Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-220/2021 31.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci il tarixdə Lənkəran rayonu, Xarxatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Xarxatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 19 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2, ev 3 mən 29-a kirayədə yaşadıqları evdə, həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə – məişət zəminində yaranmış mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs başından, sağ qolundan, əllərindən və sifət nahiyəsindən bir neçə dəfə yumruq zərbəsi ilə, mətbəxdən götürdüyü bir ədəd soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş kəsici xassəyə malik, hal-hazırki vəziyyətdə deşici xassəyə malik olmayan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun sinə, sol qol, qarın və boyun nahiyyələrindən qəsdən vuraraq, sonuncuya sağ gözünün kanyuktiva qişası altına qansızma ilə müşaiyət olunan sağ göz yuvası nahiyyəsinin şişkinliyi və qançırı, sol gözaltı nahiyyənin, sağ bazunun, sol əlin dördüncü barmağının qançırları, alın və çənə nahiyyəsinin şişkinliyi halında əzilməsi, sağ süd vəzisinin səthi kəsilmiş yarası və sol saidin, qarnın, boynun cızıqları kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, həmçinin əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir tələbinin və şikayətinin olmadığını nəzərə alaraq barasində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs N.N.İsmayılova məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışmasını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin 119-120-ci vərəqələrində olan təqsirləndirilən şəxsin tutulmadan azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında 19 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, tutulmadan azad edilmişdir. Cinayət işinin 16-18-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 22 yanvar 2021-ci il tarixli, 41 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sağ gözün kanyuktiva qişası altına qansızma ilə müşaiyət olunan sağ göz yuvası nahiyyəsinin şişkinliyi və qançırı, sol gözaltı nahiyyənin, sağ bazunun, sol əlin dördüncü barmağının qançırları, alın və çənə nahiyyəsinin şişkinliyi halında əzilməsi küt əşyanın (əşyaların) təsirindən, sağ süd vəzisinin səthi kəsilmiş yarası və sol saidin, qarının, boyunun cızıqları isə iti kənara malik əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində gösitərilən şəraitdə və miüddətdə, yəni 19 yanvar 2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 82-85-ci vərəqələrində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X6 05 aprel 2021-ci il tarixli, 13/41 saylı canlı şəxsin ekspertizasının rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən sağ süd vəzisinin səthi kəsilmiş yarası və sol saidin, qarının, boyunun cızıqları (ümumilikdə dörd ədəd) iti kənara malik əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 19 yanvar 2021-ci il tarixdə ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstrukyiv xüsusiyyətlərə malik digər bıçağın (bıçaqların) tiyəsi ilə dörd ədəd zərbənin təsirindən törənə bilərdi, sağ süd vəzisinin səthi kəsilmiş yarası və sol saidin, qarının, boyunun cızıqları hər biri ayrı-ayrılıqda, eləcə də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Yuxarıda qeyd olunan xəsarətlərin vət.Zərərçəkmiş şəxs özü-özünə yetirməsi nəticəsində törənməsi inkar olunur. Aşkar edilən zədə(lər)in yetirildiyi bıçağın kriminalistik xassələri barədə fikir söyləmək məhkəmə-tibb ekspertinin səlahiyyətində deyil. Cinayət işinin 80-cı vərəqəsində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməballistik ekspertizasının 12 aprel 2021-ci il tarixli, 3/575 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş kəsici xassəyə malik, halhazırki vəziyyətdə deşici xassəyə malik olmayan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin 79-cu vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 64 (altmış dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 128-135-ci vərəqələrində olan 20 aprel 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 01 (bir) ədəd soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş kəsici xassəyə malik, hal-hazırki vəziyyətdə deşici xassəyə malik olmayan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. Cinayət işinin 42-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 fevral 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq onun barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİ-nin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut olan 01 (bir) ədəd soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş kəsici xassəyə malik, hal-hazırki vəziyyətdə deşici xassəyə malik olmayan təsərrüfatməişət təyinatlı mətbəx bıçağ hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi – 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43, 305, 321, 344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Yasamal RPİ-nin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut olan 01 (bir) ədəd soyuq silah hesab edilməyən zavod üsulu ilə istehsal edilmiş kəsici xassəyə malik, hal-hazırki vəziyyətdə deşici xassəyə malik olmayan təsərrüfat-məişət təyinatlı mətbəx bıçağ hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-220/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-220/2021
31.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver