Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-220/2023 15.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: “Kredo” vəkil bürosunun vəkili X2, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şamış, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 23 may 2022-ci il tarixdə saat 13:40-da ünvan 3 ünvanının qarşısında saxlanılmış Şahid1 məxsus “Range Rover” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidli olmamasından istifadə edərək həmin avtomobilin salonundan Zərərçəkmiş şəxs məxsus, içərisində 920 manat pul, heç bir dəyəri olmayan istifadə olunmuş burun spreyi və yara bandı olan qiyməti 50 manat dəyərində qadın əl çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 970 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2015-ci-il tarixli hökmü ilə Azərbaycan Respublikasının 177.2.1. və 177.2.4-cü maddələri ilə məhkum olunmuş, həmçinin 2021-ci il avqust ayının 26-sı Yasamal Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ili Milli Məclisin Amnistiya qərarına əsasən azadlığa buraxılmışdır. O, azadlığa çıxdıqdan sonra fəhləliklə məşğul olaraq gündəlik tələbatlarını qarşılayır. 5 ildən çoxdur ki Şahid2 yaşadığı məhlədən tanıyır. xx.xx.2022-ci il tarixdə yaşadığı məhəllədə olarkən Elnuru görmüş, onunla bir az söhbətləşdikdən tanışları ilə görüşmək üçün «Qış» parkına getməyə qərar vermişlər. Onlar yaşadıqları ünvandan gəzə-gəzə «İnşaatçılar» metrostansiyasına, oradan isə metro ilə «Nizami» metrostansiyasına getmişlər. Onlar «Nizami» metrostansiyasından üzü «Qış» parkına enərkən təxminən saat 13:30 radələrində “Nizami Mall”un qarşısında Yasamal rayonu Ş.Qurbanov 19 ünvanında yolun qırağında ağ rəngli Range Rover markalı avtomobilin dayandığını, içərisində sərnişin olmadığını, avtomobilin isə işlək vəziyyətdə olduğunu görmüşdür. Anlamışdır ki, avtomobil işlək vəziyyətdədirsə, qapısı kilidli olmayacaqdır. Bu zaman o, avtomobilin sol tərəfində dayanmışdır. Elnur isə hər şeydən xəbərsiz hərəkətinə davam etmişdir. O, Elnuru arxadan səsləyib qabaqda gözləməsini istəmişdir. Sonra isə avtomobilin salonuna qıraqdan baxmış, salonda qara rəngli qadın əl çantası olduğunu görmüşdür. O, ətrafa göz gəzdirərək onu heç kim görmədiyindən əmin olduqdan sonra cəld avtomobilin sol qabaq, yəni sürücü əyləşən tərəfdən qapısını açıb salonda sağ tərəfdə sərnişin əyləşən oturacağının üzərindəki həmin qara rəngli qadın əl çantasını götürüb qapını bağlamış və cəld yolun əks tərəfinə keçmişdir. Sonra isə həmin küçədəki həyət evləri olan məhəlləyə girmişdir. Burada çantanın içərisinə baxıb çantadan 720 manat pul götürüb cibinə qoymuşdur. O, pulu cibinə qoyduqdan sonra çantanın içərisində olan başqa şeylərə fikir verməmiş və həmin çantanı həmin məhəllədə dalan bir yerə atıb oradan çıxmışdır. Bu zaman Elnurun ona tərəf gəldiyini görmüşdür. Elnur ona çatdıqda atdığı çantanın nə olduğunu soruşmuşdur. Ona həmin çantanı “Nizami Mall”un qarşısındakı ağ rəngli Range Rover markalı avtomobildən oğurladığını və içərisində 20 manat pul olduğunu, pulu götürərək çantanı atdığını bildirmişdir. O, Elnura bu barədə heç kəsə heç nə deməməsi xahiş etmişdir. Bundan sonra o, Elnurla birgə «Qış» parkına tərəf getməyə başlamışdır. O, bu zaman Elnura 100 manat pul verib yol üstü 2 ədəd redbull almasını tapşırmışdır. Elnur pulun həmin çantadan çıxıb-çıxmadığını soruşduqda o, ona 100 manatın öz pulu olduğunu, həmin çantadan sadəcə 20 manat pul çıxdığını bildirmişdir. O, yol üstü marketlərin birindən 2 ədəd redbul almış və parka getmişlər. Həmin gün axşam saatlarında onlar Elnurla yaşadıqları məhəlləyə qayıtdıqda o, Elnura çantadan çıxan 20 manata narkotik vasitə almaq istədiyini bildirmişdir. Yasamal rayonu «Kaktus» adlanan yerin yaxınlığında üzdən tanıdığı, lakin ad soyadını bilmədiyi şəxsdən el arasında patı və kokos adlanan heroin və metafetamin almışdır. Heroin bükümünə 10 manat, metafetamin bükümünə isə 10 manat vermişdir. Onları aldıqdan sonra məhəlləyə qayıdıb Elnurla birgə istifadə etmişlər. Həmin avtomobildən oğurladığı pulun qalan hissəsini isə gündəlik tələbatlarına xərcləmişdir. Lakin pulun qalan hissəsindən Elnurun xəbəri olmamış, törətdiyi əməldən səmimi peşmandır.xx.xx.2022-ci il tarixdə yaşadığı ünvanın qarşısında Elnurla görüşdükdə və parka tərəf endikdə ümumiyyətlə oğurluq etmək fikirləri olmamışdır. Elnurun ümumiyyətlə onun oğurluq edəcəyindən xəbəri olmamışdır. Həmin avtomobilin yanına çatdıqda qəfildən belə bir şey etməyə qərar vermiş, belə ki, həmin an nəfsi ona güc gəlmiş və oğurluq hadisəsini törətmişdir. Həmin çantanın içərisindən yanlız 720 manat pul götürmüş, həmin çantanın içindəki başqa heç nəyə fikir verməmişdir və həmin çantanıda yuxarıda qeyd etdiyi ünvanda dalan bir yerə atmışdır. Yasamal Polis İdarəsinə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı hansısa təziq və ya zorakılıq hərəkətləri olmamışdır.Oğurluq hadisəsini törədərkən həyəcanlı olmuş, ola bilərki, tələmtələsik avtomobilin içərisindən oğurladığı çantanın içərisində 920 manat pul olmuşdur. O, çantanın içərisindən pulları görüb götürəndə ola bilsin ki, 200 manat pul, istifadə olunmuş burun spreyi və yara bandı çantada qalmışdır. Çantanın içərisindən götürdüyü pulları sayanda 720 manat olduğunu görmüşdür. Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş zərərçəkmiş şəxslərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə zərərçəkmiş şəxslərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının 23-ü həyat yoldaşı Şahid1 ilə birgə Yasamal rayonu Ş. Qurbanov küçəsi 19 ünvanında yerləşən Nizami Mall ticarət mərkəzinə alış verişə getmişlər. X8 markal **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildən Trend 34 mağazasının qarşısında endiyi zaman qara rəngli əl çantası avtomobilin ön sərnişin oturacağında qalmış və onu götürməmişdir. Onlar avtomobili orada saxlayıb mağazaya endikdə saat 13:10 radələri olmuşdur. Onlar həmin Trend 34 mağazasına girmiş, oradan isə alış veriş üçün mağazanın arxa tərəfindən digər mağazalarada keçmişlər, təxminən yarım saat sonra girdikləri mağazaların birində alış veriş edərkən pul çatmadığı üçün yoldaşı Şahid1 avtomobilə gedib onun çantasından pul götürmək üçün yanından ayrılmışdır. Təxminən bir neçə dəqiqə sonra isə onunla əlaqə saxlayaraq çantanın avtomobildə olmadığını bildirmişdir. Avtomobil olduğu yerə gəldikdə çantasının avtomobildə olmadığını və naməlum şəxs(lər) tərəfindən oğurlandığını müəyyən etmişdir. Bundan sonra həyat yoldaşı Şahid1 DİN-in 102 məlumat xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Sonra isə Şahid1 Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəsi baş verərkən həyat yoldaşı Şahid1 çox əsəbi və həyəcanlı olduğundan DİN-102 xidmətinə zəng edib məlumat verərkən, ərizə yazarkən və izahatında fikirini dəqiqliklə ifadə edə bilməmişdir. Oğurlanmış qiyməti 50 manat olan qara rəngli qadın əl çantasının içərisində 920 manat pul, istifadə olunmuş heç bir dəyəri olmayan burun spreyi və yara bandı olmuşdur Həmin oğurlanmış əl çantası və içərisində 920 manat pul, istifadə olunmuş burun spreyi və yara bandı ona məxsus olmuşdur. Bu hadisə nəticəsində Şahid1 heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci ilin may ayının 23-ü həyat yoldaşı Zərərçəkmiş şəxs ilə birgə ünvan 10 ünvanında yerləşən Nizami Mall ticarət mərkəzinə alış-verişə getmişmişlər. Orada idarə etdiyi Range Rover markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilini Trend 34 mağazasının qarşısında saxlamışdır. Avtomobil düymə ilə işə salınıb söndürüldüyü üçün o, avtomobildən enərkən mühərriki söndürdüyünü və qapıların avtomatik şəkildə bağlandığını düşünmüş və mağazaya girmişlər. Bu zaman həyat yoldaşı Zərərçəkmiş şəxs özünə məxsus qara rəngli əl çantasını avtomobilin ön sərnişin oturacağının üzərində qoymuşdur. O, avtomobili orada saxladıqda saat 13:10 radələri olmuşdur. Onlar avtomobildən endikdə həyat yoldaşı Zərərçəkmiş şəxs məxsus əl çantası içərisində 920 manat pul, istifadə olunmuş heç bir dəyəri olmayan burun spreyi və yara bandı olmuşdur. Çantanın dəyəri isə 50 manat olmuşdur. Təxminən yarım saat sonra saat 13:40-da o, avtomobilin yanına tək qayıdaraq alış verişdə pul çatmadığı üçün həyat yoldaşı Zərərçəkmiş şəxs çantasından pul götürmək istəmişdir. Bu zaman avtomobilin işlək vəziyyətdə olduğunu və qapıların açıq vəziyyətdə unutduğunu müəyyən etmişdir. Dərhal qapıları açıb içəriyə baxdıqda həyat yoldaşı Zərərçəkmiş şəxs ön sərnişin oturacağına qoyduğu qara rəngli çantanın yerində olmadığını görmüşdür. Həmin vaxt avtomobilin hər tərəfinə baxsa da, çantanın olmadığını və naməlum şəxs(lər) tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra isə DİN-in 102 məlumat xidmətinə zəng vuraraq məlumat vermişdir. Hədisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirmişlər, sonra isə o, Yasamal RPİ-nin 27-ci PB-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisədə o, avtomobilinin yaxınlığında şübhəli heç kimsəni görməmişdir.Bu hadisə də şübhələndiyi heç bir kəs yoxdur. O, oğurluq hadisəsi baş verərkən həyəcanlı olduğundan DİN-102 xidmətinə zəng edib məlumat verərkən, ərizə yazarkən və izahatımda fikirini dəqiqliklə ifadə edə bilməmişdir. Çantanın içərisində burun spreyini və yara bandını dərman kimi qeyd etmişdir. Qiyməti 50 manat olan qara rəngli qadın əl çantasının içərisində 920 manat pul, istifadə olunmuş burun spreyi və yara bandı olmuşdur, Həmin oğurlanmış əl çantası, əl çantasının içərisində 920 manat pul, istifadə olunmuş burun spreyi və yara bandı həyat yoldaşım Sənubər Niftaliyevaya məxsus olmuşdur. Həmin hadisə zamanı ona ziyan dəyməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanda bibisi Mərdanə Kərimova ilə yaşayır. Təqsirləndirilən şəxs 5 ilə yaxındır ki, yaşadığı məhəllədən tanıyır xx.xx.2022-ci il tarixdə o, Səbuhi ilə yaşadığı ünvanda görüşüb “Qış” parkı adlanan yerə getmək üçün “İnşaatçılar” metrostasiyasında qatara minmişlər və Nizami metrostansiyasına gəlmişlər, metrostansiyadan çıxıb “Qış” parkına tərəf enən zaman yolun yarısında Səbuhi qəflətən ona dayanmağını bildirmişdir. Ona nə olduğunu soruşduqda o, “bu tərəfdə dayanma, heç nə olmayıb, sən get, gələcəm-demişdir.Yolun sağı ilə 100-150 metr irəlilədikdən sonra geriyə dönüb baxdıqda Səbuhi əlində qara rəngli qadın çantası ilə yolun sol tərəfinə keçdiyini görmüşdür. Dönüb ona tərəf getdikdə fikirləşməmişdir ki, çanta oğurlanmış ola bilər, çünki o, türmədən təzə çıxmışdır. Səbuhi çantanı yolun sağındakı Range Rover markalı avtomobildən götürdüyünü və içərisindən 20 manat pul çıxdığını bildirmişdir. Onlar ərazidəki, “Qoç ət” restoranın yanındakı həyət evinə tərəfdə olarkən Səbuhi çantanı oradakı ümum həyətlərdən birinə atmışdır. Saat təxminən 14:00 radələrində onlar qış parkınandakı tanışlarla görüşmək üçün üzü qış parkına getmişlər, bu zaman Səbuhi cibində 100 manat pulu çıxarıb ona vermişdir ki, 2 ədəd “ redbul ” alsın. Ondan bu pulu həmin çantadan çıxıb-çıxmadığını soruşduqda o, bu pulu başqa yerdən tapdığını, üstünü düzəldib borcunu qaytarmalı olduğunu, həmin çantadan çıxan 20 manata bir yerdə el arasında patı və kola kimi tanınan narkotik vasitəni alıb bir yerdə qəbul etməyi bildirmişdir. O Həmin 100 manata 2 ədəd “Redbul” almışdır Sonra isə “Qış” parkına getmişlər. Həmin gün axşam saatlarında Səbuhi bilmədiyi yerdən 10 manatlıq patı deyilən metamfetamin və 10 manatlıq kokos deyilən heroin alaraq onunla məhəllədə görüşmüş və çantadan çıxan 20 manata bunları aldığını bildirmişdir Onların hər ikisi üzün müddətdir ki, narkotik vasitə istifadə etdikləri üçün Səbuhi həmin pula bunları əldə etmişdir. Səbuhi həmin avtomobilin yanında dayandığı zaman o, onun hansısa tanışının gəldiyini zənn etmişdir. Geri dönüb əlində çanta gördükdə oğurluq etdiyini özü etiraf etmişdir. Səbuhinin əlində olan çantanın içərisinə baxmamış, Səbuhi isə həmin çantadan yalnız 20 manat götürdüyünü bildirmişdir. Çantanın içərisində hansısa pul olmuşdursa, onun bu barədə xəbəri olmamışdır, çantanın içərisində nə olduğunu Səbuhi bilə bilərdi. Çantanı Səbuhi oğurladığını öyrəndiyi zaman qorxduğu üçün çantanın sahibinə qaytarmaq ağlına gəlməmişdir, dostu Səbuhinin yenidən tutulmağını istəmədiyi üçün polis əməkdaşlarına hadisə barədə məlumat verməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ayı azaldılmışdır. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə şəxs məhkumluğu ödənilmədən, hazırkı böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətmişdir. Lakin CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli teleqrammaya əsasən Zərərçəkmiş şəxs bildirmişdir ki, şikayətçidir, Təqsirləndirilən şəxs tərəfindən ona 920 manat məbləğində dəyən ziyan hələ də ödənilməyib. İstintaqa verdiyi ifadəni təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatətlə Yasamal rayon prokuroruna müraciət edilmiş, lakin Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, istintaq dövründə 02 gün həbsdə olmuşdur. Həmçinin iş materiallarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, CM-nin 234.2, 240.1-ci maddələri ilə istintaqı aparılan digər bir cinayət işi üzrə barəsində «həbs» qətimkan tədbiri seçilmişdir. Hazırda həbsdədir və həmin cinayət işi Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 1 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 28 gün (beş ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan CM-nin 234.2, 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə həbsdə olduğu və Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanıldığı nəzərə alınsın. Maddi sübut kimi tanınmış 1 ədəd əl-barmaq izi cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili X1 ödənilmək üçün 100 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-220/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-220/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver