Məhkəmə qərarları › İş №1(004)-221/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-221/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-221/2021 16.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakım gizli olaraq talama məqsədi ilə 17.01.2021-ci il tarixdə saat 05:00 radələrində ünvan 3 ünvanında həyətdə dayanmış Zərərçəkmiş şəxs məxsus olan “Toyota Rav 4” minik markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının yan şüşəsini özündə olan dəmir parçası ilə sındıraraq avtomobilin salonuna daxil olub salondan 150 manat dəyərində olan 1 ədəd “Dell” markalı notbuku, 150 manat dəyərində olan 1 ədəd “Toshiba” markalı notbuku, 35 manat dəyərində olan 01 ədəd “Sony” markalı notbuka məxsus arxa korpusu, 150 manat dəyərində olan 1 ədəd “Sony markalı” “PCG-21212M” modelli, X5, Windows 7 xüsusiyyətli netbuku, 1 ədəd 250 manat dəyərində olan “Airpods” markalı qulaqcığı, 1 ədəd 250 manat dəyərində olan “Kanali” markalı qalstuqu, içərisində 150 manat pul vəsaiti olan 250 manat dəyərində 1 ədəd “Hermes Kılaç” markalı pul qabını, 1 cüt 50 manat dəyərində olan “Stradivarius” markalı dəri əlcəyi, 2 ədəd hər biri 30 manat dəyərində olmaqla ümumilikdə 60 manat dəyərində olan “Stradivarius” markalı qeydiyyat kitabçasını, 150 manat dəyərində olan 1 ədəd 60 ml həcmli “Sauvage Dior” markalı kişi ətrini, hər birinin dəyəri 15 manat olmaqla 3 ədəd “32 GB” olan ümumilikdə 45 manat dəyərində “Sandisk” markalı mobil telefon aparatının yaddaş kartını, 10 manat dəyərində olan 1 ədəd “Quicksilver” markalı şərfi, hər bir cütü 2 manat olan 12 manat dəyərində 6 cüt qısa boğaz kişi corabını, 50 manat dəyərində olan “Think Pad” markalı disk oxuducusunu, 100 manat dəyərində olan 1 ədəd “TP-Link” markalı, RE200” modelli modemi və 50 manat dəyərində olan “Dicota” markalı notbuk çantasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1912 manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Nərimanov rayon Məhkəməsinin 12 fevral 2009-cu il tarixi hökmünə əsasən Cinayət Məcəlləsinin 221.3cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 il müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Yasamal rayon məhkəməsinin 26 yanvar 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227 və 232-1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək barəsində 2 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. Onun himayəsində 2013-cü il təvəllüdlü Fatimə adında qızı var. Hazırda heç bir yerdə işləmir və bu səbəbdən maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. 17.01.2021-ci il tarixdə o, saat 05:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsində yerləşən həyətə getmiş və orada olan “Toyota Rav 4” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qapısının şüşəsini özündə olan dəmir parçası ilə sındırıb salona daxil olmuşdur. Bundan sonra o həmin avtomobilin salonunda olan “Sony” markalı netbuku, bir ədəd modemi, bir cüt əlcəyi, “Dior” markalı kişi ətrini və “Sony” markalı notbukun ehtiyyat hissəni həmin maşında olan kompyuter çantasına yığmış, orada olan pul qabından 150 manat pulu götürüb cibinə goymuş, xatırlamadığı diğər əşyaları isə özü ilə gətirdiyi torbaya yığmışdır. Bundan sonra o hadisə yerindən uzaqlaşan zaman polis əməkdaşlarına məxsus avtomobili görmüş və bu səbəbdən “Toyota Rav 4” markalı avtomobildən oğurladığı əşyaları yığdığı torbanı yolda tullayıb, oğurladığı 150 manat pulu isə öz ehtiyaclarına xərcləmişdir. Məhkəmənin sualına cavab olaraq zərərçəkmiş səxs tərəfindən sadalanan əşyaları ona məxsus avtomobildən götürdüyünü etiraf etmişdir. Yekun olaraq o əməlindən peşiman olduğunu, zərəçəkmiş səxsin ona qarşı şikayət və tələbinin olmadığını, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 yanvar 2021-ci il tarixdə, saat 21:25-də özünə məxsus “Toyota Rav 4” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı ünvan 4 ünvanının qarşısında olan həyətdə saxlamışdır. Səhəri gün yəni, 17 yanvar 2021-ci il tarixdə saat 13:30-da avtomobilə baxarkən qabaq sağ yan şüşənin sınıq vəziyyətdə olduğunu görmüş və avtomobilinin salonuna daxil olmadan DİN-in 102 xidmətinə bu barədə məlumat vermiş və bir müddətdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə avtomobilə baxan zaman oradan ona məxsus olan 1 ədəd “Dell” markalı 150 manat dəyərində notbukun, 1 ədəd “Toshiba” markalı 150 manat dəyərində notbukun, 35 manat dəyərində 01 ədəd “Sony” markalı notbuka məxsus arxa korpusun, 1 ədəd “Sony markalı” 150 manat dəyərində netbukun, 1 ədəd 250 manat dəyərində “Airpods” markalı qulaqcığın, 1 ədəd 250 manat dəyərində “Kanali” markalı qalstuqun, 1 ədəd “Hermes Kılaç” markalı 250 manat dəyərində pul qabının, 1 cüt 50 manat dəyərində “Stradivarius” markalı dəri əlcəyin, 2 ədəd hər biri 30 manat dəyərində olmaqla ümumilikdə 60 manat dəyərində “Stradivarius” markalı qeyd kitabçalarının, 1 ədəd “Sauvage Dior” markalı 150 manat dəyərində kişi ətrinin, 3 ədəd hər biri 32 GB olan hər biri 15 manat olmaqla ümumilikdə 45 manat dəyərində “Sandişk” markalı telefon yaddaş kartının, 1 ədəd “Quicksilver” markalı 10 manat dəyərində olan şərfin, hər bir cütü 2 manat olan 12 manat dəyərində 6 cüt qısa boğaz kişi corabının, 150 manat nəğd pulun, 50 manat dəyərində “Think pad” markalı disk oxuducusunun, 1 ədəd “TP link” markalı 100 manat dəyərində “wifi” gücləndiricinin, 50 manat dəyərində “Dicota” markalı notebuk çantasının oğurlandığım aşkar etmişdir. Həmin oğurluq nəticəsində ona 1912 manat maddi ziyan dəymişdir. Avtomobilinin şüşəsinin qırılması ilə əlaqədar isə ona 150 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın qismən ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 17 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanın qarşısında yerləşir. Yol iki tərəfli hərəkət zolağından ibarətdir. Vətəndaşa məxsus olan “Toyota Rav 4” markalı **-TL-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ hərəkət istiqamətində dayanmışdır. Avtomobil ağ rənglidir, avtomobilə baxış zamanı müəyyən olunmuşdur ki, avtomobilin sağ yan şüşəsi sınmış vəziyyətdədir, avtomobilin içərisinə baxış zamanı məlum olmuşdur ki, avtomobilin içərisi dağınıq vəziyyətdədir, protokol tərtib olunan zaman vətəndaş qeyd etmişdir ki, ona məxsus olan pul və əşyalar naməlum şəxslər tərəfindən oğurlanıb. (i.v. 10-11) “Könüllü təqdim etmə və götürmə barədə” 25.01.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus olan “Toyota Rav 4” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilindən 1 ədəd “Sauvage dior” markalı ətir, 1 ədəd “Sony” markalı kompüter və onun enerjidolduran cihazı, 1 ədəd “TP-LİNK” markalı wi-fi aparatı, 2 ədəd qırmızı və ağ rəngli qulaqcıq, 1 ədəd “Sony” markalı kompüterin arxa üzlüyü, 1 cüt “STRADİVARİUS” markalı qra əlcək və 1 ədəd qara rəngli “DİCOTA” markalı qara rəngli əlçantasını könüllü olaraq təqdim etmişdir. (i.v. 17-21) AD seriyalı 633071 nömrəli Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, **-TL-*** dövlət qeydiyyat nişanlı “Toyota Rav-4 minik” markalı avtomobil Zərərçəkmiş şəxs məxsusdur. (i.v. 42) “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 01 aprel 2021-ci il tarixli protokollardan görünür ki, 1 ədəd “Sony markalı” netbuk, 01 ədəd “TP-Link” markalı modem, 01 cüt qulaqcıq, 01 cüt ağ rəngli qulaqcıq, 01 cüt “Stradivarius” markalı əlcək, 01 ədəd “Sauvage Dior” markalı ətir, 01 ədəd “Dicota” markalı əl çantası və 01 ədəd “Sony” markalı notbuka məxsus arxa korpus zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanınmaya tədim edilmiş, Zərərçəkmiş şəxs tərəfindən həmin əşyalar sırasından qulaqcıqlardan başqa digər əşyaların ona məxsus olduğu bildirilmişdir. (i.v. 43-50) “İfadənin yerində yoxlanılması haqqında” 18 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (i.v. 85-86) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2021-ci il tarixli, 9/1982 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, Ekspertiza tədqiqatına tədqiqatına təqdim edilmiş malların və təqdim edilməyən, qərarda göstərilən malların 2021-ci ilin yanar ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: Təqdim edilmiş mallar:

1. 01 ədəd “Sony” markalı “PCG-21212M” modelli, X5, Windows 7 xüsusiyyətli netbuk - 80,0 manat,

2. 01 ədəd “TP-Link” markalı “RE200” modelli modern (range extender) - 30,0 manat,

3. 01 ədəd üzərində markalanma göstəricləri olmayan qırmızı rəngli qulaqcıq -2,0 manat,

4. 01 ədəd üzərində markalanma göstəricləri olmayan ağ rəngli qulaqcıq - 2,0 manat,

5. 01 cüt "Stradivarius” markalı əlcək - 10,0 manat,

6. 01 ədəd “Sauvage Dior” markalı 60ml həcimli ətir. Həmin “Sauvage Dior” markalı 60ml həcimli ətirin təxminən 30 faizi istifadə edildiyindən və bu vəziyyətdə istehlak bazarında pərakəndə satışı nəzərədə tutulmadığından onun qiymətini müəyyən etmək olmamışdır.

7. 01 ədəd “Dicota” markalı əl çantası - 15,0 manat,

8. 01 ədəd “Sony” markalı notbuka məxsus arxa korpus (ehtiyyat hissəsi kimi) - 5,0 manat. Təqdim edilməyən mallar:

1. 01 ədəd hər biri 32gb olan “San Disc” markalı telefon yaddaş kartı orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq - 10 manat, 3 ədədi - 30,0 manat. Qərarda göstərilən 1 ədəd “Dell” markalı notebook, 1 ədəd “Toshiba” markalı notebook, 1 ədəd "Airpods” markalı qulaqcıq, 1 ədəd “Kanali” markalı qalstuk, 1 ədəd ’’Hermes Kılaç” markalı pulqabı, 2 ədəd "Stradivarius” markalı qeyd kitabçası, 1 ədəd "Quicksilver” markalı şərf, 6 cüt qısa boğaz kişi corabı, 1ədəd “Think pad” markalı disk oxuducu haqqında kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri və.s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. (i.v. 90-93) “Sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş Zərərçəkmiş şəxs məxsus olan “Toyota Rav 4” markalı **- PL-*** dövlət qeydiyyat nişanlı avtomobildən oğurlanmış 1 ədəd “Sony markalı" “PCG- 21212M” modelli, X5, Windows 7 xüsusiyyətli netbuk, 01 ədəd “TP-Link” markalı “RE200” modelli modem, 01 cüt “Stradivarius” markalı əlcək, 01 ədəd “Sauvage Dior” markalı 60 ml həcmli ətir, 01 ədəd “Dicota” markalı əl çantası və 01 ədəd “Sony” markalı notbuka məxsus arxa korpus iş üzrə maddi sübut kimi tanınmış və maddi sübutlar saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs 1912 manat məbləğində maddi ziyanın vurulduğu nəzərə alınmalıdır. (i.v. 98-106) Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, cinayət işi üzrə maddi sübut 1 ədəd “Sony markalı” “PCG-21212M” modelli, X5, Windows 7 xüsusiyyətli netbuku, 01 ədəd “TP-Link” markalı “RE200” modelli modemi, 01 cüt “Stradivarius” markalı əlcəyi, 01 ədəd “Sauvage Dior” markalı 60 ml həcmli ətiri, 01 ədəd “Dicota” markalı əl çantasını və 01 ədəd “Sony” markalı notbuka məxsus arxa korpusu 25 aprel 2021-ci il tarixdə təhvil almışdır. (i.v. 142) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Qərarın 19-cu bəndinin ikinci abzasında qeyd edilmişdir ki, avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı bir əşyanın gizlin götürülməsi saxlanc yerinə daxil olma kimi qiymətləndirilə bilməz. CM-nin: 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 05.04.2021-ci il tarixli 488 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 2, nömrəsiz ev ünvanında qeydiyyatsız yaşayır. (i.v. 69) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 08.04.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.02.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 70-71) Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2009-cu il tarixli 1(005)-42/2009 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində həmin məcəllənin 62.1-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (i.v. 79-82) “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 21 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başq yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 131-132) Azərbaycan Respublikası Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 iyun 2021-ci il tarixli 24 nömrəli xasiyyətnaməsindən görünür ki, xx xxx 1984cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında yaşayan vətəndaş Təqsirləndirilən şəxs barəsində Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heçbir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15.06.2021-ci il tarixli 17/6-106/6 nömrəli məktubundan görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19.02.2009-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsi tətbiq edilməklə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 01.07.2009-cu il tarixdə 9 saylı Xüsusi müəssisənin qeydiyyatına götürülmüş və Qaradağ Rayon Məhkəməsinin 03.08.2011-ci il tarixli qərarına əsasən, cəzasının çəkilməmiş qalan 11 ay 29 gün hissəsi 300 manat məbləğində cərimə cəzası ilə əvəz olunaraq həmin müəssisənin qeydiyyatından çıxarılmışdır. Bakı Şəhər Probasiya İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 03.08.2011-ci il tarixli qərarına əsasən, cəzasının çəkilməmiş qalan 11 ay 29 gün hissəsinin əvəz olunduğu 300 manat məbləğində cərimə cəzasını tam şəkildə icra etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Nərimanov Rayon Məhkəməsinin 19 fevral 2009cu il tarixli 1(005)-42/2009 nömrəli hökmünə əsasən 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsa da, Qaradağ Rayon Məhkəməsinin 03.08.2011-ci il tarixli qərarına əsasən, cəzasının çəkilməmiş qalan 11 ay 29 gün hissəsi 300 manat məbləğində cərimə cəzası ilə əvəz olunmuş və onun tərəfindən 300 manat məbləğində cərimə cəzası tam icra edilmişdir. CM-nın 83.3.3-cü maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə əsasən məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin qismən ödənilməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, himayəsində 1 azyaşlı övladı olmasını (əsas: iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, yasamal rayonu vətəndaş vəziyyəti aktlarının qeydiyyatı şöbələri tərəfindən verilmiş AZ-İİİ seriyalı 183013 nömrəli doğum haqqında şəhadətnamənin surəti) Cinayət Məcəlləsinin 59.1.4, 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Sony markalı" “PCG- 21212M” modelli, X5, Windows 7 xüsusiyyətli netbuk, 01 ədəd “TP-Link” markalı “RE200” modelli modern, 01 cüt “Stradivarius” markalı əlcək, 01 ədəd “Sauvage Dior” markalı 60 ml həcmli ətir, 01 ədəd “Dicota” markalı əl çantası və 01 ədəd “Sony” markalı notbuka məxsus arxa korpus Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, CPM-in: 197.1 və 197.1.4-cü maddələrinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə aiddir; 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Məhkəmə, hazırki iş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X3 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Sony markalı" “PCG- 21212M” modelli, X5, Windows 7 xüsusiyyətli netbuk, 01 ədəd “TP-Link” markalı “RE200” modelli modern, 01 cüt “Stradivarius” markalı əlcək, 01 ədəd “Sauvage Dior” markalı 60 ml həcmli ətir, 01 ədəd “Dicota” markalı əl çantası və 01 ədəd “Sony” markalı notbuka məxsus arxa korpus iş üzrə maddi sübut kimi tanınmış və maddi sübutlar saxlanması üçün Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyərinin yarısı, yəni 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN**********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına və “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun “xxxx” ASC-nin Yasamal filialı kod:200037; VÖEN; **********; M/h:- AZ37NABZ013501**********1944; S.W.İ.F.T. Kod AİİBAZ2X; Benefisiarın hes. №-si AZ39AİİB********************; VÖEN-********** hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar