Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-217/2023 13.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1969-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə oğlu Şahid1 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanmış, sonuncunun oğlu Şahid3 Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəlməsi ilə əlaqədar heç bir səlahiyyəti olmadığı halda yalandan qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq 2021-ci ilin mart ayının əvvəllərində saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24/B nömrəli binanın həyətində 10000 manat, 2021-ci ilin mart ayının ortalarında həmin ünvanda 5000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 15000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1992-ci ildən 2004-cü ilədək Azərbaycan Respublikası Prezident Qvardiyasında xidmət etmiş, bundan sonra isə Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac X4 Təhlükəsizlik İdarəsində mühafizəçi, sonra isə növbə rəisi işləmişdir. 1994-cü ildə X3 ilə ailə həyatı qurmuş və birgə nikahdan 1997-ci il təvəllüdlü Şahid1 və 2003-cü il təvəllüdlü Şahid4 adlı oğlan övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs sonradan tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs oğlu Şahid3 ilə böyük oğlu Şahid1 arasında dostluq münasibəti olmuşdur. 2021-ci ilin mart ayının əvvəllərində oğlu Yusif ona demişdir ki, dostluq münasibətində olduğu Böyükağa adlı şəxs işə düzəlmək istəyir və bu işdə ona köməklik edə biləcəyi barədə soruşduqda bildirmişdir ki, Böyükağanı Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldə bilər. Bundan sonra, 2021-ci ilin mart ayının əvvəllərində oğlanları Yusif və Əli ilə birlikdə Fərhatın yaşadığı binanın qarşısına getmiş, Zərərçəkmiş şəxs və oğlu Böyükağa ilə görüşmüşlər. Söhbət zamanı Fərhata bildirmişdir ki, oğlu Şahid3 Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldə bilər və bunun üçün 15000 manat pul vermək lazımdır. Fərhat da onunla razılaşmış və bundan bir neçə gün sonra, yəni 2021-ci ilin mart ayının əvvəllərində saat təxminən 18:00 radələrində eyniliklə oğlanları Yusif və Əli birlikdə Fərhatın yaşadığı binanın qarşısına gedib, orada Zərərçəkmiş şəxs və oğlu Böyükağa ilə görüşmüşlər. Həmin vaxtı Şahid3 məxsus sənədlərin, yəni, orta məktəbi bitirməsi haqqında attestatın, hərbi biletin, şəxsiyyət vəsiqəsinin kserosurətlərini, xasiyyətnamə və 10000 manat pulu Zərərçəkmiş şəxs götürmüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs, oğlu Böyükağanın hansı müddətdə işlə təmin olunması barədə soruşduqda onlara bildirmişdir ki, qalıq qalan 5000 manat pulu da düzəldib gətirsinlər, bundan az müddət sonra Böyükağa işə başlayacaqdır. Zərərçəkmiş şəxs da öz razılığını bildirmiş və sağollaşıb ayrılmışlar. Təxminən 2-3 gün sonra yenidən Fərhatın mobil telefonuna zəng edib əvvəldən danışıb razılaşdıqları kimi ümumilikdə 15000 manat puldan qalıq qalan 5000 manat pulu çatdırmasını dedikdə Fərhat etiraz etməmiş və həmin günü, yəni, 2021-ci ilin mart ayının ortalarında saat təxminən 18:00 radələrində yenə də onun yaşadığı binanın qarşısında özü, övladları Yusif və Əli, həmçinin Fərhatın oğlu Böyükağa ilə birlikdə görüşmüşlər. Zərərçəkmiş şəxs oğlu Şahid3 işə düzəltməsi üçün ümumilikdə razılaşdıqları 15000 manat puldan qalıq qalan pulu, yəni, 2021-ci ilin mart ayının ortalarında təxminən saat 18:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24/B nömrəli binanın həyətində 5000 (beş min) manatını Zərərçəkmiş şəxs götürmüşdür. Bundan sonra narahat olmamasını, qısa zaman ərzində oğlu Böyükağanın işlə təmin olunacağını bildirmiş və sağollaşıb oğlanları ilə birlikdə onlardan ayrılmışlar. Lakin, həmin vaxtlarda maddi çətinlikləri yarandığından Fərhatdan aldığı ümumilikdə 15000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Zərərçəkmiş şəxs bir neçə dəfə onunla görüşüb, oğlu Böyükağanın işi ilə maraqlandıqda hər dəfə ona müxtəlif bəhanələr gətirərək bir qədər də gözləməsini, yaxın müddət ərzində Böyükağanın iş məsələsinin öz həllini tapacağını bildirmişdir. Sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Prezident Qvardiyasında işlədiyi vaxtlarda Ruslan adlı şəxsi iş yoldaşı kimi tanımış və onun mobil telefon nömrəsi həmin vaxtlardan özündə olmuşdur. Ona görə də Zərərçəkmiş şəxs mobil telefonuna zəng edib, oğlu Böyükağanın işinə həmin Ruslan adlı şəxsin köməklik edəcəyini, gedib onunla görüşməsini demişdir. Lakin, Ruslan adlı şəxsin baş verənlər barədə, yəni, onun Fərhatı aldadaraq, oğlu Böyükağanı işə düzəldəcəyi barədə heç bir məlumatı olmamışdır, bu barədə Ruslana heç bir söz deməmişdir. Həmçinin, Fərhata məxsus 15000 manat pulu ələ keçirməsi barədə Ruslanın və ümumiyyətlə heç kimin məlumatı olmamışdır, bu barədə heç kimə heç bir söz deməmiş, Fərhatdan aldığı ümumilikdə 15000 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bu və ya buna bənzər hər hansısa bir, yaxud bir neçə şəxsi işə qəbul etdirməmiş, bundan başqa bu barədə Zərərçəkmiş şəxs məlumat verməmiş, həmçinin hər hansısa bir sənəd təqdim edib onun etibar və inamını qazanmamışdır. Ümumiyyətlə belə bir hal ilk dəfə baş vermişdir. Bunun da baş verməsinə, yəni, Zərərçəkmiş şəxs övladı Şahid3 Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətində işə qəbul etdirəcəyinə yalan vəd verməsi sadəcə olaraq Zərərçəkmiş şəxskı pulu etibarını qazanaraq ələ keçirib şəxsi ehtiyacları üçün istifadə etməsi olmuşdur. Zərərçəkmiş şəxs ona 10000 manat və 5000 manat məbləğində pulları verən zaman yaxınlıqlarında olmuş oğlanları Yusif və Əli, həmçinin, Zərərçəkmiş şəxs oğlu Şahid3 da həmin hadisələrin şahidləri olmuşlar. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmadığını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid3 onun doğma oğludur. 2021-ci ilin mart ayının əvvəllərində oğlu Böyükağadan eşitmişdir ki, dostluq münasibətində olduğu X2 zamanı ona demişdir ki, atası Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətində işləmişdir, hazırda təqaüddədir, onu istənilən yerdə işə düzəldə bilər. Etiraz etməmiş və 2021-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs, onun Yusif və Əli adlı oğulları birlikdə yaşadığı binanın qarşısına gəlmiş və orada görüşmüşlər. Söhbət zamanı Fuad bildirmişdir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Hospitalında işləyən Elşad adlı general rütbəli qohumu var, Elşad adlı həmin qohumunun köməkliyi ilə oğlu Böyükağanı 15000 manat pulun qarşılığında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldə bilər. Həmçinin, Fuad bildirmişdir ki, onu Elşad adlı həmin qohumu ilə tanış edəcəkdir, onunla görüşüb çay içib, oğlu Böyükağanın işə düzəlməsi barədə söhbət edəcəklər. Fuadın sözlərinə inandığına görə onunla razılaşmış və bir neçə gün sonra, yəni 2021-ci ilin mart ayının əvvəllərində saat təxminən 18:00 radələrində yenə də yaşadığı binanın qarşısında oğlu Böyükağa və özü, Fuad, onun Yusif və Əli adlı oğulları ilə görüşmüşlər. Həmin vaxtı oğlu Böyükağaya məxsus sənədlərin, yəni orta məktəbi bitirməsi haqqında attestatın, hərbi biletin, şəxsiyyət vəsiqəsinin kserosurətlərini, həmçinin 10000 manat pulu Fuada vermiş, Fuad da qeyd etdiyi sənədləri, həmçinin 10000 manat pulu ondan almışdır. Həmin vaxtı Fuaddan, oğlu Böyükağanın hansı müddətdə işlə təmin olunması barədə soruşduqda Fuad bildirmişdir ki, 15000 manat məbləğində pulu ona verdikdən az bir müddət sonra oğlu Böyükağa işə başlayacaqdır. Bundan sonra onlarla sağollaşıb ayrılmış və yaşadıqları evə getmişlər. Təxminən 2-3 gün sonra Fuad onun mobil telefonuna zəng etmiş və əvvəldən danışıb razılaşdıqları kimi qalan 5000 manat pulu ona çatdırmasını bildirmişdir. Etiraz etməyərək həmin günü, yəni 2021-ci ilin mart ayının ortalarında saat təxminən 18:00 radələrində yenə də yaşadıqları binanın qarşısında oğlu Böyükağa və özü, Fuad, onun Yusif və Əli adlı oğulları ilə görüşmüşlər. Həmin vaxtı Fuada 5000 manat pul vermiş və Fuad həmin pulu aldıqdan sonra narahat olmamasını, qısa zaman ərzində oğlu Böyükağanın işlə təmin olunacağını bildirmiş və sağollaşıb ayrılmışlar. Bir neçə gün sonra Fuad yenidən onun mobil telefonuna zəng edib bildirmişdir ki, oğlu Böyükağa Bakı şəhərində, “Varovski” adlanan yerdə, Prezident Qvardiyasının yerləşdiyi inzibati binaya getsin, orada Ruslan adlı, mayor rütbəli şəxs işləyir, həmin şəxs onun işlə təmin olunmasına köməklik edəcəkdir. Bu barədə oğlu Böyükağaya demiş və Böyükağa həmin günü Prezident Qvardiyasının yerləşdiyi inzibati binaya gedib Ruslan adlı həmin şəxslə görüşmüşdür. Lakin, həmin günü oğlu Böyükağadan eşitmişdir ki, Prezident Qvardiyasında işləyən Ruslan adlı həmin şəxs Fuadı ümumiyyətlə tanımır, Fuad və ümumiyyətlə heç bir şəxs işə qəbul olunma barədə ona heç bir söz deməmişdir. Bundan sonra Ruslan adlı həmin şəxsin istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng edib əlaqə saxlamış və Prezident Qvardiyasının yerləşdiyi inzibati binaya gedib orada Rulan adlı həmin şəxslə görüşmüşdür. Söhbət zamanı Ruslan adlı həmin şəxs ona da bildirmişdir ki, Fuad adlı şəxsi tanımır, Fuad adlı və ümumiyyətlə heç bir şəxs, oğlu Böyükağanın işə qəbul olunması barədə ona heç bir söz deməmişdir, yəni Fuad adlı şəxs onu aldatmışdır. Bundan sonra orada onun izahatı alınmış və izahatında baş verənlər barədə bildirmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onu, oğlu Böyükağanı Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq 15000 manat pulunu ələ keçirmişdir. Bundan bir neçə gün sonra yaşadığı evin qarşısında Fuadla görüşüb baş verənlər barədə dedikdə sonuncu ona tələsməməyi, oğlu Böyükağanın yaxın müddət ərzində işlə təmin olunacağını bildirmişdir. Lakin, bundan sonra Fuad müxtəlif bəhanələr gətirərək aldığı 15000 manat pulu qaytarmamışdır. Ona görə də Bakı Şəhər Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə gedib baş vermiş hadisə barədə məlumat vermiş və ərizə ilə müracəit etmişdir. O, göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətində işlədiyini, hazırda təqaüddə olduğunu, Xüsusi Dövlət Mühafizə Xidmətinin Hospitalında işləyən Elşad adlı general rütbəli qohumunun olduğunu bildirdiyinə görə onun sözlərinə inanmış və oğlu Böyükağanı Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəltməsi üçün ona hissə-hissə olmaqla ümiumilikdə 15000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona ümumilikdə 15000 manat məbləğində maddi ziyan vurmuşdur. Belə ki, 2021-ci ilin mart ayının əvvəllərində saat 18:00 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi, ev 24/B nömrəli yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs 10000 manat, 2021-ci ilin mart ayının ortalarında saat 18:00 radələrində yenə də yaşadığı həmin binanın qarşısında 5000 manat pul vermişdir. Təqsirləndirilən şəxs 10000 manat və 5000 manat məbləğində pulları verən zaman yanında olmuş oğlu Böyükağa, həmçinin Təqsirləndirilən şəxs Yusif və Əli adlı oğlanları həmin hadisələrin şahidləri olmuşlar. Hazırda ona dəymiş zərər tam şəkildə ödənilib, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma atasıdır. Şahid3 tanıyır, aralarında dostluq münasibəti var. 2021-ci ilin mart ayının əvvəllərində söhbət zamanı Böyükağaya demişdir ki, atası Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətində işləmişdir, hazırda təqaüddədir, onun istənilən yerdə işə düzəlməsinə kömək edə bilər. Böyükağa da cavabında demişdir ki, atası ilə bu barədə danışb bir cavab deyər. Bundan bir neçə gün sonra Böyükağa ona demişdir ki, işə düzəlməsi ilə əlaqədar atası Fərhatla danışmış və atası onun işə düzəlməsinə razı olduğunu bildirmişdir. Ona görə də 2021-ci ilin mart ayının əvvəllərində özü, atası Fuad və qardaşı Əli, birlikdə Böyükağanın yaşadığı binanın qarşısına getmiş və orada Böyükağa və onun atası Fərhatla görüşmüşlər. Söhbət zamanı atası Fuad, Böyükağanın atası Fərhata demişdir ki, Elşad adlı general rütbəli iş yoldaşının köməkliyi ilə Böyükağanı 15000 manat pulun qarşılığında Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldə bilər. Böyükağanın atası Fərhat da atası ilə razılaşmış və bir neçə gün sonra, yəni 2021-ci ilin mart ayının əvvəllərində saat 18:00 radələrində yenə də Böyükağanın yaşadığı binanın qarşısında özü, atası Fuad, qardaşı Əli, Böyükağa və onun atası Fərhatla görüşmüşlər. Həmin vaxtı Böyükağanın atası Fərhat, Böyükağaya məxsus sənədlərin kserosurətlərini və 10000 manat pulu atası Fuada vermiş, atası da həmin sənədləri və 10000 manat pulu almış, bundan sonra sağollaşıb ayrılmışlar. Bundan təxminən 2-3 gün sonra, yəni 2021-ci ilin mart ayının ortalarında saat 18:00 radələrində yenə də özü, atası və qardaşı Əli birlikdə Böyükağanın yaşadığı binanın qarşısına gedib, orada Böyükağa və onun atası Fərhatla görüşmüş, həmin vaxtı Böyükağanın atası Fərhat, atası Fuada 5000 manat pul vermiş və atası həmin pulu aldıqdan sonra sağollaşıb ayrılmışlar. Sonradan eşitmişdir ki, atası Fuad, Böyükağanın Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəlməsinə köməklik etməmiş və Böyükağanın atası Fərhatdan aldığı 15000 manat pulu qaytarmamışdır. Ona görə də Böyükağanın atası Fərhat polisə atası Fuadın barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. O, göstərmişdir ki, atası Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs aldığı puldan ona heç bir məbləğdə pul verməmişdir. Atası Təqsirləndirilən şəxs, Şahid3 Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəlməsinə köməklik etmək adı ilə Zərərçəkmiş şəxs yalan vəd verərək onun 15000 manat pulunu ələ keçirməsi barədə əvvəldən hər hansısa məlumatı olmamışdır. Bu barədə sonradan xəbər tutmuşdur. Atası Fuadın, Zərərçəkmiş şəxs 10000 manat və 5000 manat məbləğində pulları alması hadisəsinin şahidləri özü və qardaşı Əli olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin iyul ayının ortalarında əvvəldən tanımadığı Şahid3 iş yerinə gəlib ona demişdir ki, onu Fuad adlı şəxs göndərmişdir, işlə təmin olunmasına köməklik etməlidir. Böyükağa adı həmin şəxsə bildirmişdir ki, Fuad adlı şəxsi tanımır, Fuad və ümumiyyətlə heç bir şəxs onun işə qəbul olunması ilə bağlı ona heç bir söz deməmişdir. Böyükağa adlı həmin şəxs də öz razılığını bildirib, çıxıb getmişdir. Bundan sonra Böyükağa adlı həmin şəxsin atası Fərhat, onun istifadəsində olan ***-***-**-** nömrəli mobil telefona zəng etmiş və az sonra işlədiyi Prezident Qvardiyasının yerləşdiyi inzibati binaya gəlib onunla görüşmüşdür. Söhbət zamanı Fərhat adlı həmin şəxsə də bildirmişdir ki, Fuad adlı şəxsi tanımır, Fuad adlı və ümumiyyətlə heç bir şəxs, onun oğlu Böyükağanın işə qəbul olunması barədə heç bir söz deməmişdir. Bundan sonra Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar rəhbərliyə məruzə etmiş və baş verənlər barədə Zərərçəkmiş şəxs izahatı alınmışdır. Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Təqsirləndirilən şəxs, onun oğlu Şahid3 Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi Dövlət Mühafizə Xidmətinə işə düzəldəcəyi adı ilə yalan vəd verib aldadaraq 15000 manat pulunu ələ keçirmişdir. O, göstərmişdir ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid3 tanımır, Təqsirləndirilən şəxs, Şahid3 hansısa idarə, təşkilat yaxud müəssisədə işə düzəlməsi barədə vəd verməmiş, Təqsirləndirilən şəxs özünü müdafiə etmək xatirinə onun adını yalan olaraq bildirmişdir. Cinayət işinin 87-88-ci vərəqələrində olan 05 yanvar 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 121-123-cü vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun 07 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal Bakı şəhəri Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 124-125-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 62-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs Şahid3 ərizəsindən görünür ki, ona vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir tələb, şikayət və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 yanvar 2023-cü il tarixdən 07 yanvar 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 32 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-217/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-217/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver