Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-22/2021 19.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1957-ci ildə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 20:50-də Bakı şəhəri, Yasamal rayonu Mirzəağa Əliyev küçəsində yerləşən Mərkəzi parkın Füzuli küçəsi 1 ünvanında yerləşən Azərbaycan Milli Akademik Dram Teatrının arxa hissəsində yerləşən tərəfində onunla görüşə gələrək, oğlu X4 həbsdən azad edilməsi üçün ona 2019-cu ilin may ayında vermiş olduğu 30000 manat pulunu qaytarmasını tələb edən Zərərçəkmiş şəxs ilə mübahisə yaradaraq, qəsdən əli ilə Zərərçəkmiş şəxs baş nahiyəsindən vurub qolunu buraraq itələyib yerə yıxmaqla, sonuncuya baş təpə nahiyyəsinin şişkinlik halında əzilməsi, boyunun qançırı, sol aşıq-baldır oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik və qançırı halında əzilməsi ilə müşaiyət olunan, zərərçəkmiş Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 2012-ci ildən 2015-ci ilədək İtaliya şirkəti olan «İTP BENELLİ»nin Azərbaycanda nümayəndəsi olmuşdur. Həmin şirkətin fəaliyyəti zavodlar inşa etməkdən ibarət olmuşdur. 2015-ci ildə isə həmin şirkətin nümayəndəliyi ləğv edildiyi üçün o, fəaliyyətini dayandırmışdır. 2019-cu may ayında Bakı Ağır Cinayət Məhkəməsində onun barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə hökm oxunmuş və ona iki il müddətinə şərti cəza təyin edilmişdir. O, həmin cinayət işi üzrə 2018-ci ilin dekabr ayından 2019-cu ilin may ayınadək Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Həmin işlə bağlı olaraq o, penitensiar xidmətin avtomobilində məhkəmələrə çıxarılarkən, eyni avtomobildə barələrində həbs seçilmiş digər şəxslər də var idi. Həmin şəxslərin arasında olan Elxan Əliyevlə o, bir neçə dəfə eyni vaxta məhkəmələrə etap edildikləri üçün tanışlıqları yaranmışdır. Bundan əlavə ona məlum olmuşdur ki, onların işlərinə baxan hakim eynidir. Həmçinin onların hər ikisinin vəkili təsadüfən Abdul Bağırov olmuşdur. Həmin ərəfədə Elxan ona bildirmişdir ki, həbs edilməsinə səbəb hansısa barda dava-dalaş olmasıdır, lakin sonuncunun həmin hadisə ilə əlaqəsi yoxdur. Sonuncuya qarşı hər hansı bir sübut yoxdur. Buna baxmayaraq həbsdə saxlanılır. 2019-cu ilin may ayının 19-da onun barəsində şərti cəza təyin edilmiş və o, azadlığa buraxılmışdır. Elxan Əliyev ondan xahiş etmişdir ki, o, mobil nömrəsini sonuncuya versin ki, valideynləri onunla əlaqə saxlasınlar və Elxanın da azad edilməsində köməklik olunsun. Azadlığa buraxıldıqdan sonra o, vəkili olmuş X6 işi ilə bağlı maraqlanmış və Elxana kömək edilməsinin mümkün olmasını soruşmuşdur. Abdul da ona bildirmişdir ki, Elxana kömək etmək olar. Buna görə də o, Abduldan Elxanın atası Ucayatın nömrəsini almış və sonuncuya zəng edərək Elxanın işi ilə bağlı görüşməyi təklif etmişdir. Həmin görüşədək o, Abdul ilə bu barədə danışmışmış və Abdul ona bildirmişdir ki, 30000 manata Apellasiya məhkəməsi vasitəsi ilə Elxanın işini azalda bilər. Çünki Elxana 12 il cəza təyin edilmişdir. Daha sonra o, Ucayatla Səbail rayonunda olan «Malakan» adlanan bağda görüşdü. Həmin görüşdə Ucayatın yanında sonuncunun həyat yoldaşı Zərqələm xanım var idi, o, isə tək idi. Görüş zamanı o, Ucayata və sonuncunun yoldaşına Abdul ilə danışığı barədə söylədi və oğlunun işinin azaldılmasını Abdulun 30000 manata həll edə biləcəyini dedi. Sonuncular ondan bir müddət vaxt istədilər, bildirdilər ki, həmin məbləği əldə etmək üçün evlərini girova qoyacaqlar, pul əldə etdikdən sonra ona və ya vəkil Abdula bildirəcəklər. Təxminən bir həftə sonra Ucayat ona zəng etdi, yenə də onlar Malakan adlanan bağda görüşdülər, həmin zaman yenə də Ucayatın yanında yoldaşı Zərqələm xanım var idi, o isə tək idi. Görüş zamanı Ucayat ona konvertdə pul verib içərisində hazırda xatırladığına görə 18000 manat pul olmasını dedi. Ucayat və Zərqələm həmçinin Abdul ilə danışdıqlarını və bu barədə Abdulun xəbəri olduğunu deyirdilər. Növbəti görüş təxminən yenə bir həftə sonra yenə də Malakan adlanan bağda baş tutdu. Həmin görüşdə Ucayatın yoldaşı tək gəlmişdi, o da tək idi. Zərqələm ona yenə də konvert verib bildirdi ki, 30000 manatın qalan hissəsi içərisindədir. O da sonradan həmin konverti olduğu kimi Abdula verdi. Bununla da, Elxanın valideynləri sonuncunun işinin azaldılması üçün 30000 manat pul verdilər. Həmin ərəfədə Elxan barəsində olan işin apellasiya məhkəməsi başlamışdır. Həmin məhkəmələrə o da gedirdi ki, Elxanı görsün. Həmçinin Elxanın valideynləri və vəkili Abdul gəlirdi. Məhkəmələr ərəfəsində Ucayat və yoldaşı Elxanın şərti cəza ilə buraxılmasını istədilər. Abdul isə şərti cəza alınması üçün əlavə olaraq 50000 manat pul lazım olduğunu dedi. Ucayat həmin məbləğdə pulunun olmadığını dedi, o isə imkanı olarsa maddi köməklik edəcəyini təklif etdi. Həmin ərəfədə Abdul xərçəng xəstəliyi ilə bağlı tez-tez İran İslam Respublikasına müalicəyə gedirdi. Buna görə də Apellasiya məhkəmələri dəfələrlə təxirə salınırdı və uzanırdı. Yekunda isə iş həll olunmadı və Apellasiya məhkəməsi Elxanın ilkin cəzasını qüvvədə saxladı. Buna görə də, Ucayat və yoldaşı öz narazılıqlarını bildirirdilər ki, vermiş olduqları 30000 manat heç olmasa cəzanı azaldardılar və başladılar pullarını geri istəməyə. O da, Abdula bildirirdi ki, pulu geri qaytarmaq lazımdır. Abdul razılaşırdı və pulu qaytaracağını bildirirdi. Qısa müddət sonra isə Abdul xərçəng xəstəliyindən rəhmətə getdi. O da pulu ona verdiklərindən və Abdulun rəhmətə getməsini nəzərə alaraq pulun qaytarılmasını öz öhdəsinə götürdü və özündən ümumilikdə 2000 manat pul Ucayata qaytardı. Daha sonra o, Ucayatın ondan şikayət etdiyini bildi. Qalan 28000 manat pulu isə o, Ucayata hazırki vaxta qədər qaytara bilməmiş, lakin qısa müddət ərzində qaytaracaqdır. xx xxxxxx 2020-ci il tarixdə Zərqələm ona zəng edərək «Qış Parkı»-nda görüşmək istədiyini bildirdi, o da razılaşaraq həmin tarixdə saat 20 radələrində Zərqələmlə Milli Dram Teatrın arxasında yerləşən parkda görüşdü. Görüş zamanı Zərqələm ondan, ona verdiyi 30000 manat pulu geri qaytarmağını istədi, o da, pulunun olmadığını, gələcəkdə qaytaracağını bildirdi. Həmin zaman Zərqələm onu söyüb təhqir etməyə başladı. O, da oradan çıxıb getdi. O, Zərqələmə heç bir cavab qaytarmadı, nə də ki, sonuncunu vuraraq xəsarət yetirmədi. O, sadəcə oradan çıxıb getdi. Həmin görüşdə Zərqələm və o, tək olmuşlar. Göstərilənləri nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2018-ci ilin iyun ayında onun oğlu Elxan Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən həbs edilmişdir və sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci maddəsi ilə ittiham edilmişdir. Daha sonra Elxan barəsində həbs qətimkan tədbiri seçilərək Kürdəxanı qəsəbəsində yerləşən İstintaq Təcridxanasında saxlanılmışdır. 2018-ci ilin dekabr ayında onun oğlu Elxan barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx xxx 2019-cu il tarixli hökmü ilə oğlu Elxan 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda da, cəza çəkmə müəssisəsindədir. Həmin hökmdən bir neçə gün sonra onun həyat yoldaşı Şahid2 bir nəfər şəxs zəng edərək, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onun oğlu Elxanın işində onlara köməklik edə biləcəyini deyib görüşə dəvət etmişdir. Razılaşmaya əsasən, onlar Səbail rayon ərazisində yerləşən «Malakan bağı» adlanan yerdə çay evində Şahin adlı şəxslə görüşmüşlər. Görüş zamanı Şahin onlara, özünü Baş prokuror Zakir Qaralovun yaxın adamı kimi təqdim etmiş, əlaqələrinin geniş olduğunu bildirmiş və oğlu Elxanın işinin həll edilməsində onlara köməklik edə bilmək imkanının olduğu demişdir. Bu barədə ətraflı danışdıqda, Şahin bildirmişdir ki, onun oğlu Elxanın azadlığa buraxılmasında və ya ona təyin edilmiş 12 il cəzanın azadılmasında kömək edə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs həmin işin həll edilməsi üçün 30000 manat pulun lazım olacağını demişdir. Onlar, Elxanın vəkili olmuş Abdul Bağırovla məsləhətləşdikdən sonra yaşadıqları evi «Nikoyl» bankda girov qoyduqdan sonra, Şahinə «Malakan» bağında 30000 manat pul verdilər ki, oğlularının azadlığa buraxılmasını həll etsin. Daha sonra Apellasiya şikayəti verilmiş, həmin məhkəmələrə Şahin vəkil Abdul ilə birlikdə gəlirmiş, lakin sonradan keçirilən məhkəmə proseslərinə Şahin gəlmədikdə və oğlularının cəzası dəyişdirilmədən qüvvədə saxlanıldıqda onlar Şahin tərəfindən aldanıldıqlarını anlamışlar. Həmin ərəfədə vəkil Abdul Bağırov rəhmətə getmişdir. Onlar Şahindən pullarının geri qaytarmasını tələb etmişlər. Şahin pulu geri qaytaracağını bildirsə də hazırki vaxta qədər qaytarmayıb. xx xxxxxxxx 2019-cu il tarixdə onun həyat yoldaşı Ucayat Şahinlə yenə də «Malakan» bağında görüşmüş, Şahin yanında iki nəfər şəxslə gəlmiş, həmin şəxslər Ucayatı vuraraq xəsarət yetirmişlər, həmçinin onun oğlu Elxanı öldürəcəyi ilə hədələyib verdiyi puldan vaz keçməsini tələb etmişlər. Həmin hadisədən sonra, onlar Təqsirləndirilən şəxs onların pullarının qaytarmaq fikrində olmadığını, əksinə onun həyat yoldaşı Ucayatı döydürərək pulu istəməsindən vaz keçməsini tələb etmiş, oğlu Elxanı öldürməklə hədələmişdir. Buna görə də onun həyat yoldaşı Şahid2 şikayət ərizələri ilə müraciət etməyə başlamışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs hələ də onlardan aldığı pulu geri qaytarmamışdır. O, və həyat yoldaşı Şahid2 dəfələrlə Təqsirləndirilən şəxs və onun bacısı Sevinc adlı qadına (***-***-**-**) zəng edərək, görüşərək pullarını qaytarmasını tələb etmişlər. Şahin və bacısı Sevinc hər dəfə müxtəlif bəhanələr gətirib pulu qaytaracaqlarına söz verirlər və həmin 30000 manat puldan hissə hissə cəmi 1750 manat pul qaytarmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Sevinclə telefon danışığı zamanı ona bildirmişdir ki, qardaşı Şahin ona pulu ödəmək üçün onu Milli Dram Teatrının qarşısındakı parkda gözləyir və ona Şahinlə görüşmək üçün həmin yerə getməyini söylədi. O da, pulunun Şahin tərəfindən geri qaytarılması məqsədilə Sevincin dediyi kimi, Milli Dram Teatrının qarşısındakı parka getdi. Artıq saat 20:50-də o, həmin parkda olarkən Şahinlə orada görüşdü. Həmin zaman Şahin onun üstünə hücum çəkərək, onları öldürəcəyi ilə hədələyib, ondan pul istəməmələrini söyləyib, əli ilə onun baş nahiyəsindən vuraraq qolunu burmuş və itələmiş, nəticədə o yıxılaraq parkda olan oturacağa dəymiş və xəsarət almışdır. Daha sonra Şahin oradan çıxıb getmişdir. O isə həmin vaxt əvvəl yoldaşı Şahid2 zəng edərək baş vermiş hadisəni sonuncuya danışmış, Ucayat isə 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra o, 27-ci polis bölməsinə gedərək şikayət ərizəsi yazmışdır. Həmin polis bölməsində onun ərizəsi ilə bağlı araşdırma aparılmış, ona tibbi ekspertizaya göndəriş verilmiş və o, ekspertiza müayinəsindən keçmişdir. Hal-hazırda da ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir, ondan şikayətçidir, ziyanını tələb edir və ciddi cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. O, əvvəllər, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin cəza 2 il müddətinə şərti sınaq müddəti ilə əvəzlənmişdir. Zərərçəkmiş şəxs və Şahid2 o, bir neçə aydır ki, tanıyır. Beləki sonuncular ona 2019-cu ilin axırlarında zəng edərək bildirmişlər ki, onun qardaşı Şahin sonuncuların oğlu Elxanı həbsdən azad edilməsi üçün 30000 manat pul almışdır. Onun bu barədə əvvəldən məlumatı olmamış, bu barədə Ucayatgilin zəngindən sonra bilmiş, həmin zəngdən sonra Şahindən soruşduqda Şahin özü də bunu təsdiq etmişdi, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq Şahin pulu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs xx xxxxxx 2020-ci il tarixdə ona zəng edərək «Qış Parkı»-nda görüşmək istədiyini bildirmiş, o da razılaşmışdır. O, ilkin olaraq Zərqələmlə özü görüşmüş, görüşdükdən sonra isə Zərqələmə Şahini orada gözləməsini bildirib, özü isə tələsdiyi üçün oradan çıxıb getmişdir. Sonradan Şahinin deməsinə görə bilmişdir ki, görüş zamanı Zərqələm Şahindən verdiyi 30000 manat pulu qaytarmasını istəmişdir. Şahin Zərqələmdən ona möhlət verməsini istəmiş və yaxın zamanda pulu qaytaracağını bildirmişdir. Görüş zamanı Şahin Zərqələmi təhqir etməmiş, ölümlə hədələməmiş, vuraraq xəsarət yetirməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərdi ki, 2018-ci ilin iyun ayında onun oğlu Elxan Bakı şəhəri Nəsimi rayon prokurorluğu tərəfindən həbs edilmişdir və sonuncu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120-ci maddəsi ilə ittiham edilmişdir. Daha sonra Elxan barəsində həbs qətimkan tədbiri seçilərək Kürdəxanı qəsəbəsində yerləşən İstintaq Təcridxanasında saxlanılmışdır. 2018-ci ilin dekabr ayında onun oğlu Elxan barəsində olan cinayət işi Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin xx xxx 2019-cu il tarixli hökmü ilə oğlu Elxan 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda da, cəza çəkmə müəssiəsindədir. Həmin hökmdən bir neçə gün sonra ona bir nəfər şəxs zəng edərək, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, onun oğlu Elxanın işində onlara köməklik edə biləcəyini deyib görüşə dəvət etmişdir. Razılaşmaya əsasən, onlar Səbail rayon ərazisində yerləşən «Malakan bağı» adlanan yerdə çay evində Şahin adlı şəxslə görüşmüşlər. Görüş zamanı Şahin onlara, özünü Baş prokuror Zakir Qaralovun yaxın adamı kimi təqdim etmiş, əlaqələrinin geniş olduğunu bildirmiş və oğluları Elxanın işinin həll edilməsində onlara köməklik edə bilmək imkanının olduğu demişdir. Bu barədə ətraflı danışdıqda, Şahin bildirmişdir ki, onun oğlu Elxanın azadlığa buraxılmasında və ya ona təyin edilmiş 12 il cəzanın azadılmasında kömək edə biləcəyini söyləmişdir. Təqsirləndirilən şəxs həmin işin həll edilməsi üçün 30000 manat pulun lazım olacağını demişdir. Onlar Elxanın vəkili olmuş Abdul Bağırovla məsləhətləşdikdən sonra yaşadıqları evi «Nikoyl» bankda girov qoyduqdan sonra, Şahinə «Malakan» bağında 30000 manat pul verdilər ki, oğlularının azadlığa buraxılmasını həll etsin. Daha sonra Apellasiya şikayəti verilmiş, həmin məhkəmələrə Şahin vəkil Abdul ilə birlikdə gəlirmiş, lakin sonradan keçirilən məhkəmə proseslərinə Şahin gəlmədikdə və oğlularının cəzası dəyişdirilmədən qüvvədə saxlanıldıqda onlar Şahin tərəfindən aldanıldıqlarını anlamışlar. Həmin ərəfədə vəkil Abdul Bağırov xəstəliyi ilə bağlı tez-tez İran İslam Respublikasına gedirmiş və sonradan rəhmətə getmişdir. Onlar Şahindən pullarının geri qaytarmasını tələb etmişlər. Şahin pulu geri qaytaracağını bildirsə də hazırki vaxta qədər qaytarmayıb. xx xxxxxxxx 2019-cu il tarixdə o, Şahinlə yenə də «Malakan» bağında görüşmüş, Şahin yanında iki nəfər şəxslə gəlmiş, həmin şəxslər onu vuraraq xəsarət yetirmişlər, həmçinin onun oğlu Elxanı öldürəcəyi ilə hədələyib onun verdiyi puldan vaz keçməsini tələb etmişlər. Həmin hadisədən sonra, Təqsirləndirilən şəxs onun pulunu qaytarmaq fikrində olmadığnı, əksinə onu döydürərək pulunu istəməyindən vaz keçməsini tələb etmiş, oğlu Elxanı öldürməklə hədələmişdir. Buna görə də o, şikayət ərizələri ilə müraciət etməyə başlamışdır. Buna baxmayaraq, Təqsirləndirilən şəxs hələ də onlardan aldığı pulu geri qaytarmamışdır. O, və həyat yoldaşı Zərərçəkmiş şəxs dəfələrlə Təqsirləndirilən şəxs və onun bacısı Sevinc adlı qadına (***-***-**-**) zəng edərək, görüşərək pullarını qaytarmasını tələb etmişlər. Şahin və bacısı Sevinc hər dəfə müxtəlif bəhanələr gətirib pulu qaytaracaqlarına söz verirlər və həmin 30000 manat puldan hissə hissə cəmi 1750 manat pul qaytarmışlar. xx xxxxxx 2020-ci il tarixdə saat 20 radələrində Sevinclə telefon danışığı zamanı sonuncu onun həyat yoldaşı Zərərçəkmiş şəxs bildirdi ki, qardaşı Şahin pulu ödəmək üçün sonuncunu Milli Dram Teatrının qarşısındakı parkda gözləyir və Zərərçəkmiş şəxs Şahinlə görüşmək üçün həmin yerə getməyini söyləmişdir. Zərərçəkmiş şəxs da, pulunun Şahin tərəfindən geri qaytarılması məqsədilə Sevincin dediyi kimi, Milli Dram Teatnnın qarşısındakı parkına getmişdir. Artıq saat 20:50-də Zərərçəkmiş şəxs həmin parkda olarkən Şahinlə orada görüşdü. Həmin zaman Şahin Zərərçəkmiş şəxs üstünə hücum çəkərək, onları öldürəcəyi ilə hədələyib, sonuncudan pul istəməməklərini söyləyib, əli ilə Zərərçəkmiş şəxs vuraraq itələmiş, nəticədə sonuncu yerə yıxılaraq xəsarət almışdır. Daha sonra Şahin oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxs isə 102 xidmətinə zəng edərək, daha sonra 27-ci polis bölməsinə gedərək şikayət ərizəsi yazmışdır. Həmin polis bölməsində Zərərçəkmiş şəxs ərizəsi ilə bağlı araşdırma aparılmış, sonuncu tibbi ekspertizaya göndəriş verilmiş və Zərərçəkmiş şəxs ekspertiza müayinəsindən keçmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 87 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - baş təpə nahiyyəsinin şişkinlik halında əzilməsi, boyunun qançırı, sol aşıq-baldır oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik və qançırı halında əzilməsi küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Yuxarıda qeyd olunan xəsarətlərin vət. Zərqələm Rəsul qızının özü-özünə yetirməsi inkar olunur. Beləliklə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidirlər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Belə ki, işdə olan AR DİN-nin Baş Əməliyyat və X1 arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həbsdə saxlanıldığı 5 ay 15 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 04 il 06 ay 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. CMnin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəza şərti olaraq tətbiq edilmiş və 02 il sınaq müddəti müəyyən edilmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi böyük ictimai təhlükə törətməyən cinayət əməlini sınaq müddəti ərzində törətmişdir. Lakin CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Həmçinin 2 illik sınaq müddəti bitmədən, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini həmin sınaq müddəti ərzində törətdiyindən, belə olduğu təqdirdə CM-nin 71.4-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə, şərti məhkum etmənin ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə şərti məhkum etmənin ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, şərti məhkum etmə saxlanmalı və müstəqil icra edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin 63 yaşının olmasını, böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir və 2 gün həbsdə qalmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə axtarış elan edilməklə “həbs” qətimkan tədbiri seçilmiş və o, xx.xx.2020-ci il tarixdə tutulmuşdur. Bundan sonra Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə “ev dustaqlığına” buraxılmışdır. Sonradan Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilmiş, barəsində “axtarış” elan olunmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə tutulmuş və hazırkı vaxtadək həbsdədir. İş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 ay (yeddi ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustağlığında saxlanıldığı 03 ay 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 03 ay 28 gün (üç ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il sınaq müddəti ilə şərti məhkum etmə CM-nin 71.4-cü maddəsinə əsasən saxlanılsın və müstəqil icra edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X5 ödənilmək üçün 72 (yetmiş iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-22/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-22/2021
19.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver