Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-222/2020 18.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroruBəhrəmova Fəridə Tofiq qızı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1988-ci ildə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Siyəzən şəhəri, Ş.Qurbanov küçəsi, ev 69-da qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,385 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edib 01 ədəd «WEST» markalı siqaret qutusunun içərisinə yerləşdirməklə üzərində saxlayaraq daşımış, xx xxx 2020-ci il tarixdə saat 19:40-da Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 57/24 ünvanın qarşısında müştəri qismində əyləşdiyi «Mersedes Benz 220» markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı taksi kimi fəaliyyət göstərən Şahid1 idarə etdiyi avtomaşınında olarkən Yasamal RPİ-nin PPXB-nin əməkdaşlarının avtomaşına yaxınlaşmasını gördükdə içərisində bir bükümdə təmiz çəkisi 0.385 qram olan psixotrop maddə hesab edilən metamfetamin və daxilində metamfetamin izləri olan 03 ədəd kağız borucuqlar olan 01 ədəd «WEST» markalı siqaret qutusunu avtomaşının ötürücülər qutusunun yanına ataraq həmin yerdən qaçıb uzaqlaşmaq istədikdə, Yasamal RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nə gətirilmiş, orada «Mersedes Benz 220» markalı, **-HE- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomaşının ötürücülər qutusunun yanında Təqsirləndirilən şəxs məxsus, sonuncunun polis əməkdaşlarından qaçmağa cəhdedərkən atmış olduğu həmin 01 ədəd «WEST» markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,385 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin və daxilində metamfetamin izləri olan 03 ədəd kağız borucuqlar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamüzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, əvvəllər Siyəzən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. 2020-ci ilin aprel ayınadək Siyəzən rayonunda müxtəlif fərdi işlərlə çalışsada özünü təmin edəcək faydalı bir iş tapmadığından Bakı şəhərinə iş axtarmaq məqsədilə gəlməli olmuşdur. Bakı şəhəri, Yasamal rayonu ərazisində dəqiq ünvanını bilmədiyi evdə kirayədə yaşamağa başlamış və məlum pandemiya xəstəliyi ilə bağlı heç yerdə işləyə bilməmişdir. xx.xx.2020-ci il tarixdə təxminən saat 19:10 radələrdə Yasamal rayonu, ərazisində yerləşən yeni parka getmək istəmiş və bu məqsədlə H.Cavid prospektindəki “Azərtürk” Bankın qarşısında taksi kimi fəaliyyət göstərən əvvəllər tanımadığı şəxsin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşərək sürücüdən 173 nömrəli tam orta məktəbin yaxınlığına sürməsini xahiş etmişdir. Orta yaşlı sürücü avtomobili Yasamal rayonu ərazisində yerləşən “Əfsanə” resroranın yaxınlığı ilə sürüb onu istədiyi ünvana doğru apararkən orada başqa bir müştəri olduğunu etimal etdiyi bir nəfər oğlan əli ilə saxla işarəsi edərək yaxınlaşıb avtomobilin arxa qapısını açmaqla arxa otracaqda oturmuşdur. Bundan sonra sürücü hərəkətini davam etdirərək saat təxminən 19:30 radələrində Yasamal rayonu, N.Nərimanov prospektindəki ərazisində 173 saylı tam orta məktəbin yaxınlığında saxlamışdır. Avtomobildən düşüb uzaqlaşmaq istədikdə yerdən bir ədəd “West” markalı siqaret qutusu tapmış və içərisinə baxdıqda bir büküm psixotrop maddə olan metamfetamin və yanında 3 ədəd boş kağız borucuqların olduğunu görmüşdür. Həmin anda arxada oturan tanımadığı müştərinin ondan siqaret istəməsi yaxud nəsə sorumasını, həmçinin düşmək istədiyi avtomobilə doğru post patrul xidməti əməkdaşlarının onlara doğru gəldiklərini görərək tez avtomobilin qabaq sağ qapısını açaraq oturacaqda oturmuş və əlindəki psixotrop maddənin olduğu “West” markalı siqaret qutusunu avtomobilin salonunda sürətlər qutusunun yanına atmışdır. Bu zaman arxa otracaqda oturan tanımadığı şəxsin polis əməkdaşlarını görərək qapını açıb yerə düşməklə qaçdığını görüb həyəcanlanmış və o, özüdə qapını açaraq yerə düşüb qaçmağa başlamışdır. Qaçarkən ayağı büdrəyib yıxılmış və polis əməkdaşları onun yıxılmasından istifadə edərək yaxınlaşıb onu saxlaya bilsələrdə digər qaçan tanımadığı şəxsi tuta bilməmişlər. Sonra polis əməkdaşları onu və sonradan adı ona məlum olan Şahid1 adlı taksi sürücüsünü Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş və orada Roman Məmmədov adlı təhqiqatçı xidməti otağında ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğunu bildirilməklə hüquq və vəzifələrini izah etmiş, dövlət vəsaiti hesabına vəkil dəvət edildikdən sonra X4 dəvət olunmuş vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirmiş, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl üzərində qanunla əldə edilməsi, saxlanması, gəzdirilməsi qadağan olunmuş əşya və maddəni könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Üzərində heç bir narkotik vasitə və maddənin olmadığını bildirməklə şəxsi axtarış və götürmə aparılmasına etiraz etməmiş və içərisində narkotik tərkibli maddənin olduğu “West” markalı siqaret qutusunu polis əməkdaşlarının avtomobilə yaxınlaşdığı zaman avtomobilin salonunda surətlər qutusu yanına atdığı barədə məlumat vermişdir. X4 dəvət olunmuş vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və baxış keçirmiş, lakin hər hansı əşya və maddə aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı onun, taksi sürücüsü Şahid1, dəvət olunmuş vəkillərin və onları polis bölməsinə gətirmiş Yasamal RPİ-nin PPXB-nün əməkdaşlarının iştirakları ilə Şahid1 məxsus “Mersedes- Benz-220” markalı, **-HE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirmişdir. Baxış keçirilməzdən əvvəl polis əməkdaşları avtomobildə saxlanılması, gəzdirilməsi və istifadəsi qanunla qadağan olunmuş əşya, silah və ya maddənin olub-olmaması və olduğu halda könüllü olaraq təqdim olunmasını təklif edib hər ikisinin bir daha hüquq və vəzifələrini izah etdikdə Şahid1 adlı sürücü avtomobilin qabaq sükan tərəfdən qapısını açaraq əl tutacağının yanındakı cibindən 1 ədəd dəstəyi sarı rəngdə, bir ədəd dəstəyi qara sarı rəngdə açılıb bağlanan, 1 ədəd dəstəyi qara rəngli açılıb bağlanan və 1 ədəd dəstəyi gümüşü rəngli açılıb bağlanan 4 ədəd bıçağı və 1 ədəd uzunsov dəmir aləti götürərək asvalt üzərinə qoymaqla polis əməkdaşına təqdim etmiş, bıçaqların isə özünə aid olduğunu, itiləmək üçün evindən götürüb avtomobildə yerləşdirdiyini, 1 ədəd dəmir alətin isə avtomobilə aid təkər dəyişdirilməsində istifadə olunan alət olduğunu bildirmişdir. Avtomobildə qanunla qadağan olunmuş başqa əşya və maddənin saxlanılıb saxlanılmadığı Şahid1 sual edildikdə ondan əvvəl o, özü polis əməkdaşının sualına cavab verərək avtomobildə ona aid içərisində narkotik tərkibli metamfetamin maddəsi olan “West” markalı siqaret qutusunun olduğunu, həmin qutunu az əvvəl polis əməkdaşlarının avtomobilə yaxınlaşdıqları zaman qorxusundan surətlər qutusunun yanına atdığını demişdir. Təhqiqatçının həmin qutunu təqdim etməsi təklifindən sonra avtomobilin qabaq sağ otracağına əyləşərək surətlər qutusu yanındakı bir ədəd “West” markalı siqaret qutusunu götürüb polis əməkdaşına təqdim etmişdir. Baxış zamanı siqaret qutusunun içərsindən bir büküm metamfetamin və 3 ədəd boş kağız bükümlərindən ibarət kağız borucuqlar aşkar edilmişdir. Qutunun içərisindən aşkar olunmuş kristal maddənin nədən ibarət olduğu ona sual edildikdə həmin maddənin metamfetamin olduğunu, az əvvəl polis əməkdaşları onları saxladıqları yerdən tapdığını, özünün istifadəsi üçün saxladığını, satmaq niyyətinin olmadığını bildirmişdir. Bundan sonra, avtomobildən aşkar olunan əşya və alətlər qablaşdılıb zərfə yerləşdirilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs, daha sonra ifadəsində göstərmişdir ki, sonradan adı məlum olan Şahid1 və polis əməkdaşlarını gördükdən sonra avtomobildən düşərək qaçmış müştərini əvvəllər tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Əməlindən səmimi peşman olmasını, 1 azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Yasamal RPİ-nin PPXB-nün komandir müavini vəzifəsində, polis mayoru rütbəsində çalışır. xx xxx 2020-ci il tarixdə saat təxminən 19:40 radələrində Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri, polis serjantı Şahid3 və polis nəfəri Şahid4 Nürəddin oğlu ilə birlikdə Yasamal rayonu ərazisində xidmətdə olduqları zaman N.Nərimanov küçəsi 57/24 saylı ünvanın yaxınlığında «Mercedes Benz 220» markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobildə 3 nəfər şəxsin əyləşərək özlərini şübhəli aparmalarını görüb onların şəxsiyyətləri ilə maraqlanmaq məqsədilə avtomobilə yaxınlaşdıqda əvvəl arxa otracaqda, sonra isə qabaq sağ otracaqda oturmuş şəxslər avtomobildən düşərək qaçmağa başlamışlar. Həmin vaxt qabaq sağ oturacaqdan düşüb qaçan və adı sonradan məlum olan Təqsirləndirilən şəxs qaçan zaman yerə yıxılmasından istifadə edərək onu tutub saxlaya bilsələrdə arxa otracaqdan düşüb qaçmış şəxsi tuta bilməmişlər. Təqsirləndirilən şəxs adlı şəxslə avtomobilə yaxınlaşmış və avtomobildən narkotik vasitə qoxusu və tüstüsünün gəldiyini görüb sürücü, sonradan adı məlum olan Şahid1lə saxlanılan şəxs Təqsirləndirilən şəxs onlarla birlikdə inzibati ərazinin aid olduğu Yasamal RPİ-nin 26-cı PB-nə getmələri təklif edilmişdir. Onlar buna etiraz etmədikdə avtomobillə birlikdə həmin şəxsləri PB-nə aparmış və orada sürücünün Şahid1 və avtomobilin qabaq sağ otracağından düşüb qaçarkən yıxıldığı zaman yaxalanan şəxsin isə adının Təqsirləndirilən şəxs olduqları müəyyən edilmişdir. Həmin şəxslərin saxlanılması və PB-nə gətirilmələri barədə raport tərtib edildikdən sonra təhqiqat araşdırmasının aparılması PB-nin təhqiqatçısı, polis mayoru Roman Məmmədova həvalə edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən hər iki şəxsin hüquq və vəzifələri izah edilmiş, vəkillər dəvət edilərək ayrı ayrılıqda onların üzərində şəxsi axtarış və götürmə apanlmış, Təqsirləndirilən şəxs polis əməkdaşlarını görüb qaçarkən içərisində narkotik vasitə metamfıtamin olan “West” markalı siqaret qutusunu Şahid1 məxsus avtomobilin surətlər qutusunun yanına atdığını bildirdiyindən Şahid1 idarə etdiyi «Mercedes Benz 220» markalı, **- HE-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Şahid1 avtomobilin sükan tərəf qapısının tutacağının 4 ədəd bıçağı və bir ədəd dəmir aləti təqdim edib, həmin 4 ədəd bıçaqların və dəmir alətin özünə məxsus olduğunu bildirmişdir. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs avtomobilin salonunda ötürücülər qutusunun yanında olan bir ədəd “West” siqaret qutusunu götürüb içərisində 1 ədəd gümüşü kağızda olan bükümü və 3 ədəd kağız bükülülərlə birlikdə təqdim etmiş və siqaret qutusunu içərisindək ilərlə birlikdə saxlandıqları yerin yaxınlığlndakı məktəbin qarşısından tapdığını, polis əməkdaşlarının gəldiyini görərkən avtomobilə atdığını, narkotik vasitəni özü qəbul etmək niyyətində olduğunu bir daha təkrar etmişdir. Baxış davam etdirilərkən avtomobildən başqa hər hansı bir qeyri-qanuni əşya və ya narkotik vasitə aşkar edilməmiş və Şahid1 tərəfindən təqdim edilmiş 4 ədəd bıçaqlar və bir ədəd dəmir alət, həmçinin Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bir ədəd gümüşü rəngli içərisində psixotrop maddə matamfetaminə oxşar kütlə olan 1 ədəd büküm və 3 ədəd boş bükülü kağızlar iş üçün əhəmiyyət kəsb etdiklərindən təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmiş, bununla əlaqədar olaraq müvafiq protokol tərtib edilmiş və həmin protokol ucadan oxunduqdan sonra, iştirakçılar tərəfindən imzalanaraq doğruluğu təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 6/895 №saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 42” möhür əksi və “Saxlanılan şəxs... Təqsirləndirilən şəxs..” əl yazıları olan zərfdəki 01 ədəd “WEST” markalı siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0.385 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. 03 ədəd kağız borucuğun daxilində metamfetaminin izləri müəyyən edildi. (0,05 qram təhqiqata sərf edilmiş, qalıq 0,335 qramdır). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2020-ci il tarixli 6/895 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən, çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop mad-də-lərin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında gös-tə-rilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxstərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxshəmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən aşağıdakılar nəzərə alınır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CMnin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X7 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli,şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 06ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 109 manat (yüz doqquz manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,335 qram psixotrop maddə olan metamfetamin, “West” markalı siqaret qutusu və 3 ədəd boş kağız borucuqları ilə birlikdə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X2 ödənilmək üçün 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-222/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-222/2020
18.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver