Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-216/2025 02.02.2026 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X10, Zərərçəkmiş şəxs X6, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Bərdə rayonu, Kətəlparaq kəndində anadan olmuş, məhkumluğu olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə rayonu, Soğanverdilər kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qala qəsəbəsində yerləşən hərbi hissəsinə gizir vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib inandırıb aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin fevral ayının ortalarında Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən metronun "20 Yanvar” stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs3 5.000 manat, 28 fevral 2023-cü il tarixdə, saat 20:10-da ünvan 2 ünvanında yerləşən "Araz” marketdə quraşdırılmış "Mpay” QSC-yə məxsus “E-manat” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs3 onun bildirdiyi Şahid2 məxsus "xxxx" ASCyə aid 416973*****2132 nömrəli bank hesabına köçürdüyü 1.500 manat pulu əldə edib, 28 fevral 2023-cü il tarixdə, saat 20:11-də ünvan 2 ünvanında yerləşən “Araz” marketdə quraşdırılmış "xxxx" QSC-yə məxsus "E-manat” ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs3 onun bildirdiyi Şahid2 məxsus "xxxx" ASC-yə aid 416973*****2132 nömrəli bank hesabına köçürdüyü 1.000 manat pulu əldə edib, cinayət əməlini başa çatdırıb verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 ümumilikdə 7.500 (yeddi min beş yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı Zərərçəkmiş şəxs2 övladı X12 Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə müddətdən artıq hərbi xidmətə qəbul etirəcəyinə dair yalan vəd verib inandırıb aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 tərəfindən 11 aprel 2023-cü il tarixdə saat 16:38-də ünvan 3 ünvanında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 onun bildirdiyi Fəridə Balakişiyevaya məxsus "Kapital Bank” ASC-yə aid 4169-7388- 1229-9893 nömrəli kart hesabına köçürdüyü 3700 manat pulu, 02 may 2023-cü il tarixdə saat 17:44-də ünvan 4 ünvanında yerləşən "Sultan” marketin daxilində quraşdırılmış "Milliön” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 onun bildirdiyi Fəridə Balakişiyevaya məxsus "Kapital Bank” ASC-yə aid 4169-7388-1229-9893 nömrəli kart hesabına köçürdüyü 200 manat pulu, 14 may 2023-cü il tarixdə saat 23:13-də ünvan 5 ünvanında yerləşən "Sultan” marketin daxilində quraşdırılmış "Milliön” ödəmə terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs2 onun bildirdiyi Fəridə Balakişiyevaya məxsus "xxxx" ASCyə aid 4169-7388-1229-9893 nömrəli kart hesabına köçürdüyü 100 manat pulu nağlaşdıraraq ələ keçirdikdən sonra, Hikmət Əliyevin boğazında zob xəstəliyinin olmasını yalandan bildirib, Zərərçəkmiş şəxs2 ona qarşı inam və etibarını qazandıqdan sonra Hikmət Əliyevin zob xəstəliyinin olmamasını təsdiq edən həkim komissiyasından arayış alacağına dair yalan vəd verib inandırıb aldadaraq, 2023-cü ilin may ayının sonlarında ünvan 6 ünvanında yerləşən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının qarşısında Zərərçəkmiş şəxs2 övladı Hikmət Əliyevin vasitəsi ilə göndərdiyi 800 manat pulu alıb, verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs2 ümumilikdə 4.800 (dörd min səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda X3 əlillik təqaüdü təyin etdirəcəyinə köməklik göstərəcəyinə dair yalan vəd verib inandırıb aldadaraq, 07 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi 157 saylı ünvanda yerləşən 3 saylı Asan Xidmət Mərkəzində Zeynalabdin Məmmədovdan 3.000 manat pul alıb, cinayət əməlini başa çatdırıb verdiyi vədinə əməl etməyib zərərçəkmiş şəxs X3 ümumilikdə 3.000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Müdafiə Nazirliyinin müxtəlif N saylı hissələrində xidmət etmiş, həmçinin İİ Qarabağ Müharibəsinin iştirakçısı olmuşdur. Müharibədə iştirak etdiyi dövrdə ağır yaralandığı üçün qapalı kəllə-beyin travması almış və daha sonra onkoloji xəstəliyə tutulmuşdur. O, xidmətdə olduğu dövr ərzində çox sayda şəxsdən pul alaraq hərbi qulluqçu kimi işə düzəltmişdir. Sözgedən işlə bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır, onunla tanışlığı N saylı hərbi hissədə xidmət yoldaşı mayor X13 vasitəsilə olmuşdur. Dəqiq xatırlamadığı tarixdə N saylı hərbi hissədə birlikdə xidmət etdikləri mayor Aqşin Qasımov ona zəng edərək tanışı Zərərçəkmiş şəxs2 övladı Hikmət Əliyevi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirə bilib-bilməyəcəyini soruşmuş, o da bu barədə N saylı hərbi hissənin Şəxsi heyətin uçotu bölməsinin rəisindən maraqlandıqdan sonra məlumat verəcəyini bildirmişdir. Bundan sonra o Zərərçəkmiş şəxs2 ona zəng edərək övladı Hikmət Əliyevi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul etdirmək üçün 4.000 manat pul istəmişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşaraq ona 4000 manat pul vermiş, o isə həmin pulu başqa adama vermişdir. Bundan başqa Samirin oğlu Hikmət Əliyevin boğazında zob xəstəliyinin olması ilə bağlı xəstəliyinin olmamasını təsdiq edən həkim komissiyasından arayış almaq üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının qarşısında Samirlə ilə görüşüb 800 manat pul alaraq orada işləyən həkimə vermişdir. Görülən işlərdən sonra Samirə oğlunun sənədləri Azərbaycan Ordusunun Təlim Tədris Mərkəzinə verilmiş və sonra isə Hikmət kurs başladıqda kursda iştirak etmək üçün çağırılmışdır. Hikmət Əliyev kursa qəbul edilsədə, kursda iştirak etməkdən imtina etmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 ondan pulunu istəmiş, lakin o, qaytara bilməmişdir. Onun yalan vəd verərək aldatmaq və dələduzluq etmək niyyəti olmamışdır. O, sadəcə vasitəçilik edərək pulun alınıb-verilməsində iştirak etmiş və aldığı pulları öz ehtiyaclarına xərcləməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs3 işini düzəltmək məqsədilə 5000 manat məbləğində pul almışdır. Lakin sonradan iş alınmadığı üçün Bakı şəhəri, Yasamal rayonu, Mircəlal küçəsində yerləşən metronun «20 Yanvar» stansiyasının yaxınlığında görüşərək 5000 manat pulu əlbəəl sayaraq geri qaytarmışdır. Bundan əlavə, X6 onun tanışıdır. Onun övladı xəstə olduğu üçün ona pul lazım olduğundan tanışı Zeynalabdindən aylıq 15 faiz əlavə ödəmək şərti ilə borca 3.000 manat pulu ünvan 8 ünvanında yerləşən 3 saylı Bakı Asan Xidmət Mərkəzində görüşmüşdür. Orada olan notaraitdə Zeynalabdin ilə bağlamışlar. Zeynalabdindən faizə 3.000 manat pulu götürdükdən təxminən 1 ilə qədər faizi və əsas puldan ödənişlər etmişdir. Bundan başqa bildirmişdir ki, Şahid2 onun əmisioğludur, Afiqin pulun alınıb-verilməsində heç bir iştirakı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, onun qohumları tərəfindən Zərərçəkmiş şəxs3 vurulmuş maddi zərər tam ödənilmişdir və sonuncu bu barədə ərizə vermişdir. Yekun olaraq o etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəyərək onlarla barışmasını, himayəsində üç azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, X6 ifadəsində göstərmişdir ki, o, özünə əlillik pensiyasının düzəldilməsi ilə əlaqədar İsmət adlı şəxslə tanış olmuşdur. 2023-cü ilin oktyabr ayında o, Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Şamaxinka» adlanan ərazidə İsmət ilə görüşmüş, əlillik təqaüdünün düzəlməsi ilə bağlı söhbət etmiş, belə ki, söhbət əsnasında İsmət ondan 3.000 manat pul istəmiş, o da İsmətin təklifi ilə razılaşaraq ona 3000 manat pul vermişdir. Daha sonra İsmət əlavə 2.000 manat verməli olduğunu bildirsə də, o, İsmətə razılıq verməmişdir. Sonradan İsmət verdiyi vədə əməl etməyərək onun 3.000 manat pulunu ələ keçirmişdir. İsmətin ona qarşı dələduzluq etməsi nəticəsində 3.000 maddi ziyan ona dəymişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə tanışı X8 vasitəsilə tanış olmuşdur. İsmət onun oğlu X12 Müdafiə Nazirliyinə müddətdən artıq hərbi xidmətə qəbul etirəcəyinə dair vəd verdiyi üçün o, İsmətin kart hesabına müxtəlif vaxtlarda 3.700 manat, 200 manat, 100 manat olmaqla pul köçürmüşdür. Sonra İsmət onun oğlu Hikmət Əliyevin boğazında zob xəstəliyinin olmasını deyib inandıraraq, Hikmət Əliyevin zob xəstəliyinin olmamasını təsdiq edən həkim komissiyasından arayış alacağını dair ona vəd verdiyi üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalının qarşısında İsmət ilə görüşüb əlbəəl 800 manat pul vermişdir. Bununla da İsmət ona qarşı dələduzluq edərək ona 4.800 manat maddi ziyan vurmuşdur. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusudur. Gizir olmaq istədiyi üçün İsmət adlı şəxslə tanış olmuş və İsmət onu Müdafiə Nazirliyinin Qala qəsəbəsində yerləşən hərbi hissəsinə gizir vəzifəsinə təyin etdirəcəyinə vəd vermiş, bunun qarşılığında ondan 7.500 manat pul istəmişdir. O, İsmətlə razılaşaraq Bakı şəhəri, Yasamal rayonu, Mircəlal küçəsində yerləşən metronun «20 Yanvar» stansiyasının yaxınlığında İsmətlə görüşmüş, orada İsmətə əlbə-əl 5.000 manat pul vermiş, 2.500 manatı isə İsmətin kartına göndərmişdir. Bununla da İsmətin onu Müdafiə Nazirliyinin Qala qəsəbəsində yerləşən hərbi hissəsinə gizir vəzifəsinə təyin etdirməsi üçün İsmətə ümumilikdə 7.500 manat pul göndərmişdir. Sonradan İsmətin ona vəd verdiyi işi həll etmədiyini görüb İsmətdən verdiyi 7.500 manat pulu geri tələb etmiş, lakin müxtəlif bəhanələr gətirərək hazırki vaxta kimi ona məxsus pulları qaytarmamışdır. Budan sonra bildirmişdir ki, o, məhkəmə iclasları dövründə Təqsirləndirilən şəxs qohumları ona vurulmuş zərəri ödəyəcəklərini vəd etdikləri üçün o sonuncuya qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyi barədə ərizə vermişdir. Lakin sonradan təqsirləndirilən şəxsin qohumları verdikləri vədə əməl etməmişlər və həmin ərizənin mətni həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs ilə barışmadığını və ona dəymiş ziyanın tam ödənilmədiyini bildirərək bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Ümumilikdə ona cəmi 3.800 manat ödənilmişdir, hazirda vurulmuş maddi zərəri tam ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 onun dostudur. Tacəddin ondan əlillik təqaüdü düzəldə biləcək şəxs olubolmadığını soruşmuş, o da hazırda İsmət adlı şəxsi tanıdığını bildirmişdir. Tacəddin tanışı X6 üçün əlillik təqaüdü düzəltdirmək istədiyini bildirmiş, o da İsmətin əlaqə nömrəsini Tacəddinə vermişdir. Daha sonra Tacəddinin xahişi ilə o, Tacəddin Zeynalabdin ilə birlikdə Sumqayıt şəhərində yerləşən «Tovuz» adlı kafeyə getmiş, bir neçə dəqiqə sonra İsmət də oraya gəlmişdir. Zeynalabdin əlillik təqaüdünün düzəltməsi üçün İsmətə 3.000 manat pul vermişdir. İsmət vədinə əməl etməyərək aldığı pulu qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisi oğludur. 2021-ci ilin aprel ayında o, yol qəzasına düşmüş və sol ayağını itirmişdir. Bu müddət ərzində İsmət ona məxsus "xxxx" ASC-yə aid bank kartını müvəqqəti istifadə etmək üçün istəmiş, o da İsmətə etiraz etməyib özünə məxsus həmin bank kartını bir neçə aylıq müvəqqəti istifadə etmək üçün İsmətə vermişdir. Bir neçə aydan sonra İsmət onun kartını özünə qaytarmış, lakin İsmətə verdiyi, özünə məxsus bank kartına hansı məbləğdə pulların köçürülməsi və nağdlaşdırılmasından məlumatı yoxdur, belə ki, qeyd etdiyi müddətdə ona məxsus bank kartı bir neçə ay ərzində onun razılığı əsasında İsmətin istifadəsində olmuşdur. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 61-63-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən 2020-ci il tarixədək hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra xidmət etdiyi hərbiçilərlə, həmçinin X6 ilə əlaqə saxlamış, Zeynalabdin əlilliklə əlaqədar hərbidən təxris olduğunu, bununla əlaqədar sənədlər hazırladığını, lakin həmin işdə səriştəsi olmadığını ona demiş, həmin ərəfədə başqa bir hərbiçi tanışı Şahid3 tanışı İsmət adlı şəxsin onun özünün pensiyasının düzlməsində köməklik etdiyini, işi düzələndən sonra pul verəcəyini bildirmiş, buna görə də 2023-cü ilin avqust ayında Zeynalabdinin xahişi ilə İsmətin mobil nömrəsini öyrənib Zeynalabdinə demiş, bir neçə gün sonra Zeynalabdin İsmətlə görüşüb pansiyasının alınmasından ötrü əvvəlcə 3.000 manat, pensiya kartını aldıqdan sonra 2.000 manat vermək barədə ismətlə razılaşdığını, buna görə xx.xx.2023-cü il tarixdə 3 saylı Bakı «Asan xidmət» mərkəzində Notariat ofisində borc müqaviləsi bağlayaraq İsmətə 3.000 manat pul verdiyini ona bildirmiş, bundan təxminən on gün sonra Zeynalabdin İsmətin 2.000 manat pulu indidən istədiyini bildirmiş, bu səbəbdən Zeynalabdinin xahişi ilə sonuncu ilə birlikdə Sumqayıt şəhərində yerləşən «Tovuz» adlı kafeyə gedib İsmətlə görüşmüş, o, İsməti gördüyü vaxtı əsgər yoldaşı olmasını bilmiş, belə ki, İsmətin barəsində Bərdə rayonunda söz-söhbət gəzirmiş ki, İsmət dələduzluq etməklə məşğuldur, o, bu barədə Zeynalabdinə demiş, İsmətə 2.000 manat pul verməməsini demiş, hətta həmin vaxtı o, ismətə demişdir ki, əgər Zeynalabdinin işini düzəltsə o, özündən İsmətə əlavə 1.000 manat pul verəcəkdir, həmin kafedə danışıqları Zeynalabdin öz mobil telefonu ilə videoçəkiliş vasitəsilə qeydə almış, sonra Zeynalabdinin ona deməsinə görə məlum olmuşdur ki, İsmət Zeynalabdinə verdiyi vədə əməl etməyərək sonuncunun 3.000 manat pulunu ələ keçirmiş, Zeynalabdin İsmətə verdiyi 3.000 manat pulu həm faizə, həm də bankdan kreditə götürdüyündən, maddi durumu yaxşı olmadığından o, Zeynalabdinə borc məqsədilə hissə-hissə olmaqla ümumilikdə 5.000 manat borc pul vermiş, Zeynalabdin ilə onun arasında olan qarşılıqlı razılaşmaya əsasən Zeynalabdin ona bildirmişdir ki, İsmətə verdiyi pulu aldıqdan sonra onun pulunu qaytaracaqdır, lakin həmin pulu o, İsmətin əvəzindən Zeynalabdinə verməmiş, onun Zeynalabdinə borc olaraq verdiyi 5.000 manat pulun İsmətə heç bir aidiyyəti yoxdur, Zeynalabdinin İsmətə verdiyi 3.000 manat pul tam şəkildə Zeynalabdinə məxsusdur, İsmətin Zeynalabdinə qarşı dələduzluq etməsi nəticəsində Zeynalabdinə maddi ziyan dəymiş, Zeynalabdinə borc olaraq verdiyi 5.000 manat ilə bağlı onun Zeynalabdindən heç bir şikayət və tələbi yoxdur. Ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırki vaxta kimi 3.000 manat puldan X6na hər-hansı bir məbləğdə pul qaytarmamışdır. Zeynalabdin 5.000 manat puldan ona hər-hansı bir məbləğdə pul qaytarmamışdır. Zeynalabdinə borc olaraq verdiyi 5.000 manat ilə bağlı Zeynalabdindən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 3 saylı “Bakı Asan Xidmət”in xüsusi notariusu tərəfindən təsdiq edilmiş 07 avqust 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, X1 İsmət Allahverən oğluna 3000 manat borc vermişdir. (Cild İ, i.v. 17-18) “Diskə baxış keçirilməsi haqqında” 12 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, X4 araşdırma zamanı təqdim etdiyi 02 ədəd diskə Bakı şəhəri Yasamal RPİ-nin istintaq şöbəsində 311 saylı xidməti otaqda baxış keçirilərkən 1-ci disk açıldıqda içərisində 09 ədəd «jpg» formatlı, 24 ədəd «mp3» formatlı, 02 ədəd «mp4» formatlı faylların olması müəyyən edilir. Həmin səs yazıları dinlənildikdə və «Whatsapp» tətbiqində olan yazışmaların əlillik təqaüdü ilə bağlı aparılmış yazışmalar və səs yazışmaları olması müəyyən edilir. «Video WhatsApp 2024-09-24 v 18.28.45_9cbc9ad8» adlı video görüntüyə baxış keçirilərkən həmin görüntüdə Şahid1, X6 və Təqsirləndirilən şəxs kafedə masa arxasında əyləşmələri, ilkin olaraq Şahid1 öz xətti ilə qəbz yazması, həmin əlyazmadan Təqsirləndirilən şəxs Zeynalabdin Məmmədovun əlillik təqaüdünün düzəltməsi ilə bağlı 2.000 manat pul alması, 3.000 manat pulu isə sonradan verilməsini qeyd edib sonra həmin əlyazmanı Təqsirləndirilən şəxs təqdim etməsi, sonuncunun həmin əlyazmaya özünün ad və soyadını yazıb imzalaması müşahidə edilir. 2-ci disk açıldıqda içərisində 07 ədəd «ogg» formatlı, 14 ədəd «jpg» formatlı faylların olması müəyyən edilir, «ogg» formatlı faylların açılması mümkün olmadı. 14 ədəd «jpg» formatlı fayllar ayrı-ayrılıqda açıldıqda Təqsirləndirilən şəxs ilə «Whatsapp» tətbiqində pensiya işinin düzəlməsi ilə bağlı aparılmış yazışmalar olması müəyyən edilmişdir. (Cild İ, i.v. 44) “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş şəxs X6 hadisə yerini əyani şəkildə göstərərək istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild İ, i.v. 57-60) 13 dekabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs X6 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zeynalabdin Məmmədov ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild İ, i.v. 147-152) 13 dekabr 2024-cü il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild İ, i.v. 154-158) “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 hadisə yerini əyani şəkildə göstərərək istintaq zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild İİ, i.v. 158-159) “Diskə baxış keçirilməsi haqqında” 25 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 03 ədəd olmaqla «AUD-20241225-WA0014», «AUD- 20241225-WA0015» və «AUD-20241225-WA0016» adlı «mp3» formatlı səs yazılarının olması müəyyən edilir. «AUD-20241225-WA0014» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması, sonuncunun adını demədiyi şəxsin yanında zəng edəcəyini, hə desə, sənədləri və pulu hazırlamasını deyəcəyini bildirməsi müəyyən edilir. «AUD-20241225- WA0015» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması, sonuncunun Zərərçəkmiş şəxs3 3.500 manat pulu növbəti həftə ərzində göndərəcəyini deməsi müəyyən edilir. «AUD-20241225-WA0016» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması, sonuncunun adını demədiyi şəxslə danışdığını, həmin şəxsin hazırda bazar günü, istirahət günü olmasını deməsini, səhəri gün qiymətləri deyəcəyini bildirməsi müəyyən edilir. Bundan başqa 06 vərəqdən ibarət «Vhatsapp» tətbiqində danışıqlar aparılmasına dair çıxarış sənədlərinə bapxış keçirilərkən Zərərçəkmiş şəxs3 ***-***-**-** və 051-817-4 saylı mobil nömrənin istifadəçiləri ilə yazılı və səsli ismarıc vasitəlsilə danışıq aparması, 051-817-4 saylı mobil nömrənin istifadəçisinə 7.500 manat pula görə həbs olunmaq istədiyini soruşması, həmçinin hər ay 500 manat verə biləcəyini soruşması, həmin şəxsin 1-ci gün verəcəyini, digər yazıda isə 051-817-4 saylı mobil nömrənin istifadəçisi «salam Azər mənəm İsmət» mesajını yazması müəyyən edilir. (Cild İİ, i.v. 160) “Diskə baxış keçirilməsi haqqında” 26 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində «1», «2», «3», «4» və «5» adlı səs yazılarının olması müəyyən edilir. «1» adlı səs yazısı açıldıqda həmin danışıqların iş üzrə Zərərçəkmiş şəxs2 və X8 arasında aparılmış danışıqlar olması müəyyən edilir. Həmin danışıqlar aşağıdakı kimidir. -Samir: Canın başın?Zəng eləmişdi ismət. -Aqşin: Nə deyirdi? -Samir: Mənə ağlıyır, sızıldayır. Dedim ə. -Aqşin: Dünən saat 12 idi, 5 dəfə zəng etmişəm götürməyib. Ona kərə yağınnan bir söz söylədim. -Samir: Hə dedim ay İsmət. Dedi hə. Dedim İsmət. Dedi hə. Dedim atam, sən onu bil mən səni belə tanımıram, tanımaq da istəmirəm. Mən Aqşini ora verəsi olsam, sənnə Aqşinin arasında böyük problem yaranacaq ha. Mən Aqşinə görə səni tanıyıram. Hə mən Aqşinə görə səni tanımışam. Bax yenə də deyirəm. Dedim mən səni aqşinə görə tanımışam. Mən səni nə tanıyırdım, tanımamasaydım sənə pul verərdim? -Aqşin: Ay sağol, nə dedi İsmət? -Samir: Ağladı. Dedim nə ağlayırsan? Ağlama dedim. Sən Aqşinə zəng elə Aqşinin qabağında ağla. Balamın canı, 3 balam ölsün, 1.400 manat pul alıram, 33.000 deyir. Ondan 800 manat, 700 manatmı kəsilib, nə böilim belə söhbət eliyirdi. -Aqşin: Sənə nə vaxt pul verəcək? -Samir: Vaxtı demir mənə, ayın axırı deyir 1.000 manat verə bilərəm, qoy görüm səhər müdriyyətdən 1.000 manat... Ayə dedim mənə yox, sən Aqşinlə danış, Aqşinə vaxt denə. Mən səni indi tanımıram. Ağlayır. Dedim nə işə ağlayırsan? Mən dedim sənə borc götürüb, kredit götürüb vermişəm o pulu. Mən kredit də ödəyirəm. Kreditimin vaxtı keçib, mən onu ödəyə bilmirəm. -Aqşin: Gözlə zəng edim. -Samir: Dedim özün bil, sən Aqşinnən... Dedim mən səni Aqşinə görə tanımışam. Mən səni nə tanıyırdıme, mən səni heç tanımırdım! Ancaq dedim sənnən Aqşinin problemi yaranacaq. O göydəki Allah haqqı dedim. Bundan ayrı öz işindi. -Aqşin: Allaha qurban olum. Mənim telefonumu bu dəqiqə açsın. Sən bu maaşa qədər, Quran haqqı çox pis vəziyyətdi Allah haqqı. Dərsə rahat gedib gəlməyə imkan yoxdu. Məzuniyyətlərmi başlayır, mənim rahat vaxtlarım bundan sonra başlayır. Yəni mənim telefonuma cavab verməməklə bilir ki, Allah haqqı mən onu tutan kimi o pulu ondan alıb sənə verəcəm. Qurana and olsun. Yəni telefonumu açmır. Zəng edirəm bax. -Samir: Dedim mənim telefonumu çornuya.. Mən telefonumu dedim çornuya nəyə qoyursan.. Dedim mən, Aqşinnən özün bilərsən. Ancaq Quran haqqı dedim Aqşinlə sənin aranda böyük problem yaşayacaqsınız. Öz işindi dedim. -Aqşin: O pulu ondan alıb verəcəm. Prosto bu dəqiqə mənim özümün şəxsi vəziyyətim yaxşı deyil. Quran haqqı başımı itirmişəm. Hələ mənim öz pulum qalıb, öz pulumun söhbətini eləmək istəmirəm ki, qurana and olsun, sənnən sonra keçim öz puluma. Balamın canı. Hələ mən, yəni mən o qədər arxayınam ki, nə qədər onda pullar var, qəpiyə kimi.. -Samir: Deyirməhkəmədə 700 manat pul kəsilib, 33 min pul şey olub, nə bilim deyir, o da deyir ayda 1.400 manat, uje Laçındayam deyir, Nə aparır bilmirəm, 1.400 manat pul alıram deyir, alacam deyir ayın axırına. Mənim balamın canıyçün mənə vaxt ver ayın axırına. Ayın axırına kimi söhbətimiz qurtarsın. -Aqşin: Denə qeyrətin olsun, telefonu aç bir dənə, onu denə ki, nə p... yeyirsən ye, telefona zəng edən kimi telefonları açginən. Qeyrətsiz köpək oğlu. -Samir: İndi deyəcəm ona. Deyəcəm Aqşinin telefonunu aç, gör Aqşin sənə nə deyir. -Aqşin: Hə sənin başına dönüm. Denə tapşırmışam söyməyəcək, artıq söz deməyəcək. «2» adlı səs yazısı açıldıqda həmin səs yazısının Zərərçəkmiş şəxs2 ilə X13 və Təqsirləndirilən şəxs arasında aparılmış danışıqlar olması müəyyən edilir. Həmin danışıqlar zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 iyun ayının 15-dən ayın sonuna kimi sonuncunun övladının kursa çağırırılacağını bildirsə də sonradan kursu avqust ayında olacağını bildirməsi, Zərərçəkmiş şəxs2 verdiyi pulu istəməsi, lakin Təqsirləndirilən şəxs bunun alınmadığını, pulların verildiyini, avqust ayında uşağın gedib Tovuzda işləyəcəyini vəd verməsi, Zərərçəkmiş şəxs2 razılıq verməsi müəyyən edilir. «3» adlı səs yazısı açıldıqda həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması, sonuncu ona pul ayrıldığını, ayın axırından ayın axırına 700 manat pul ayırdıqlarını, özünün də Ağdamda fəhlə işlədiyini, 900 manat aldığını, ən azından hər ay 1.000 manat pul göndərəcəyini, 5.000 verəcəyini, ama ayda 1.000 manat 700 manat verəcəyini, axşam da ətraflı danışacağını, pensiyasının da hazır olmasını, pensiya verilsə sığorta pulu ona 6.400 manat pul düşdüyünü, verilsə bağlayacağını deməsi müəyyən edilir. «4» adlı səs yazısı açıldıqda həmin səs yazısının Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında aparılan danışıqlar olması müəyyən edilir. Həmin səs yazısı dinlənildikdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2ə sonuncunun oğlu ilə bağlı vədlər verməsi, avqust ayını gözləməsini bildirməsi, Zərərçəkmiş şəxs2 avqust ayını gözləyəcəyini bildirməsi müəyyən edilir. «5» adlı səs yazısı açıldıqda həmin səs yazısının Təqsirləndirilən şəxs aid olması, sonuncunun zərərçəkmiş şəxs Əliyev X14 Əliyevə səbrli olmasını bildirməsi, atasının Zərərçəkmiş şəxs2 ilə danışğınığını, verəcəyinin olmasını, bunu danmadığını deməsi müəyyən edilir. (Cild İİ, i.v. 170-171) 30 yanvar 2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Şahid3 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild İİ, i.v. 235-240) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X15 xx.xx.2025-ci il tarixli 503 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi emosional-labil pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən üzvi emosional-labil pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o qərarda göstərilən əməli törətdiyi zaman öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın, yəni Təqsirləndirilən şəxs qərarda göstərilən əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirirak etmək iqtidarındadır, yəni prosessual fəaliyyət qabiliyyətlidir. Təqsirləndirilən şəxs ona ittiham edilən zaman həmin ittihamın mahiyyətini dərk etmək iqtidarında olmuşdur. (Cild İİ, i.v. 258-261) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 30 mart 2024-cü il tarixli qərardan görünür ki, X4 təqdim etdiyi 02 ədəd «CD» formatlı disk və 14 ədəd foto şəkil sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd «CD» formatlı disk və 06 vərəqdən ibarət «Vhatsapp» tətbiqində danışıqların çıxarışı şəkil sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd «CD» formatlı disk sübut növü kimi tanınmalı və cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. (Cild İİ, i.v. 262-279) Məhkəmə, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə təsdiq etdiyi ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 işini düzəltmək məqsədilə 5000 manat məbləğində pul alması, X2 aylıq 15 faiz əlavə ödəmək şərti ilə borca 3.000 manat pul alması, Zərərçəkmiş şəxs2 yalan vəd verərək aldatmaq və dələduzluq etmək niyyəti olmaması, sadəcə vasitəçilik edərək pulun alınıb-verilməsində iştirak etdiyi və aldığı pulları öz ehtiyaclarına xərcləmədiyini göstərsə də, məhkəmə bu ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmədən onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilə bilməz. Belə ki, “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 7.4-cü bəndinə əsasən bu qərar qəbul olunanadək maddi ziyan tam ödənilməmiş şəxslər barəsində həmin qərarın 1-ci bəndi tədbiq edilə bilməz. İş materiallarında olan Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər qismən ödənilmişdir, yəni tam ödənilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 10 dekabr 2022-ci il tarixli 103789 vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. (Cild İ, i.v. 15) Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2020-ci il tarixli 2371 nömrəli sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. (i.v. 15) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. (i.v. 15) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli 3079 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, fəlakət (İİ Qarabağ müharibəsi) keçirdikdən sonra davamlı şəxsiyyət dəyişikliyi, tez-tez baş verən dekompensasiyalar, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri, koqnitiv funksiyaların enməsi ilə F62.0 diaqnozu qoyulmuşdur. (Cild İ, i.v. 16) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1, 32.4, 312.1 -ci maddəsi ilə təqsirli bilinərək 1.000 manat cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023cü il tarixli 3875 saylı “Əfv” sərəncamına əsasən cəzadan azad edilmişdir. Gəncə Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.4-cü maddəsi ilə təqsirli bilinərək 01 il 01 ay 06 gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild İ, i.v. 75-76) “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:30-da saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PŞ-nə könüllü gəlmişdir. (Cild İ, i.v. 258) “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir. (Cild İİ, i.v. 32-33) “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:05-də saxlanılaraq Yasamal RPİnin 28-ci PŞ-nə təhvil verilmişdir. (Cild İ, i.v. 126) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)- 1099/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 12 dekabr 2024-cü il tarixdən hesablanmaqla 02 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 82-86) “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında 28 fevral 2025-ci il tarixli qərardan görünür ki, Yasamal Rayon Prokuroru Elman Süleymanov tərəfindən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(004)-216/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri yasamal Rayon Polis İdarəsinin 28-ci polis şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Bərdə rayon İcra və Probasiya şöbəsinin 15 yanvar 2026-cı il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarından görünür ki, “Konstitusiya və Suverinlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Zərərçəkmiş şəxs2 tərəfindən ona dəymiş ziyan ödənilmiş və onlar barışmışlar. Şikayət və tələbi yoxdur. Cəzanı məhkəmənin mülahizəsinə buraxmışdır. Zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 3000 manat ziyan tam ödənilmişdir. Ondan şikayət və tələbi yoxdur və barışmışdırlar. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini yaxud cinayət təqibinə xitam verilməsini məhkəmən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 7500 manat ziyan tam ödənilmişdir. Ondan şikayət və tələbi yoxdur və barışmışdırlar. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza tətbiq edilməsini yaxud cinayət təqibinə xitam verilməsini məhkəmən xahiş etmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona 10000 manat ziyan dəymiş 3800 manat qaytarılmışdır. Dəymiş zərərin tam həcmdə ödənilməsini tələb edir. 28 yanvar 2026-cı il tarixdə keçiriləcək iclasın növbəti olduğunu nəzərə alaraq, iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs2 dəymiş zərəri tam, Zərərçəkmiş şəxs3 isə qismən ödəməsini, İ.Zeynalabdin və Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını, onlarla barışmasını, himayəsində üç azyaşlı uşağının olmasını və müharibə veteranı olmaqla bir sıra medallarla təltif edilməsini Cinayət Məcəlləsinin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 20 noyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək olan 02 (iki) gün, 12 dekabr 2024-cü il tarixdə 28 fevral 2025-ci il tarixədək olan 02 (iki) ay 16 (on altı) gün və 09 dekabr 2025-ci il tarixdən 02 fevral 2026-cı il tarixədək olan 01 (bir) ay 24 (iyirmi dörd) gün olmaqla cəmi 04 (dörd) ay 12 (on iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır (CM-52-1). Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə maddi sübut 04 ədəd “CD” formatlı disk, 14 ədəd foto şəkil və 06 vərəqdən ibarət “Whatsapp” tətbiqində danışıqların çıxarışı cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat və 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan iclaslarında iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixinədək olan iclaslarında iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 310 (üç yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 20 noyabr 2024-cü il tarixdən 22 noyabr 2024-cü il tarixədək olan 02 (iki) gün, 12 dekabr 2024-cü il tarixdə 28 fevral 2025-ci il tarixədək olan 02 (iki) ay 16 (on altı) gün və 09 dekabr 2025-ci il tarixdən 02 fevral 2026-cı il tarixədək olan 01 (bir) ay 24 (iyirmi dörd) gün olmaqla cəmi 04 (dörd) ay 12 (on iki) gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut - 04 ədəd “CD” formatlı disk, 14 ədəd foto şəkil və 06 vərəqdən ibarət “Whatsapp” tətbiqində danışıqların çıxarışı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan iclaslarında iştirak etdiyi 15 (on beş) saata görə 90 (doxsan) manat və Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən məhkəmənin xx.xx.2025-ci il tarixdən xx.xx.2026-cı il tarixinədək olan iclaslarında iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 310 (üç yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-216/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-216/2025
02.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver