Məhkəmə qərarları › İş №1(004)-218/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-218/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-218/2024 23.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 17 oktyabr 2023-cü il tarixdə səhər radələrində Bakı şəhəri,Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,716 qram olan ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edərək saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 19:05 radələrində Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri çərçivəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd bükümdə 0,716 qram olan ağ rəngli kristalardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən bir neçə ildir ki, müxtəlif yerlərdən narkotik vasitələr və psixotrop maddələr əldə edib qəbul edir. Narkotik maddələri və psixotrop maddələri qəbul etməyi ona heç kim məcbur etməmiş, özü könüllü olaraq istifadə edir. Üzərindən psixotrop maddə metamfetaminin aşkar olunması ilə bağlı səmimi olaraq bildirmişdir ki, xx.xx.2023-cü ilin tarixdə səhər radələrində Bakı şəhəri, Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə üzdən tanıdığı, lakin, heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 20 manata bir ədəd bukumdə el arasında «şüşə» deyilən psixotrop maddə almış, şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirirmişdir. Daha sonra isə elə xx.xx.2023-cü il tarixdə tarixdə saat 19:05 radələrində ünvan 4 ünvanın yanında olan zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Yasamal RPİ-nin 29-cu polis şöbəsinin əməkdaşları kimi təqdim edib şəxsiyyəti ilə marqalanmış və o, özü barədə məlumat verərkən polis əməkdaşları onun probasiya nəzarətindən yayındığını müəyyən etmiş və ona birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getməyi təklif etmişlər. Polis əməkdaşlarının təklifi ilə razılaşmış və birlikdə 29-cu Polis şöbəsinin inzibati binasına getmişlər, sonra polis şöbəsinin inzibati binasında videoçəkliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir və ona üzərində qanuna zidd əşya və yaxud predmet olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. Bundan sonra o, geyindiyi göy rəngli idman şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini, sol yan cibindən isə qara rəngli üzərində 055 ***-**-** mobil nömrəsi olan «Samsung» markalı mobil telefonu könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən üzərinə keçirilmiş baxış zamanı başqa əşya və maddə aşkar olunmamışdır. Özünün təqdim etdiyi, yəni aşkar olunaraq götürülmüş psixotrop maddə polis əməkdaşı tərəfindən götürülərək, orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmişdir. Etdiyi əməldən çox peşmandır, psixotrop maddə olan metamfetamini qəbul etsə də, heç vaxt heç kimə psixotrop maddə satmamışdır. Bundan əvvəl və bilavasitə 17 oktyabr 2023-cü il tarixdə aldığı psixotrop maddə olan metamfetamini heç bir şəxsə satmamış və hədiyyə etməmişdir. Üstündən aşkar olunmuş psixotrop maddəni bədənində ağırlar olduğuna görə öz şəxsi istehlakı üçün əldə etmişdir. Həmin psixotrop maddə olan metamfetamini ona satmış şəxsin anket məlumatları, iş və yaşayış yeri və ya telefon nömrəsi haqqında heç nə bilmir, həmin şəxsi Yasamal rayonu, «Şamaxinka» adlanan ərazidə görmüş, arıq bədən quruluşlu olan həmin şəxsin sifət cizgiləri tam yadında qalmamışdır. İfadəsinin sonunda özünü Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə deyil həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bildiyinə görə barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 17 oktyabr 2023cü il tarixdə saat 19:05-də «Darama» tədbiri ilə əlaqədar olaraq izibati ərazidə sahə inspektoru Şahid1 ilə birlikdə xidmətdə olarkən ünvan 5 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığı üçün ona yaxınlaşıb özlərini təqdim etmiş,onunla söhbətlər əsasında verilən suallara qeyri adekvat cavab verdiyindən onun şəxsiyyəti VMAS-da yoxlanılan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olması və probasiya nəzarətindən yayındığı müəyyən olunmuş, həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə və ya pisixotrop maddənin təsiri altında olmasına şübhələr yarandığından həmin şəxsi Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə dəvət etmiş, Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə PŞ-nə gəlmişdir.Bundan sonra, Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞnə gətirilməsi barədə raportla şöbə rəhbərliyinə məruzə edilmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs ilə bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı polis kapitanı Tural Mahmudova həvalə olunmuşdur. Bununla bağlı, X6 tərəfindən Yasamal RPİ-nin 29-cu PŞ-nin xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmazdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o, maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş, Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil X2 tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Bundan sonra göstərilən büronun vəkili X2 təhqiqatçının xidməti otağına dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu vəkilə etiraz etmədiyi üçün X6 bu barədə protokol tərtib etsikdən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş, Təqsirləndirilən şəxs üstünə axtarış və götürmə keçiriləcəyi bildirilmişdir.X6 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar prosessual hərəkətin aparılması zamanı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır.Bundan sonra X6 video yazan texniki vasitə kimi mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir.Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən «Samsung A5» markalı üzərində 055 ***-**-** nömrəsi olan mobil telefonu və sağ yan cibindən bir ədəd büküm çıxararaq təqdim etmişdir. Bundan sonra X6 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən o, həmin bükümün içərisində «Şüşə» adalanan metamfetamin olduğunu,həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər radələrində Yasamal rayonu,“Şamaxinka” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özünün istifadə etməsi üçün 20 manata aldığını və üzərində saxladığını bildirmişdir.X6 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxladığı və çıxarıb təqdim etdiyi bir ədəd bükülüyə baxış keçirilən zaman təqdim edilmiş bir ədəd sellofana bükülmüş bükülünün içərisində şəffav rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən olunmuşdur.Bundan sonra X6 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparmış, lakin Təqsirləndirilən şəxs üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmamışdır. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru polis baş leytenantı Şahid1 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 1). “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, 17 oktyabr 2023-cü il tarixdə (saat 19:05 dəqiqədən) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (İ/V. 17). «Şəxsi axtarış və götürmə aparılması haqqında» 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən qara rəngli “Samsunq A5”markalı üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefonu,sonra sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxrıb təqdim etmişdir.Bükülüyə baxan zaman içərisində şəffaf rəngli, kristal şəkilli, spesifik iyə malik olan, psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu,” Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən özünün şəxsi istifadəsi üçün alaraq üzərində daşıdığını, xx.xx.2023-cü il tarixdə saat 19:05 radələrində polis əməkdaşları tərəfindən ünvan 6 ünvanın qarşısında saxlanıldığını bildirmişdir. Aşkar olunmuş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.Şəxsiaxtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (İ/V. 27- 28). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 17 oktyabr 2023-cü il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə sonuncunun hüquqlarını müdafiə edən vəkil X1,Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat- müvəkkili ,polis baş leytenantı Şahid1 və sahə inspektoru, polis kapitanı Şahid2 iştirakları ilə şəxsi axtarış və götürmə aparılarkən mobil telefon vasitəsi ilə qeydə alınmış videogörüntülər vardır. DVD markalı diskinin yaddaşına videogörüntülər 01 ədəd faylda yerləşdirilmişdir. Həmin faylda yerləşdirilmiş video görüntü izlənilərkən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquqlarının Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı Tural Mahmudov tərəfindən izah olunmaqla ona üzərində olan hər hansı bir qanunsuz əşyanın könülü təqdim olunmasının təklif edildiyi, bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli idman şalvarının sol yan cibindən qara rəngli “Samsunq A5”markalı üzərində ***-***-**-** mobil nömrəsi olan mobil telefonu, sonra sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxrıb təqdim etdiyi, bükülüyə baxan zaman içərisində şəffaf rəngli, kristal şəkilli,spesifik iyə malik olan, psixotrop maddə metamfetaminə bənzər kütlənin aşkar edildiyi müəyən olunur. Təqsirləndirilən şəxs həmin maddənin “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında Yasamal rayonu, ”Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən özünün şəxsi istifadəsi üçün alaraq üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilən zaman içərisində şəffaf rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu aşkar olunmuş və həmin kütlə bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. (İ/V. 77-78). Məhkəmə-Kimyəvi Ekspertizasının 18 oktyabr 2023-cü il tarixli, 3-16-16-16/2- 6/5540 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün N°169» dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)”yazısı və imzalar olan zərfdəki l(bir)ədəd bükümdə təmiz çəkisi 0,716 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Həmçinin rəyin qeyd hissəsində metamfetaminin təmiz çəkisi: 0,716 qram,tədqiqata sərf edildi: 0,05 qr, qalıq 0,666 qram göstərilmişdir. (İ/V. 34-38). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı verilmiş təqdimat təmin edilməmişdir. (İ/V. 67-73). “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ/V. 74-75). Məhkəmə-Narkoloji Ekspertizasının xx.xx.2023-cü il tarixli 6888 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ/V. 80-81). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədlən görünür ki, Təqsirləndirilən şəxs əvvələr Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə 02 il 06 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin qərarı ilə cəza müddəti 01 il azaldılmış, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. (İ/V. 90-91). “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması üçün axtarış elan edilməsi haqqında” 07 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tutulması üçün axtarış elan edilmişdir. (İ/V. 117). “Axtarışda olan şəxsin yaxalanması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:20-də tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (İ/V. 126). Təqsirləndirilən şəxs məxsus 055 *** ** ** mobil nömrə ilə istifadə olunan telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi haqqında Yasamal rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun 01 noyabr 2023-cü il tarixli 5(004)-1175/2023 nömrəli qərarı əsasında "xxxx" MMC-dən BKC/LGL-15487/23, nömrəli xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD diskə baxış keçirərkən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan və çıxan zənglərdəki məlumatlarda Təqsirləndirilən şəxs aşağıda göstərilən tarixlərdə qeyd olunan mobil telefon istifadəçiləri ilə, xx-xx-2023 08:12:00 1.1.**********38 1.1.**********44 Gasana ver ozu verecey...sen geleesen bize xx-xx-2023 19:38:38 1.1.**********38 1.1.**********81 Alirsfn kola al 1 litr..galan pulu vur karta xx-xx-2023 13:55:04 1.1.**********38 1.1.**********15 Galmiyib ALLAH aggi xx-xx-2023 01:22:24 1.1.**********38 1.1.**********10 Nolduye srazi gacirsan bawga yere...indi goturdum ...ozde bombasidi... xx-xx-2023 05:25:36 1.1.**********38 1.1.**********81 Coxsagol gagaw.. xx-xx- 2023 07:49:14 1.1.**********38 1.1.**********59 Gelirsen xx-xx-2023 07:50:21 1.1.**********38 1.1.**********59 Vurda karta pulu.nolaaar.. 4169 7388 2347.5284 xx-xx- 2023 01:20:14 1.1.**********38 1.1.**********02 Gef götrum deyrrem gelersen hele götumemişem xx-xx-2023 01:20:42 1.1.**********38 1.1.**********02 Yarim saatceker xx-xx- 2023 22:33:10 1.1.**********38 1.1.**********09 Vur karta.. 4169.7388..2347 5284.kapital xx-xx-2023 15:39:52 1.1.**********38 1.1.**********75 Tez gel xx-xx-2023 23:40:03 1.1.**********38 1.1.**********11 Setaga 1 manat vurda nömreme galmişam yiga bilmirem xx-xx-2023 17:51:38 1.1.**********38 1.1.**********24 Sen cqnin srocnu lazimdi kart oturde mene..pul atmalidilar iwim sarvat olub galib xx-xx-2023 20:25:55 1.1.**********38 1.1.**********65 Verde puluu xx-xx-2023 10:32:47 1.1.**********38 1.1.**********15 4169.7388.2347.5284..kaptal ********** nömrəsinə daxil olan SMS mətnləri xx-xx-2023 19:02:28 1.1.**********78 1.1.**********38 Danisib adboy vermeye dunen 3 defe geldim 30 m verdim Sraga gun 10+20+8 geceside 20 verdim hem quru hem sulu mene quru verdin dedin seher gelersen yeni duneni dunende dedin men ozum olurem yaxsi ki pul tuta bildim indi olmasaydi lomkada qalmaliydim halbuki menim 10 sende qalib sraga gun geceden havaxd olub mene ya pulsvz bir defe vermisen soxum lOm icine arada xetir hormet var ozude birdene mene qarsi bu hereketi edirsen sagol xx-xx-2023 22:19:53 1.1.**********15 1.1.**********38 20mat xx-xx-2023 12:40:19 xx-xx-2023 12:40:20 1.1.**********65 1.1.**********38 Danwdm en awagi mawin 80man odaki elantradi niva yoxlaridi, blee bahadiye ograwdi oyun cixardirlare baxda kera meslehet senindi xx-xx-2023 13:54:57 xxxx-2023 13:54:57 1.1.**********41 1.1.**********38 Emi Namazdı 7 manatdig alınar hərəsindən biraz biraz xx-xx-2023 15:46:48 1.1.**********61 1.1.**********38 Salam qaqa erebdi tema var qaqa mene bir cavab veride xx-xx-2023 10:43:30 xx-xx-2023 10:43:30 1.1.**********74 1.1.**********38 Zaur abi salam necesen lOm varim idi nese elemey olar qurban sene mene bir soz deyerdinde zehmet olmasa xx-xx-2023 04:35:29 1.1.**********18 1.1.**********38 Qardaşun ölmyib aa lomkadasan sa yıg mənə xx-xx-2023 08:43:20 1.1.**********74 1.1.**********38 Zaur emi salam necesen emican 10 m varimdi nese alinar?? xx-xx-2023 16:43:01 1.1.**********60 1.1.**********38 Emi 8 manatim var gelim xx-xx-2023 13:08:19 1.1.**********74 1.1.**********38 Zaur emi salam necesen lOm var nese elemey olar mene cvb deyerdinde zehmet olmasa xx-xx-2023 08:30:48 1.1.**********74 1.1.**********38 Zaur emi salam nese elemey olar lOm varimdi xx-xx-2023 20:49:09 1.1.**********09 1.1.**********38 Qaqas birdayamm xx-xx-2023 15:28:58 1.1.**********35 1.1.**********38 Ala bir söz de.ne oldu axı? Dedin 10 degige. xx-xx-2023 15:29:51 1.1.**********35 1.1.**********38 Odboy verirsen.aç telefonu denen bir sözde.düzelir düzelmir. xx-xx-2023 15:58:46 1.1.**********35 1.1.**********38 s veziyyetde galmışam.hem lomka, bu geder vaxt keçdi.neyniyek axı? xx-xx-2023 16:06:39 1.1.**********35 1.1.**********38 Saat 14:15 de pul atıb sene.saat 16:00 oldu.bir xeber yoxdu.bele şey olmur axı.cavab vere bilmirem axı ne deyim buna? 2saat keçdi.sende cavab vermirsen.özün menim yerimde olsan neyniyersen? xx-xx-2023 21:21:11 1.1.**********64 1.1.**********38 Deli menim Efqan xx-xx-2023 02:21:43 1.1.**********75 1.1.**********38 Qaqas salam salehin bacisi oglu Qaqas ele burdyam gor dene zad alinirsa xeber elede mene yardaa olsa olar xx-xx-2023 13:20:36 1.1.**********73 1.1.**********38 5 deyge catiram xx-xx-2023 13:56:20 1.1.**********30 1.1.**********38 Telefonum sönür vacba gir mən gedim sora gəlib götrem xx-xx-2023 15:19:26 1.1.**********69 1.1.**********38 Qaqa erebdi tema var xx-xx-2023 11:59:29 1.1.**********85 1.1.**********38 Zaur mənəm Azərnemes xx-xx-2023 13:53:46 1.1.**********15 1.1.**********38 Qaqas 15 Manatim Var , X8 X10 Verde Qardasimsan xx-xx-2023 17:54:38 1.1.**********65 1.1.**********38 Zaxa biyagki alaciy oldu 20 temiz duzeltmwem,gelim vaxdim azdi iwdemeliyem gelim? xx-xx-2023 22:47:23 1.1.**********75 1.1.**********38 Zugu 25 yari düzələr DALGANİN GABAGİNDAYAM xx-xx-2023 13:38:05 1.1.**********15 1.1.**********38 Qaqas 27 X9 xx-xx-2023 01:04:00 1.1.**********02 1.1.**********38 qaqaw lssatdi burdayam neynirsen cixirsan cix cixmirsan gedim it qurd iliwecek indi xx-xx-2023 15:55:17 1.1.**********75 1.1.**********38 Gəlirəm gapiya xx-xx-2023 17:37:14 1.1.**********69 1.1.**********38 Qaqa noldu masin meni gozduyur birat xx-xx-2023 03:31:38 1.1.**********97 1.1.**********38 Qaqaş mənəm Fərid. Qaqaş burda 3.2 çəki varıydı. Qaytarmaq isdiyillər zəng eliyirəm goturmursen. xx-xx-2023 07:06:46 1.1.**********09 1.1.**********38 Qerdesim sabahin xeyir xais eliyim senmen gor lOluq tema alinir he yox dide mene xx-xx-2023 21:24:54 xx-xx-2023 21:24:54 1.1.**********96 1.1.**********38 Zaur yaxşıydı Allah canını sağ eləsin imkan olsa mənə vzv at zəng vurum söz deyəcəm xx-xx-2023 21:53:16 xx-xx-2023 21:53:16 1.1.**********96 1.1.**********38 Zaur bilirsən nə deyirdim Raufnan danış Bəhlula deməsin sizə gəldiy xx-xx-2023 00:11:00 1.1.**********15 1.1.**********38 Qaqas nolr rastvorda olsa menee veer xx-xx-2023 00:18:42 1.1.**********15 1.1.**********38 Gix qapiya xx-xx-2023 09:34:57 1.1.**********15 1.1.**********38 Qaqas yarim llazimdii imkan olar xx-xx-2023 05:06:55 1.1.**********47 1.1.**********38 Salam menem vüsal zaxa kiwinin teliynen yaziram telfonum elmnen duwdu yere ekran cezdi lOm varmdi temiz 02 duzeldisen qardawuncun xx-xx-2023 13:39:37 1.1.**********24 1.1.**********38 20 manat var goturmey alınar? Bayagki hec men çatmadı. 03 ancag var xx-xx-2023 13:39:37 xx-xx-2023 13:39:37 1.1.**********24 1.1.**********38 Qaqas bidene telfona cavab ver soz sorusum sennen. Mene o meseleden idi orda. Qonağımda var idi hemde. Hec vezyetden çıxartmadı valla h. 04 duzub qosag qaqasıva hecolmasa xx-xx-2023 13:45:32 xx-xx-2023 13:45:32 1.1.**********24 1.1.**********38 QAqas bayağ 5 azn das goturduy aa. Deyesen kağıza p diyib ağzını bağlamışdı onu veren qaqas)))). İmkan olsa ozunde olarsa bir balaca das qoyarsan yanına. Qardasıvı sevindirersen. xx-xx-2023 20:24:31 1.1.**********65 1.1.**********38 Temiz 25man verecem,paypoint işdəmir 3dene uere deydim maşında xx-xx-2023 20:41:44 1.1.**********15 1.1.**********38 Qaqas 25 man var. Nese elemey olarsa xeber ele xx-xx- 2023 20:46:23 1.1.**********65 1.1.**********38 Gelim iceri? xx-xx-2023 14:31:18 xx-xx- 2023 14:31:18 1.1.**********47 1.1.**********38 Olurem zaxa gelim heresinen biraz mecun verde 12 m var cvb yaz qardawmsan, xx-xx-2023 01:31:1 1.1.**********66 1.1.**********38 Noldu Zaur necasan, məzmunda qarşılıqlı SMS məlumatlar ilə Təqsirləndirilən şəxs günün müxtəlif saatlarında zənglər daxil olaraq onlara narkotik vasitə verilməsi xahiş edilmiş, sonuncu kartına pul atılmasından,eləcədə təyin olunmuş ünvanlarda görüşərək həmin şəxslərin xahişlərini yerinə yetirdiyi, həmçinin Təqsirləndirilən şəxs özünün müxtəlif şəxslərlə SMS vasitəsilə narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə mütəmadi məşğul olduğu müəyyən olunmuşdur. “Cinayət işinin materiallarının və əməlin tövsif edilməsi haqqında” 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materialları və törədilmiş cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif olunmuşdur. (İ/V. 140-142). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 23 yanvar 2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (İ/V. 143). Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-64/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 yanvar 2024-cü il tarixdən hesablanmaqla 01 ay 11 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (İ/V. 168-170). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,716 qram olan psixotrop maddə metamfetamin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınmış, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,666 qram təşkil edən həmin psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Eləcə Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış keçirilmə və götürmə” istintaq hətəkətinin aparılmasına dair videogörüntünü özündə əks etdirən 1 ədəd “DVD" disk və "xxxx" MMC-dən BKC/LGL-15487/23, nömrəli xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD disk maddi sübut kimi tanınmışdır. (İ/V. 175- 187). Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi özü tərəfindən inkar edilsə də, şahidlərin ifadələri və işin digər materialları ilə tam, xüsusən də ona məxsus mobil telefon nömrəsində olan digər şəxslərlə arasında olan SMS yazışmalarla tam sübuta yetirilir və ona düzgün olaraq həmin maddə ilə ittiham irəli sürülmüşdür. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi ona məxsus olmuş mobil telefon nömrəsində mövcud olan, digər şəxslərlə arasında aparılan SMS yazışmalarla habelə işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarina görə siyahıların təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən beynəlxalq adı «heroin» olan maddələr narkotik vasitələrdir, onun 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə «külli miqdar» hesab olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılar”a əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə, «narkotik vasitələrin, psixotrop maddələrin və onların perekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşınması və satılması anlayışlarına verdiyi izahlar baxımından da gəldiyi nəticələri əsaslı hesab edir. Belə ki, həmin qanunun tələblərinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablama vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10); həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin psixotrop maddələrin qanunsuz daşınması (маd.1.0.8); miqdarından asılı olmayaraq qanunveriliciklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin satılması (1.0.11) hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.3-cü maddəsinə əsasən isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər, habelə cəzalandırılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn digər cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, həmin Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarının 8 və 9cu bəndlərində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləlsinin 234.2-ci maddəsinin dispozisiyasına əsasən narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə qabaqcadan razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 iyun 2011-ci il tarixli, 2 saylı Qərarını və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 25 iyun 2005-ci il tarixli Qanunun nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs məxsus 055 *** ** ** mobil nömrə ilə istifadə olunan telefon və digər qurğularla aparılan danışıqların, rabitə və digər texniki vasitələrlə ötürülən məlumatların ələ keçirilməsi haqqında Yasamal rayon Məhkəməsinin hakimi Məmmədov Murad Akif oğlunun 01 noyabr 2023-cü il tarixli 5(004)-1175/2023 nömrəli qərarı əsasında "xxxx" MMC-dən BKC/LGL-15487/23, nömrəli xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD diskdə olan yazışmalardan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması bir daha təsdiq edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (iki) il (qəti olaraq 02 il 06 ay 24 gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cəzasını yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0,666 qram psixotrop maddə məhv edilməli, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-218/2024 saylı, 15 fevral 2024-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilməklə, 40 (qırx) saat hüquqi yardım göstərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilmiş hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 il 02 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan çəkisi 0.666 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal rayon Polis İdarəsində saxlanılan “Samsunq A5” markalı mobil telefon Təqsirləndirilən şəxs (yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 480 (dörd yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar