Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-220/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Xaliq qızının, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, üzərində məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə və xx xxxx 1997-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 əvvəllər törətmiş olduğu cinayət əməlinə görə məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birlikdə istifadə etmək məqsədi ilə xx xxx 2020-ci il tarixdə Nəsimi rayonu “Kubinka" adlanan əraziyə gedərək orada istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki bükümdə, bir bükümdə təmiz çəkisi 0,111 qram və digər bükümdə təmiz çəkisi 0,005 qram olmaqla, cəmi təmiz çəkisi 0,116 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və iki bükümdə, bir bükümdə təmiz çəkisi 0,274 qram və digər bükümdə təmiz çəkisi 1.066 qram olmaqla, cəmi təmiz çəkisi 1,34 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 11:30-da Yasamal RPİ-nin NMB-nin və 27-ci PB-nin əməkdaşları tərəfindən Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 5(004)-297/2020 nömrəli qərarı əsasında onların yaşadığı Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi, dalan 8, ev 3 saylı ünvanda yerləşən evdə baxış və götürmə aparılarkən Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli idman şalvarının sol yan cibindən bir bükümdə təmiz çəkisi 0,274 qram olan həmin psixotrop maddə - metamfetamin, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 1,066 qram, cəmi təmiz çəkisi 1,34 qram olan həmin psixotrop maddə - metamfetamin və birlikdə yaşadıqları mənzildə yataq əşyalarının arasından iki bükümdə olmaqla bir bükümdə təmiz çəkisi 0,111 qram və digər bükümdə təmiz çəkisi 0,005 qram, cəmi təmiz çəkisi 0,116 qram olan həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birlikdə istifadə etmək məqsədi ilə xx xxx 2020-ci il tarixdə Nəsimi rayonu “Kubinka" adlanan əraziyə gedərək orada istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki bükümdə, bir bükümdə təmiz çəkisi 0,111 qram və digər bükümdə təmiz çəkisi 0,005 qram olmaqla, cəmi təmiz çəkisi 0,116 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroini və iki bükümdə, bir bükümdə təmiz çəkisi 0,274 qram və digər bükümdə təmiz çəkisi 1,066 qram olmaqla, cəmi təmiz çəkisi 1,34 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 11:30-da Yasamal RPİ-nin NMB-nın və 27-ci PB-nin əməkdaşları tərəfindən Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 5(004)-297/2020 nömrəli qərarı əsasında onların yaşadığı Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi, dalan 8, ev 3 saylı ünvanda yerləşən evdə baxış və götürmə aparılarkən Təqsirləndirilən şəxs2 əynində olan göy rəngli idman şalvarının sol yan cibindən bir bükümdə təmiz çəkisi 0,274 qram olan həmin psixotrop maddə - metamfetamin, Təqsirləndirilən şəxs1 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə təmiz çəkisi 1,066 qram, cəmi təmiz çəkisi 1,34 qram olan həmin psixotrop maddə - metamfetamin və birlikdə yaşadıqları mənzildə yataq əşyalarının arasından iki bükümdə olmaqla bir bükümdə təmiz çəkisi 0,111 qram və digər bükümdə təmiz çəkisi 0,005 qram, cəmi təmiz çəkisi 0,116 qram olan həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Beləliklə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,o, narkotik vasitələrin aludəçisi olmaqla bədənində ağrılar olan zaman narkotik vasitə hesab olunan heroin və metamfetamini qəbul etdiyini etiraf edir, lakin saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. Həmçinin qardaşı Rəsul da onunla yanaşı narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir, digər ailə üzvləri, o cümlədən qardaşı Şahid4la aralarında buna görə mütəmadi olaraq narazılıqlar yaranmışdır. İttiham aktında qeyd edildiyi kimi, o və qardaşı Rəsul birlikdə xx xxx 2020-ci il tarixdə səhər saatlarında «Kubinka» adlanan ərazidən narkotik vasitə və ya psixotrop maddə almamışlar. O, evli olduğundan ailəsi ilə birlikdə ayrı evdə yaşayır, Yasamal rayonu Qədirli küçəsi, dalan 8 ünvanda yerləşən 3 saylı ev onun anasına məxsusdur, aradabir həmin evə gələrək müvvəqəti qalır. Həmin tarixdə saat 11:00-12:00 radələrində o, qardaşı Rəsul ilə birlikdə evdə tək olmuşlar. Belə ki, anası, bacısı və qardaşı Fikrət şəxsi işləri ilə bağlı evdən çıxıb getmiş, o, isə Rəsulla birlikdə yatmışlar. Özü yataq otağında, Rəsul isə qonaq otağında olmuşdur. Yatdıqları zaman birdən bir neçə polis əməkdaşları içəriyə daxil olmuş və onları oyadaraq məhkəmə qərarı əsasında üzərlərində və yaşadıqları evdə baxış keçirmişlər. Polis əməkdaşlarından birinin əlində çanta olduğundan öz vəziyyətini ağırlaşdırmamaq üçün, yəni ona külli miqdarda narkotik vasitə yükləməmələri üçün cibindən çıxacaq narkotik və psixotrop maddə ilə razılaşacağını, sənədlərə imza edəcəyini bildirmişdir. Bundan başqa, etiraf etmələri üçün həmin polis əməkdaşları onu və qardaşı Rəsulu döyərək xəsarət yetirmişlər. Onların səsini hətta evin həyətində olan anası və bibisi eşitmişlər. Təqsirləndirilən şəxs2 əlavə olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə olan heroini 10 manata əldə etmişlər, üzərindən aşkar edilməsi iddia edilən metamfetaminin isə ona heç bir aidiyyəti olmamışdır. Verilən suallar əsasında Təqsirləndirilən şəxs2 eyni zamanda bildirmişdir ki, anası və bibisi onların səsini eşitsələr də, lakin döyülmələrini görməmişlər. Video çəkiliş aparılan zaman özü yataq otağındakı döşəyi qaldırıb heroini təqdim etmişdir. Həmçinin aparılmış video görüntülərdə qardaşı Rəsulun xəsarət alması müşahidə edilir. Onların aldığı xəsarətlər Bakı İstintaq Təcridxanasına daxil olan zaman qeydə alınmış və faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs2 qardaşı Şahid4 o, saxlanılmamışdan öncə Azərbaycan Respublikası DİN-nin “102” Zəng Mərkəzinə ünvanlanmış çoxsaylı şikayət ərizələrini onunla izah etmişdir ki, qardaşı Fikrətin əsas məqsədi onları narkomaniya xəstəliyi ilə əlaqədar məcburi müalicə etdirmək olmuşdur. O, özü də əvvəllər müalicə almağa cəhd göstərmişdir. Polis əməkdaşlarının diktəsi ilə o və qardaşı Rəsul üzərilərində olmuş və yataq əşyalarının arasında gizlətdikləri narkotik vasitə heroini və psixotrop maddə metamfetamini könüllü olaraq polis əməkdaşlarına təqdim etmişlər. Rəsul əynindəki şalvarın sağ yan cibində saxladığı bir büküm metamfetamini, o isə əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir bükümdə metamfetamini təqdim etmişlər, sonra da yataq əşyalarının arasında gizlədikləri iki büküm heroini də təqdim etmişdir. Aşkar olunmuş dörd ədəd büküm və bir bükümdə limon duzu polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və bundan sonra sonuncular onları Yasamal RPİ-nin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs2 ifadəsində özünü təqsirli bilməməsinə baxmayaraq o, son sözündə hazırki törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, evli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, ailə vəziyyətinin ağır olması nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1da ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki,o, narkotik vasitələrin aludəçisi olmaqla bədənində ağrılar olan zaman narkotik vasitə hesab olunan heroin və metamfetamini qəbul etdiyini etiraf edir, lakin saxlanılan zaman onun üzərində narkotik vasitə olmamışdır. İş üzrə digər təqsirləndirilən şəxs olan qardaşı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edir. Belə ki, qardaşı Hüseyn də onunla yanaşı narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir, digər ailə üzvləri, o cümlədən qardaşı Şahid4la aralarında buna görə mütəmadi olaraq narazılıqlar yaranmışdır. İttiham aktında qeyd edildiyi kimi, o və qardaşı Hüseyn birlikdə xx xxx 2020-ci il tarixdə səhər saatlarında «Kubinka» adlanan ərazidən narkotik vasitə və ya psixotrop maddə almamışlar. Hüseyn evli olduğundan ailəsi ilə birlikdə ayrı evdə yaşayır, Yasamal rayonu Qədirli küçəsi, dalan 8 ünvanda yerləşən 3 saylı ev onların anasına məxsusdur, Hüseyn aradabir onların yaşadığı evə gələrək müvvəqəti qalır. xx xxx 2020-ci il tarixdə saat 11:00-12:00 radələrində o, qardaşı Hüseyn ilə birlikdə evdə tək olmuşlar. Belə ki, anası, bacısı və qardaşı Fikrət şəxsi işləri ilə bağlı evdən çıxıb getmiş, o, isə Hüseynlə ayrı otaqlarda yatmışlar. Özü qonaq otağında, Hüseyn isə yataq otağında olmuşdur. Yatdıqları zaman birdən bir neçə polis əməkdaşları içəriyə daxil olmuş və onları oyadaraq məhkəmə qərarı əsasında üzərilərində və yaşadıqları evdə baxış keçirmişlər. Polis əməkdaşlarından birinin əlində çanta olduğundan öz vəziyyətlərini ağırlaşdırmamaq üçün, yəni onlara külli miqdarda narkotik vasitə yükləməmələri üçün Hüseyn onlara ciblərindən çıxacaq narkotik və psixotrop maddələr ilə razılaşacaqlarını, sənədlərə imza edəcəklərini bildirmişdir. Bundan başqa, etiraf etmələri üçün həmin polis əməkdaşları onu və qardaşı Hüseyni döyərək xəsarət yetirmişlər. Bu vaxt onun sağ gözündən möhkəm vurduqlarından xəsarət yaranmış və həmin xəsarətə görə sağ gözü şişmiş, bu səbəbdən 3 gün müddətində gözündən su gəlmişdir. Onların səsini hətta evin həyətində olan anası və bibisi eşitmişlər. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirmişdir ki, aşkar edilmiş narkotik vasitə olan heroini 10 manata əldə etmişlər, üzərlərindən aşkar edilməsi iddia edilən metamfetaminin isə onlara heç bir aidiyyəti olmamışdır. Verilən suallar əsasında Təqsirləndirilən şəxs1 eyni zamanda bildirmişdir ki, anası və bibisi onların səsini eşitsələr də, lakin döyülmələrini görməmişlər. Video çəkiliş aparılan zaman qardaşı Hüseyn özü yataq otağındakı döşəyi qaldırıb heroini təqdim etmişdir. Həmçinin aparılmış video görüntülərdə onun xəsarət alması müşahidə edilir. Onların aldığı xəsarətlər Bakı İstintaq Təcridxanasına daxil olan zaman qeydə alınmış və faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs1 qardaşı Şahid4 o, saxlanılmamışdan öncə Azərbaycan Respublikası DİN-nin “102” Zəng Mərkəzinə ünvanlanmış çoxsaylı şikayət ərizələrini onunla izah etmişdir ki, qardaşı Fikrətin əsas məqsədi onları narkomaniya xəstəliyi ilə əlaqədar məcburi müalicə etdirmək olmuşdur. Polis əməkdaşlarının diktəsi ilə o və qardaşı Hüseyn üzərilərində olmuş və yataq əşyalarının arasında gizlətdikləri narkotik vasitə heroini və psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişlər. O, əynindəki şalvarın sağ yan cibində saxladığı bir büküm metamfetamini, qardaşı Hüseyn isə əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir bükümdə metamfetamini təqdim etmişlər, sonra da yataq əşyalarının arasından iki büküm heroini də təqdim etmişlər. Aşkar olunmuş dörd ədəd büküm və bir bükümdə limon duzu polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş və bundan sonra sonuncular onları Yasamal RPİ-nin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs1 ifadəsində özünü təqsirli bilməməsinə baxmayaraq o, son sözündə hazırki törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini, anasının xəstə olmasını, onunla birlikdə yaşayan qardaşı Şahid4 hazırda ölkədə gedən 2-ci Qarabağ müharibəsində yaralanmasını, müalicə olunduqdan sonra yenidən müharibəyə getməsini, anasının bu səbəbdən tək qalmasını, göründüyü kimi ailə vəziyyətinin ağır olması nəzərə alınaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmişYasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi, dalan 8, ev 3 saylı ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və sonuncunun qardaşı Təqsirləndirilən şəxs1 birlikdə Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat rəhbərliyinə raportla məruzə etdikdən sonra müvafiq əmrə əsasən, həmin məlumatın ətrafında əməliyyat-axtarış tədbirlərinin təşkil edilməsi üçün rəhbəri o, olmaqla, 27-ci PBnin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 daxil olduqları əməliyyat qrupu yaradılmışdır. Eyni zamanda, Hüseyn və Təqsirləndirilən şəxs1ların digər qardaşı Şahid4 da sonuncuların qanunsuz əməlləri barədə çoxsaylı müraciətləri ilə bağlı dəfələrlə 27-ci PB-də təhqiqat araşdırmasının aparılması nəzərə alınaraq idarə rəhbərliyinin vəsatəti əsasında Yasamal Rayon Məhkəməsi tərəfindən onların yaşadıqları ünvana daxil olmaqla baxış keçirilməsinə dair qərar qəbul edilmişdir. Ona görə də, zəruri hazırlıq və təşkilati işləri görüldükdən sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində qeyd olunan ünvana gəlmişlər. Həmin vaxt Hüseyn və Təqsirləndirilən şəxs1 qardaşları evdə olmuşlar, yaşayış sahəsinə daxil olaraq və baxış keçirməsi barədə qəbul edilmiş məhkəmə qərarı onlara evin həyətində elan etdikdən sonra birlikdə evə daxil olmuşlar. Onlara hüquq və vəzifələri izah edildikdən sonra qanunsuz əldə edərək saxladıqları əşyalar varsa, könüllü təqdim etmələri təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kağız parçasına bükülmüş, Təqsirləndirilən şəxs1 isə əynindəki tünd boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoymuşlar. Təqsirləndirilən şəxs2 həmin bükümlərdə nə olduğu barədə suala «şüşə», yəni metamfetamin olduğunu bildirmişdir. Sonuncunun masanın üzərinə qoyduğu büküm açıldıqda içərisində ağ rəngli sellofana bükülmüş kristal şəkilli kütlə aşkar edilmiş, hardan və nə məqsədlə əldə etməsi barədə suala Təqsirləndirilən şəxs2 xəstə olduğunu və öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 cibindən çıxardığı sellofan büküm də açıldıqda içərisində kristal şəkilli kütlə aşkar edilmişdir. Bundan sonra o, təklif etmişdir ki, yaşadıqları mənzildə qanunla qadağan olunmuş başqa hər hansı bir əşya varsa, təqdim etsinlər. Bundan sonra Təqsirləndirilən şəxs2 həmin otaqda yerləşən yorğan-döşəyin arasından iki ədəd bükümü də çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlərdə nəyin olması barədə suala Təqsirləndirilən şəxs2 bildirmişdir ki, «kakos», yəni narkotik vasitə olan heroindir. Həmin bükümlər açıldıqda içərisində qəhvəyi rəngdə toz şəkilli kütlələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hansı bükümün kimə məxsus olduğunu dedikdən sonra məlum olmuşdur ki, hərəsi bir bükümdə heroin və bir bükümdə metamfetamini özü üçün əldə etmiş, ona görə də hərəsinə məxsus narkotik vasitə və psixotrop maddə ayrı-ayrılıqda, eləcə də masanın üzərində olmuş və Təqsirləndirilən şəxs2 limon duzu kimi təqdim etdiyi bir büküm iki ayrı kağız zərflərdə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra, baxışda iştirak edən bütün şəxslər həmin zərflərin üzərində imza etməklə təsdiq etmişlər. Daha sonra Hüseyn və Təqsirləndirilən şəxs1 qardaşları saxlanılaraq Yasamal RPİ-yə gətirilmiş və götürülərək zərflərdə qablaşdırılmış maddələr raportla təhqiqat orqanına təhvil verilmişdir. Eyni zamanda, keçirilmiş əməliyyat tədbiri zamanı videoçəkilişlə qeydə alınmış görüntülər bir ədəd DVD diskə köçürülüb tərtib edilmiş protokola əlavə edilmişdir. İdarədə olarkən Hüseyn və Təqsirləndirilən şəxs1lar sorğu-sual edildikdə ilkin izahatlarında bildirmişlər ki, aşkar edilmiş həmin narkotik vasitə və psixotrop maddələri xx xxx 2020-ci il tarixdə səhər saatlarında birlikdə Nəsimi rayonunda «Kubinka» adlanan əraziyə gedərək üzdən tanıdıqları, lakin anket məlumatlarını və yaşadığı yeri bilmədikləri şəxsə hərəsi 20 manat pul ödəyərək öz şəxsi istifadələri üçün bir büküm metamfetamin və bir büküm heroin almışlar. Bundan sonra birlikdə qəbul etmək üçün yaşadıqları evə qayıtmışlar, hərəsi bir bükümü üzərində, digər bükümü isə ehtiyat üçün yorğan-döşəyin arasında saxlamışlar. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaları, yaşadıqları evin əşyalarını satmaları, ailə üzvlərindən narkotik vasitə üçün məcburi qaydada pul tələb etmələri, yaşadıqları evin ətrafında narkotik vasitə aludəçilərinin toplaşmaları barədə qardaşları Şahid4 bir neçə dəfə polis orqanlarına müraciət etmiş, lakin 27-ci polis bölməsində təhqiqatçılar tərəfindən araşdırmalar aparılaraq sonuncuların cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən dəlillər toplamaq mümkün olmamış, həmçinin onların narkotik vasitələrin və psixotrop madədlərin satışı ilə məşğul olmalarına dair hər hansı dəlillər əldə olunmamışdır. Lakin Şahid4 sonuncu Azərbaycan Respublikası DİN-nin rəhbərliyinə ünvanlanmış müraciətindən sonra nəzarətə götürülmüş tam, hərtərəfli əməliyyat tədbirləri həyata keçirilmiş və daxil olmuş mötəbər əməliyyat məlumatı əsasında məhkəmə qərarı əldə edilərək mənzilə baxış keçirilmişdir. Şahid1 əlavə olaraq qeyd etmişdir ki, o, əməliyyat qrupunun üzvləri ilə birlikdə fərdi yaşayış evinin həyətinə daxil olduqları andan videoçəkiliş aparmağa başlamışlar, evə daxil olduqları vaxt Hüseyn və Rəsul artıq narkotik vasitənin təsiri altında olmuşlar, çəkilişdən əvvəl heç bir tədbir keçirilməmiş, saxlanılan Hüseyn və Təqsirləndirilən şəxs1 qardaşlarına hər hansı bir formada təzyiq və ya fiziki güc tətbiq edilməmiş, nə onun, nə də əməliyyat qrupunun digər üvzlərinin əlində çanta və ya sellofan torba olmamışdır. Əməliyyat tədbiri zamanı mənzilə axtarış keçirilməsi zərurəti yaranmamış, belə ki, sonuncular özləri narkotik vasitə və psixotrop maddələri təqdim etmişlər. Bundan başqa çəkiliş zamanı eyni həyətdə yaşayan qohumları evə daxil olub müdaxilə etməyə cəhd göstərsələr də qanunla müəyyən edilmiş qaydada bu hərəkətlərin qarşısı alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 27-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 və əməliyyat müvəkkili Şahid3 şahid X3 ifadəsinə uyğun analoji ifadə verərək həmin xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi, dalan 8, ev 3 saylı ünvanda anası, qardaşı Rəsul və bacısı Şəmslə birlikdə yaşayırlar. Digər qardaşı Hüseyn evli olduğundan arvadı və övladı ilə birlikdə başqa ünvanda yaşasalar da, Hüseyn aradabir gəlib onlarla yaşamışdır. Evləri həyət evi olmaqla üç balaca otaqdan ibarətdir. Qardaşı Hüseyn əvvəllər, yəni 2015-ci ildə Nərimanov Rayon Məhəkəməsi və 2018-ci il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən narkotikə görə məhkum edilmişdir. Eyni zamanda, balaca qardaşı Rəsul da narkotiklərə qurşanmışdır və hər ikisinin səhhətləri günü-gündən daha da pisləşərək və məhvə doğru istiqamət götürmüşdür. O və ailəsinin digər üzvləri hər ikisinin narkotik vasitələrdən uzaqlaşdırılması üçün əllərindən gələni etsələr də, həmin xəstəlik çox ağır olduğu üçün heç cür qarşısını ala bilməmişlər. O, hətta çarəsiz qalaraq çıxış yolu kimi dəfələrlə kömək üçün polis orqanına da müraciət edərək qardaşlarının məcburi müalicəyə göndərilməsi üçün tədbir görülməsini istəsə də, yenə də sonuncuları həmin bəladan xilas edə bilməmişdir. Onun Yasamal RPİ-nin 27-ci polis bölməsində bununla bağlı çoxsaylı müraciətləri olmuşdur. 2020-ci ilin may ayında isə o, artıq belə şəraitdən bezərək daxili işlər nazirliyinin elektron poçtu və «İnstaqram» səhifəsinə açıq müraciətlər ünvanlayıb dəfələrlə yerli polis orqanına müraciət etməsinə baxmayaraq heç bir tədbirin görülməməsindən şikayət etmişdir. Bundan sonra, xx xxx 2020-ci il tarixdə o, anası və bacısı evdə olmayanda, yəni evdə yalnız Hüseyn ilə Rəsul olduqları zaman polis əməkdaşları yaşadıqları evə gələrək sonuncuların üzərindən narkotik vasitələri aşkar etmiş və özləri ilə polis idarəsinə aparmışlar. O, bunu evə qayıtdıqdan sonar bilmişdir. O, özü heç vaxt narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməmiş, 2016-cı ilin aprel döyüşlərinin iştirakçısıdır və qardaşlarının da həmin bəladan uzaqlaşdırılması üçün əlindən gələni etmişdir. O, əlavə olaraq bildirmişdir ki, əməliyyat tədbiri keçirilən zaman orada olmadığından qardaşları Rəsul və Hüseynin xəsarət almalarını görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid olaraq dindirilmiş X10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər Hüseyn və Təqsirləndirilən şəxs1lar onun qardaşı uşaqlarıdır. Onlar Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi, dalan 8 ünvanında yerləşən eyni məhəllədə qonşu evlərdə yaşayırlar. xx xxx 2020-ci il tarixdə təxminən saat 11:00-12:00 radələrində evdə yatdığı zaman qonşuluqda yaşayan digər qohumu onun yaşadığı evə gələrək qardaşıgilin evinə polis əməkdaşlarının gəlməsi barədə məlumat vermişdir. O, dərhal 2-3 dəqiqə müddətində mərhum qardaşı Azadın ailə üzvlərinin yaşadıqları evə getmişdir. Oraya çatdıqda həyətdə çoxsaylı polis əməkdaşlarının olmasını görmüş və o, evə daxil olmaq istədikdə videoçəkiliş getməsi barədə ona məlumat verməklə içəriyə daxil olmasına mane olmuşlar. Bu vaxt o içəridən səs-küy eşitmiş, təxminən 7-10 dəqiqə sonra Rəsul və Hüseyn polis əməkdaşları ilə birlikdə evdən çölə çıxmışlar, o, Rəsulun göz nahiyyəsində qızartı müşahidə etmiş, lakin onların bədən səthi üzərində hər hansı bir xəsarət izləri görməmişdir. Bir qədər sonra Rəsul və Hüseynin anası və bacısı evə gəlmişlər, onlara da çəkiliş gedir deyərək içəriyə daxil olmasına mane olmuşlar. O və eləcə də uşaqların anası buna etiraz olaraq səs-küy salmışlar, hətta onların səsi videogörüntüyə düşmüşdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onların Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olmaları şahidlərinifadələri, ekspertiza rəyləri, xx xxx 2020-ci il tarixli protokol ilə və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx xxx 2020-ci il tarixli raportlar, əmr, protokol və qərardan müəyyən edilir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 idarənin əməliyyat işləri üzrə rəis müavini Ramil Mustafayevə müraciət edərək həmin məlumatın yoxlanılması, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa olunması üçün əməliyyat qrupu yaradılmaqla müvafiq tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Yasamal RPİ-nin ƏİÜ-ə rəis müavini Ramil Mustafayev tərəfindən əməliyyat qrupunun təşkil edilməsi, qrupun tərkibinə Yasamal RPİ-nin 27-ci PBnin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 daxil edilməklə, qrupa rəhbərliyin Şahid1 həvalə edilməsinə dair Ə153-091-20 nömrəli əmr verilmişdir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. İdarə rəisi Cəmil Əmirov tərəfindən verilmiş vəsatət və əməliyyat axtarış fəaliyyəti üzərində prosessual nəzarəti həyata keçirən Rəşadət Orucovun təqdimatı ilə ünvan 4 ünvanında yerləşən mənzilə daxil olmaqla baxış keçirilməsinə icazə verilməsi barədə Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 5(004)-297/2020 nömrəli qərarı qəbul edilmişdir. İş materiallarında olan baxış və götürmə aparılması haqqında xx xxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, məhkəmənin qərarına əsasən Yasamal rayonu Qədirli küçəsi, dalan 8, ev 3 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qardaşları özlərini təqdim edərək həmin mənzildə yaşadıqlarını bildirmişlər, mənzilə daxil olduqdan sonra onlara üzərlərində və mənzildə qeyri-qanuni əşya olduğu təqdirdə könüllü təqdim etmələri təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli idman şalvarının sol yan cibində saxladığı ağ rəngli kağıza bükülmüş, Təqsirləndirilən şəxs1 isə əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli sellofana bükülmüş maddələri könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşlar. Həmin bükülülər açılan zaman hər ikisinin içərisində ağ rəngli, kristal şəkilli maddələr olduğu aşkar edilmiş, həmin maddələrin “şüşə” olduğunu bildirmişlər. Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs2 otaqdan yataq əşyalarının arasından saxladıqları iki ədəd şəffaf sellofana bükülmüş maddələri təqdim edərək həmin maddələrin “kakos” olduğunu bildirmiş və həmin maddələrin də hər ikisinə aid olmasını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 limon duzu kimi təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal şəkilli maddə, eyni zamanda baxış zamanı aşkar edilmiş digər maddələr əməliyyat qrupunun üzvləri tərəfindən Yasamal RPİnin TŞ-nə təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Protokoldan həmçinin müəyyən edilir ki, baxış saat 11:30-da başlanmış və 11:57-də başa çatmış, eyni zamanda baxışın keçirilməsi mobil telefon vasitəsilə videoçəkiliş aparılmaqla qeydə alınmışdır. (cild İ, iş vər:15-16) Üzərində xx xxx 2020-ci il tarixli 091-23781-1120 nömrəli daxil olma ştampı olan, əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 saxlanılaraq Yasamal RPİ-nə gətirilmişlər, üzərlərindən və yaşadıqları edən aşkar edirilərək götürülmüş maddələrin qablaşdırıldığı zərflərlə birlikdə idarəyə təhvil verilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 və Əzimov X16 RPİ-nin Təhqiqat şöbəsinin təhqiqatçısı Ariz Qədiməliyev tərəfindən onlara təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşlar. (İ cild, iş vər: 17-60) İş materiallarında olan baxış və götürülmə aparılması zamanı qeydə alınmış, iş üzrə maddi sübut kimi tanınmış video görüntülərin olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, axtarış və götürülmə aparılması haqqında xx xxx 2020-ci il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. Videogörüntü məhkəmə iclasında tədqiq edilərkən həmçinin müəyyən edilmişdir ki, əməliyyat tədbiri 11 dəqiqə 29 saniyə müddətində davam etmişdir. Əməliyyat tədbirində istirak edən hər hansı bir şəxsin əlində təqsirləndirilən şəxslərin ifadələrində öz müdafiələri üçün iddia etdikləri çanta və ya sellofon torbanın olması aşkar edilmədi. O cümlədən Təqsirləndirilən şəxs1 qeyd etdiyi kimi sağ göz nahiyyəsində, onun və qardaşı Təqsirləndirilən şəxs2 sifət və bədəninin vizual şəkildə görünən nahiyyələrində hər hansı bir xəsarət izi müşahidə edilmədi. Bundan başqa vidoegörüntüdən müəyyən edildi ki, həyata keçirilən əməliyyat tədbiri zamanı evin çöl hissəsindən aqressiv tərzdə danışan qadın səsləri eşidilir. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxslərin qohumu olan Sevinc Əzimova məhkəmə iclasında ifadəsində qeyd etmişdir ki, o, polislərin gəlməsi barədə eşitdikdən dərhal sonra, eyni məhəllədə yaşadığından 2-3 dəqiqə ərzində əməliyyat tədbirinin keçirildiyi Qədirli küçəsi, dalan 8, ev 3 ünvanına çatmışdır. Bu vaxt ona videoçəkiliş aparılması barədə məlumat verilərək içəri daxil olmasına mane olmuşlar, o, isə həmin vaxt içəridən səs-küy eşitdiyinə görə etiraz edib qışqırmış, bu səbəbdən də onun səsi video çəkilişdə qeydə alınmışdır. Məhkəmə daxili inamına və iş üzrə sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin və şahid Sevinc Əzimovanın məhkəmə istintaqı zamanı ifadələrində göstərdiyi xüsusatlar öz təsdiqini tapmır. Belə ki, şahid Sevinc Əzimova polis əməkdaşlarının Hüseyn və Təqsirləndirilən şəxs1ların evinə gəlmələrindən 2-3 dəqiqə sonra oraya çatdığını, bundan 7-10 dəqiqə sonra isə təqsirləndirilən şəxslərin polis əməkdaşları ilə birlikdə evdən çıxdıqlarını bildirmişdir. Məhkəmə istintaqı zamanı videogörüntüyə baxış keçirilərkən çəkilişin 11 dəqiqə 29 saniyə ərzində davam etdiyi müəyyən edildiyindən S.Əzimovanın vaxt kəsimi ilə bağlı göstərdiyi xüsusat öz təsdiqini tapsa da, həmin müddət ərzində həm şahid S.Əzimovanın videoçəkiliş aparılan evdən səs-küy gəlməsinə, həm də təqsirləndirilən şəxslər Hüseyn və Təqsirləndirilən şəxs1ların ifadələrində qeyd etdiyi kimi polis əməkdaşları tərəfindən döyülməsinə dair xüsusatlar təsdiq olunmur. Videogörüntülərdən göründüyü kimi baxış göstərilən müddət ərzində öz axarı ilə davam etmişdir. Bu vaxt çöldən şahid S.Əzimovanın olması ehtimal edilən qadın səsləri eşidilmişdir. Bununla təsdiq olunur ki, videoçəkiliş aparıldığı müddətdə şahid S.Əzimova evin həyətində olmuş və içəridən təqsirləndirilən şəxslərin döyülməsi ilə bağlı səslərin eşidilməsi qeyri-mümkündür. Əksinə videogörüntülərdən görünür ki, Hüseyn və Təqsirləndirilən şəxs1lar polis əməkdaşları tərəfindən verilən suallara sərbəst şəkildə cavab verir, otaqda sərbəst formada hərəkət edirlər. Beləliklə, Hüseyn və Təqsirləndirilən şəxs1ların kiminsə tərəfindən təzyiqə məruz qalmaları, hansısa hərəkətləri polis əməkdaşlarının zor tətbiq etməsi nəticəsində etmələri, hətta əməliyyat qrupunun üvzlərinin birinin əlində çanta görmələri səbəbindən psixoloji təzyiq altında olmaları öz təsdiqini tapmır. Məhkəmə tərəfindən verilmiş sorğu əsasında məhkəməyə təqdim edilmiş Azərbaycan Respubikası DİN Yasamal RPİ-nin “Müvəqqəti saxlama yerində saxlanılan şəxslərin uçotu” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardım göstərilməsinə dair qeydiyyat” Kitablarından çıxarışlardan, eləcə də müvafiq aktlardan müəyyən edilir ki, Hüseyn və Təqsirləndirilən şəxs1lar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək MSY-də olduqları müddət ərzində heç bir fiziki zorakılığa məruz qalmadıqlarını, üzərlərində xəsarət və şikayətlərinin olmadıqlarını bildirmişlər, buna dair tərtib edilmiş aktları öz imzaları ilə təsdiq etmişlər. Bundan başqa onlar xx xxx 2020-ci il tarixdə saat 11:50-də tibbi müayinədən keçirilərkən sağlam olmaları müəyyən edilmişdir. Məhkəməyə təqdim edilmiş Yasamal rayon prokurorluğunun xx xxxxxxx 2020-ci il tarixli məktubundan, 21 iyul və xx xxxx 2020-ci il tarixli qərarlardan müəyyən edilir ki, Hüseyn və Təqsirləndirilən şəxs1ların xəsarət almaları faktı üzrə araşdırma aparılmış, lakin fakt öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadələri iş üzrə digər sübutlarla təkzib edildiyindən özünü müdafiə xarakterli məlumat olaraq qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2015-ci il tarixli Qərarına əsasən əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, xx xxx 2020-ci il tarixdə məhkəmə qərarına əsasən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ətrafında həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində əldə edilmiş yuxarıda qeyd olunan materiallar məhkəmə tərəfindən mötəbər sübut olaraq qiymətləndirilir. İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/809 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,111 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,274 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamletamindir. Rəydən həmçinin müəyyən edilir li, 01 ədəd bükümdə təmiz çəkisi 25,272 qram ağ rəndli kristalşəkilli kütlə limon turşusudur və limon turşusu 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş«Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasıərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları»na və xx xxxx 2016-cı il Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş«Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahıları»na daxil deyildir. (cild İ, iş vər: 64-67) İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli 6/810 nömrəli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1.066 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,005 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. (cild İ, iş vər: 69-72) İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/1370 nömrəli rəyindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 götürülmüş heroin və metamfetamin, Təqsirləndirilən şəxs1 götürülmüş heroin və metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. ( Cild İİ, iş vər: 64-69) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Ambulator X1 dair ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli 1837 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 tərkibində tiryək alkoloidlərini saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən suiistifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İİ, iş vər: 60-61) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin Ambulator X1 dair ekspert komissiyasının xx xxxx 2020-ci il tarixli 1841 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild İİ, iş vər: 62-63) Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx xxxx 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə görə narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Azərbaycan Respublikasının xx xxxx 2005-ci il Qanunu ilə təsdiq edilmiş “şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə görə isə psixotrop maddə hesab edilən metamfetamin maddəsinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi də 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi 0,274 qram və digər Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin təmiz çəkisi isə 1,066 qram, onların birlikdə təmiz çəkisi isə 1,34 qram təşkil etmişdir ki, qeyd olunan miqdar siyahıya əsasən, üzərlərindən aşkar edilmiş miqdara görə hər birinə münasibətdə, həm ayrı-ayrılıqda, həm də birlikdə çəkisi onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları evdə birlikdə istifadə üçün saxladıqları və baxış zamanı aşkar edilmiş iki bükümdə, bir bükümdə təmiz çəkisi 0,111 qram, digər bükümdə isə təmiz çəkisi 0,005 qram olmaqla, cəmi təmiz çəkisi 0,116 qram narkotik vasitə olan heroinin miqdarı siyahıya əsasən, onların hər birinə münasibətdə həm ayrı-ayrılıqda, həm də birlikdə çəkisinə görə onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas deyildir. Belə ki, CM-nin 234.1-ci maddəsinin dispozisiyasından aydın olur ki, bu cinayətin predmetini yalnız şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Mövcud qüvvədə olan qanunvericiliyə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlakı üçün mümkün olan miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Belə ki, CM-nin Xüsusi hissəsinin maddələrində cinayət tərkibinin zəruri əlaməti kimi nəzərdə tutulmadıqda cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi həmin cinayətə görə cəzanı ağırlaşdıran hal olaraq qiymətləndirilə bilər. Həmin Məcəllənin 234-cü maddəsinin məzmunundan aydın olur ki, qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlinə münasibətdə həmin cinayətin tövsifedici əlaməti kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası CPM-nin 223.3.4 və 223.3.5-ci maddələrinin tələbinə görə təqsirləndirilən şəxs qismində cəlb etmənin əsası kimi cinayət bir qrup şəxs tərəfindən törədildikdə iştirakçılığın növü və məsuliyyəti ağırlaşdıran hallar göstərilməlidir. CM-nin 61.1.3-cü maddəsinə görə cinayətn qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. 32.2-ci maddəyə görə cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. 33.2-ci maddəyə görə cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli, yəni onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan, birlikdə istifadə etmək üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib, daşıması və saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə tam sübuta yetirilmişdir.İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarmağı və onlara Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». 41.2-ci maddəyə görə isə «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Həmin Məcəllənin 64-cü maddəsinə görə iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 12:15-dən hesablanmış, o, xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(004)-335/2020 nömrəli qərarı ilə onun barəsində həbsetmənin əvvəli xx xxx 2020-cu il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 4(004)-497/2020 nömrəli qərarı ilə 15 gün müddətinə, yəni xx xxxxxxxx 2020-ci il tarixədək, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmış, xx xxxxxxxx 2020-ci il tarixli qərarla isə barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsindən xx xxxx 2020-ci il tarixdə verilmiş 131 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 1 ünvanında yaşayır və ailəsi arvadı X6 və qızı X2 ibarətdir. (cild İİ, iş vər: 72) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsindən xx xxxxx 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 008574 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X14 arasında xx xxxxxx 2013-cü il tarixdə nikah bağlanmışdır. (cild İ, iş vər: 75) İş materiallarına əlavə edilmiş 03 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsindən xx xxx 2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 318806 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Sumqayıt şəhərində doğulmuş xx xxxxx 2014-cü il təvəllüdlü X4 valideynləri: atası - Təqsirləndirilən şəxs2 və anası - X11r. (Cild İİ, iş vər: 76) İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 ümumilikdə müsbət xarakterizə olunur. (Cild İİ, iş vər: 73) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində bir azyaşlı övladının olmasını və müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxx 2020-ci il və xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Əzimov X8 Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxxxx 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx xxx 2016-cı il tarixli “Amnistiya” qərarının 2.5 bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Bundan başqa o, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikasının CM-nin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə məhkumluğu hazırki ittiham üzrə cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Bununla da Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində Azərbaycan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin sadə residivini yaradır. Odur ki, məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1 və 61.1.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivinin yaranmasını və onun hazırki cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini onun cəzasınıağırlaşdıran hal kimi nəzərə alır. Məhkəməcəza məsələsini müzakirə edərkən,Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarınəzərə alaraq hesab edir ki, ona təyinolunan cəzaədalətli olmaqlayanaşı, törətdiyi cinayətin xarakterinə, ictimaitəhlükəlilikdərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinətam uyğunolmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsininsanksiyasında nəzərdə tutulmuş azadlıqdanməhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bələliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyimaddənin sanksiyasındanəzərdətutulan həddəazadlıqdan məhrum etmə növündəcəzatəyinolunmalıdır.Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin sadə residivi mövcuddur və onun əvvəlki cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmuşdur. Bu səbəbdən də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli həmin tarixdən saat 12:15-dən hesablanmış, o, xx xxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(004)-336/2020 nömrəli qərarı ilə onun barəsində həbsetmənin əvvəli xx xxx 2020-cu il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti həmin məhkəmənin xx xxxxxx 2020-ci il tarixli 4(004)-496/2020 nömrəli qərarı ilə 15 gün müddətinə, yəni xx xxxxxxxx 2020-ci il tarixədək, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclası keçirilənədək uzadılmış, xx xxxxxxxx 2020-ci il tarixli qərarla isə barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsindən xx xxxx 2020-ci il tarixdə verilmiş 132 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 ünvanında anası X7, qardaşları Təqsirləndirilən şəxs2, Şahid4 və bacısı X20 ilə birlikdə yaşayır. (Cild İİ, iş vər: 70) İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar Sahəsindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasından verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 ümumilikdə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx xxx 2020-ci il tarixli və xx xxxxxxxx 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış şəxsdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğunun olmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini və müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəməcəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona təyinolunan cəzaədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsininsanksiyasında nəzərdə tutulmuş azadlıqdanməhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bələliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır.Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxx 2020-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 ona hazırki hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İbtidai istintaq zamanı təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının rəylərindən göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdırlar. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki,iş üzrə maddi sübut kimi tanınmış, hazırda Yasamal RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,06 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,214 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış0,01 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,996 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxslərin üzərlərinə və yaşadıqları evə baxış və götürmə aparılmasına dair həyata keçirilmiş əməliyyat tədbirinin qeydə alındığı videogörüntülərin olduğu, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 333,80 (üç yüz otuz üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışızamanı dövlət büdcəsi hesabına hüquqlarını müdafiə etmişBakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X15, X12, Müdafiəçi1 və Müdafiəçi2 Xaliq qızına dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X15 məhkəməyədək icraat zamanı iştirak etdiyi 36 (otuz altı ) saata görə 216 (iki yüz on altı) manat, Müdafiəçi2 Xaliq qızına məhkəmədə iştirak etdiyi 50(əlli) saata görə 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görəBakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X12 məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat, Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50(əlli) saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 hökmlə ona təyin olunmuş cəzasınıciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 hökmlə ona təyin olunmuş cəzasınıümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx xxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Yasamal RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,06 qram və 0,01 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,214 qram və 0,996 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfiolan ekspertiza tədqiqatlarının dəyəri cəmi333,80 (üç yüz otuz üç manat səksən) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Hüseyn oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görəBakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X15 məhkəməyədək icraat zamanı iştirak etdiyi 36 (otuz altı ) saata görə 216 (iki yüz on altı) manat, Müdafiəçi2 Xaliq qızına məhkəmədə iştirak etdiyi 50(əlli) saata görə 300 (üç yüz) manat, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görəBakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X12 məhkəməyədək icraat zamanı iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat, Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 50(əlli) saata görə 300 (üç yüz) manatAzərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-ninCəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma qərarın surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-220/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-220/2020
26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver