Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-221/2024 19.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Ziya Bünyadov küçəsi, dalan 3, ev 4 ünvanında qeydiyyatında olan, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, silah qismində istifadə olunan bıçaqdan istifadə edilməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq edilməsi hədəsi ilə, həmçinin ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan zərərçəkmiş şəxsə müqavimət göstərməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Rövşən Nuruzadə küçəsində tanışı Zərərçəkmiş şəxs2 ilə sonuncunun yaşadığı evin qarşısında bir gün əvvəl borc verdiyi pulu geri istəyən zaman Zərərçəkmiş şəxs2 onu söyməsini cüzi səbəb kimi bəhanə gətirərək öz şəxsiyyətini sonuncunun və digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ucadan səs-küy salıb nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ictimai yer olan küçədə insanların gözü qarşısında əvvəlcədən üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan cib bıçağını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 xəsarət yetirmək məqsədi ilə hücum edib sonuncuya bıçaqla zərbələr endirmək istəsə də Zərərçəkmiş şəxs2 zərbələrdən yayınması səbəbindən xəsarət yetirə bilməmiş, həmin vaxt orada olan və onun qanunazidd davranışlarına son qoymaq, həmçinin qardaşı Zərərçəkmiş şəxs2 xəsarət yetirməsinin qarşısını almaq üçün onun qollarından tutaraq saxlamış Zərərçəkmiş şəxs1 əlindəki həmin bıçaqdan silah qismində istifadə etməklə sol qoltuqaltı və çiyin nahiyəsindən qəsdən iki dəfə vurub ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə döş qəfəsinin sol yarısının, sol kürəküstü nahiyəsinin kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, qanunsuz hərəkətlərini davam etdirib yenidən Zərərçəkmiş şəxs2 xəsarət yetirmək məqsədi ilə hücum edib bıçaqla zərbələr endirmək istəsə də Zərərçəkmiş şəxs2 zərbələrdən yayınması səbəbindən xəsarət yetirə bilməmiş, bununla da silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi hədəsi ilə, həmçinin ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 ilə cəzaçəkmə müəssisəsində tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Hadisənin baş verdiyi gündən bir gün qabaq, yəni 30 noyabr 2023-cü il tarixdə o, Orxanın xahişi ilə yaşadığı ərazidə yerləşən ödəmə terminalı vasitəsilə onun kart hesabına 20 manat pul göndərmişdir. Növbəti gün, yəni 01 dekabr 2023-cü il tarixində səhər saatlarında o, Orxana zəng edərək ona borc olaraq verdiyi 20 manat pulu qaytarmasını xahiş etmiş, Orxan isə pulu qaytarmaqdan imtina etmişdir. Bundan sonra telefonda onlar arasında sözlü mübahisə yaranmış və Orxan ona qarşı nalayiq ifadə işlətmişdir. O, Orxana görüşməyi təklif etmiş və yaşadığı evdən çıxaraq Orxanın yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci X5 küçəsinə gəlmişdir. O, evdən çıxan zaman Orxanın yanında başqa adamlar da ola biləcəyini düşünürək özünümüdafiə məqsədilə özü ilə bıçaq da götürmüşdür. Orxanın yaşadığı evin qarşısına yaxınlaşan zaman orada Orxandan başqa onun atası, qardaşı və başqa bir neçə nəfər də olmuşdur. Orxan onunla üzbə-üz gələrək bıçaq çıxartdığı üçün o, üzərindəki bıçağı çıxararaq Orxanın üstünə getmiş, bu zaman Orxan onun əlindəki bıçağı görərərək geri çəkilmişdir. Həmin vaxt Orxanın qardaşı Elxan onu arxadan qucaqlayaraq tutmuş, o isə onları ayıran heç kəsin olmadığını görüb özünümüdafiə məqsədilə əlindəki bıçaqla Elxana zərbə endirmişdir. Mübahisə təxminən on beş dəqiqə ərzində davam etmiş, mübahisə zamanı o xəsarət almamışdır. O, Elxanın onu hansı məqsədlə arxadan tutduğunu dəqiq bilmir, lakin o, özünümüdafiə məqsədilə Elxana qarşı bıçaq çıxararaq ona xəsarət yetirmişdir. Hadisədən əvvəl onun Orxanın yaşadığı evə gəlməkdə məqsədi Orxanın ona qarşı nalayiq ifadə işlətməsi ilə bağlı onunla danışmaq olmuş, lakin yaranan mübahisə zamanı o, Orxana isə heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2014-cü ildə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmək üçün 10 saylı cəzaçəkmə müəssisəsinə göndərilmişdir. O, cəzaçəkdiyi müddətdə həmin cəzaçəkmə müəssisəsində Xalid və Rauf adlı şəxslərlə tanış olmuşdur. Cəzasını çəkərək azadlığa çıxdıqdan sonra o, Xalid və Raufla olan münasibətini davam etdirmişdir. 30 noyabr 2023-cü il tarixdə o, Raufa zəng edərək ona 20 manat məbləğində borca pul verməsini xahiş etmiş, Rauf da onun xahişini yerinə yetirərək onun kart hesabına həmin gün 20 manat məbləğində pul göndərmişdir. Növbəti gün, yəni 01 dekabr 2023-cü il tarixində səhər saatlarında Rauf ona zəng edərək 20 manat məbləğində pulu qaytarmasını xahiş etdikdə, o, hazırda həmin pulu qaytara bilmədiyini, pulu olan kimi borcunu qaytaracağını ona bildirmişdir. Rauf ona pulun indi lazım olduğunu bildirdikdə və pulu qaytarması barədə ona təkid etdikdə onlar arasında sözlü mübahisə yaranmışdır. Telefonda onlar arasında yaranan mübahisə zamanı o, ilk söyüşü kimin söydüyünü xatırlamasa da, özünün yüksək emosional və gərgin vəziyyətdə olduğu üçün özünün ilk olaraq Raufa qarşı nalayiq ifadə işlətdiyini hesab edir. Bundan sonra Rauf ona yaşadığı evə gələrək onunla bir qədər söhbət etmək istədiyini bildirmişdir. Onlar telefonda mübahisə etdikləri zaman yaşadığı evdə ondan başqa qardaşı Elxanla atası Əli də olmuş və mübahisədən xəbərdar olmuşdurlar. Bundan sonra o, yaşadığı evdə olduğu zaman Raufun Xalidlə birlikdə onun yaşadığı evə tərəf gəldiklərini görmüş və yaşadığı evin həyətinə düşmüşdür. Bu zaman onun qardaşı Zərərçəkmiş şəxs1 onlar arasındakı mübahisədən xəbərdar olduğu üçün Raufu sakitləşdirmək məqsədilə ondan qabaq həyətə düşərək Raufun qabağına getmişdir. Həmin vaxt onun üzərində bıçaq olmamış, həmçinin Raufun da əlində bıçaq görməmişdir. O, qardaşı Elxan yerə yıxıldıqdan sonra Raufun onu bıçaqla yaraladığı ona məlum olmuşdur. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qardaşıdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. 01 dekabr 2023-cü ildə səhər saatlarında yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, 2-ci X5 küçəsi ünvanında yerləşən evdə yatdığı zaman qardaşı Orxanın telefonda kimləsə əsəbi şəkildə mübahisə etdiyini eşidərək oyanmış, səs-küyə onun atası Əli də gəlmişdir. Oyandıqdan sonra qardaşı Orxanın Rauf adlı şəxslə mübahisə etməsi ona məlum olmuşdur. Bundan sonra qardaşı Orxan Raufun onların yaşadığı evə gəldiyini bildirdikdə o, yaşadığı evdən çıxaraq Raufu sakitləşdirmək məqsədilə onun qabağına getmiş və evdən çıxanda artıq Raufun əlində bıçaqla onların üstünə gəldiyini görmüşdür. O, Raufun Orxanı əlində olan biçaqla vurmaması üçün, bıçağı almaq məqsədilə onun əlindən yapışmış, həmin vaxt onlar arasında sözlü mübahisə yaranmışdır. Bu zaman Rauf əlindəki bıçaqla ona xəsarət yetirmişdir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 atasıdır. 01 dekabr 2023-cü il tarixində səhər saatlarında o, yaşadıqları Bakı şəhəri, Yasamal rayonu, 2-ci X5 küçəsi ünvanında yerləşən evdə olan zaman oğlu Zərərçəkmiş şəxs2 telefonda mübahisə etdiyini eşitmişdir. O, oğlu Orxandan nə baş verdiyini soruşduqda oğlu Orxan tanışı Rauf adlı şəxslə mübahisə etdiyini və Raufun onların yaşadığı evə gəldiyini bildirmişdir. Bundan sonra oğlu Orxan əsəbi şəkildə evdən çıxmış, o da digər oğlu Elxanla birlikdə Orxanın ardınca getmişdir. O, evdən çıxdığı zaman Raufun Xalid adlı şəxslə yaşadıqları evdən kənarda dayandıqlarını görmüş, bundan sonra Orxanla Rauf qarşı-qarşıya gələrək mübahisə etməyə başlamışdırlar. Orxan Rauf arasında mübahisə yarandığı üçün digər oğlu Elxan onları ayırmaq məqsədilə aralarına girmiş və Rauf əlində olan bıçaqla Elxana xəsarət yetirmişdir. Həmin vaxt ətafda insanlar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, əvvəllər cinayət törətməyə görə məhkum olmuş və cəzasını 10 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. O, cəzasını çəkdiyi müddətdə həmin cəzaçəkmə müəssisəsində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs ilə tanış olmuş və onlar arasında dostluq münasibətləri yaranmışdır. 01 dekabr 2023-cü il tarixində səhər saatlarında işə gedən zamanı “Şamaxinka” deyilən ərazidə Raufla rastlaşmış, o, Raufdan hara getdiyini soruşduqda Rauf ona Orxanla telefonda mübahisə etdiyini və Orxanın onun anasına söyüş söydüyünü, bu səbəblə Orxanla danışmaq məqsədilə onun yaşadığı evə getdiyini bildirmişdir. O, Raufla Orxanı barışdırmaq məqsədilə onunla birlikdə Orxanın yaşadığı Bakı şəhəri, Yasamal rayonu, 2-ci X5 küçəsi ünvanına gəlmişdir. Onlar gəldikləri zamanı Orxan, onun qardaşı Elxan və atası Əli həyətdə olmuş və Raufun gəldiyini görən Orxan üzərindən bıçaq çıxararaq Raufun üzərinə gəlmişdir. Həmin vaxt hadisə yerində başqa şəxslər də olmuş və o, bir neçə saniyə sonra Orxanın qardaşı Elxanın yerə yıxıldığını görmüşdür. Yalnız bundan sonra o, Raufun özü ilə bıçaq gətirdiyindən xəbər tutmuş və onun həmin bıçaqla Elxana zərbə vurması ona məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə baş verən zaman əynində olmuş bir ədəd deşilmiş zədələr olan köynək götürülmüşdür. (i.v. 20-21) “Əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman istifadə etdiyi bir ədəd bıçaq götürülmüşdür. (i.v. 37-40) “İfadənin yerində yoxlanılması haqqında” 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zaman o, istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha bildirərək təsdiq etmişdir. (i.v. 64-67) 02 dekabr 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə deyərək təsdiq etmişlər. (i.v. 91-95) 02 dekabr 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid1 arasında keçirilmiş üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə deyərək təsdiq etmişlər. (i.v. 96-100) “Baxış keçirilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Rövşən Nuruzadə küçəsində yerləşən sonuncunun yaşadığı evin yaxınlığında bıçaqla zərbə vuraraq xəsarət yetirmişdir. (i.v. 126-129) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 19 dekabr 2023-cü il tarixli, 1414 nömrəli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı və adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən bədəni üzərində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin sol yarısının, sol kürəküstü nahiyəsinin kəsilmiş yaraları iti kənarlı alətin təsirindən törənmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. (i.v. 147-149) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin maddi sübutların ekspertizası ilə bağlı 20 dekabr 2023-cü il tarixli, 813/2023- MTBŞ nömrəli rəyindən görünür ki:
1. Zərərçəkmiş şəxs1 AB0 sistemi üzrə qan qrupu A/İİ/-dir. (şəxsiyyət vəsiqəsinin kserosurətinə görə)
2. Ekspertizaya təqdim edilmiş köynək üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alındı. Bu qan ləkələri AB0 sistemi üzrə A/İİ/H qruplu şəxsə, o cümlədən – Zərərçəkmiş şəxs1 məxsus ola bilər. (Əgər onun hadisə zamanı xəsarəti olubsa) Təqdim olunmuş bıçaq üzərində olan ləkələrdə qan aşkar edilməmişdir. (i.v. 156-159) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin maddi sübutların ekspertizası ilə bağlı 19 dekabr 2023-cü il tarixli, 603/2023- MTKŞ nömrəli rəyindən görünür ki, maddi sübutların məhkəmə-tibbi-kriminalistik və kriminalistik tədqiqatına dair aşağıdakı nəticəyə gəlirik:
1. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus köynəyin ön səthinin sol nahiyəsində bir ədəd dəlib-keçən zədə aşkar olundu. Bu zədə deşilmiş-kəsilmiş zədədir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağına aiddir və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (i.v. 161-165) “Sübutların qiymətləndirilməsi haqqında” 29 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 hadisə baş verən zaman əynində olmuş bir ədəd köynək və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman istifadə etdiyi bir ədəd bıçaq mühüm sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Yasamal rayon Pİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v. 174-183) İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittihama görə o, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Rövşən Nuruzadə küçəsində tanışı Zərərçəkmiş şəxs2 ilə sonuncunun yaşadığı evin qarşısında bir gün əvvəl borc verdiyi pulu geri istəyən zaman Zərərçəkmiş şəxs2 onu söyməsini cüzi səbəb kimi bəhanə gətirərək öz şəxsiyyətini sonuncunun və digərlərinin şəxsiyyətinin fövqündə qoymaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək ucadan səs-küy salıb nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ictimai yer olan küçədə insanların gözü qarşısında əvvəlcədən üzərində olan zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı qatlanan cib bıçağını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs2 xəsarət yetirmək məqsədi ilə hücum edib sonuncuya bıçaqla zərbələr endirmək istəsə də Zərərçəkmiş şəxs2 zərbələrdən yayınması səbəbindən xəsarət yetirə bilməmiş, həmin vaxt orada olan və onun qanunazidd davranışlarına son qoymaq, həmçinin qardaşı Zərərçəkmiş şəxs2 xəsarət yetirməsinin qarşısını almaq üçün onun qollarından tutaraq saxlamış Zərərçəkmiş şəxs1 əlindəki həmin bıçaqdan silah qismində istifadə etməklə sol qoltuqaltı və çiyin nahiyəsindən qəsdən iki dəfə vurub ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə döş qəfəsinin sol yarısının, sol kürəküstü nahiyəsinin kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, qanunsuz hərəkətlərini davam etdirib yenidən Zərərçəkmiş şəxs2 xəsarət yetirmək məqsədi ilə hücum edib bıçaqla zərbələr endirmək istəsə də Zərərçəkmiş şəxs2 zərbələrdən yayınması səbəbindən xəsarət yetirə bilməmiş, bununla da silah qismində istifadə olunan bıçaqdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən Zərərçəkmiş şəxs2 üzərində zor tətbiq edilməsi hədəsi ilə, həmçinin ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan Zərərçəkmiş şəxs1 müqavimət göstərməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ondan ötrü ki, o silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək Zərərçəkmiş şəxs2 xəsarət yetirmək məqsədi ilə hücum edib bıçaqla zərbələr endirmək istəsə də Zərərçəkmiş şəxs2 zərbələrdən yayınması səbəbindən xəsarət yetirə bilməmiş, bundan sonra həmin bıçaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirmişdir. Bundan əlavə nəzərə alınmalıdır ki, X6 Dadaşov arasında hazırda ona qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş əməli törətməmişdən əvvəl telefonla danışıq zamanı sözlü mübahisə olmuş və bir-birinə qarşı təhqiredici ifadələr işlətmişlər. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər etməsi bu şəxsin qeyd edilən maddə ilə cinayət məsuliyətinə cəlb edilməsinə səbəb olur. CM-nin 221.2-ci maddəsində isə eyni əməllərin, yəni həmin Məcəllənin 221.1-ci maddəsində təsbit edilmiş xuliqanlıq əməllərinin bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsinə, habelə ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə CM-nə edilmiş dəyişikliyə görə, CM-nin 221.3-cü maddəsi aşağıdakı yeni redaksiyada verilmişdir: “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Bununla da CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq əməlinin obyektiv cəhətdən təzahür formaları olan “zor tətbiq olunması ilə” və ya “belə zorun tətbiq edilməsi hədəsi” silah tətbiq edilməklə törədildikdə xx.xx.2017-ci il tarixədək qüvvədə olan CM-nin 221.3-cü maddəsinin tərkibini yaradırdısa, lakin həmin tarixdə edilmiş dəyişiklikdən sonra CM-nin 221.3-cü maddəsinin dispozisiyasında “zor” tətbiqi məsələsi dəqiqləşdirildiyindən, yəni silahın tətbiqi hansı halda CM-nin 221.3-cü maddəsinin tərkibini yarada bilməsi məsələsi xüsusiləşdirilmiş və yalnız “soyuq silahdan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması” əlaməti CM-nin 221.3-cü maddəsinin tərkibini yaradır. Bununla da xx.xx.2017-ci il tarixdən sonra “soyuq silahdan istifadə etməklə zorun tətbiq edilməsi hədəsi” artıq CM-nin 221.3-cü maddəsinin tərkibini yaratmır. Yəni həmin dəyişiklikdən sonra “hədə” əlaməti CM-nin 221.1-ci maddəsinin tərkibini yaratsada, CM-nin 221.3-cü maddəsinin tərkibini yaratmır. Hazırda qüvvədə olan CM-nin 221.3-cü maddəsindəki “silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması” əlaməti ilə bağlı məhkəmə əlavə olaraq aşağıdakıları qeyd edir. Belə ki, CM-nin 221.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin CM-nin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: - əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi); - belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; - şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi. CM-nin 221.1-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi gedişində zor tətbiq etmə dedikdə, zərər çəkmiş şəxslə təmasda olmaqla ona fiziki ağrının yetirilməsi və ya onun döyülməsi, yaxud sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi və ya sağlamlığına yüngül zərərin vurulması başa düşülür. Əmlakı məhv etmək dedikdə isə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülür. CM-nin 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi üçün zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşaiyət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər, və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Əks təqdirdə, yəni yuxarıda göstərilən üç haldan birinin müəyyən edilməməsi törədilmiş əməlin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə müxtəlif üsullarla (silahı nümayiş etdirməklə, odlu silahdan havaya atəş açmaqla və sair) zərər çəkmiş şəxsə hədə qorxu gəlmə yalnız psixi zorun tətbiq edilməsinə dəlalət edir, bu isə CM-nin 221.3cü maddəsində nəzərdə tutulmuş “zor tətbiq etmə” anlayışının əlamətlərini ehtiva etmir. Belə olan halda, xuliqanlığın törədilməsi zamanı təqsirkar şəxsin silah və ya silah qismində istifadə olunan əşyaları yalnız nümayiş etdirməsi, yaxud həmin əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə hədə-qorxu gəlməsi, yaxud onun silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsinin və ya özgənin əmlakının məhv etməsinin və ya zədələməsinin qarşısının başqa şəxslər tərəfindən alınması, habelə qeyd edilən əşyaları tətbiq etmiş şəxsin onun iradəsindən asılı olmayan digər səbəblərdən zərər çəkmişə şəxsə zor tətbiq edə, əmlakı zədəyə və ya məhv edə bilməməsi hallarında əməl CM-nin 221.3-cü maddəsi ilə deyil, işin hallarından asılı olaraq CMnin 221.1 və 221.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə də hazırkı ittiham aktında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 münasibətdə “bıçaq” tətbiq edilməsi, yuxarıdakı qeyd edilən formada məhz CM-nin 221.3-cü maddəsinin tərkibini yaradan formada “zor tətbiq olunması” halı baş verməmişdir. Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdi ki, hazırki hadisə X6 Dadaşovun şəxsi münasibətləri zəmnində baş vermişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş Zərərçəkmiş şəxs2 münasibətdə CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi ittihamdan xaric olunmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 tərəfindən nəlayiq ifadələrlə təhqir etdikdən sonra ona bıçaq zərbəsi endirməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 221.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; “Şübhəli şəxsin tutulması haqqında” 01 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 52) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 dekabr 2023-cü il tarixli 4(004)-941/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 107-111) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 11 dekabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2017-ci il tarixdə isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” Sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. (i.v. 122-123) Elektron Məhkəmə Sistemindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Abşeron rayon Məhkəməsinin icraatındadır. Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmişdir. Onlar barışmışlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cəza təyin edilən zaman nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2015-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs etdiyi əməlindən peşman olmasını və zərərçəkmiş şəxslərlə barışmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan Zərərçəkmiş şəxs1 hadisə baş verən zaman əynində olmuş bir ədəd köynək və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu gündən, yəni 01 dekabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş Zərərçəkmiş şəxs1 hadisə baş verən zaman əynində olmuş bir ədəd köynək və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 xəsarət yetirən zaman istifadə etdiyi bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat dövlət büdcəsi hesabından Bakı Şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov