Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-22/2023 05.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1994-cü ildə Masallı rayonu, Təkdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşqul olan, əvvəllər məhkum olunmuş, Masallı rayonu, Həsənli ərazi dairəsi, Təkdam kəndində qeydiyyatda olub, Bakı şəhəri, Yasamal rayonu, Xəqan Dadaşov küçəsi ev 186-da yaşama, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamağa cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 mart 2022-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 102 saylı binanın qarşısında olarkən həmin binanın giriş hissəsində park edilmiş "xxxx" MMC-yə məxsus olmaqla xx.xx.2022-ci il tarixli icrarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs istifadəsinə verilmiş dəyəri 2300 manat təşkil edən “Tufan Cub50S” markalı mopedi parklandığı yerdən mühərrikini işə salmadan sürüb apararkən həmin ərazidə yaşayan şəxsiyyəti istintaqa məlum olmayan şəxslər tərəfindən özgənin əmlakının gizli olaraq talanmasını aşkar etmələri və bu barədə Zərərçəkmiş şəxs xəbər vermələri səbəbindən sonuncunun həmin yerə gələrək onun ardınca düşməsini gördükdə gizli olaraq taladığı əmlakı həmin yerdə atıb qaçarkən ətrafda olan şəxslər tərəfindən saxlanılaraq polis əməkdaşlarına təhvil verilməsi səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməllərini öz iradəsindən aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus olmaqla xx.xx.2022-ci il tarixli icrarə müqaviləsi əsasında Zərərçəkmiş şəxs istifadəsinə verilmiş dəyəri 2300 manat təşkil edən “Tufan Cub50S” markalı mopedi gizli olaraq talayıb oğurluq etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə də məhkum olunmuşdur. 28 mart 2022-ci il tarixdə saat 02 radələrində o, ünvan 1 binanın qarşısından keçən zaman binanın girişinin qarşısında mopedin dayandığını görüb həmin mopedi oğurlamaq qərarına gəlmiş, ətrafa nəzər salıb görmüşdür ki, küçədə heç kəs yoxdur. O, həmin mopedi oğurlayıb təxminən 10-15 metr uzaqlaşan zaman məhlədə olan avtomobildən 4 nəfər şəxs düşüb onu saxlamaq istəyəndə o, oğurladığı mopedi həmin yerdə qoyub oradan qaçaraq uzaqlaşmış, həmin şəxslər də onun arxası ilə qaçmış, o, bir qədər qaçan zaman yerə yıxılmış və həmin şəxslər onu saxlayıb hadisə yerinə gələn polis əməkdaşlarına təhvil vermişlər. O, “Tufan Cub50S” markalı mopedi ondan ötrü oğurlamaq istəyirmiş ki, həmin mopedlə kuryer kimi yük daşısın, Zərərçəkmiş şəxs məxsus “Tufan Cub50S” markalı mopedi oğurlamaq istəyərkən onun yanında heç kəs olmamışdır. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda yaşayır və Wolt kuryer şirkətində kuryer işləyir. O, 2021-ci il buraxılışlı “Tufan Cub 50S” markalı mopedi icarə müqaviləsi əsasında götürərək günə 11 manat pul ödəyir və özü də həmin mopedlə kuryer kimi işləyir. 28 mart 2022-ci il tarixdə saat 00:10 radələrində o, idarə etdiyi mopedlə yaşadığı evə gələrək mopedi binanın giriş qapısının qarşısında saxlayıb yaşadığı evə getmiş, həmin gün saat 02:50 radələrində onunla eyni mərtəbədə yaşayan, lakin adını bilmədiyi qonşusu onun yaşadığı evin qapısını döyərək icarəyə götürdüyü mopedin saxladığı yerdə olmadığını bildirmişdir. O, da yaşadığı evdən çıxıb mopedi saxladığı yerə gəlib görmüşdür ki, icarəyə götürdüyü “Tufan Cub 50S” markalı moped həmin yerdə yoxdur. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng vurub oğurluq hadisəsi barədə məlumat vermişdir. Sonra məhlədə olan qonşular ona demişdilər ki, mopedi bir nəfər şəxs oğurlayıb apardı. O, da həmin şəxsin arxası ilə qaçan zaman görmüşdür ki, bir nəfər əvvəllər tanımadığı adını sonradan bildiyi Təqsirləndirilən şəxs icarəyə götürdüyü mopedi aparıb gedir. O, da həmin şəxsin arxası ilə qaçaraq qışqırmışdır ki, dayansın, Rasim də onu görən kimi mopedi yerə atıb qaçmağa başlamış, o, da onun arxası ilə qaçan zaman həyətdə olan qonşular onu tutub saxlamışlar. Bir neçə dəqiqə keçəndən sonra hadisə yerinə Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları gəlmış və Rasimi aparmışlar. O, da polis əməkdaşları ilə birlikdə gedərək polis bölməsində ərizə və izahat yazmışdır. Sonra o, yaşadığı evə gələrək icarəyə götürdüyü mopedə baxanda görmüşdür ki, Rasim icarəyə götürdüyü mopedi yararsız vəziyyətə salaraq ona ümumilikdə 300 manat ziyan vurmuşdur. Lakin o, həmin mopedi təmir etdirib 300 manat pul xərcləmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini, ona qarşı hər hansı şikayət, tələbi və mülki iddiasının olmamasını göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş məhkəmə iclasında iştirak etməyən Nümayəndə ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən "xxxx" MMC-nin baş direktoru vəzifəsində işləyir. Həmçinin həmin MMC-nin təsisçisidir. Rəhbərlik etdiyi "xxxx" MMC-nin işi müxtəlif markalı mopedləri alıb fərdi şəxslərə günü 11 manatdan hesablanmaqla ayı 330 manata icarəyə verirlər. 14 mart 2022-ci il tarixdə işlədiyi MMC-yə əvvəllər tanımadığı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs gəlmiş və Wolt kuryer şirkətində kuryer işləmək üçün MMC-yə məxsus olan 2021-ci il buraxılışlı “Tufan Cub 50S” markalı mopedi icarə müqaviləsi əsasında götürərək günə 11 manat pul ödəməklə ayı 330 manata icarəyə götürmüşdür. 28 mart 2022-ci il tarixdə saat 10 radələrində Rəfail ona zəng vurub bildirmişdir ki, gecə saat 01 radələrində o, icarəyə götürdüyü “Tufan Cub 50S” markalı mopedi yaşadığı evin qarşısında saxlayıb yaşadığı evə getmiş və bir neçə saatdan sonra həmin mopedi naməlum şəxs oğurlamaq istədikdə yaxınlıqda olan şəxslər saxlayıb polis əməkdaşlarına təqdim etmişlər. Lakin həmin şəxs adını sonradan bildiyi Təqsirləndirilən şəxs mopedi oğurlamaq istəyərkən mopedin elektrik naqillərini yararsız vəziyyətə salaraq ümumilikdə 300 manat ziyan vurmuşdur. Lakin hadisədən sonra Rəfail mopedi təmir etdirib 14 aprel 2022-ci il tarixədək işlətmiş, sonra isə mopedi MMC-yə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qeyd edilən ünvanda ailəsi ilə birlikdə yaşayır və 2017-ci ildən DİN-nin X7 Alayının 6-cı bölüyünün polis nəfəri vəzifəsində işləyir. 28 mart 2022-ci il tarixdə saat 03:30-da o, ƏÇPA-nın polis nəfəri, polis serjantı Şahid2 Fazil oğlu və ƏÇPA-nın polis nəfəri, polis kiçik serjantı Şahid3 ilə ərazidə xidmət apararkən Yasamal RPİ-nin NH-dən məlumat verilmişdir ki, bir nəfər şəxs ünvan 1 ünvanın yaxınlığında oğurluq edərkən vətəndaşlar tərəfindən saxlanılmışdır. Bundan sonra onlar qeyd edilən ünvana gedəndə görmüşdülər ki, həmin yerdə olan şəxslər əvvəllər tanımadığı, adını sonradan bildiyi Təqsirləndirilən şəxs moped oğurlayarkən saxlamışlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs xidməti avtomobilə mindirib Yasamal RPİ-nin 28-ci PB-nə gətirərək bölmənin növbətçi hissəsinə təhvil vermiş və bu barədə raport yazmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 128-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 143-cü vərəqəsində olan təqsirləndirilən şəxsin azad edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altında vermə” qətimkan tədbiri seçilmiş və o, azad edilmişdir. Cinayət işinin 94-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2399 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 01 ədəd “Tufan Cub50s” markalı mopedin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 1400,0 manat müəyyən edilir. Ekspertizaya dair aparılmış tədqiqatın dəyəri isə - 50 (əlli) manat təşkil etmişdir. Cinayət işinin 73-75-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 307.1-ci mafddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin icraatına xitam verilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli, Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 307.1, 66.3, 69.3, 66.5-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarı ilə 10 ay, 01 gün şərti azad edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Tərtər rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə intizam tənbehi cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 67-ci maddələrinə ilə təqsirli bilinərək Nəsimi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə 05 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 ay, 10 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 145-152-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, «Tufan Cub50s» markalı moped iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin moped cinayət işi üzrə məhkəmənin hökmü çıxarılana qədər müvəqqəti olaraq zərərçəkmiş şəxs "xxxx" MMC-də saxlanılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altında vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə onun özgənin əmlakını gizli yolla talamağa cəhd etmiş, lakin öz iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini və sonuncuların ona qarşı heç bir şikayət, tələb və mülki iddialarının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər nəzərə alınmır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 31 may 2022-ci il tarixdə 01 (bir) gün və 27 mart 2023-cü il tarixdən hökmün çıxarıldığı 05 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 08 (səkkiz) gün, ümumilikdə 01 (bir) ay 09 (doqquz) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri, «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının mm mCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan «Tufan Cub50s» markalı moped saxlanılması üçün sahibi "xxxx" MMC-yə təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili D.Z.Abbasovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili D.Z.Abbasovaya məhkəmədə iştirak etdiyi 45 saata görə 270 manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə 01 (bir) gün və 27 mart 2023-cü il tarixdən hökmün çıxarıldığı 05 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı 01 (bir) ay 08 (səkkiz) gün, ümumilikdə 01 (bir) ay 09 (doqquz) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində, qəti olaraq 01 (bir) il 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan «Tufan Cub50s» markalı moped saxlanılması üçün sahibi "xxxx" MMC-yə təhvil verildiyindən onun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-22/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-22/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver