Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-215/2023 01.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:45 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 24 iyun 2022-ci il tarixdə saat 13:00 radələrində qəlyançı kimi işlədiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 88 ünvanında yerləşən «Maşa Launge» restoranında iş rejimini pozaraq istintaqa məlum olmayan müştərilərin istirahətini pozaraq özünün müstəsna şəxsiyyət olduğunu, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü ictimai qaydaya qarşı və cəmiyyətin fövqündə qoymaqla, insanların ictimai və şəxsi mənafelərinə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxslər üzərində zor tətbiq olunması ilə müşayiyət edilən qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs barəsində həqiqətə uyğun olmayan şayiələr yayması səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunu əli ilə başının sol hissəsinə vurub, sol alın-gicgah nahiyyəsinin hematoması (yumşaq toxumaların arasına qan yığılması) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 88 ünvanında yerləşən «Maşa Lauge» restoranında işləyərkən tanımış, Rafiq həmin restoranda ofısant kimi işləmişdir. Belə ki, o, təxminən 8 ay bündan əvvəl Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 88 ünvanında yerləşən «Maşa Lauge» restoranında qəlyançı kimi işə başlamışdır. 24 iyun 2022-ci il tarixdə saat təxminən 13:00 radələrində işdə olduğu zaman ofisant Zərərçəkmiş şəxsla onun barəsində xoşa gəlməz sözlər deməsini aydınlaşdırması ilə bağlı mübahisələri yaranmışdır. Bu zaman Raqifin sifətindən sadəcə itələmişdir, lakin onu vurmamışdır və Raqif müvazinatinı saxlaya bilməyərək yerə yıxılmışdır. Daha sonra oradan restoranın qəlyan otağına keçmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxslə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında hadisənin baş vermə səbəbinin aydınlaşdırılması ilə bağlı verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin günü iş yoldaşları olan bir qızın ağladığını gördükdə ondan bunun səbəbini soruşmuş və o, ağlamasının səbəbi kimi Raqif adlı iş yoldaşlarının onunla mübahisə etdiyini bildirmişdir. Bundan sonra o, Raqifə yaxınlaşıb ondan izahat tələb etdikdə Raqif ona “sən kimsən ki, sənin arvadındı məndən gəlib izahat tələb edirsən” dedikdən sonra o, bir azərbaycanlı kişisi olaraq qadına göstərilmiş hörmətsizliyə dözməyərək əsəbləşmışdir və onu əli ilə itələmişdir. Eyni zamanda bildirmişdir ki, tutulduqdan sonra növbəti gün yəni 31 dekabr 2022-ci il tarixdə saat 13:00 radələrində barəsində “başqa yerə getməmək haqqqında iltizam qətimkan” tədbiri seçilməklə azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsini və ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı hissədə məhkəmə istintaqında verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, təqsirləndirildiyi cinayət əməlini etiraf edərək cinayətin törədilmə yerini, vaxtını, səbəbini, üsulunu və nəticəsini ətraflı şəkildə göstərmişdir. Təqsirləndirilən şəxsin qeyd edilənlərlə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət işinin həqiqi hallarına və materiallarına uyğun olduğundan, o cümlədən obyektiv həqiqəti əks etdirdiyindən onun məhz ibtidai istintaq zamanı verdiyi ifadəsi mötəbər sübut kimi qəbul edilməli və qiymətləndirilməlidir. Məhkəmə istintaqında elan olunub tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini etiraf edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs işlədiyi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 88 ünvanında yerləşən «Maşa Lauge» restoranında işləyərkən tanımış, Rafiq həmin restoranda ofısant kimi işləmişdir. Belə ki, o, təxminən 08 ay bündan əvvəl Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 88 ünvanında yerləşən «Maşa Lauge» restoranında qəlyançı kimi işə başlamışdır. 24 iyun 2022-ci il tarixdə saat təxminən 12:00 radələrində işdə olduğu zaman ofisant Zərərçəkmiş şəxsla onun barəsində xoşa gəlməz sözlər deməsini aydınlaşdırması ilə bağlı mübahisələri yaranmışdır. Bu zaman zənn etmirsə əli ilə Raqifin sifətindən itələmiş və Raqiq müvazinatını saxlaya bilməyərək yerə yıxılmışdır.Mübahisənin təxminən 3-5 dəqiqə çəkdiyini, həmin vaxt orada xatırlamadığı şəxslərin olmasını bildirmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, hadisə yerinə baxış protokolunun və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəyi, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən hərəkətlər etməklə xuliqanlıq cinayətinin törədilməsində təqsiri tam sübuta yetirildi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ofisiant kimi çalışdığı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 88 ünvanında yerləşən «Maşa Lounge» restoranında işləyərkən tanımışdır. Pərviz həmin restoranda qəlyançı kimi işləmişdir. Belə ki, təxminən 01 ildən çoxdur ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 88 ünvanında yerləşən «Maşa Lauge» restoranında ofisant kimi işə başlamışdır, 24 iyun 2022-ci il tarixdə saat təxminən 13:00 radələrində işdə olduğu zaman qəlyançı işləyən Təqsirləndirilən şəxs ilə güya onun barəsində xoşa gəlməz sözlər demələri ilə bağlı mübahisələri yaranmışdır. Bu zaman Pərviz onu nalayiq söyüşlərlə təhqir edərək qəfildən yumruqla bir dəfə sol alın nahiyyəsindən vurmuş və, o, zərbədən yerə yıxılaraq özündən getmişdir. Daha sonra orada olan işçilərdən Cavid və Elnur araya girib ona yardım etmişdirlər və ayırmışdırlar. Hazırda, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Verilmiş suala cavab olaraq zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə günorta nahar vaxtı baş vermişdir, onun tərəfindən Pərvizə qarşı heç bir qeyri-etik hərəkət və ya söz deyilmədiyi halda restoranın daxilində - giriş hissəsində olan qeydiyyat stolunun qarşısında baş vermişdir, səs-küylə müşaət edilən mübahisənin 3-5 dəqiqə davam etmişdir, nahar fasiləsi olduğundan restoranda həmin vaxt nahar edən müştərilər olmuşdur. Verilmiş digər suala cavab olaraq bildirmişdir ki, Pərviz onu yumruqla vurduqdan sonra o, yerə yıxılmışdır və huşunu itirmişdir, iş yoldaşları onu ayıltdıqdan və huşu özünə gəldikdən sonra ətrafda tanımadığı bir çox adamların toplaşmasını (olmasını) görmüşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 2022-ci ilin iyun ayında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 88 ünvanında yerləşən «Maşa Lounge» restoranında ofisiant işləmişdir, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs da həmin vaxt onunla birlikdə restoranda ofisiant işləmişdirlər. xx.xx.2022-ci il tarixdə saat 13:00 radələrində iş yoldaşı Şahid1 ilə birlikdə restoranın qarşısında siqaret çəkmiş, həmin vaxt restorandan səs-küy gəldiyini eşitmiş və tez restorana keçmiş, içəriyə daxil olanda Vaqif Məhərrəmovun zalda yerdə uzanmasını, Pərviz Seyfullayev isə onun yaxınlığında dayanmasını görmüşdür. Raqif özündə olmamış, huşu getmişdir. Onlar Raqifə yaxınlaşıb yerdən qalxızmaq istəyərkən onun sudurqası tutmuşdur. O, Rafiqin dilini qaşıqla çıxarmış, Elnur isə başından tutub köməklik etmişdir. Raqifə su verdikdən sonra özünə gəlmiş və ayağa alxıb paltarlarını dəyişməyə getmişdir. Həmin vaxt onlar başa düşmüşlər ki, Pərvizlə Raqif mübahisə etmiş və Pərviz Raqifi vuraraq xəsarət yetirmişdir. Davanın hansı şəraitdə və nə səbəbə görə baş verməsini görməmişdir. Şahid ona verilmiş suala cavab olaraq bildirmişdir ki, hadisə nahar fasiləsi zamanı baş verdiyindən restoranda nahar edən çoxlu sayda müştərilər olmuşdur, baş vermiş hadisəyə görə oraya tanımadığı adamlar- müştərilər yaxınlaşmışlar. Baş verən hadisə nəticəsində istər-istəməz restoranın fəaliyyətində müvəqqəti narahatçılıq və qısa fasilə yaranmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə Azərbaycan Respublikası CPMnin 329-cu maddəsinə uyğun olaraq iş üzrə şahid qismində keçən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və həmin ifadə əsasında müəyyən edilmişdir ki, o, Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanması və ibtidai istintaq aparılması üçün göndərilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında Yasamal RPİ-nin İŞ-də toplanmış material üzrə İŞ-nin sabiq müstəntiqi Fuad Bağırovun qəbul etdiyi 15 iyul 2022ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar əsassız olduğundan ləğv edilmiş, material üzrə həmin fakta görə Azərbaycan Respublikasın CM-nin 221.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v.1-2). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hadisə ünvan 4 ünvandan yerləşən «Maşa Lounge» restoranında baş vermişdir (i.v. 9). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 628 saylı rəyi ilə təsdiq olunur ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət – sol alın-gicgah nahiyyəsinin hematoması (yumşaq toxumaların arasına qan yığılması) küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gəlmiş olab bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir (i.v.15-16). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2022-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmişdir (i.v.21-22). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 dekabr 2022-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqın aparılması qərara alınmışdır (i.v.26) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.29). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 dekabr 2022-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq dayandırılmışdır. (i.v.45) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (i.v.47) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 dekabr 2022-ci il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaq davam etdirilmişdir. (i.v.48) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 dekabr 2022-ci il tarixli “üzləşdirmə protokolundan” görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və onlar istintaqa verdikləri ifadələrini bir-birinin üzünə qarşı bildirmişlər (i.v.53-55) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 dekabr 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:40 dəqiqədə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.64). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 31 dekabr 2023-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.78-79). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 31 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Yasaml RPİ-nin MSY-dən azad olunmuşdur (i.v.94-96) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 31 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.97) Sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış və üzləşdirmə protokolları, ekspertiza rəyi iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v.112-116) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim edimiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs nəzərdə tutulan cinayəti törətməsi ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi və digər maddi sübutlar, habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda məhkəmə qeyd edir ki, şəxsin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham edilməsi və onun cəzalandırılması üçün həmin şəxsin törətdiyi əməldə cinayət tərkibinin bütün əlamətləri mövcud olması ilə bərabər onun törətmiş olduğu əməl ittiham olunduğu maddənin dispozitiv şərtləri ilə uyğunluq təşkil etməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, hadisə ictimai yer hesab olunan və nahar fasiləsi olduğundan daxildə müştəriləri olan ictimai iaişə obyekti olan restoranda (hər hansı bir bağlı yerində deyil onun giriş hissəsində olan qeydiyyat stolunun qarşısında) baş vermişdir, təxminən 3- 5 dəqiqə aralığında səs-küylə davam etmişdir və bu səbədən orada nahar edən şəxslərin narahatçılığına səbəb olmaqla vətəndaşların istirahət hüquqları və ictimai qayda pozulmuşdur, qısa müddətə olsada restoranın fəaliyyətində fasilə yaranması və iş qaydasının pozulması halı baş vermişdir. Bütün bunlar insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasına gətirib çıxarmışdır. Digər tərəfdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs buna heç bir əsası və haqqı olmadan münaqişənin başlanmasının səbəkarı olmuşdur, zərərçəkmiş Zərərçəkmiş şəxs yaxınlaşaraq ondan özünü üstün şəxs kimi tutaraq izahat tələb etməsi, istədiyi və ya onu qane etməyən cavabı almadıqda isə onu cəzalandırmaq məqsədi ilə vurub yerə yıxmışdır, onun üzərində zor tətbiq etmişdir və nəticədə zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. Restoranda digər şəxslərin olmasını həm təqsirləndirilən şəxs öz ifadəsində (i.v.86), həm zərərçəkimiş şəxs və məhkəmə iclasında şahid qismində ifadə verən Cavid Xəlili bildirmişdirlər. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4-cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslə barışması, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzanı yüngülləşdirən halları və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 dekabr 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməli, şübhəli şəxs qismində saxlandığı müddət islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanmaqla təyin edilmiş islah işləri cəzasından çıxılmalı (Təqsirləndirilən şəxs 30 dekabr 2022-ci il tarixdə, saat 16:40-da tutulmuş, 31 dekabr 2022-ci il tarixdə, saat 13:00-dək təqsirləndirilən şəxs qismində dindirildikdən sonra barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir ki, bu da onun 24 saatadək azadlığın mədudlaşdırılmasına dəlalət etdiyindən onun şübhəli şəxs qismində saxlandığı müddət 01 gün hesabı ilə hesablanmalıdır) islah işləri cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-215/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş və həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 40 saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət (saatlarla hesablama nəzərə alınmaqla) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə dörd gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-215/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-215/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver