Məhkəmə qərarları › İş №1(004)-214/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-214/2021

18.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-214/2021 18.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs oğlunun, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlunun iştirakları ilə, xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, götürülməmiş, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 165-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə binaya və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2020-ci il noyabr ayının əvvəllərində saat 18 radələrində ünvan 1 ünvanının həyətyanı sahəsinə dəmir qapının üstündən keçməklə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus 5 (beş) manat dəyərində qırmızı rəngli üzərində «Dior» yazısı olan dəri çantanı, 8 (səkkiz) manat dəyərində üzərində «Love Bags» yazısı olan dəri çantanı, 100,0 (yüz) manat dəyərində içərisində «Vitoform» yazısı olan qış ayaqqabısını, 15,0 (on beş) manat dəyərində içərisində «Bukre» yazısı olan qırmızı rəngli donu, 5 (beş) manat dəyərində içərisində «S.Oliver» yazısı olan açıq şabalıdı rəngli qolsuz koftanı, 2 (iki) manat çəhrayı rəngli maykanı, 20,0 (iyirmi) manat dəyərində içərisində «CANDA» yazısı olan açıq qəhvəyi rəngli gecə paltarı dəstini, 5 (beş) manat dəyərində qara rəngli qadın şalvarını, 10,0 (on) manat dəyərində içərisində «Miss Marina» yazısı olan açıq qırmızı rəngli qolsuz qadın koftasını, 5 (beş) manat dəyərində içərisində «Jennifer taylor» yazısı olan qara rəngli koftanı, 5 (beş) manat dəyərində içərisində «YOUR6SENSE» yazısı olan sarı rəngli koftanı, 10,0 (on) manat dəyərində üzərində gül şəkili olan qolsuz donu, 70,0 manat dəyərində dəri çantanı, ayrı-ayrılıqda hər birinin dəyəri 50,0 (əlli) manat ümumilikdə 250,0 (iki yüz əlli) manat olan 05 ədəd dəri çantaları, 65,0 (altmış beş) manat dəyərində yun şərfi, 100,0 (yüz) manat dəyərində saatlı telefonu, ayrı-ayrılıqda hər birinin dəyəri 40,0 (qırx) manat ümumilikdə 120,0 (yüz iyirmi) manat olan 03 ədəd albomu və 22,0 (iyirmi iki) manat dəyərində lasini, Zərərçəkmiş şəxs5 məxsus 5 (beş) manat dəyərində «Bonita» yazısı olan qırmız-göy rəngli damalar olan uzun qol köynəyi, 10,0 (on) manat dəyərində içərisində «Made in italy» yazısı olan qara rəngli donu, 10,0 (on) manat dəyərində içərisində «Zara» yazısı olan ağ rəngli üzərində gül olan qolsuz koftanı, 10,0 (on) manat dəyərində içərisində «forever and me» yazısı olan çəhrayı rəngli qadın koftasını, 20,0 (iyirmi) manat dəyərində içərisində «AJC» yazısı olan yundan toxunulmuş göy rəngli koftanı, 10,0 (on) manat dəyərində içərisində «Malinna» yazısı olan mavi rəngli üzərində şabalıdı rəngli ürək nişanı olan koftanı, 5 (beş) manat dəyərində içərisində «LSK Basic» yazısı və üzərində qartal şəkili olan qara rəngli koftanı, 10,0 (on) manat dəyərində içərisində «Zİ MAN Fashion» yazısı olan ağ rəngli koftanı, 120,0 (yüz iyirmi) manat dəyərində 01 cüt ayaqqabını, 120,0 (yüz iyirmi) manat dəyərində üzərində 85 yazısı olan koftanı, 100,0 (yüz) manat dəyərində kuboku, 110,0 (yüz on) manat dəyərində zərli jileti, 90,0 (doxsan) manat dəyərində uzun qara rəngli qadın donunu və ayrı-ayrılıqda hər birinin dəyəri 170,0 manat ümumilikdə isə 340 manat dəyərində 02 ədəd milli geyim paltarını, Zərərçəkmiş şəxs6 məxsus 10,0 (on) manat dəyərində içərisində «Zara» yazısı olan mavi rəngli uzun qol köynəyi, 10,0 (on) manat dəyərində içərisində «Formen» yazısı olan boz rəngli uzunqol köynəyi, 10,0 (on) manat dəyərində içərisində «Reserved&Co» yazısı olan mavi rəngli qısaqol köynəyi və 15,0 (on beş) manat dəyərində üzərində «PAİKE» yazısı olan çemodanı - Zərərçəkmiş şəxs4 817,0 (səkkiz yüz on yeddi) manat, Zərərçəkmiş şəxs5 960,0 (doqquz yüz altmış) manat və Zərərçəkmiş şəxs6 45,0 (qırx beş) manat ümumilikdə zərərçəkmiş şəxslərə məxsus 1822 (min səkkiz yüz iyirmi iki) manat dəyərində əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 noyabr 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs3 icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən «X6» salonuna həmin salonun plastik pəncərəsini vintaçanla açaraq binaya qanunsuz daxil olub oradan 1,200 (min iki yüz) manat dəyərində «HP Povilyon A7» markalı noutbook kompüteri, 110,0 (yüz on) manat dəyərində sərt diski, 50,0 (əlli) manat dəyərində jaketi, 25,0 (iyirmi beş) manat dəyərində lampanı və ayrı-ayrılıqda hər birinin dəyəri 10,0 (on) manat ümumilikdə 50,0 manat olan 5 ədəd gül qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 1,435 (min dörd yüz otuz beş) manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 dekabr 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanındakı ofisə həmin ofisin nəfəsliyinin plastik pəncərəsini açaraq binaya qanunsuz daxil olub oradan 01 ədəd 2,000 (iki min) manat dəyərində Dell markalı noutbook kompüteri, 01 ədəd 20,0 (iyirmi) manat dəyərində kompüter çantasını, 01 ədəd tissot markalı 500,0 (beş yüz) manat dəyərində qol saatını, 01 ədəd 600,0 (altı yüz) manat dəyərində pilot markalı siferblatı qızıldan olan qol saatını, ayrı-ayrılıqda hər birinin dəyəri 500,0 (beş yüz) manat ümumilikdə 1,500 manat olan 3 ədəd qol saatlarını, 02 ədəd ayrı-ayrılıqda hər birinin dəyəri 50,0 (əlli) manat, ümumilikdə 100,0 (yüz) manat olan 2 ədəd nokia markalı mobil telefonları, 01 ədəd 50,0 (əlli) manat dəyərində Samsung markalı mobil telefonu, 01 ədəd 200,0 (iki yüz) manat dəyərində boz rəngdə canon markalı printeri, 01 ədəd 50,0 (əlli) manat dəyərində üzərində “WD X8” yazısı olan xarici sərt diski, 01 ədəd 50,0 (əlli) manat dəyərində üzərində “Transcend” yazısı olan xarici sərt diski, 01 ədəd 50,0 (əlli) üzərində “Storejet” yazısı olan xarici sərt diski, 01 ədəd 125,0 (yüz iyirmi beş) manat dəyərində olan xarici sərt diski, 01 ədəd 40,0 (qırx) manat dəyərində “Samsung” markalı, HM641Jİ modelli daxili sərt diski, 01 ədəd 15,0 (on beş) manat dəyərində ağ rəngli “TP-link” markalı, TL-WR1042ND modelli moderni, 01 ədəd 10,0 (on) manat dəyərində qara rəngli “D-link” markalı, DAP-1150 modelli moderni, 01 ədəd 20,0 (iyirmi) manat dəyərində dreli, 01 ədəd 200,0 (iki yüz) manat dəyərində qara rəngli dəri çantanı və 01 ədəd 200,0 (iki yüz) manat dəyərində şabalıdı rəngli dəri çantanı və Zərərçəkmiş şəxs2 məxsus 10,0 (on) manat dəyərində idman gödəkçəsini -yəni Zərərçəkmiş şəxs1 5,730 (beş min yeddi yüz otuz) manat və Zərərçəkmiş şəxs2 10,0 (on) manat olmaqla ümumilikdə zərərçəkmiş şəxslərə məxsus 5,740 (beş min yeddi yüz qırx) manat dəyərində xeyli miqdarda əmlakı vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2-3 il olarki narkotik vasitə olan “patıdan” tüstüsünü sinəsinə çəkmək yolu ilə istifadə etmişdir. 02 dekabr 2020-ci il tarixdən 03 dekabr 2020-ci il tarixə keçən gecə saat 04 radələrində yaşadığı evdə “patı” yandırıb tüstüsünü sinəsinə çəkərək istifadə etmişdir. Sərxoş halda statistika dairəsindən Caspian plaza istiqamətinə düşərkən hündürmərtəbəli binanın arkasından içəri tərəf gedəndə binada nəfəsliyin açıq olmasını görmüş, hər hansısa əşya oğurlamaq qərarına gəlmişdir. Nəfəslikdən içəri daxil olmuş, oradan dolabdan bir top naqil, qapının arxasından markalarını bilmədiyi biri ağ, digəri isə qara rəngli modem, dolabdan 01 ədəd markasını bilmədiyi printer, idman gödəkçəsi götürmüşdür. Əşyaları evin həyətində gizlətmişdir. Naqili isə yandırıb əldə etdiyi misi kömürçü bazarının yanında əlvan metal satışı ilə məşğul olan adını bilmədiyi şəxsə satmışdır. Daha sonra 2020-ci ilin noyabr ayının əvvəllərində təxminən saat 18 radələrində “bolşoy dvor” kimi tanıdığı yaşayış məhəlləsinə daxil olmuşdur. Həyətdə saxlanc yeri kimi istifadə edilən yerdən bir neçə köhnə geyim paltarını göy rəngli çəmədanın içərisinə yığıb özü ilə götürüb yaşadığı evə gətirib həyətə qoymuşdur. Həmin günün səhəri qardaşı İlkin onun oğurluq əşya gətirdiyini bilib 27-ci PB-nə məlumat vermişdir. 27-ci PB-dən polis əməkdaşları yaşadıqları evə gələrək əşyalara baxış keçirib götürmüşlər. Bundan əlavə, 2020-ci ilin noyabr ayının ortalarında “qaradok” adlanan məhəllədə ətrafda heç kimin olmadığını görüb plastik pəncərəni vintaçanla açıb içəri daxil olmuş,mebel salonundan 01 ədəd qolsuz qadın jaketi, 01 ədəd ananas formasında olan gecə lampası və bir neçə ədəd gül qabı formasında olan plasmas qablar oğurlamışdır. Oğurladığı əşyaları isə kimə satmasını xatırlamır. Lakin mebel salonundan notebook kompüter və sərt disk oğurlamamışdır. Daha sonra 14 noyabr 2020-ci il tarixdə Yasamal rayonu İnşaatşılar prospekti 33 saylı binanın yaxınlığında saxlanc yerinin qıfılının dəmir tutacağını özü ilə götürdüyü dəmir əşya ilə yerindən çıxarmış və saxlanc yerinə daxil olmuşdur. Oradan ancaq avtomobillərə aid ehtiyyat hissələri götürmüş və onları torbaya yığaraq hadisə yerindən uzaqlaşmışdır. Oğurladığı əşyaları tanımadığı şəxsə satmış, satdığı şəxsin adını və soyadını xatırlamır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən səmimi peşman olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 02 dekabr 2020-ci il tarixdə o və ofisdə olan işçilər iş vaxtı bitdiyindən saat 20 radələrində ofisdən çıxıb dəmir qapını bağlayaraq evə getmişlər. 03 dekabr 2020-ci il tarixdə səhər saat 08 radələrində işçisi X2 ona zəng edərək “səhər ofisə işə gəldikdə ofisin nəfəsliyinin açıq olmasını və qapını açarla açıb içəri daxil olduqda şkafların qapısının açıq olduğunu və dağınıq vəziyyətdə olmasını müəyyən etməsini” demişdir. O, ofis yerləşdiyi ünvana gəlmişdir. Yolda Mübarizlə telefonla danışarkən ona polisə məlumat verməsi barədə göstəriş vermişdir. Ofisə çatanda işçisi Mübariz artıq ofisə çatmışdır və polis əməkdaşlarıda hadisə yerinə gəlmişdilər. O, ofisə daxil olduqda onun oturduğu və digər otaqlar dağınıq vəziyyətdə olmasını və çertiyojların yerə tökülməsini görmüşdür. Polis əməkdaşları ofisə baxış keçirtmişlər və ekspert ofisdən əl-barmaq izləri götürmüşdür. Oğurluq nəticəsində ofisdə əyləşdiyi otaqda yazı masasının üstündən 01 ədəd 2,000 manat dəyərində Dell markalı noutbuk kompüter, 01 ədəd 20 manat dəyərində kompüter çantası, həmin otaqda kiçik dolabdan 01 ədəd tissot markalı 500 manat dəyərində qol saatı, 01 ədəd 600 manat dəyərində pilot markalı siferblatı qızıldan olan qol saatı, 03 ədəd markalarını dəqiq bilmədiyi hər birinin dəyəri 500 manat olan qol saatları, kiçik dolabdan 02 ədəd ayrı- ayrılıqda hər birinin dəyəri 50 manat, ümumilikdə 100 manat olan nokia markalı mobil telefonların, 01 ədəd 50 manat dəyərində Samsung markalı mobil telefonun, zirzəmidə mətbəx kimi istifadə etdikləri otaqdan 01 ədəd 200 manat dəyərində boz rəngdə canon markalı printer, ofisdə işçilərin əyləşdiyi otaqdan 03 ədəd, onun əyləşdiyi otaqdan masanın üstündən 01 ədəd cəmi 04 ədəd ayrı-ayrılıqda hər birinin dəyəri 125 manat, ümumilikdə 500 manat olan xarici sərt diskin (içərilərində şəkillər və arxiv iş sənədləri vardır), 01 ədəd 100 manat dəyərində Samsung markalı daxili sərt diskin (həmin diskin içərisində ona məxsus şəxsi və işilə bağlı məlumatlar vardır) işçilərin əyləşdiyi otaqda qapının arxa tərəfində olan 01 ədəd 100 manat dəyərində ağ rəngli TPlink markalı modern aparatının və 01 ədəd qara rəngli D-link markalı modern aparatının, işçilərin olduğu otaqda dolabdan 01 ədəd 20 manat dəyərində göy rəngli markasını bilmədiyi drel, 01 ədəd 200 manat dəyərində modelini xatırlamadığı qara rəngli dəri çanta və 01 ədəd 200 manat dəyərində şabalıdı rəngli dəri çantanın oğurlanmasını müəyyən etmişdir. Oğurlanan saatlardan birin arxasında onun əlli illik yubileyi münasibəti ilə yazılmış yazı vardır. Oğurluqla bağlı şübhələndiyi şəxs olmamışdır. İfadəsinin sonunda, zərərçəkmiş şəxs X4 Təqsirləndirilən şəxs oğlu tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, həmin ziyanı tələb etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 14 noyabr 2020-ci il tarixdə şənbə günü saat 12:30 radələrində işə gəlmiş və öz açarı ilə mağazanın giriş qapısını açıb içəri daxil olmuşdur. Mebel mağazasında 2 otaq və hər bir otaqda divan, kreslo, yataq və mətbəx dəsti, şkaf, masa və oturacaqlar vardır. İçəri daxil olduqda hər bir şeyin qaydasında olduğunu aşkar etmişdir. Çünki içəridə mebel mağazasında axtarış aparılası və dağıdılası əşyalar yoxdur və bütün olan əşyalar da iri tutumlu olduqlarından və olduqları yerdə qaldıqlarından gözünə qeyri bir anormallıq dəyməmişdir, bir müddət sonra iş masasına yaxınlaşdıqda aşkar etmişdir ki, onun üzərində saxladığı və ona məxsus dəyəri 1,200 manat olan 01 ədəd “HP Povilyon A7” markalı notebooku yoxdur. Ətrafa göz gəzdirmiş və arxa otağa keçdikdə oradakı plastik pəncərənin açıq olmasını görmüşdür. Bundan sonra başa düşmüşdür ki, kimsə plastik pəncərəni açıb mağazaya daxil olmuş və oradan oğurluq edərək uzaqlaşmışdır. Çünki pəncərənin açıq olmasını gördükdə qapının zamok hissəsinə baxış keçirmiş və heç bir zədə aşkar etməmişdir, oğurluq barədə DİN-in 102 məlumat xidmətinə zəng edərək məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişdir. Həmin vaxt polis əməkdaşlarına ancaq 1 ədəd kompüterinin oğurlanmasını bildirmişdir. Lakin polis əməkdaşları getdikdən sonra mağazadan əlavə olaraq 110 manat dəyərində 1 ədəd yaddaş diskini, 50 manat dəyərində 1 ədəd qolsuz jaketi, 1 ədəd 25 manat dəyərində ananas tipli gecə lampasını, 5 ədəd hər birinin dəyəri 10 manat olmaqla cəmi 50 manat dəyərində gül qabının da oğurlanmasını aşkar etmişdir. İfadəsinin sonunda, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs oğlu tərəfindən ona vurulmuş ziyanın ödənilmədiyini, həmin ziyanı tələb etdiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs2 dəfələrlə məhkəmə iclaslarının vaxtı və yeri haqqında dəfələrlə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclaslarına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 müdiri olduğu Azin constraction şirkətində işləyir. 02 dekabr 2020-ci il tarixdə iş vaxtdı bitdiyi üçün ofisi bağlayıb evə getmişlər. 03 dekabr 2020-ci il tarixdə işə gələn zaman ofisdən oğurluq hadisəsi olmasını və polis əməkdaşlarının çağırılmasını bilmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirtmişlər. Həmin günü cinayəti törətmiş şəxs müəyyən olunaraq saxlanılmışdır. Bir gün sonra tutulan şəxsin ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilməsi üçün işlədikləri Bəsti Bağırova küçəsi 4C ünvanındakı ofisə gətirmişlər. Həmin vaxt saxlanılan şəxsin əynində qara rəngli kapuşonlu ön tərəfində “sport line” yazısı olan idman gödəkçəsi oluğunu görmüşdür. Həmin gödəkçə ona məxsus gödəkçə olmuşdur. 02 dekabr iş vaxtı bitəndə otaqda oturduğu stulun üstündə qoymuşdur. Gödəkçəni görüb ona məxsus olduğunu bildirdikdə saxlanılan şəxs oğurluq etdiyi günü soyuqdan qorunmaq üçün otaqdakı stulun üstündən götürdüyünü demişdir. Gödəkçəni təxminən 1 il əvvəl 70 manata almışdır. Zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, hazırda özünün və övladları Məmmədov Elşənin və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs heç bir tələb və şikayətlərinin olmadıqlarını, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin iyul ayında mərhum əri Ramazan Məmmədovun xəstəliyi ilə bağlı Mingəçevir şəhərinə getmişlər. Həmin vaxt uzun müddət rayonda qalacaqları səbəbindən kirayədə yaşadıqları evi təhvil vermişlər və özlərinə məxsus əşyaları isə tanışları X1 yaşadığı Yasamal rayonundakı həyətə yığmışlar. 2020-ci ilin noyabr ayının 4-də saat 16 radələrində paltarlarını götürməyə gedən zaman, əşyalarının dağınıq olmasını və bir neçə əşyalarının oğurlanmsını bilmişdir. Oğurlanmış və polis tərəfindən tapılmış paltarlara istintaq şöbəsində baxış keçirmişdir. Həmin paltarlardan qırmızı rəngli üzərində «Dior» yazısı olan dəri çanta, üzərində «Love Bags» yazısı olan dəri çanta, içərisində «Vitoform» yazısı olan qış ayaqqabısı, içərisində «Bukre» yazısı olan qırmızı rəngli don, içərisində «S.Oliver» yazısı olan açıq şabalıdı rəngli qolsuz kofta, çəhrayı rəngli mayka, içərisində «CANDA» yazısı olan açıq qəhvəyi rəngli gecə xalatı, qara rəngli qadın şalvarı, içərisində «Miss Marina» yazısı olan açıq qırmızı rəngli qolsuz qadın koftası, içərisində «CANDA» yazısı olan yaşıl rəngli gecə xalatı, içərisində «Jennifer taylor» yazısı olan qara rəngli kofta, içərisində «YOUR6SENSE» yazısı olan sarı rəngli kofta, üzərində gül şəkili olan qolsuz don ona məxsus olmuşdur. İçərisində «Bonita» yazısı olan qırmız-göy rəngli damalar olan uzun qol köynək, içərisində «Made in italy» yazısı olan qara rəngli don, içərisində «Zara» yazısı olan ağ rəngli üzərində gül olan qolsuz kofta, içərisində «forever and me» yazısı olan çəhrayı rəngli qadın koftası, içərisində «AJC» yazısı olan yundan toxunulmuş göy rəngli kofta, içərisində «Malinna» yazısı olan mavi rəngli üzərində şabalıdı rəngli ürək nişanı olan kofta, içərisində «LSK Basic» yazısı və üzərində qartal şəkili olan qara rəngli kofta və içərisində «Zİ MAN Fashion» yazısı olan ağ rəngli kofta qızı Türkana məxsus olmuşdur. İçərisində «Zara» yazısı olan mavi rəngli uzun qol köynək, içərisində «Formen» yazısı olan boz rəngli uzunqol köynək, içərisində «Reserved&Co» yazısı olan mavi rəngli qısaqol köynək və üzərində «PAİKE» yazısı olan çamadan oğlu Elşənə məxsus olmuşdur. Zərərçəkmiş şəxs qismində ilkin ifadəsinə aydınlıq gətirərək yuxarıda sadalanan əşyalardan başqa ona məxsus 6 ədəd markalarını bilmədiyi dəri çantalar, 01 ədəd yun şərf, 01 ədəd saatlı telefon, 03 ədəd albom və 01 ədəd lasin eləcə də, qızı Türkana məxsus 120 manat dəyərində 01 cüt ayaqqabı, üzərində 85 yazısı olan kofta, kubok, 01 ədəd zərli jilet, 01 ədəd uzun qara rəngli qadın donu oğurlnamışdır. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 eyni xususuatlar üzrə ifadə verərək Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdirlər. Şahid qismində dindirilmiş Şahid1 məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 dekabr 2020-ci il tarixdə işlədiyi “Azin constraction” şirkətinin ofisinə getmişdir. Ofisə çatanda ofisin nəfəsliyinin pəncərəsinin sınıq olduğunu görmüşdür. Ofisdən oğurluq olmasını başa düşüb Nazim müəllimə zəng edərək məlumat vermişdir. Nazim müəllim ofisə gəldiyini və ona polisə zəng edib məlumat verməsini bildirmişdir. O, DİN-in 102 məlumat xidmətinə zəng edərək oğurluq olması barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları oğurluq hadisəsi olduğu yerə gəlmişlər. Oğurluq nəticəsində ofisdən kompüter, printer, hard disklər, qol saatları, modemlər və s. oğurlanmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 03 dekabr 2020-ci il tarixdə Yasamal RPİ-nin 27-ci PB-nin əməkdaşları tərəfindən qardaşı Əyyub oğurluqda şübhəli bilindiyi üçün polis bölməsinə aparılmışdır. Sonradan isə Bəsti Bağırova küçəsi 4C ünvanında yerləşən ofisdən oğurluq edilməsində təqsirli bilindiyi üçün ona ittiham elan edilmişdir. Əyyub tutulduqdan bir gün sonra onun yatdığı otağa baxış keçirmişdir. Həmin vaxt otaqdan 02 ədəd internet modemi, 03 ədəd xarici sərt disk və 01 ədəd daxili sərt diski müəyyən etdiyi üçün istintaqa təqdim etmişdir. Əyyubun oğurluq etməsi barədə məlumatları olmamışdır. Onun oğurluq etməsi barədə məlumatı olmuş olsa idi polisə bu barədə məlumat vermiş olardı. İş materiallarında olan baxış keçirilməsi barədə 03.12.2020-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən 23 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən obyektə baxış keçirilmişdir. Baxışda iştirak etmiş Zərərçəkmiş şəxs1 ona məxsus ofisə nəfəslikdən daxil olunduğunu bildirmişdir. Hadisə yerinin müayinəsi zamanı iş üçün əhəmiyyətli olduğundan ekspert tərəfindən əl-barmaq izləri aşkar edilərək götürülərək qablaşdırılmış və möhürlənmişdir (cild 1, i/v 8-12). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 31,03.2021-ci il tarixli 9/1624 №-li məhkəmə- əmtəəşünaslıq ekspert rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş, malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 440,00 manat müəyyən edilmişdir (Həmin əşyalardan: 01 ədəd üzərində ağ rəngli “TP- Link” markalı, TL-WR1042ND model modern - 15 manat; 01 ədəd qara rəngli “D-Link” markalı, DAP-1150 model modern - 10 manat; 01 ədəd üzərində “WD X8” yazısı olan sərt disk - 50 manat; 01 ədəd üzərində “Transcend” yazısı xarici sərt disk - 50 manat; 01 ədəd üzərində “Storejet” yazısı olan xarici sərt disk - 50 manat; 01 ədəd içərisində “Samsung” markalı, HM641Jİ model, daxili sərt disk - 40 manat; 01 ədəd üzərində “Kıraç collection" yazısı olan zəncirbəndlə bağlanan papaqlı kişi idman koftası - 10 manat; 01 ədəd üzərində “Dior” yazısı olan qırmızı rəngli dəri çanta -5 manat; 01 ədəd üzərində “Love Bags” yazısı olan dəri çanta - 8 manat; içərisində “Vitoform” yazısı olan qış ayaqqabısı (digər tayı olmadığına görə qiymətsiz) -0 manat; İçərisində “Bukre” yazısı olan qırmızı rəngli don - 15 manat; İçərisində “S.Oliver” yazısı olan açıq şabalıdı rəngli qolsuz kofta - 5 manat; çəhrayı rəngli mayka - 2 manat; İçərisində “CANDA” yazısı olan açıq qəhvəyi rəngli gecə paltarı dəsti - 20 manat; qara rəngli qadın şalvarı -5 manat; içərisində “Miss Marina” yazısı olan açıq çəhrayı rəngli qolsuz qadın koftası - 10 manat; içərisində ‘Jennifer taylor” yazısı olan qara rəngli kofta - 5 manat; içərisində “YOUR6SENSE” yazısı olan sarı rəngli kofta - 5 manat; Üzərində gül şəkli olan qolsuz don - 10 manat; İçərisində “Bonita” yazısı olan qırmızı-göy rəngli damalar olan uzun qol köunək - 5 manat; İçərisində “Made in İtaly” yazısı olan qara rəngli don - 10 manat; İçərisində “Zara" yazısı olan ağ rəngli üzərində gül olan qolsuz kofta - 10 manat; İçərisində “forover and me” yazısı olan çəhrayı rəngli kofta - 10 manat; İçərisində “AJC” yazısı olan yundan toxunulmuş göy rəngli kofta - 20 manat; içərisində “Malinna” yazısı olan mavi rəngli üzərində şabalıdı rəngli ürək nişanı olan kofta -10 manat; İçərisində “LSK Basic” yazısı və üzərində qartal şəkili olan istifadədə olmuş qara rəngli kofta - 5 manat; İçərisində “Zi HAN Fashion” yazısı olan istifadədə olmuş ağ rəngli kofta - 10 manat; İçərisində “Zara” yazısı olan istifadədə olmuş mavi rəngli uzunqol köynək - 10 manat; İçərisində “Formen” yazısı olan istifadədə olmuş boz rəngli uzunqol köynək - 10 manat; İçərisində “Reserved&Co” yazısı olan istifadədə olmuş mavi rəngli qısaqol köynək - 10 manat , Üzərində “Paike” yazısı olan istifadədə olmuş çəmədan - 15 manat) (cild 2, i/v 146-151). İş materiallarında olan 03.12.2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 03 dekabr 2020-ci il tarixindən şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 45). İş materiallarında olan 05 dekabr 2020-ci il tarixli 4(004)-678\2020 nömrəli Yasamal rayon məhkəməsinin qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 89-93). İş materiallarında olan 14 nyabr 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Yasamal rayonu İzmir küçəsi 9 C-də 1-ci mərtəbədə yerləşən Elegans mebel mağazasının salonun plastik pəncərəsini vintaçanla açaraq binaya qanunsuz daxil olub oradan oğurluq olması faktı öz təsdiqini tapmışdır. Mağazaya daxil olmuş pəncərənin qarşısında bir ədəd kamera quraşdırılması müşahidə edilmişdir (cild 1, i/v 112-117). İş materiallarında olan 05 noyabr 2020-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 5 ünvanının həyətyanı sahəsinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs4 məxsus əşyalar oğurlanmışdır. Baxış zamanı birinci mərtəbədə yerləşən ofisin təhlükəsizlik kameralarının olduğu müəyyən edilmişdir (cild 1, i/v 189-195, 200-202). İş materiallarında olan 03.03.2021-ci il tarixli 4(004)-123/2021-ci il nömrəli Yasamal rayon məhkəməsinin qərarıından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 (iki) ayadək, yəni 03 may 2021-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 248-249). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 07.06.2003-cü il tarixdə Yasamal rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2,500 manat cərimə cəzasına məhkum edilmiş, sonuncu dəfə Yasamal rayon məhkəməsinin 09.03.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 67.1-ci maddəsi tətbiq edilməklə cəzası 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına və 2,500 manat cərimə məhkum edilmişdir. 03 il 06 aya azadlıqdan məhrum etmə cəzasını çəkərək 14.09.2018-ci ildə cəzanın sonu ilə azad edilib, 2,500 manat cərimə cəzasını isə ödəməmişdir (cild 1, i/v 257-259). İş materiallarında olan 14 noyabr 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, Bakı şəhəri Yasamal raonu İnşaatçılar prospekti 33 ünvanında yerləşən saxlanc yerindən müxtəlif əşyalar vardır. Saxlanc yerinə baxış keçirilərkən heç bir əl-barmaq izi aşkar edilməmişdir.Mənzilin giriş qapısının yuxarı hissəsində kamera qurğusunun olması müşahidə edilmiş, cinayəti törədən şəxsin görüntüsü həmin kameraya düşmüşdür (cild 2, i/v 12-16). İş materiallarında olan 1(004)-278/2013 nömrəli 07 iyun 2013-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökümünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs 2500 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur (cild 2, 127-133). İş materiallarında olan 1(004)-186/2016 nömrəli 09 mart 2016-cı il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmünün surətindən məlum olur ki, Təqsirləndirilən şəxs 3 il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və 2500 manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur (cild 2, 135-139). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06.04.2021-ci il tarixli 3/556 №-li məhkəmə-portret ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “CD-R” tipli diskdəki görüntülərdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, qaşları, qulaq seyvanları və s.) tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yararsızdır (cild 2, i/v 154-158). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 06.04.2021-ci il tarixli 3/557 №-li məhkəmə-portret ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş “CD-R” tipli diskdəki görüntülərdən çıxarılmış fotoşəkillərdə əks olunmuş şəxsin xarici görünüş elementləri (alnı, yanaqları, gözləri, göz yarıqları, göz qapaqları, qaşları, qulaq seyvanları və s.) tam və aydın əks olunmadığından müqayisəli tədqiqat üçün yarasızdır (cild 2, i/v 161-165). İş materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 11.01.2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı götürülmüş 01 ədəd ağ rəngli “TP-link” markalı, TL- WR1042ND modelli modem, 01 ədəd qara rəngli “D-link” markalı, DAP-1150 modelli modem, 01 ədəd üzərində “WD X8” yazısı olan sərt disk, 01 ədəd üzərində "Transcend” yazısı olan xarici sərt disk, 01 ədəd üzərində “StoreJet” yazısı olan xarici sərt disk, 01 ədəd “Samsung” markalı, HM641Jİ modelli daxili sərt disk, 01 ədəd içərisində “Kıraç collection” yazısı olan zəncirbəndlə bağlanan papaqlı kişi idman koftası, 01 ədəd qırmızı rəngli -üzərində «Dior» yazısı olan dəri çanta, 01 ədəd üzərində «Love Bags» yazısı olan dəri çanta, 01 ədəd içərisində «Vitoform» yazısı olan qış ayaqqabısı, 01 ədəd içərisində «Bukre» yazısı olan qırmızı rəngli don, 01 ədəd içərisində “S.Oliver” yazısı olan açıq şabalıdı rəngli qolsuz kofta, 01 ədəd çəhrayı rəngli mayka, 01 ədəd içərisində «CANDA» yazısı olan açıq qəhvəyi rəngli gecə xalatı, 01 ədəd qara rəngli qadın şalvarı, 01 ədəd içərisində «Miss Marina» yazısı olan açıq qırmızı rəngli qolsuz qadın koftası, 01 ədəd içərisində «CANDA» yazısı olan yaşıl rəngli gecə xalatı, 01 ədəd içərisində «Jennifer taylor» yazısı olan qara rəngli kofta, 01 ədəd içərisində «YOUR6SENSE» yazısı olan sarı rəngli kofta, 01 ədəd üzərində gül şəkili olan qolsuz don, 01 edəd içərisində «Bonita» yazısı olan qırmız-göy rəngli damalar olan uzun qol köynək, 01 ədəd içərisində «Made in italy» yazısı olan qara rəngli don, 01 ədəd içərisində «Zara» yazısı olan ağ rəngli üzərində gül olan qolsuz kofta, 01 ədəd içərisində «forever and me» yazısı olan çəhrayı rəngli kofta, 01 ədəd içərisində «AJC» yazısı olan yundan toxunulmuş göy rəngli kofta, 01 ədəd içərisində «Malinna» yazısı olan mavi rəngli üzərində şabalıdı rəngli ürək nişanı olan kofta, 01 ədəd içərisində «LSK Basic» yazısı və üzərində qartal şəkili olan qara rəngli kofta, 01 ədəd içərisində «Zİ MAN Fashion» yazısı olan ağ rəngli kofta, 01 ədəd içərisində «Zara» yazısı olan mavi rəngli uzun qol köynək, 01 ədəd içərisində «Formen» yazısı olan boz rəngli uzunqol köynək, 01 ədəd içərisində «Reserved&Co» yazısı olan mavi rəngli qısaqol köynək və 01 ədəd üzərində «PAİKE» yazısı olan çəmən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması qərara alınmışdır. Həmçinin diskə baxış istintaq hərəkəti protokoluna əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir (cild 2, i.v. 195-213). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, hadisə yerinə baxış protokolu, ekpertiza rəyi və eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməklə peşman olmasını və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və övladları Məmmədov Elşənin və Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayətlərinin olmamalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır və iş materiallarında olan tələbnamədən və Yasamal rayon məhkəməsinin 09.03.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına və 2,500 manat cərimə məhkum edilmişdir. 03 il 06 aya azadlıqdan məhrum etmə cəzasını çəkərək 14.09.2018-ci ildə cəzanın sonu ilə azad edilib, 2,500 manat cərimə cəzasını isə ödəməmişdir. Göründüyü kimi hazırda məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs oğluna münasibətdə mövcud olan yuxarıda qeyd edilmiş residiv halını ona təyin olunacaq cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış əşyalar (01 ədəd ağ rəngli “TP-link” markalı, TL-WR1042ND modelli modem, 01 ədəd qara rəngli “D-link” markalı, DAP-1150 modelli modem, 01 ədəd üzərində “WD X8” yazısı olan sərt disk, 01 ədəd üzərində “Transcend” yazısı olan xarici sərt disk, 01 ədəd üzərində “StoreJet” yazısı olan xarici sərt disk, 01 ədəd “Samsung” markalı, HM641 Jl modelli daxili sərt disk, 01 ədəd içərisində “Kıraç collection” yazısı olan zəncirbəndlə bağlanan papaqlı kişi idman koftası, 01 ədəd qırmızı rəngli üzərində «Dior» yazısı olan dəri çanta, 01 ədəd üzərində «Love Bags» yazısı olan dəri çanta, 01 ədəd içərisində «Vitoform» yazısı olan qış ayaqqabı, 01 ədəd içərisində «Bukre» yazısı olan qırmızı rəngli don, 01 ədəd içərisində «S.Oliver» yazısı olan açıq şabalıdı rəngli qolsuz kofta, 01 ədəd çəhrayı rəngli mayka, 01 ədəd içərisində «CANDA» yazısı olan açıq qəhvəyi rəngli gecə xalatı, 01 ədəd qara rəngli qadın şalvarı, 01 ədəd içərisində «Miss Marina» yazısı olan açıq qırmızı rəngli qolsuz qadın koftası, 01 ədəd içərisində «CANDA» yazısı olan yaşıl rəngli gecə xalatı, 01 ədəd içərisində «Jennifer taylor» yazısı olan qara rəngli kofta, 01 ədəd içərisində «YOUR6SENSE» yazısı olan sarı rəngli kofta, 01 ədəd üzərində gül şəkili olan qolsuz don, 01 ədəd içərisində «Bonita» yazısı olan qırmızı-göy rəngli damalar olan uzun qol köynək, 01 ədəd içərisində «Made in italy» yazısı olan qara rəngli don, 01 ədəd içərisində «Zara» yazısı olan ağ rəngli üzərində gül olan qolsuz kofta, 01 ədəd içərisində «forever and me» yazısı olan çəhrayı rəngli kofta, 01 ədəd içərisində «AJC» yazısı olan yundan toxunulmuş göy rəngli kofta, 01 ədəd içərisində «Malinna» yazısı olan mavi rəngli üzərində şabalıdı rəngli ürək nişanı olan kofta, 01 ədəd içərisində «LSK Basic» yazısı və üzərində qartal şəkili olan qara rəngli kofta, 01 ədəd içərisində «Zİ MAN Fashion» yazısı olan ağ rəngli kofta, 01 ədəd içərisində «Zara» yazısı olan mavi rəngli uzun qol köynək, 01 ədəd içərisində «Formen» yazısı olan boz rəngli uzunqol köynək, 01 ədəd içərisində «Reserved&Co» yazısı olan mavi rəngli qısaqol köynək və 01 ədəd üzərində «PAİKE» yazısı olan çamadan) sahiblərinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk iş materiallarında saxlanılmalı, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 1(004)-214/2021 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Təqsirləndirilən şəxs oğluna məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 44 (qırx dörd) iş saatına bərabər hesab edilərək, göstərilmiş 44 (qırx dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 6 altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 mart 2016-ci il tarixli hökmü ilə təyin edilmiş, ödənilməmiş qalan 2500 manat miqdarında cərimə cəzası hazırkı hökmlə təyin edilmiş cəzaya tam birləşdirilərək ona qəti olaraq 03 (üç) il 6 altı ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 03 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış əşyalar (01 ədəd ağ rəngli “TP-link” markalı, TL- WR1042ND modelli modem, 01 ədəd qara rəngli “D-link” markalı, DAP-1150 modelli modem, 01 ədəd üzərində “WD X8” yazısı olan sərt disk, 01 ədəd üzərində “Transcend” yazısı olan xarici sərt disk, 01 ədəd üzərində “StoreJet” yazısı olan xarici sərt disk, 01 ədəd “Samsung” markalı, HM641 Jl modelli daxili sərt disk, 01 ədəd içərisində “Kıraç collection” yazısı olan zəncirbəndlə bağlanan papaqlı kişi idman koftası, 01 ədəd qırmızı rəngli üzərində «Dior» yazısı olan dəri çanta, 01 ədəd üzərində «Love Bags» yazısı olan dəri çanta, 01 ədəd içərisində «Vitoform» yazısı olan qış ayaqqabı, 01 ədəd içərisində «Bukre» yazısı olan qırmızı rəngli don, 01 ədəd içərisində «S.Oliver» yazısı olan açıq şabalıdı rəngli qolsuz kofta, 01 ədəd çəhrayı rəngli mayka, 01 ədəd içərisində «CANDA» yazısı olan açıq qəhvəyi rəngli gecə xalatı, 01 ədəd qara rəngli qadın şalvarı, 01 ədəd içərisində «Miss Marina» yazısı olan açıq qırmızı rəngli qolsuz qadın koftası, 01 ədəd içərisində «CANDA» yazısı olan yaşıl rəngli gecə xalatı, 01 ədəd içərisində «Jennifer taylor» yazısı olan qara rəngli kofta, 01 ədəd içərisində «YOUR6SENSE» yazısı olan sarı rəngli kofta, 01 ədəd üzərində gül şəkili olan qolsuz don, 01 ədəd içərisində «Bonita» yazısı olan qırmızı-göy rəngli damalar olan uzun qol köynək, 01 ədəd içərisində «Made in italy» yazısı olan qara rəngli don, 01 ədəd içərisində «Zara» yazısı olan ağ rəngli üzərində gül olan qolsuz kofta, 01 ədəd içərisində «forever and me» yazısı olan çəhrayı rəngli kofta, 01 ədəd içərisində «AJC» yazısı olan yundan toxunulmuş göy rəngli kofta, 01 ədəd içərisində «Malinna» yazısı olan mavi rəngli üzərində şabalıdı rəngli ürək nişanı olan kofta, 01 ədəd içərisində «LSK Basic» yazısı və üzərində qartal şəkili olan qara rəngli kofta, 01 ədəd içərisində «Zİ MAN Fashion» yazısı olan ağ rəngli kofta, 01 ədəd içərisində «Zara» yazısı olan mavi rəngli uzun qol köynək, 01 ədəd içərisində «Formen» yazısı olan boz rəngli uzunqol köynək, 01 ədəd içərisində «Reserved&Co» yazısı olan mavi rəngli qısaqol köynək və 01 ədəd üzərində «PAİKE» yazısı olan çamadan) sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs oğlundan məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar