarında olan Yasamal RPİ 29-cu PŞ-nin məsul növbətçisinin tərtib etdiyi 2 NK 1266 saylı raportda qeyd edilmişdir ki, 14.03.2021-ci il tarixdə saat 15:51 radələrində Yeni Yasamal-1, ev 2, mənzil 38-də yaşayan vətəndaş Şahid2 DİN 102 xidmətinə zəng edərək qardaşı ilə arasında münaqişə olduğunu bildirib. İş materiallarında olan Yasamal RPİ 29-cu PŞ-nin məsul növbətçisinin tərtib etdiyi 2 NK 1271 saylı raportda qeyd edilmişdir ki, 14.03.2021-ci il tarixdə saat 20:15 radələrində Yeni Yasamal-1, ev 2, mənzil 38-də yaşayan vətəndaş Təqsirləndirilən şəxs DİN 102 xidmətinə zəng edərək qardaşı Mariflə aralarında münaqişə olduğunu bildirib. İş materiallarında olan Yasamal RPİ 29-cu PB-nin təhqiqatçısının 14.03.2021-ci il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarında qeyd edilmişdir ki, 14.03.2021-ci il tarixdə Əzimov X5 RPİ 29-cu PŞ-yə müraciət edərək qardaşı Təqsirləndirilən şəxs Yədulla oğlu tərəfindən döyülməsi nəticəsində baş və bədən nahiyyəsindən xəsarət aldığını bildirmişdir. İş materiallarında olan Yasamal RPİ 29-cu PB-nin təhqiqatçısının 14.03.2021-ci il tarixli məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərarında qeyd edilmişdir ki, 14.03.2021-ci il tarixdə Əzimov X3 RPİ 29-cu PŞ-yə müraciət edərək qardaşı Zərərçəkmiş şəxs tərəfindən döyülməsi nəticəsində baş nahiyyəsindən xəsarət aldığını bildirmişdir. Məhkəmə cinayət işi üzrə təqsirləndirilən, zərər çəkmiş və şahid ifadələrinə, məhkəmə-tibbi ekspertiza rəylərinə qiymət verərək, aşağıdakılara görə hesab edir ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda Təqsirləndirilən şəxs təqsirləndirildiyi və törədilməsində ittiham edildiyi əməldə təqsirliliyi sübuta yetirilmir. Ona qarşı irəli sürülmüş yekun protokolda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Belə ki, yekun protokolda Təqsirləndirilən şəxs təqsirləndirildiyi əməl kimi göstərilmişdir ki, o, 08 mart 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanında digər qardaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı qəsdən yumruqla qardaşı Zərərçəkmiş şəxs ağız nahiyyəsindən, rəngsaz malası (şpatel) ilə boyun nahiyyəsindən vuraraq sonuncuya üst və alt dodağın şişkinlik halında əzilməsi, üst dodağın qançırı və içəri səthinin hematoması (yumuşaq toxumaları arasına qan yığılması) boyunun və sol əlin ikinci barmağının sıyrıqları yarası kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həminin hadisənin 08.03.2021-ci il tarixdə saat 22 radələrində törədilməsi yekun protokolda bir neçə yerdə, abzasda, səhifədə qeyd edilmişdir. Belə ki, həm yekun protokolun 2-ci səhifəsində “cinayət qanunu ilə nəzərdə tutulmuş əməl haqqında məlumatlar (törədilmə yeri, vaxtı, üsulu, motivi nəticələri və digər məlumatlar)” bölməsində, həmçinin həmin 2-ci səhifədə “cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsirliliyini təsdiq edən sübutlar və məlumatlar” bölməsində, 6-cı səhifədə “cinayət qanununun maddəsi göstərilməklə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hərəkətlərinin tövsifi” bölməsində əməlin məhz 08.03.2021-ci il tarixdə, saat 22 radələrində törədilməsi qeyd edilmişdir. Lakin məhkəmə araşdırması zamanı həm zərərçəkmiş şəxsin, həm şahidlərin, həm də təqsirləndirilən şəxsin ifadələrində də birmənalı qeyd edilir ki, ümumiyyətlə 08 mart 2021-ci il tarixdə saat 22 radələrində yaşadığı ünvan 2 ünvanında onlar arasında hər hansı bir mübahisə olması öz təsdiqini tapmır, həmin tarixdə və saatda Təqsirləndirilən şəxs zərərçəkən Zərərçəkmiş şəxs xəsarətlər yetirməsi öz təsdiqini tapmır, əksinə həmin tarixdə onlar arasında mübahisə olması və xəsarətlər yetirməsi inkar edilir. Bundan əlavə Təqsirləndirilən şəxs yekun protokolda zərərçəkmiş Zərərçəkmiş şəxs 08.03.2021-ci il tarixdə saat 22 radələrində sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma əməlində təqsirli bilinsə də, həmin tarixdə və saatda belə bir xəsarətlərin yetirilməsinə dair ekspert rəyi mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 140.0.1-ci maddəsinə əsasən cinayət prosesi gedişində ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri yalnız tibb sahəsində ekspertin rəyinin əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər. Lakin iş materiallarındakı məhkəmə tibbi ekspertizasının 15 mart 2021-ci il tarixli, 180 nömrəli rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki aşkar edilmiş xəsarətlər 15.03.2021-ci il tarixdə əmələ gələ bilərdi. Hətta tibbi ekspertizanın təyin edilməsi barədə təhqiqatçının qərarında hadisənin 14.03.2021-ci il tarixdə baş verdiyi göstərilsə də, texniki səhv kimi ekspert rəyində hadisənin 15.03.2021-ci il tarix deyil, 14.03.2021-ci il tarixdə yetirilmə kimi qəbul edilsə də belə, həmin tarixdə yetirilmiş xəsarətlə bağlı Təqsirləndirilən şəxs ittiham edilmir. Təqsirləndirilən şəxs 08.03.2021-ci il tarixdə, saat 22 radələrində baş vermiş mübahisə zamanı zərərçəkmişə xəsarətlər yetirməkdə təqsirləndirilir. Lakin məhz 08.03.2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirməsi ilə bağlı hər hansı bir sübut mövcud deyildir. Hətta məhkəmə-tibb ekspertizası rəyində də xəsarətlərin 08.03.2021-ci il tarixdə yetirilməsi təsdiq edilmir. Bununla belə həmin tibbi rəydə xəsarətlərin heç 14.03.2021-ci il tarixdə yetirilməsinin mümkünlüyü də qeyd edilməmişdir. Tibbi rəydə zərərçəkənə xəsarətlərin 15.03.2021-ci il tarixdə yetirilməsinin mümkünlüyü qeyd edilmişdir. Bundan əlavə yekun protokolda irəli sürülmüş ittihamda zərərçəkmiş şəxsə həm şpakellə, həm də yumruqla xəsarət yetirilməsi anını eyni vaxtlı mübahisə zamanı yetirilməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs bu əməllərin törədilməsində özünü təqsirli bilmir və qeyd edir ki, özünü müdafiə etmişdir. Hər bir halda 08.03.2021-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarətlər yetirməsi iş üzrə təsdiqini tapmır. Bundan əlavə yekun protokolda hadisənin bir dəfə baş vermiş mübahisə zamanı xəsarətin yetirildiyi qeyd edilsə də, iş üzrə zərərçəkmişin və şahidlərin ifadələrində xəsarətin bir qisminin günorta vaxtı, digər qisminin axşam vaxtı yetiridiyi qeyd edilir. Həmçinin iş üzrə DİN 102 xidmətinə edilmiş zənglərdən də görünür ki, həmin zənglər günün müxtəlif vaxtlarında edilmişdir. Qeyd edilməlidir ki, məhkəmə öz mülahizəsinə əsasən, iş üçün mühüm əhəmiyyət kəsb edən və cinayət əməlinin tərkibini yaradan, şəxsin ittiham edildiyi əməlin törədildiyi yer, vaxt, şərait kimi məhz həmin şəxsə qarşı irəli sürülmüş ittiham aktında və ya məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda göstərilən məlumatları texniki məsələ kimi səhvlik nəticəsində bu və ya digər formada qeyd edilməsini və buna görə də həmin məlumatlardan fərqli məlumatları şəxsin əlehinə istifadə edib, şəxsə qarşı verilmiş ittiham aktındakı və ya məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoldakı əməlin törədildiyi yer, vaxt, şəraitlə müqayisədə fərqli məlumatları onun əlehinə tətbiq edib, şəxsi ona qarşı verilmiş ittihamla müqayisədə fərqli əməlin törədilməsində təqsirli saya bilməz. Məhkəmə istintaqı, şəxsə qarşı verilmiş ittihamdakı və ya məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokoldakı əməlin törədilibtörədilməməsinin təqdiq edilib-edilməməsinə xidmət edir. Digər bir yanaşma ittihamdan kənara çıxma kimi və ya şəxsin xeyrinə olan məsələnin onun ziyanına aradan qaldırma və ya şübhələrin və anlaşılmamazlıqların şəxsin ziyanına aradan qaldırma kimi qiymətləndirilər ki, Bunu da CPM qadağan edir. Çünki CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yaranmış vəziyyətdə verilmiş ittihamda göstərilən tarix və saatı, həmçinin şpakellə və yumruqla vurulmuş zərbələrin eyni vaxtda deyil, günün müxtəlif vaxtlarında yetirilməsi formasında dəyişdirib, bununla da “texniki səhv” adı altında verilmiş ittihamı məhkəmənin öz təşəbbüsü ilə dəyişdirib, başqa bir ittihama bıxılmasına dair CPM-də norma yoxdur. Çünki CPM-nin 21.2-ci maddəsində də qeyd edildiyi kimi, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Göründüyü kimi yaranmış hazırkı vəziyyətdə ittihamdakı hadisənin törədildiyi tarix, yer, şəraitlə bağlı məqamların qeyd edilən formada “texniki səhv” adı altında dəyişdirilməsinə dair CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur mövcud deyildir. Texniki səhv adı altında tarix, yer və şərait dəyişdirildikdə, təqsirləşdirilən şəxsin vəziyyəti ağırlaşır. Məhkəmə həmin tarixi, yeri, şəraiti ittihamdan çıxara bilər. lakin ittihamdan tarix çıxdıqda, digər bir tarix olmadığı üçün, hadisənin törədildiyi tarix artıq mövcud olmur. Həmçinin nəzərə alınmalıdır ki, yekun protokolda bir neçə səhifədə, bir neçə bölmədə tarix məhz 08.03.2021-ci il saat 22 radələri kimi göstərildiyindən, bu məsələ texniki səhv kimi qəbul edilə bilməz. Həmçinin nəzərə alınmalıdır ki, CPM-nin 297.0-cı maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materialları ona daxil olduqdan sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 297.0.1. daxil olmuş materiallara dərhal baxmaq və böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə şikayətin baxılması zamanı təhqiqatçının hərəkətlərinin və həmin şikayət üzrə aparılmış məhkəməyədək sadələşdirilmiş icraatın qanuniliyini və əsaslılığını yoxlamaq; 297.0.2. toplanılmış sübutlar və təhqiqat zamanı araşdırılmış hallar ittihamın irəli sürülməsinə imkan verdikdə, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair təhqiqatçı tərəfindən tərtib edilmiş yekun protokolunda ittihamın irəli sürülməsini təsdiq etmək və bütün materialları məhkəməyə göndərmək və gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş yekun protokolu “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə həmin sistemə yerləşdirmək; 297.0.3. toplanılmış sübutlar ittihamın irəli sürülməsi üçün kifayət qədər olmadıqda və ya bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda, məhkəməyədək sadələşdirilmiş icraatın materialları əsasında cinayət işinin başlanması haqqında qərar çıxarmaq və ibtidai istintaqın aparılmasını müvafiq istintaq orqanına tapşırmaq; 297.0.4. cinayət təqibini istisna edən hallar mövcud olduqda, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmaq; 297.0.5. böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın materialları ilə tanış olmuş şəxslərə özünün çıxardığı qərar haqqında məlumat vermək. Beləliklə, sadalanan normalara görə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən həmin yekun protokola baxılaraq, məhz yekun protokoldakı verilmiş ittiham, yəni məhz həmin konkret əməlin törətməsinin israr edilməsi təsdiq edilir. Protokol təsdiq edildiyi üçün, məhkəmə “texniki səhv” adı altında həmin protokoldakı təsdiq edilmiş ittihama dəyişiklik edə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, yekun protokolda həmin əməllə bağlı təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə tarixinə və şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, 08.03.2021-ci il tarixdə saat 22 radələrində xəsarətin yetirilməsi ilə bağlı sübutların olmaması, hazırkı iş üzrə zidiyyətli və şübhəli məqamlar olduğundan, yekun protokolda irəli sürülmüş ittihamdakı təqsirləndirilən şəxsin cinayət törətməsini təsdiq edən sübutlar kifayət etmir. Bununla da təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə yekun protokolda göstərilən 08.03.2021-ci il tarixdə, saat 22 radələrində xəsarətin yetirilməsinə dair ifadələrin mövcud olmaması, həmin tarixdə xəsarətin yetirilməsinə dair digər sübut olmadığı halda, verilmiş ittihamdakı tarixin və şəraitin “ibtidai araşdırma orqanının texniki səhfi adı altında” dəyişdirilməsinin məhkəmənin öz üzərinə götürməsi də CPM-nin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Həmçinin verilmiş konkret ittihamda xəsarətlərin bir qisminin 14.03.2021-ci il tarixdə günorta vaxtı və digər qisminin saat 20 radələrində yetirilməsində Təqsirləndirilən şəxs təqsirləndirilmədiyindən, şahidlərin və zərərçəkənin ifadələrinin, ekspert rəyinin verilmiş konkret və mövcud ittiham üzrə Təqsirləndirilən şəxs əlehinə istifadə edilə bilməz. N.Əzimvun ona qarşı verilmiş konkret ittihamda göstərilməyən əməli törədibtörədilməməsinin araşdırılması yolverilməzdir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə və tarixinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-212/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-212/2021
25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver