Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-213/2022 04.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi və vəkili X4, müdafiəçi 22 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, M.Sübhi küçəsi ev 213-də qeydiyyatda olmaqla, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 112, mənzil 4-də yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirlməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 23 radələrində tanışı Şahid3 ilə birlikdə sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən obyektin qarşısına gələn zaman orada özlərinə məxsus mopedi təmir edən Zərərçəkmiş şəxs və Şahid1 guya həmin ərazini təmir etdikləri mopedin tullantıları ilə çirkləndirmələri barədə irad tutmaları səbəbindən aralarında baş vermiş münaqişə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə ictimai yer hesab olunan yaşayış binasının qarşısında ucadan səs-küy salmaqla cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib istintaqa məlum olmayan mənbədən əldə edib silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaqla Zərərçəkmiş şəxs sol kürək altı nahiyəsindən qəsdən vuraraq ona sol kürəkaıltı nahiyənin deşilmiş-kəsilmiş yarası və sol İ barmaqarası nahiyənin kəsilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində o, dostu Şahid3lə ünvan 1 ünvanında yerləşən qarajların arasındakı kafedə görüşüb orada oturub çörək yeməklə spirtli içki qəbul etmişlər. Həmin gün saat 23 radələrində onlar kafedən çıxıb evə gedən zaman o, Ziyanın içkili halda avtomobil idarə etməməsi üçün onu taksi ilə evinə yola salmaq istəmişdir. Həmin vaxt Ziya bildirmişdir ki Yasamal rayonu, A.Abbasov küçəsi 16 ünvanında yerləşən obyektinin yanında saxadığı avtomobilindən bir neçə əşyalarını götürüb evinə elə getsin. Bu məqsədlə onlar qeyd olunan ünvana doğru yaxınlaşan zaman Ziyanın obyektinin qarşısında iki nəfər cavan oğlanın moped təmir etdiyini və istifadə etdikləri ehtiyat hissələri Ziyanın yeni təmir etdiyi obyektinin qarşına yığaraq oranı çirkləndirdiklərini görmüşlər. Bu zaman Ziya həmin iki cavan oğlana yaxınlaşaraq onlara mopedin yağlı detallarını yerə vurdurduğu aqlayın üzərinə qoymamalarını və buraları çirkləndirməmələrini bildirmişdir. Həmin şəxslərdə bildirmişlər ki onlar buranı çirkləndirmirlər. Həmin vaxt Ziya ilə həmin iki oğlandan fiziki cəhətdən böyük olan Amil arasında sözlə mübahisə yaranmışdır. O, digər oğlanı yəni Aqili çiynindən itələməklə bir qədər kənara çəkərək ona Ziyanın içkili olduğunu işarə edib mübahisəni böyütməmələrini bildirmişdir. Həmin vaxt Ziya ilə mübahisə edən Amil arasında münaqişə böyüdüyü üçün onlar əlbəyaxa olmuşlar. Bu zaman onun yanında olan sonradan Amilin qardaşı olduğunu öyrəndiyi Aqil adlı oğlan əlində olan vintaçanı yerə ataraq onu sol sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Oda dərhal Aqili yumruqla sifət nahiyəsindən vurmuş və Aqil tarazlığını itirərək yerə oturmuşdur. Bu zaman o, Aqilin yaxasından tutaraq yerdən qaldırıb blokun giriş qapısına sıxıb saxlamışdır. Aqil bu vəziyyətdə ona yumruqlar atsada sonuncunun yumruqları ona dəyməmişdir. Həmin vaxt blokun qapısı açılmış və üç nəfər şəxs bayra çıxaraq onun üzərinə cummuşlar. Həmin şəxslərdən sonradan adının Adil olduğunu öyrəndiyi fiziki cəhətdən kök olanı onu yumruqla alın nahiyəsindən vurmuşdur. O, dərhal Aqili qucaqlayıb özünə sıxmışdır ki onu vurmaq istəyənlərin zərbəsi Aqilə dəysin. Bu zaman gözləmədiyi anda görmədiyi istiqamətdən kimsə görə bilmədiyi hansısa bir əşya və ya alətlə onu sağ gicgah nahiyəsindən vurmuşdur. Həmin zərbənin təsirindən onun başı qanadığı üçün aşağı əyilmişdir. Bu zaman Amil onu boğmağa başlamışdır. Həmin vaxt Ziya qışqırmışdır ki adamı öldürdünüz. Bu anda elə bil üstündən kimisə götürmüşlər. O, bir qədər özünə gəlib ayağa qalxarkən kürək nahiyəsindən kimsə onu vurmuşdur. Həmin vaxt qarşısında olan Adil ona doğru bıçaq atmışdır. O, həmin Adilin bıçaq zərbəsindən yayınaraq əllərin tutub burmaqla həmin bıçağı onun əlindən alıb üstündə olan Aqili vurmuşdur ki üzərindən çəkilsin. O, bıçaqla Aqili vurduqdan sonra başına toplaşmış şəxslərin hamısı qaçaraq oradan uzaqlaşmışlar. Oda gedib bir qədər əvvəl yemək yediyi yaxınlıqda yerləşən kafedə əl üzünü yuyub həmin yerə qayıdanda hadisə yerində tanıdığı heç kimin olmadığını görərək çıxıb evinə getmişdir. Sonradan öyrənmişdir ki həmin şəxslər o və Ziyadan Yasamal RPİ-nin 28-ci PB-nə şikayət etmişlər. Bundan sonra oda həmin bölməyə gedərək həmin hadisə vaxtı döyülüb xəsarət almağı ilə bağlı şikayət etmişdir. Həmin münaqişə dostu Ziyanın Aqil və Amilə onun obyektinin qarşısını çirkləndirməmələri barədə irad tutması səbəbindən baş vermiş və 15-20 dəqiqə davam etmişdir. Həmin vaxt ilk öncə Aqil onu vurduğu üçün o qayıdıb Aqili vurmuşdur. Bu zaman onların yaşadığı binanın blokundan çıxan Adil onu alın nahiyəsindən və tanımadığı bir şəxs gör bilmədiyi bir əşaya ilə onu baş nahiyəsindən vurduqdan sonra Amil sonradan onun üzərinə cumaraq onu yumruqla bir neçə dəfə baş nahiyəsindən vurmuşdur. O, həmin hadisə zamanı heç bir yerdən bıçaq götürməmiş qeyd olunan bıçağı Aqilin balaca qardaşı olduğunu öyrəndiyi Adil adlı kök oğlan onu vurmaq istəyən zaman Adilin əlindən alıb Aqili sol kürək altı nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt bıçağın Aqilin əlini hansı şəraitdə kəsməsini bilməmişdir. Qeyd olunan bıçaq onda olduğu üçün o həmin bıçağı istintaqa təqdim etmişdir. Həmin vaxt birinci Aqil və Adil qardaşları onları vurmuş və bıçaqda onların qardaşı Adildə olmuş, o, həmin bıçağı sonuncunun əlindən almışdır. O, Ziya ilə Amilin arasında olan dava-dalaşı görməsədə Ziyanın Amili onun üzərindən götürüyünü görmüşdür. Həmin vaxt onu ilk öncə Aqil yumruqla sifət nahiyəsindən, sonra onların balaca qardaşları olduğunu öyrndiyi Adil adlı oğlan yumruqla alın nahiyəsindən, görə bilmədiyim bir şəxs, görə bilmədiyim əşya olduğunu döşüdüyü bir predmetlə onu sağ gicgah nahiyəsindən vurmuş, daha sonra isə Amil sinəsində oturub onu sifət və qol nahiyələrindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxt onu Amildən başqa Aqil və digər qardaşları Adildə vurmuşdur. Həmçinin görə bilmədiyi başqa şəxslərdə ona xəsarət yetirmişlər. Onuda qeyd etmişdir ki o hadisə vaxtı spirtli içki qəbul etsədə özünü idarə edə bilirmiş bu səbəbdəndə tarazlığını itirərək yerə yıxılmamışdır. Həmin bıçaq qəhvəyi rəngli taxta dəstəyi olan təxminən 20-25 sm uzunluqda, bir tərəfli kəsiçilik xüsusiyytinə malik mətbəx bıçağıdır. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələb və mülki iddiasının olmamasını,ailəsinin yeganə dolandıran şəxs olmasını və əvvəllər məhkum edilməməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə bağlı DİN-in 102 ximdətinə o, məlumat vermişdir. O, ekiz qardaşı Amil və balaca qardaşı Adil ilə birlikdə moped vasitəsi ilə paketçi işləyirlər. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o və ekiz qardaşı Amil yaşadığı ünvan 2 ünvanının qarşısında işlədikləri mopedi təmir edən zaman iki nəfər sonradan adının Ziya və İldırım olduğunu öyrəndiyi şəxslər mobil telefonda danışdığı şəxslə nalayiq ifadələr işlədərək onlar tərəfə gəlmişlər. Onlar həmin şəxslərin yaxınlıqda olan restorandan çıxdıqlarını görüb sərxoş olduqlarını düşünərək onlara fikir verməmişdir. Həmin şəxslər onlara yaxınlaşan zaman Ziya adlı şəxs onlara irad bildirmişdir ki guya onlar sonuncuya məxsus obyektin qabağında yerə məişət tullantıları atırlar. Bu zaman o və qardaşı həmin şəxslərə bildirmişdir ki, onlar bu məhəllədə yaşayır və burada heç bir yerə zibil atmırlar. Həmçinin zibilləri olanda yaxınlıqda olan məişət tullantıları qutusuna atırlar. Bu səpgidə qardaşı Amillə Ziya arasında söhbət gedən zaman Amil onlara demişdir ki, başa düşürlər içkili adamlarsınız nə deyirlərsə etsinlər söz söhbət yaranmasın. Bu söz onların xoşuna gəlmədiyi üçün Ziya blokun qarşısına zibil atanı söyməyə başlamışdır. Elə həmin vaxt İldırım onu kənara çəkib şillə ilə sifət nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman o, İldımın üzərinə qışqırmışdır ki niyə onu vurur. Həmin vaxt İldırım onun baş nahiyəsinə iki dəfə yumruqla zərbə endirmişdir. Qardaşı Amil onun səsinə onlara yaxınlaşaraq İldırımı yumruqla sifət nahiyəsindən vurmuşdur. İldlrım başını aşağı əydiyi üçün Amil onun baş nahiyəsindən yenə yumruqla vuran zaman İldırım yerə yıxılmışdır. Ziya isə qardaşı Amilin üzərinə cumaraq onu arxadan müxtəlif bədən nahiyələrindən əl və ayaq zərbələri ilə vururmuş. O, isə araya girərək qardaşı ilə İldırımı aralaşdırmağa çalışırmış. Həmin vaxt oraya üzdən taıdığım lakin adlarını bilmədiyi qonşular və balaca qardaşı Adil gəlib onları aralaşdırmışdır. Bundan sonra Ziya onların yanında qalmış, İldırım isə yaxınlıqdakı kafeyə doğru getmişdir. Onlar isə təmir etdikləri mopedi binanın blokuna salmışlar. Həmin vaxt Ziya onlara məxsus mopedlərdən birini aşırdıb yerə yıxaraq onları təhqir etmişdir ki onunla münaqişə etsinlər. Lakin orada olan qonşular buna imkan verməmişdirlər. Bir qədər sonra bir neçə nəfər şəxs onlara yaxınlaşaraq İldırımı kimin vurduğunu soruşmuşlar. Onlarda həmin şəxlərə İldırımı onların vurduğunu bildirib, sonuncunun etdiyi hərkətləri danışmışlar. Həmin vaxt İldırım əlində bıçaqla onların üzərinə doğru gələn zaman sonuncunun qarşısına birinici balaca qardaşı Adil çıxmışdır. O, İldırımın əlində olan bıçaqla Adili vuracağını görüb onu kənara çəkmişdir. Bu zaman İldırım əlində olan bıçaqla onu sol kürək altı nahiyəsindən vurmuşdur. Həmin vaxt o, çönüb İldırımın əlindən bıçağı amaq istəyən zaman bıçaq onun sol əlinin baş barmağı ilə işarət barmağının arasını kəssədə o, İldırımın əlindən bıçağı alıb kənara atmışdır. İldırım isə onu arxadan qucaqlayıb fənd işlədərək qaldırıb ağzı üstə yerə çırpmışdır. Bundan sonra İldırım qaçaraq oradan uzaqlaşmışdır. Oda həmin vaxt dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışdırlar. Onu xx.xx.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Yasamal rayonu, A.Abbasov küçəsi bina 16 ünvanının qarşısında İldırım adlı şəxs ilk öncə şillə və yumruqla sifət və baş nahiyəsindən daha sonra isə bıçaqla sol kürəkaltı və sol əlinin birinci barmağından xəsarət yetirmişdir. Həmin münaqişə Ziya və İldırım adlı şəxslərin sərxoş vəziyyətdə onlara əsassız iradlar tutması və onları yüksək səslə nalayiq ifadələrlə təhqir etməsi səbəbindən baş vermiş, səs küyə hadisə yerinə üzdən tanıdğı qonşular və tanımadığı çoxlu sayda şəxslər toplaşmışdır. Həmin münaqişə təxminən 25-30 dəqqə davam etmişdir. O, həmin vaxt İldırımın əlindən bıçağı alıb yerə atmış, lakin sonradan həmin bıçağı hadisə yerində nə qədər atxarsalarda tapa bilməmişlər. Həmin bıçaq qəhvəyi rəngli taxat dəstəyi olan təxminən 20 sm uzunluqda olmaqla tiyə hissəsi bir tərəfli kəsicilik funksiyasına sahib mətbəx bıçağı olmuşdur. Həmin münaqişə zamanı İldırım onu vurduğu üçün qardaşı Amil də İldırımı vurmuşdur. Başqa heç kim İldırımı nə əlli ilə nədəki başqa bir əşya ilə vurub xəsarət yetirməmişdir. Həmin vaxt İldırım sərxoş olduğu üçün tarazlığını itirib özü iki üç dəfə yerə yıxılmışdır. Ola bilsin ki həmin xəsarətləri yıxılan zaman alsın. Həmin vaxt bıçaq İldırımın əlində olub başqa heç kimdə bıçaq olmamışdır. Həmin vaxt heç kim Ziyanı döyüb xəsarət yetirməmişdir. Həmçinin Ziyada hadisə vaxtı ona heç bir xəsarət yetirməmişdir. Ziyanın harada və hansı şəraitdə xəsarət almasından xəbəri yoxdur. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda ona qarşı hər hansı şikayətinin, tələbinin və mülki iddiasının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ekiz qardaşı Aqil və balaca qardaşı Adil ilə birlikdə moped vasitəsi ilə paketçi işləyirlər. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o və ekiz qardaşı Aqil yaşadığı ünvan 2 ünvanının qarşısında işlədikləri mopedi təmir edən zaman iki nəfər sonradan adının Ziya və İldırım olduğunu öyrəndiyi şəxslər mobil telefonda danışdığı şəxslə nalayiq ifadələr işlədərək onlara tərəf gəlmişlər. Onlar həmin şəxslərin yaxınlıqda olan kafedən çıxdıqlarını görüb sərxoş olduqlarını düşünərək onlara fikir verməmişlər. Həmin şəxslər onlara yaxınlaşmış və onlardan Ziya adlı şəxs onlara irad bildirmişdir ki guya onlar blokun qabağında yerə məişət tullantıları atırlar. Bu zaman onlar həmin şəxslərə bildirmişdir ki bu məhəllədə yaşarlar və burada heç bir yerə zibil atmırlar. Həmçinin zibilləri olanda yaxınlıqda olan məişət tullantıları qutusuna atırlar. Bu barədə o, Ziya ilə söhbət edən zaman onlara demişdir ki, içkili olduqlarını başa düşdükləri üçün və söz söhbət yaranmasın deyə nə deyirlərsə etməyə hazırdırlar. Bu söz həmin şəxslərin xoşuna gəlmədiyi üçün Ziya blokun qarşısına zibil atanı söyməyə başlamışdır. Elə həmin vaxt İldırım Aqili kənara çəkib aparmışdır. O, Ziya ilə söhbət edən zaman anidən qardaşı Aqilin “sən kimsən məni vurursan” sözünü eşidib onlar tərəfə getmişdir. İldırımın yumruqla qardaşını vurduğunu görən kimi oda yumruqla İldırımı sifət nahiyəsindən vurmuşdur. İldırım başını aşağı əydiyi üçün dizi ilə İldırımı aşağıdan yuxarıya doğru sifət nahiyəsindən vurub boynundan tutaraq sıxmağa başlamışdır. Həmin vaxt Ziya arxadan ona hücum edib başının arxa nahiyəsi və qaburğa nahiyələrindən yumruqla bir neçə dəfə zərbələr endirmişdir. Aqil isə araya girərək onları aralaşdırmağa çalışmış. Həmin vaxt oraya üzdən taıdığı lakin adlarını bilmədiyi qonşular və balaca qardaşı Adil gəlib onları aralaşdırmışdır. Bundan sonra Ziya onların yanında qalmış, İldırım isə yaxınlıqdakı kafeyə doğru getmişdir. Onlar isə təmir etdikləri mopedi binanın blokuna salmışlar. Bir qədər sonra bir neçə nəfər şəxs onlara yaxınlaşaraq İldırımı kimin vurduğunu soruşmuş, onlarda həmin şəxlərə İldırımı onun vurduğunu və sonuncunun etdiyi hərkətləri danışmışlar. Bu zaman İldırım əlində bıçaqla onların üstünə doğru gələn zaman sonuncunun qarşısına birinici balaca qardaşı Adil çıxmış, həmin vaxt onun qarşısını Ziya kəsdiyi üçün o Ziya ilə münaqişə edirmiş. Ziya onu yumruqla baş nahiyəsindən vururmuş. Həmin vaxt o, qardaşı Aqilin bədənindən qan axdığını görüb qışqırmışdır ki bıçaqladılar kömək edin. Lakin onlara heç kim köməklik etməmişdir. Hadisə yerinə gələn polis əməkdaşları onlara kömək edib qardaşını xəstəxnaya aparmışlar. Həmin vaxt polislər gələndə artıq o, görmüşdürki İldırım və Ziya qaçıb gediblər. Həmin münaqişə zamanı onu xx.xx.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Yasamal rayonu, A.Abbasov küçəsi bina 16 ünvanının qarşısında İldırım və Ziya adlı şəxslər baş nahiyəsindən vurublar. Qardaşı Aqili isə İldırım öncə şillə və yumruqla sifət və baş nahiyəsindən daha sonra isə bıçaqla sol kürəkaltı və sol əlinin birinci barmağından vuraraq xəsarət yetirmişdir. Həmin münaqişə Ziya və İldırım adlı şəxslərin sərxoş vəziyyətdə onlara əsassız iradlar tutması və onları yüksək səslə nalayiq ifadələrlə təhqir etməsi səbəbindən baş vermişdir. Səs küyə hadisə yerinə üzdən tanıdğı qonşular və tanımadığı çoxlu sayda şəxslər toplaşmış, münaqişə təxminən 25-30 dəqqə davam etmişdir. Hadisı vaxtı İldırımın qardaşı Aqilə xəsarət yetirdiyi bıçaq qəhvəyi rəngli taxat dəstəyi olan təxminən 20 sm uzunluqda olmaqla tiyə hissəsi bir tərəfli kəsicilik funksiyasına sahib mətbəx bıçağı olmuşdur. Həmin vaxt İldırım qardaşı Aqili vurduğu üçün İldırımı ancaq o vurmuş, başqa heç kim İldırımı nə əli ilə nədəki başqa bir əşya ilə vurub xəsarət yetirməmişdir. Hadisə vaxtı İldırım sərxoş olduğu üçün tarazlığını itirib özü iki üç dəfə yerə yxılmışdır. Ola bilsin ki, həmin xəsarətləri yıxılan zaman alsın. Həmin vaxt bıçaq İldırımın əlində olub başqa heç kimdə bıçaq olmamışdır. Həmin vaxt heç kim Ziyanı döyüb xəsarət yetirməmişdir. Əksinə Ziya onu vurub xəsarət yetirmişdir. Ziyanın harada və hansı şəriatdə xəsarət almasından xəbəri yoxdur. Onu münaqişə zamanı İldırım və Ziya adlı şəxslər döysədə onların ona vurduqları zərbələrin izləri bədənində qalmamışdır. O, həmin zərbələrin təsirindən fiziki ağrılar hiss etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o, evdə olan zaman qardaşları Aqil və Amil yaşadığı ünvan 2 ünvanının qarşısında işlədiyi mopedi təmir edirlərmiş. O, bir müddət sonra həyətdən səs gəldiyini eşidib eyvandan həyətə baxan zaman görmüşdür ki, bir nəfər sonradan adının İldırım olduğunu öyrəndiyi şəxs qardaşı Aqillə, digər tərəfdə isə sonradan adının Ziya olduğunu öyrəndiyi şəxsin qardaşı Amillə mübahisə edirlər. O, dərhal evdən çıxıb həyətə düşən zaman görmüşdür ki, İldırım qardaşı Aqili yaxasından tutub blokun qapısına sıxıb. O, İldırımın qardaşı Aqili buraxması üçün bir dəfə yumruqla İldırımı alın nahiyəsindən vurmuşdur. Bu zaman İldırım zərbənin təsirindən qardaşı Aqili buraxb arxaya doğru gedib yerə yıxılmışdır. Lakin İldırım yenidən yerdən qalxıb onların üzərinə gəlsədə onlar İldırımın içkili olduğunu görüb söhbətin böyüməməsi üçün bir neçə dəfə İldırımı özlərindən geri itələmiş və nəticədə İldırım yıxılıb duraraq yenidən onların üzərinə gəlirmiş. Bir qədər sonra İldırım binanın yaxınlığında yerləşən kafeyə doğru gedib oradan bıçaq götürərək onlara doğru gəlmişdir. Həmin vaxt o, İldırımın qabağına keçib qarşısını almağa çalışarkən İldırım onu bıçaqla vurmaq istəyən zaman qardaşı Aqil İldırımın qarşısına keçdiyi üçün sonuncu əlində olan bıçaqla Aqili sol kürək altı nahiyəsindən vurmuşdur. Bu zaman Aqil qışqırmışdır ki onu bıçaqla vurdu. Bundan sonra hər kəs sakitləşmiş və onlar qardaşını xəstəxanaya aparmağa çalışmışlar. Həmin ərəfədə İldırım və Ziya hadisə yerindən uzaqlaşıb getmişlər. Həmin münaqişə Ziya və İldırım adlı şəxslərin sərxoş vəziyyətdə qardaşlarına əsassız iradlar tutması və onları yüksək səslə nalayiq ifadələrlə təhqir etməsi səbəbindən baş vermişdir. Səs küyə hadisə yerinə üzdən tanıdığı qonşular və tanımadığı çoxlu sayda şəxlər toplaşmışdır. Həmin münaqişə təxminən 25-30 dəqqə davam etmişdir. Həmin bıçaq açıq qəhvəyi rəngli taxta dəstəyi olan təxminən 20 sm uzunluqda olmaqla tiyə hissəsi bir tərəfli kəsicilik funksiyasına sahib mətbəx bıçağı olmuşdur. O, hadisə yerinə gələnə kimi İldırım və Ziya qardaşları ilə əlbəyaxa olmuşlar. O, İldırımı bir dəfə alın nahiyəsindən yumruqla vurmuşdur ki qardaşı Aqilin yaxasını buraxsın. Bundan başqa İldırımı nə o, nədəki başqa biri küt əşya ilə baş nahiyəsindən vurmamışdır. Həmin vaxt onun əlində bıçaq olmamış, İldırım özünə haqq qazandırmaq üçün yalan danışır. Həmin bıçağı İldırım yaxınlıqdakı kafedən gətirib qardaşına xəsarət yetirmişdir. Münaqişə zamanı o heç bir bədən xəsarəti almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu, A.Abbasov küçəsi 16 ünvanında yerləşən 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən özünə məxsus qeyri yaşayış sahələrinə nəzarət edir. O, orada bir neçə dəfə sonradan adılarının Amil və Aqil olduqlarını öyrəndiyi cavan oğlanlara irad bildirmişdir ki onun obyektinin qarşısına zibil atıb çirkləndirməsinlər. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində o dostu Təqsirləndirilən şəxslə ünvan 1 ünvanında yerləşən qarajların arasındakı kafedə görüşüb orada oturub çörək yeməklə spirtli içki qəbul etmişlər. Həmin gün saat 23 radələrində onlar kafedən çıxıb evə gedən zaman o, obyektinin yaxınlığında saxladığı avtomobilindən bir sıra əşyalarını götürüb taksi ilə evinə getmək üçün qeyd olunan ünvana doğru yaxınlaşmışlar. Bu zaman obyektinin qarşısında iki nəfər cavan oğlanın moped təmir etdiyini və istifadə etdikləri ehtiyat hissələri yeni təmir etdirdiyi obyektinin qarşısına yığaraq oranı çirkləndirdiklərini görmüşdür. Bu zaman o, həmin iki cavan oğlana yaxınlaşaraq onlara mopedin yağlı ehtiyat hissələrini və su qablarını yerə vurdurduğu aqlayın üzərinə qoymamalarını və buraları çirkləndirməmələrini bildirmişdir. Həmin şəxslərdə bildirmişdir ki buranı çirkləndirmirlər. Həmin vaxt onunla həmin iki oğlandan sonradan adının Amil olduğunu öyrəndiyi oğlan aqresiv şəkildə danışaraq kobudluq etməyə başlamışdır. Bu zaman İldırım Amilə sakit olmasını aqresivlik göstərməməsini bildirmişdir. İldırımın bu sözüdən sonra Amil onun üzərinə cumaraq İldırımı yumruqla vurmuşdur. Bu zaman o, Amili arxadan tutub geri çəkmişdir. Həmin vaxt İldırımla Amilin qardaşı Aqil arasında münaqişə yaranmışdır. Qeyd olunan münaqişə zamanı həmin oğlanların yaşadığı blokdan çıxan şəxslər İldırımın üzərinə gedərək onu vurmağa başlamışlar. Amildə yenidən İldırımın üzərinə cumaraq onu vuran zaman o, arxadan Amilə yaxınlaşıb onu çəkib kənara atmışdır. Həmin vaxt İldırım üstü başı qan içində onların əlindən çıxıb ayağa qalxan zaman yenidən orada olan şəxslər İldırımın üzərinə cummuşlar. Bu zaman o, eşitmiş ki, kimsə “bıçaqlandı” “bıçaqlandı” deyə qışqırır. Bundan sonra Amil və yanında olan şəxslər sakitləşmişlər. Orada olan şəxlsərdən kimsə Amil və qardaşına onları həkimə aparmağı təklif etsələrdə onlar həkimə getməyib DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlmat vermişlər. İldırım isə əl üzünü yumağa getmişdir. Oda çıxıb öz evinə getmişdir. Sonradan öyrənmişdir ki həmin şəxslər o və İldırımdan Yasamal RPİ-nin 28-ci PB-nə şikayət etmişlər. Daha sonra oda həmin bölməyə gedərək həmin hadisə vaxtı döyülüb xəsarət almağı ilə bağlı şikayət etmişdir. Həmin münaqişə onun Aqil və Amilə obyektinin qarşısını çirkləndirməmələri barədə irad tutmağı səbəbindən baş vermiş və 20-30 dəqiqə davam etmişdir. Həmin vaxt ilk öncə Amil İldırımı yumruqla vurmuş, daha sonra onların yaşadığı binanın blokundan çıxan şəxslər İldırımı görə bilmədiyi bir əşaya ilə baş nahiyəsindən vurduqdan sonra Aqilin qardaşı Amildə yenidən İldırımın üzərinə cumaraq onu yumruqla bir neçə dəfə baş nahiyəsindən vurmuşdur. Həmin hadisə zamanı İldırım heç bir yerdən bıçaq götürməmiş qeyd olunan bıçağı qarşı tərəf özü gətirmişdir. Həmin vaxt o, orada heç kimi söyməmişdir. Həmin bıçağı Amil və ya qardaşları hadisə yerinə gətirmişdir. Orada İldırım heç bir yerə gedib bıçaq götürməmişdir. Onu üzünü görmədiyi qarşı tərəfdən olan bir şəxs o, Amili İldırımın üzərindən çəkib kənaralaşdıran zaman yumruqla bir dəfə sol gicah nahiyəsindən vurmuşdur. Başqa heç kim ona heç bir bədən nahiyəsindən xəsarət yetirməmişdir. Eyni zamanda oda Amil və ya başqa birinə heç bir bədən xəsarəti yetirməmişdir. Təqsirləndirilən şəxs isə Amildən başqa digər qardaşı Adildə vurmuşdur. Həmçinin görə bilmədiyi başqa şəxslərdə İldırıma xəsarət yetirmişlər. Onuda qeyd edir ki hadisə vaxtı spirtli içki qəbul etsələrdə İldırım özünü idarə edə bilirmiş,bu səbəbdəndə tarazlığını itirərək yerə yıxılmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq qəhvəyi rəngli taxta dəstəyi olan təxminən 20-25 sm uzunluqda, bir tərəfli kəsicilik xüsusiyytinə malik mətbəx bıçağı olmuşdur. Cinayət işinin 129-130-cu vərəqələrində olan 14 mart 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 163-164-cü vərəqələrində olan 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad olunmuşdur. Cinayət işinin 166-167-ci vərəqələrində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 16 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 36-38-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının xx.xx.2021-ci il tarixli, 1085 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol kürək-altı nahiyənin deşilmiş-kəsilmiş yarası deşici-kəsici əşyanın (alətin), sol İ barmaqarası nahiyənin kəsilmiş yarası isə iti kənarlı əşyanın (alətin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə bıçaqla vurulma nəticəsində əmələ gələ bildərdilər, dərəcəsinə görə ümumilikdə və hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin 106-108-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 14/2022-MTKŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin (sol kürək altı nahiyənin deşilmiş-kəsilmiş yarası, sol İ barmaqarası nahiyənin kəsilmiş yarası) yara kanalı haqqında məlumat olmadığından, həmçinin xəsarətlər yetirilən nahiyələrdə xəsarət yetirən alətin individual xüsusiyyətləri əks olunmadığından bu xəsarətlərin konkret olaraq ekspertizaya təqdim olunmuş bıçaqla yetirilib-yetirilməməsi haqqında fikir söyləmək mümkün olmadı. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin 170-180-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 25 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi 01 ədəd, qatlanmayan, qəhvəyi rəngli taxta dəstək və gümüşü rəngli tiyədən ibarət bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmiş. Cinayət işinin 101-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 yanvar 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmişdir. Hazırda sonuncuya qarşı hər hansı şikayət, tələb və mülki iddiası yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxsyə cəza təyin edərkən onun özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, ailəsinin yeganə dolandıran şəxs olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərəçəkmiş şəxsin ona qarşı hər hansı şikayət, tələb və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsyə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək, yəni 2 (iki) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və xarakterizə edən işin mühüm və diqqətəlayiq hallarını, törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlıq dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, ilk dəfə məhkum olunmasını, habelə özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərəçəkmiş şəxsin ona qarşı heç bir şıkayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Ona görə də Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunmuş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən cəza təyin edən məhkəmə şəxsin cəza çəkmədən islah olunmasını mümkün hesab edərsə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə şərti məhkum etmə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən dövlət orqanına məlumat vermək vəzifəsi qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı və üzərində nəzarətin həyata keçirilməsi həmin idarəyə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi vaxt silah qismində istifadə etdiyi və hazırda Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan işüzrə maddi sübut 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiə və N.N.Rəhmanovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiə ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 manat, N.N.Rəhmanovaya isə məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək, yəni 2 (iki) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Probasiya İdarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və üzərində nəzarətin həyata keçirilməsi həmin idarəyə həvalə edilsin. Bakı şəhəri Yasamal RPİ-nin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut olan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 35 saata görə 210 manat, X3 isə məhkəmədə iştirak etdiyi 60 saata görə 360 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-213/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-213/2022
04.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver