Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-212/2022 05.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili “Femida” Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçiləri Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Novruz oğlunun iştirakları ilə, xx xxxxx 1973-cü il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu olmayan, «Tarixin səhifələri» qəzetinin təsisçisi və baş redaktoru vəzifəsində işləyən, Ağcabədi şəhəri N. Abdullayev küçəsi ev 19-da qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsi ev 11-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə “Tarixin Səhifələri” qəzetinin baş redaktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə elməklə tanışı Zərərçəkmiş şəxs qızma şəxsi əlaqələrinin geniş olması, işğaldan azad edilmiş torpaqlara köçürüləcək məcburi köçkünlərin Bakı şəhərində olan dövlət tərəfindən verilmiş evlərinin mənzilə ehtiyacı olan şəxslərə veriləcəyini və həmin mənzilləri özəlləşdirmək imkanına malik olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs məcburi köçkünlərin Bakı şəhərində olan dövlət tərəfindən verilmiş evlərdən sərfəli şərtlərlə mənzil almaqda köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən işdə köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə xx.xx.2021- ci il tarixdə Yasamal rayonu Mətbuat prospekti 529 ünvanında yerləşən Azərbaycan Dövlət Nəşriyyatının inzibati binasında yerləşən 121 nömrəli otaqda 5000 manat və xx.xx.2021-ci il tarixdə həmin ünvanda 450 manat olmaqla sonuncuya məxsus ümumilikdə 5450 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsı 2021-ci ilin yay aylarında «Dünya Kriminalı» qəzetinin baş redaktoru Əjdər adlı şəxsin ad günü tədbirindən tanımışdır. Zərifə «Dünya Kriminalı» qəzetinin müxbiri kimi «Azərnəşriyyat» birliyinin inzibati binasında işləyirdi. Baş redaktor olduğu qazet birliyin 121 nömrəli otağında yerləşirdi. Zərifə xanımla «Azərnəşriyyat» birliyinin binasında vaxtaşırı görüşmüşdür. Zərifə 2021-ci ilin oktyabr ayının ortalarında qızı Aydanın model kimi fəaliyyət göstərdiyini, «Miss Grand Azərbaycan 2021» gözəllik yarışmasının qalibi olduğunu, hazırda Türkiyə Respublikasında keçiriləcək gözəllik yarışması üçün Azərbaycan Respublikasından modellərin seçiləcəyini və buna görə 25 000 manat pul lazım olacağını ona demişdir. Həmin pulun kimə verilməli olduğunu deməmişdir. O, Zərifəyə bu işlərdə ona köməklik edə bilmək imkanının olduğunu bildirmişdir. O, fikirləşmişdir ki, müxbir olduğu üçün həmçinin sosial şəbəkələrdə çoxsaylı dostları olduğundan onlardan birinin vasitəsi ilə 25.000 manat puldan aşağı qiymətə bu məsələni həll edə biləcəkdir. Həmçinin Zərifə ona bildirmiş ki, 25.000 manat pula gözəllik yarışmasına gedib qayıtmaq biletləri, orada qalmaq və sair xərcləri daxildir. Lakin həmin tələb olunan pulun qanunsuz və ya qanuni olduğu barədə Zərifə ona heç bir məlumat verməmiş, 5 000 manat pulunun olduğunu, bundan artıq pula gücünün çatmayacağını demişdir. xx.xx.2021-ci il tarixdə «Azərnəşriyyat» birliyinin binasında Zərifə ona 5 000 manat pulu vermişdir. O, bu işlə maraqlanmış heç bir nəticə əldə edə bilməmişdir. «Tarixin Səhifələri» qəzetinin müxbiri Səkinə xanımın qızı avto qəza nəticəsində xəstəxanaya yerləşdiyindən o, həmin 5 000 manatı borc kimi ona vermişdir. Sonradan Aydan gözəllik yarışması üçün Türkiyə Respublikasına getmişdir. Kimin köməkliyi və ya hansı məbləğdə pulun qarşılığında gözəllik yarışmasına getməsi barədə məlumatı olmamışdır. Dekabr ayından başlayaraq Zərifə ondan verdiyi pulu tələb etməyə başlamış, o həmin pulu Səkinə xanıma borc verdiyi üçün qaytara bilməmişdir. Zərifə xanıma, 10.000 manat məbləğdə pulun müqabilində mənzilləri özəlləşdirmək imkanının olduğunu bildirməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs, mülki iddianı qəbul etmədiyini bildirmişdir. İttihamda vurulmuş zərər kimi göstərilən 5450 manat pulun tam qayadada zərəçəkmiş şəxsə ödəmişdir. Əslində o, yalnız 5000 manat zərər vurmuşdur. Buna görə əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməsini, həmin maddəyə uyğun ədalətli qərar qəbul edilməsini, mülki iddianın rədd edilməsini, himayəsində azyaşlı uşağının olmasını və dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «Dünya Kriminalı» qəzetinin bölgə müxbri kimi işləyir. Təqribən 2021-ci ilin sentyabr ayının ortalarında «Azərnəşriyyat» birliyinin 121-ci otağında oturan «Tarixin səhifələri» qəzetinin təsisçisi və baş redaktoru Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Tanışlıq müddətində Faiq yüksək vəzifəli şəxslərlə əlaqəli olduğunu, hazırda işğaldan azad edilmiş torpaqlara məcburi köçkünlərin köçürüləcəyini və onların Bakı şəhərinə olan evlərinin mənzilə ehtiyacı olan şəxslərə veriləcəyini, ələqədə olduğu həmin vəzifəli şəxslərin köməkliyi ilə 10.000 manat məbləğdə pulun müqabilində mənzilləri özəlləşdirmək imkanın olduğunu bildirmişdir. O, Xətai rayonu ərazisində yerləşən mənzillərdən birinin onun adına özəlləşdirmək imkanının olub- olmamasını Faiqdən soruşmuşdur. Təqsirləndirilən şəxs bunun üçün 10.000 manat pulun verilməsini və xx.xx.2021-ci il tarixədək həmin evlərin alınması üçün növbəyə yazılmalı olduğunu demişdir. Nağd şəkildə pul olmadığından özünün və gəlninin qızıllarını lombarda qoyaraq 5000 manat pul əldə etmişdir. Həmin pulu xx.xx.2021-ci il tarixdə Yasamal rayonu Mətbuat pr 529 ünvanında yerləşən «Azərnəşriyyat» birliyinin 121-ci otağındə Faiqə ikilikdə vermişdir. Həmin günü Faiqlə birlikdə 20 yanvar metrostansiyasına getmişdir. Orada Faiq o, adını bilmədiyi şəxslə görüşüb 5000 manat pulu həmin şəxsə vermişdir. Faiq demişdir ki, həmin şəxs əlaqədə olduğu vəzifəli şəxsin köməkçisidir. Lakin həmin şəxsin və vəzifəli şəxsin kim olması barədə məlumat verməmişdir. Bundan iki gün sonra Faiq ona adını komputerə salmaq üçün 450 manat pul lazım olduğunu demişdir. O, həmin pulu Faiqə iş yerində yenidən öz otağında vermişdir. Bir müddət sonra bilmişdir ki, öz yurdlarına qayıtmış məcburi köçkünlərin Bakı şəhərində olan evlərinin başqa şəxslərə verilməsi ilə bağlı hər-hansı ev növbəsi yoxdur. 2021-ci ilin noyabr ayında aldadıldığını bildikdən sonra pulu Faiqdən tələb etməyə başlamışdır. Qızının Türkiyə Respublikasında keçiriləcək yarışmaya gedəcəyi üçün 3-4 min manat pul lazım olacağını söhbət əsnasında demiş, bunu deməkdə məqsədi Faiqə verdiyi pulu geri almaq istəməsi olmuşdur. Hazırda Təqsirləndirilən şəxs şikayətçi olduğunu,onun barəsində ağır cəza təyin edilməsini və tərəfindən veruilmiş mülki iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxsı 2016-cı il tarixdən işlədiyi qəzetdən, «Tarixin səhifələri» qəzetinin təsisçisi və baş redaktoru olan Təqsirləndirilən şəxs «Azərnəşriyyat»-dan tanıyır. 2021-ci ilin dekabr ayında Zərifə xanım ona müraciət edərək Faiq tərəfindən aldadılaraq 5 000 manat pulunun ələ keçirildiyini bildirmişdir. Belə ki, Zərifə xanım bildirmişdir ki, Faiq ona işğaldan azad edilmiş torpaqlara məcburi köçkünlərin köçürüləcəyini və onların Bakı şəhərinə olan evlərinin mənzilə ehtiyacı olan şəxslərə veriləcəyini, ələqədə olduğu həmin vəzifəli şəxslərin köməkliyi ilə 10.000 manat məbləğdə pulun müqabilində mənzilləri özəlləşdirmək imkanın olduğunu bildirmişdir. Zərifənin nağd pulu olmadığından özünün və gəlininin qızıllarını lombarda qoyaraq 5000 manat pul əldə etmişdir. Pulu xx.xx.2021-ci il tarixdə Faiqə vermişdir. Zərifə bir müddət sonra bilmişdir ki, öz yurdlarına qayıtmış məcburi köçkünlərin Bakı şəhərində olan evlərinin başqa şəxslərə verilməsi ilə bağlı hərhansı ev növbəsi yoxdur. 2021-ci ilin noyabr ayında aldadıldığını bildikdən sonra pulu Faiqdən tələb etməyə başlamışdır, lakin o, müxtəlif bəhanələr gətirməklə pulu verməkdən imtina etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2008-ci il tarixdən «Dünya Kriminalı» qəzetinin təsisçisi olmuş, hazıradək həmin qazetin baş redaktoru işləyir. Zərərçəkmiş şəxs 2016-cı il tarixdən baş redaktor olduğu qazetdə müxbir kimi fəaliyyət göstərir. «Tarixin səhifələri» qəzetinin təsisçisi və baş redaktoru olan Təqsirləndirilən şəxs isə 2021-ci ilin əvvəllərindən tanıyır. xx.xx.2021-ci il tarixdə onun ad günü ilə bağlı tədbirdə Zərifə xanımla Faiq tanış olmuşdurlar. 20 dekabr 2021-ci il tarıxdə Zərifə xanım ona müraciət edərək Faiq tərəfindən aldadılaraq 5000 manat pulunun ələ keçirildiyini bildirmişdir. Bundan başqa Faiq ona yüksək vəzifəli şəxslərlə əlaqəli olduğunu, hazırda işğaldan azad edilmiş torpaqlara məcburi köçkünlərin köçürüləcəyini və onların Bakı şəhərinə olan evlərinin mənzilə ehtiyacı olan şəxslə veriləcəyini bildirmişdir. Ona ələqədə olduğu həmin vəzifəli şəxslərin köməkliyi ilə 10.000 manat məbləğdə pulun müqabilində mənzilləri özəlləşdirmək imkanın olduğunu demişdir. Zərifə, Xətai rayonu ərazisində mənzillərdən birini adına özəlləşdirmək imkanının olub- olmaması ilə maraqlanmış və Təqsirləndirilən şəxs bunun üçün 10.000 manat pulun verilməsini və xx.xx.2021-ci il tarıxədək həmin evlərin alınması üçün növbəyə yazılmalı olduğunu qeyd etmişdir. Zərifənin nağd pulu olmadığından özünün və gəlininin qızıllarını lombarda qoyaraq 5000 manat pul əldə etmişdir. Həmin pulu xx.xx.2021-ci il tarixdə Faiqə vermiş və həmin gün Faiq Zərifə ilə birlikdə 20 yanvar metro stansiyasına getmişdir. Orada adını bilmədiyi şəxsə görüşüb ona 5000 manat pulu vermişdir. Faiq Zərifəyə həmin şəxsin əlaqədə olduğu vəzifəli şəxsin köməkçi olduğunu bildirmişdir. Lakin həmin şəxsin və vəzifəli şəxsin kim olması barədə məlumat verməmişdir. Zərifə bir müddət sonra bilmişdir ki, öz yurdlarına qayıtmış məcburi köçkünlərin Bakı şəhərində olan evlərinin başqa şəxslərə verilməsi ilə bağlı hər hansı ev növbəsi yoxdur. Sonradan Faiqdən pulu tələb etməyə başlamış lakin o, müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun müdürü, həm də işlədiyi qəzetin təsisçisi və baş redaktorudur. X5 X1 4-cü kursda oxuyur və Xətai rayonu ərazisində xx.xx.2021-ci il tarixdə baş vermiş YNH-si nəticəsində aldığı xəsarətlərdən X7 xəstə xəstəxanasına yerləşdirilmişdir. 12 gün komada qalmış, imkansızlığından qızının müalicəsinə pul çatdıra bilmədiyi üçün Faiq müəllimdən kömək istəmişdir. xx.xx.2021-ci il tarixdə Faiq müəllim ona 5 000 manat pul vermişdir. Qızının işini həll edib sonra qaytararsan demişdir. O, sonradan bilmiş ki, Faiq həmin ona verdiyi pulu Zərifə adlı qadından almışdır. Cinayət işi üzrə şahid qismində keçən Şahid4 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, işi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmir və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 329-cu maddəsinə uyğun olaraq iş üzrə şahid qismində keçən Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 1995-cı il tarixdən Azərbaycan nəşriyyatında işləyir. Zərərçəkmiş şəxsı 2016-cı il tarixdən işlədiyi qazetdən tanıyırdı. «Tarixin səhifələri» qazetinin təsisçisi və baş redaktoru olan Təqsirləndirilən şəxs «Azərnəşriyyat»- dan tanıyır. 2021-ci ilin dekabr ayında Zərifə xanım ona müraciət edərək Faiq tərəfindən aldadılaraq 5000 manat pulunun ələ keçirildiyini bildirmişdi. Zərifə xanım bildirmişdir ki, baş redaktor Əjdərin ad günü tədbirində Faiqlə tanış olmuş, tanışlıq müddətində Faiq ona yüksək vəzifəli şəxslərlə əlaqəli olduğunu, hazırda işğaldan azad edilmiş torpaqlara məcburi köçkünlərin köçürüləcəyini və onların Bakı şəhərinə olan evlərinin mənzilə ehtiyacı olan şəxslə veriləcəyini bildirmiş və ələqədə olduğu həmin vəzifəli şəxslərin köməkliyi ilə 10.000 manat məbləğdə pulun müqabilində mənzilləri özəlləşdirmək imkanın olduğunu demişdir. Zərifə Xətai rayonu ərazisində mənzillərdən birini adına özəlləşdirmək imkanının olub-olmaması ilə maraqlanmış və Təqsirləndirilən şəxs bunun üçün 10.000 manat pulun verilməsini və xx.xx.2021-ci il tarixədək həmin evlərin alınması üçün növbəyə yazılmalı olduğunu qeyd etmişdir. Zərifənin nağd pulu olmadığından özünün və gəlininin qızıllarını lombarda qoyaraq 5000 manat pul əldə etmiş, pulu xx.xx.2021-ci il tarixdə Faiqə vermiş və həmin gün Faiq Zərifə ilə birlikdə 20 yanvar metro stansiyasına getmişdir. Orada adını bilmədiyi şəxsə görüşüb ona 5000 manat pulu vermişdir. Faiq Zərifəyə həmin şəxsin əlaqədə olduğu vəzifəli şəxsin köməkçi olduğunu bildirmişdir. Lakin həmin şəxsin və vəzifəli şəxsin kim olması barədə məlumat verməmişdir. Zərifə bir müddət sonra bilmişdir ki, öz yurdlarına qayıtmış məcburi köçkünlərin Bakı şəhərində olan evlərinin başqa şəxslərə verilməsi ilə bağlı hər hansı ev növbəsi yoxdur. 2021-ci ilin noyabr ayında aldadıldığını bildikdən sonra pulu Faiqdən tələb etməyə başlamış, lakin Faiq müxtəlif bəhanələr gətirməklə pulu verməkdən imtina etmişdir. Cinayət işi üzrə şahid qismində keçən Şahid5 məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, Respublikadan kənardə olması ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadələrindən görünür ki, «Miss Grand Azərbaycan 2021» gözəllik yarışmasının qalibi olmuşdur. Türkiyə Respublikasında keçiriləcək gözəllik yarışması üçün Azərbaycan Respublikasından modellər seçilmişdir. O, həmin modellərdən biri kimi yarışmada xx.xx.2021-ci il tarixdə iştirak etmişdir. Yarışmaya getməzdən öncə anasıyla danışmış ki, Təqsirləndirilən şəxs adlı şəxs ona artıq ev alan deyil ondan pulu geri istəsin. Anası Zərifə xanım Faiqlə birneçə dəfə danışıb pulu istəsə də Faiq pulu hər dəfə bir bəhanə gətirməklə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs anasından pulu hazırda işğaldan azad edilmiş torpaqlara məcburi köçkünlərin köçürüləcəyini və onların Bakı şəhərində olan evlərinin mənzilə ehtiyacı olan şəxslə veriləcəyini bildirib vəzifəli şəxslərin köməkliyi ilə 10.000 manat məbləğdə pulun müqabilində mənzilləri özəlləşdirmək imkanının olduğunu deyib bu yolla anasınıı aldadaraq ələ keçirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə X4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdikləri xüsusatlar bir daha təsdiq etməklə Təqsirləndirilən şəxs üzünə qarşı demiş və bu barədə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir (səh. 66-68) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, şahid qismində dindirilmiş Şahid2 ilə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid2 istintaqa verdiyi ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (səh. 69-71). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 fevral 2022-ci il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, şahid qismində dindirilmiş Şahid1 ilə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 istintaqa verdiyi ifadələrini Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (səh. 72-74). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadələrinin yerində yoxlanması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanışlamış o ifadəsində göstərdiyi xüsusatları bir daha əyani olaraq göstərməklə təsdiq etmişdir (səh.115). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin höklmü ilə A.R.CM-nin 128-ci maddəsi ilə təqsirli bilin barəsində 1000 manat cərimə cəzasına məhkum edilsədə «8 noyabr Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli qərarının tətbiq edilməsi əsası ilə xx.xx.2021-ci il tarixli Abşeron Rayon Məhkəməsinin 7(012)-223/2021 nömrəli qərarı ilə təyin edilmiş cərimə cəzadan azad edilmiş və üzərində olan məhkumluğu götürülmüşdür (səh. 76-77). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 mart 2022-ci il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (səh. 112- 114). Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs tərəfindən təqdim edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında aparılmış votsap yazışmalarının foto surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulun götürülməsi üçün lombard olduğunu və həmin lombard tərəfindən dörd faizə pul verdiklərini bildirir. Cinayət işi üzrə verilmiş və məhkəmə istintaqında tədqiq edilmiş ilkin mülki iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilən mülki iddiadan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 7814 (yeddi min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 98,54 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsini xahiş etmişdir. Bundan sonra mülki iddiaya əlavə təqdim edərək (dəqiqləşmə verərək) bildirmişdir ki, 5450 manat pul vəsaiti Təqsirləndirilən şəxs tərfindən ödənilmişdir, lakin lombarddan götürdüyü məbləğin faizini təşkil edən 2461 manat 50 qəpik ödənilməmişdir. Odur ki, lombarddan götürdüyü pulun faizini təşkil edən 2461 manat 50 qəpik miqdarında pul vəsaitinin təqsirləndirilən şəxsdən tutularaq ona ödənilməsini xahiş edir. Cinayət işi üzrə verilmiş və məhkəmə istintaqında tədqiq edilmiş mülki iddiaya əlavə edilmiş GJN 928208 saylı “Girov bileti”nin və girov biletinə əlavədən (müqavilədən) görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, GJN 928208 saylı “Girov bileti” ilə “AS lombarddan 5000 AZN kredit götürmüşdür və götürdüyü məbləğin faizini hər ay ardıcıl olaraq vaxtında ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cinayət işi üzrə verilmiş və məhkəmə istintaqında tədqiq edilmiş mülki iddiaya əlavə edilmiş GJN 969769 saylı “Girov bileti”nin və girov biletinə əlavədən (müqavilədən) görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, GJN 969769 saylı “Girov bileti” ilə “AS lombarddan 300 AZN kredit götürmüşdür və götürdüyü məbləğin faizini hər ay ardıcıl olaraq vaxtında ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cinayət işi üzrə verilmiş və məhkəmə istintaqında tədqiq edilmiş mülki iddiaya əlavə edilmiş GJN 928566 saylı “Girov bileti”nin və girov biletinə əlavədən (müqavilədən) görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, GJN ******* saylı “Girov bileti” ilə “AS lombarddan 1800 AZN kredit götürmüşdür və götürdüyü məbləğin faizini hər ay ardıcıl olaraq vaxtında ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Cinayət işi üzrə verilmiş və məhkəmə istintaqında tədqiq edilmiş mülki iddiaya əlavə edilmiş ödəniş haqqında məlumatdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, GJN 928208 saylı “Girov bileti” ilə “AS lombarddan götürmüş 5000 AZN kreditə dair cəmi ödənilən faiz məbləği 1791 manat təşkil edir. Cinayət işi üzrə verilmiş və məhkəmə istintaqında tədqiq edilmiş mülki iddiaya əlavə edilmiş ödəniş haqqında məlumatdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, 928566 saylı “Girov bileti” ilə “AS lombarddan götürmüş 300 AZN kreditə dair cəmi ödənilən faiz məbləği 49,5 manat təşkil edir. Cinayət işi üzrə verilmiş və məhkəmə istintaqında tədqiq edilmiş mülki iddiaya əlavə edilmiş ödəniş haqqında məlumatdan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, 928566 saylı “Girov bileti” ilə “AS lombarddan götürmüş 1800 AZN kreditə dair cəmi ödənilən faiz məbləği 621 manat təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş elektron məhkəmə sistemindən çıxarılmış çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X2 adlı yetkinlik yaşına çatmayan övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş N 372541172, N ********* və N ********* mədaxil qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda 2500, 1000, 500 məbləğlərində pullar ödənilmişdir. Cinayət işi üzrə verilmiş və məhkəmə istintaqında tədqiq edilmiş mülki iddiaya əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Zərərçəkmiş şəxs mülki iddia ilə bağlı 98,14 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşmə protokolları, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması, ittiham üzrə verilmiş maddi zərərin, yəni 5450 manat pulun tam qaydada zərəçəkmiş şəxsə ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, ittiham üzrə verilmiş maddi zərərin tam qaydada ödəyən bir şəxs barəsində daha ağır cəzanın seçilməsi cəzanın məqsədlərinə nail olunması baxımından ədalətli hesab edilə bilməz. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 1(004)-212/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 29 aprel 2022-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Aşagıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilməlidir. Beləki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, ona vurulmuş 7814 (yeddi min səkkiz yüz on dörd) manat məbləğində maddi ziyan və iddiaçı tərəfindən ödənilmiş 98,54 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsini xahiş etmişdir. Sonradan (Təqsirləndirilən şəxs tərəfindən ittiham üzrə müəyyən edilmiş 5450 manat məbləğində ziyan ödənildiyi üçün) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxsdan 2461 manat 50 qəpik pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə hökm çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində 1800 manat, xx.xx.2021-ci il tarixində 5000 manat, xx.xx.2022-ci il tarixində 300 manat lombarddan kredit götürmüşdür. 1800 manat lombard məbləğinin götürülməsinə görə 621 manat faiz ödənilmiş, 5000 manat pulun götürülməsinə görə 1791 manat məbləğ və 300 manat pula görə isə 49 manat 50 qəpik faiz ödənilmişdir. Cinayəti işinin materialları ilə tam sübut olunur ki, lombarddan götürülən pul məbləği ilə Təqsirləndirilən şəxs 4550 manat ödəniş edilmişdir. Lakin lombard pul götürən şəxsə faiz hesablayır və hazırda mülki iddiaçının lombard qarşısında 2461 manat 50 qəpik faiz ödəmək öhdəliyi yaranmışdır. Ona görə də həmin faiz məbləği təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, çünki cinayət işi materialları müəyyən olunur ki, lombarddan götürülən borcla Təqsirləndirilən şəxs pul ödənilmişdir. Təqsirləndirilən şəxs həmin ona verilən pulun lombarddan faizə götürüldüyünü bilirdi, hətta məhkəməyə təqdim olunmuş “WhatsApp” yazışmalarındakı çıxarışdan görünür ki, zərərçəkən şəxs olan o, həmin məbləğləri faizə lombarddan borc olaraq götürmüşdür. Şahidlər də bu barədə məlumatları veriblər. Eyni zamanda məhkəmənin bundan əvvəlki iclaslarında da Təqsirləndirilən şəxs faizləri də ödəyəcəyini öhdəsinə götürmüşdür. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, iş üzrə zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs vermiş olduğu mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə, hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs vurulmuş ziyan iş materiallarına tikilmiş iltizamlarla, ödəniş qəbzləri ilə sübut olunur. Digər tərəfdən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddiasında göstərdiyi xx.xx.2021-ci il tarixdə, 928566 saylı “Girov bileti” ilə “AS lombarddan götürmüş olduğu 1800 AZN kreditə görə ödənilən 621 manat faiz məbləği və xx.xx.2022-ci il tarixdə, 928566 saylı “Girov bileti” ilə “AS lombarddan götürmüş 300 AZN kreditə görə 49,5 manat faiz məbləği mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçıya ödənilməsi əsassız olduğu üçün təmin edilə bilməz. Belə ki, yuxarıda qeyd edilən birinci məbləğ lombarddan götürülərkən yəni xx.xx.2021-ci il tarixdə tərəflər arasında hər hansı bir sövdələşmə baş verməmişdir, ikinci halda isə yəni xx.xx.2022-ci il tarixdə zərərçəkmişin ərizəsi əsasında hazırkı cinayət işi bir aydan artıq bir vaxt başlanmışdır. Ona görə də sözü gedən məbləğlərin lombarddan götürülüb təqsirləndiriən şəxsə verilməsi mümkün deyildir. Bu səbəbdən götürülmüş məbləğlərə görə ödənilmiş faizin təqsirləndirilən şəxsə aidiyyəti yoxdur. Bununla belə məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə, GJN 928208 saylı “Girov bileti” ilə “AS lombarddan götürdüyü 5000 AZN kreditə dair ödənilən 1791 manat faiz məbləğinin təqsirrləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tələb edilməsi qanuni və əsaslıdır, həmin zərərin yaranmasında törədilən cinayətlə səbəbli əlaqə mövcuddur. İşin mübahisəsi halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə, yəni kredit götürüldüyü gün 5000 manat pulu mülki iddiaçıdan götürmüşdür. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs 5,000 manat aldığını etiraf etmişdir. Digər tərəfdən iş materiallarında olan Wotsap yazışmaları ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs lombarddan pul götürülməsində yardımçı olmuş konkret olaraq müvafiq lombardın axtarılmasında köməklik etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dələduzluq yolu ilə ilkin olaraq aldığı 5000 manat pulun lombarddan götürdüyünü və həmin pul vəsaitinə görə aylıq faiz ödəniləcəyini qabaqcadan bildiyi üçün məhz həmin zərərin yaranmasının onun hərəkətləri ilə səbəbli əlaqəsi mövcuddur. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu maddi ziyana görə 1791 (bir min yeddi yüz doxsan bir) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməli, mülki iddiaçı tərəfindən ödənilmiş 98,14 (doxsan səkkiz manat 14 qəpik) manat məbləğində dövlət rüsumunun 50 faizi mülki iddiaçıya, 50 faizi mülki cavabdeh Təqsirləndirilən şəxs aid edilməklə, mülki cavabdeh Təqsirləndirilən şəxs 49,07 (qırx doqquz manat 7 qəpik) manat pul mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 1791 (bir min yeddi yüz doxsan bir) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddiaçı tərəfindən ödənilmiş 98,14 (doxsan səkkiz manat 14 qəpik) manat məbləğində dövlət rüsumunun 50 faizi mülki iddiaçıya, 50 faizi mülki cavabdehə aid edilməklə, mülki cavabdeh Təqsirləndirilən şəxs 49,07 (qırx doqquz manat yeddi qəpik) manat pul mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulsun. Mülki iddia qalan hissədə təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-212/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-212/2022
05.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver