Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-213/2023 16.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və X1 iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, evvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 180.2.1, 180.2.2 və 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb təkrarən soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Fikrət” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 26 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 117 nömrəli ünvanda yerləşən istirahət parkında Zərərçəkmiş şəxs1 ilə tanış olub ona qarşı niyyətində olduğu cinayət əməlini törətmək məqsədilə əhalinin sıx olmadığı əraziyə onlarla birlikdə piyada hərəkət etməsinə nail olub ünvan 3 ünvanda yerləşən “Hacı Cavad” məscidinin yaxınlığındakı qəbirstanlığın qarşısına çatdıqda “Fikrət” adlı şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 məxsus üzərində dəyəri 50 manat olan ***-***-**-** GSM nömrə və həmin GSM nömrənin balansında 1 manat olan, bir ədəd dəyəri 600 manat olan “Apple” markalı İphone XS modelli mobil telefonu baxmaq adı ilə almış, daha sonra həmin telefonu “Fikrət” adlı şəxsdən alıb sonuncu ilə birlikdə qəbirstanlığın hasarının üzərinə çıxaraq qaçıb getmək istədikdə Zərərçəkmiş şəxs1 onun ayağından tutaraq telefonu geri qaytarmasını tələb etdikdə sonuncunun sinəsindən təpiklə vurub həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə qaçıb gedərək Zərərçəkmiş şəxs1 məxsus üzərində dəyəri 50 (əlli) manat olan ***-***-**-** GSM nömrə və həmin GSM nömrənin balansında 1 (bir) manat olan, bir ədəd dəyəri 600 (altı yüz) manat təşkil edən “Apple” markalı İphone XS modelli mobil telefonu açıq talayıb sonuncuya ümumilikdə 651 (altı yüz əlli bir ) manat mabəğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə 29 noyabr 2022-ci il tarixdə saat 23 radələrində ünvan 4 ünvanda yerləşən 1 saylı Rabitə Xidmətləri Mərkəzinin inzibati binasının qaşısında Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncudan zəng etmək adı ilə mobil telefonunu istəmiş, Zərərçəkmiş şəxs2 özünə məxsus üzərində dəyəri 5 (beş) manat olan ***-***-**-** GSM nömrə və həmin GSM nömrənin balansında 10 (on) manat olan, bir ədəd dəyəri 490 manat təşkil edən «Xioami Redmi-A» markalı mobil telefonu ona zəng etməsi üçün verdikdə həmin mobil telefonla guya kiməsə zəng etmək görüntüsü yaradaraq həmin yerdən qaçıb getməklə Zərərçəkmiş şəxs2 məxsus üzərində dəyəri 5 (beş) manat olan ***-***-**-** GSM nömrə və həmin GSM nömrənin balansında 10 (on) manat olan, bir ədəd dəyəri 490 manat təşkil edən «Xioami Redmi-A» markalı mobil telefonu açıq talayıb sonuncuya ümumilikdə 505 (beş yüz beş) manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməlləri törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 26 noyabr 2022-ci il tarixdə 23 radələrində tanışı «Fikrət» adlı şəxs ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Elmlər Akademiyası parkı tərəfdə gəzərkən, həmin vaxtı parkda bir nəfər içkili şəxs olduğunu görmüşlər. Həmin şəxs özünü idarə edə bilmədyi üçün onlar ona köməklik etmişlər. Bu zaman onlar ondan su içmək üçün 1 manat pul istəmişlər. Həmin şəxs isə 1 manat pulu olmadığını bildirmişdir. Onlar həmin şəxs ilə söhbət edə edə gəzrkən, yolda olan zaman ani olaraq həmin şəxsin pul kisəsinin yerə düşdüyünü görmüşlər. Həmin pul kisəsinin içərisində pul olmuşdur. Onlar həmin şəxsə onlara niyə yalan danışdığını soruşduqda həmin şəxs onlara müxtəlif bəhanələr gətirmişdir. Onlar söhbət edə edə “Yasamal qəbirsanlığı” adlanan əraziyə tərəf getmişlər. Yolda həmin şəxsin əlindən İphone XS markalı mobil telefonu almışdır. Həmin şəxs ona telefonu qaytarmağını istəmiş o, isə niyə onlara aldadaraq pul vermədiyini soruşmuşdur. Onlar bir müddət söhbət edə edə birlikdə gəzərək, “Yasamal qəbirsanlığı” adlanan əraziyə çatdıqda Fikrətlə o, hasarı atlanaraq keçmişdilər. Bu zaman həmin şəxsin qəbirsanlıqdan qorxduğunu və gəlmədiyini görmüşdür. Bunu fürsət bilərək Fikrət ilə birlikdə fərqli istiqamətlərə qaçmışlar. Həmin şəxs arxaları ilə ilə qaçmayaraq telefonu qaytarmaqlarını onlardan xahiş etmişdir. Bundan sonra həmin telefonu səhərsi günü səhər saatlarında “20 Yanvar” adlanan ərazidə dəqiq tam xatırmadığım telefon alqı satqı mağazasında həmin telefonu 90 manat pula satmış və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 29 noyabr 2022-ci il tarixdə saat 23 radələrində onun pula ehtiyacı olduğundan ünvan 5 ünvanda yerləşən X2nın qarşısında bir nəfər tanımadığı şəxsin dayandığını və əlində «Xiaomi Redmi A» markalı mobil olmasını görüb ona yıxınlaşaraq və belə qərara gəlmişdir ki, onun telefonuna guya baxmasını və kiməsə zəng etməsini bildirmişdir. Həmin şəxs isə ona inanaraq, ona həmin telefonu onun guya kiməsə zəng etməmyii üçün vermiş, bundan sonra o, bir qədər ondan kənara çəkilərək guya kiməsə zəng etmiş, həmin şəxsin ona tərəf fikirinin yayınmasından istifadə edərək oradan qaçmışdır. Bundan sonra həmin şəxs isə ona qışıraraq mobil telefonunu ona qaytarmasını bildirmiş, lakin o, isə həmin şəxsin qışqırmasına və onun ona telefonunu qaytarmasına məhəl qoymayaraq oradan uzaqlaşmışdır. Bundan sonra «Xiaomi Redmi A» markalı mobil telefonu səhərsi günü səhər saatlarında “20 Yanvar” adlanan ərazidə dəqiq tam xatırmadığım telefon alqı satqı mağazasında həmin telefonu 50 manat pula satdım və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir Yekun olaraq o etdiyi əməllərdən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 26 noyabr 2022-ci il tarixdə gecə saat 23 radələrində o, Elmlər Akademiyasının yanında yerləşən parkda olan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq ondan siqaret istəmiş o, isə ona siqaret çəkmədiyini bildirmişdir. Bundan sonra ona tərəf tanımadığı digər şəxs yaxınlaşdır. Həmin vaxt onun əlində özünə məxsus olan “Apple” markalı “İphone XS” modelli mobil telefon olmuşdur. Onun yanında olan şəxslərdən biri onun əlində olan telefona baxmaq istədiyini bildirmiş və telefonunu vermişdir. Bir müddət telefona baxdıqdan sonra həmin şəxs ondan telefonun şifrəsini istəmiş, lakin o, ona telefonun şifrələrini deməmiş və həmin şəxs onun telefonunu qaytarmaq məqsədi ilə ona tərəf uzatmışdır. Bu zaman özünü Fizulili kimi təqdim edən şəxs telefonu digərinin əlindən alaraq baxmaq istədiyini bildirmişdir. Onlar Bakı Dövlət Universiteti tərəf istiqamətində getməyə başlamışlar. Yol boyu o, həmin şəxsdən mobil telefonu istəmiş həmin şəxs isə telefona baxdıqdan sonra qaytaracağını bildirmişdir. Onlar birlikdə Yasamal qəbirsanlığına tərəf getmişlər və məscidin yanında olan zaman həmin şəxslərin hasarın üzərinə çıxdıqlarını görmüşdür. Həmin vaxt o onların arxası ilə getmək istəmiş, lakin şəxslərdən biri onu itələmişdir. Bundan sonra o həmin şəxslərdən birinin əlində bicaq olduğunu görüb onlardan aralaşmışdır. Bundan sonra o, baş vermiş hadisə barədə DİN-in 102 zəng xidmətinə mərkəzinə zəng vuraraq məlumat vermişdir. Onun “Apple” markalı mobil telefonu 600 manat, həmin mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəni isə 50 manat, nömrənin balansında 01 manat danışıq üçün olmuşdur. Baş vermiş soyğunculuq cinayəti nəticəsində ona ümumilikdə 651 manata maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 29 noyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində o, ünvan 7 ünvanda yerləşən «X2» ATS-nin qarşısında dayanan zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunun bildiyi şəxs ona yaxınlaşaraq onun mobil telefonu vasitəsi ilə zeng etmək istədiyini bildirmişdir. O Ümidin bu xahişinə etiraz etməyərək özünə məxsus «Xioami Redmi-A» markalı mobil telefonu ona vermişdir. Bundan sonra Ümid ondan bir qədər kənara çəkilərək oradan qaçmağa başlamış və isə qışqıraraq onun dayanmasını tələb etmiş, lakin Ümud onun qışqırığına əhəmiyyət verməyərək oradan qaçmışdır. Bundan sonra o, evə bu barədə DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək hadisə barədə məlumat vermişdir. O “Xioami Redmi-A” markalı mobil telefonu 490 manata, həmin telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəni isə 5 manata almış, həmin nömrənin balansında isə 10 manat olmuşdur. ekran qoruyucusunu 5 almışdır. Baş vermiş oğurluq cinayəti nəticəsində ona ümumilikdə 505 manata maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 26 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən “Hacı Cavad” məscidin qarşısı yerinin olması müəyyən edilmişdir. (i.v. 11-14) “Baxış keçirilməsi haqqında” 29 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 9 ünvanda yerləşən “X2” ATS-nin qarşısı yerinin olması müəyyən edilmişdir. (i.v. 19-22) “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında tanınma istintaq hərəkəti keçirilmiş, tanınma zamanı Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs tanıyaraq ona qarşı soyğunculuq etdiyini bir daha təsdiq etmişdir. (i.v. 86-88) “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 01 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Vsüal oğlu və Təqsirləndirilən şəxs arasında tanınma istintaq hərəkəti keçirilmiş, tanınma zamanı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs tanıyaraq ona qarşı soyğunculuq etdiyini bir daha təsdiq etmişdir. (i.v. 89-91) 01 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Vsüal oğlu və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs üzünə qarşı istintaq orqanına verdiyi ifadələrini bir daha təsdiq etmişdir. (i.v. 92-94) 01 dekabr 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs üzünə qarşı istintaq orqanına verdiyi ifadələrini bir daha təsdiq etmişdir. (i.v. 95-97) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 15 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılarkən ona məxsus bir ədəd dəyəri 490 manat olan «Xioami Redmi-A» markalı mobil telefonumu, həmin telefonun üzərində istifadə etdiyi dəyəri 05 manat olan ***-***-**-** nömrəli GSM kartını və həmin katın balansında isə 10 manat dəyərində konturunu X3 tərəfindən soyğunçuluq edərək acıq yolla ələ keçirdiyi yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin ünvan 11 ünvanda yerləşən “X2” ATS-nin qarşısının olması müəyyən edilmişdir. (i.v. 135-139) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılarkən ona məxsus bir ədəd dəyəri 600 manat olan “Apple” markalı İphone XS modelli mobil telefonu, həmin mobil telefonun üzərində istifadəsində dəyəri 50 manat olan ***-***-**-** GSM nömrəsini və həmin GSM nömrəsinin balansında dəyəri 1 manat olan danışıq konturunu X3 tərəfindən soyğunçuluq edərək acıq yolla ələ keçirdiyi yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin ünvan 13 ünvanda yerləşən “Hacı Cavad” məscidin qarşısının olması müəyyən edilmişdir. (i.v. 142-145) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 Sağlamlığa zərər vurmanın təyini ilə bağlı xx.xx.2023-cü il tarixli 104 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. (i.v. 149-151) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 Sağlamlığa zərər vurmanın təyini ilə bağlı xx.xx.2023-cü il tarixli 118 nömrəli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. (i.v. 152-154) “Təqsirləndirlən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən,o, 26 noyabr 2022-ci il tarixdə hadisə yeri olan ünvan 13 ünvanda yerləşən “Hacı Cavad” məscidin qarşısında tanışı «Firkət» adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs1 məxsus bir ədəd dəyəri 600 manat olan “Apple” markalı İphone XS modelli mobil telefonu, həmin mobil telefonun üzərində istifadəsində dəyəri 50 manat olan ***-***-**-** GSM nömrəsini və həmin GSM nömrəsinin balansında dəyəri 1 manat olan danışıq konturunu və bundan başqa o, 29 noyabr 2022-ci il tarixdə hadisə yeri olan ünvan 11 ünvanda yerləşən “X2” ATS-nin qarşısında Zərərçəkmiş şəxs2 məxsus bir ədəd dəyəri 490 manat olan «Xioami Redmi-A» markalı mobil telefonumu, həmin telefonun üzərində istifadə etdiyi dəyəri 05 manat olan ***-***-**-** nömrəli GSM kartını və həmin katın balansında isə 10 manat dəyərində konturunu soyğunçuluq etdiyi yeri əyani olaraq göstərmiş və həmin yer onun göstərdiyi yerlə eynilik təşkil etmişdir. (i.v. 161-165) “Sübutların qiymətləndirilməsi haqqında” 07 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə ********* saylı cinayə tişi ayrılmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir. (i.v. 166-175) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-nin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 180.2.1-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; CM-nin 180.2.2-ci maddəsinə əsasən eyni əməllər təkrar törədildikdə; CM-nin 180.2.4-cü maddəsinə əsasən insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarının 3 və 4-cü bəndlərində qeyd edilir ki, CM-nin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Fikrət” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 26 noyabr 2022-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti 117 nömrəli ünvanda yerləşən istirahət parkında Zərərçəkmiş şəxs1 ilə tanış olub ona qarşı niyyətində olduğu cinayət əməlini törətmək məqsədilə əhalinin sıx olmadığı əraziyə onlarla birlikdə piyada hərəkət etməsinə nail olub ünvan 3 ünvanda yerləşən “Hacı Cavad” məscidinin yaxınlığındakı qəbirstanlığın qarşısına çatdıqda “Fikrət” adlı şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 məxsus üzərində dəyəri 50 manat olan ***-***-**-** GSM nömrə və həmin GSM nömrənin balansında 1 manat olan, bir ədəd dəyəri 600 manat olan “Apple” markalı İphone XS modelli mobil telefonu baxmaq adı ilə almış, daha sonra həmin telefonu “Fikrət” adlı şəxsdən alıb sonuncu ilə birlikdə qəbirstanlığın hasarının üzərinə çıxaraq qaçıb getmək istədikdə Zərərçəkmiş şəxs1 onun ayağından tutaraq telefonu geri qaytarmasını tələb etdikdə sonuncunun sinəsindən təpiklə vurub həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə qaçıb gedərək Zərərçəkmiş şəxs1 məxsus üzərində dəyəri 50 (əlli) manat olan ***-***-**-** GSM nömrə və həmin GSM nömrənin balansında 1 (bir) manat olan, bir ədəd dəyəri 600 (altı yüz) manat təşkil edən “Apple” markalı İphone XS modelli mobil telefonu açıq talayıb sonuncuya ümumilikdə 651 (altı yüz əlli bir ) manat mabəğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq yolla talama məqsədi ilə 29 noyabr 2022-ci il tarixdə saat 23 radələrində ünvan 4 ünvanda yerləşən 1 saylı Rabitə Xidmətləri Mərkəzinin inzibati binasının qaşısında Zərərçəkmiş şəxs2 yaxınlaşıb sonuncudan zəng etmək adı ilə mobil telefonunu istəmiş, Zərərçəkmiş şəxs2 özünə məxsus üzərində dəyəri 5 (beş) manat olan ***-***-**-** GSM nömrə və həmin GSM nömrənin balansında 10 (on) manat olan, bir ədəd dəyəri 490 manat təşkil edən «Xioami Redmi-A» markalı mobil telefonu ona zəng etməsi üçün verdikdə həmin mobil telefonla guya kiməsə zəng etmək görüntüsü yaradaraq həmin yerdən qaçıb getməklə Zərərçəkmiş şəxs2 məxsus üzərində dəyəri 5 (beş) manat olan ***- ***-**-** GSM nömrə və həmin GSM nömrənin balansında 10 (on) manat olan, bir ədəd dəyəri 490 manat təşkil edən «Xioami Redmi-A» markalı mobil telefonu açıq talayıb sonuncuya ümumilikdə 505 (beş yüz beş) manat məbləğində ziyan vurmaqla soyğunçuluq etmişdir. İstintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 oğurlanan mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrəni 50 manat, Zərərçəkmiş şəxs2 oğurlanan mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrəni 10 manat kimi qiymətləndirmişdir. Halbuki, "xxxx" MMC-yə məxsus saytdan (https://bit.ly/3Ag0eJQ) görünür ki, mobil nömrənin bərpasının dəyəri 03 manat 54 qəpikdir, ’’Bakcell” MMC-yə məxsus mobil nömrənin bərpasının dəyəri 03 manat 50 qəpikdir. Bundan əlavə istintaq orqanı əsassız olaraq Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** GSM nömrəsinin balansında olan 01 manat pulu və Zərərçəkmiş şəxs2 məxsus ***-***-**- ** GSM nömrəsinin balansında olan 10 manat pulu vurulmuş zərər kimi giymətləndirmişdir. Məhkəmə qeyd edir ki, mobil telefonun üzərində olan sim kartın oğurlanması mülkiyyətçinin həmin nömrədən və nömrənin balansında olan pul məbləğindən məhrum etmir, fiziki cəhətdən sim kartdan məhrum olur. Bu səbəbdən ittihamda göstərilən məbləğdə nömrələr və həmin nömrələrin balansında olan pul məbləği deyil, sim kartlar oğurlanmış sayılır. Sim kartın bəspası isə yuxarıda göstərilən giymətlərdən biri ilə bərpa edilir. İşin hallarından da görünür ki, təqsirləndirilən şəxsin niyyəti oğurladığı telefonun balansında olan pul vəsaitindən istifadə etmək olmamış və telefonu oğurladığı vəziyyətdə satmışdır. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 oğurladığı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrə 03 manat 54 qəpik, Zərərçəkmiş şəxs2 oğurladığı mobil telefonun üzərində olan ***-***-**-** mobil nömrə 03 manat 50 qəpik kimi qiymətləndirilməli, telefon nömrələrinin balansındakı pul vəsaitləri ittihamdan xaric edilməlidir. Lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 30 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30 dəqiqədə tutulmuşdur. (i.v. 80-81) Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2022-ci il tarixli, 4(004)- 1040/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 noyabr 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətinmkan tədbiri seçilmişdir. (i.v. 122-124) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 130) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 04 may 2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmayacaqdır. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 07 may 2023-cü il tarixli notarial təsdiqli ərizədən görünür ki, təqsirləndirlən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbi olmayacaqdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə az ağır cinayət əməlini törətməsini Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 180.2.1, 180.2.2 və 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 30 noyabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-213/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-213/2023
16.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver