Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-215/2020 18.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X12, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruBəhrəmova Fəridə Tofiq qızı, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxs: xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, dalan 3, ev 9-da qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, K.Rəhimov küçəsi, ev 30, mənzil 85-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxx 1994-cu ildə Bakı şəhərində anadan olmuş, Azerbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Siyəzən rayonu, Böyük Həmyə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqedi rayonu, 3-cü Mədən, korpus 120, ev 98-də yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilərək birlikdə istehlak edilməsi ilə bağlı tanışı Təqsirləndirilən şəxs2 ilə razılaşıb bir qramdan artıq çəkidə psixotrop maddə metamfetaminin əldə edilməsi üçün sonuncudan 30 manat pul aldıqdan sonra həmin pul vəsaitinin üzərinə 90 manat əlavə edib istintaqa məlum olmayan vaxtda “Million” ödəmə sistemi vasitəsi ilə şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxsin bank hesabına naməlum vaxtda və yerdə 120 manat məbləğində pul köçürdükdən sonra sonuncunun verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 158 nömrəli məktəbin yaxınlığındakı beş mərtəbəli binanın birinci girişində su sayğacının yerləşdirildiyi qutunun içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1.107 qram çəkidə “Azərbaycan Respublikası ərazisində dövnyyəsı qadağan edilən psixotrop maddələr“-in İ siyahısına daxil edilən psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq götürüb özündə saxlamaqla ünvan 1 ünvanına daşıyaraq Təqsirləndirilən şəxs1 vermiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 00:40-da ünvan 2 saylı ünvanın qarşısında saxlanılmış, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 1,107 qram psixotrop maddə metamfetamin və daxilində psixotrop maddə metamfetaminin izləri olan kustar üsulla hazırlanmış boru formasında predmet əynindəki goy rəngli gödəkçənın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilərək birlikdə istehlak edilməsi ilə bağlı tanışı Təqsirləndirilən şəxs1 ilə razılaşıb bir qramdan artıq çəkidə psixotrop maddə metamfetamının əldə edilməsi üçün sonuncuya 30 manat pul verdikdən sonra Təqsirləndirilən şəxs1 həmin pul vəsaitinin üzərinə 90 manat əlavə edib istintaqa məlum olmayan vaxtda və yerdə “Milliön” Odəmə sistemi vasitəsi ilə şəxsiyyəti istintaqla araşdırılan naməlum şəxsin bank hesabına naməlum vaxtda 120 manat məbləğində pul köçürdükdən sonra sonuncunun verdiyi məlumat əsasında Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 158 nömrəli məktəbin yaxınlığındakı beş mərtəbəli binanın birinci girişində su sayğacının yerləşdirildiyi qutunun içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yeni 1.107 qram çəkidə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq götürüb özündə saxlamaqla ünvan 1 ünvanına daşıyaraq Təqsirləndirilən şəxs1 vermiş, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbırlən nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə saat 00:40-da ünvan 5 saylı ünvanın qarşısında saxlanılmış Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıdığı “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən ümumi təmiz çəkisi 1,107 qram psixotrop maddə metamfetamin və daxilində psixotrop maddə metamfetaminin izləri olan kustar üsulla hazırlanmış boru formasında predmet əynindəki goy rəngli godəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittihamüzrə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi əməklə məşğul olur. Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov 30 ünvanında yerləşən tikilini icarəyə götürüb avtoyuma məntəqəsi və təkər təmiri sexi kimi işlədir, təkərlərin təmiri ilə ozü məşğul olsa da, avtoyuma məntəqəsində dost münasibətində olduğu Təqsirləndirilən şəxs2 işləyir. Təxminən 4-5 il olar ki, preqabalin adlı güclü təsir edən dərman preparatından, bir neçə aydır ki, metamfetamin adlı psixotrop maddədən istifadə edir. Nicatla birlikdə güclü təsir edən maddə preqabalin və psixotrop maddə metamfetamini müxtəlif tanımadığı şəxslərdən alıb istifadə etmişlər. Son zamanlar tanımadığı şəxsin Türkiyə Respublikasının mobil operatoruna məxsus mobil telefon nömrəsi ilə əlaqə saxlayıb ona narkotik vasitə sifariş vermiş, pulu həmin şəxsin dediyi hesaba yüklədikdən sonra qeyd olunan yerə qoyulan kütlələri götürmüşdür. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə həmin şəxslə telefonda danışmış və ona 2 qrama yaxın psixotrop maddə metamfetamın göndərməsini istəmişdir. Həmin şəxs bunun müqabilində ondan 120 manat pul istəmişdir. 90 manat düzəltmiş və Nicatdan da 30 manat alıb 120 manatı hazır etdikdən sonra “million” ödəmə sistemi vasitəsi ilə qeyd olunan hesaba həmin məbləği yükləmişdir. Daha sonra həmin qəbzin şəkilini whatsapp proqramı vasitəsi ilə adını bilmədiyi şəxsin istifadəsində olan nömrəyə göndərmiş, bir müddət sonra ona narkotik vasitənin olduğu yerin şəkli gəlmişdir. İstədiyi kütlələr Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 158 nömrəli məktəbin yaxınlığındakı 5 mərtəbəli binanın birinci girişində yerləşən su sayğacının yerləşdiyi qutunun içərisinə qoyulmuş siqaret qutusunda gizlədilmişdir. İşi olduğuna görə Nicata həmin ünvanı başa salmış və onu qeyd olunan yerdən götürməsini xahiş etmişdir. Nicatda onun sözündən sonra xx.xx.2020-ci il tarixdə günorta saatlarında həmin yerə getmiş və bir müddət sonra qayıdaraq qeyd olunan kütlələri götürdüyünü bildirmişdir. Pulun çox hissəsini özü qoyduğuna görə onları Nicatdan almış və bir hissəsini axşam işdən çıxandan sonra istifadə edə biləcəklərini demişdir. Beləliklə, axşam saat 21 radələrındə işlədikləri obyektin qapısını içəridən bağlamış və psixotrop maddəni istifadə etməyə başlamışlar. Həmin vaxt lampaya psixotrop maddəni qoymuş və lampanın aşağısından alışqan vasitəsi ilə isitdikdən sonra yaranan tüstünu çəkməyə başlamışdır. Birlikdə bir qədər psixotrop maddə istifadə etmiş, qalan hissəsini üzərində saxlamamışdır. xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrinə yaxın Nicatla birlikdə Bakı şəhəri, Yasamal rayonu ərazisində Şərifzadə küçəsi ilə yol getmişlər. Həmin vaxt kənardan mülki geyimli bir neçə nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onun və Nicatın şəxsiyyəti ilə bağlı sorğu etmişlər, özünü təqdim etdikdən sonra onlar barəsində qəbul edilmiş qərarla onu tanış edib psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər və dəvət olunmuş hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirmək istədiklərini demişlər. Etiraz etməmiş, həmin vaxt polis əməkdaşları hal şahidlərini ona təqdim etmişlər. İfşa olunduğunu bilib məcbur olub uzərində bir ədəd bükümdə metamfetamin və bir ədəd psixotrop maddənin qəbulunda istifadə olunan lampa olduğunu bildirmişdir. Bundan sonra əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən gümüş kağızda olan metamfetamini və lampanı, sonra da cins şalvarının sağ yan cibindən iki ədəd mobil telefonlarını polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin bükümün içərisinə və lampaya hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxışdan sonra hamısı qablaşdırılıb möhürlənməklə telefonlarla birlikdə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra polis idarəsinə gəlmişlər. Orada vəkillə təmin olunduqdan sonra keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, şikayət daxıl olmadığından imzaları ilə doğruluğu təsdiq edilmişdir. Həmçinin bildirdi ki, törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olmasını, bir qardaşının və atasının xəstə olduğunu, ailəyə və yaşlı anasına ondan başqa baxan şəxsin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittihamüzrə özünü təqsirli bilərək göstərmişdir ki, dostu Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Həsən Mecidov 30 ünvanında yerləşən tikilini icarəyə götürüb avtoyuma məntəqəsi və təkər təmiri sexi kimi işlədir, təkərlərin təmiri ilə ozü məşğul olsa da, avtoyuma məntəqəsində Sahib işləyir. Bır müddətdir ki, Sahiblə birlikdə preqabalin adlı güclü təsir edən dərman preparatından və psixotrop maddə metamfetamindən istifadə edirlər. Sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə Sahib whatsapp proqramı vasitəsilə tanımadığı şəxsə 2 qrama yaxın psixotrop maddə metamfetamın sifariş vermişdir. Həmin şəxs bunun müqabilində 120 manat pul istəmiş, Sahib 90 manat düzəltmiş və o da 30 manat verib 120 manatı hazır etdikdən sonra Sahib “million” ödəmə sistemi vasitəsi ilə qeyd olunan hesaba pulu yükləmişdir. Bir müddət sonra Sahib onu yanına çağıraraq sifariş verdikləri kütlələrin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 158 nömrəli məktəbin yaxınlığındakı 5 mərtəbəli binanın birinci girişində yerləşən su sayğacının yerləşdiyi qutunun içərisinə qoyulmuş siqaret qutusunda gizlədildiyini deyərək onları götürməyini istəmişdir. Sahib həmin yerin şəklini ona göstərmişdir. Qeyd olunan yerə gedib binanın 1-ci girişinə daxil olmuş və orada olan sayğacın içərisinə baxanda bir ədəd siqaret qutusunun olduğunu görmüşdür. Onun içərisinə baxanda metamfetamin olduğunu görmüşdür. Həmin kütləni götürüb iş yerlərinə gətirmiş və Sahibə vermişdir. Sahibdə onları cibinə qoymuş və axşam işdən çıxandan sonra birlikdə istifadə edəcəklərini bildirmişdir. Həmin gün axşam saat 21 radələrində Sahib işlədikləri obyektin qapısını içəridən bağlamış və psixotrop maddəni istifadə etməyə başlamışlar. Sahib həmin vaxt lampaya psixotrop maddəni qoymuş və lampanın aşağısını alışqan vasitəsi ilə isitdikdən sonra yaranan tüstünü çəkməyə başlamışdır. Birlikdə bir qədər psixotrop maddə istifadə etmişlər və əhvalları düzələndən sonra evə getmək qərarına gəlmişlər. Sahib həmin kütlənin xarab olmaması məqsədi ilə üzərində saxlayacağını bildirmişdir. xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrinə yaxın Sahiblə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ilə yol getmişlər. Həmin vaxt kənardan mulki geyimli bir neçə nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edib onun və Sahibin şəxsiyyətləri ilə bağlı sorğu etmişlər. Ozünu təqdim etdikdən sonra onlar Sahibin barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Sahibin psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Sahibin üzərinə baxış keçirmək istədiklərini demişlər. Sahib üstündə bir ədəd bükümdə metamfetamin və bir ədəd psixotrop maddənin qəbulunda istifadə olunan lampa olduğunu bildirmiş, bundan sonra əynində olan goy rəngli gödəkcənin sağ yan cibindən gümuş kağızda olan metamfetamini və lampanı, sonra da cins şalvarının sağ yan cibindən iki ədəd mobil telefonlarını polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin bükümün içərisinə və lampaya hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş, baxışdan sonra hamısı qablaşdırılıb möhürlənməklə telefonlarla birlikdə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra dəvət əsasında polis idarəsinə gəlmiş, orada vəkillə təmin olunduqdan sonra keçirilən baxışla əlaqədar protokol tərtib edilmiş, ucadan oxunmuş, şikayət daxil olmadığından imzaları ilə doğruluğu təsdiq edilmişdir. Həmçinin bildirdi ki, törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində çalışır. xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yaşayan Təqsirləndirilən şəxs1 Yasamal rayonu ərazisində “watsapp qısa anı mesajlaşma vasitəsilə əlaqə saxlayaraq “Milliön” vasitəsilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa X10 və Şahid3 da daxil olmuşdur. Qrup üzvlərinə keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Baş İdarəsinin inzibatı binasından çıxan zaman keçiriləcək əməliyyat tədbirində iştirak etmələri üçün 2 nəfər hal şahidinin iştirakına zərurət yaranmış, bu məqsədlə baş idarəsinin yaxınlığında piyada hərəkət edən 2 nəfər şəxsə yaxınlaşaraq özünü təqdim etmiş və həmin şəxslərin Şahid4 və Yaşar Mehrəliyev olduqları müəyyən edilmişdir. Bu zaman keçiriləcək əməliyyat-axtarış tədbiri barədə onlara məlumat verərək əməliyyat-axtarış tədbirində iştirak etmələrini xahiş etmişdir. Həmin şəxslər onunla razılaşaraq keçiriləcək əməliyyat-axtarış tədbirində iştirak edəcəklərini demişlər. Bundan sonra əməliyyat qrupunun üzləri ilə birlikdə Təqsirləndirilən şəxs1 olması ehtimal olunan yerə yəni, ünvan 5 ünvanının qarşısına getmiş, xx xxxxxx 2020-ci il tarixə keçən gecə saat 00:40 radələrində həmin ünvanın qarşısında özünü şübhəli aparan xarici görünüşünə görə Təqsirləndirilən şəxs1 oxşar şəxsə yaxınlaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs1 yanında başqa bir nəfər şəxs də olmuşdur. Həmin şəxslərə xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib onlardan anket məlumatlarını soruşduqda onlar özlərini təqdim edib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qəbul edilmiş qərarla tanış edilmiş və hal şahidləri də ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 mütəmadi olaraq narkotik vasitə saxlaması, narkotik maddələrin satışı və dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu demiş və üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində psixotrop maddə metamfetamin və lampa olduğunu bildirmiş və əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən psixotrop maddə metamfetamini və lampanı təqdim etmişdir. Metamfetamin və lampa qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlələri ödəmə sistemi vasitəsi ilə 120 manata aldığını, həmin kütlələri Yasamal rayonu ərazisində yerləşən 158 nömrəli məktəbin yaxınlığıdakı binanın həyətindən götürdüyünü bildirmişdir. Bundan sonra birlikdə baş idarəyə gəlmişlər və Təqsirləndirilən şəxs1 Bakı şəhər Mərkəz Vəkil burosunun vəkillərinin adları olan siyahı təqdim edilmişdir. Təqsirləndirilən şəxs1 istənilən vəkil tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyini demiş və bundan sonra vəkillər dəvət edilərək təqdim edilmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və hər bir iştirakçı tərəfindən ucadan oxunmuş, əlavə və düzəliş olmadığından hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid4 ifadələrində Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 2655 №saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN-ə məxsus “zərflər uçün №7” möhür əksi və “Vət. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş...” yazılar olan 01 ədəd kağız paketdəki 01 ədəd gümüşü bükümdə təmiz çəkisi 1,107 qram ağ rəngli kristalşəkilli kütlə-kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir(0,05 qram təhqiqata sərf edilmiş, qalıq 1,057 qramdır). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2020-ci il tarixli 1693 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojı dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2020-ci il tarixli 1906 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 psixotrop maddə olan metamfetamindən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən dərman preparatı olan preqabalindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkolojı dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop mad-də-lərin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında gös-tə-rilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd edir ki, psixotrop maddə Təqsirləndirilən şəxs1 üzərindən çıxsa da, CM-nin 234.1-ci maddəsinə əsasən həmin vasitəni əldə etmək də cinayət məsuliyyəti yaradır. İş üzrə müəyyən edilir ki, həmin psixotrop maddəni təqsirləndirilən şəxslər birlikdə əldə etmişlər, lakin Təqsirləndirilən şəxs1 üzərində saxlamaqla daşımışdır. Bu səbəbdən psixotrop maddənin yalnız Təqsirləndirilən şəxs1 üzərindən çıxması, həmin psixotrop maddənin birgə əldə etməsi məsələsində Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətini istisna etmir. Ona görə də hər iki şəxsin əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimata Nərimanov Rayon Məhkəməsində baxılarkən, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarından da görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını bildirmişdir. Bununla da əməlini etiraf etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Ona görə də cəzanın növü müəyyən edilərkən məhkəmə nəzərə alır ki, CM-nin 34.8-ci maddəsinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Bununla da CM-nin 34.8-ci maddəsi cəzanın növü kimi ciddi cəzanın təyin edilməsini birbaşa müəyyən edir. CM-nin 234.1-ci maddəsindəki daha ciddi cəza azadlıqdan məhrumetmə cəzasıdır, ona görə də məhkəmə həmin növdə cəza təyin edilməsi qənaətinə gəlir. CM-də cəzanın həddini müəyyən edən bəzi maddələr müəyyən edilmişdir (məsələn CMnin 65-ci maddəsinə əsasən cəzanın aşağı həddi müəyyən edib, CM-nin 60, 63-cımaddələrinə əsasən cəzanın yuxarı həddi müəyyən edilib). Lakin CM-nin 34.8-ci maddəsi cəzanın həddini dəqiq müəyyən etmir. Həmin maddəyə əsasən cəzanın həddi CM-də nəzərdə tutulmuş ümumi əsaslarla müəyyən edilməlidir. Hazırkı iş üzrə CM-nin 34.8-ci maddəsinə istinad edib ciddi cəzanın yuxarı həddinə yaxın cəza təyin etmək CM-də müəyyən edilməmişdir. Ona görə də cəza elə təyin edilərkən, CM-nin digər maddələri də ümumi nəzərə alınsın. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Qərarın 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Həmin qərarda həmçinin qeyd edilmşidir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göründüyü kimi Plenum qərarında da qeyd edilmişdir ki, alternativ cəzalar müəyyən edilmişdirsə, onda ciddi cəzanın verilməsi əsaslandırılmalıdır. Yəni alternativ cəzalardan yüngül növdə cəzanın verilməsi üçün yox, ciddi növdə cəzanın verilməsinin əsaslandırılması tövsiyyə edilmişdir. Həmçinin qərarın 3-cü bəndində müəyyən edilmiş ağırlaşdırıcı hallar olsa da belə, həmin bəndin 2-ci abzasında Ali Məhkəmə tövsiyyə etmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bütün yuxarıda qeyd edilənlər nəzərə alınaraq, hazırkı iş üzrə təyin ediləcək cəzanın aşağı həddinin müəyyən edilməsinə səbəb olan hallar da mövcud deyildir. Ona görə hazırkı iş üzrə cəzanın həddini müəyyən etmək üçün CM-nin 8, 41, 58-ci maddələri nəzərə alınaraq, təyin ediləcək həddin son nəticədə CM-nin 9-cu maddəsində müəyyən edilmiş prinsipə zidd olmaması əsas götürülməlidir. Belə ki, həmin prinsipə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Ona görə də məhkəmə hesab edir ki, şəxsə cəza elə həddə təyin edilməlidir ki, həmin hədd şəxsin islah olunması üçün kifayət etsin. Şəxsə onun islah olunması üçün kifayət edən həddən artıq cəzanın təyin edilməsi son nəticədə təyin edilən həmin cəzanın cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşımasına gətirib çıxarar. Beləliklə məhkəmə cəzanın həddini müəyyən edərkən qeyd olunanları nəzərə almışdır. CM-nin 234.1-ci maddəsində daha ciddi cəza olan azadlıqdan məhrumetmə cəzasının aşağı həddi müəyyən edilməyib. Belə olan halda, bu maddə üzrə aşağı hədd CM-nin 55.2-ci maddəsinə əsasən 03 ay müəyyən edilir. Lakin hazırkı iş üzrə 03 ay cəza verilməsi ilə cəzanın məqsədlərinə nail oluna bilməz. Şəxsin əməlində residiv olmadığı üçün hazırkı iş üzrə şəxsə 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilməsi isə, son nəticədə həmin şəxsi adi residiv üzrə cəza təyin edilən şəxslə eyniləşdirmiş olar. Bu isə cəza təyin etmənin ümumi əsaslarına və ədalətlilik prinsipinə ziddir olar. Ona görə də bütün hallar nəzərə alınmaqla məhkəmə təqsirləndirilən şəxsə həmin həddən də aşağı həddə, yəni 09 ay azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Bu həddən də artıq cəzanın təyin edilməsi üçün əsaslandırma aparıla bilmir. Bu həddən də artıq həddə cəzanın təyin edilməsi üçün məhz CM-də nəzərdə tutulmuş digər əsaslandırma hazırkı cinayət işi üzrə mövcud deyildir. Cinayət prosesi iştirakçılarının da bu həddən artıq həddə cəzanın təyin edilməsi üçün həm CM-də nəzərdə tutulmuş əsaslara uyğun, həm də cəzanın yuxarı həddə təyin edilməsini müəyyən edən konkret əsaslandırması mövcud deyildir. Ümumi sözlərlə ifadə edilmiş fikir əsaslandırılmış hesab edilə bilməz, Əsaslandırma və dəlillər CM-nin müvafiq maddələrində nəzərdə tutulmalıdır. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxx 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Yasamal MKTB 61 saylı MKİS-in xx.xx.2020-ci il tarixli arayışına əsasən X4 rayonu M.Muxtarov küçəsi dalan 3, ev 9-da atası Ş.Quliyev, anası S.Quliyeva, qardaşı M.Quliyevlə birlikdə yaşayırlar. Həmin tarixli xasiyyətnaməyə əsasən X13 barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. İş materiallarında olan Binəqədi MKTB 45 saylı MKİS tərəfindən təqdim edilmiş arayışa əsasən Kərimov X9 rayonu 3-cü mədən, korpus 120, ev 98-də atası S.Kərimov, anası M.Kərimova, qardaşı Ş.Kərimovla birlikdə yaşayırlar, onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, cavan olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə xx.xx.2020-ci il tarixdə tutulmuş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin olunmuş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv olunmuş, təqdimat və vəsatət qismən təmin olunmuş, Təqsirləndirilən şəxs1 barəsində «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Hazırkı vaxtadək həbsdədir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə xx.xx.2020-ci il tarixdə tutulmuş, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilməmiş və o, dərhal həbsdən azad edilmişdir. xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı, dərman vasitəsi, psixotrop maddənin istifadəsi üçün düzəldilmiş predmet məhv edilməli,iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxslərdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 08 ay 28 gün (səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 08 ay 28 gün (səkkiz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı andan, yəni xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş 109,90 manat xərcin 54,95 manat (əlli dörd manat 95 qəpik) hissəsi Təqsirləndirilən şəxs1 tutulub dövlət nəfinə keçirilsin, 54,95 manat (əlli dörd manat 95 qəpik) hissəsi Təqsirləndirilən şəxs2 tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan qalıq çəkisi 1,057qram qalmış psixotrop maddə metamfetamin, 04 kapsul qalmış preqabalin dərman preparatları, bir ədəd lampaya bərkidilmiş boru formasında predmet hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X6 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 06 saylı vəkil bürosunun vəkili X5 ödənilmək üçün 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 06 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-215/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-215/2020
18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver