Məhkəmə qərarları › İş №1(004)-221/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-221/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-221/2025 23.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Güvən” vəkil bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, qanunsuz olaraq soyuq və odlu silahı əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və yerdə qanunsuz olaraq 01 ədəd Tİ-3603 №-li, 7,62 mm kalibrli olmaqla, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1943-cü ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı tapança, texniki cəhətdən saz və atəş üçün yararlı olan, odlu yivli silahı, 01 ədəd, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi-darağı, 06 ədəd, zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları olan, döyüş sursatı hesab edilən atəş üçün yararlı olan patronu, 01 ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən istifadəyə yararlı dəyənək və 01 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı, soyuq silah hesab edilən, istifadəyə yararlı bıçağı əldə edib özünə məxsus idarə etdiyi “Lexus NX200” markalı, **-ZZ-*** nömrə nişanlı avtomobilin salonunda saxlayıb gəzdirməklə ünvan 2 ünvanda yerləşən “Fairmont” otelin avtodayanacağına qədər daşımış, xx.xx.2024-cü il tarixdə saat 11:40 radələrində AR DİNin Daxili Qoşunlarının əməkdaşları tərəfindən həmin avtomobilinə yoxlama keçirilən zaman avtomobilin salon hissəsindən 01 ədəd Tİ-3603 №-li, 7,62 mm kalibrli olmaqla, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1943-cü ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı tapança, texniki cəhətdən saz və atəş üçün yararlı olan, odlu yivli silahı, 01 ədəd, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi-darağı, 06 ədəd, zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları olan, döyüş sursatı hesab edilən, atəş üçün yararlı olan patron, 01 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı, soyuq silah hesab edilən, istifadəyə yararlı bıçaq və 01 ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən istifadəyə yararlı dəyənək aşkar edilmiş və Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 12:40dan etibarən keçirilən istintaq hərəkəti ilə götürülmüş, Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilində axtarış və götürmə keçirilərkən, həmin mənzildə sonuncunun iş otağından 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən, istifadəyə yararlı predmet, mənzilin yataq otağından isə ümumilikdə 03 ədəd zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən, istifadəyə yararlı bıçaq aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 ildir ki, Ovçuluq cəmiyyətinin üzvüdür və özünə məxsus 4 ədəd ov silahı vardır. Bundan başqa, əvvəlcədən odlu və soyuq silahlara marağı vardır. Təxminən 2011-ci ildən Topçubaşov adına X7 “Uşaq ürək cərrahiyyə” şöbəsinin rəhbəri vəzifəsində çalışır. Əvvəllər heç bir cinayətə görə məhkum olunmamışdır. Təxminən 3-4 gün bundan öncə Bakı şəhəri, Xəzər rayonu ərazisində “Dreamland” adlanan yaşayış sahəsində piyada gəzişən vaxt gölün kənarında şəffaf sellofan paket olduğunu görüb həmin paketə yaxınlaşmışdır. Həmin paketin içərisində gümüşü rəngli bir ədəd tapançaya bənzər əşya olduğunu görmüşdür. Həmin əşyaya diqqətlə baxan zaman onun tapança olduğunu görmüşdür. Silahlara marağı olduğu üçün həmin paketi açmadan götürüb özünə məxsus “Lexus” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda ön hissədə olan yük yerinə qoymuşdur. Bundan sonra həmin silahı götürdüyünü və avtomobildə olduğunu unutmuşdur. xx.xx.2024-cü il tarixdə saat 12 üçün ünvan 2 ünvanda yerləşən “Fairmont” oteldə bərbərə qeydiyyat olunmuşdur. Belə ki, həmin tarixdə saat 11:40 radələrində qeyd etdiyi avtomobil ilə həmin otelin avto-dayanacağına daxil olan zaman ölkədə keçirilən “COP-29” tədbiri ilə əlaqədar qurulmuş yoxlama postunda DİN-in Daxili Qoşunlarının əməkdaşları tərəfindən avtomobilinə baxış keçirilməsi zərurəti olduğunu bildirmişlər. O, həmin əməkdaşlara heç bir etiraz etməmiş və onlar onun avtomobilini yoxlamağa başlamışlar. Maşının salon hissəsinin ön tərəfində əl yüklərinin qoyulması üçün nəzərdə tutulmuş hissəni açan zaman oradan qeyd etdiyi içərisində gümüşü rəngli tapança olan şəffaf sellofan aşkar edilərək götürülmüşdür. Bundan sonra yoxlamanı davam etdirib maşının arxa yük hissəsinə baxış keçirən zaman oradan bir ədəd ov təyinatlı sapand (raqatka), 20 ədəd tilov üçün nəzərdə tutulmuş qurğuşun, bir cüt əlcək, bir ədəd yığılı-açılan dəyənək, bir ədəd qatlanan bıçaq və bir ədəd yığılıb-açılan bel aşkar olunaraq götürülmüşdür. Bununla bağlı əməkdaşlar tərəfindən akt yazılmışdır. Bundan sonra həmin əməkdaşlar aidiyyəti üzrə Səbail 9-cu polis bölməsinə məlumat vermişlər. Həmin bölmənin əməkdaşları gəlib onu polis bölməsinə dəvət etmişlər. Etiraz etməyərək bölməyə getmişlər. Orada Azərbaycan Respublikası CMin 228.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Daha sonra ona vəkil təqdim edilərək hüquq və vəzifələri izah edilmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağı bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. O, vəkilin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra barəsində şəxsi axtarış keçirilən zaman Daxili qoşunların əməkdaşları tərəfindən götürülərək təqdim edilən əşyalara baxış keçirilməyə başlanmışdır. Bu vaxt kağız torbaların içərisindən qeyd etdiyi əşyalar çıxarılıb masanın üzərinə qoyulmuşdur. Həmin əşyalardan tapançaya baxış zamanı həmin tapançanın gümüşü rəngli, SSRİ-də istehsal olunmuş “TT” markalı silaha bənzədiyi, üzərində Tİ36031943 nömrəsi qeyd olunması, üzərində bir ədəd sandıqcadaraq və həmin daraqda 06 ədəd patron olması müəyyən edilmişdir. Bundan başqa, qeyd etdiyi həmin əşyalara da baxış keçirilmişdir. Həmin əşyaları haradan, hansı məqsədlə və kimdən əldə etdiyi barədə sorğu-sual edilən zaman qeyd olunan tapançanı təxminən 3-4 gün bundan öncə Bakı şəhəri, Xəzər rayonu ərazisində “Dreamland” adlanan yaşayış sahəsində piyada gəzişən vaxt gölün kənarında şəffaf sellofan paketin içərisində tapdığını, digər əşyaları isə Bakı şəhərindən əldə etdiyini bildirmişdir. Aşkar edilən həmin əşyalar qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Bundan sonra onun mülkiyyətində olan və idarə etdiyi “Lexus” markalı, **-ZZ-*** dövlət i qeydiyyat nişanlı avtomobilə videoçəkilişlə baxış aparılacağı bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. O, vəkilin iştirakı ilə videoçəkilişlə avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir və bu barədə ərizə yazmışdır. Polis əməkdaşları tərəfindən avtomobilinə baxış zamanı oradan qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Axtarışın keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və iştirak edən digər şəxslər həmin protokolu imzalamışlar. Daha sonra onun mülkiyyətində olan və hal-hazırda yaşadığı ünvan 3 ünvanda yerləşən evinə videoçəkilişlə baxış aparılacağı bildirilərək etirazının olub-olmaması soruşulmuşdur. O, vəkilin iştirakı ilə videoçəkilişlə evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı o, mənzilin yataq otağına keçmiş və həmin yataq otağında yerləşən qarderob otağına polis əməkdaşlarını dəvət etmişdir. Qarderob otağında olduqları zaman polis əməkdaşlarına orada yerləşən divara quraşdırılmış dəmir seyfi özündə olan açar ilə açmış və seyfin içərsində 04 ədəd ov üçün istehsal olunan silahları, 05 ədəd ov üçün istehsal olunan bıçaqlar, 366 kalibrli 300 ədəd patron, 12 kalibrli 125 ədəd patron, 366 kalibrli “VPO-208” markalı “SQ 2986” nömrəli öv üçün silahı, ikincisi 12 kalibrli “CHURCHİLL” markalı “15221495” nömrəli ov silahını, üçüncüsü 336 TKM kalibrli “VPO-209” markalı, “EK3337” nömrəli ov silahını, dörcüncüsü 12 kaliobrli “Dickinson” markalı “TR 14 KA12701” nömrəli ov silahını polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra onun iştirakı ilə polis əməkdaşları digər otaqlara baxış keçirtməyə başlamışlar. Həmin otaqlardan iş otağı kimi istifadə etdiyi otağa baxış keçirilən zaman həmin otaqda olan şkaflardan birinin siyirtmələrinə baxış zamanı oradan bir ədəd “beşbarmaq” kimi tanınan metaldan hazırlanmış əşya polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür və müvafiq ekspertiza keçirilməsindən ötrü qablaşdırılmışdır. Mənzilin digər otaqlarına baxış zamanı qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet aşkar edilməmişdir. Keçirilmiş baxışla əlaqədər protokol tərtib edilmiş və iştirakçılarla birlikdə o da protokola və zərfin üzərinə imza çəkmişdir. Həmçinin qeyd etmişdir ki, Azərbaycana gəldiyi gündən millətinə xeyirli olmağa çalışmışdır. Pandemiya dövründə klinikada könüllü olaraq vətəndaşlara xidmət göstərmiş, onların sağalması üçün çabalar göstərmişdir, 44 günlük Vətən müharibəsində könüllü olaraq həkim cərrah kimi iştirak etmiş, zabit və əsgərlərə şəfa verməkdə köməklik göstərmiş, 100-lərlə uşağı əməliyyat edərək onları sağaltmışdır. Həmçinin tibb üzrə fəlsəfə doktorudur, uşaq ürək cərrahı üzrə yeganə mütəxəssislərdəndir, himayəsində 8 və 15 yaşlı qız uşaqları vardır. Göstərilənləri nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid3 bildirmişdir ki, 10 noyabr 2024-cü il tarixdə saat 15 radələrində onun, Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 və müdafiəçi X2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən yaşadığı mənzilə gedilmiş, orada onun özünün razılığı ilə baxış, axtarış və götürmə keçirməyə başlanmışdır. Baxış zamanı mənzilin binanın 15-ci mərtəbəsində yerləşdiyi, ümumi sahəsinin 100 kv.metr və 3 otaqdan ibarət olduğu məlum olmuşdur. Mənzilə baxış, axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürülmə aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək mənzildə olması ehtimal edilən, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların könüllü şəkildə təqdim etməsi təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs onları mənzilin yataq otağından keçməklə daxil olunan qarderob otağına aparıb həmin otaqda divara quraşdırılmış olan dəmir seyfi göstərərək özündə olan açarla həmin seyfin qapısını açmışdır. Seyfin içində olan 04 ədəd ov üçün istehsal olunduğunu bildirdiyi silahları, 05 ədəd ov üçün istifadə olunduğunu bildirdiyi bıçaqları, 366 kalibrli 300 ədəd patronu və 12 kalibrli 125 ədəd patronu təqdim etmişdir. Tərəflərindən həmin silahlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin silahlardan birincisi 366 kalibrli “VPO-208” markalı, “SQ 2986” nömrəlidir, ikincisi 12 kalibrli “CHURCHİLL” markalı, “15221495” nömrəlidir, üçüncüsü 336 TKM kalibrli “VPO- 209” markalı, “EK3337” nömrəlidir, dördüncüsü 12 kalibrli “Dickinson” markalı, “TR 14 KA12701” nömrəlidir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə mənzildəki digər otaqlara baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs iş otağına daxil olub həmin otaqdakı şkafın siyirtmələrinə baxılan zaman həmin siyirtmədən 01 ədəd “beşbarmaq” kimi tanınan metaldan hazırlanmış əşya aşkar edilərək götürülmüşdür. Tərəflərindən mənzilin digər otaqlarına və saxlanc yerlərinə baxış, axtarış və götürmə keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Bundan sonra baxışda iştirak edən şəxslərin iştirakı ilə aşkar edilmiş tüfənglər, bıçaqlar və “beşbarmaq” əşyaları qablaşdırılmış, qablaşdırmanın üzəri DİN-in 166 saylı möhürü ilə möhürlənmiş və qablaşdırmaların üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, vəkilinin və onların imzaları ilə imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 Fərhad oğlu bildirmişdir ki, 10 noyabr 2024-cü il tarixdə saat 13 radələrində Səbail RPİ-nin 9-cu PB-nin xidməti iş otağında ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulduğu və üzərinə şəxsi axtarış keçiriləcəyi, onun da həmin şəxsi axtarışda iştirak edəcəyi bildirilmiş, daha sonra onun, Səbail RPİ-nin 9-cu PB-nin sahə inspektoru Şahid1 və müdafiəçi X2 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxs axtarış, sonuncunun nəqliyyat vasitəsindən aşkar edilmiş maddi sübutlara baxış keçiriləcəyi bildirilmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinə və bütün iştirakçılara Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri elan olunaraq izah edilmişdir ki, video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəkdir. Təqsirləndirilən şəxs da həmin istintaq hərəkətinin keçirilməsində iştirak etməyə könüllü olaraq razılıq vermişdir. Beləliklə də, video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman, ilkin olaraq təhqiqatçı tərəfindən ondan üzərində qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə olub-olmaması soruşulub, əgər vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ona məxsus olan “Lexsus” markalı, ** ZZ *** d.q.n-h nəqliyyat vasitəsinə baxış keçirilən zaman aşkar edilmiş predmetlərin 01 ədəd gümüşü rəngli SSRİ istehsallı (Tula Tokareff TT) adlı üzərində TV 3603 1943 nömrəsi olan tapança, 01 ədəd daraq və ona aid olan 06 ədəd patron, açılıbbağlanan dəyənək, 01 ədəd açılıb bağlanan bıçaq, 20 ədəd balıq ovlanan zaman istifadə olunan qurğuşun, 01 ədəd rəqətka, müxtəlif təyinatlı lapatka, 01 ədəd əlcəkdən ibarət olduğu bildirərək onları baxış keçirilməsi üçün təqdim etmiş, baxış zamanı yuxarıda qeyd edilən əşyalar kağız torbalardan çıxarılaraq masanın üzərinə qoyulmuş, həmin əşyaların haradan və kimə məxsus olması barədə Təqsirləndirilən şəxs sual verildikdə, Təqsirləndirilən şəxs aşkar edilmiş predmetlərin ona məxsus olmasını bildirmiş, həmin əşyalardan lapatkanı, dəyənəyi, açılıb bağlanan bıçağı, 20 ədəd qurğuşunu, raqətqanı və əlcəyi ov dükanı mağazasından alaraq əldə etdiyini, lakin “TT” adlı silahı və ona aid 06ədəd patron və darağı 3-4 gün öncə Bakı şəhəri, Xəzər rayonu, Şüvələn qəsəbəsindən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus Lexus markalı **-ZZ-*** d.q.n-li nəqliyyat vasitəsindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli TT markalı tapança və ona aid olan 06 ədəd patron, açılıb-bağlanan dəyənək, 01 ədəd açılıb bağlanan bıçaq, 20 ədəd balıq ovlanan zaman istifadə olunan qurğuşun, 01 ədəd raqatka və müxtəlif təyinatlı lapatka, 01 ədəd əlcək və 6 ədəd patron 05 ədəd kağız zərflərə qoyulub qablaşdırılmış və DİN-nin 166 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş digər heç bir predmet və ya əşya aşkar olunmamışdır. Baxış və şəxsi axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Şahidlər Şahid1 və Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində məhkəmə iclasında dindirilmiş Şahid2 Fərhad oğlu və Şahid3 ilə eyni məzmunlu ifadə verərək, onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Səbail rayon Polis İdarəsinin 9-cu PB-nin əməliyyyat müvəkkli vəzifəsində xidmət edir və polis leytenantı rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, X3 İqlim Dəyişikliyi üzrə X1 konfransının 29-cu Sessiyası (COP 29) ilə əlaqədar ölkəmizdə keçirilən tədbirə cəlb olunmuşdur. Tədbir başlayandan Səbail rayonu, M.Hüseyn küçəsi 1 ünvanında yerləşən “Fairmont” otelində xidmət edirmiş. Tədbirlə bağlı vəzifəsi otelin dayanacağına girib-çıxan avtomobillərin təhlükəsizlik qaydaları səbəbindən yoxlanışını həyata keçirmək imiş. 10 noyabr 2024-cü il tarixdə saat 11: 30 radələrində xidmətdə olarkən tanımadığı bir nəfər şəxs idarə etdiyi “Lexsus” markalı, **-ZZ-*** d.q.n-lı avtomobillə otelin avtodayanacağına daxil olarkən yenə də təlimata uyğun olaraq həmin avtomobili saxlayıb yük yerinə və salonuna baxış keçirməyə başlamışdır. Baxış zamanı avtomobilin salonun ön hissəsində əl yüklərinin saxlanması üçün nəzərdə tutulmuş yük yerindən 01 ədəd “SSRİ” dövlətində istehsal edilmiş Tokarev (TT) konstruksiyalı tapança və texniki cəhətdən saz vəziyyətdə, atəş açmaq üçün yararlı olan 8 ədəd 7,62xx25 mm kalibrli patronlar yerləşdirmək üçün tapançanın komplekt hissəsi olan 01 ədəd daraq, 06 ədəd patronlar, 01 ədəd açılıbbağlanan dəyənək, 01 ədəd açılıb bağlanan bıçaq, 20 ədəd balıq ovlanan zaman istifadə olunan qurğuşun, 01 ədəd raqatka və müxtəlif təyinatlı lapatka, 01 ədəd əlcək aşkar edilmişdir. Avtomobilə baxış zamanı aşkar edilmiş tapança və digər predmetlərlə bağlı DQ əməkdaşları akt tərtib etmiş, o da dərhal xidmət etdiyi Səbail RPİ-nin 9-cu PB-nə bu barədə məlumat vermişdir, PB-dən əməkdaşlar gəlib Təqsirləndirilən şəxs və onun avtomobilindən aşkar edilmiş silah sursatı baxış keçirilməsi üçün götürüb 9-cu PB-nə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının DİN-nin DQ-nın P.Məmmədrzayevin adından tartib edilmiş xx.xx.2024-cü il tarixli aktı ilə Təqsirləndirilən şəxs məxsus, Lexus markalı **-ZZ-***.d.q.n-li nəqliyyat vasitəsinin salonunda saxlanc yerindən götürülən 01 ədəd gümüşü rəngli SSRİ istehsalı (Tulla Tokaref TT) adlı üzərində TИ 3603 1943 nömrəli tapança, 01 ədəd daraq və ona aid olan 06 ədəd patron, açılıb-bağlanan dəyənək, 01 ədəd açılıb bağlanan bıçaq, 20 ədəd balıq ovlanan zaman istifadə olunan qurğuşun, 01 ədəd raqatka, müxtəlif təyinatlı lapatka, 01 ədəd əlcək. Xidməti otaqda yuxarıda qeyd edilən əşyalar, şəxsi axtarış zamanı kağız torbalardan çıxarılaraq masanın üzərinə qoyulmuş, həmin əşyaların haradan və kimə məxsus olması barədə Təqsirləndirilən şəxs sual verildikdə, həmin şəxs həmin əşyalarının ona məxsus olmasını həmin əşyaların ona məxsus olduğunu bildirmiş, həmin əşyalardan yəni lapatkanı, dəyənəyi, açılıb bağlanan bıçağı, 20-ədəd qurğuşunu, raqatqanı və əlcəyi ov dükanı mağazasından alaraq əldə etdiyini, lakin “TT” adlı silahı və ona aid 06-ədəd patron və darağı 3-4 gün öncə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindən tapdığını bildirmişdir. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs özünə məxsus Lexus markalı **-ZZ-*** d.q.n-lı nəqliyyat vasitəsinin salonun saxlanc yerindən 01 ədəd gümüşü rəngli TT markalı tapança və ona aid olan 06 ədəd patron, açılıb-bağlanan dəyənək, 01 ədəd açılıb bağlanan bıçaq, 20 ədəd balıq ovlanan zaman istifadə olunan qurğuşun, 01 ədəd raqatka və müxtəlif təyinatlı lapatka, 01 ədəd əlcək və 06 ədəd patron 05 ədəd kağız zərflərə qoyulub qablaşdırılmış və DİN-nin 166 saylı möhürü ilə möhürlənmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir (i.v. 26-27). “Nəqliyyat vasitəsinə baxış, axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 6 ünvanında saxlanılmış olan Təqsirləndirilən şəxs xüsusi müliyyətində olan “Lexus NX200” markalı **-ZZ-*** seriyal dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs razılığı ilə baxış, axtarış və götürmə keçirməyə başlanmış, nəqliyyat vasitəsinə baxış, axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürülmə apardıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək nəqliyyat vasitəsində olması ehtimal edilən, qanunla dövrüyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların könüllü şəkildə təqdim etməsi təklif edilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs avtomobilində qanunla dövrüyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən aparılan baxış zamanı müəyyən olunmuşdur ki, həmin avtomobilə qara rəngli “suv” kateqoriyalı avtomobildir. Həmin avtomobildə şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən saxlanılması qadağan edilmiş əşyaların olması ilə əlaqədar olaraq avtomobilin salonuna, yük yerinə və motorxanasına baxış, axtarış və götürmə keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya maddə aşkar edilməmişdir (i.v. 32-33). “Mənzilə baxış, axtarış və götürmə aparılması haqqında” 10 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs xüsusi mülkiyyətində olan ünvan 7 ünvanına Təqsirləndirilən şəxs razılığı ilə baxış, axtarış və götürmə keçirilməyə başlanılmış, baxış zamanı mənzilin binanın 15-ci mərtəbəsində yerləşdiyi, ümumi sahəsi 100 kv.metr, 3 otaqdan ibarət olduğu məlum olur. Mənzilə baxış, axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürülmə apardıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək mənzildə olması ehtimal edilən, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaları könüllü şəkildə təqdim etməsi təklif edilmiş, sonra şübhəli şəxs Təqsirləndirilən şəxs bizi mənzilin yataq otağından keçməklə daxil olunan qarderob otağına aparıb həmin otaqda divara quraşdırılmış olan dəmir seyfi göstərərək özündə olan açarla həmin seyfin qapısını açmış, seyfin içində olan 04 ədəd ov üçün istehsal olunduğunu bildirdiyi silahları, 05 ədəd ov üçün istifadə olunduğunu bildirdiyi bıçaqları, 366 kalibrli 300 ədəd patronu və 12 kalibrli 125 ədəd patronu təqdim etmişdir. Həmin silahlara baxış keçirilən zaman müəyyən olunmuş ki, həmin silahlardan birincisi 366 kalibrli “VPO-208” markalı, “SQ 2986” nömrəlidir, ikincisi 12 kalibrli “CHURCHİLL” markalı, “15221495” nömrəlidir, üçüncüsü 336 TKM kalibrli “VPO-209” markalı, “EK3337” nömrəlidir, dördüncüsü 12 kalibrli “Dickinson” markalı, “TR 14 KA12701” nömrəlidir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə mənzildəki digər otaqlara baxış keçirməyə başlanılmış, baxış zamanı Təqsirləndirilən şəxs iş otağına daxil olub həmin otaqdakı şkafın sivirmələrinə baxılan zaman həmin sivirmədən “beşbarmaq” kimi tanınan metaldan hazırlanmış əşya aşkar edilərək götürülmüşdür. Mənzilin digər otaqlarına və saxlanc yerlərinə baxış, axtarış və götürmə keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya maddə aşkar edilməmiş, daha sonra digərlərinin iştirakı ilə aşkar edilmiş tüfənglər, bıçaqlar və “beşbarmaq” əşyası qablaşdırılmış, qablaşdırmanın üzəri DİN-in 166 saylı möhürü ilə möhürlənmiş və qablaşdırmaların üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, vəkilinin və digərlərinin imzaları ilə imzalanmışdır (i.v. 41-42). Şəhadətnamələrin surətindən görünür ki, AR DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Təqsirləndirilən şəxs 12 kalibrli “Churchill” marjkalı, 15221495 nömrəli ov silahıının saxlanılması və təyinatı üzrə istifadə edilməsi, 366 TKM kalibrli, “VPO-209” markalı, EK 3337 nömrəli yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün, həmçinin 12 kalibrli “Dickinson” markalı, TR14 KA12701 nömrəli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün şəhadətnamələr verilmişdir (i.v. 43). Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən Təqsirləndirilən şəxs verilmiş 6003 nömrəli ovçuluq biletindən görünür ki, xx.xx.2021-ci il tarixdən Təqsirləndirilən şəxs 6003/27.12.21 qeydiyyat nömrəsi ilə bilet verilmişdir (i.v. 43). 2675 nömrəli şəhadətnamənin surətindən görünür ki, AR DİN Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən Təqsirləndirilən şəxs 366 kalibrli, “VPO-208” markalı, SQ 2986 nömrəli yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün şəhadətnamə verilmişdir (i.v. 46). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 10 noyabr 2024-cü il tarixli, 24/1686 saylı rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, 01 ədəd Tİ-3603 №-li silah, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1943-cü ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. Tədqiqata təqdim edilmiş daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində, zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab edilir və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə məlumat əlavə veriləcəkdir. Qeyd: DİN-nin KTİ-də fiziki-kimyavi məhkəmə ekspertizası keçirilməməsi səbəbindən qərarın “Həmin silahdan atəş açılıbaçılmaması müəyyənləşdirilsin” sualına cavab verilməmişdir (i.v. 52-55). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-13-11/2-12050/2024 saylı məktubundan görünür ki, 01 ədəd 7,62 mm kalibrli TИ-3603 №-li Tokarev (TT) konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin «güllə-giliz» kartotekasında «ARSENAL» avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanıldı. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (i.v. 97). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballistik ekspertizasının 20 dekabr 2024-cü il tarixli, 3/1856 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd predmet, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edimiş 01 ədəd predmet dəyənək tipində kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulla hazırlanmış bir tərəfi kəisici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır. Tədqiqata təqdim edilən 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan köməkçi əməliyyatları (cəmdəyin doğranması, dərinin soyulması) yerinə yetirmək üçün nəzərdə tutulmuş xüsusi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilmir, istifadəyə yararlıdır (i.v. 117-121). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballistik ekspertizasının 23 dekabr 2024-cü il tarixli, 3/1855 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, “DİCKİNSON” markalı, patronluğunun uzunluğu 76 mm olan “TR14 KA12701” №li, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir-yivsiz odlu ov silahıdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd zavod üsulu ilə istehsal edilmiş, “Vinçester” tipli, 12 kalibrli, “Chirchill” markalı “15221495” №-li, pompalı, təhlükəli tüfəngdir-yivsiz odlu silahıdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş “BnO-209” modelli, EK 3337 №-li, .366 TKM kalibrli karabindir-yarım avtomatik (özü dolduran) yivli odlu ov silahıdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd silah zavod üsulu ilə istehsal edilmiş “BnO-208” modelli, CQ 2986 №-li, .366 TKM kalibrli karabindir-yarım avtomatik (özü dolduran) yivli odlu ov silahıdır, atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 04 ədəd silahın təyinatının dəyişdirilməsi məqsədilə hissə mexanizmlərində hər hansı əlavə, dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 300 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, .366 TKM kalibrli olmaqla həmin kalibirə malik yivli ov (“VPO-209”, VPO-208”, AK-366-Lankaster, SKS-366-Lankaster, Sayqa TG2 və s.) silahlarda döyüş sursatı kimi istifadə edilən patronlardır, atəşə yararlıdır. Tədqiqata təqdim edilmiş 76 ədəd patron zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu tənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patronlardır, atəşə yararlıdır (i.v. 122-126). “Maddi sübut kimi tanıma haqqında” 28 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd Tİ-3603 №-li, 7,62 mm kalibrli olmaqla, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1943-cü ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı tapança, texniki cəhətdən saz və atəş üçün yararlı olan, odlu yivli silahı, 01 ədəd, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi-darağı, 06 ədəd, zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan patron, 01 ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən istifadəyə yararlı dəyənək, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən, istifadəyə yararlı predmet və 04 ədəd zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən, istifadəyə yararlı bıçaq maddi sübut kimi tanınmış, o cümlədən Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş soyuq silah hesab edilməyən 02 ədəd bıçaq, 01 ədəd 366 kalibrli “VPO- 208” markalı, “SQ-2986” nömrəli silah, 01 ədəd 12 kalibrli “CHURCHİLL” markalı, “15221495” nömrəli silah, 01 ədəd 336 TKM kalibrli, “VPO- 209” markalı, “EK3337” nömrəli silah, 01 ədəd 12 kalibrli “Dickinson” markalı, “TR 14 KA12701” nömrəli silah, 300 ədəd 366 kalibrli və 125 ədəd 12 kalibrli patron maddi sübut kimi tanınmamış, 01 ədəd odlu silah tapança, tapançaların komplekt hissəsi olan 01 ədəd daraq, məhkəmə-ballistik ekspertizası zamanı eksperimental atəşlərdən sonra 03 ədəd qalmış döyüş patronu, 01 ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən istifadəyə yararlı dəyənək, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən, istifadəyə yararlı predmet və 04 ədəd zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən, istifadəyə yararlı bıçaq, o cümlədən Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş soyuq silah hesab edilməyən 02 ədəd bıçaq, 01 ədəd 366 kalibrli “VPO-208” markalı, “SQ-2986” nömrəli silah, 01 ədəd 12 kalibrli “CHURCHİLL” markalı, “15221495” nömrəli silah, 01 ədəd 336 TKM kalibrli, “VPO-209” markalı, “EK3337” nömrəli silah, 01 ədəd 12 kalibrli “Dickinson” markalı, “TR 14 KA12701” nömrəli silah, məhkəmə- ballistik ekspertizası zamanı eksperimental atəşlərdən sonra 66 ədəd 12 kalibrli patron və 298 ədəd 366 TKM kalibrli patron Səbail RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v. 150-152). “Sübutların qiymətləndirilməsi haqqında” 28 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 dekabr 2024-cü tarixdə Azərbaycan Respublikası CM-in 228.1 və 228.4-cü maddələri ilə elan edilm ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra baxış keçirilməklə götürülmüş soyuq və odlu silahları özü şəxsən könüllü olaraq təhvil vermədiyi və baxış keçirilməklə götürüldüyü Azərbaycan Respublikası CM-in 228-ci maddəsinin qeyd hissəsinə əsasən onun əməli könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs məxsus 01 ədəd Tİ-3603 №-li, 7,62 mm kalibrli olmaqla, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1943-cü ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı tapança, texniki cəhətdən saz və atəş üçün yararlı olan, odlu yivli silahı, 01 ədəd, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi-darağı, 06 ədəd, zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrl olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronlar olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan patron, 01 ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən istifadəyə yararlı dəyənək, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzic xassəyə malik soyuq silah hesab edilən, istifadəyə yararlı predmet və 04 ədəd zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən, istifadəyə yararlı bıçaq maddi sübut kimi tanınması, o cümlədən Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş soyuq silah hesab edilməyən 02 ədəd bıçaq, 01 ədəd 366 kalibrli “VPO-208” markalı, “SQ-2986” nömrəli silah, 01 ədəd 12 kalibrli “CHURCHİLL” markalı, “15221495” nömrəli silah, 01 ədəd 336 TKM kalibrli VPO-209” markalı, “EK3337” nömrəli silah, 01 ədəd 12 kalibrli “Dickinson” marka, TR 14 KA12701” nömrəli silah, 300 ədəd 366 kalibrli və 125 ədəd 12 kalibrli patron maddi sübut kimi tanınmaması, 01 ədəd odlu silah tapança, tapançaların komplekt hissəsi olan 01 ədəd daraq, məhkəmə-ballistik ekspertizası zamanı eksperimentə atəşlərdən sonra 03 ədəd qalmış döyüş patronu, 01 ədəd kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən istifadəyə yararlı dəyənək, 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə mal - soyuq silah hesab edilən, istifadəyə yararlı predmet və 04 ədəd zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən, istifadəyə yararlı bıçaq, o cümlədən Təqsirləndirilən şəxs yaşadığı mənzildən götürülmüş soyuq silah hesab edilməyən 02 ədəd bıçaq, 01 ədəd 366 Kalibrli “VPO-208” markalı, “SQ-2986” nömrəli silah, 01 ədəd 12 kalibrli “CHURCHİLL” markalı, “15221495” nömrəli silah, 01 ədəd 336 TKM kalibrli, “VPO-209” markalı EK3337” nömrəli silah, 01 ədəd 12 kalibrli “Dickinson” markalı, “TR 14 KA1270T” nömrəli silah, məhkəməballistik ekspertizası zamanı eksperimental atəşlərdən sonra 66 ədəd 12 kalibrli patron və 298 ədəd 366 TKM kalibrli patronun maddi sübut kimi tanınmasının nəzərə alınması, Təqsirləndirilən şəxs məxsus soyuq silah və odlu silah hesab edilən predmetləri əldə etdiyi şəxsin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından material ayrılaraq, Bakı şəhəri Yasamal rayon Polis idarəsinin CAŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs, şahidlərin ifadələri, Azərbaycan Respublikas Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3/1855 və xx.xx.2024-cü il tarixli, 3/1856 saylı, Azərbaycan Respublikası DİN-nin KTİ-nin xx.xx.2024-cü il tarixli 24/1686 saylı ekspert rəylərinin və digər istintaq sənədlərinin iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır (i.v. 193-204). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 21 iyun 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “odlu silah” anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan “Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı” Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən “odlu silah” dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkətlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-in 228-ci maddəsi çıxış edir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində geyim ləvazimatları hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulur. “Xidməti və mülki silah haqqında” Qanunun 2-ci maddəsinin 6-cı bəndinə əsasən soyuq silah dedikdə, konstruksiyasına, ölçülərinə və materiallarına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan (milli geyim ləvazimatı hesab olunan hallar istisna edilməklə xəncər, beybut, ov bıçağı, qılınc, süngü bıçaqları və s.) sair kəsici deşici və qarışıq təyinatlı silahlar, habelə insan əzələsinin və ya mexaniki qurğunun enerjisi hesabına istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi zədələmək təyinatına malik olan nizə, döyüş baltası və s., eləcə də zərbə-dağıdıcı təsirli əşyalar beşbarmaqlar, nunsakalar, gürzlər, toppuz və s. aid edilir (13-cü bənd). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqının aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 10 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdə, saat 12:20-də tutulmuşdur (i.v. 18). “İstintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 11 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs odlu silah aşkar edilməsi ilə əlaqədar aidiyyəti üzrə Səbail RPi-nin İstintaq Şöbəsinə göndərilmişdir (i.v. 59-60). “Təqsirləndirilən şəxs qismində cəlb etmə barədə” 12 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 63-64). Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli, 4(009)- 604/2024 saylı qərarından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 91). X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, o, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs məxsus **-ZZ-*** dövlət nömrə nişanlı avtomobili, qol saatını qəbul etmişdir (i.v. 93). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-1255/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 12 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır (i.v. 98-104). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 228.4-cü maddəsinə tövsif edilmiş, cinayət işinin istintaqı Azərbaycan Respublikası CMnin 228.1 və 228.4-cü maddəsi ilə davam etdirilmişdir (i.v. 131-132). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilməklə ona Azərbaycan Respublikasının CM-nin 228.1 və 228.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 133-134). X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, o, qardaşı Təqsirləndirilən şəxs məxsus təhqiqat zamanı götürülmüş 01 ədəd açılıb bağlanan lapatqa, 01 cüt əlcək, 01 ədəd sapand, 20 ədəd qurğuşun və sonuncuya məxsus 05 ədəd sənədi müstəntiqdən təhvil almışdır (i.v. 149). “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi ərazi aidiyyəti üzrə Azərbaycan Respublikası CPM-nin 216-cı maddəsinə əsasən Bakı şəhər prokurorluğu vasitəsilə Bakı şəhəri Yasamal RPi-nə göndərilmişdir (i.v. 154-155). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı davam etdirilmişdir (i.v. 157). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 4(004)- 59/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə barəsində istintaq aparılan və təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsinə dair vəsatəti təmin edilməmişdir (i.v. 160-163). Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 4(103)-77/2025 saylı, 23 yanvar 2025-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə barəsində istintaq aparılan Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmasına dair təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş vəsatətin rədd edilməsinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 4(004)-59/2025 saylı qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (i.v. 176-180). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 180). İttiham aktı təsdiq edilmədən cinayət işinin əlavə istintaq aparılması üçün qaytarılması haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Təhmasib Yusifov tərəfindən ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş 03 fevral 2025-ci il tarixli ittiham aktı təsdiq edilməmiş və həmin cinayət işi əlavə ibtidai istintaq aparılması üçün Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinə qaytarılmışdır (i.v. 231-234). “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaq davam etdirilmişdir (i.v. 239). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 4(004)- 114/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, yəni 02 mart 2025-ci il tarixədək uzadılmışdır (i.v. 245-249). “İbtidai istintaq müddətinin uzadılması haqqında” 07 fevral 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 228.1 və 228.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 5 ayadək, yəni 11 aprel 2025-ci il tarixədək uzadılmışdır (i.v. 250-251). “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 17 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmaqla dəyişdirilmədən öz qüvvəsində saxlanılmışdır (i.v. 295-296). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 4(004)- 153/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 11 aprel 2025-ci il tarixədək uzadılmışdır (i.v. 309-313). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X13 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 403 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən xx.xx.2011-ci il tarixindən hal-hazıra kimi M.A.Topçubaşov adına X13 publik hüquqi şəxsin Uşaq kardiocərrahiyyəsi üzrə elmi şöbədə şöbə rəhbəri vəzifəsində çalışır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına X13 publik hüquqi şəxsi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli, 3-28-13/2-122/2025 nömrəli məktubdan görünür ki, Səhiyyə Nazirliyinin ‘'Akademik M.A.Topçubaşov adına X13” publik hüquqi şəxsin Uşaq kardiocərrahiyyə üzrə elmi şöbənin rəhbəri Təqsirləndirilən şəxs barəsində cinayət işi açılmış və müvafiq istintaq orqanında istintaq aparılaraq cinayət işi Yasamal rayon məhkəməsinə göndərilmişdir. İşçi Təqsirləndirilən şəxs qeyd olunan hal ilə əlaqədar uzun müddət işə gəlmədiyi üçün müəssisənin xx.xx.2025-ci il tarixli 03A nömrəli əmri ilə işdən kənarlaşdırılmışdır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X9 adında övladı vardır. 004086 nömrəli diplomun surətindən görünür ki, Təqsirləndirilən şəxs 1995-ci ildə N.Nərimanov adına Azərbaycan Tibb Universitetinə daxil olmuş və 2006-cı ildə Azərbaycan Tibb Universitetini Pediatriya ixtisası üzrə tam kursu bitirmişdir. Dövlət imtahan komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə ona həkim ixtisası verilmişdir. Azərbaycan Respublikasının Prezidenti X14 Komissiyasının 20 iyul 2017-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidenti X14 Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs 3236.1 – Ürək-damar cərrahlığı ixtisasında tibb elmləri elm sahəsi üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidenti X14 Komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs elmi fəaliyyətə görə tibb elmləri elm sahəsinin 3236.01 - Ürək-damar cərrahlığı ixtisası üzrə dosent elmi adı verilmişdir. Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və X6 tərəfindən verilmiş təşəkkür məktubundan görünür ki, ARSN-nin Akademik M.A.Topçubaşov adına Elmi cərrahiyə mərkəzinin X18 Şöbəsinin bütün kollektivinə və başda D.R Təqsirləndirilən şəxs Novruz oğlu rəhbərlik etdiyiniz kollektivə dərin minnətdarlığımı bildirirəm və təşəkkürümü bildirirəm. Oğlum “anadan gəlmə ürək qüsuru ilə doğulmuşdur” cərrahiyə əməliyyatdan sonra 8 gün reanimasiyada qalan günlərdə onun bütün dərmanlarını öz vəsaiti hesabına etmişdir sonra aparılan düzgün müalicə göstərilən diqqət və qayğı nəticəsində oğlum yenidən həyata qayıtmış tam sağlam şəkildə cəmiyyətə qatılmışdır. Biz bir ata, ana və bütün Ruzinin yaxınları bu cür həkimlərin qarşısında baş əyirik. Hörmətli həkimlər əlləriniz yorulmasın zehniniz həmişə iti olsun! Ailəmizin adından sizlərə uzun ömür və möhkəm can sağlığı arzulayırıq.” Məzmunda olmuşdur. Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və X6 tərəfindən verilmiş fəxri Fərmandan görünür ki, 8 Noyabr “Zəfər Günü” ilə əlaqədar Şəhid Ailələri və Qazilərə göstərdiyi maddi və mənəvi dəstəyinə görə DR.Təqsirləndirilən şəxs təltif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 39 nömrəli əmri ilə verilmiş Fəxri Fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs tibb işçilərinin peşə bayramı ilə əlaqədar olaraq əhalinin sağlamlığının qorunması sahəsində qüsursuz və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə təltif edilmişdir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, peşəsini, azyaşlı övladının olmasını (AR CM-nin 59.2-ci maddəsi), onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ailə vəziyyətini və törətdiyi əməli nəzərə alaraq müəyyən edir ki, o, uzun illər ərzində səhiyyə sahəsində, xüsusilə də cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən uşaq ürək cərrahı ixtisası üzrə fəaliyyət göstərmiş, yüzlərlə uşağın həyatının xilas edilməsində birbaşa iştirak etmiş, tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik olmaqla, dövlət orqanları tərəfindən fərqlənmiş və fəxri fərmanlarla təltif olunmuşdur. Onun əməlindən səmimi peşmançılıq keçirməsi, əvvəllər məhkum olunmaması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və ailə qarşısında azyaşlı övladının himayəsini təmin edən şəxs kimi sosial öhdəliklərinin mövcudluğu məhkəmənin diqqətindən yayınmamışdır. Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq, təqsirləndirilən şəxsin şəxsiyyətini müsbət xarakterizə edən hallar və cəzanı yüngülləşdirən amillər mövcud olduğundan, onun barəsində daha yüngül cəza növünün seçilməsi qanunun ədalət və humanizm prinsiplərinə daha dolğun cavab verir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi əsasında uşaqların müdafiəsi dövlətin prioritet vəzifəsi olduğundan, təqsirləndirilən şəxsin azyaşlı övladının hüquqlarının qorunması məqsədilə onun ailə daxilində qalması və uşaq pasiyentlərinə münasibətdə sosial funksiyalarını yerinə yetirməyə davam etməsi zəruridir. Bundan əlavə, təqsirləndirilən şəxs barəsində cinayət istintaqı vaxtı 5 aydan artıq müddətdə həbs qətimkan tədbiri seçilmiş, bu müddət ərzində cəzalandırmanın psixoloji və sosial təsirlərini bilavasitə yaşamış, bu da onun gələcək davranışına müsbət təsir göstərmişdir. Eyni zamanda, istintaq materiallarından məlum olmuşdur ki, təqsirləndirilən şəxsin silaha olan marağı şəxsi təhlükə yaratmaq niyyəti ilə deyil, ovçuluq fəaliyyəti ilə məşğul olması səbəbindən formalaşmışdır ki, bu da onun hərəkətinin motivini hüquqi qiymətləndirmədə nəzərə alınmalı əhəmiyyətli şərait kimi qəbul edilməlidir. Həmçinin törədilmiş əmələ görə kifayət qədər sosial məhkumluq keçirməsini və gələcəkdə qanunlara hörmət ruhunda yaşamaq niyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində azadlıqdan məhrumetmə cəzasının deyil, azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması təqsirinin ağırlığına, şəxsi xüsusiyyətlərinə və cəza siyasətinin məqsədlərinə tam uyğun gəlir və hüquqi baxımdan ədalətli hesab edilməlidir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları təmamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, şübhəli şəxs qismində tutulduğu tarixdən hazırki vaxtadək həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilməli, iş üzrə maddi sübut 01 ədəd Tİ-3603 №-li, 7,62 mm kalibrli olmaqla, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1943-cü ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı tapança, texniki cəhətdən saz və atəş üçün yararlı olan, odlu yivli silahı, 01 ədəd, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidarağı, 06 ədəd, zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapançapulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan patron, 01 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı, soyuq silah hesab edilən, istifadəyə yararlı bıçaq və 01 ədəd kustar hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən istifadəyə yararlı dəyənək və 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucuəzici xassəyə malik soyuq silah hesab edilən, istifadəyə yararlı predmet və 03 ədəd zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən, istifadəyə yararlı bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməli, maddi sübut kimi tanınmamaqla soyuq silah hesab edilməyən 02 ədəd bıçaq, 01 ədəd 366 kalibrli “VPO- 208” markalı, “SQ-2986” nömrəli silah, 01 ədəd 12 kalibrli “CHURCHİLL” markalı, “15221495” nömrəli silah, 01 ədəd 336 TKM kalibrli, “VPO-209” markalı, “EK3337” nömrəli silah, 01 ədəd 12 kalibrli “Dickinson” markalı, “TR 14 KA12701” nömrəli silah, məhkəməballistik ekspertizası zamanı eksperimental atəşlərdən sonra 66 ədəd 12 kalibrli patron və 298 ədəd 366 TKM kalibrli patronun Yasamal Rayon Polis İdarəsinin Məsul Saxlancında saxlanılması nəzərə alınmalı, 04 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası və Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları təmamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 10 noyabr 2024-cü il tarixdən 23 aprel 2025-ci il tarixədək həbsdə saxlanıldığı 05 ay 13 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 ay 26 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 01 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclasında həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Polis İdarəsinin Məsul Saxlancında saxlanılan 01 ədəd Tİ-3603 №-li, 7,62 mm kalibrli olmaqla, keçmiş “SSRİ” dövlətində, Tula silah zavodunda 1943-cü ildə istehsal olunmuş, Tokarev (TT) konstruksiyalı tapança, texniki cəhətdən saz və atəş üçün yararlı olan, odlu yivli silahı, 01 ədəd, zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsi-darağı, 06 ədəd, zavod üsulu ilə istehsal olunmuş 7,62x25 mm kalibrli olmaqla, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançalardan, PPŞ-PPS konstruksiyalı tapança-pulemyotlardan atəş açmaq üçün nəzərdə tutulmuş patronları olan, döyüş sursatı hesab edilən və atəş üçün yararlı olan patron, 01 ədəd bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağı, soyuq silah hesab edilən, istifadəyə yararlı bıçaq və 01 ədəd kustar hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən istifadəyə yararlı dəyənək və 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hesab edilən, istifadəyə yararlı predmet və 03 ədəd zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı, soyuq silah hesab edilən, istifadəyə yararlı bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Maddi sübut kimi tanınmamaqla soyuq silah hesab edilməyən 02 ədəd bıçaq, 01 ədəd 366 kalibrli “VPO-208” markalı, “SQ-2986” nömrəli silah, 01 ədəd 12 kalibrli “CHURCHİLL” markalı, “15221495” nömrəli silah, 01 ədəd 336 TKM kalibrli, “VPO-209” markalı, “EK3337” nömrəli silah, 01 ədəd 12 kalibrli “Dickinson” markalı, “TR 14 KA12701” nömrəli silah, məhkəmə-ballistik ekspertizası zamanı eksperimental atəşlərdən sonra 66 ədəd 12 kalibrli patron və 298 ədəd 366 TKM kalibrli patronun Yasamal Rayon Polis İdarəsinin Məsul Saxlancında saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 154 (yüz əlli dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. 04 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar