Məhkəmə qərarları › İş №1(004)-221/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-221/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-221/2022 09.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, 30 avqust 1991-ci ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Kərgəlan kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, habelə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 04 iyun 2021-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanda yerləşən “Cup- Cup Cofe” kafesinin qarşısında yerdən tapdığı Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-dən verilmiş maaş kartından ünvan 3 ünvanda yerləşən “Favorit” marketdən 2,80 manat, ünvan 4 ünvanda yerləşən “Araz Market”də 18, 92 manat, Bakı şəhəri, Nəsimi rayonu, ünvan 5 ünvanda yarləşən “Bravo Market”də 71,30 manat və ünvan 6 ünvanda yerləşən mobil telefonların alqı-satqı dükanında elektron məlumat daşıyıcısından istifadə etməklə ümumilikdə 305 manat pulu vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 398,02 manat maddi ziyan vurmaqla oğurlamış. Daha sonra cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid plastik kartın hesabında qalmış 398 manat pulu oğurlamaq məqsədi ilə həmin gün Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsində yerləşən ərzaq dükanında qeyd edilən plastik kartı elektron məlumat daşıyıcısından istifadə etsə də "xxxx" ASC həmin tarixdə plastik kartının hesabını bloklaması səbəbindən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs ümumilikdə 398 manat ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3- 1 və 29,177.2.3-1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 iyun 2021-ci il tarixdə saat təxminən 15-16 radələrində o, parkinq üzrə nəzarətçi işlədiyi Bakı şəhəri, Yasamal rayonu, 6-cı Paralel küçəsində yerləşən “Caspian Plaza”nın yaxınlığında yerləşən “Cup-Cup Cofe” kafesinin qarşısında olan zaman yolun hərəkət hissəsinin kənarında olan səkinin qırağında "xxxx"a aid bank kartını görüb yerdən götürmüş, o, kartın üzərinə baxanda görmüşdür ki, həmin kartın üzərində “Səbinə” adlı şəxsin adı yazılıb, lakin soyadını xatırlamır. O, həmin vaxt kafenin içərisindən və ətrafdan soraqlaşmış, lakin kartın sahibini tapa bilməmişdir. Bundan sonra o, həmin kartı özündə saxlamışdır ki, birdən sahibi tapılsa kartı özünə qaytarsın. Ertəsi günü, yəni 05 iyun 2021ci il tarixdə o, kartı üzərində götürüb işə gəlmiş və yenə də ətrafdan maraqlanmışdır ki, kartı itirən şəxs olub-olmayıb, lakin həmin vaxt bir xəbər çıxmamışdır. O, həmin kartın hesabında pulun olub-olmamasını dəqiqləşdirmək məqsədi ilə həmin gün saat 00:30 radələrində işlədiyi yerin yaxlınlığında, yəni Yasamal rayonu, 6-cı Paralel küçəsində yerləşən “Araz Market”ə daxil olaraq özü üçün siqaret almış və yoxlamaq üçün kartı satıcıya təqdim etmişdir. Satıcı da kartı ondan alıb post terminal vasitəsilə “Wi-fi” ilə kartdan 2,8 manat pul çıxartmış və o, görmüşdür ki, kartın hesabında pul var. Bundan sonra o, kartı satıcıdan götürüb onunla birlikdə nəzarətçi işləyən, soyadını, ata adını, telefon nömrəsini bilmədiyi Natiq adlı şəxsin “Qış Parkının” yaxınlığında yerləşən yaşadığı mənzilinə getmişdir. O, Natiqə demişdir ki, işlədiyi yerdən yol kənarından bank kartı tapmışdır. Həmin vaxt Natiqin arvadı bildirmişdir ki, uşağı acdır və ondan xahiş etmişdir ki, marketdən onlara bəzi ərzaq malları alsın. O, da evdən çıxıb “Qış Parkının” yaxınlığında yerləşən “Bravo” marketə gedib 30 manatlıq alış-veriş etmiş və yenə də tapdığı həmin bank kartını satıcıya verərək “Wi-fi” ilə 30 manat ödəniş etmişdir. Sonra o, həmin ərzaqları tanışı Natiqin evinə verib kirayədə yaşadığı evə gəlmişdir. Ertəsi günü yəni, 06 iyun 2021ci il tarixdə o, kirayədə yaşadığı evdən çıxaraq özünə mobil telefon almaq məqsədi ilə Nizami metrostansiyasının qarşısında yerləşən mobil telefonların alqı-satqı dükanına gedərək 300 manata satılan “Samsug A 02 S” markalı mobil telefonu bəyənmiş və tapdığı bank kartını satıcıya verərək “Wi-fi” ilə, 6 dəfəyə olmaqla, hər dəfəsində 50 manat pul köçürməklə mobil telefonu almışdır. Təxminən 10-15 dəqiqə keçməmiş o, həmin yerdə olan ərzaq mağazasına daxil olmuşdur ki, özü üçün siqaret alsın və həmin kartla ödəniş etsin, lakin orada ona məlum olmuşdur ki, yerdən tapdığı bank kartı bloka salınmışdır. Bundan sonra o, mağazadan çölə çıxıb kartdan istifadə edərək ödəniş edə bilmədiyi üçün kartı mağazanın yaxınlığında yerləşən zibil qutusuna atmışdır. O, yerdən tapdığı Zərərçəkmiş şəxs məxsus bank kartının hesabından 2,8 manata özü üçün siqaret almış, 30 manatlıq ərzaq almış və 300 manata özünə mobil telefon alaraq kartdan ümumilikdə 332,8 manat pul xərcləmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda heç bir yerdə işləmir. 01 sentyabr 2020-ci il tarixdən 2021-ci ilin iyun ayının sonlarınadək o, MDM şirkətində iveka üzrə operator vəzifəsində işləmiş və 800 manat maaş alırmış. O, həmin maaşı “Paşa banka” aid olan maaş kartı ilə alırmış. 03 iyun 2021-ci il tarixdə o, özünə məxsus olan maaş kartını əri Şahid vermişdir ki, lazım olan vaxt alış-veriş etsin. 04 iyun 2021-ci il tarixdə saat 11 radələrində əri Şahid ona məxsus olan kart vasitəsi ilə ödəniş etmək istəyəndə görmüşdür kart üstündə yoxdur. İlkin olaraq Polad elə düşünmüşdür ki, kartı yadından çıxarıb evdə qoyub. Həmin gün axşam saatlarında onlar yaşadıqları evdə olan zaman görmüşdülər ki, kart yoxdur. Bundan sonra o, “Paşa Banka” zəng vurmuşdur ki, kartını blok etsinlər, o, bankın tətbiq hissəsinə baxanda görmüşdür ki, ona məxsus olan maaş kartı artıq blok edilib. Təxminən iki üç gün sonra o, işdə olan zaman banka müraciət etmişdir ki, ona yeni maaş kartı versinlər. Bundan sonra bank ona məxsus olan maaş kartını blokdan çıxaran zaman məlum olmuşdur ki, ona məxsus maaş kartından 390 manat pul çıxarılıb, lakin həmin məbləğ maaş kartından kod vasitəsi ilə yox “Wi-fi” vasitəsi ilə çıxarılmışdır. Daha sonra isə o, baş vermiş hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət etmişdir. O, maaş kartını itirən zaman kartın hesabında 975 manat pul qalmış, "xxxx" ASC tərəfindın ona məxsus maaş kartı blok edilən zaman kartın hesabında 398 manat pul qalmış, o, kartını itirdikdən sonra "xxxx" ASC-yə gedən zaman ona məlum olmuşdur ki, maaş kartından itirməmişdən qabaq o, ümumilikdə 179,45 manat pul xərcləmiş, həmin kartı tapan şəxs isə kartın hesabından ümumilikdə 398 manat pul oğurlamış, o, isə həmin pulu yuvarlaqlaşdırıb 390 manat qeyd etmişdir. O, özünə məxsus olan maaş kartını 03 iyun 2021-ci il tarixdə itirmiş, bank isə həmin kartı 04 iyun 2021-ci il tarixdə blok etmişdir. O, Bakı şəhər BPİ-nə müraciət edən zaman polis əməkdaşları ondan plastik kartın hesabdan çıxarış sənədi istəmiş, o, da "xxxx" ASC-yə gedərək 03-04 iyun 2021-ci il tarixə aid plastik kartın hesabdan çıxarış sənədini istədikdə bankın əməkdaşı ona bildirmişdir ki, kartdan ödəmə edərkən çıxarılan məbləğ kartın hesabında bir neçə gün sonra görünür və gecikmə olduğu üçün pulun kartdan oğurlanması bir neçə gün sonrakı tarixdə əks olunur. O, özünə məxsus olan "xxxx" ASCyə aid plastik kartı itirdikdən sonra həmin plastik kartla ”Trendyol” satış mərkəzinə online şəkildə pul köçürərək ümumilikdə 203,38 manat pul xərcləmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyinə görə təqsirləndirilən şəxsi bağışlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə kirayədə yaşayır və hazırda "xxxx" MMC-nin rəhbəri işləyir. 03 iyun 2021ci il tarixdə arvadı Zərərçəkmiş şəxs özünə məxsus olan "xxxx" na aid maaş kartını ona vermişdir ki, lazım olan vaxt o, həmin kart vasitəsi ilə alış-veriş etsin. 04 iyun 2021-ci il tarixdə saat 11 radələrində o, arvadı Zərərçəkmiş şəxs ilə birlikdə idarə etdiyi “Hyundai Accent” markalı ** ZM *** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian Plaza” ya gəlmiş, lakin həmin vaxt “Caspian Plaza”nın qarşısında avtomobili saxlamağa yer olmadığından o, idarə etdiyi avtomobili Yasamal rayonu, 6-cı Paralel küçəsində yerləşən parkinqdə saxlayaraq arvadı ilə birlikdə “Caspain Plaza”nın içərisində olan kafeyə getmiş və orada işləməyə başlamışlar. Həmin vaxt kompyuterin sıçanı işləmədiyi üçün o, yaxınlıqda yerləşən mağazaya gedərək kompyuterin sıçanını alıb pulunu isə arvadı Zərərçəkmiş şəxs məxsus "xxxx"na aid maaş kart vasitəsi ilə ödəmək istəyəndə görmüşdür ki, maaş kartı üstündə yoxdur. O, həmin mağazada pulu nağd şəkildə ödəyib oradan çıxmış və elə düşünmüşdür ki, həmin kartı evdə qoymuşdur. O, arvadı Zərərçəkmiş şəxs yanına gələrək kartı evdə qoyduğunu bildirmişdir. Həmin gün axşam saatlarında onlar yaşadıqları evdə olan zaman görmüşdülər ki, kart evdə yoxdur. Bundan sonra Səbinə “Paşa Banka” zəng vurub kartını blok etdirmək istədikdə bankın tətbiq hissəsinə baxanda görmüşdür ki, ona məxsus olan maaş kartı artıq blok edilib. Təxminən iki üç gün sonra Səbinə işdə olan zaman banka yeni maaş kartı almaq üçün müraciət etmiş, lakin bank ona məxsus olan maaş kartını blokdan çıxaran zaman məlum olmuşdur ki, həmin maaş kartından 390 manat pul kod vasitəsi ilə yox “Wi- Fi” vasitəsi ilə çıxarılmışdır. Daha sonra isə X5 Nazirliyinə ərizə ilə müraciət etmişdir. Cinayət işinin 57-ci vərəqəsində olan 26 fevral 2022-ci il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanılaraq Yasamal RPİ-nin MSY-ə təhvil verilmişdir. Cinayət işinin 94-95-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 28 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 11 mart 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək xx.xx.2021-ci il tarixdə Lənkəran ŞRPŞ-si tərəfindən ********* saylı cinayət işi üzrə cəlb edilmiş və xx.xx.2021-ci il tarixdə cinayət işi məhkəməyəı göndərilmişdir. Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, 154-7310-122 saylı məktubunda göstərilmişdir ki, Lənkəran ŞRPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işinin 111-ci vərəqələrində olan sənədlərə baxış keçirilməsi haqqında 06 mart 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 02:33:21-də “Bravo Qış “Parkı” 8.03 manat, xx.xx.2021-ci il tarixdə saat 03:10:48-də “Bravo Qış “Parkı” 20.93 manat, xx.xx.2021-ci il tarixdə saat 00:04:02-də “Favorit market Naxcıvani” 2,80 manat, xx.xx.2021-ci il tarixdə saat 08:45:19-da “Oba Kubinka” 10.05 manat, xx.xx.2021-ci il tarixdə saat 08:52:01-də “Ərzaq mağazası” 4.00 manat, xx.xx.2021-ci il tarixdə saat 00:15:33-də “X6” 4.50 manat, xx.xx.2021-ci il tarixdə saat 00:15:55-də “X6” 2.80 manat, xx.xx.2021-ci il tarixdə saat 00:46:50-də “X6” 8.59 manat, xx.xx.2021-ci il tarixdə saat 00:51:21-də “ X6” 3.56 manat, xx.xx.2021-ci il tarixdə saat 02:19:23-də “ X6” 1.30 manat, xx.xx.2021-ci il tarixdə saat 02:20:31-də “ X6” 4.50 manat, xx.xx.2021-ci il tarixdə saat 02:28:58-də “X6” 5.39 manat, xx.xx.2021-ci il tarixdə saat 11:07:08-də “Komputer Təmiri” 15.00 manat, xx.xx.2021-ci il tarixdə saat 10:44:03-də “Komputer Təmiri” 50.00 manat, xx.xx.2021-ci il tarixdə saat 10:44:23-də “Komputer Təmiri” 50.00 manat, xx.xx.2021-ci il tarixdə saat 10:45:05-də “Komputer Təmiri” 50.00 manat, xx.xx.2021-ci il tarixdə saat 10:45:26-da “Komputer Təmiri” 50.00 manat, xx.xx.2021-ci il tarixdə saat 10:46:32-də “Komputer Təmiri” 40.00 manat, xx.xx.2021-ci il tarixdə saat 11:34:24-də “Araz Nəsimi” 18.92 manat, xx.xx.2021-ci il tarixdə saat 10:44:43-də “Komputer Təmiri” 50.00 manat pul elektron məlumat daşıyıcısından istifadə etməklə çıxarılmış, bundan başqa iş üçün əhəmiyyət kəsb edən məlumatlar aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı həmin tarixdə təzələnmişdir. Cinayət işinin materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)- 272/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və onun olduğu yer müəyyən edilib məhkəməyə gətirilənə qədər iş üzrə icraat dayandırılmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi, habelə elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməyə cəhd etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidin ifadələri, və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, sonuncunun 26 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxs tərəfindən cəza çəkmənin əvvəli hökmün çıxarıldığı 09 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-272/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili D.Z.Abbasovaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili D.Z.Abbasovaya məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 29,177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 fevral 2022-ci il tarixdən 28 fevral 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-272/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar