Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-218/2022 18.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddəni əldə edib, üzərində saxlamış, 21.01.2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu Hüseyn Cavid istirahət pərakındən Bakı Metropoliteni QSC-nin “Elmlər Akademiyası” stansiyasına gəlməklə daşımış və həmin vaxt tibbi maskadan istifadə etmədiyi üçün Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq şəxsiyyəti müəyyən edilən zaman Şəki RPŞ-si tərəfindən borclu fiziki şəxs və cavabdeh kimi axtarışda olduğu müəyyən edilmiş, aidiyyəti üzrə təhvil verilməsi üçün Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinə gətirilmiş, 21.01.2022-ci il tarixdə saat 17:05-da ünvan 2 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış və baxış keçirilərkən əynində olan göy gödəkçənin iç sol cibindən “Prima” markalı siqaret qutusunda olan şəffaf sellofanın kəsiyinə bükülmüş bükülüdə ümumi çəkisi 0,629 qram narkotik maddə heroin və gümüşü rəngli siqaret kağızı kəsiyinə bükülmüş bükümdə ümumi təmiz çəkisi 0,032 qram olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti və düşmənçiliyi olmamışdır. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamadır. İfadə vermək iqtidarındadır. Təxminən 3 il olar ki, narkotik vasitə hesab edilən el arasında “Kakos” kimi tanınan heroini ineksiya yolu ilə qəbul edir. O, narkotik maddəyə olan ehtyacını müxtəlif şəxslərdən pul müqabilində əldə edir. 21.01.2022-ci il tarixdə saat 13 radələrində dəqiq adı yadında qalyamayan internet sosial şəbəkəsindən şəxsi istifadəsi üçün 20 manata narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş etmişdir. O, həmin narkotik vasitələri Yasamal rayonu əraizisində yerləşən “Hüseyn Cavid” adlan istirahət parkından götürmüşdür. Narkotik vasitə və psixotropp maddəni götürdükdən sonra həmin maddəlləri üzərində olan “PRİMA” markalı siqaretin boş qutusuna qoymuşdur. 21.01.2022-ci il tarixdə o, Bakı Metropoliteni QSC-nin “Elmlər Akademiyası” stansiyasına daxil olmuşdur. O, stansiya daxil olduğu zaman tibbi maskadan düzgün sitifadə etməmişdir. Həmin vaxt stansiyada xidmət aparan polis əməkdaşları ona yaxınlaşmışdır. Onlar ondan ad və soy adını soruşmuşlar. O, polis əməkdaşlarına özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demişdir. Polis əməkdaşları onun şəxsiyyətini dəqiqləşdirən zaman onun Şəki RPŞ tərəfindən borclu kimi axtarışda olmağı müəyyən edilmişdir. Polis əməkdaşları onu aidiyyəti üzrə təhvil verməkdən ötrü Bakı Metropolitenində Polis Şöbəsinə gətirmişdilər. Həmin vaxt o, polis əməkdaşlarına narkotik vasitə istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin olduğunu bildirmişdir. X7 inzibatı binasının xidməti otaqlarının birində ona “Mərkəzi” vəkillər bürosunun siyahısı təqdim edilmişdir. Ona həmin siyahıda adı qeyd olunan vəkillərdən birini seçməsi bildirilmişdir. O, həmin siyahıda adı qeyd olunmuş X1. Sonra o, seçdiyi vəkil Polis Şöbəsinə dəvət edilmişdir. Vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmişdir. Sonra video çəkilişdən istifadə etməklə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt o, üzərində olan bütün əşyaları və narkotik vasitə olan heroini və metamfetamini masanın üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşları həmin bükümlərdə nə olduqlarını soruşmuşlar. O, polis əməkdaşlarına həmin bükümlərdə şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini sosial şəbəkədən aldığını bildirmişdir. O, üzərində aşkar edilərək götürülmüş narkotik vasitəni və metamfetamini internet vasitəsi ilə əldə etdiyini qeyd etmişdir. Sonra onun iştirakı ilə həmin bükülülər zərfə qoyularaq qablaşdırılmışdır.O, şəxsi axtarış və götürmə prosesində iştirak edən iştirakçılar həmin zərfi imzalanmışdır.O, əvvəllər narkotik vasitəyə olan ehtiyacını müxtəlif şəxslərdən pul müqabilində əldə etmiş həmin şəxsləri tanımır və anket məlumatlarını bilmir. O, Polis şöbəsinə gətirilən zaman və Polis Şöbəsində olan zaman ona fiziki və psioloji təsir olmamışdır. Özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3h oğlu ifadəsində göstərmişdir ki, 21.01.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı Metropoliteni QSC-nin “Elmlər Akademiyası” stansiyasında xidmətdə olmuşdur. Həmin vaxt metronun sərnişin qismində bir nəfər şəxs daxil olmuşdur. Metroya daxil olan şəxs tibbi maskadan düzgün istifadə etməmişdir. Həmin şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir.Həmin şəxs özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyətini dəqiqləşdirməkdən ötrü portal sisteminə daxil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Şəki RPŞ tərəfindən fiziki borclu şəxs kimi axtarışda olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verilməsindən ötrü Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs Bakı X2 zaman narkotik maddələrdən istifadə etdiyini, üzərində şəxsi istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını bildirmişdir.Daha sonra Bakı Metropoliteni Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin siyahıya baxaraq siyahıda adı qeyd olunmuş X8 onun hüquqlarını müdafiə etməsini istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs seçdiyi vəkil Polis Şöbəsinə dəvət edilmişdir. Dəvət edilmiş vəkil X8 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Daha sonra videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürülmə zamanı Təqsirləndirilən şəxs üzərində olan bütün əşyalarını masanın üzərinə qoymaq təklif olunmuşdur. Sonuncu əynindəki göy rəngli gödəkçəsinin sol iç cibindən “Prima” markalı siqaret qutusunu çıxaraq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs “Prima” markalı siqaret qutusunu açaraq içərisindən şəffaf rəngli sellofan kəsiyinə və “Prima” markalı siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş bükülüləri çıxartmışdır. Təqsirləndirilən şəxs şəffaf rəngli sellofan kəsiyi bükümündə narkotik vasitə heroin və siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş bükülüdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitə heroni və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş bükülü açılan zaman içərisində kristal şəkilli, ağ rəngli, şəffaf rənfli sellofan kəsiyi açılan zaman içərisində toz şəkilli qəhvəyi rəngli kütlələr olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs və vəkili X11 həmin zərfi imza etmişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 21-ci vərəqəsində olan 21 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 65-ci vərəqəsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 yanvar 2022-ci-ci il tarixli qərarınının çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 yanvar 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 (iyirmi) gün, yəni 11 may 2022-ci il tarixdək uzadılmışdır. Cinayət işinin 33-35-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2022-ci il tarixli 6/412 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №37” möhür əksi, “Şübhəli şəxs:.... Təqsirləndirilən şəxs...” və s. Yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,032 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metemfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,629 qram açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Cinayət işinin 32-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 manat təşkil etmişdit. Cinayət işinin 93-99-cu vərəqəsində olan sübutların qiymətləndirilməsi haqqında 06 aprel 2022-ci-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 0,032 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,629 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və aparılmış kimyəvi ekspertiza nəticəsində metamfetaminin 0,012 qram qalığı və heroinin 0,579 qram qalığı saxlanılması üçün Bakı şəhər BPİ-nin Təhcizat şöbəsinə təhvil verilmişdir, həmçinin 1 ədəd disk də maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının 14 mart 2022ci il tarixli, 1289 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülürmüşdür. Cinayət işinin 76-77-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 1) Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.3, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 3200 manat cərimə cəzasına məhkum edilmiş; 2) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3200 manat cərimə cəzalarına məhkum edilmiş; 3) Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə və 3200 manat cərimə cəzalarına məhkum edilmiş; 14 mart 2018-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzası 02 (iki) il 06 (altı) aya endirilib, 03 sentyabr 2018-ci il tarixdə cəzasının sonu il azad edilib 4) Şəki rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalərına məhkum edilmiş və 22.04.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 78-90-cı vərəqələrində olan Şəki Rayon Məhkəməsinin 18 may 2020ci il tarixli, 1(004)-21/2020 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və üzərində 3000 manat cərimə cəzası saxlanmışdır. Cinayət işinin materiallarında olan diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 21.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin polis nəfəri polis serjantı Şahid1, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin polis nəfəri polis baş serjantı X12, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis X6 polis nəfəri polis serjantı Şahid3h oğlu, Bakı şəhəri “Mərkəzi” Vəkil Bürosunun vəkili X11 iştirak etmişlər. Təqsirləndirilən şəxs əynindəki göy rəngli gödəkcəsinin içəri sol cibindən “Prima” markalı siqaretin qutusunu çıxararaq içərisində olan şəffaf rənfli sellofanda siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bir ədəd bükümü və şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülünü masanın üzərinə qoyaraq təqdim etdi. Siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükülü açılan zaman içərisində kristal şəkilli, rəngli sellofan kəsiyinə bükülmüş bükülü açıldıqda içərisində qəhvəyi rəngli kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükülülərin içərisində şəxsi istifadəsi üçün internet vasitəsi ilə 20 manata aldığı psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və digər iş materialları ilə onun məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli resedivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 01 oktyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.3, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 3200 manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə və 3200 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə və 3200 manat cərimə cəzalarına məhkum edilmiş; 14 mart 2018-ci il tarixdə Şəki Rayon Məhkəməsinin qərarı ilə cəzası 02 (iki) il 06 (altı) aya endirilib, 03 sentyabr 2018-ci il tarixdə cəzasının sonu il azad edilib, Şəki rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli 01 (bir) il 06 (altı) ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzalərına məhkum edilmiş və 22.04.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq yenidən 21.01.2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 dekabr 2010cu il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83cü maddələrinin şərh edilməsi ilə bağlı” Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması cinayətlərin təhlükəli resedivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli resedivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən cərimə növündə cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona hazırki hökmlə təyin edilmiş cəza Şəki Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 manat cərimə cəzası ilə həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən tam birləşdirilərək qəti cəza təyin edilməli və həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cərimə cəzası müstəqil icra olunmalıdır. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 21 yanvar 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X4nın 14 mart 2022-ci il tarixli, 1289 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra metamfetaminin 0,012 qram qalığı və heroinin 0,579 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri «Mərkəz» və Bakı şəhəri 36 saylı Vəkil Bürolarının hesablarına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Şəki Rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və ödənilməmiş 3000 (üç min) manat cərimə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən tam birləşdirilərək ona qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə və 3000 (üç min) manat cərimə cəzaları təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 3000 (üç min) manat manat cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhər BPİ-nin Təhcizat şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra 0,012 qram psixotrop maddə olan metamfetaminin qalığı və 0,579 qram narkotik vasitə olan heroinin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürolarının hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-218/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-218/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver