Məhkəmə qərarları › İş №1(004)-222/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-222/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-222/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Ruslan Vəliyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxx 1981-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, Beyləqan rayonu, Qarallar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 134 və 29,186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 09 radələrində ünvan 2 ünvanının qarşısında, arvadı Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi **-BY-*** qeydiyyat nişanlı, “Nissan Juke” markalı avtomobilin salonunda sonuncunun ondan boşanmaması üçün dilə tutub barışmaq istədiyini dediyi zaman, Zərərçəkmiş şəxs onunla barışmayacağını və boşanacağını bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs başından və sifət nahiyəsindən qəsdən bir neçə dəfə yumruqla vuraraq ona təpə nahiyəsinin əzilmiş yarası, burun nahiyəsinin sıyrığı, sol saidin qançırı kimi xəsarətlər yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 192 ünvanının qarşısında X1 adma rəsmiləşdirilmiş, lakin Zərərçəkmiş şəxs şəxsi vəsaiti hesabına alınmış və faktiki sahibliyində olmaqla etibarnamə əsasında idarə etdiyi **-BY-*** qeydiyyat nişanlı, “Nissan Juke” markalı avtomobilə yaxınlaşıb, əlində gətirdiyi plastik qabın içərisindəki tez alışan neft məhsulunu avtomobilin sükanı arxasında əyləşmiş Zərərçəkmiş şəxs üzərinə və avtomobilin salonuna töküb, “ya mənim olacaqsan, ya qara torpağın” sözlərini deyib öldürməklə hədələdikdən sonra A.Zərərçəkmiş şəxs məxsus 19.800 manat dəyərində avtomobili qəsdən məhv etmək məqsədi ilə üzərində olan alışqanı çıxarıb neft məhsulunu alışdırmaq istədiyi zaman avtomobilin salonunda arxa oturacaqda əyləşmiş Şahid4 avtomobildən enərək onun əlindən alışqanı aldığına görə öz iradəsindən asılı olmayan səbəblərdən törətmək istədiyi cinayəti başa çatdıra bilməyərək, özgənin əmlakını qəsdən yandırmaqla məhv etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, yoldaşı ilə aralarında mübahisə var idi. O, barışmaq istəyirdi. 2 maşını var idi. Vüsalə çıxıb getmişdi. Pulsuzluğa düşməmələri üçün maşını satıb onlara pul göndərib. Hamısını göndərib, bir hissəsinə evdəki bəzi əşyaları və hissələri təmir edib, qalanını isə kartına göndərmişdir. Onun dərdi qızıdır. O, onsuz qala bilmir. Vüsaləyə deyib ki, gəlib evdə qalsınlar, lap o, çıxıb getsin. Uşağı görməyə məktəbə gedirmiş, necə olubsa, ayın 3-ü Qələbə dairəsində rastlaşıblar. Həmin an Vüsalə balaca qəza etmişdir. Dəydiyi maşın sürüb getmişdir. O, oturub maşınına, 158 nömrəli məktəbin yanına kimi yalvar-yaxar edib ki, barışsınlar. Onların təmizlik şirkəti var. Xanım da orada işləyir. Maşında həmin gün mübahisə zəminində özündən çıxmışdır. Razılaşmaq istəmirdi. Maşının podpresinə yumruq vurub. Yoldaşına şillə vurub, sonra düşüb getmişdir. Yumruq vurmamışdır, şillə vurmuşdur. Burnundan vurmamışdır. Amma necə deyirsə, elə olsun. Yoldan da yanlarından xanım keçmişdir. Görüb qışqırır, çıxıb getmişdir. 1 dəfə şillə vurub, düşmüşdür. 5 gün sonra 08 oktyabrda belə olub ki, o, küçələrdə qalırdı. Şəlalə xanım “Melissa Park”da qalırdı. Uşaqlar evdə olmadığı üçün o evə gedə bilmirdi. Təxmini görüb ki, maşın orada dayanıb. Maşına yaxınlaşmışdır. Sürücü tərəfdən arxa pəncərə açıq idi. Əlində kitab var idi, kitabı podpresin qabağına qoyub, maşının güzgüsünə yumruq vurmuşdur. Melissa parkda binanın yanında bir az da tıxac idi. Orada heç nə etməmişdir. Çıxıb getmişdir. Benzin zad, elə söhbət olmayıb, alışqan olsa, kamerada görsənərdi. Onun əlində elə şey olmayıb. Benzin isə ona görə var idi ki, təmizlik şirkəti işlədirlər. İstər-istəməz benzin maşınlarda olub. Butulkada su var idi. O tez-tez içki içir. Ona görə su gəzdirir. Bir gün qabaq içki içmişdi. Amma həmin gün içkili olmamışdır. Neft məhsulu çıxardıb maşını yandırmaq istəyi olmayıb. Hədə ilə bağlı onu deyə bilər ki, sırf maşının yanında ona heçnə deməmişdir. O, maşında qadınların olmağını bilmirdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tehran onun bibisioğludur. Keçmiş yoldaşıdır. Boşanma qətnamələri çıxıb. İcra olunub. Hazırda həmin şəxsi danışdırmaq istəmir. Evli olduqları vaxt onu hər gün döyürdü. İçki içirdi. O, bu barədə valideynlərinə demirmiş. Sonra əliboş Moskvadan köçüblər Bakıya. Atasi evi təmir etdirməyə kömək edib. Çox qazanan vaxtları olurdu, həmin pulları kafe-restoran xərcləyirmiş. Burada bibisinin köməyi ilə iş tapıb. Amma 9-6 işləmək buna əl verməyib, oradan işdən çıxıb. İçkisinə görə nə valideynləri, nə qardaşı bu şəxsi istəmirdi. Atasıgil də Tehranı müalicə etdirmək istəyiblər. İnstaqramda onu təhdid edib ki, onu öldürəcək, onu yandıracaq. Daima təhdid edib, kislota benzin tökəcək deyə. Ayın 3-ü Qələbə dairəsində uşağı məktəbə aparanda, maşını sürtüb. Digər avtomobilin sürücüsü gəlib baxıb, deyib heç nə yoxdu, çıxıb gedib. Təqsirləndirilən şəxs gəlib zorla maşına oturub. O, deyib ona ki, “düş”, amma təsiri olmayıb. Yalvarıb ki, otursun maşında, onu İnşaatçılara kimi aparsın. Deyib ki, indi yəqin müalicə alıb, düzəlib. İnşaatçılara çatıblar, maşından düşməyib. Əlini atıb maşının açarına. Ondan 10 manat pul istəyib. O, deyib ki, pulu yoxdu. Salonda dəftər olub, elə bilib ki, pulqabıdır. Onu götürüb, qolu ilə maqnitafonu, podpresi qırıb. Sumkasına əl atıb ki, götürsün. Sumkanı tutub saxlayıb. Bu vaxt dəqiq hiss etməyib hardan, amma başından ona zərbə vurub. Həyətdən keçən bir qadın qışqırıq salıb ki, eləməyin, dalaşmayın. Polis sözünü eşidən kimi təqsirləndirilən şəxs çıxıb getdi. Gedib qabaqda qızları götürüb. Qızlar deyib ki, başına nə olub, qan axır. Deyib eybi yox, onları yola salıb evə gedəcək. Gəlib evə, anasına deyib. Vəziyyəti danışıb. Onlar 102-yə zəng edib. Polis çağırıb, gedib izahat verib. Ona deyiblər ki, ekspertizaya getsin. O da gedib. Sonra gəlib evə. Axşama doğru başı çox şiddətli ağrımağa başlayıb. Dözə bilməyib, təcili yardım çağırıb. Onlar da başına baxıb deyiblər ki, vəziyyət ciddidir. Tikiş qoyulmalıdır. Təcili tibbi yardım elə öz maşını ilə onu Semaşko xəstəxanasına aparıb. Orada başına 5 yerdən tikiş qoyulub. Başı deşilmişdir. Başına əli ilə, yoxsa alətlə vurmağını görməyib. Melissanın yanında olan zaman isə qızları götürüb. Tıxac var idi, yolun ortasında dayanmışdırlar. Bir də görüb bu şəxs maşına yaxınlaşıb. Maşının pəncərələrindən xəbərsiz idi. Amma onun pəncərəsi bağlı idi. Tehran maşının açıq pəncərəsindən belinə benzin tökməyə başlayıb. Benzini iyindən tanıyıb. Ayağı tutulmuşdu qorxudan. Qızlar maşından düşüb. O, tərpənə bilməyib. Ancaq dayanmadan siqnalı basırmış. Benzin qızlara da tökülmüşdür. Tez basa-bas qabağa sürüb gedib, qızlar polisə zəng edib. Qızlar maşından düşmüşdü. İyindən benzin iyinə oxşayırdı. Beli yanırdı, benzin belini yandırmışdı. Alışqanla maşını yandırmaq istəyirdi, onsuz da demişdi ki, eliyəcəm. Sözünə əməl elədi. Heç həmin an nəsə tökülməyin də hiss eləməmişdir. Düşəndən sonra gördü ki, belində istilik var. Həmin dəqiqə heç bir şey eşidə bilmirdi, beyni dumanlı idi. Bəli, kəskin söyüşlü sərt yazışmalar aralarında dəfələrlə olmuşdur. Alışqanı qızlar arxada görüblər. Yanan olmadı, amma yandıra bilərdi. Təqsirləndirilən şəxs qəribə xüsusiyyət var. Vurub öldürücək, 5 dəqiqə sonra yalvarıb ağlayacaq. Əhmədin anasının şəkillərini atırdı ona. Deyirdi ki, “səni bax belə doğruyacam”. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar işə gedirmişlər. Maşında Həmidə olmuşdur. O, bir də rolda xanım özü idi. Esmira və Yeganə də onlarla idi. Tıxac idi. O, qabaqda oturmuşdur. Bir də görüb ki, qızlar arxada qapını açıb qaçıblar. Əli-ayağı işləməyib. Dili tutulub. Arxada qışqırıblar. Arxaya çönəndə görüb hamısı düşüb, o isə ölü kimi oturub. Ümumiyyətlə o, maşından düşməyib. Digər qadınlar isə düşüb qaçıb. Qışqırığa çönəndə Tehranı görüb. O baxanda Tehran artıq gedirmiş. Tehran butulkada nəsə üzərlərinə səpib, islanmışdır. Əlindəki benzin idi. Çünki benzin iyi gəlirdi. Yeganə xanım gəlib dedi ki, “qorxmayın, alışqanı götürmüşdür”. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, onlar maşında Vüsalə xanımla gedirdilər. Qabaqda Şəlalə xanım oturmuşdu. Onun yanında Yeganə xanım oturmuşdu. Sağında isə Esmira oturmuşdu. Onlar işə gedirdilər. Hava isti olduğundan arxa sol pəncərəni açmışdır. Bir də görüb ki, kimsə maşının içinə benzin tökür. Benzini Tehran tökürdü. Başında papaq, əynində qara kurtka. Benzini tökdü maşının içinə. Onlar da maşının içində qorxublar, başlayıblar qışqırmağa. Benzin çox tökülüb, ağlayıblar. Heç kim də onlara kömək etmirdi. Vüsalə xanım qabaqda oturmuşdu, benzini tökdü Vüsalə xanımın bel hissəsinə. Qorxudan pəncərəni də bağlaya bilmirdilər. Həyatının ən pis anı idi. Qorxu və ölüm anı. Paltarlarının üstündən benzin iyi getməyib. Əlində alışqan da olub. Yeganə xanım əli ilə alışqanın üstünə basıb ki, yanmasın. Butulkanı da, qapağını da maşının içinə atdı. Benzinin çoxunu tökdü Vüsalənin üstünə. Onların da üstünə tökdü, alışqanı istədi yandırsın. Yeganə xanım yaxşı ki, cəld əlinin üstündən cəld vurdu. O, tez çölə çıxıb polisə zəng vurdu. Tehran maşına minib, qaçıb getdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 20 Yanvarda Melissa binalarının yanında idilər. Qızlarla birgə idilər. Şəlalə xanım, Yeganə xanım, o və Vüsalə xanım. Qabaqda sükan arxasında Vüsalə oturmuşdu, yanında Şəlalə oturmuşdu. Vüsalənin arxasında Yeganə oturmuşdu. Həmidə ortada, o qıraqda oturmuşdur. Yəni sağda arxada o idi. Bir az getmişdirlər. Tıxac idi. Arxa pəncərəni açıq qoymuşdurlar. O anda bir də görüb ki, arxadan benzin tökürlər. Benzini tökən Təqsirləndirilən şəxs idi. Onu görmüşdür. Bir əli ilə benzini tökürdü, bir əli ilə də Vüsalə xanımın şüşəsini vururdu. Xanım polisə zəng vurdu. O özünü itirmişdi. Maşının qapısını açıb, özünü tullayıb yerə. Tehranın əlində benzin və yandıran olmuşdur. Benzini qurtarandan sonra əlini atıb ki, yandırsın. Əlini atanda Yeganə xanım imkan verməyib. Əlindən alışqanı alıb. Həmin vaxt hələ maşında idilər. Özünü həmin vaxt çölə atıb. Əyni başı hamısı benzin idi. Evə gedib onları yuyub. İş üzrə maddi sübut kimi tanınmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən Təqsirləndirilən şəxs ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2024-cü il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına məhkəmədə baxış keçirilərkən WhatsApp Audio 2024-11-14 at 09.03.37 adlı fayl açılan zaman içərisində 00:23 saniyədən ibarət Təqsirləndirilən şəxs məxsus səs yazısı müəyyən edilir. Həmin səs yazısında Təqsirləndirilən şəxs nalayiq ifadələrdən ibarət sözlərdən başqa, “yananda deməya yanmadımaa sənin üçün 2 litr benzin özümlə gəzdirirəm” sözləri əksini tapır. WhatsApp Audio 2024-11-14 at 09.03.38 (1) adlı fayl açılan zaman içərisində 00:24 saniyədən ibarət Təqsirləndirilən şəxs məxsus səs yazısı müəyyən edilir. Həmin səs yazısında Təqsirləndirilən şəxs nalayiq ifadələrdən ibarət sözlərdən başqa, “gözdüyün, darıxmayın, sənə keçdiyimi artıq keçmişəm, səni söndürə bilsələr su ilə mənə nə deyirsən de” sözləri əksini tapır. WhatsApp Audio 2024-11-14 at 09.03.38 adlı fayl açılan zaman içərisində 00:13 saniyədən ibarət Təqsirləndirilən şəxs məxsus səs yazısı müəyyən edilir. Həmin səs yazısında Təqsirləndirilən şəxs nalayiq ifadələrdən ibarət sözlərdən başqa, “mən səni öldürməsəm mənim qızımı (nalayiq ifadə ) s kər” sözləri əksini tapır. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 981 saylı, xx.xx.2024-cü il tarixli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-təpə nahiyəsinin əzilmiş yarası, burun nahiyəsinin sıyrığı, sol saidin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli, 2/55634 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı orta dərəcəli sərxoş olmuşdur. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4951 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N 42” dairəvi möhür əksi olan bağlamadakı bir ədəd şalvarın və köynəyin üzərində tez alışan neft məhsullarına məxsus izlər vardır. İz şəklində olduğu üçün neft məhsulunun növünü müəyyən etmək mümkün deyildir. İş materiallarında olan AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 3204 nömrəli rəyinə əsasən yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/9307 nömrəli rəyinə əsasən 2012-ci il buraxılışlı ** BY *** dövlət qeydiyyat nişanlı, “Nissan Juke” markalı avtomobilin normal vəziyyətdə 2024-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 19.800 manat müəyyən olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 134 və 29,186.2.2-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 186.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin növdə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi 1 ədəd köynək və 1 ədəd şalvar məhv edilməli, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 134 və 29,186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.2-ci maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılsın və ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 09 oktyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc 164 (yüz altmış dörd) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd köynək və 1 ədəd şalvar hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ruslan Vəliyev və onun partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci ilədək sərf etdiyi hər iş saatına görə 6 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat və xx.xx.2025-ci il tarixdən sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 7 iş saatına görə 77 manat, cəmi 257 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ruslan Vəliyev və onun partnyorları” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar