Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-214/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X15 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi – X11, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X19 iştirakları ilə, xx xxxx 1985-ci ildə Neftçala rayonu Sevetabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Heydər Əliyev adına Dərin Özüllər Zavodunun nəzdində olan “Boş Şelf” şirkətində kranoperator vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə, saat 19 radələrində özünə məxsus etibarnamə ilə idarə etdiyi «Hyundai Elantra» minik markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu ərazisindən gələrək Bakı Kənar Dairəvi Yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində, yolun sol kənarında yerləşən “xxxxxxxxxxx” MMC-nin binasının qarşısında Binəqədi rayonu Biləcəri qəsəbəsi istiqamətinə doğru saatda təxminən 100-110 kilometr sürətlə hərəkətdə olarkən «X35» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkəti üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda həmin tələblərə riayət etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq avtomobilin qabaq sağ hissəsi ilə yolu sağdan sola doğru keçən piyada X12 vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxs R.Əliyevanın ölümünə səbəb olmuş hər iki ağciyərin, dalağın və diafraqmanın cırılması, baş beyinin yumşaq beyin qişası altında məhdud sahədə qansızmalar, sol l-Vİİ, sağ l-lll qabırğaların, burunun, aşağı çənənin sol yarısı və sol almacıq sümüklərinin, sağ said sümüklərinin qapalı sınıqları, belin sol yarısının qançırı, sol almacıq nahiyəsinin, burunun arxa səthinin, sağ bazunun və qarının sıyrıqları ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Bununlada, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, «Hyundai Elantra» minik markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobili o, 2015-ci ildə 22.800 manata almış, lakin həmin vaxt avtomobili atası X6 adına sənədləşdirmişdir. 2016-cı ildə o, atasının adından həmin avtomobilə dair idarə etmək üçün etibarnamə almışdır. Avtomobil rəsmi olaraq onun atasının adına olsa da, faktiki olaraq onun mülkiyyətindədir və tərəfindən idarə edilir. xx xxxxxx 2018-ci il tarixdə saat təxminən 18:45-də o, həmin vaxt işlədiyi Bakı şəhəri Qaradağ rayonunda yerləşən Bakı Gəmiqayırma zavodundan çıxaraq özünə məxsus «Hyundai Elantra» minik markalı **-ZV- *** dövlət qeydiyyat nişanlı avtomobillə Kənar Dairəvi yol ilə üzü Biləcəri istiqamətində saatda 100-110 kilometr sürətlə hərəkət olduğu zaman qəfildən onun getdiyi yola iki nəfər şəxs çıxmış və onları vurmamaq üçün o, dərhal əyləci basıb sükanı sağ tərəfə döndərmişdir. Buna baxmayaraq o, qadın cinsindən olan piyadanı avtomobilinin qabaq sağ tərəfi ilə vurmuşdur. Bundan sonra o, avtomobili saxlayaraq yerə düşüb qadına yaxınlaşmış və ətrafda olan digər şəxslərin, eləcə də həmin qadının yoldaşı olan, adını sonradan bildiyi İsmayılın köməkliyi ilə qadını avtomobilinin arxa oturacağına uzadaraq Biləcəri qəsəbəsində yerləşən Təcili tibbi yardım stansiyasına aparmışlar. Həmin vaxt qadın hələ sağ olmuş, oradan sonuncunu təcili yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına aparmışlar. O da öz avtomobili ilə həmin xəstəxanaya getmiş, orada ona məlum olmuşdur ki, onun bir qədər əvvəl avtomobili ilə vurduğu, adını xəstəxanada öyrəndiyi Rəmziyyə adlı qadın ölmüşdür. O, əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisə vaxtı piyadalar avtomobilin hərəkəti istiqaməti nəzərə alınmaqla yolu sağdan-sola doğru və düzünə qət etmişdir. Həmin vaxt kişi cinsli piyada yolu iti, qadın cinsli piyada isə yolu adi yerişlə qət etmişdir. O, istintaq hərəkəti zamanı piyadanın avtomobillə vurulduğu yeri, o cümlədən hadisə vaxtı piyadanın hərəkətə başladığı anda aralarında olan məsafəni öz nəzərinə əsasən təxmini şəkildə qeyd etmişdir. Lakin ekspertin həmin məsafəni dəqiqliklə hesablamasına görə, onun ifadəsinin həmin hissədə qeyri-dəqiq olması mümkündür. Təqsirləndirilən şəxs son sözündə onun ilk dəfə olaraq hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş zərəri ödəməsini, həmçinin onun övladlarının maddi ehtiyaclarını hazıradək qarşıladığını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlinin törədilməsində təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X24 ifadəsində göstərmişdir ki, o, 2004-cü ildə X20 ilə ailə qurmuş və həmin nikahdan onların 3 övladı olmuşdur. O, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Lakin ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olur. Onun böyük övladı X5 13 yaşı var. Sonuncu Yasamal rayon 286 nömrəli məktəbin 7-ci sinfində oxuyur. Digər övladları, 2008-ci il təvəllüdlü X27 və 2009-cu il təvəllüdlü X25 da 286 nömrəli orta məktəbin 4-cü və 3-cü siniflərində oxuyurlar. O, həyat yoldaşı Rəmziyyə Əliyeva ilə 2004-cü ildə qeyri-rəsmi ailə həyatı qursa da, 2016-cı ildə onlar rəsmi olaraq Yasamal rayon nikah şöbəsində ər-arvad kimi qeydiyyata düşmüşlər. Bundan sonra onun həyat yoldaşı Rəmziyyənin soyadı nikah şəhadətnaməsində Osmanova kimi qeyd olunmuşdur. Lakin Rəmziyyə şəxsiyyət vəsiqəsini dəyişmədiyindən sonuncunun soyadı vəsiqədə Əliyeva kimi qalmışdır. Onun həyat yoldaşı Rəmziyyə Əliyeva xx.xx.1974-cü ildə Cəlilabad rayonunun Göytəpə kəndində doğulmuş, orta təhsilli, evdar qadın olmuşdur. Həyat yoldaşı Rəmziyyə ilə münasibətləri normal olmuş, onların aralarında düşmənçilik və ədavət olmamışdır. xx xxxxxx 2018-ci il tarixdə təxminən saat 19 radələrində o, həyat yoldaşı Rəmziyyə ilə yaşadıqları evdən çıxıb xəstə olan tanışlarına baş çəkməyə gedirdilər. O, Rəmziyyə ilə Yasamal rayonu Kənar Dairəvi yola çatanda yolun kənarında durub baxarkən avtomobillərin onlardan çox uzaqda olduğunu görmüşlər və yolun bir hissəsini keçməyi qərarlaşdırmışlar. Həmin vaxt o, qarşıda iti yerişlə, Rəmziyyə onun arxasınca adi yerişlə yolu keçməyə başlamışlar və o, avtomobil yolunu ayıran dəmirlərə çatmağına təxminən bir metr qalmış səs eşitmiş və arxaya dönüb baxanda ağ rəngli, «Hyundai elantra» minik markalı avtomobilin Rəmziyyəni vurduğunu görmüşdür. O, dərhal həyat yoldaşının yanına getmiş və sonuncunu yerdən qaldırıb avtomobil yolunun kənarına qoymuşdur. Bundan sonra ətrafda olan tanımadığı şəxslər və hadisəni törədən, adını sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs ona köməklik edib, Rəmziyyəni sonuncunun idarə etdiyi “Hyundai Elantra” markalı **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmiş və onu Biləcəri qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyasına aparmışlar. Təcili tibbi yardım stansiyasında isə Rəmziyyəni təcili yardım avtomobilinə əyləşdirib Respublika Kliniki Xəstəxanasına aparmışlar və xəstəxanaya çatan zaman Rəmziyyənin vəfat etdiyini bildirmişlər. O, həmçinin ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, özü iti, arvadı Rəmziyyə isə adi yerişlə yolun əks tərəfinə keçmək istəmişlər. Hadisə vaxtı avtomobilin hərəkət sürəti saatda təxminən 100 və ya 110 km olmuşdur. İ.Ə.Osmanov əlavə olaraq ifadəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi və mənəvi zərərin ödənildiyini, onunla barışdığını və ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il və xx xxxxxxxx 2018-ci il tarixli protokollardan, hadisə yerinin sxemlərindən və fotocədvəldən hadisənin Bakı şəhəri, Yasamal rayonu, kənar dairəvi yolunu Yasamal rayonu ərazisindən keçən hissəsində, yolun sol kənarında yerləşən “xxxxxxxxxxx” MMC-nin binasının qarşısında, yolun Binəqədi rayonu, Biləcəri qəsəbəsi istiqamətində baş verməsi, həmin yerdə yolun iki hərəkət zolağının olması müəyyən edilmişdir. (iş vər.: 5-8; 82-86) Məhkəmə iclasında tədqiq olunmuş nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, baxış zamanı “Hyundai Elantra” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı tərəfdən bamper hissəsinin sağ yan hissəsinin, qarşı sağ qanadın ön hissəsinin, bayır qarşı sağ işığın qutusunun, həmçinin qarşı alın şüşəsinin sağ hisəssinin sınmış, çatlamış və deformasiya olunmuş vəziyyətdə, digər hissələrinin isə saz vəziyyətdə olması aşkar edilmişdir. (iş vər.: 21-24) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 Yasamal rayon şöbəsininxx xxxx 2018ci il tarixli, 38 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, X1 meyitinin məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər iki ağciyərin, dalağın və diafraqmanın cırılması, baş beynin yumşaq beyin qişası altına məhdud sahədə qansızmalar, sol İ-Vİİ, sağ İ-İİİ qabırğaların, burunun, aşağı çənənin sol yarısı və sol almacıq sümüklərinin, sağ said sümüklərinin qapalı sınıqları, belin sol yarısının qançırı, sol almacıq nahiyəsinin, burunun arxa səthinin, sağ bazunun və qarının sıyrıqları həyati olub ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxxxx 2018-ci il tarixdə piyada qismində hərəkətdə olan avtomobilin qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb hər iki ağciyərin, dalağın və diafraqmanın cırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, psixotrop və narkotik maddələr aşkar edilməmişdir. (iş vər.: 67-72) İş üzrə təyin edilmiş əlavə komisyon məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 54 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, piyada İ.Osmanovun 8 metr məsafəni iti yerişlə qət etməsi müddətində, piyada R.Əliyeva adi yerişlə (4,9-5,9)-(6-7,2) metr məsafə qət edir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən piyada Rəmziyyə Əliyeva hərəkət hissəsini keçməyə başladığı anda “Hyundai Elantra” markalı avtomobilin piyadanın vurulma yerindən olduğu məsafə avtomobilin 100 km/saat sürətində (110,6-132,8) metr, (121,7-146,2) metrdir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Hyundai Elantra” markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “X35” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (iş vər.: 110-114) Qeyd oluna ekspertiza rəyi iş üzrə müəyyən edilmiş hallara uyğun olmaqla ziddiyyət təşkil etmədiyindən məhkəmə hesab edir ki, rəy mötəbər sübut olaraq qiymətmətləndirilməlidir. İş materiallarında olan AC seriyalı 497521 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Elantra” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı, sedan tipli, 2015-ci il buraxılışlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X13 məxsusdur. (iş vər.: 11) İş materiallarında olan ƏN-İİİ seriyalı 592637 nömrəli nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, “Hyundai Elantra” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx xxxxxx 2015-ci ildə onun mülkiyyətçisi X2 Faiq Heybət oğluna idarə etmək üçün etibar etmiş və bu etibarnamə 09 il 09 ay 17 gün müddətinə verilmişdir. (iş vər.: 12) İş materiallarında olan xx xxxxxx 2015-ci il tarixdə verilmiş etibarlılıq müddəti xx xxxxxx 2025-ci il tarixədək olan AC seriyalı 521251 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. (iş vər.: 11). İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx xxxx 2019-cu il tarixli 016-51676-1219 nömrəli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin xx xxxxxx 2018-ci il tarixli 1/1063 №-li sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. (iş vər.: 18) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsyol hərəkəti qaydalarınıpozaraqehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsinhüquqivarisinin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, baxışprotokollarıvəiş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsəməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsiilədüzgüntövsifedilmişdir.Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının xx xxxx 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “X35” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, xx xxxxxxxx 2019-cu il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək barəsində axtarış elan edilmiş, xx xxxxxxx 2019-cu il tarixdə o, tutularaq istintaq orqanına təhvil verildiyindən ona həmin tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş, xx xxxxxxx 2019-cu il tarixdə o, X22 azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hazırlıq iclasının qərarı ilə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxxx 2018-ci il və xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Neftçala rayon qeydiyyat şöbəsindən xx xxxxxx 2011-ci ildə verilmiş AZ-İ seriyalı 700515 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 arasında bağlanılmış nikah xx xxxxxx 2011-ci ildə 370 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsindən xx xxxx 2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 731948 nömrəli, xx xxxxxx 2013-cü ildə verilmiş AZ-İİİ seriyalı 038004 nömrəli və xx xxxxxx 2016-cı ildə verilmiş AZ-İİİ seriyalı 708414 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, xx xxxx 2006-cı il təvəllüdlü X16, xx xxxxxxxx 2012-ci il təvəllüdlü X8 və xx xxxxxx 2016-cı il təvəllüdlü X17 valideynləri Təqsirləndirilən şəxs və X4r. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Sahil qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Ümumilikdə müsbət xarakterizə olunur. (iş vər.: 42) Cinayət işinin materiallarında olan mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X11 məhkəmə iclasında təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, cinayət nəticəsində ona dəymiş ziyanı tamamilə ödəməsini, evli olmaqla himayəsində 3 azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin AzərbaycanRespublikasıCM-nin 60.1-ci maddəsinin tələblərininəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Lakin məhkəmə yuxarıda göstərilən cəzasını yungülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsinə əsas görmür. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Həmin Məcəllənin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Həmin Məcəllənin 59.1-ci maddəsinin 11, 12 və 13-cü bəndlərinə görə cinayətin törədilməsindən bilavasitə sonra zərər çəkmiş şəxsə yardım göstərməsi, zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi cəzanı yüngülləşdirən hallar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasının imperativ olaraqgöstərişinəəsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza təyin olunmalı, Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17oktyabr 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tutulduğu 1 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına hesablanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasının imperativ olaraq göstərişinə əsasən, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza təyin edilməlidir. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli vəbarəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 400 (dörd yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X14 və X26 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X14 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, X26 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17oktyabr 2019-cu il tarixdən xx xxxxxxx 2019-cu il tarixədək tutulduğu 1 (bir) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra” minik markalı, **-ZV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 400 (dörd yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: Dövlət Xəzinadarlığı Agentliyi, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X14 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, X26 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-ninCəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-214/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-214/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver