Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-216/2023 25.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Bakı Şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmamış, işləməyən, subay, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 36, mənzil 14-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurub dələduzluq etmişdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 «BP Azərbaycan» şirkətinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2021-ci ilin dekabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən «Böyük Fırat» Restoranının yaxınlığında hissə-hissə olmaqla cəmi 6500 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olanan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs3 6500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 «BP Azərbaycan» şirkətinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, sonuncunun etibarından suiistifadə etməklə 12 dekabr 2021-ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək olan müddət ərzində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən «Böyük Fırat» Restoranının yaxınlığında hissə-hissə olmaqla cəmi 6500 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olanan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs2 6500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncunun qayınatası Zərərçəkmiş şəxs5 oğlunu «BP Azərbaycan» şirkətinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2021-ci ilin dekabr ayının ortalarında ünvan 1 ünvanda yerləşən «Alov» zavodun yaxınlığında Zərərçəkmiş şəxs5 oğlu Zərərçəkmiş şəxs4 5000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 vasitəsilə sonuncunun qaynı Zərərçəkmiş şəxs4 «BP Azərbaycan» şirkətinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, sonuncunun etibarından sui-istifadə etməklə 2021-ci ilin dekabr ayının ortalarında ünvan 1 ünvanda yerləşən «Alov» zavodun yaxınlığında 5000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs4 5000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 «BP Azərbaycan» şirkətinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, sonuncunun etibarından suiistifadə etməklə 2021-ci ilin dekabr ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən «Böyük Fırat» Restoranının yaxınlığında 4000 manat, 2022ci ilin yanvar ayının ortlarında həmin ünvanda 680 manat pulunu alıb ələ keçirməklə, vahid niyyətlə əhatə olanan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs1 4680 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun tanışıdır. Onun Məryam xanım adında tanışı var. Həmin xanım əvvəllər “BP Azərbaycan” şirkətinə işləmişdir. 2021-ci ilin noyabr ayında Xəyal ona “Metak” şirkətində işlədiyini və əmək haqqısının yaxşı olmadığını demişdir. Bundan sonra Xəyala “BP Azərbaycan” şirkətinə kadrlar şöbəsində çalışan Məryəm adı tanının vasitəsi ilə onu həmin şirkətə işə düzəldə biləcəyini bildirmişdir. Daha sonra o Xəyala demişdir ki, əgər pul müqabilində “BP Azərbaycan” şirkətinə işə düzəlmək istəyən tanışlarını gətirsin onun həmin şirkətə isə pulsuz düzəldər. 2021-ci ilin dekabr ayının əvvəllərində Xəyal onunla əlaqə saxlayaraq iş yoldaşı olan Zərərçəkmiş şəxs3 da “BP Azərbaycan” şirkətinə yüksək maaşlı işə düzəltmək lazım olduğunu bildirmiş və o, etiraz etməmişdir. Bundan bir müddət sonra o Xəyalla danışaraq, Elvini 6.500 manat pul müqabilində “BP Azərbaycan” şirkətində çalışan Məryəm adlı tanışının vasitəsilə işə düzəldə biləcəyini bildirmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Xəyal onunla Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən “Böyük Fırat” restoranının yaxınlığında 3.000 manat pulu və Zərərçəkmiş şəxs3 məxsus sənədlərin surətini ona vermişdir. Bundan bir neçə gün keçdikdən sonra Xəyalla əlaqə saxlayaraq Elvinin işə düzəlməsi üçün 3.500 manat məbləğində pulu verilməli olduğunu bildirmişdir. Xəyal onunla bir daha həmin yerdə görüşərək əlavə olaraq 3.000 manatı ona vermiş, bir neçə gün sonra isə Elvin özü qalan 500 manatı şəxsən ona vermişdir. O, Elvindən aldığı 6500 manat puldan heç kimə hər hansı məbləğdə pul verməmişdir. Bundan başqa, Xəyal onunla yenidən əlaqə saxlayaraq tanışı Zərərçəkmiş şəxs2 də eyni qaydada “BP Azərbaycan” şirkətinə işə düzəltməyini xahiş etmiş, o da yenə də Məryəm adlı tanışının vasitəsilə 6.500 manat müqabilində işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlamış və o, Ruslana 6500 manat pul müqabilində işə düzəldəcəyini vəd etmişdir. Beləliklə 2021-ci ilin dekabr ayının ortalarında Zərərçəkmiş şəxs2 və Xəyal onunla əlaqə saxlayaraq tələb edilən pulu hazır etdiyini bildirmişlər. Onlar üç dəfə Bakı Dövlət Universitetinin yaxınlığındakı “Böyük Fırat” restoranının yaxınlığında və orada Ruslan ona 3.000 manat, 3.000 manat və 500 manat şəklində olmaqla, ümumilikdə 6.500 manat pul vermişdir. Lakin o, aldığı pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan əlavə Xəyal onunla əlaqə saxlayaraq, qaynatası Zərərçəkmiş şəxs5 oğlunu da həmin şirkətə sürücü vəzifəsinə işə düzəltməyimi xahiş etdi, onu da 2500 manat pul müqabilində sürücü işinə düzəldəcəyimi vəd etmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Xəyal “20 Yanvar” metro stansiyasının yaxınlığına Xəyal ona 2000 manat pul vermişdir. Bu məbləği də şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan əlavə Xəyal onunla əlaqə saxlayaraq, qaynı Zərərçəkmiş şəxs4 da həmin şirkətə sürücü vəzifəsinə işə düzəltməyini xahiş etmiş, lakin bu məsələ ilə bağlı o Turala heç bir vəd verməmiş və pul almamışdır. Bundan əlavə Zərərçəkmiş şəxs1 onun özünün işə düzəlməsi ilə bağlı pul almamışdır. Əlavə olaraq bildirmişdir ki, o özünü Prezident Administrasiyasında çalışan şəxs kimi təqdim etməmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olduğunuğu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəyərək onlarla barışmasını, himayəsində bir azyaşlı övladının olmasını nəzərə alaraq məhkəmədən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2021-ci ilin yay aylarında Orucla tanış olan zaman Oruc özünün Prezident Administrasiyasında çalışdığını bildirmişdir. 2021-ci ilin noyabr ayında Oruca “Metak” şirkətində çalışdığını bildirmiş, Oruc isə ona Məryam adlı tanışının vasitəsi ilə onu aylıq 1800-2000 manat əmək haqqısı olan “BP Azərbaycan” şirkətinə işə düzəlməyinə köməklik göstərə biləcəyini bildirmişdir. Bundan qısa müddət keçdikdən sonra “Metak” şirkətində onunla çalışan dostları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 Orucun təklifi barədə danışmışdır. Onlar da “BP Azərbaycan” şirkətində əmək haqlarının daha yüksək olduğunu nəzərə alaraq, həmin şirkətə işə düzəlmək istədiklərini bildirmişlər, o da bu barədə Oruca məlumat vermişdir. Bundan sonra Elvin və Ruslanı Orucla tanış etmişdir. Tanışlıq zamanı da X1 çalışdığını onlara da bildirmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs3 Orucun ondan 6.500 manat tələb etdiyini ona demiş və ondan Orucla görüşə getməyini xahiş etmişdir. Görüş zamanı Oruc Elvini həmin şirkətdə hidravlik vəzifəsinə işə düzəldəcəyini bildirərək, onun da işdən çıxmasını tələb etmişdir. Bundan sonra Elvin Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən “Böyük Fırat” restoranının yaxınlığında ilkin olaraq 3.000 manatı Oruca vermişdir. Bundan 2-3 gün sonra Oruc Elvinlə əlaqə saxlayaraq pulun qalanının da verilməli olduğunu, əks halda Elvinin işə düzəlmə məsələsinin alınmayacağını, “BP Azərbaycan” şirkətindəki bu işi həll edəcək şəxslərə pulun tam şəkildə verilməli olduğunu bildirmiş və Elvin qalan məbləği də 3.000 manat və 500 manat olmaqla, həmin ünvanda onun iştirakı ilə Oruca vermiş və Orucun tələbi əsasında çalışdığı işdən çıxıbdır. Bundan qısa müddət sonra digər iş yoldaşı Zərərçəkmiş şəxs2 də Orucla danışdığını, sonuncunun onu “işə keyfiyyət şöbəsi”nə düzəldəcəyini vəd edərək 6.500 manat pul tələb etdiyini və özünün də bu təkliflə razılaşaraq həmin pulu vermək istədiyini bildirmişdir. O da ona etiraz etməyərək, 2021-ci ilin dekabr ayının 12-də Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən “Böyük Fırat” restoranının yaxınlığında Ruslanla birlikdə Orucla görüşmüş, görüş zamanı Ruslan Orucun “BP Azərbaycan” şirkətindəki tanışlarına verməsi üçün tələb etdiyi 6.500 manatı hissə-hissə olmaqla, tam şəkildə və digər sənədləri Oruca vermiş və sonradan əvvəlki işindən çıxaraq gözləməyə başlamışdır. Bundan bir müddət sonra Oruc onunla əlaqə saxlayaraq, onun işinin pulsuz həll edilə bilmədiyini, heç olmasa 4.000 manat verməli olduğumu bildirmişdir. O da onunla razılaşaraq, 4.000 manatı 2021-ci ilin dekabr ayının ortalarında Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən “Böyük Fırat” restoranının yaxınlığında Oruca vermişdir. O, Oruca işə düzəlməyinə köməklik göstərməsi ilə bağlı pulu verdikdən sonra qaynı Zərərçəkmiş şəxs4 və qaynatası Zərərçəkmiş şəxs5 oğluna bu barədə məlumat vermiş, onlar da həmin şirkətə sürücü kimi işə düzəlmək istədiklərini bildirərək, bu işdə onlara Təqsirləndirilən şəxs köməklik göstərə bilib-bilməyəcəyi ilə maraqlanmağını xahiş etmişlər. O da bu barədə Orucdan soruşmuş və Oruc heç bir problem olmadığını, onların işini həll edəcəyi Məryəm xanım vasitəsilə qaynı və qaynatası da hər birini 5.000 manat müqabilində, həmin şirkətə sürücü kimi işə düzəldə biləcəyini bildirmişdir. O da Orucun tələb etdiyi məbləğ barədə həmin qohumlarına məlumat vermişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində qaynı Zərərçəkmiş şəxs4 yaşadığı onunla birlikdə Orucla “20 Yanvar” metrostansiyasının yaxınlığında görüşmüşdür. Görüş zamanı Oruc yenə də həmin şirkətdəki vəzfəli tanışları vasitəsilə qaynı və qaynatasını yüksək maaşla sürücü vəzifəsinə düzəldəcəyini bildirmiş və qaynı Tural özü və atasının işi üçün hər birinə 5.000 manat olmaqla, ümumilikdə 10.000 manatı Oruca vermişdir. Oruc onların hamısının işinin 2022-ci ilin yanvar ayının sonlarına qədər düzələcəyini vəd etmişdi. Həmin zaman gəlib çatdıqda o və adıçəkilən digər tanışları Orucla əlaqə saxlayaraq işin nə yerdə olduğunu soruşduqda, o, işlərin qaydasında olduğunu, lakin onun işə düzəlməyi üçün əlavə olaraq 1.000 manat verməli olduğumu bildirmiş, o isə o qədər pulu olmadığını bildirərək, 680 manat pulu 2022-ci ilin yanvar ayının ortalarında Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən “Böyük Fırat” restoranının yaxınlığında Oruca şəxsən vermişdir. Bundan sonra bir müddət də keçməsinə baxmayaraq, məsələlərin həll edilməməsi ilə bağlı Orucla əlaqə saxlamağa başlamış, o isə heç bir problemin olmadığını, onlardan aldığı ümumilikdə 27.680 manatın Məryəm xanıma çatdığını, işlərin tez bir zamanda həll ediləcəyini bildirmişdir. Lakin bir müddət keçdikdən sonra Orucla əlaqə saxladıqda onun hər dəfə müxtəlif bəhanələr gətirərək sadəcə vaxt qazanmaq istədiyini, onlara verdiyi vədlərlə bağlı heç bir iş görmədiyini gördüklərindən hər biri ondan pulunu tələb etməyə başlamışlar. O, isə yenə də bəhanələr gətirməyə, telelfon zənglərinə cavab verməməyə davam etmişdir. Son olaraq ona dəymiş 4680 manat məbləğində zərərdən qalıq qalmış 4150 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o «Metak» şirkətində işləyir, Zərərçəkmiş şəxs1 isə onun iş yoldaşıdır. 2021-ci ilin noyabr ayının sonlarında Xəyal ona Prezident Administrasiyasında işləyən Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və Orucun vasitəsi ilə onu “BP Azərbaycan” şirkətinə daha yaxşı əmək haqqı ilə işə düzəldə biləcəyini təklif etmiş, o isə razılıq vermişdir. Bundan sonra Xəyal bu barədə Orucla danışdan sonra ona bildirmişdir ki, Orucun həmin şirkətdə yüksək vəzifədə çalışan Məryəm adlı şəxsin vasitəsilə 6.500 manat müqabilində onu həmin şirkətə “işə keyfiyyət şöbəsinə” aylı əmək haqqısının 1.800-2.400 manat olan işə düzəldə biləcəyini demişdir. O, da Orucun təklifi ilə razılaşdığını bildirərək Orucla görüşmüşdür. Görüş zamanı Oruc özünün Prezident Administrasiyasinda işlədiyini, atasının ehtiyatda olan general olduğunu, bundan əlavə “BP Azərbaycan” şirkətinin kadrlar idarəsinin müdiri olan Məryəm adlı şəxsin qohumu olduğunu bildirirmişdir. 12 dekabr 2021ci il tarixdən 23 dekabr 2021-ci il tarixədək olan müddət ərzində Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən “Böyük Fırat” restoranının yaxınlığında Orucla görüşmüş və ona tələb etdiyi 6.500 manatı hissə-hissə olmaqla, yəni 3.000 manat, 3.000 manat və 500 manat olmaqla, ümumilikdə 6.500 manat pulu, əmək kitabçasını və digər sənədlərin surətini təqdim etmişdir. Oruc onun işdən çıxmalı olduğunu bildirdiyi üçün çalışdığı «Metak» şirkətindən də işdən çıxmışdır. Ümumilikdə 6.500 manatı verdikdən sonra Oruc ilkin olaraq 2021-ci ilin dekabr ayının sonuna qədər bu məsələnin öz həllini tapacağını bildirmişdir. Orucun vəd etdiyi zaman gəlib çatmağına baxmayaraq, Oruc yerdiyi vədi yerinə yetirməmişdir. Son olaraq ona dəymiş 6500 manat məbləğində zərərdən qalıq qalmış 3500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o «Metak» şirkətində işləyir, Zərərçəkmiş şəxs1 isə onun iş yoldaşıdır. 2021-ci ilin noyabr ayının sonlarında Xəyal ona X2 Uruşanov adlı tanışının olduğunu və Orucun vasitəsi ilə onu “BP Azərbaycan” şirkətinə daha yaxşı əmək haqqı ilə işə düzəldəcəyini bildirmiş, o isə buna razılıq vermişdir. Bundan sonra Xəyal Orucun həmin şirkətdə yüksək vəzifədə çalışan Məryəm adlı şəxsin vasitəsilə 6.500 manat müqabilində onu həmin şirkətə əmək haqqısı 2500 manat olan işə düzəldəbiləcəyini demişdir. Bundan sonra Orucla görüşmüşdür. Görüş zamanı Oruc özünün Prezident Administrasiyasında çalışdığını, atasının ehtiyatda olan general olduğunu, bundan əlavə “BP Azərbaycan” şirkətinin kadrlar idarəsinin müdiri olan Məryəm adlı şəxsin qohumu olduğunu bildirmişdir. Həmin ərəfələrdə özündə tələb edilən məbləğdə pul olmadığını nəzərə alaraq, “Unibank”ın Bakıxanov filialına müraciət edərək 8.000 manat kredit götürmüşdür. 2021-ci ilin dekabr ayının əvvəllərində Xəyyalla birlikdə Bakı Dövlət Universitetinin yaxınlığında yerləşən “Böyük Fırat” restoranının yaxınlığında Orucla görüşərək ona tələb etdiyi 6.500 manatın 3.000 manatını və əmək kitabçası və digər sənədlərin surətini təqdim etmiş, qalan 3.500 manatı isə işə düzəldikdən sonra verəcəyimi bildirmişdir. Bundan 2-3 gün keçdikdən sonra Oruc onunla əlaqə saxlayaraq, qalan 3.500 manat pulunda verilməli olduğunu bildirmişdir. Bundan sonra o, Xəyalın iştirakı ilə həmin ünvanda 3.000 manat və 500 manat olmaqla, hissə-hissə Oruca vermişdir. Ümumilikdə 6.500 manatı verdikdən sonra Oruc ilkin olaraq 2021-ci ilin dekabr ayının sonuna qədər yeni işə çıxacağını bildirmiş, sonradan isə ilin sonu olduğundan işin tam şəkildə 2022-ci ilin yanvar ayı ərzində həll ediləcəyini bildirmişdir. Orucun vəd etdiyi zaman gəlib çatmağına baxmayaraq, Oruc yerdiyi vədi yerinə yetirməmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qaynı, Zərərçəkmiş şəxs5 oğlu isə onun atasıdır. 2021-ci ilin noyabr ayının sonlarında Xəyal ilə söhbət edərkən Prezident Administrasiyasında çalışan Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və onu 5.000 manat müqabilində “BP Azərbaycan” şirkətinə daha yaxşı əmək haqqı ilə işə düzəldəcəyini bildirmişdir. O, da özünün və atası Zərərçəkmiş şəxs5 də həmin şəxsin köməkliyi ilə həmin şirkətə işə düzəlmək istədiklərini bildirmişdir. Bundan sonra Xəyal bu barədə Orucla danışmış və ona Orucun həmin şirkətdə yüksək vəzifədə çalışan Məryəm adlı şəxsin vasitəsilə hər biri üçün 5.000 manat olmaqla, ümumilikdə 10.000 manat müqabilində onu və atasını həmin şirkətə aylı əmək haqqısı 1.500-1.800 olan sürücü vəzifəsinə işə düzəldəbiləcəyini demişdir. Bundan sonra Orucla görüşmüş, görüş zamanı Oruc özünün Prezident Administrasiyasında işlədiyini, atasının ehtiyatda olan general olduğunu, bundan əlavə “BP Azərbaycan” şirkətinin kadrlar idarəsinin müdiri olan Məryəm adlı şəxsin qohumu olduğunu bildirirmişdir. 2022-ci ilin yanvar ayının əvvəllərində Xəyalla birlikdə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən Alov zavodun qarşısında Orucla görüşmüş və ona işə düzəlməyi üçün tələb etdiyi 5000 manatı, əmək kitabçası və digər sənədlərinin surətini təqdim etmişdir. Bundan təxminən 1-2 gün sonra o, yenidən Orucla həmin yerdə görüşmüş və bu dəfə atasının işə düzəlməsi üçün 5000 manat pulu ona vermişdir. Ümumilikdə 10.000 manatı verdikdən sonra Oruc işçi kimi rəsmiləşmələrinin 2022-ci ilin yanvar ayı ərzində həll ediləcəyini bildirmişdir. Orucun vəd etdiyi zaman gəlib çatmağına baxmayaraq, Oruc yerdiyi vədi yerinə yetirməmişdir. Son olaraq ona dəymiş 5000 manat məbləğində zərərdən qalıq qalmış 3000 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun kerəkəni, Zərərçəkmiş şəxs4 isə onun oğludur. 2021-ci ilin noyabr ayının sonlarında Xəyalla söhbət edərkən Prezident Administrasiyasında çalışan Təqsirləndirilən şəxs adlı tanışının olduğunu, Orucun onu 5.000 manat müqabilində “BP Azərbaycan” şirkətinə daha yaxşı əmək haqqı ilə işə düzəldəcəyini bildirmişdir. Həmin zaman o və oğlu Tural Xəyala həmin şəxslə tanış olmaq istədiyini və işə düzəlmək istəyini bildirmişdir. Bundan sonra Xəyal bu barədə Orucla danışmış və demişdir ki, Oruc həmin şirkətdə yüksək vəzifədə çalışan Məryəm adlı şəxsin vasitəsilə hər biri üçün 5.000 manat olmaqla, ümumilikdə 10.000 manat müqabilində onu və oğlunu həmin şirkətə aylıq əmək haqqısı 1.500-1.800 manat olan sürücü vəzifəsinə işə düzəldə bilər. O, da Orucun təklifi ilə razılaşdığlarını bildirmişdir. O, 5000 manat pulu oğlu Turala və kürəkəni Xəyala vermişdir ki, onlar Bakı şəhərində Orucla görüşüb həmin pulu işə düzəlməyi üçün Oruca versinlər. Tural və Xəyal 2022-ci ilin yanvar ayının əvvəllərində “20 Yanvar” metrostansiyasının yaxınlığında Orucla görüşmüşlər və onun işə düzəlməyi üçün tələb etdiyi 5000 manatı vermişlər. Həmin zaman o, avtomobildə olmuş, həmçinin Turalda işə düzəlmək üçün özünə məxsus 5000 manat pulu Oruca vermişdir. O, 5000 manatı verdikdən sonra Oruc işçi kimi rəsmiləşmələrinin 2022-ci ilin yanvar ayı ərzində həll ediləcəyini bildirmişdir. Orucun vəd etdiyi zaman gəlib çatmağına baxmayaraq, Oruc yerdiyi vədi yerinə yetirməmişdir. Son olaraq ona dəymiş 5000 manat məbləğində zərərdən qalıq qalmış 3500 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb etdiyini bildirdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, tanışı Təqsirləndirilən şəxs onu, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və qohumları Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 işə düzəltmə adı ilə onlardab alaraq ələ keçirdiyi pul vəsaitlərinin yəni vurduğu maddi ziyanın 10 min (on min) manatını Təqsirləndirilən şəxs bugün ona şəxsən vermişdir. Maddi ziyanın qalan hissəsi isə hələki ödənilməmişdir. (i.v. 17) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zianın 1500 manat hissəsi ödənilmişdir. Hazırda Orucun ona 3000 manat borcu qalmışdır. (i.v. 95) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zianın 1500 manat hissəsi ödənilmişdir. Hazırda Orucun ona 3000 manat borcu qalmışdır. (i.v. 96) Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zianın 3000 manat hissəsinidə almış hazırda Təqsirləndirilən şəxs ona borcu qalmamışdır. (i.v. 97) Məhkəmə, təqsirləndirilən şəxsin ibtidail istintaq zamanı və məhkəmədə təsdiq etdiyi ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs oğlu tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Təqsirləndirilən şəxs qismən etirafından başqa, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 oğlundan cəmi 2.000 manat aldığını, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 isə hər hansı məbləğdə pul vəsaitinin almadığını bildirsə də, məhkəmə Təqsirləndirilən şəxs bu ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.2 və 178.2.4 maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış şəxsdir. (i.v. 67-68) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli 1(001)- 485/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. (i.v. 69-74) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə” 14 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 123-125) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(004)-216/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş 6500 manat məbləğində ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 6500 manat ziyan dəymişdir və 3000 manat ödənilmiş, 3500 manat ödənilməmiş qalmışdır. Dəymiş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini tələb edir. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X3 atası Təqsirləndirilən şəxsdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin bir qisminə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş şəxslərdən birinin ona qarşı şikayət və tələblərinin olmamasını, himayəsində az yaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 23 iyun 2023-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 23 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Prospekt” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-216/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-216/2023
25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver