Məhkəmə qərarları › İş №1(004)-22/2019

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-22/2019

25.01.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-22/2019 25.01.2019 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 01 saylı vəkil bürosunun vəkili X4 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə daircinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 01.05.2013-cü il tarixdən başlayaraq hamiləlik dövründə, yəni 15.07.2013-cü il tarixədək Zərərçəkmiş şəxs hər ay 120 manat məbləğində alimentin ödənilməsinə dair Yasamal rayon Məhkəməsinin 03.06.2013-cü il tarixli 2(004)-3382/13 №-li qətnaməsini, bundan başqa 3000 manat dəyərində qızıl-zinət əşyalarının alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Yasamal rayon Məhkəməsinin 01.10.2013-cü il tarixli 2(004)-3481/2013 №-li qətnaməsini, həmçinin 05.09.2013-cü il tarixdən başlayaraq 15.07.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin 12.02.2014-cü il tarixli 2(103)- 1100/2014 №-li qətnaməsinin, bundan əlavə qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 15.07.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment miqdarının artırılaraq hər ay 120 manat məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxsr qızına ödənilməsinə dair Yasamal rayon Məhkəməsinin 28.08.2015-ci il tarixli 2(004)-6742/2015 №-li qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə 11.07.2017-ci il tarixdə Yasamal rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 gün müddətinə həbs olunmasına və icra sənədindəki tələbi icra etməsi üçün ona 07.08.2017-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 14.05.2018-ci il tarixədək şəxsi maraqları naminə, cəmi 6420 (altı min dörd yüz iyirmi) manat aliment borcunu və 3000 manat dəyərində qızıl-zinət əşyalarını tələbkara ödəməməklə məhkəmənin məlum qətnamələrini qərəzli olaraq icra etməmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2012-ci il tarixdə rəsmi nikaha girmiş, birgə nikahdan 15.07.2013-cü təvəllüdlü qızı X2 dünyaya gəlmişdir. Lakin birgə yaşayışları alınmadığı üçün Zərərçəkmiş şəxs hamilələik dövründə ayrılmışlar. Yasamal rayon Məhkəməsinin 03.06.2013-cü il tarixli qətnaməsinə əsasən Səadət Bağırovaya hər ay hamiləlik dövründə 120 manat ödəməlidir. Bundan sonra Zərərçəkmiş şəxs qızıl-zinət əşyaların qaytarılması və nikahın pozulması məqsədilə rəsmi olaraq Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin 01.10.2013-cü il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, Zərərçəkmiş şəxs 3000 manat dəyərində qızıl-zinət əşyalarını qaytarmalıdır, bundan əlavə sonuncu uşağın saxlanılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yasamal rayon Məhkəməsinin 04.10.2013-cü il tarixli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs uşağın saxlanılması üçün hər ay 100 manat aliment ödəməldir, bundan sonra keçmiş arvadı alimentin artırılması iddiası ilə yenə də məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş və Yasamal rayon Məhkəməsinin 28.08.2015-ci il tarixli qətnaməsinə əsasən hər ay uşağın saxlanılması üçün 120 manat məbləğində alimenti ödəməlidir. Ona məlumdur ki, barəsində cinayət təqibinin başlanılması üçün təqdimat verilən günə, yəni 14.05.2018-ci il tarixə aliment borcu 6420 manat təşkil edir. O, ara-bir fərdi əməklə məşğul olmuş, daimi işi yoxdur, başqa ailə qurmuş, bu ailədə də bir uşağı vardır. Aliment borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur, 19.09.2017-ci il tarixdən 30.01.2018-ci il tarixədək 4 ay 11 gün, bundan əvvəl də 30.07.2016-cı il tarixdən 10.01.2017-ci il tarixədək, yəni 5 ay 10 gün müddətində həbsdə olmuşdur, qızıl-zinət əşyalarını qaytarılmamasının səbəbi ondan ibarətdir ki, həmin qızıl-zinət əşyaları kirayə götürülərək sonradan mağazaya qaytarılmışdır, ona görə qızıl-zinət əşyaların qaytarılmasına dair məhkəmə qətnaməsini ədalətsiz hesab edir. Yasamal rayon Məhkəməsinin 11.07.2017-ci il tarixli qərarına əsasən 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda qətnaməni tam icra edərək, borcunu tamamilə ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, buna görə onun cinayət məsuliyyətindən azad edilməsini və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci rəsmi nikaha girmiş, birgə nikahdan 15.07.2013-cü təvəllüdlü qızı Mehrəliyeva İnci dünyyaya gəlmişdir. Birgə yaşayışları alınmadığı üçün, başqa qadınla da ailə qurduğu səbəbindən hələ hamilələik dövründə boşanmağa məcbur olmuşdur. Yasamal rayon Məhkəməsinin 03.06.2013-cü il tarixli qətnaməsinə əsasən keçmiş əri Təqsirləndirilən şəxs hər ay hamiləlik dövründə 120 manat ödəməlidir, Yasamal rayon Məhkəməsinin 01.10.2013-cü il tarixli qətnaməsinə əsasən rəsmi olaraq boşanmışlar və Təqsirləndirilən şəxs ona 3000 manat dəyərində qızıl-zinət əşyalarını qaytarmalıdır. Bundan sonra uşağın saxlanılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin 12.02.2014-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs uşağın saxlanılması üçün hər ay 100 manat ödəməlidir, bundan sonra alimentin artırılması iddiası ilə məhkəməyə yenə müraciət etmiş və Yasamal rayon Məhkəməsinin 28.08.2015-ci il tarixli qətnaməsinə əsasən aliment miqdarı artırılaraq hər ay uşağın saxlanılması üçün 120 manat məbləğində pulun ödənilməsi qət edilmişdir. Ona məlumdur ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinin başlanılması üçün təqdimat verilən günə, yəni 14.05.2018-ci il tarixə aliment borcu 6420 manat təşkil edir. Təqsirləndirilən şəxs fərdi əməklə məşğuldur, özünə başqa ailə qurub, orada da bir uşağı var, maddi imkanı olduğu halda alimeti ödəmir, həmçinin ona məxsus qızı-zinət əşyalarını qaytarmır, açıq şəkildə bildirir ki, heç bir ödəniş etməyəcək, Yasamal rayon Məhkəməsinin 11.07.2017-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, lakin maddi imkanı olduğu halda borcu ödəməmişdir. Lakin hazırda təqsirləndirilən şəxs qətnaməni tam icra edərək, borcunu tamamilə ödəmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmişŞahid1 ifadəsində göstərmişdir ki, Yasamal rayon Məhkəməsinin 03.06.2013-cü il tarixli 2(004)-3382/13-li, Yasamal rayon Məhkəməsinin 01.10.2013-cü il tarixli 2(004)-3481/2013 №-li, Bakı Apellyasiya Məhkəməsinin 12.02.2014-cü il tarixli 2(103)-1100/2014 №-li və Yasamal rayon Məhkəməsinin 28.08.2015-ci il tarixli 2(004)--6742/2015 qətnamələri üzrə 11.02.2014-cü il, 30.12.2013-cü il, 12.05.2014-cü il və 30.09.2015-ci il tarixlərdə verilmış icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmiş, Yasamal rayon İcra şöbəsi tərəfindən 11.02.2014-cü il 25.06.2014-cü il və 23.10.2015-ci il tarixlərdə icraata qəbul edilərək onları könüllü icra edilməsi üçün borclu Təqsirləndirilən şəxs 10 gün vaxt verilmişdir. Lakin borclu Təqsirləndirilən şəxs ona müəyyən vaxtın verilməsinə, yazılı xəbərdarlığın edilməsinə baxmayaraq məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini üzrsüz səbəbdən icra etmədiyinə görə inzibati məsuliyyətə cəlb edilərək 11.07.2017-ci il tarixdə Yasamal rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 müddətinə həbs edilmiş və məhkəmə qətnamələrini icra etməsi üçün ona yeni müddət təyin olunmuşdur. Buna baxmayaraq borclu Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam edərək qətnamələri icra etmədiyi üçün barəsində cinayət təqibinin başlanması məsələsinə baxılması üçün təqdimatı Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda qeyd edilən məhkəmə aktlarına, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, zərərçəkmiş şəxsin məhkəmədə bildirdiklərinə əsasən, həmçinin iş materiallarında olan Zərərçəkmiş şəxs 21.12.2018-ci il tarixli ərizəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini tam icra etmişdir, borcunu tam ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə əsasən həmin Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini məhkəmə tərəfindən hökm çıxarılanadək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində 06.08.2018-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar