Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-213/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsininprokuroru X5, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1993-cü ildə Neftçala rayonu Xolqarabucaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işsiz, Neftçala rayonu Xolqarabucaq kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus 183D nömrəli yaşayış evinin küçə darvazasının üstündən aşaraq həmin evin həyətinə qanunsuz daxil olduqdan sonra, həyətdən götürdüyü dəmir alətlə evin pəncərəsinin dəmir barmaqlıqlarını aralayaraq plastik pəncərəni açıb yaşayış sahəsinə qanunsuz daxil olduqdan sonra, evin yataq otağından sonuncuya məxsus 01 ədəd 1,50 (bir manat əlli qəpik) manat dəyərində üzərində “Ferrucci” yazısı olan ağ rəngdə plastik qabı, 01 ədəd 2,0 (iki) manat dəyərində qırmızı rəngdə olan qabı, 01 ədəd 5,0 (beş) manat dəyərində üzərində “Emporio Armani” yazısı olan qabı, 01 ədəd 4,0 (dörd) manat dəyərində üzərində “X12” yazısı olan qabı, 01 ədəd 10,0 (on) manat dəyərində üzərində “sergio giorgianni” yazısı olan çantanı, 01 ədəd 0,50 manat dəyərində içərisində “Fleur de Sante” yazısı olan qabı, 01 ədəd 45,0 (qırx beş) manat dəyərində siferblatının iç tərəfində “Ferrucci” arxa tərəfində “STAİNLESS STEEL CASE BACK 011275A WATER RESİSTANT” yazıları olan qol saatını, 01 ədəd 50,0 (əlli) manat dəyərində siferblatının iç tərəfində “CİTİZEN” VƏ “QUARTZ” arxa tərəfində “BASE ST. STEEL CİTİZEN WATCH CO” yazıları olan qol saatını, 01 ədəd 40,0 (qırx) manat dəyərində siferblatının iç tərəfində “ULYSSE NARDİN”, arxa tərəfində “ULYSSE NARDİN S0065”, SWİSS MADE CHRONOGRAPH” və “200M” yazıları olan qol saatını, 01 ədəd 25,0 (iyirmi beş) manat dəyərində siferblatının iç tərəfində “HUBLOT”, arxa tərəfində “STEEL BACK STAİNLESS” yazıları olan qol saatını, 01 ədəd 30,0 (otuz) manat dəyərində qara rəngli dəriyəbənzər qolbağı olan və siferblatının iç tərəfində “DİESEL” yazısı olan qol saatını, 01 ədəd 15,0 (on beş) manat dəyərində siferblatının iç tərəfində “VOGEL” yazısı olan, siferblatının iç tərəfində və kənarlarında rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli qol saatını, 01 ədəd 200,0 (iki yüz) manat dəyərində tünd qəhvəyi rəngli dəriyəbənzər qolbağı və siferblatının iç tərəfində “Daymond Rene” yazısı və 2 ədəd rəngsiz şəffaf qaşı olan qol saatını, 01 ədəd 15,0 (on beş) manat dəyərində qara rəngli dəriyəbənzər qolbağı və siferblatının iç tərəfində “LOUİS VUİTTON” yazısı və şəffaf qaşları olan qol saatını, 01 cüt 15,0 (on beş) manat dəyərində oval formalı, üzərində qara rəngli qaş olan gümüşü rəngli qol düyməsini, 01 ədəd 10,0 (on) manat dəyərində üzərində qara rəngli qaş olan gümüşü rəngli qalstuk sancağını, 01 cüt 12,0 (on iki) manat dəyərində dördkünc formalı, üzərində qara rəngli qaş olan gümüşü rəngli qol düyməsini, 01 ədəd 16,0 (on altı) manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan və halqasının iç tərəfində “925” damğası həkk edilmiş 3,99 qram çəkidə gümüş üzüyü, 01 ədəd 15,0 (on beş) manat dəyərində üzərində ürək formalı, qara rəngli minalanmış hissəsi olan və halqasının iç tərəfində “925” damğası həkk edilmiş 3,66 qram çəkidə gümüş üzüyü, 01 ədəd 19,0 (on doqquz) manat dəyərində üzərində dairə formalı, qara rəngli minalanmış hissə və qaşlar olan 4,83 qram çəkidə gümüş üzüyü, 01 ədəd 17,0 (on yeddi) manat dəyərində halqasının iç tərəfində “Baladan dədəyə” yazısı və “925” damğası üzərində qaşlar olan 4,41 qram çəkidə gümüş üzüyü, 01 cüt 6,0 (altı) manat dəyərində halqa formalı sarı rəngli sırğanı, 01 cüt 4,0 (dörd) manat dəyərində üzərində açıq mavi rəngli və rəngsiz, şəffaf qaşlar olan, iç tərəfində “Cinderella” yazısı olan sırğanı, 01 cüt 3,0 (üç) manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, yarpaq formalı gümüşü rəngli sırğanı, 01 ədəd 37,0 (otuz yeddi) manat dəyərində üzərində tünd göy rəngli 1 ədəd qaş olan 9,47 qram çəkidə gümüş qolbağı, 01 ədəd 5,0 (beş) manat dəyərində qulaqcığında “VEF” yazısı olan sarı rəngli boyunbağını, 162,0 (yüz altmış iki) manat dəyərində üzərlərində yaşıl rəngli, çəhrayı rəngli və rəngsiz, şəffaf qaşlar olan, elementlərinin üzərində sarı rəngli hissələr və “925” damğası olan sırğa cütü-üzük-kulonlu boyunbağı dəstini, 01 ədəd 80,0 (səksən) manat dəyərində üzərində 2 ədəd qırmızı rəngli qaş olan gümüşü rəngli xəncəli, 10,0 (on) manat dəyərindəki üzərində “Under Armour” yazısı olan çantaya yığıb cəmi 854,0 (səkkiz yüz əlli dörd) manat dəyərində əmlakı gizli olaraq talayarkən Zərərçəkmiş şəxs evə qayıtması səbəbindən həmin çantanı və içinə yığdığı əşyaları yerə ataraq hadisə yerindən uzaqlaşmış, bununla da bilavasitə cinayət törətməyə yönədilmiş qəsdən edilən əməli özünün iradəsindən asılı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək, oğurluq etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxsona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o hazırkı cinayət işi üzrə olan oğurluq cinayətini törətməmişdir. xx.xx.2020-ci il tarixdə 2 gün Şabran rayonunda X1mışdır. xx.xx.2020-ci il tarixdə Neftçala rayonuna gedib ailəsi ilə bir yerdə qalmıb. xx.xx.2020-ci il tarixdə ailəsi ilə birlikdə Bakı şəhərinə gəlib Alatava ərazisində həmən ayın Novruz bayramına qədər orda kirayədə qalıb, sonra kirayə haqqını verə bilməyib Neftçala rayonuna geri qayıdıb. Aprel ayının 2-3 tarixində onu Yasamal Rayon Polis İdarəsinin 29cu PB-nə çağırdılar. Bölməyə gəldikdən sonra geri Neftçala rayonuna qayıdıb. Sonradan bölmənin əməkdaşları gəlib onu rayondan apardılar. Ona bölmədə dedilər ki, televizor oğurlamısan. Barmağ izin çıxıb evdən. Amma o heç bir evə girib oğurluq etməmişdir. Ona dedilər ki, sol əlinin bir barmağ izi çıxıb evdən. O bilmir barmağ izim o evdən necə çıxıb. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ilkin ifadəsində,ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdirki,sonuncu dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra cəzasını ilkin olaraq Səlyan rayonu Xələc qəsəbəsində yerləşən cəzaçəkmə müəssəsində çəkmişdir. Sonradan isə məhkəmə qərarı ilə cəzasını Şabran rayonunda yerləşən 3 saylı X9 müəssəsində çəkməyə davam etmişdir. Hadisədən təxminən 1 ay əvvəl cəza çəkdiyi müəssədən icazə alıb çıxmışdır. Həmin vaxtdan da işləmək üçün Yasamal rayonunda Alatava qəsəbəsində kirayə yaşamışdır. Hadisə baş verən günü yəni xx xxxxx 2020-ci il tarixdə kirayə yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra küçəyə çıxmışdır. Alatava qəsəbəsi ilə piyada gəzərkən bir evin işığının yanmamasını görmüş və evdə adam olmadığına əmin olmuşdur. Ətrafa nəzər salıb heç kimin olmadığını gördükdən sonra evin küçə darvazasının üstündən aşıb həyətə daxil olmuşdur. Həyətdə bir qədər baxdıqdan sonra yerdə dəmir parçası görüb götürmüşdür. Həmin dəmir parçası ilə evin giriş qapısının yanındakı pəncərəni dəmir barmaqlıqlarını aralamışdır. Dəmir barmaqlığı araladıqdan sonra evin plastik pəncərəsini açıb evə daxil olmuşdur. Daxil olduğu otaqdan digər otağa keçmişdir. Orada güzgülü dolab olmuşdur. Həmin dolabın siyirtməsini açıb oradan qol saatı, qızıl dəsti və yadında qalmayan bir neçə əşyanı məktəbli çantasına yığmışdır. Həmin vaxt evin qapısının açılmasını hiss etmişdir. Bu zaman ev sahibinin evə qayıtmasını başa düşmüşdür. Bu səbəbdən yaxalanmamaq üçün evə daxil olduğu otağa keçmişdir ki, pəncərədən çıxıb getsin. Pəncərədən çıxanda artıq dəhlizdə işıq yanmışdır. Pəncərədən həyətə düşüb darvazanın üstündən aşaraq qaçıb getmişdir. Oğurlamaq istədiyi əşyaların hamsını çantada evin içində atmışdır. Oğurluğa girdiyi evdən heç bir əşya özü ilə aparmamışdır. Həmin vaxt sərxoş olduğu üçün mənzildən konkret olaraq nə götürdüyünü xatırlamır. Ev sahibinin qapını açmasını gözləmiş, bundan sonra isə onu gördükdə tutmaq istəmişdir. Lakin darvazanın üstündən aşaraq qaçıb getmişdir. Həmin vaxt nə o, ev sahibinə, nə də ki ev sahibi ona xəsarət yetirməmişdir. Cinayət törətməyə onu heç kim təhrik etməmiş və cinayəti tək törətmişdir. Bundan başqa heç bir oğurluq və digər cinayət əməlində iştirak etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi sonrakı ifadəsində ona Azərbaycan Respublikası CM-in 29,177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək göstərmişdir ki, ona elan edilmiş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilmir, iş üzrə əvvəl verdiyi ifadələrində göstərilənləri təstiq etmir. xx xxxxx 2020-ci il tarixdə Yasamal rayonu 2-ci Alatava 183D saylı evə oğurluq məqsədi ilə girməyini göstərsədə həmin ifadəsini sahf vermişdir. 2020-ci ilin mart ayının 20-dən icazə əsasında cəzaçəkmə müəssisəsini tərk etmişdir. Həmin vaxtdan qeydiyyatda olduğu Neftçala rayonu Xolqarabucaq kəndində olmuşdur. Bakı şəhərindən isə rayona gedibgələn zaman keçmişdir. Aprel ayı ərzində qayınatası Telmanın adına olan ***-***-**-** və qardaşı Qorxmazın adına olan ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Mart ayının sonunda 29-cu bölməsinə çağrılmış, həmin vaxt onun əl-barmaq izinin bölmədə hansısa əşyanın üzərində qala bilməsini və götürülərək ona qarşı istifadə edilə bilməsini göstərmişdir. Hadisə baş verən evin yerini tanımır, Alatava qəsəbəsində 2020-ci ilin fevral ayının 20-dən mart ayının 19-na kimi kirayədə yaşamışdır. Məhkəmə, aşağıdakılara əsasən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməklə bağlı verdiyi ifadəsini özünü müdafiə xarakteri kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri-səmimidir. Həmçinin məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxx 2020-ci il tarixdə o, arvadı və üç uşağı Masazır qəsəbəsində yaşayan qayınanası Təzəgül gilə qonaq getmişlər. Orada olan zaman arvadı və uşaqları orada qalmalı olmuşdur. O, isə Alatava qəsəbəsindəki evinə qayıtmışdır. Təxminən saat 23 radələrində yaşadığı evə çatmışdır. Küçə darvazasını açıb həyətə daxil olmuşdur. Sonra isə evin qapısını açmışdır. Evin qapısını açdıqdan sonra evə daxil olmadan evin giriş qapısının yanında olan hamama keçib əlini yumaq istəmişdir. Həmin vaxt qəribə hiss gəlmiş və arxaya dönüb baxmışdır. Bu zaman tanımadığı təxminən 30 yaşlarında olan şəxs evdən çıxıb qaçmışdır. Əlini uzadıb onu tutmaq istəsədə tuta bilməmişdir. Həmin şəxs küçə darvazasına tərəf getmişdir. Birbaşa onun dalınca qaçmağa ehtiyat eləmişdir. Buna səbəb əlində bıçaq olmasından ehtiyat etmişdir. Sonra özünü müdafiə etmək üçün taxta götürüb darvazaya tərəf getmişdir. Darvazaya çatdıqda həmin şəxs darvazanın üstündən aşıb çıxıb getmişdir. Evdən oğurluq edilməsi barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. 29-cu polis böləməsinin əməkdaşları yaşadığı evə gəlmişlər. Baxış zamanı bilmişdir ki, evdən oğurluq edilməmişdir. Evə oğurluğa girən şəxs məktəbli çantasına müəyyən əşyaları yığmış və onunla qarşılaşdığı üçün dəhlizdə atıb getmişdir. Həmin şəxs 01 ədəd 60,0 (altmış) manat dəyərində əl çantasını, 01 ədəd 350,0 (üç yüz əlli) manat dəyərində suviner xəncəli, 700,0 (yeddi yüz) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə brilyant qaşlı kişi üzüyü, 600,0 (üz yüz) manat dəyərində 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə brilyant qaşlı qadın üzüyü, 01 ədəd 50,0 (əlli) manat dəyərində sony markalı fotoaparatı, 01 ədəd 220,0 (iki yüz iyirmi) manat dəyərində Citizen markalı kişi qol saatını, 01 ədəd 100,0 (yüz) manat dəyərində Hublot markalı kişi qol saatını, 01 ədəd 350,0 (üç yüz əlli) manat dəyərində Swıss WATCH markalı kişi qol saatını və həmin saata məxsus 10 (on) manat dəyərində qabı, 350,0 (üç yüz əlli) manat dəyərindən LOUİS VUİTTON markalı qadın qol saatını və həmin saata məxsus 10 (on) manat dəyərində qabı, 01 ədəd 250,0 (iki yüz əlli) manat dəyərində VEGEL markalı qadın saatını və həmin saata məxsus 15 (on beş manat dəyərində) qabı, 01 ədəd 130,0 (yüz otuz) manat dəyərində Ferrucci markalı kişi qol saatını, 01 ədəd 150,0 manat dəyərində Diesel markalı kişi qol saatını və həmin saata məxsus 10,0 (on) manat dəyərində qabı, 01 cüt 100,0 (yüz) manat dəyərində köynək düyməsini və 10 (on) manat dəyərində qabını, 01 ədəd 150,0 (yüz əlli manat dəyərində) ULYSSE NARDİN markalı kişi qol saatını, 01 ədəd 30,0 (otuz) manat dəyərində bjuteriya boyunbağı, 01 cüt 15,0 (on beş) manat dəyərində bjuteriya sırğa, 130,0 (yüz otuz) manat dəyərində gümüş materialdan hazırlanmış dəst (boyunbağı, sırğa və üzük), 01 ədəd 80,0 (manat dəyərində) gümüş materialdan hazırlanmış kişi üzüyü, 01 ədəd 50 (əlli) manat dəyərində gümüş materialdan hazırlanmış qadın üzüyü, 01 ədəd 45,0 (qırx beş) manat dəyərində bjuteriya boyunbağı, 01 cüt 60,0 (altmış) manat dəyərində gümüş materialdan hazırlanmış sırğa, 01 cüt 27,0 (iyirmi yeddi) manat dəyərində gümüş materialdan hazırlanmış yarpaq formasında sırğa, 01 ədəd 15,0 (on beş) manat dəyərində gümüş materialdan hazırlanmış qadın üzüyü və 01 ədəd 20,0 (iyirmi) manat dəyərində gümüş materialdan hazırlanmış kişi üzüyünü 60 manatlıq çantaya yığaraq aparmaq istəməsini bilmişdir. Həmin şəxsi görən zaman ilkin olaraq onu tutub saxlamaq istəmişdir. Lakin həmin şəxs qaçıb getmişdir. Həmin şəxs ona heç bir zor tətbiq etməmiş və heç bir xəsarət almamışdır. Hadisə baş verən tarixdə yəni xx xxxxx 2020-ci il tarixdə evə gələrkən oğurluğa girmiş şəxs çantaya yığdığı əşyaları atıb qaçmışdır. İlkin olaraq vermiş olduğu ifadəsində həmin çantaya 585 əyarlı qızıldan hazırlanmış 8 qram çəkidə brilyant qaşlı kişi üzüyünün, 01 ədəd 585 əyarlı qızıldan hazırlanmış 7 qram çəkidə brilyant qaşlı qadın üzüyünün və 01 ədəd sony markalı fotoaparatın da götürülməsini qeyd etmişdir. Lakin qeyd etdiyi üç əşya şkafda qoyulduğu yerdə qalmışdır. Səhfən həmin əşyaların da oğurlanmasını qeyd etmişdir. Bundan başqa 45 manat dəyərində boyunbağı kimi göstərdiyi əşya boyunbağı deyil bilərzikdir. Həmçinin “swiss watch” markalı qol saatını onun qutusuna görə adını elə qeyd etmişəm. Həmin saatın üzərində “Daymond Rene” yazısı yazılmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Ədiliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 6/1031-9/1716 №-li məhkəmə-kompleks əmtəəşünaslıq və kimyəvi ekspert rəyinə əsasən təqdim edilən məlumatların modeli və digər göstəriciləri nəzərə alınmaqla təqdim olunmuş əşyaların 2020-ci ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 854,0 manat müəyyən edilir. Həmin əşyalardan: - 01 ədəd üzərində Ferrucci yazısı olan ağ rəngdə plastik qab – 1,50 manat; - 01 ədəd qırmızı rəngdə olan qab – 2,0 manat; - 01 ədəd üzərində “Emporio” Armani” yazısı olan qab – 5,0 manat; - 01 ədəd üzərində “X12” yazısı olan qab – 4,0 manat; - 01 ədəd üzərində “sergio giorgianni” yazısı olan çanta – 10,0 manat; - 01 ədəd içərisində “Fleur de Sante” yazısı olan qab – 0,50 manat; - 01 ədəd üzərində “Under Armour” yazısı olan idman çantası – 10,0 manat; - Siferblatının iç tərəfində “Ferrucci” arxa tərəfində “STAİNLESS STEEL CASE BACK 011275A WATER RESİSTANT” yazıları olan 1 ədəd qol saatı – 45 manat; - Siferblatının iç tərəfində “CİTİZEN” və “QUARTZ”, arxa tərəfində “BASE ST. STEEL CİTİZEN WATCH CO”, yazıları olan 1 ədəd sarı rəngli qol saatı – 50 manat; - Siferblatının iç tərəfində “ULYSSE NARDİN”, arxa tərəfində “ULYSSE NARDİN S0065”, “SWİSS MADE CHRONOGRAPH” və “200M” yazıları olan 1 ədəd qol saatı – 40 manat; - Siferblatının iç tərəfində “HUBLOT”, arxa tərəfində “STEEL BACK STAİNLESS” yazıları olan 1 qol saatı – 25 manat; - Qara rəngli dəriyəbənzər qolbağı və siferblatının iç tərəfində “DİESEL” yazısı olan qol saatı – 30 manat; - Siferblatının iç tərəfində “VOGEL” yazısı, iç tərəfində və kənarlarında rəngsiz, şəffaf qaşlar olan qol saatı – 15 manat; - Siferblatının iç tərəfində “Daymond Rene” yazısı olan qol saatının siferblatının iç tərəfində 2 ədəd rəngsiz, şəffaf qaş vardır. Həmin qaşların səthi qapalı olduğundan onları müayinə etmək mümkün olmamışdır. Qol saatının tünd qəhvəyi rəngli, dəriyəbənzər qolbağı vardır – 200 manat; - Siferblatının iç tərəfində “LOUİS VUİTTON” yazısıb ola qol saatının siferblatının iç tərəfində və kənarlarında rəngsiz, şəffaf qaşlar vardır. Qol saatının qara rəngli, dəriyəbənzər qolbağı vardır. Siferblatının iç tərəfində olan qaşların səthi qapalı olduğundan həmin qaşları müayinə etmək mümkün olmamışdır – 15 manat; - Oval formalı, gümüşü rəngli 1 cüt qol düyməsinin üzərində qara rəngli qaş vardır – 15 manat; - Gümüşü rəngli qalstuk sancağının üzərində qara rəngli qaşlar vardır – 10 manat; - Dördkünc formalı, gümüşü rəngli 1 cüt qol düyməsinin üzərində qara rəngli qaş vardır – 12 manat; - Üzərində rəngsiz, şəffaf qaşlar olan (1 qaş yeri boş) gümüşü rəngli üzüyün halqasının iç tərəfində “925” damğası həkk edilmişdr – 16 manat; - Üzərində ürək formalı, qara rəngli minalanmış hissəsi olan gümüşü rəngli üzüyün halqasının iç tərəfində “925” damğası həkk edilmişdir – 15 manat; - Üzərində dairə formalı, qara rəngli minalanmış hissə və qaşlar olan gümüşü rəngli üzük – 19 manat; - Halqasının iç tərəfində “Baladan dədəyə” yazısı və “925” damğası olan gümüşü rəngli üzüyün üzərində qaşlar vardır ( 1 qaş yeri boş) – 17 manat; - Halqa formalı, sarı rəngli 1 cüt sırğa – 6 manat; - Üzərində açıq mavi rəngli və rəngsiz, şəffaf qaşlar olan, gümüşü rəngli sırğa cütünün iç tərəfində “Cindrella” yazısı vardır – manat; - Üzərində rəngsiz, şəffaf qaşlar olan, yarpaq formalı, gümüşü rəngli sırğa cütü - 3 manat; - Üzərində tünd göy rəngli 1 ədəd qaş olan gümüşü rəngli qolbaq – 37 manat; - Qulaqcığında “VEF” yazısı olan sarı rəngli 1 ədəd boyunbağı – 5 manat; - Üzərlərində yaşıl rəngli, çəhrayı rəngli və rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli sırğa cütü-üzük-kulonlu boyunbağı dəstinin elementlərinin üzərində sarı rəngli hissələr və “925” damğası vardır – 162 manat; - gümüşü rəngli xəncərin üzərində 2 ədəd qırmızı rəngli qaş vardır – 80 manat. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli 20/270R №-li məhkəmədaktiloskopik ekspertizası rəyinə əsasən Təqsirləndirilən şəxs daktiloskopik kartının surəti müqayisəli tədqiqat üçün yararlıdır. xx.xx.2020-ci il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluğa cəhd fakti ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 08 ədəd əl-barmaq və 02 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 01 ədədinin xx.xx.1993-cü ildə Neftçala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc əksi ilə eynilik müəyyən edilmişdir. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 08 ədəd əl-barmaq və 01 ədəd ovuc izinin DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs bildirsə də ki, ittiham aktında göstərilən tarixdə, göstərilən ünvanda oğurluq hadisəsində iştirak etməmişdir, lakin iş üzrə müəyyən edilir ki, həmin evdəki əşyaların üzərindən təqsirləndirilən şəxsin əl-barmaq izləri çıxmışdır. Məhkəmə iclasında da zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi tanımışdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinə xx.xx.2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsində baxılarkən, qərardan da göründüyü kimi məhkəməyə qətimkan tədbiri ilə bağlı məhkəməyə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə evdə bir az spirtli içki içib küçəyə çıxmış, Alatava qəsəbəsində saat 23 radələrində piyada gəzərkən bir evin işığının yanmadığını görüb həmin evə oğurluq etmək üçün girib, lakin ev sahibinin evə gəldiyini görüb, oğurlamaq üçün götürdüyü əşyaları orada qoyub qaçmışdır. Təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan edilmiş oğurluq əməlinin törədildiyi tarixdə, saatda və yerdə olmadığını bildirməklə, bunu istifadəsində olan telefon nömrələri barədə məlumatların əldə edilməsi isə sübut olunacağını bildirmişdir. Göstərmişdir ki, istifadəsində qaynatasnın adına olmuş ***-***-**-** və qardaşının adına olmuş ***-***-**-** saylı mobil nömrələr olmuşdur. Həmin nömrələri o özü istifadə etmişdir. Həmin nömrələrin antenn məlumatları əldə edilərsə, oğurluq baş vermiş saatda, tarixdə və yerdə onun olmadığı müəyyən edilər. Bununla bağlı məhkəmə qeyd edir ki, ümumiyyətlə həmin telefonarın harada istifadə edilməsi faktı, təqsirləndirilən şəxsin xx.xx.2020-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 183D nömrəli yaşayış evində olmasını istisna edən hal deyil. Çünki həmin telefonun məhz hadisə baş verən həmin tarixdə və saatda, məhz təqsirləndirilən şəxsin üzərində gəzdirməsini sübut edən faktlar mövcud deyildir. Telefonun təqsirləndirilən şəxsin üzərinə bağlanması sübut edilmir. Bununla belə məhkəmə həmin halların hər bir halda araşdırılması üçün Azercell MMC-dən həmin məlumatları tələb etmiş və Azercell MMC-nin xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş CD dəki telefon danışıqları barədə məlumatlara əsasən müəyyən edilir ki, ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2020-ci il tarixdə sonuncu dəfə Neftcala r-nu,Xolqarabucaq kənd ərazisindən saat 20:06:22 radələrində Asad Ahmadov kucəsində istifadə edilmiş ***-***-**-** saylı telefon nömrəsinə zəng edilmişdir. Bundan sonra həmin telefonun istifadəsi onu göstərir ki, xx.xx.2020-ci il tarixdə saat 11:01:25 radələrində Salyan səhəri, Y.Qasimov kuc.3 Avtovagzal ərazisində ***-***-**-** saylı nömrədən Neftcala r-nu,Xolqarabucaq kəndində istifadə edilmiş ***-***-**-** saylı nömrəyə zəng edilib. Bununla da ***-***-**-** saylı nömrənin istifadəsi barədə məlumatlar bundan ibarətdir ki, həmin nömrə Neftcala r-nu,Xolqarabucaq kənd ərazisində xx.xx.2020-ci il tarixdə sonuncu dəfə saat 20:06:22 radələrində istifadə edilib, bundan sonra həmin kənd ərazisində növbəti gün xx.xx.2020-ci il tarixdə saat 11:01:25 radələrində istifadə edilib. Yəni həmin telefon nömrəsindən xx.xx.2020-ci il tarixdə saat 20:06:22 radələrindən xx.xx.2020-ci il tarixdə saat 11:01:25 radələrinə qədər istifadə edilməyib. Hazırkı cinayət əməli telefonun Neftcala r-nu,Xolqarabucaq kənd ərazisində xx.xx.2020-ci il tarixdə sonuncu dəfə istifadə edildiyi 20:06:22 radələrindən 3 saat sonra 23:00 radələrində baş verdiyi müəyyən edilir. Axşam vaxtı, yollarda sıxlıq olmadığı nəzərə alınarsa, Neftçala rayonunun mərkəzindən Bakı şəhəri mərkəzinə (Bakının mərkəzinə getmək üçün Yasamal rayonundan keçmək lazımdır) avtomobil yolu məsafəsi 126 km olması nəzərə alınarsa, həmin məsafəni 1 saat 35 dəqiqəyə qət etmək olur. Bu da onu göstərir ki, təqsirəndirilən şəxsin həmin telefondan sonuncu dəfə Neftçala ərazisində istifadə edildiyi vaxtdan hesablanmaqla, ittiham aktında göstərilən əməlin baş verdiyi saatda Yasamal rayonu Alatava ərazisində olması istisna edilmir, onun Alatava ərazisində olması mümkündür. Təqsirləndirilən şəxsin telefona bağlılığı, yəni telefonu daima üzərində gəzdirməsi faktı həm də ona görə sübut olunmur ki, təqsirləndirilən şəxs bildirir ki, xx.xx.2020-ci il tarixdən həmin ilin Novruz bayramına qədər Bakı şəhərinə gəlib Alatava ərazisində kirayədə ailəsi ilə birlikdə yaşayıb. Lakin Azercell MMC-nin təqdim etdiyi telefon məlumatları ilə müəyyən edilir ki, həmin tarixlərdə qeyd edilən telefon müntəzəm olaraq hər gün, günün müxtəlif saatlarında Neftcala r-nu, Xolqarabucaq kəndi ərazisində istifadə edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin göstərdiyi qardaşının adına olmasını dediyi ***-***- **-** saylı telefon nömrəsi də xx.xx.2020-ci il tarixdən həmin ilin Novruz bayramına qədər müntəzəm olaraq hər gün, günün müxtəlif saatlarında Neftcala r-nu,Xolqarabucaq kəndi ərazisində istifadə edilmişdir. Bundan əlavə Azerfon MMC-nin xx.xx.2020-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş CD dəki telefon danışıqları barədə məlumatlara əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin göstərdiyi qaynatasının adına olmasını dediyi ***-***-**-** saylı telefon nömrəsi də xx.xx.2020-ci il tarixdən həmin ilin Novruz bayramına qədər müntəzəm olaraq hər gün, günün müxtəlif saatlarında Neftcala şəhəri ərazisində istifadə edilmişdir. Bu fakt onu göstərir ki, təqsirləndirilən şəxs bildirir ki, həmin telefon nömrələri onun üzərində olub, həmin telefonlardan istifadə edib. O həm də göstərir ki, 2020-ci il mart ayının 1-dən həmin ilin Novruz bayramına qədər, yəni xx.xx.2020-ci il tarixədək Bakı şəhərində olub. Belə olduğu təqdirdə onda həmin nömrələrin xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək Bakı şəhəri ərazisində antenn dairələrində istifadə edilməliydi. Lakin Azerfon və Azercell MMC-lərin məhkəməyə təqdim etdiyi məlumatlardan görünür ki, həmin telefonlar qeyd edilən tarixlərdə Bakı şəhəri ərəzasində istifadə edilməyib, həmin telefonlar həmin tarixlərdə Neftçala rayonu ərazisində istifadə edilib. Bununla təqsirləndirilən şəxsin dediyi sözlər, yəni onun xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək Bakı ərazisində yaşamasın ahlı düzgün olarsa, onda həmin telefonlardan onun istifadə etməsi sübut edilmir. Bununla da həmin telefonların təqsirləndirilən şəxsə bağlılığı təsdiq edilmir. Bu hal onu sübut edir ki, iş üzrə mövcud sübutlar, yəni əl-barmaq izləri və zərərçəkmiş şəxsin ifadəsinə əsasən, həmçinin təqsirləndirilən şəxsin ilkin izahatına əsasən xx.xx.2020-ci il tarixdə saat 23 radələrində təqsirləndirilən şəxsin Bakı şəhəri ərazisində olması və oğurluq etməsi faktında heç bir zidiyyətli məqamlar yoxdur. Həmin telefon nömrələrinin harada istifadə edilməsinin oğurluq hadisəsi ilə əlaqəsi yoxdur, oğurluqda təqsirləndirilən şəxsin iştirakını istisna edən sübut deyil. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs, şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsiilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və X3 arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1-ci, 177.2.cü və 69.4-cü maddələri ilə təqsirli bilinib 3800 manat məbləğində cərimə edilmişdir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-239/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.2-ci, 177.2.3-cü, 67.1-ci və 68.2-ci maddələri ilə təqsirli bilinib 03 il06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3800 manat cərimə cəzasına məhkum edilmişdir. Azadlıqdan məhrumetmə cəzasının əvvəli xx.xx.2018-ci il tarixdən hesablanmışdır, cərimə cəzasının müstəqil icra edilməsi hökm edilmişdir. Həmçinin Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının qalan 01 il 08 ay 15 gün müddətini çəkmək üçün X9 müəssisəsinə keçirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Penitensiar xidmətin 5 saylı cəzaçəkmə müəssisəsindən 3 saylı X9 müəssisəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hşəbsetmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Bununla da o, həbs edilənədək, çəkilməmiş cəzası 01 il 05 ay 05 gün qalmışdır. Bundan əlavə iş materiallarında olan iş materiallarında olan 3 saylı MTCM-nin məktubunun surətindlən və5 saylı CÇM-nin kassa mədaxil qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs cərimə cəzasının 1500 manat hissəsini icra etmiş, 2300 manat cərimə cəzası çəkilməmiş qalmışdır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğuödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarına əsasən Təqsirləndirilən şəxs evli olmaqla xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilənşəxsin evli olmasını, azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin tələbinin olmamasını, vurulmuş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 1,50 (bir manat əlli qəpik) manat dəyərində üzərində “Ferrucci” yazısı olan ağ rəngdə plastik qabı, 01 ədəd 2,0 (iki) manat dəyərində qırmızı rəngdə olan qabı, 01 ədəd 5,0 (beş) manat dəyərində üzərində “Emporio Armani” yazısı olan qabı, 01 ədəd 4,0 (dörd) manat dəyərində üzərində “X12” yazısı olan qabı, 01 ədəd 10,0 (on) manat dəyərində üzərində “sergio giorgianni” yazısı olan çantanı, 01 ədəd 0,50 manat dəyərində içərisində “Fleur de Sante” yazısı olan qabı, 01 ədəd 45,0 (qırx beş) manat dəyərində siferblatının iç tərəfində “Ferrucci” arxa tərəfində “STAİNLESS STEEL CASE BACK 011275A WATER RESİSTANT” yazıları olan qol saatını, 01 ədəd 50,0 (əlli) manat dəyərində siferblatının iç tərəfində “CİTİZEN” VƏ “QUARTZ” arxa tərəfində “BASE ST. STEEL CİTİZEN WATCH CO” yazıları olan qol saatını, 01 ədəd 40,0 (qırx) manat dəyərində siferblatının iç tərəfində “ULYSSE NARDİN”, arxa tərəfində “ULYSSE NARDİN S0065”, SWİSS MADE CHRONOGRAPH” və “200M” yazıları olan qol saatını, 01 ədəd 25,0 (iyirmi beş) manat dəyərində siferblatının iç tərəfində “HUBLOT”, arxa tərəfində “STEEL BACK STAİNLESS” yazıları olan qol saatını, 01 ədəd 30,0 (otuz) manat dəyərində qara rəngli dəriyəbənzər qolbağı olan və siferblatının iç tərəfində “DİESEL” yazısı olan qol saatını, 01 ədəd 15,0 (on beş) manat dəyərində siferblatının iç tərəfində “VOGEL” yazısı olan, siferblatının iç tərəfində və kənarlarında rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli qol saatını, 01 ədəd 200,0 (iki yüz) manat dəyərində tünd qəhvəyi rəngli dəriyəbənzər qolbağı və siferblatının iç tərəfində “Daymond Rene” yazısı və 2 ədəd rəngsiz şəffaf qaşı olan qol saatını, 01 ədəd 15,0 (on beş) manat dəyərində qara rəngli dəriyəbənzər qolbağı və siferblatının iç tərəfində “LOUİS VUİTTON” yazısı və şəffaf qaşları olan qol saatını, 01 cüt 15,0 (on beş) manat dəyərində oval formalı, üzərində qara rəngli qaş olan gümüşü rəngli qol düyməsini, 01 ədəd 10,0 (on) manat dəyərində üzərində qara rəngli qaş olan gümüşü rəngli qalstuk sancağını, 01 cüt 12,0 (on iki) manat dəyərində dördkünc formalı, üzərində qara rəngli qaş olan gümüşü rəngli qol düyməsini, 01 ədəd 16,0 (on altı) manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan və halqasının iç tərəfində “925” damğası həkk edilmiş 3,99 qram çəkidə gümüş üzüyü, 01 ədəd 15,0 (on beş) manat dəyərində üzərində ürək formalı, qara rəngli minalanmış hissəsi olan və halqasının iç tərəfində “925” damğası həkk edilmiş 3,66 qram çəkidə gümüş üzüyü, 01 ədəd 19,0 (on doqquz) manat dəyərində üzərində dairə formalı, qara rəngli minalanmış hissə və qaşlar olan 4,83 qram çəkidə gümüş üzüyü, 01 ədəd 17,0 (on yeddi) manat dəyərində halqasının iç tərəfində “Baladan dədəyə” yazısı və “925” damğası üzərində qaşlar olan 4,41 qram çəkidə gümüş üzüyü, 01 cüt 6,0 (altı) manat dəyərində halqa formalı sarı rəngli sırğanı, 01 cüt 4,0 (dörd) manat dəyərində üzərində açıq mavi rəngli və rəngsiz, şəffaf qaşlar olan, iç tərəfində “Cinderella” yazısı olan sırğanı, 01 cüt 3,0 (üç) manat dəyərində üzərində rəngsiz, şəffaf qaşlar olan, yarpaq formalı gümüşü rəngli sırğanı, 01 ədəd 37,0 (otuz yeddi) manat dəyərində üzərində tünd göy rəngli 1 ədəd qaş olan 9,47 qram çəkidə gümüş qolbağı, 01 ədəd 5,0 (beş) manat dəyərində qulaqcığında “VEF” yazısı olan sarı rəngli boyunbağını, 162,0 (yüz altmış iki) manat dəyərində üzərlərində yaşıl rəngli, çəhrayı rəngli və rəngsiz, şəffaf qaşlar olan, elementlərinin üzərində sarı rəngli hissələr və “925” damğası olan sırğa cütü-üzük-kulonlu boyunbağı dəstini, 01 ədəd 80,0 (səksən) manat dəyərində üzərində 2 ədəd qırmızı rəngli qaş olan gümüşü rəngli xəncəli, 10,0 (on) manat dəyərindəki üzərində “Under Armour” yazısı olan çanta saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış dermoqrafik məlumatlar (əl-barmaq izləri)cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsna Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş qəti cəzanın çəkilməmiş 01 il 05 ay 05 gün azadlıqdan məhrumetmə cəzası və 2300 manat cərimə cəzası, hazırkı hökmlə təyin olunancəza ilə azadlıqdan məhrumetmə cəzası qismən və cərimə cəzası tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxsna qəti olaraq, 03 il 06 ay (üç il altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası və 2300 manat (iki min üç yüz) miqdarında cərimə cəzası təyin edilsin. Cərimə cəzası müstəqil icra edilsin. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 90 manat (doxsan manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə oğlurlanmasına cəhd edilmiş və maddi sübut kimi tanınmış əşyaların zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış dermoqrafik məlumatlar (əl-barmaq izləri)cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanıdövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X7 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxsna məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-213/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-213/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver