Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-216/2021 05.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İbtidai araşdırma orqanının ittiham aktı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham olunmuşdur. İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 yanvar 2020-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında fəaliyyət göstərən Zərərçəkmiş şəxs8 məxsus köşk tipli mağazanın qapısını dartıb açma yolu ilə qanunsuz köşkə daxil olub oradan 1 ədəd 50 manat dəyərində “Samsung” markalı mobil telefonu, 1 ədəd 83 manat dəyərində “iPhone” markalı mobil telefonları hər biri 16 manat olmaqla 48 manat dəyərində 3 vedrə 5 kq-lıq Tulçinka yağı, hər biri 21 manat olmaqla 84 manat dəyərində 4 kağız qutuda 5 kq-lıq Tulçinka yağı, hər biri 6 manat olmaqla 18 manat dəyərində 03 ədəd Doktorski kolbasa, birinin qiyməti 6 manat olmaqla 18 manat 03 ədəd Telyaçi kolbasa, bir kq 3 manat olmaqla 42 manat dəyərində 14 kq armud qurusu, bir kq 12 manat olmaqla 144 manat dəyərində 12 kq qoz ləpəsi, bir kq 12 manat olmaqla 144 manat dəyərində 12 kq fındıq ləpəsi, bir kq 5 manat olmaqla 25 manat dəyərində 5 kq yerli pendir, bir kq 10 manat olmaqla 50 manat dəyərində 5 kq nehrə yağı, bir kq 15 manat olmaqla 45 manat dəyərində 3 kq «Jako» şokoladı, hər biri 5 manat olmaqla 20 manat dəyərində 4 şüşə 0,5 litrlik araqlar, hər bir bloku 14 manat olmaqla 28 manat dəyərində 02 blok Cavallo markalı siqaret, hər bir qutunun qiyməti 7 manat olmaqla 28 manat dəyərində 04 qutu şokolad, 13 manat dəyərində 01 kq assorti şokolad, qəpiklərdən ibarət olan 7 manat pulu gizli alaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 847 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 yanvar 2020-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Qanlı göl” yaşayış massivi qərb sahili, 92 ünvanında yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evinin daş hasarını aşmaqla qanunsuz həyətə daxil olaraq həyətində yerləşən tövlədən ümumi dəyəri 800 manat olan 5 ədəd 3 metr uzunluğunda dəmir şvelleri, 8 ədəd 2x1,5 metr ölçülü dəmir listi, 3 metr uzunluqda 60 ədəd dəmir uqolniki, 3 metr uzunluqda 40 ədəd 82 diametrli dəmir borunu, bir ədəd 3x1,5 metr ölçülü aliminium pəncərəni gizli alaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 800 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 fevral 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanda fəaliyyət göstərən "Pony Kids" uşaq geyimləri mağazasının şüşə qapısının kilidlərini dəmir parçası ilə sındırmaqla qanunsuz mağazaya daxil olaraq orada olan şkafın siyirməsindən 200 manat pulu gizli alaraq talayıb Zərərçəkmiş şəxs2 200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 fevral 2020-ci il tarixdə saat 02 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs6 məxsus «Hyundai Elantra» markalı AZ **-TJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük hissəsindən 01 ədəd 20 manat dəyərində tibbi çantanı, 1 ədəd 25 manat dəyərində yanğınsöndürmə balonunu, daha sonra avtomobilin salonunda olan “bardaçok” adlanan sandıqçadan 500 ABŞ dolları-milli pul ekvivalenti ilə 850 manat və 50 Türk lirəsi- milli pul ekvivalenti ilə 14,065 manat pulu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs6 ümumilikdə 909,065 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 aprel 2020-ci il tarixdə saat 01 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs5 məxsus “Nissan Juke” markalı, AZ **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol qapısının şüşəsini sındırmaqla avtomoblin salonundan 1000 manat dəyərində 585 əyarlı, 9 qram çəkidə qızıldan hazırlanmış qol saatını və 650 manat dəyərində 750 əyarlı, 2 qram çəkidə qızıldan hazırlanmış klonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1650 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 aprel 2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1 ünvanında yerləşən İMU-nun yataqxanasının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus «Chevrolet Aveo» markalı, AZ **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq şüşəsini sındırmaqla salonda olan 1000 manatı və 100 ABŞ dolları-milli pul ekvivalenti ilə 170 manat pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 1170 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 iyun 2020-ci il tarixdə saat 02 radələrində ünvan 6 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus «Nissan March» markalı, AZ **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsini sındırmaqla avtomobilin salonundan 170 manat dəyərində videoregistrator, 500 manat dəyərində «Samsung A5» markalı mobil telefonu, 150 manat dəyərində qadın ətrini, 95 manat dəyərində optik eynəyi, 60 manat dəyərində «Nike» markalı idman ayaqqabısını, 60 manat dəyərində kosmetik əşyaları gizli olaraq talamaqla Zərərçəkmiş şəxs4 ümumilikdə 1035 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 dekabr 2020-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanında yerləşən tövlənin qapısını açıb, qanunsuz tövləyə daxil olaraq oradan hər biri 220 manat olan 02 ədəd xırda buynuzlu heyvanları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 440 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs çıxışında ona ittiham verilmiş cinayət əməllərindən yalnız Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd xırda buynuzlu heyvanları oğurlaması cinayətini törətdiyini, digər cinayət əməllərinin onun tərəfindən törədilmədiyini, polis əməkdaşlarının təkidi və təzyiqi ilə həmin cinayət əməllərinin də onun tərəfindən törədilməsini etiraf etdiyini, lakin digər epizodlar üzrə onun təqsirinin olmadığını, eləcə də ittiham aktı ilə yalnız iş məhkəməyə verildikdən sonra məhkəmə bildirişi ilə birlikdə ona təqdim edildikdə tanış olduğunu, beləliklə də istintaq orqanı tərəfindən ittiham aktının ona təqdim edilmədiyini bildirmişdir. Bundan başqa ibtidai istintaq zamanı ona təqdim edilmiş müdafiəçi formal xarakter daşımaqla, onunla heç vaxt konfidensial görüş keçirməmiş, vəkil heç vaxt onun yanına saxlanıldığı təcridxanaya gəlməmişdir. Təqsirləndirilən şəxs şifahi vəsatət verərək ibtidai istintaq zamanı müdafiə hüququnun kobud şəkildə pozulması səbəbiylə barəsində olan hazırki cinayət işinin baxılmasına xitam verilməsini və iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən təqsirləndirilən şəxsin müdafiəçisi X7 da hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs mövqeyindən çıxış edərək cinayət işinin baxılmasına xitam verilməsini və işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı vəsatətlə müraciət edərək bildirmişdir ki, müstəntiq tərəfindən cinayət işi üzrə istintaq düzgün aparılmadığına görə Yasamal RPİ-nin İŞ-si tərəfindən gəlinmiş nəticəyə etiraz edir. Belə ki, cinayət işində çəkiliş olmuş, cinayəti törədən şəxslər isə 3 nəfər olmuşdur, lakin buna baxmayaraq bir nəfər təqsirləndirilən məhkəməyə verilmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs3 ərizəsində göstərilən dəlillərə uyğun çıxış edərək ona qarşı oğurluq cinayət əməlinin hazırki Təqsirləndirilən şəxs tərəfindən deyil, başqa şəxslər tərəfindən törədilməsini bildirmişdir. Odur ki, o, göstərilənlərə əsasən cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən iş üzrə Zərərçəkmiş şəxs7 da cinayət işi üzrə aparılmış ibtidai istintaqın gedişatına etiraz edərək bildirmişdir ki, ona məxsus yaşayış sahəsinin hasarlarını adlayaraq şvellerləri oğurlayanlar iki nəfər olmuş və onlardan biri yaşadığı ərazidə hər kəsin tanıya biləcəyi “Qazel” markalı avtomobili olan “Mamed” adlı şəxs olmuşdur. Belə ki, qonşusu şvellerlərin Mamed adlı şəxsə məxsus “Qazel”də daşınmasının şahidi olmuşdur. Hazırki təqsirləndirilən şəxsin isə “Mamed” adlı şəxsi tanıyıb-tanımadığını bilmir, əgər tanıyırsa o halda ikinci şəxs o olmuşdur. Lakin bunu istintaq araşdırmamışdır. Odur ki, o, göstərilənlərə əsasən cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iş üzrə Zərərçəkmiş şəxs4 cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məsələsinin məhkəmənin mülahizəsinə əsasən həll edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs4 həmçinin çıxışında təqsirləndirilən şəxsi ümumiyyətlə görmədiyini, ifadənin yerində yoxlanılmasında təqsirləndirilən şəxsin orada olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 göstərdiklərinə münasibətdə bildirmişdir ki, ifadənin yerində yoxlanılması istintaq hərəkətləri formal xarakter daşımış və o, ümumiyyətlə Zərərçəkmiş şəxs4 məxsus avtomobili görməmiş, yalnız şəklini mobil telefonda ona göstərmişlər. Zərərçəkmiş şəxs4 yaşadığı evin yaxınlığında olarkən ona ot tayasını işarə etməsini bildirib şəklini çəkmişlər, guya ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılır. Bundan başqa o, ibtidai istintaq müddəti ərzində yalnız iki dəfə müxtəlif müstəntiqlər tərəfindən müvəqqəti saxlanılma yerinə etap edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Dövlət ittihamçısı təqsirləndirilən şəxs və zərərçəkmiş şəxslərin çıxışlarında göstərilən xüsusatların məhkəmə baxışının predmeti olduğundan cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair vəsatətlərin rədd edilməsini və işin məhkəmə baxışına təyin edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinlənilmələr keçirərkən tərəfləri dinləyib və cinayət işinin materiallarını nəzərdən keçirib hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrində nəzərdə tutulan kobud qanun pozuntularına yol verilmiş və buna görə də hazırki cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işi materiallarından görünür ki, baş vermiş oğurluq faktlarına görə Yasamal RPİ-nin İŞ-də müxtəlif vaxtlarda 200090457, 200090098, 200096032, 200090174, 200090229, 200090327, 200090104, 200090076, ********* nömrəli cinayət işləri başlanılaraq istintaq aparılmışdır. Həmin cinayət işləri üzrə icraat cinayət törədən şəxslər müəyyən edilmədiyinə görə müxtəlif tarixlərdə qəbul edilmiş qərarlar əsasında dayandırılmışdır. Təqsirləndirilən şəxs 22 dekabr 2020-ci il tarixdə başlanılmış ********* nömrəli cinayət işi üzrə həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 dekabr 2020-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilmiş və barəsində Yasamal Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Yalnız bundan sonra digər faktlar üzrə başlanılmış və Yasamal RPİ-nin İŞ-nin müxtəlif müstəntiqlərinin icraatında olan 200090098, 200096032, 200090174, 200090229, 200090327, 200090104, 200090076, ********* nömrəli cinayət işləri ********* nömrəli cinayət işinə birləşdirilməklə istintaq ********* nömrə altında davam etdirilmişdir. Qeyd olunan cinayət işlərinin əksəriyyətinin ********* cinayət işinə birləşdirilməsinə əsas isə Yasamal RPİ-nin polis bölmələrindən daxil olmuş 29 dekabr 2020-ci il tarixli məktublar olmuşdur. Qeyd olunan məktubların məzmunundan isə müəyyən edilir ki, Təqsirləndirilən şəxs tutulan zaman ifadəsində həmin cinayət əməllərini törətməsini etiraf etmişdir. Halbuki tutulduqdan sonra Təqsirləndirilən şəxs Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Yelmar Vahabova ilkin olaraq 22 dekabr 2020-ci il tarixli şübhəli şəxs qismində verdiyi ifadəsinin, eləcə də ilkin izahatının məzmunundan görünür ki, o, yalnız Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd xırda buynuzlu heyvanları oğurlanması cinayətini törətdiyini bildirmiş və hər hansı digər cinayət əməlini törətməsini etiraf etməmişdir. Daxil olmuş məktublar əsasında dayandırılmış cinayət işləri üzrə icraat təzələndikdən sonra hər cinayət işi üzrə ayrı-ayrı faktlara görə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrin məzmununda da onun digər cinayət əməlini törətməsini etiraf etməsi qeyd edilməmişdir. Belə ki, etiraf faktlarının əksəriyyəti polis bölmələrinin məktublarında əks olunmuşdur. Həmçinin cinayət işi məhkəmədə öyrənilərkən müəyyən edilmişdir ki, ittiham aktı ilə baxılması üçün məhkəməyə verilmiş hazırki ********* nömrəli cinayət işinə ibtidai istintaq zamanı birləşdirilmiş ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi X8 iştirakı ilə Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Orxan Süleymanlı tərəfindən 30.12.2020ci il tarixdə saat 09:30-da ittiham elan olunmuş, həmçinin həmin gün saat 09:40-dan saat 10:20-dək müdafiəçinin iştirakı ilə o, təqsirləndirilən şəxs qismində dindirilmişdir. Eyni zamanda hazırki ********* nömrəli cinayət işinə ibtidai istintaq zamanı birləşdirilmiş ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi X8 iştirakı ilə Yasamal RPİ-nin İŞ-nin baş müstəntiqi Cavid Əhmədov tərəfindən 30.12.2020-ci il tarixdə saat 09:00-da ittiham elan olunduqdan sonra o, həmin gün saat 09:15-dən saat 10:05-dək eyni müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Qeyd olunanlardan belə çıxır ki, ********* nömrəli və ********* nömrəli cinayət işləri üzrə müxtəlif müstəntiqlər tərəfindən müstəqil formada istintaq aparılarkən iş üzrə Təqsirləndirilən şəxs eyni müdafiəçi X8 iştirakı ilə ********* nömrəli cinayət işi üzrə 30.12.2020-ci il tarixdə saat 09:15-dən saat 10:05-dək təqsirləndirilən şəxs qismində müstəntiq Cavid Əhmədov tərəfindən dindirilməkdə olarkən, digər ********* nömrəli cinayət işi üzrə eyni gündə saat 09:30-da başqa müstəntiq Orxan Süleymanlı tərəfindən ona ittiham elan edilib təqsirləndirilən şəxs qismində cəlb edilmiş və saat 09:40-da onun dindirilməsi başlanılmışdır. Bu isə o, deməkdir ki, eyni müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs barəsində eyni vaxtda müxtəlif müstəntiqlər tərəfindən ayrı-ayrı istintaq hərəkətləri aparılmışdır. Bu isə, həm fiziki, həm də məntiqi olaraq mümkünsüzdür. Bu hal isə ona dəlalət edir ki, qeyd olunan istintaq hərəkətləri formal xarakter daşımış, həmin istintaq hərəkətlərinin protokolları isə müdafiəçi kimi işə cəlb edilmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X11 tərəfindən imzalanmışdır. Bu hal, həmçinin ona dəlalət edir ki, təqsirləndirilən şəxsin müdafiəsi formal xarakter daşımaqla onun müdafiə hüququ kobud şəkildə pozulmuşdur. Bundan əlavə, ********* nömrəli cinayət işinin 1-ci cildinin 258-259-cu səhifələrindən görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs 29.12.2020-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Yelmar Vahabov tərəfindən təqsirləndirilən şəxs qismində dindirilərkən müdafiəçisi X8 iştirakı təmin edilməmiş, dindirmə protokolunda müdafiəçi imza etməmiş, həmçinin müdafiəçinin dindirmədə ümumiyyətlə iştirak edib-etməməsinə dair, eləcə də müdafiəçinin aparılan istintaq hərəkəti barədə məlumatlı olub-olmaması, əgər məlumatlı olmuşdursa hansı səbəbdən hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətində iştirak etməməsi barədə müstəntiq tərəfindən heç bir qeyd aparılmamışdır. Belə olan halda, təqsirləndirilən şəxsin müdafiəsi formal olaraq qurulmuş cinayət işləri üzrə Təqsirləndirilən şəxs dindirilməsi zamanı onun hər hansı cinayət əməlini törətməsini etiraf etməsi və bu məlumatların ilkin olaraq əsasən Yasamal RPİ-nin polis bölmələrinin məktublarında əks olunması, həmin məlumatlar əsasında isə dayandırılmış cinayət işləri üzrə icraatların təzələnməsi kimi xüsusatlar məhkəməyədək icraat zamanı aparılmış həmin istintaq hərəkətlərinin mötəbərliliyinə dair məhkəmədə kifayət qədər şübhə yaradır. Məhkəmənin hazırlıq iclası zamanı Dövlət ittihamçısı cinayət işi üzrə aparılmış istintaq hərəkətlərinin vaxtlarının üst-üstə düşməsinin texniki səhv olaraq qəbul edilməsinə dair dəlilinə münasibətdə isə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəsinə cinayət təqibi başlandığı vaxtdan formal yanaşmış müdafiəçi X8 iştirakı ilə sonda ona yenidən 22.04.2021-ci il tarixdə bütün epizodlar üzrə ittiham verilməsi onun pozulmuş müdafiə hüququnu aradan qaldırmır. Bundan başqa təqsirləndirilən şəxsin hazırlıq iclası zamanı göstərdiyi xüsusatların yoxlanılması məqsədilə məhkəmə tərəfindən Təqsirləndirilən şəxs saxlanıldığı Bakı İstintaq Təcridxanasına sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq məhkəməyə daxil olmuş 23 iyun 2021-ci il tarixli 17/38-4283 nömrəli məktub əsasında müəyyən edilmişdir ki, həbs edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 29.12.2020ci il tarixdən 05.01.2021-ci il tarixədək, 23.02.2021-ci ildən 26.02.2021-ci il tarixədək, 21.04.2021-ci il tarixdən 30.04.2021-ci il tarixədək Yasamal RPİ-nin MSY-nə keçirilmişdir. Məktubla həmçinin müəyyən edilmişdir ki, Yasamal RPİ-nin müstəntiqi Samir Ağayev 20.04.2021-ci il tarixdə saat 16:50-dən saat 17:55-dək Bakı İstintaq Təcridxanasının istintaq otağında həbs edilmiş şəxs Təqsirləndirilən şəxs ilə təklikdə görüşmüşdür. Qeyd olunan məktubdan göründüyü kimi, təqsirləndirilən şəxsin müdafiəçisi X11 onunla təcridxanada görüşməmiş, hətta müstəntiq Samir Ağayevlə görüş zamanı müdafiəçi iştirak etməmişdir. İş materiallarında isə müstəntiqin hansı əsasla təqsirləndirilən şəxslə müdafiəçinin iştirakı olmadan görüşməsinə və həmin vaxt nə kimi istintaq və ya prosessual hərəkətlərin keçirilməsinə dair sənəd iş materiallarına əlavə edilməmişdir. Bu isə təqsirləndirilən şəxsin müdafiə hüququna birbaşa olaraq toxunan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs hazırlıq iclasında ittiham aktının istintaq orqanı tərəfindən ona təqdim edilmədiyini bildirmişdir. İş materiallarından görünür ki, istintaq zamanı 22 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilərək iş üzrə istintaq yekunlaşdırılmaqla barəsində Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Samir Ağayev tərəfindən 03 may 2021-ci il tarixdə ittiham aktı tərtib edilmiş, həmin ittiham aktı Yasamal rayon prokuroru tərəfindən 08 may 2021-ci il tarixdə təsdiq edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işi məhkəməyə 16 may 2021-ci il tarixdə daxil olmuşdur. Cinayət işi materialları məhkəmə tərəfindən öyrənildikdə həmçinin müəyyən edildi ki, ittiham aktı təqsirləndirilən şəxsə təqdim edilməsi üçün Bakı İstintaq Təcridxanasına 08.05.2021-ci il tarixli məktubla göndərilməsinə baxmayaraq iş materiallarına ittiham aktının ona faktiki olaraq təqdim edilməsinə dair hər hansı təsdiqedici sənəd, məsələn poçt göndərişlərinə dair reyestr, qəbz və s. əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 292.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror təqsirləndirilən şəxsə və onun müdafiəçisinə imza etdirməklə ittiham aktının və ona əlavələrin təsdiq edilmiş surətlərinin təqdim edilməsini təmin etməlidir. Hazırki işdən isə müəyyən edilir ki, ittiham aktının təqsirləndirilən şəxsə göndərilməsinə dair işə əlavə edilmiş məktub formal xarakter daşımışdır. Qeyd olunan hal da təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kimi qiymətləndirilir. Qeyd olunanlarla yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəməyə baxılması üçün təqdim edilmiş 08 may 2021-ci il tarixli ittiham aktı Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs evli olmaqla himayəsində iki azyaşlı övladının olduğunu bildirmişdir. Lakin cinayət işinin istintaqı zamanı müstəntiq tərəfindən onun evli olması qeyd edilməsinə baxmayaraq himayəsində azyaşlı övladının olub-olmaması aydınlaşdırılmamış və onun azyaşlı övladlarının olması Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdiriən hal ittiham aktında qeyd edilməmişdir. Bununla da təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallara düzgün hüquqi qiymət verilməmişdir. Eyni zamanda, ittiham aktının təsviri-əsaslandırıcı hissəsində zərərçəkmiş şəxsi səciyyələndirilən hallar qeyd edilir. Lakin iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs5 xarakterizə edən hallar düzgün göstərilməmişdir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal çıxarışından müəyyən edilir ki, Zərərçəkmiş şəxs5 ata adı “Səidovna”dır. Beləliklə də, cinayət işinin materiallarında və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində zərərçəkmiş şəxsi səciyyələndirilən hallarda Zərərçəkmiş şəxs5ovna əvəzinə Zərərçəkmiş şəxs5 kimi qeyd olunmuşdur. Bununla da, zərərçəkmiş şəxsin şəxsiyyəti düzgün müəyyənləşdirilməmişdir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, iş üzrə zərərçəkmiş şəxs olan Zərərçəkmiş şəxs4 idarə etdiyi “Nissan March” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan şüşəsinin sındırılaraq avtomobildən Zərərçəkmiş şəxs4 məxsus əşyaların oğurlanması göstərilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Nissan March” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X1r. İş materiallarından həmçinin müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 həmin avtomobili X3 tərəfindən 04.06.2019-cu il tarixdə 01 (bir) il müddətinə verilmiş və 04.06.2020-ci il tarixədək qüvvədə olan etibarnamə əsasında idarə etmişdir, hansı ki, 13.06.2020-ci il tarixdə qeyd olunan avtomobildən oğurluq olan zaman Zərərçəkmiş şəxs4 verilmiş etibarnamənin etibarlılıq müddəti bitmişdi. Oğurluq hadisəsi baş verən zaman avtomobilin qabaq sağ yan şüşəsinin sındırılmasına baxmayaraq istintaq zamanı avtomobilin sahibi olan Pərviz Abdullayevin ifadəsi alınaraq avtomobilə dəymiş ziyanla bağlı şikayətinin olub-olmaması aydınlaşdırılmamışdır. Dolayısı ilə zərərin faktiki olaraq kimə vurulması konkret olaraq yoxlanılmamışdır. Qeyd olunan hallar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması və ittiham aktının düzgün tərtib edilməməsi ilə nəticələnmişdir. Beləliklə işə məhkəmə hazırlıq iclasında baxılarkən ibtidai araşdırma orqanı tərəfindən məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 303.3.1 və 303.3.6-cı maddələrinə əsasən yuxarıda sadalanan aradan qaldırılmayan kobud pozuntulara yol verildiyi müəyyən edildi. Həmin pozuntular isə cinayət işinin mahiyyəti üzrə baxılıb qanuni həll edilməsini mümkünsüz edir. Qeyd olunan hal cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsasdır. Belə ki, cinayət qanunun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və “İnsan hüquqları üzrə Avropa Məhkəməsi”nin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqın”da Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifı)” təqsirləndirilən şəxsin hüququdur. Həmin Məcəllənin 289.3.1-ci maddəsinə görə ittiham aktının məzmununda cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar, 289.3.5-ci maddəsinə görə zərərçəkmiş şəxsi səciyyələndirən hallar, 289.3.6-cı maddəsinə görə isə təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar göstərilməlidir. Həmin Məcəllənin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və 303.3.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq həmin Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kobud pozuntu kimi qiymətləndirilmişdir. 301.1.1-ci maddəyə görə isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətin materialında məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar olmadıqda, həmçinin CPM-nin 301.1.2-ci maddəsinə əsasən ittiham aktının, məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunda və ya xüsusi ittiham qaydasında şikayətin prosessual formasına riayət edildikdə və CPM-nin 301.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəməyədək icraat həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulara yol verilmədən aparıldıqda, məhkəmə baxışı məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmənin müvafiq qərarı ilə təyin edilir. Lakin hazırda cinayət işi üzrə CPM-nin 303.3-cü maddəsində nəzərdə tutulmuş, yuxarıda sadalanan pozuntular olduğundan, məhkəmə baxışını təyin etmək mümkün deyildir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin aşağıdakılara dair qərar çıxarır: 306.1.1. təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; 306.1.2. qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; 306.1.3. təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: 1. ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda; 2.cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə. Məhkəmə hazırlıq iclası zamanı dövlət ittihamçısı şifahi vəsatətlə müraciət edərək cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 22 may 2021-ci il tarixdə başa çatması nəzərə alınaraq onun həbsdə saxlanılma müddətinin 2 (iki) ay uzadılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X7 həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatətin rədd edilməsini məhkəmədən xahiş etdilər. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs4 həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdılar. Məhkəmə tərəfləri dinləyib və cinayət işinin materiallarını nəzərdən keçirib belə hesab edir ki, Dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatəti təmin edilməlidir. Belə ki, hazırkı iş üzrə müəyyən edilir ki, Yasamal Rayon Məhkəməsinin 24.12.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22.12.2021-ci il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həmin məhkəmənin 17 mart 2021-ci il tarixli qərar ilə həbsdə saxlanılma müddəti 2 ay olmaqla, 22 may 2021-ci il tarixdək uzadılmışdır. İttiham aktı 08 may 2021-ci il tarixdə təsdiq edilməsinə baxmayaraq 16.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 22 may 2021-ci il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmənin hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə cinayət işi ibtidai istintaqa qaytarıldığı vaxtda həbsdə saxlama müddəti bitdiyi üçün həmin müddət uzadılmalıdır. Məhkəmə bu müddətin, hazırki qərar qəbul edildiyi vaxtdan, yəni 05 iyul 2021-ci il tarixdən hesablanmaqla 2 ay müəyyən edilməsini mümkün hesab edir. Göstərilənlərə əsasən məhkəmə həbsdə saxlanılma müddətinin uzadılmasına dair dövlət ittihamçısının və həbs qətimkan tədbirinin uzadılmasına etiraz edən müdafiə tərəfinin vəsatətlərini cinayət işinin materialları ilə birlikdə araşdıraraq, həmçinin Təqsirləndirilən şəxs azadlıqda qalacağı təqdirdə cinayət prosesini həyata keçirən orqandan gizlənmək, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməklə ibtidai istintaqın normal gedişinə mane olmaq və əvvəllər də eyni növ cinayət əməlinə görə məhkum olunub cəzasının başa çatmamasına baxmayaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli yenidən törətməsi kimi ehtimalların real olmasını və bu ehtimalların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, həbsdə saxlanılma müddətinin uzadılmasına dair dövlət ittiamçısının şifahi vəsatəti təmin edilməli və Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay olmaqla, 05 sentyabr 2021-ci il tarixədək uzadılmalıdır. Qeyd edilir ki, Azərbaycan Respublikası CPM-nin 300.3-cü maddəsinə görə Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə həmçinin məhkəməyədək icraat zamanı bu Məcəllənin 303.3-cü maddəsində göstərilən kobud pozuntulara yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi X13, baş müstəntiqləri X9 və X6 barələrində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarılmalı və qərar icra edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə göndərilməlidir. Eyni zamanda, iş üzrə ibtidai istintaq zamanı dövlət hesabına müdafiəçi qismində işə cəlb edilmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X11 barəsində fəaliyyəində yol verdiyi kobud pozuntulara müvafiq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına məlumat verilməlidir. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, məhkəmənin hazırlıq iclaslarında Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat ona ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 299, 300, 303, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ :
1. Cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin şifahi, iş üzrə Zərərçəkmiş şəxs3 yazılı vəsatətləri təmin edilsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Dövlət ittihamçısı cinayət işi üzrə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatəti təmin edilsin və Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 05 sentyabr 2021-ci il tarixədək uzadılsın.
4. Qətimkan tədbiri ilə bağlı hissədə qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin.
5. Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat ona ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün.
6. Qərarın surəti dövlət ittihamçısına, zərərçəkmiş şəxslərə, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilsin.
7. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir, qərardan apellyasiya şikayəti və protesti verilə bilməz.
Hakim: Günel Əkbərli