Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-214/2022 13.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxx 1965-ci il tarixdə Ermənistan, Masis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində torpaq sahəsi almaq istəyən Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib X1 mülkiyyətində olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qılman İlkin küçəsində yerləşən 0,12 hektar hasara alınmış torpaq sahəsinin guya mülkiyyətçisi olduğu barədə Zərərçəkmiş şəxs bilə-bilə yalan məlumat və həmin torpaq sahəsini sonuncuya satacağına dair yalan vəd verib aldadaraq, üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyəti olmadan 30 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dəniz kənannda yerləşən “Eldorado” istirahət mərkəzində 200 manat və 04 dekabr 2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən 53 saylı Notariat ofisində 24820 manat olmaqla ümumilikdə 25020 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 25020 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2008-ci ilədək birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində özünə məxsus olan həyət evində yaşamış, sonradan evini sataraq Xanlar rayonuna köçmüş, arvadının qohumları Xanlar rayonunda yaşadıqları üçün onların yanına həmin rayona köçmüşlər, orada bir müddət yaşayandan sonra ailəsi ilə münasibətləri korlanmış və evi o cümlədən özünə məxsus olan “VAZ 2106” markalı avtomobili ailəsinə verərək Bakı şəhərinə qayıtmış, bundan sonra Suraxanı rayonu, Ramana qəsəbəsi, Samir Əliyev küçəsində kirayə yaşamağa başlamışdır İstifadəsində ***-***-**-** nömrəsi vardır, həmin nömrə öz adınadır və təxminən 7-8 ay olar ki, istifadəsindədir, həmin nömrədən başqa onun istifadəsində ***-***-**-** nömrəsi də olmuşdur, həmin nömrəni də itirmişdir. 2008-ci ildə ailəsindən boşanıb Bakı şəhərinə qayıdandan sonra bir müddət qardaşı Şahid3 ailəsi ilə birlikdə yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, «Makaronnu» deyilən ərazidə Qılman İlkin küçəsində mağaza işlətmiş və beləliklə daimi olaraq həmin yerə gedib gəlmişdir. 2012-ci ildə «Kəbleyi» kimi tanıdığı həmin vaxt Mərdəkan qəsəbəsində icra nümayəndəsi işləyən şəxsdən 3700 manata Qılman İlkin küçəsində 12 sot torpaq sahəsini qeyri rəsmi olaraq almış, həmin vaxt aralarında heç bir müqavilə bağlanılmamış, «Kəbleyi» ona demişdir ki, torpaq sahəsinin heç bir sənədi yoxdur, əgər sonradan əlavə 1500 manat da pul versə sənəd işini də həll edəcəkdir. Torpaq sahəsi 12 sot olmaqla hasarlanmış vəziyyətdə olmuş, içərisində təxminən 3-4 ton su tutumu olan dəmir çən olmuş, ondan başqa dəmir köhnə adam keçən darvazası, həmçinin torpaq sahəsinin içərisində üzüm tarması deyilən qurğu da quraşdırılmışdır. Həmin danışığı Kəbleyi ilə aparmış, danışıqlarında nə onun ailə üzvlərindən nə də ki, «Kəbleyi»nin ailə üzvlərindən heç kim olmamışdır. Torpaq sahəsini alandan sonra həmin torpaq sahəsində qoyun-quzu saxlamaqla məşğul olmuş, həmçinin torpaq sahəsinin darvazasının qıfılını da dəyişdirmiş, o vaxtdanda istifadə etmişdir. Lakin sonradan «Kəbleyi» rəhmətə getdiyi üçün torpaq sahəsinə sənəd düzəldə bilməmiş, o vaxtdanda elə o qaydada qalmışdır. Zərərçəkmiş şəxs 2020-ci ilin dekabr ayından tanımış, həmin vaxta qədər heç bir tanışlığı olmamışdır. Şahid1 və X4 da 2020-ci ilin dekabr ayından tanımışdır. 2020-ci ilin dekabr ayında Qılman İlkin küçəsində yerləşən torpaq sahəsində olan zaman Fuad, Mahir və Ramin adlı ev alqısatqısı ilə məşğul olan şəxslərlə qarşılaşmış və Fuadgilə demişdir ki, 12 sot torpaq sahəsi vardır, torpaq sahəsini satmaq istəyir, torpaq sahəsinin heç bir sənədi olmasa da faktiki olaraq ona məxsusdur, belə olan halda Fuadgil ona demişlər ki, satmağa köməklik edəcəklər, bundan başqa baha neçəyə satsalar pulu özlərinə götürəcəklər, həmçinin torpağın sənəd işini də həll edəcəklər, yəni müştəri tapılandan sonra torpaq sahəsi ilə bağlı sənəd düzəldəcəklər və sonradan satışını həyata keçirəcəklər. O, da razılaşmışdır. Bundan təxminən 3 və ya 4 gün keçəndən sonra onlar onun yanına Zərərçəkmiş şəxs gətirmişlər və həmin torpaq sahəsini Nahidə satacaqlarını demişlər, o da etiraz etməmiş, Nahidə də demişdir ki, torpaq sahəsinin sənədi yoxdur, sənəd işini Mahirgil həll edəcəklər. Həmin vaxt Mahirgil orada demişlər ki, ay yarım içərisində sənəd işi həll olunacaqdır və bundan sonra onun tam olaraq 37000 manat pulu özünə veriləcəkdir. Bundan sonra Mahirgillə öz aralarında yəni Nahid olmadan danışmışlar ki, ilkin olaraq Nahiddən 30000 manat pul götürsünlər, həmin puldan 3000 manatını Mahirgilə versin sənəd işini düzəltməyə başlasınlar, daha sonra sənəd hazır olandan sonra pulun qalanı götürüldükdə əlavə olaraq da 5000 manat pul verəcək. 45000 manat ona pul qalmalıdır, həmin pulun da 3000 manatını ilkin ödənişi aldıqda Fuadgilə verməli, sənəd düzələndən sonra alqı-satqı etdikdə əlavə olaraq 5000 manat da verəcək, artıq Fuadgil neçəyə satsalar pulu özlərinə götürəcəklər. Onlar Nahidlə söhbət edən zaman Mahirgil ondan əvvəlcədən ilkin ödəniş olaraq 30000 manat pul istəmişlər, lakin Nahid 25000 manat pul verə biləcəyini demiş, onlarda razılaşmışlar, bundan sonra danışdıqları kimi Mərdəkan qəsəbəsində yerləşən Raminin işlətdiyi restoranda Nahidlə görüşmüşlər və orada beh olaraq 200 manat pul götürmüş və torpaq sahəsinin darvazasının açarlarını Nahidə vermişdir. Bundan sonra Nahid demişdir ki, qalan 24800 manat pulu da düzəldəndən sonra onlarla əlaqə saxlayacaqdır. Təxminən bir həftə keçəndən sonra Mahir ona zəng vuraraq demişdir ki, pulu götürmək üçün Elmlər Akademiyası metrostansiyasının yanına getmək lazımdır, o da etiraz etməmiş, bundan sonra Mahirlə birlikdə Mahirin idarə etdiyi “Mercedes” markalı avtomobillə getmiş, Fuad onlarla getməmiş, Ramin isə “Jeep” markalı avtomobili ilə Elmlər Akademiyası metrostansiyasının yaxınlığına getmiş, orada Ədliyyə Nazirliyinin yaxınlığında yerləşən notariat ofisinin qarşısında Nahidlə görüşmüşlər, Nahid təklif etmişdir ki, pulu ona verməsini təsdiq etməsi üçün formal olaraq aralarında borc müqaviləsi bağlanılsın ki, əlində hələlik bir sənəd olsun. O da etiraz etməyərək razılaşmış, bundan sonra notariat ofisində Nahidlə onun arasında kredit müqaviləsi bağlanılmış və əlində olan pulun bir hissəsi ABŞ dolları ilə olduğu üçün pulun ümumi məbləği 24820 manat etmiş və ona görə də aralarında həmin pulla bağlı kredit müqaviləsi bağlanılmış, əslində Nahid pulu ona borc olaraq deyil torpaq sahəsini almaq üçün vermişdir. Bundan sonra müqaviləni imzaları ilə təsdiq etmişlər, müqavilənin bir nüsxəsi ona bir nüsxəsi isə Nahidə verilmiş, ancaq sonradan müqavilənin nüsxəsini itirmişdir. Onlar Nahiddən ayrılandan sonra Mahirin avtomobilinə əyləşib gedən zaman yolda Mahir ondan sənəd işini həll etmək üçün 5000 manat pul istəsədə demişdir ki, maksimum 3000 manat pul verə bilər. Mahir onunla razılaşmış, lakin o Mahirə bir manat belə olsun pul verməmiş, söz vermişdir ki, yaxın günlərdə ilkin özəlləşmə sənədləri ilə birlikdə 3000 manat pul verəcək, lakin nə sənədləri, nədə ki, pulu verməmişdir. Nahiddən aldığı pulun müəyyən hissəsi ilə qoyun-quzu alıb satsa da qazanc götürə bilməmiş və pul dağılmışdır, qalan 3000 manat pulu isə adını çəkmək istəmədiyi tanışına borc olaraq vermişdir. Təxminən 1 ay sonra Mahir onunla əlaqə saxlayaraq bildirmişdir ki, daşınmaz əmlakın dövlət reyestri xidmətindən torpaq sahəsinin kadastrı çıxarışlarında məlum olmuşdur ki, torpaq sahəsi başqa şəxsə məxsusdur. Mahirə demişdir ki, onun bundan xəbəri yoxdur, 7-8 il olar ki, o torpaq sahəsindən istifadə edir və indiyə kimi heç kim torpaq sahəsinin ona məxsus olmasını deməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs verdiyi ümumilikdə 25020 manat pulunu geri tələb etmiş, pulu xərcləmişdir, bu səbəbdən qaytara bilməyib ölkədən qaçmışdır. Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, X5 2020-d ilin dekabr ayının əvvəllərindən tanıyır, həmin vaxta qədər heç bir tanışlığı və şəxsi ədavəti olmamışdır. 2020-ci ilin dekabr ayının əvvəllərində özü üçün Mərdəkan qəsəbəsində torpaq sahəsi almaq istəmiş, maraqlanan zaman Mərdəkan qəsəbəsində ev alqı satqı ofisində işləyən Mahir və Fuad adlı şəxslərə müraciət etmişdir. Mahir və Fuad ona demişlər ki, əllərində bir nəfər müştərisi vardır, adı Təqsirləndirilən şəxsdur, Mərdəkan qəsəbəsi, Qılman İlkin küçəsində dörd bir tərəfi mişar daşı ilə hasara alınmış 12 sot torpaq sahəsi vardır, torpaq sahəsinin texniki pasportu olsada çıxarış alınmamışdır, həmin torpaq sahəsini 55000 manata satır və torpaq sahəsi üçün çıxarış da alınıb veriləcəkdir. O da Sücayəti çağırmalarını dedikdə Mahirgil Sücayətlə əlaqə saxlayıb çağırmışlar və onlar Mərdəkan qəsəbəsində yerləşən restoranda oturub söhbət etmişlər, Sücayətdə ona bir daha Mahirgilin dediklərini təsdiq edərək Qılman İlkin küçəsində 12 sot hasann içərisində torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin texniki pasportu olsada çıxanşı olmadığını, lakin çıxanş alıb 55000 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra birlikdə həmin Qılman İlkin küçəsinə getmişlər, orada ətrafı mişar daşı ilə hasara alınmış, darvaza qoyulmuş, lakin darvazası açıq olan 12 sot torpaq sahəsini göstərib həmin torpaq sahəsini satdığını bildirmişdir. Torpaq sahəsi onun xoşuna gəldiyi üçün aralarında bazarlıq etmişlər və sonda 50000 manata razılaşmışlar, bundan sonra belə qərara gəlmişlər ki, pulun yan hissəsini verəcək, torpaq sahəsinə çıxanş alınandan sonra rəsmi olaraq alqı-satqı edəcəklər və alqı satqı edilən gün pulun qalan hissəsini ödəyəcək. Həmin danışıqlarda Mahirlə Fuadda iştirak etmişdir, danışığa əsasən torpağın çıxarış işini Mahirlə Fuad həll etməli idi. lakin çıxarışla bağlı çəkilən bütün xərclər sonda onun tərəfindən ödənilməli idi. Bundan sonra pul verməyi ilə bağlı əlində sənəd olsun deyə təklif etmişdir ki, notariusda müqavilə bağlanılsın və müqavilə əsasında əvvəlcədən verəcəyi pulu ödəyəcək. Sücayətlə aralannda razılaşmışlar ki, notarius hərəkəti ilə bağlı çəkilən xərclər də onun tərəfindən qarşılanmalıdır və onun verəcəyi pulda öz əksini tapmalıdır. Danışıqlarına əsasən 04 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 53 saylı notariat ofisində görüşmüşlər. Bundan sonra 53 saylı notariat ofisində onunla Sücayət arasında formal olaraq borc müqaviləsi bağlanılmış və notariat xərcləri ilə birlikdə o, 24820 manat Sücayətə pul vermiş, həmin puldan Sücayət notariat xərclərini də çəkmiş və qalan pulu özünə götürmüşdür, müqavilədə bütünlüklə Sücayətə verdiyi 24820 manat qeyd olunmuşdur, aralarında olan borc müqaviləsi isə formal olaraq bağlanmış, pulu əslində torpaq almaq üçün vermişdir. Sücayət torpaq sahəsi ilə bağlı ona heç bir sənəd göstərməmiş, sadəcə demişdir ki, torpaq sahəsinin texniki pasportu vardır, o da bu sənədə əsasən torpağın Sücayətə məxsus olmasına inanıb 24820 manat pulu Sücayətə vermişdir. Pulu verəndən təxminən bir ay keçəndən sonra Mahir ona zəng vuraraq Sücayətin onu aldatdığını, həmin torpaq sahəsinin Sücayətə məxsus olmadığını, buna görə də Sücayətə verdiyi pulun geri alınmalı olduğunu demişdir. Belə olduqda onlar nə qədər Sücayətlə əlaqə saxlamaq istəsələr də əlaqə yarada bilməmişlər və ona artıq aydın olmuşdur ki, Sücayət onu aldadıb 24820 manat pulunu ələ keçirib bu səbəbdən şikayət ərizəsi ilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmişdir. Əlavə dindirmə zamanı Zərərçəkmiş şəxs istintaq orqanının suallarını cavablandırıb ifadəsində bildirmişdir ki, səhv etmirsə 30 noyabr 2020-ci il tarixdə makler kimi fəaliyyət göstərən Mahir və Fuadın dəvəti ilə o Sücayətlə görüşmək üçün Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, dəniz kənarında yerləşən «Eldorado istirahət mərkəzi»nə getmiş və ilk dəfə olaraq Sücayətlə tanışlığı məhz orada baş tutmuşdur. Həmin gün torpaq sahəsi üçün beh olaraq 200 manat pulu Sücayətə vermişdir. Bundan sonra, 04 dekabr 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 53 saylı Notariat ofisində Sücayətə torpaq sahəsi üçün 24820 manat pul vermişdir. Beləliklə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Qılman İlkin küçəsində yerləşən 12 sot torpaq sahəsi üçün Sücayətə iki dəfəyə verdiyi pulun ümumi məbləği 25020 manat təşkil etmişdir. «Eldorado” istirahət mərkəzində görüş zamanı Sücayət bildirmişdir ki, ona satmaq istədiyi və baxıb bəyəndiyi həmin torpaq sahəsinə dair onda texniki pasport və digər sənədlər vardır, lakin çıxarış alınmamışdır. Maklerlər olan Mahir və Fuad isə bildirmişlər ki, həmin sənədlər əsasında çıxarış almaqda Sücayətə köməklik edəcəklər. Çıxarış alınması üçün sərf ediləcək məbləği o əlavə ödəməli deyildir, həmin məbləğ torpağın razılaşdırılmış ümumi məbləğinə, yəni 50000 manat pula daxil imiş. Bir sözlə, onların arasında razılaşma belə olmuşdur ki, torpağın dəyərinin yarısını əvvəlcədən ödəyir, həmin pulla torpağa çıxarış da alınır, çıxarış alınandan sonra isə o qalan 25000 manat pulu ödəyir və alqı-satqı edirlər. Ziyanı hələ də ödənilməmişdir, təqsirləndirilən şəxs bəhanə edir, ona görə də şikayətçidir və cəzalanmasını tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, heç bir qərəzçilik və ədavəti olmamışdır. Şahid1 onun dostudur. Fuadla birlikdə Bakı şəhəri, Xəzər rayonu. Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən daşınmaz əmlakın alqı-satqısı ofisini icarə əsasında işlədir. Rzayev Ramin onlann dostudur, Zərərçəkmiş şəxs isə Raminin dostudur. Ramin və Nahidlə səmimi dostluq münasibəti var. Təxminən 2020-ci ilin dekabr ayında təxminən səhər saatlarında Şücayət onlann işlədikləri ofisə gələrək onlarla tanış olmuş və demişdir ki, Mərdəkan qəsəbəsi Qılman İlkin küçəsində özünə məxsus 0.12 ha (on iki sot) torpaq sahəsi var, həmin torpaq sahəsini təxminən 80000 (səksən min) manata satır, həmin torpaq sahəsinin satılmasına vasitəçilik edərək köməklik edəcəkləri halda onlann hər birinə 1000 (min) manat, ümumlikdə 2000 manat zəhmət haqqı verəcəkdir. Onlar Sücayətin ciddi tərzdə danışığına inanaraq razılaşmışlar və üçü birlikdə həmin torpaq sahəsinə gedərək baxmışlar. Torpaq sahəsinin hasarının çəkildiyi və darvazasının olmasını görmüşlər. Sücayət onlara demişdir ki, bu torpaq sahəsi özünə məxsusdur və torpaq sahəsinin sənədləri tamlıqla qaydasındadır, buna görə de alqı-satqı ilə bağlı heç bir problem olmayacaq, hətta yaxınlıqda öz evi yerləşir. Sücayət onlara bir qədər aralıda yerləşən həyət evinə apararaq həmin evin ona məxsus olmasını, nəsə lazım olsa istənilən zaman həmin mənzilə gələ biləcəyini, onu orada tapa biləcəyini bildirmişdir. Onlar həmin an Sücayətdən torpaq sahəsinin hər hansı sənədini göstərməsini tələb etməmiş və Sücayət də onlara heç bir sənəd göstərməmişdir. Onlar Sücayətə tam inanmış, Sücayətdən mobil nömrəsini götürmüş və sağollaşaraq aynlmışlar. Fuadla birlikdə ofisə gəldikdən sonra Raminlə görüşərək ona bu barədə bildirmişlər. Ramin demişdir ki, onun yaxın dostu Zərərçəkmiş şəxs bu aralar onsuz da almağa torpaq sahəsi axtarır. Ramin dərhal Nahidlə əaqə saxlayaraq ona bu barədə bildirmişdir. Növbəti gün Nahid onların ofisə gəlmişdir. O, Fuad. Ramin və Nahid birlikdə növbəti gün səhər saatlarında həmin topraq sahəsinə gedərək baxmışlar. Nahid həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və Sücayətlə görüşdürməyini xahiş etmişdir. Sücayətlə əlaqə saxlayaraq görüş təyin etmişlər. Növbəti gün təxminən səhər saatlarında o, Fuad, Ramin, Nahid və Sücayət birlikdə Mərdəkan qəsəbəsində yerləşən “Eldorado" restoranında görüşmüşlər. Aralarındakı söhbət zamanı Sücayət dəfələrlə israrla Nahidə və onlara bildirmişdir ki, həmin on iki sot torpaq sahəsi özünə məxsusdur, torpaq sahəsinin bütün sənədləri qaydasındadır, biznes qurmaq istədiyindən pula ehtiyacı var. buna görə də həmin torpaq sahəsini satmaq istəyir, onlan aldatmaq niyyəti yoxdur. Nahid ciddi tərzdə bu səpkidə danışıqlanna tam inanmış, Sücayətdən torpağın heç bir sənədini tələb etməmiş. Sücayət demişdir ki, narahat olmasın, onsuz da sonradan bütün sənədləri ona təqdim edəcək. Bir qədər sövdələşmədən sonra Sücayət həmin torpaq sahəsini 45000 (qırx beş min) manata Nahidə satacağı barədə razılaşmış, Nahid Sücayətlə əl sıxaraq növbəti gün notariusa alqısatqıya gedəcəkləri qərara almışlar və Nahid 200 (iki yüz) manat pulu beh qismində Sücayətə vermişdir. Onlar sağollaşaraq ayrılmışdır. Növbəti gün təxminən səhər saatlannda o özünə məxsus olan Mersedes-Benz 10-ÖM-921 dövlət qeydiyyat nişanlı avtomobillə Sücayətlə birlikdə Bakı şəhəri. Yasamal rayonu ərazisində “Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında yerləşən notariusa getmişlər. Nahid və Ramin isə öz avtomobilləri ilə notariusa gəlmişlər. Notariusun qarşısında gözləmişdir. Sücayət Nahidlə birlikdə notariusa girərək bir qədər sonra çıxmışlar. Notariusda onlann arasında hansı məzmunda söhbətin olmasından məlumatsızdır. Sücayət ona yaxınlaşaraq demişdir ki, o Nahiddən pulun bir qismini, yəni 25000 (iyirmi beş min) manatını almış, təxminən iyirmi gün sonra pulun qalan hissəsini, yəni 20000 (iyirmi) manatını da onuna görüşərək alacaq, pulu tam aldıqdan sonra onunla Fuadın vasitəçilik haqqını verəcək. O Sücayətlə razılaşaraq ayrılmışdır. Təxminən bir neçə gün sonra Sücayət onlara zəng edərək əsəbi halda onlardan tələb etmişdir ki, Nahidə deyin ki, pulun qalan hissəsini də çatdırsın. O Fuadla birlikdə Raminlə görüşərək bu barədə ona demişlər. Ramin onlara demişdir ki, həmin torpaq sahəsi Sücayətin özünə məxsus deyil, torpaq sahəsi hansısa qadına məxsusdur, Sücayət onları aldadaraq həmin torpaq sahəsini özününkü kimi təqdim etmiş və Nahidi də aldadaraq onun 25000 manat pulunu ələ keçirmişdir. Sücayətlə görüş təyin edərək bunu dəqiqləşdirsinlər. Növbəti gün o, Fuad, Ramin və Sücayət birlikdə “Eldorado" restoranında görüşmüşlər və Sücayətə demişlər ki. həmin torpaq sahəsi Sücayətə məxsus deyil, başqa bir adama məxsusdur. Sücayət onlan aldadaraq torpağın ona məxsus olmasını yalandan demişdir. Sücayət bunu eşitdikdə həyəcanlanaraq özünü itirmiş, konkret olaraq onlara cavab verə bilməmiş, növbəti gün səhər saat 10-a kimi vaxt istəyərək onlardan aynlmışdır. Həmin gündən sonra Sücayəti dəfələrlə axtarsalar da tapmamışlar və həqiqətən də onlara məlum olmuşdur ki. Sücayət onlan aldatmış, həmin torpaq sahəsi onun özünə məxsus deyil, o yalan danışaraq Nahidin 25000 manat pulunu ələ keçirmişdir. Həmçinin ifadəsində göstərmişdir ki. nə o nə də ki, X9 aldadaraq 25000 manat pulunu ələ keçirmək barədə niyətinin olmasından əvvəldən xəbərsiz olmuşlar, əgər bu barədə məlumatları olsaydı, Sücayəti Ramin və Nahidlə tanış etməzdilər, Sücayətin Nahidi aldatmasına imkan verməzdilər. Onlar Sücayətə həmin on iki sot torpaq sahəsinə sənəd düzəldərək digər şəxslərə satacaqları barədə heç bir vəd verməmişlər, aralarında bu səpkidə əvvəldən heç bir danışıq, razılaşma olmamışdır. Bu məqsədlə Sücayət ona və Fuada heç bir məbləğdə pul verməmiş və ondan bununla əlaqədar olaraq heçnə istəməmişlər. Eləcə də aralanndakı tanışlıq, sövdələşmə zamanı nə o nə də ki, Fuad Nahiddən heç bir məbləğdə pul istəməmişlər. Pulla bağlı danışıq Nahidlə Sücayətin arasında olmuşdur, pulu Nahiddən Sücayət istəmiş və Nahiddən özü şəxsən almışdır. Sücayət onlara heç bir məbləğdə pul verməmiş, həmçinin Sücayət onlara heç bir məbləğdə pul verməmişdir. Sücayətin dedikləri tamamilə yalandır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə 02.12.2021-ci il tarixdə tutulduğu vaxtdan hesablanmaqla 03 ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş və o, 16.01.2022-ci il tarixdə tutulmuşdur. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-214/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-214/2022
13.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver