Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-215/2025 16.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X10 Məhəmməd qızının sədrliyi, Abdullayeva Məryəm Zaur qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Yevlax rayonu Malbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləmiş, Yelax rayonu, Kövər kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Qurban Səid küçəsi, ev 68-də yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin olumünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 16 avqust 2024-cü il tarixdə, saat 10:09 radələrində «BC» kateqoriyalı sürücülük vəsiqəsi əsasında sürücü kimi işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus texniki cəhətdən saz vəziyyətdə olan **-JE-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı «HD65» modelli furqon tipli avtomobili Bakı şəhəri, Yasamal rayonu C.Cabbarlı küçəsinin 3 nömrəli poliklinikanın qarşısından keçən hissəsində «Nizami» metrostansiyası istiqamətində 25-30 km/saat sürətlə idarə edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozmuş, Qanunun bu tələblərinə əsasən sürücü diqqətini daim dəyişən yol şəraitindən ayırmamalı, sağdan ikinci zolaqda qarşısında hərəkətdə olduğu zolaqda onunla eyni istiqamətdə hərəkətdə olan sürücüsü və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilin sürətini azaldaraq dayanmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobili dayanmış avtomobilə çatmadan dayandırmalı, sağ zolağın 1.1 üfiqi nişanlanma xətti ilə ayrılmasını nəzərə alaraq həmin xətti kəsib keçərək ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olmamalı idi, bu tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək 1.1 üfüqi nişanlanma xəttini kəsərək ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa daxil olaraq sağ səkidən yolun hərəkət hissəsinə daxil olan piyda 1958-ci il təvəllüdlü X4 idarə etdiyi «Hyundai» markalı «HD65» modelli furqon tipli avtomobilin ön hissəsi ilə vuraraq ehtiyatsizlıqdan sonuncunun hadisə yerində ölümünə səbəb olan yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınığı, başın ənsə nahiyəsinin sol yarısının əzilmiş yarası, sol təpə-ənsə nahiyəsinin və sol göz yuvası nahiyəsində qançırları, burun belinin və sol qanadının, üst dodağın sol yarısının, sol yanağın, sağ dirsək oynağının, hər iki dız oynağı nahiyəsinin və sağ baldırın səthi əzilmiş yaraları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirib yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Yevlax rayonu Kövər kəndində qeydiyyatdadır, lakin ünvan 1 ünvanında yaşayır, onun BC dərəcəli sürücülük vəsiqəsi olmaqla ATS Food şirkətində sürücü işləyir, «Hyundai HD65» markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edir və həmin avtomobillə qeyd etdiyi şirkətdən müxtəlif marketlərə çörək daşıyır. 16 avqust 2024-ci il tarixdə saat 05:15-də həmin avtomobilə təxminən 500- 600 kq çörək yükləməklə Sumqayıt şəhərində yerləşən şirkətin çörək zavodundan Bakı şəhərinə yola düşmüş, Bakı şəhəri ərazisində marketlərə çörək paylamış, sonra Yasamal rayonu Nizami metrostansiyasının ətrafında yerləşən marketlərə çörək daşımaq üçün işə başlamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə tək olmuşdur. Həmin gün saat 10 radələrində Yasamal rayonu C.Cabbarlı küçəsi ilə Nizami metrostansiyası istiqamətində təxminən 25-30 km/saat sürətlə 3 cərgəli yolun orta cərgəsi ilə hərəkətdə olmuş, bu vaxt orta cərgədə ondan qarşıda gedən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı minik avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüş, idarə etdiyi avtomobili tormozlayaraq sağa avtobusların hərəkəti üçün ayrılmış, sağ cərgəyə istiqamətləndirmiş ki, qarşıdakı avtomobillə toqquşmadan yayına bilsin. Bu vaxt həmin avtomobildən düşüb yolun sağ kənarında səkidə dayanmış bir qadına nəsə əşya verib dayanmış minik avtomobilə qayıtmaq istəyən kişi piyada onun hərəkət istiqamətinə tərəf çevrilən anda idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə həmin piyadanı vurmuş, zərbədən piyada yolun sağ tərəfinə yaxın yerə yıxılmış, o, həmin anda idarə etdiyi avtomobil dayanmaq üzrə olmuş, təxminən 2 metr tormozda sürüşürək dayanmış, o, dərhal avtomobildən düşüb həmin piyada kişini yolun kənarına çəkmiş, bu vaxt hədisəyə toplaşmış şəxslərdən kimsə təcili yardıma zəng vurmuş, tezliklə təcili yardım avtomobili gəlmiş, tibb heyəti vurduğu piyadaya baxaraq artıq öldüyünü bildirmişlər. O, isə polis əməkdaşları gələnədək hadisə yerində qalmış və polis əməkdaşları gəldikdə sənədlərini təqdim edib, hadisənin necə baş verdiyi barədə məlumat vermişdir. O, idarə etdiyi avtomobillə piyadanı avtobus zolağının ortasında təxminən yolun sağ kənarından mərkəzinə tərəf 1,5 metr məsafədə vurmuş, o, piyadanı vuran anda piyada səkidə olan bir qadına əşya verib iti qaçışla dayanmış avtomobilə tərəf hərəkt edib ona tərəf çevrilən anda vurmuşdur. Həmin piyadanın səkidə dayanmış qadına əşya verib yola daxil olduğu anda, yəni onun üçün təhlükə yarandığı anda idarə etdiyi avtomobillə aralarında təxminən 25 metr məsafə olmuşdur, o, piyadaya siqnal da vermiş, avtomobilin əyləcini sıxsa da, sürüşmə vəziyyətdində dəyərək piyadanı vurmuşdur. Özünü təqsirli bilməsini, gənc olmasını, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan cinayət törətməsini, ailəli olmaqla himayəsində 2 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı şikayətin, tələbinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında yaşayır, mərhum X8 onun atasıdır, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlər nəticəsində vəfat etmişdir. Qeyd olunan tarixdə təxminən saat 10 radələrində X2 rayonu Cəfər Cabbarlı küçəsində yolun ehtiyat hissəsində duraraq taksi sifariş etmiş və taksinin gəlməsini gözləmiş, həmin ərəfədə taksi gələrək yolun hərəkət hissəsində dayanmış, belə ki, həmin yerdə yol bir hərəkət istiqamətli olmaqla bir hərəkət hissəsindən və üç hərəkət zolağından ibarətdir, birinci hərəkət zolağı avtobusların hərəkət yoludur, digər iki hərəkət zolağı isə avtomobillərin hərəkət etdiyi yoldur. Bu səbəbdəndə mərhum atası sifariş etdiyi taksi gələrək avtobus zolağına girməmiş və yolun ikinci hərəkət zolağı üzərində dayanmış, həmin vaxtı mərhum atası da həmin yerdə avrobuslar üçün nəzərdə tutulmuş hərəkət zolağını keçib taksiyə əyləşmək qərarına gəlmiş və hərəkətə edərək avtobus zolağını keçmək istəyərkən bu zaman avtobus zolağında hərəkətdə olmuş, Hyundai HD65” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onu vurmuş, atası Əlovsət Lətifov aldığı xəsarətlərdən elə hadisə yerində ölmüşdür. Baş vermiş hadisə barədə eşidib bilmiş, lakin hadisənin necə və hansı şəraitdə baş verməsini biləvasitə görməmişdir.Şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, X8 onun qohumudur. xx.xx.2024-cü il tarixdə X8 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, C.Cabbarlı küçəsində yerləşən 3 saylı poliklinikaya gələrək müayinə olunmaq istəmişlər. Həmin zaman Əlovsətin həyat yoldaşı da onların yanında olmuşdur. Həmin poliklinikanı bəyənmədikləri üçün Əlovsət ondan getmək üçün taksi sifariş etməsini xahiş etmişdir. O, taksi sifariş etdikdən sonra taksi gəlmişdir. Həmin vaxt Əlovsət sərnişin avtobusu üçün nəzərdə tutulan hərəkət zolağını keçib digər hərəkət zolağında dayanmış taksiyə tərəf getməyə başlamışdır. Yola çıxan anda yük avtomobili Əlovsətə dəymiş və o yerə yıxılmışdır. Bu zaman avtomobili sürücüsü avtomobili saxlamış və avtomobildən düşərək Əlovsətin yanına gəlmişdir. O və Əlovsətin həyat yoldaşı həmin istiqamətdə getmişlər. O, təcili tibbi yardım çağırmış, lakin Əlovsət artıq ölmüşdür. Daha sonra o hadisə ilə bağlı 102 xidmətinə zəng edərək məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gəlmişdirlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli hadisə yerinə keçirilmiş baxış protokolu və fotocədvəldən görünür ki, hadisə Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı küçəsində, asfalt yolun üzərində, yaşayış məntəqəsində baş vermiş, həmin yol Bakı şəhəri Yasamal rayonu Tiblisi prospektindən başlamaqla və şəhərin mərkəzi istiqamətinə davam etməklə Fizuli küçəsinin kəsişməsində bitir. Hadisə yerində həmin yol asfalt örtüyə malikdir və həmin yolda avtomobillərin maksimum hərəkət sürəti 60 km/saatdır. Hadisə baş verən zaman hava yağıntılı, yol isə yağışlı və yaş vəziyyətdə olmuşdur. Yolun hərəkət hissəsinin hər iki tərəfində ehtiyat hissə və ondan sonra isə yaşayış sahəsi yerləşmişdir. Hadisə yerində yolun sağ hərəkət zolağı üzərində, yəni avtobusların hərəkət zolağı üzərində “Hyundai HD65” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin olması, avtomobilin ön tərəf kapotu üzərində yüngül deformasiyalı əziklər olması, yolun sağ zolağında, həmin avtomobilin qarşısında olmaqla yolun asfalt səthi üzərində qanabənzər ləkələrin və həmin yük avtomobilin önündə, 1,10 metr məsafədə, həmin yolun sağ hərəkət zolağı üzərində, perpendikulyar vəziyyətdə, ayaq hissəsi yolun hərəkət hissəsinə, baş hissəsi isə ehtiyat hissəsinin səkisinə toxunmaqla yerdə uzanıqlı vəziyyətdə dayanmış kişi cinsli meyitin olması müşahidə olunmuşdur. “Hyundai HD65” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin piyadanı vurduğu nöqtə baxış keçirildiyi istiqamətdə yolun sağ hərəkət zolağı üzərində yerləşmişdir. Belə ki, sürücü Təqsirləndirilən şəxs “Hyundai HD65” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə Bakı şəhəri, Yasamal rayonu Cəfər Cabbarlı küçəsi ilə üzü Nizami metrostansiyası istiqamətində hərəkətdə olarkən, avtomobili yolun sağ tərəfinə, yəni avtobusların hərəkəti üçün nəzərdə tutulmuş zolağına keçərək hərəkətə davam edən zaman, qarşıdan, yəni yolun sağ tərəf ehtiyat hissəsindən, piyada zolağı olmayan yerdən, yolun hərəkət hissəsinə doğru hərəkətdə olmuş ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1958-ci il təvəllüdlü X6 avtobus zolağında vurmuş, bundan sonra avtomobilin həmin avtobus zolağında qalması, avtomobilin ön kapotu üzərində yüngül deformasiyalı zədə olması, qanabənzər ləkələrin olmaması, avtomobilin önündə asfalt səthi üzərində isə qanabənzər mayenin və piyadanın meyitinin olması müşahidə edilmişdir. “Hyundai HD65” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili piyadanı vurduğu nöqtədən durduğu nöqtəyə kimi isə 8,40 metr məsafə qət etmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs hadisə yerində hərəkət istiqamətini, piyadanı vurduğu yeri, daha sonra avtomobilin piyadanı vurduqdan sonra qaldığı yeri, avtomobilin qarşısında qanabənzər ləkələrin müşahidə olunduğu və vurulmuş piyadanın meyitinin olduğu yerləri göstərərək hadisəni necə və hansı şəraitdə törətməsini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli “Hyundai HD65” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə keçirilmiş baxış protokolundan görünür ki, həmin avtomobilin ön kapotunda piyadanın vurulması nəticəsində batıq olması, avtomobilin yük yerində yük olması, təkərlərin hava ilə dolu, tormoz və sükan sistemi, işıq cihazları, ön, arxa və yan şüşülərin, habelə güzgülərin saz vəziyyətdə, ötürücü qutunun dəstəyinin neytral vəziyyətdə olmaqla avtomobilin texniki cəhətdən saz vəziyyətdə olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan xx.xx.2024-cü il tarixli 2/44340 nömrəli tibb müayinəsi protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:48də müayinədən keçirilərkən ayıq olmuş və alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9-təcrübi Tədris birliyinin Yasamal rayon şöbəsinin məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 89 nömrəli rəyindən görünür ki, X4 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı məhkəmə-tibbi müayinəsi zamanı yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar, kəllə qapağı və əsası sümüklərinin sınığı, başın ənsə nahiyəsinin sol yarısının əzilmiş yarası, sol təpə-ənsə nahiyəsinin və sol göz yuvası nahiyəsində qançırları, burun belinin və sol qanadının, üst dodağın sol yarısının, sol yanağın, sağ dirsək oynağının, hər iki dız oynağı nahiyəsinin və sağ baldırın səthi əzilmiş yaralarında ibarət xəsarətlər aşkar edilmişdir. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X4 ölümünə səbəb-almış olduğu qapalı kəllə beyin travması nəticəsində kəllə sümüklərinin sınıqları ilə müşayiət olunan yumşaq beyin qişası altına və yan mədəciklərə qansızmalar olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanadakı müayinə olunduğu vaxtdan təqribən 2-4 saat əvvələ uyğun gəlir. X4 meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və psixotrop maddələr aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X9-təcrübi Tədris birliyinin Yasamal rayon şöbəsinin məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 849 nömrəli rəyindən görünür ki Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsində bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir Cinayət işinin materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/3262 nömrəli rəyindən görünür ki, Hyundai HD65 markalı. **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 4-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Yevlax RQİBŞ tərəfindən xx.xx.2014cü il tarixdə verilmiş xx.xx.2024-cü il tarixədək etibarlılıq müddəti olan AE seriyalı 212384 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. Həmin sürücülük vəsiqəsinin surəti cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ Qİİ-si tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş BB seriyalı 350993 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhədətnaməsindən görünür ki, **-JE-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı «HD65» modelli furqon tipli avtomobilin mülkiyyətçisi hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdir, ünvanı ünvan 4diyyat şəhədətnaməsinin surəti cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC- tərəfindən təqdim edilmiş sənədlərin surətlərindən görünür ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai HD65” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı yük avtomobili "xxxx" MMC-nin mülkiyyətində olmuş, Təqsirləndirilən şəxs həmin yük avtomobili idarə etməsinə dair "xxxx" MMC-nin yol vərəqəsi və əmri olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BDYPİnin xx.xx.2025-ci il tarixli 3-13-16/2-38076/2025 №-li məktublarından və Yasamal RPİ DYPŞ-nin təqdim etdiyi arayışından görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AE 212884 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib, xx.xx.2024-cü il tarixdə həmin sürücülük vəsiqəsi (xx.xx.2034-cü il tarixədək etibarlı olan) BC 051603 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsinə dəyişdirilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. “Hyundai markalı” ** JE *** dövlət nömrə nişanlı avtomobili idarə etmək üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yol vərəqəsi verilmişdir. **-JE-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı «HD65» modelli avtomobil xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu Nefçilər pospekti ev 153 ünvanda yerləşən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin adına qeydiyyatına alınmışdır və etibarnamə ilə digər şəxslərin istifadəsinə verilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, **-JE-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı «HD65» modelli avtomobil, qanabənzər mayedən 03 ədəd steril pambıqda götürülərək 01 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış qanabənzər maye və 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış, avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmış, qanabənzər maye Yasamal RPİ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, DVD disk isə cinayət işinin materiallarına əlavə edilmışdir. Cinayət işinin materiallarına əlavə edilmiş olmüş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsindən görünür ki, sonuncunun Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və onunla barışmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, ekranda vaxt monitorun üzərində tarix 2024.08.16, 10:09:59 olması, görüntüdə çoxmənzilli yaşayış binalarının arasında 4 zollaqlı bir istiqamətli avtomobil yolunun olduğu müşahidə olunur. Avtomobil yolunun ən sağ zolağı avtobus yoludur. Video görüntünün 2 dəqiqə 40-cı saniyəsində “KİA” markalı avtomobil avtomobil yolunun 3-cü zolağında avtomobilini saxlayır və onun ardında isə “Nissan” markalı avtomobil saxlayır həmin zaman hər iki avtomobilini ardı ilə hərəkətdə olan Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı yük avtomobilinin hərəkət etməsi, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin əyləc sisteminə anidən basaraq idarə etdiyi yük avtomobili ilə avtobus yoluna çıxararaq həmin zaman yəni video görüntüsünün 2 dəqiqə 46-cı saniyəsində mərhum X6 vurması müşahidə olunur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülərlə və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətməklə zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsipi və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində 4 azyaşlı övladının olmasını, gənc olmasını, ailəli olmaqla ailənin qazanc gətirən yeganə şəxsi olmasını, 59.1.11-ci maddəsinə əsasən hadisədən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsini, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını və ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 60-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal RPİ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş qanabənzər mayedən 03 ədəd steril pambıqda götürülərək 01 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış qanabənzər maye hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə digər maddi sübut olan **-JE-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı «HD65» modelli furqon tipli avtomobil isə "xxxx" MMC-yə qaytarılması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaclarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal RPİ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş qanabənzər mayedən 03 ədəd steril pambıqda götürülərək 01 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış qanabənzər maye hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan **-JE-*** dövlət qeydiyyat nişanlı «Hyundai» markalı «HD65» modelli furqon tipli avtomobilin isə "xxxx" MMC-yə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa getməmək haqqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №1(004)-215/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-215/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver