Məhkəmə qərarları › İş №1(004)-214/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-214/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-214/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Qemed oğlunun iştirakları ilə, xx.xx.1993-cü ildə Xanlar rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İİİ dərəcəli əlilliyi olan, Vətən müharibəsi iştirakçısı, təqaüdçü, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə, xx.xx.1991-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli olmaqla himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 3 ünvanında pasport qeydiyyatında olmaqla, faktiki olaraq ünvan 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 bir qrup şəxslə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə 11 fevral 2024-cü ildə saat 23 radələrində ünvan 5 ünvanın 5-ci mərtəbə, 232-ci otağında elektrik direli ilə divarı deşməklə səs salıb digər mənzillərdə yaşayan sakinləri narahat etdikləri səbəbindən 4-cü mərtəbədə yaşayan Zərərçəkmiş şəxs1 onlara əsaslı irad tutmasına cavab olaraq, sonuncunu yataqxana binasının qarşısına düşməyi tələb edərək bir qrup şəxs halında, ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya və birgə yaşayış qaydalarına əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 onlara cüzi irad tutmasını bəhanə gətirərək hər ikisi sonuncunu yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq, sol gicgah nahiyəsinn, sol saidin, sol əlin ovuc səthinin, sağ bazunun və sağ dirsək oynağının sıyrıqları, sağ çiyin nahiyəsinin arxa səthindən bazu oynağı və sağ bazunun yuxarı, 1/3-nin ön-arxa səthlərini əhatə edən hematoma, üst dodağın səthi əzilmiş yarası xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığına yüngül zərər, həmçinin onların etdikləri qərəzli hərəkətlərin qarşısını almaq istəyən, yəni ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə, Zərərçəkmiş şəxs2 müqavimət göstərməklə boyunun, sol saidin və sol əlin sıyrıqları, sol bazunun və kürəklər arası nahiyənin qançırları, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Həmin əməllərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs1 bir qrup şəxslə ictimai qaydanı kobud surtədə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə 11 fevral 2024-cü ildə saat 23 radələrində ünvan 5 ünvanın 5-ci mərtəbə, 232-ci otağında elektrik direli ilə divarı deşməklə səs salıb digər mənzillərdə yaşayan sakinləri narahat etdikləri səbəbindən 4-cti mərtəbədə yaşayan Zərərçəkmiş şəxs1 onlara əsaslı irad tutmasına cavab olaraq, sonuncunu yataqxana binasının qarşısına düşməyi tələb edərək bir qrup şəxs halında, ictimai yerdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qanunvericiliklə müəyyən edilmiş davranış qaydalarına zidd olaraq ətrafda insanların çox olmasına baxmayaraq ictimai qaydaya və birgə yaşayış qaydalarına əhəmiyyətli laqeydlik və etinasızlıq göstərərək hər hansı bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs1 onlara cüzi irad tutmasını bəhanə gətirərək hər ikisi sonuncunu yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq, sol gicgah nahiyəsinn, sol saidin, sol əlin ovuc səthinin, sağ bazunun və sağ dirsək oynağının sıyrıqları, sağ çiyin nahiyəsinin arxa səthindən bazu oynağı və sağ bazunun yuxarı 1/3-nin ön-arxa səthlərini əhatə edən hematoma, üst dodağın səthi əzilmiş yarası xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığına yüngül zərər, həmçinin onların etdikləri qərəzli hərəkətlərin qarşısını almaq istəyən, yəni ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə, Zərərçəkmiş şəxs2 qızma müqavimət göstərməklə boyunun, sol saidin və sol əlin sıyrıqları, sol bazunun və kürəklər arası nahiyənin qançırları, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 fevral 2024-cü ildə saat 23 radələrində qohumu, onunla bir binada 5-ci mərtəbə, 232-ci otaqda yaşayan Təqsirləndirilən şəxs1 mənzilində televizor asmaq üçün drellə divarı deşmək istəyirmişlər. Bu zaman ondan bir mərtəbə aşağıda yaşayan Zərərçəkmiş şəxs1 mənzilə daxil olaraq, drelin səsi onları narahat etdiyini bildirib işi dayandırmağı tələb etmişdir. Ruslan da ondan 5 dəqiqə vaxt istəmişdir ki, işi tamamlasınlar. Buna baxmayaraq Vaqif ucadan kobud şəkildə işi dayandırmağı təkidlə tələb etmişdir. Belə olduqda Ruslan ona həyətə düşüb orada söhbət etməyi demiş və hər ikisi və o da onların ardınca binanın həyətinə enmişlər. Orada Ruslan və Vaqif əlbəyaxa olmuşlar, o da arxadan Vaqifi tutub dartanda o yerə yıxılmışdır. Vaqif onların ünvanına nalayiq ifadələr işlədiyinə görə həm Ruslan, həm də o, Vaqifə bir-iki təpik vurmuşlar. Bu zaman isə Vaqifin arvadı Xanım onlara yaxınlaşıb üstlərinə hücum edən zaman Ruslan onun saçında tutub itələmiş, o yenidən hücum etmək istədikdə özü də onu geriyə itələmişdir. Bundan sonra Xanımın qardaşı Elnur da yaxınlaşmış və onları sakitləşdirmişdir. Həmin vaxt özü qolundan və sol baldırından sıyrıq xəsarətləri almışdır, həmin xəsarətləri ona Zərərçəkmiş şəxs1 yetirmişdir. Həmin vaxt qeyd etdiyi şəxslərdən başqa hadisənin baş verdiyi yerə bir neçə qonşu qadınlar da toplaşmışlar, olmamışdır, mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Elnurun əlində bıçaq görməmiş, Elnur gələn vaxt artıq dava-dalaş bitmişdir, sadəcə onları sakitləşdirib, hərəsini öz mənzilinə yola salmışdır. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, 3-cü qrup əlil olan anasının və 3 azyaşlı övladının onun himayəsində olmalarını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növünün seçilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 fevral 2024-cü ildə saat 23 radələrində yaşadığı binada 5-ci mərtəbə 232-ci otaqda televizor asmaq üçün drellə divarı deşmək istəyirmişlər. Həmin vaxt qohumu Təqsirləndirilən şəxs2 da onun mənzilində olmuşdur. Bu zaman ondan bir məıtəbə aşağıda yaşayan Zərərçəkmiş şəxs1 mənzilə daxil olaraq, drelin səsi onları narahat etdiyini bildirib işi dayandırmağı tələb etmişdir. O da ondan 2 dəqiqə vaxt istəmişdir ki, işi tamamlasınlar. Buna baxmayaraq Vaqif ucadan kobud şəkildə işi dayandınnağı təkidlə tələb etmiş və ona təpik atmışdır. Belə olduqda ona həyətə düşüb orada söhbət etməyi demiş və hər ikisi və Ramin də onların ardınca binanın həyətinə enmişlər. Orada o, Vaqiflə əlbəyaxa olmuş, Ramin isə arxadan Vaqifi tutub dartanda o yerə yıxılmışdır. Vaqif onların ünvanına nalayiq ifadələr işlədiyinə görə həm Ramin, həm də o, Vaqifə bir-iki təpik vurmuşlar. Bu zaman isə Vaqifin arvadı Xanım yaxınlaşıb üstünə hücum edən zaman onun saçından tutub itələmiş, o yenidən hücum etmək istədikdə Ramin də onu geriyə itələmişdir. Bundan sonra Xanımın qardaşı Elnur da yaxınlaşmış və onları sakitləşdirmişdir. Həmin vaxt özü də dirsək və diz nahiyəsindən sıyrıq xəsarətləri almış, həmin xəsarətləri ona Zərərçəkmiş şəxs1 yetirmişdir. Həmin vaxt qeyd etdiyi şəxslərdən başqa bir neçə qonşu qadınlar da hadisənin baş verdiyi yerə toplaşmışlar, mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Yasamal RPİ-nin 28-ci PŞ-nə verdiyi ərizədə qeyd etdiyi Elnur adlı şəxs əlində bıçaqla gəldiyi və orada olan kənar şəxslər onu sakitləşdirməsi doğru deyil, onun əlində bıçaq olmamışdır, həmin vaxt əsəbi olduğundan ərizədə belə qeyd etmişdir. Elnur gələn vaxt artıq dava-dalaş bitmiş, sadəcə onları sakitləşdirib, hərəsini öz mənzilinə yola salmışdır. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, Vətən müharibəsi qazisi olmasını, 3-cü qrup əlil olmasını, atasının 1-ci Qarabağ müharibəsi veteranı olmasını nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan daha yüngül cəza növünün seçilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 11 fevral 2024-cü il tarixdə saat 23:20 radələrində yaşadığı mənzildə olarkən həmin binanın 5-ci mərtəbəsində yaşayan qonşu Ramin drel ilə evdə təmir işləri apararaq narahatçılığa səbəb olmuşdur. O, bu səbəbdən üst mərtəbəyə qalxaraq Raminin qapısını döymüşdür ki, gecə vaxtı drel ilə iş gördüyünə görə narahatçılığa səbəb olur və xahiş etmişdir ki, işini sabaha saxlasın. Həmin vaxt orada olan Ruslan müdaxilə edərək «get işinlə məşğul ol» deyərək iradı qəbul etməmişdir. Bundan sonra Ruslan ona aşağı düşüb söhbət etməyi bildirmişdir. Onlar binanın qarşısına düşdükdə Ruslan onu təhqir edərək «sən kimsən bizə gəlib irad bildirirsən» deyib onun çiynindən itələmişdir. Bu zaman Ramin onu arxadan vuraraq yerə yıxmışdır. Yerdə Ruslan onu təpiklə sağ çiynininə və qollarına vurmağa başlamış, həmçinin Ramində də ona təpiklə zərbələr vurmuşdur. Bu zaman həyat yoldaşı Zərərçəkmiş şəxs2 gələrək onları sakitləşdirmək istədikdə Ruslan onun saçından tutaraq boyun nahiyəsindən vurmuş, Ramin isə Xanımın sol qolundan tutaraq kürək nahiyəsinə vurmuşdur. Həmin vaxt Xanımın qardaşı Elnur gələrək onları sakitləşdirmişdir. Ruslan və Ramin onu döydükləri üçün yalnız onları əli lə itələmiş, lakin vurmamışdır. Aralarında baş vermiş münaqişə təxminən 5 dəqiqə davam etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, ona vurulmuş zərər tamamilə ödənildiyindən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 11 fevral 2024-cü ildə saat 23 radələrində yaşadığı evdə olarkən, həmin evin 5-ci mərtəbəsində yaşayan qonşu Təqsirləndirilən şəxs1 mənzilində drellə nəsə iş görürmüş. Drelin səsi onları çox narahat etmiş, həyat yoldaşı Vaqifə demişdir ki, gedib yuxarı qonşuya desin ki, dreli saxlasın, səhərisi gün işini görər. Bu məqsədlə Vaqif 5-ci mərtəbəyə qalxmışdır. Təxminən yarım saat sonra yaşadıqları yataqxananın qarşısında həyat yoldaşı Vaqifi Ruslan və Ramin adlı şəxslər yerə yıxaraq döydüyünü görmüşdür. O, gəlib mübahisəni sakitləşdirəndə Ruslan onu təhqir etmiş və “sənin başına oyun açaram” deyib hədə-qorxu gəlmişdir. Sonra isə Ruslan onun saçından tutub boyun nahiyəsindən vurmuşdur. Sonra onun yanında olan Ramin isə onun sol qoluna və kürək nahiyəsinə əli ilə vunnuşdur. Daha sonra qardaşı Elnur yaxınlaşmış, həmin vaxt artıq dava-dalaş bitmişdir, Elnur bir daha hamını sakitləşdirib evə yola salmışdır. Bundan sonra Ruslan və Ramin onların barəsində şikayət ərizəsi yazdıqlarına görə o da 2 gün sonra 28ci PB-nə şikayət ərizəsi yazmış və tibbi ekspertiza müayinəsindən keçmişdir. Həmin vaxt qeyd etdiyi şəxslərdən başqa qonşulardan Lələ, Sevinc, Nazilə və bir neçə nəfər adlarını bilmədiyi digər bina sakinləri də olmuşdur. Mübahisə təxminən 5 dəqiqə davam etmişdir. Ruslanın şikayət ərizəsində yazdığı doğru deyil, Elnurun əlində bıçaq olmamışdır, Elnur gələn vaxt artıq dava-dalaş bitmişdir, sadəcə onları sakitləşdirib, hərəsini öz mənzilinə yola salmışdır. İfadəsinin sonunda bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslərlə barışmışdır, ona vurulmuş zərər tamamilə ödənildiyindən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, xx.xx.2024cü il tarixdə saat 23 radələrində yaşadığı ünvanda olarkən binanın həyətində ucadan səsküy gəldiyini eşitmişdir. Bu səbəbdən tez həyətə düşmüş və qonşu Vaqiflə digər qonşunun bir-biri ilə mübahisə etdiyini görmüşdür. Nə qədər çalışsa da, onları sakitləşdirərək birbirlərindən aralaşdıra bilməmişdir. Yaşlı və xəstə olduğu üçün qorxaraq tez yaşadığı evə qalxmışdır. Həmin vaxt hadisənin baş verdiyi yerdə qeyd etdiyi şəxslərdən başqa bir neçə nəfər adlarını bilmədiyi digər bina sakinləri də olmuş, mübahisə təxminən 7-8 dəqiqə davam etmişdir. Lakin bir müddət sonra öyrənmişdir ki, Vaqif, Ruslan və Ramin dalaşmışlar. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 23:35dəyaşadığım evdə olarkən binanın həyətində ucadan səs-küy gəldiyini eşitmişdir. Evin eyvanından baxıb görmüşdür ki, Ruslan və Ramin Vaqifi yerə yıxıb döyürlər. Hadisə vaxtı Vaqifin yoldaşı Xanım onları ayırmağa çalışırmış. Daha sonra orada olan digər qonşular mübahisəni sakitləşdirmişlər. Vaqifin Ruslanı və Ramini döydüyünü görməmiş, Ramin və Ruslanın Vaqifi yerə yıxaraq döydüyünü, eyni zamanda Vaqifin həyat yoldaşı Xanımın mübahisəni sakitləşdirdiyini görmüşdür. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında elan edilmiş ifadəsindən məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 23:35də yaşadığı evdə dərs oxuyurmuş. Üst qonşuda kimsə drellə işləyib səs saldıqlarına görə onları narahat etdiyi üçün qonşu Vaqifdən xahiş etmişdir ki, qonşulara bu barədə xəbərdarlıq etsin ki, səs hamını narahat edir. Onlar isə Vaqifi ələ salmışlar ki, hələ saat 12 olmayıb. Söz mübahisəsinin gedişatında Ruslan Vaqifə bildirmişdir ki, «düş aşağı səni başa salacam». O, evə girmiş və evin eyvanından baxıb görmüşdür ki, Ruslan və Ramin Vaqifi söyüb təhqir edirlər. Bu zaman onlar Vaqifi yumruqla vuraraq yerə yıxmışlar. Sonra yerdə olan zaman təpiklə vurmağa davam etmişlər. Hadisə vaxtı Vaqifin yoldaşı Xanım onları ayırmağa çalışırmış. Bu zaman Ruslanın Xanımı yumruqla kürəyindən vurduğunu görmüşdür. Daha sonra orada olan digər qonşular mübahisəni sakitləşdirmişlər. Vaqifin Ruslanı və Ramini döydüyünü görməmişdir. Vaqifin yanında heç kim onları döyməyib. Ramin və Ruslanın Vaqifi yerə yıxaraq döydüyünü, eyni zamanda Vaqifin həyat yoldaşı Xanımın mübahisəni sakitləşdirərkən Ruslan tərəfindən vurulduğunu və boynundan tutub itələndiyini gönnüşdür. Həmin vaxt hadisənin baş verdiyi yerdə qeyd etdiyi şəxslərdən başqa bir neçə nəfər adlarını bilmədiyi digər bina sakinləri də olmuşdur. Mübahisə təxminən 10 dəqiqə davam etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, hadisə yeri ünvan 5 ünvanın həyətidir. (İ/V. 11-14). “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 01). Məhkəmə tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 160 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində olan xəsarətlər-sol gicgah nahiyəsinin, sol saidin, sol əlin ovuc səthinin, sağ bazunun və dirsək oynağının sıyrıqları, sağ çiyin nahiyəsinin arxa səthindən bazu oynağı və sağ bazunun yuxarı 1/3-nin ön-arxa səthlərini əhatə edən hematoma, üst dodağın səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü ildə əmələ gələ bilərdi, dərcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (İ/V. 60-61). Məhkəmə tibbi-ekspertizasının xx.xx.2024-cü il tarixli 161 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərəində olan xəsarətlər-boyunun, sol saidin və sol əlin sıyrıqları, sol bazunun və ktirəkarası nahiyənin qançırları küt əşyanın təsirindən törənmişdir, xx.xx.2024-cü ildə əmələ gələ bilərdi, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. (İ/V. 57-58). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-uçot kartotekasında heç bir məlumat yoxdur. (İ/V. 78). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Hərbi məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə 4 il 5 ay 18 gün müddətinə azadlıqdan məhrum etmə və 2 il nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2023-cü ildə əlavə cəza müddəti başa çatmışdır. (İ/V. 79- 80). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbayncan Respublikasının CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.2.2-ci maddələrinə tövsif edilmişdir. (İ/V. 115-119). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2n və Təqsirləndirilən şəxs1 ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara Azərbaycan Respublikasının CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə ittiham elan edilmişdir. (İ/V. 129-130, 159-160). “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 147-148, 177-178). Cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara vurulmuş zərəri ödəmişlər və onlarla barışmışlar. Hazırda təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbləri yoxdur. Şəxsiyyət vəsiqlərinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Ramal, Zəhra və Vidadi adlı 3 azyaşlı övladı vardır. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının ƏƏSMN-nin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, Təqsirləndirilən şəxs1 3-cü qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin həkim psixiatr komissiyasının 2692 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, intihar cəhdləri və kəkələmə ilə diaqnoz qoyulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyi özləri tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, üzləşmə protokolları və işin digər materialları ilə tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının baxılan cinayət işinə münasibətdə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onlara vurulmuş ziyanın tam ödənilməsini, himayəsində 3 azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 ilk dəfə məhkum olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onlara vurulmuş ziyanın tam ödənilməsini, Vətən müharibəsi qazisi olmasını, 3-cü qrup əlil olmasını, atasının 1-ci Qarabağ müharibəsi veteranı olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əməllərində çoxsaylı cəzanın yüngülləşdirən halların məcmusunun təqsirləndirilən şəxslərə cəza təyini zamanı nəzərə alınmaması ədalətli sayıla bilməz və mütləq nəzərə alınmalıdır. Belə ki, cəza təyin edərkən bu kimi halların nəzərə alınmaması cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə zidd olardı. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə ağır cəzanın təyin edilməsi onların islah edilməsinə xidmət edə bilməz. Təqsirləndirilən şəxslərə elə bir cəza təyin edilməlidir ki, onlar həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Digər tərəfdən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onların hər birini və ailə üzvlərini ciddi məhrumiyyətlərə düçar edə bilər, habelə onların normal bir şəxs kimi cəmiyyətə inteqrasiya etmələrinə maneə ola bilər. Bu kimi hallar isə məhkumun islah olunması məqsədinə xidmət edə bilməz. Məhkəmə, həmçinin hesab edir ki, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin yuxarıda adıçəkilən Sərəncamının müddəalarının hazırki iş üzrə nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 Qemed oğlunun və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-214/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi isə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 Qemed oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs Muradxanlı X2 məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi3 Qemed oğlunun və Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına hər birinə ayrı ayrılıqda 180 (bir yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi 32 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində, və Müdafiəçi3 Qemed oğlunun vəkil işlədiyi 32 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar