Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-218/2021 04.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Masazır Ərazi Dairəsi, Masazır kəndi, X17 küçəsi ev 23 A ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 14 nömrəli yaşayış binasının qarşısına gələrək tanışları ilə birlikdə əyləşib söhbət edən Zərərçəkmiş şəxs mobil telefon vasitəsilə danışmaq üçün olduğu yerdən bir neçə metr uzaqlaşmasından istifadə edərək sonuncunun əyləşdiyi daş parçasının üzərinə qoyduğu içərisində 4693 (dörd min altı yüz doxsan üç) manat məbləğində pul olan 20 manat dəyərindəki bir ədəd dəri materialdan olan pul qabını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 4713 (dörd min yeddi yüz on üç) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Abşeron rayonu, Masazır Ərazi Dairəsi, Masazır kəndi, X17 küçəsi, ev 23 A ünvanda anası X5, arvadı X6, 2017-ci il təvəllüdlü qızı Ayan Əmirova ilə birlikdə yaşayır. Əvvəllər məhkumluq həyatı yaşamış, sonuncu dəfə 12.06.2020-ci il tarixdə oğurluq cinayət əməlini törətdiyinə görə Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hal hazırda cəzasını çəkir. 30 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhman Haqverdiyev küçəsində 14 saylı yataqxananın qarşısına gəlmiş, binanın qarşısında əvvəllər qonşu olduğu Orxan, Azər və Şahid3 ilə görüşərək onlarla söhbət etmişlər. Şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs 25-30 metr aralıda mobil telefonla kiminləsə danışmasını görmüşdür. Onun sol ayağında olan yarasının sarğısının açılmasına görə sarğını düzəltmək üçün Toğruldan və oradakı uşaqlardan aralanıb 5-6 metr aralıda səkiyə düzülmüş kubik daşın yanına gəlmişdir. Ayağını kubik daşın üstünə qoyaraq sarğısını bağlamış və kubik daşlarından bir az qabaqda qara rəngli açıq vəziyyətdə pul qabının yerə düşdüyünü görmüşdür. Həmin yerə gələndə adlarını çəkdiyi üç nəfərin arxası pul kisəsinə doğru olduğundan sakitcə pul kisəsini onlardan gizlin saymazyana dərhal yerdən götürüb gödəkcəsinin sağ cibinə qoymuşdur. Təzədən Toğrula yaxınlaşaraq komendat saatının vaxtı yaxınlaşdığını birlikdə X1 doğru gedib orada ayrılmasını təklif etsə də Toğrul tanışı olan oğlanı gözlədiyini gödəkcəni ona təhvil verəcəyini bildirərək onunla getməmişdir. Oradan ayrılıb qarşı tərəfdəki beş mərtəbəli binanaın blokuna girmiş, orada pul qabını açmış və pul qabının işərisində bir dəstə pul, sürücülük və şəxsiyyət vəsiqələri, bank kartları olduğunu, sürücülük vəsiqəsindəki fotoşəkilə baxdıqda fotoşəkildəki 20-25 yaşlı oğlanı tanımamış, pul qabından pulu çıxarıb saymadan cibinə qoymuşdur.Oradan Yasamal rayonu Zahid Xəlilov küçəsindəki “Mozaika” mağazasının yanındakı avtobus dayanacağına gəlmiş və içərisində sənədlər olan pul qabını adamların gördüyü yerə sahibinə qaytarmaq üçün mağazanın qarşısındakı “tumba” daşının üstünə qoymuşdur. Oradan avtobusa əyləşib Abşeron rayonu Masazır qəsəbəsinə evinə getmiş, cibindən pul dəstini çıxararaq saydıqda 41 ədəd 100 manat, 1 ədəd 50 manat, 1 ədəd 20 manat, 1 ədəd 5 manat və 1 ədəd 1 manat, cəmi 4176 manat pul olmuşdur. Həmin günün səhəri pulun bir qismini götürüb şəxsi ehtiyacları üçün xərcləmişdir. Toğul Abdulov telefonla zəng vuraraq Pərvizin içərisində pul olan pul qabının yerə saldığını, ondan pul qabını götürüb, götürməməyini soruşmuşdur. Toğrula pul qabını yerdən tapıb götürdüyünü etiraf etmiş, Toğrul da ona götürdüyü pulun Pərvizin xəstə anasının əməliyyat pul olduğunu bildirmişdir. O, Toğruldan bu sözləri eşitdikdə pulu Pərvizə qaytarmaq qərarına gəlmiş, ona görə də Bakı şəhərinə gələrək şəxsi ehtiyacları üçün xərclədikdən sonra qalıq qalmış 2500 manat pulu Pərvizə qaytarmışdır. Hal-hazırda yaşadığı evi satışa qoymuş, evi satıldıqda Pərvizin pulunu qaytaracaqdır. Zərərçəkmiş şəxs məxsus pulu götürərkən heç kimin onun pul götürməsini görməmiş, pulu gizlin götürmüşdür. Törətdiyi əməli səmimi etiraf etməsini, peşman olmasını, ziyanın qismən ödənilməsini, evli olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməlini törətmişlər. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 556/57-ci məhəllə, mənzil 10-da yaşayır. Yasamal rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən vəzifəsində işləmiş, daxili xidmət çavuşudur. 24 oktyabr 2020-ci il tarixdə özünə məxsus “Saipa” **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili 5000 manat nağd pula satmış, avtomobili satdıqdan sonra özünə başqa avtomobil almaq istəmiş, bu məqsədlə sosial şəbəkədə “Daevoo Gentra” markalı avtomobilin satışı elanını oxumuşdur. 30 oktyabr 2020-ci il saat 15 radələrində avtomobil almaq məqsədi ilə Binəqədi rayonuna gedərək adını bilmədiyi avtomobilin sahibi ilə sövdələşərək “Daevoo Gentra” markalı avtomobili 3600 manata almağa razılaşmışdır. Almaq istədiyi avtomobil avtomobil sahibi tərəfindən lizinq müqaviləsi əsasında kreditlə alındığından və kredit ödənişinin gecikməsi olduğu üçün həmin gün avtomobili öz adına sənədləşdirməmiş, ona görə də avtomobilin sahibinə 20 manat beh pul verərək qarşılıqlı razılşmaya əsasən avtomobili səhəri gün alqı satqı müqaviləsi bağlayıb rəsmiləşdirməsi barədə razılığa gəlmişlər. Bundan sonra həmin gün saat 20 radələrində Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən “Fovarit” marketinin qarşısına gələrək dostu Şahid1la görüşmüş, daha sonra onunla birlikdə Zahid Xəlilov küçəsində yerləşən məcburi köçkünlər yaşayan 14 saylı yataqxananın həyətinə gəlmişlər. Gəldikləri binanın qarşısında Orxanın tanışları adlarını sonradan bildiyi Toğrul, Azər və Orxanla görüşərək onlardan 4-5 metr aralıda daşın üzərində əyləşmiş, hava isti olduğundan qara rəngli dəri gödəkcəsini əynindən çıxararaq qatlayıb yanında daşın üzərinə qoymuş, içərisində şəxsiyyət və sürücülük vəsiqələri, Beynəlxalq bankdan aldığı maaş kartı, “Tamkart” kredit kartı və 4693 manat pul olan qara rəngli pul qabını isə əyləşdiyi yerdə qılçalarının arasına qoymuşdur. Həmin vaxt əvvəllər tanımadığı, şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs 14 saylı yataqxana ilə üzbə-üz olan beşmərtəbəli evin blokundan çıxaraq ona və Orxana yaxınlaşaraq salam vermiş, daha sonra isə Toğrul, Orxan və Azərə yaxınlaşaraq onlarla da görüşüb söhbət etmişdir. Sonra isə X19, Toğrul və Azərdən aralanaraq özü-özünə rabitəsiz danışa-danışa o, tərəfə bu tərəfə var, gəl etməyə başlamışdır. Dostu Şahid1 mobil telefonuna zəng gəldiyindən o, əyləşdiyi daşın üstündən qalxaraq telefonla danışmaq üçün kənara çəkilmiş, onun da mobil telefonuna sevdiyi qız zəng vurduğundan əyləşdiyi yerdən ayağa qalxmış, qılçaları arasında olan pul qabının yerə düşdüyünü hiss etməmiş, gödəkcəsi isə daşın üzərində qalmış, oradan 10-15 metr aralanara arxası dəri gödəkcəmi qoyduğu istiqamətdə mobil telefonla danışmağa başlamışdır. Mobil telefonla 3-4 dəqiqə danışdıqdan sonra əvvəlcə əyləşdiyi dəri gödəkcəsini qoyduğu yerə qayıtmış və əvvəlki vəziyyətdə daşın üzərində əyləşmiş, pul qabının üstündə olmamasını hiss etdiyindən əynindəki paltarlarını və gödəkcəsinin ciblərini axtarmış, lakin pul qabını tapmamışdır. İçərisində pul və sənədləri olan pul qabının oğurlandığını başa düşərək orada dayanmış Azərə, Orxana və Toğrula tərəf həyacanlı vəziyyətdə qışqıraraq “Pulum yoxdur, içərisində pul və sənəd olan dəri pul qabımı oğurlayıblar” demişdir. Həmin vaxt dostu Orxan da onun səsini eşidərək yanma gəlmişdir. Azərlə, Toğrul ona Eldarın əlində pul kisəsi qaçdığını azyaşlı uşağın gördüyünü və onlara xəbər verdiyini bildirmişdir. Ona görə də pul və sənədlərinin Eldar Səlimovun oğurladığına əmin olmuş, orada olan Azər, Toğrul və Orxanla onu Yasamal rayonu ərazisində olan Elmlər Akademiyası metrostansiyası ətrafında axtarsalarda da tapa himəmişlər. Ona görə də Azərbaycan Respublikası DİN- nin 102-Zəng Xidmətinə mobil telefonu ilə zəng vuraraq Eldar adlı şəxs tərəfindən sənədlərinin və 4693 manat pulunun oğurlandığı barədə xəbər vermişdir. Bir neçə saatdan sonra Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları onu bölməyə dəvət etmiş və bölməyə gedərək pul və sənədlərinin oğurlanması barədə ərizə vermiş və izahat yazmışdır. Bununla belə Orxanla Eldarı axtarmışlar. 01 noyabr 2020-ci il tarixdə saat 21 radələrində Orxan ona mobil telefonla zəng vuraraq X15 küçəsində yerləşən 14 saylı yataqxananın həyətində olmasını, onu söhbətə tutacağım bildirmiş, həmin xəbəri eşidərək dərhal atası Şahid2 ilə onun idarə etdiyi Mercedes Benz markalı avtomobillə 14 saylı yataqxananın qarşısına gəlmişlər. X16 Orxanla çardağın altında əyləşdiyini görmüş, Eldardan pul və sənədlərinin onun tərəfindən götürülüb, götürülməməsini soruşmuşdur. Eldar da pul və sənədləri pul qabı ilə birlikdə götürdüyünü etiraf etmişdir. Eldardan pulunu və sənədlərinin harada olduğunu soruşduqda o, şəxsiyyət və sürücülük vəsiqələrini “Mozakia” geyim mağazası olan binanın arxasında olan tumbaların arxasına tulladığını, götürdüyü pulun bir hissəsini isə Höküməli qəsəbəsində olan evində olduğunu bildirmişdir. Atası Yasin və Orxanla birlikdə Eldar Səlimovu avtomobilə əyləşdirib Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gətirib polisə təhvil vermişlər. Eldar Səlimov oğurladığ 4693 manat pulun, 2500 manat pulunu ödəmiş, 2190 pulunu isə ödəməmiş, qalan pulu şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. Bir neçə gündən sonra tanımadığı 40-45 yaşlarında bir qadın pul qabını, şəxsiyyət və sürücülük vəsiqələrini və digər sənədləri ona qaytararaq içərisində sənədlərlə bir yerdə qara rəngli dəri pul qabını Yasamal rayonu ərazisində Elmlər Akademiyasına gedən yolda “Mozaika” uşaq mağazasının arxasından tapdığını ona bildirmişdir. Həmçinin şikayətçi olduğunu, ziyanın tam ödənilmədiyini, təqsirləndirilən şəxsin cəzalandırılmalı olduğunu, ona layiqli cəza təyin edilməsini məhkəmədən xahiş etdi Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti Şahtaxtinski küçəsi 26 nömrəli fərdi yaşayış yaşayır. Bakı şəhəri “İzmir Caterig” şirkətində mətbəx işçisi işləmişdir. Abşeron rayon sakini Təqsirləndirilən şəxs 7-8 il əvvəl tanımış, belə ki, Eldar onların qonşuluğunda Hüseyn Cavid küçəsində yaşamışdır. Bir neçə ildir ki, Təqsirləndirilən şəxs ailəliklə Abşeron rayonuna köçüb getmişdir. Eldarla onun yaxın münasibəti olmamışdır. Zərərçəkmiş şəxs isə 10 ildir ki tanımış onunla münasibəti yaxşı olmuş və yaxın dost olmuşlar. Pərviz 2020-ci ilin oktyabr ayının 24 tarixdə özünə məxsus “Saipa” **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili 5000 manata satmış və özünə təzə avtomobil almaq istəmişdir. 30 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxslə Yasamal rayonu Zahid Xəlilov küçəsində yerləşən “Fovarit” marketinin qarşısında görüşmüş və oradan birlikdə həmin küçədə yerləşən 14 saylı yataqxananın həyətinə gəlmişlər. Onlar orada istirahət guşəsi olan çardağın altında Şahid3, Şahid5 və Şahid4 ilə salamlaşaraq, Pərvizlə daş səkinin üzərində əyləşmişlər. Həmin vaxt hava isti olduğundan Pərviz gödəkcəsini soyunub daşın üstə qoymuş, onun pul qabı böyük olduğundan pulqabını ayaqlarının arasına qoymuşdur. Bu vaxtı Təqsirləndirilən şəxs binanın blokundan çıxıb oinların yanma gələrək onlarla hal-əhval tutub salamlaşmış və çardağın altında dayanan Zaur, Toğrul və Azərin yanma getmişdir. Həmin vaxt mobil telefonuna zəng gəldiyindən və yanındakılar danışığını eşitməməsi üçün onlardan 5-6 metr arxası Pərvizə doğru telefonla danışmış, təxminən 1-2 dəqiqə telefonla danışdıqdan sonra geri qayıtdıqda Pərvizi orada görməmiş, ancaq onun gödəkcəsi əvvəlcə daşın üzərində qoyduğu yerdə olmuşdur. Hava qaranlıq olduğundan üzünü Toğrul və digərlərinə tutaraq Pərvizin hara getdiyini soruşmuş, Toğrul da əli ilə binanın qarşısında dayanaraq arxası onlara tərəf telefonla 15-20 metr aralıda olan Pərvizi ona göstərmişdir. Artıq Eldar orada olmamış, təxminən 5 dəqiqədən sonra Pərviz əyləşdiyi yerə gələrək daşın üstündə olan gödəkcəni əyninə geyinib əli ilə gödəkcənin ciblərini yoxlayaraq həyacanlı halda “Pulum yoxdur, içərisində pul və sənəd olan dəri pul qabımı oğurlayıblar” dedi. Orada olan Orxan, Azər, Toğrul Pərvizdən nə qədər pulu oğurlandığını soruşduqda onlara pul qabında 4693 manat pulunun və sənədlərinin oğurlandığını bildirmişdir. Bir neçə dəqiqə əvvəl Eldarın onlardan ayrılaraq getməsindən və pul qabının da onun tərəfindən oğurlanmasından şübhələnmişlər. Onlar birlikdə Eldarı axtarmış, lakin onu tapa bilməmişlər. Orada tanımadıqları azyaşlı uşaq Eldarın binanın blokuna girib sonra çıxaraq qaçdığını görməsini demişdir. Onlar Eldarı həmin gün axtarsalarda tapa bilməmişlər. 01 noyabr 2020-ci il tarixdə saat 21 radələrində Zahid Xəlilov küçəsində yerləşən 14 saylı yataqxananın həyətinə gəldikdə Eldarın da ona tərəfə gəldiyini görmüş, ondan Pərvizin pulunu oğurlayıb, oğurlamamasını soruşmuş, Eldar əvvəlcə pulu oğurladığını etiraf etməmişdir. Pərvizə zəng vurub Eldarın yataqxananın qarşısına gəldiyini xəbər vermiş, bir azdan Pərviz atası Şahid2 idarə etdiyi Mercedes Benz markalı avtomobillə gəlmişlər. Pərviz Eldardan pulunu və sənədlərinin onun tərəfindən oğurlanmasını soruşduqda Eldar artıq gizlətməyin yeri olmadığını fikirləşib pul və sənədləri pul qabı qarışıq götürdüyünü etiraf etmiş, şəxsiyyət və sürücülük vəsiqələrini “Mozakia” geyim mağazası olan binanın arxasında olan tumbaların arxasına qoyduğunu, pulun bir qisminin isə Höküməli qəsəbəsində olan evində olduğunu bildirmişdir. Pərviz və atası Yasinlə birlikdə Eldarı avtomaşına əyləşdirib birlikdə Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gəlmişlər və onu polisə təhvil vermişlər. X7 şikayəti əsasında araşdırma aparılmışdır. X3rladığı 4693 manat puldan Pərvizin 2500 manat pulunu ödəməsini eşitmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Hüseyn Cavid prospekti, 556/57-ci məhəllədə, yəni el arasında “Kasparın Yataqxanası” adlanan yataqxanada yaşamışdır. Oğlu Zərərçəkmiş şəxs Yasamal rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən vəzifəsində işləmişdir. 24 oktyabr 2020-ci il tarixdə Pərviz istifadəsində olan “Saipa” **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobili 5000 manata sataraq 30 oktyabr 2020-ci il tarixdə avtomobil almaq üçün Binəqədi rayonuna getmişdir. Lakin həmin gün oğlu evə gəlməmiş, ona görə də narahat olaraq Pərvizə zəng vurmuşdur. Pərviz də ona avtomobil almaq üçün üstündə gəzdirdiyi 4693 manat pulu və sənədlərini pul qabı qarışıq daşın üstünə unudub qoymasını, telefonla danışmaq üçün pulu qoyduğu yerdən aralanandan sonra Eldar adlı şəxs pulu oğurlamasını ona görə də dostları ilə Eldarı axtardığını, lakin onu tapmadıqlarından oğurluq hadisəsi barədə Azərbaycan Respublikası DİN-nin 102 Zəng Xidmətinə məlumat verməsini və faktla bağlı olaraq Yasamal RPİ-nin 28-ci Polis Bölməsində araşdırma aparılmasını xəbər vermişdir. 01 noyabr 2020-ci il tarixdə Pərvizin dostu Orxan ona zəng vuraraq X18 küçəsində qaçqınlar yaşayan yataqxananın qarşısında görməsini xəbər vermişdir. İdarə etdiyi Mercedes markalı avtomobillə Pərvizlə yataqxananın qarşısına gələrək Orxanın Eldarla birlikdə dayandığını görmüşlər. Onlar Eldarı birlikdə avtomobilə əyləşdirərək Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə apararkən yolda X12 pulunu oğurlamasını etiraf edərək pulun bir hissəsini xərclədiyini bildirmişdir. Həmin günün səhəri Eldar oğlu Pərvizin 2500 manat pulunu qaytarmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ev 2, mənzil 56-da yaşayır. Abşeron rayon sakini Təqsirləndirilən şəxs 10-15 il əvvəl tanımış, belə ki, Eldar onların qonşuluğunda Hüseyn Cavid küçəsində yaşamış, sonra isə ailəliklə Abşeron rayonuna köçüb getmişdir. Zərərçəkmiş şəxs isə 5-6 ildir ki tanımış, onunla yaxın münasibəti olmamışdır. 30 oktyabr 2020-ci il tarixdə saat 20 radələrində yaşadığı binanın yaxınlığında olan Zahid Xəlilov küçəsində yerləşən 14 saylı yataqxananın qarşısına gəlmiş, orada istirahət guşəsi olan çardağının altında əyləşmiş tanışları Toğrul və Azərlə görüşmüşdür. Onlar dayandıqları yerdən 10-15 metr aralıda isə Zərərçəkmiş şəxs daşın üzərində əyləşməsini və onun tanıdığı Şahid1 ayaq üstə dayandığını görərək onlarla salamlaşdır. Təqsirləndirilən şəxs da binadan çıxaraq Pərviz və Orxanın yanma gələrək onlarla söhbət etmiş, sonra isə onların yanma gələrək görüşmüş və təkrar Pərvizlə, Orxanın yanma qayıtmışdır. Pərvizin əyləşdiyi yerdən qalxaraq 8-10 metr aralanıb arxası onlara tərəf telefonla danışdığını görmüşdür. Təxminən bir iki dəqiqədən sonra Eldar yanlarından ötərək sağollaşaraq “Favorit” market istiqamətinə doğru getdiyini görmüşdür. Eldar getdikdən 5 dəqiqədən sonra Pərviz əyləşdiyi yerə gəlmiş, daşın üstündə olan gödəkcəsini əyninə geyinib əli ilə gödəkcənin ciblərini yoxlayaraq onlara tərəf “Pulum yoxdur, içərisində pul və sənədlərim olan pul qabımı oğurlayıblar” demişdir. Ondan hansı məbləğdə pulunun oğurlanmasını soruşduqda Pərviz 4693 manat pulunun oğurlanmasını, pul qabının qılçalarının arasında olduğunu və telefonla danışmaq üçün ayağa qalxanda pul qabının yerə düşməsini, lakin bunu hiss etməməsini onlara bildirmişdir. Bir neçə dəqiqə əvvəl Eldarın onlardan ayrılaraq getməsindən və pul qabının da onun tərəfindən oğurlanmasından şübhələnmişlər. Onlar birlikdə Eldarı axtarsalarda onu tapa bilməmişlərş. 01 noyabr 2020-ci il tarixdə Eldar pulun bir qismini Pərvizə qaytarmasını eşitmişdir. Zərərçəkmiş şəxs pul qabını Eldar Səlimov oğurlayan zaman görməmiş, pul qabını gizlin Pərvizin gödəkcəsinin yanından götürüb sakitcə getmişdir. Məhkəmə istintaqı zamanı ifadələri elan edilmiş şahidlər Şahid4 və Şahid5 ibtidai istintaqa verdikləri ifadələrində Şahid3 ifadəsinə uyğun ifadə vermişlər. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30.12.2020-ci il tarixli 9/5409 nömrəli rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli, basma üsulu ilə üzərində “Versace” yazıları olan, 9X18 sm ölçülü portmanenin (pul qabı) istifadə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 20 manat müəyyən olunması göstərilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxsin və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Yasamal Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli, 1(004)-132/2020 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, qəti olaraq üzərində 01 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 7(012)-87/2021 saylı, 20.04.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlığın məhdudlaşdırılmasının 02 günü azadlıqdan məhrum etmənin 01 gününə bərabər tutulmaqla 09 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilmişdir. cəzasının əvvəlinin tutulduğu vaxtdan, yəni 20.04.2021-ci il tarixdən hesablanlası nəzərə alınmışdır. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Əvvəlki hökm üzrə təyin edilmiş cəza azadlığın məhdudlaşdırılması cəzası olmuşdur, sonradan həmin cəza azadlıqdan məhrumetmə cəzasına hökmlərin icrası qaydasında dəyişdirilmişdir.. Lakin CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan tam ödənilməmişdir. Məhkəmə qeyd edilənləri və onun barəsində olan hökm üzrə cəzasını çəkib qurtarmadan yenidən cinayət törətməsini təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə az ciddi cəza növünün təyin edilməsilə cəzanın məqsədləri təmin oluna bilməz, ona görə də daha ciddi cəza təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinə əsasən Təqsirləndirilən şəxs 23.08.2017-ci il təvəllüdlü X10 adlı uşağı vardır. İş üzrə müəyyən edilir ki, cinayət işi üzrə 4713 manat vurulmuş ziyandan 2500 manatı ödənilmişdir, qalan hissəsi isə ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını, ziyanın bir hissəsinin ödənilməsini, evli olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Abşeron Rayon Məhkəməsinin 7(012)-87/2021 saylı, 20.04.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 09 ay 09 gün müddətinə azadlıqdan məhrum etmə növündə cəzanın əvvəli 20.04.2021-ci il tarixdən hesablanmışdır. Bununla da hazırkı vaxtadək həmin cəzanın 01 ay 15 gün hissəsini çəkmiş, çəkilməmiş hissəsi isə 07 ay 24 gün təşkil edir. Həmin cəzanın icrası ilə əlaqədar Təqsirləndirilən şəxs hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Hazırkı cinayət işi ilə əlaqədar isə Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə 23.02.2021ci il tarixdə tutulmuş, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi B.Rəhimovun 25.02.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs saxlandığı Yasamal RPİ-nin MSY-dən azad olunmuş, həmin tarixdə də barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da hazırkı cinayət işi üzrə o, ibtidai istintaq dövründə 02 gün həbsdə qalmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 01 ədəd pul qabının qəbzlə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 ay (doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 12.06.2020-ci il tarixli hökmü ilə təyin edilmiş qəti 01 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının Abşeron Rayon Məhkəməsinin 20.04.2021-ci il tarixli qərarı ilə hökmlərin icrası qaydasında əvəzləşdirilərək üzərində saxlanılmış 09 ay 09 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 07 ay 24 gün hissəsi hazırkı hökmlə təyin olunan cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq, 01 il 03 ay (bir il üç ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 02 ay 28 gün (bir il iki ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı tarixdən, yəni 04 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 manat (yüz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd pul qabının qəbzlə zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-218/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-218/2021
04.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver