Məhkəmə qərarları › İş №1(004)-223/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-223/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-223/2022 01.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:15 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx.xx.2005-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(011)- 40/2022 saylı hökmü ilə 01 il 06 ay sınaq müddəti təyin edilməklə şərti olaraq 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(006)-48/2022 saylı hökmü ilə 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, işləməyən, subay, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22.08.2021-ci il tarixdə saat 03:00-da saxlanc yeri hesab edilən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 38 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Karandaş» mağazasına qanunsuz daxil olaraq həmin mağazanın 2-ci mərtəbəsində masanın üzərində olan sonuncuya məxsus 300,0 manat dəyərində 01 ədəd Çin istehsalı olan «HP» markalı «Elitebook 2560p» model, sore İ7 xüsusiyyətli notebooku gizli olaraq talayıb Zərərçəkmiş şəxs həmin miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Ümüd adlı tanışı ilə Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən İnşaatçılar prospekti ilə hərəkətdə olduqları zaman «Karandaş» mağazasına girərək vintaçanı qapının altına salıb qaldırdıqdan sonra açıb mağazanın birinci mərtəbəsində pul axtarmışdır. Lakin heç bir pul vəsaiti tapmadığından mağazanın 2-ci mərtəbəsinə qalxmışdır. Orada da heç bir pul vəsaiti olmadığından masanın üstündə olan HP markalı notbuku götürüb təxminən 10-15 dəqiqə sonra mağazadan çölə çıxmışdır. Ümüd həmin vaxt ərzində əraziyə baxaraq kiminsə gəlib gəlmədiyinə baxmışdır. O, mağazadan oğurladığı boz rəngli HP markalı notbuku Ümidə göstərmiş və bundan sonra onlar birlikdə 28 may metrostansiyası istiqamətində hərəkət etmişdirlər. Yol kənarında geyim mağazasını görərək oğurluq etmək üçün həmin mağazaya daxil olmaq fikrinə gəlmişdir lakin Umüd onu gözləməkdən imtina edərək oradan çıxıb getmişdir və notbuku da özü ilə götürmüşdür. Oğurluq etdikdən sonra o bir daha Umüdlə görüşməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərəçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmasını, yetkinlik yaşına çatmayan şəxs olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bakı şəhəri İnşaatçılar prospekti 38 ünvanında yerləşən «Karandaş» mağazasını icarə əsasında işlədir. Mağazada dəftərxana ləvazimatları ilə yanaşı uşaq kitablarının satışı da həyata keçirilir. Hər gün mağazanı o özü saat 09:00-da açır və 20:00-da bağlayır. 22.08.2021-ci il tarixdə bazar günü olduğundan işə nisbətən gec yəni saat 11 radələrində gəlmişdir. Həmin vaxt mağazanın şüşə qapılarının açıq vəziyyətdə olmasını, qapının aşağı hissəsində olan qıfılın yerə sürtülmüş izlərinin görmüş və mağazaya daxil olduqda malların dağınıq vəziyyətdə olmasını gördükdən sonra 2-ci mərtəbəyə də qalxmışdır. Bu zaman aşkar etmişdir ki, masanın üstünə qoyduğu ona məxsus HP 8530 markalı notbuku naməlum şəxslər tərəfindən oğurlanmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində oğurlanmış, ona məxsus notbuku 5 il bundan əvvəl 800-900 manata almışdır. Notbukdan başqa mağazadan heç bir əşya oğurlanmamışdır. İfadəsinin sonunda Zərərçəkmiş şəxs bildirmişdir ki, oğurlanmış noutbuku hazırda ona qaytarılmışdır. İş üzrə Təqsirləndirilən şəxs oğluna qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/6305 saylı rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı olan «HP» markalı «Elitebook 2560p» model, sore İ7 xüsusiyyətli notebook istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə olan orta bazar qiyməti təxminən 350.0 manat, hal-hazııda ekranı yanmış vəziyyətdə 300,0 manat müəyyən edilir (səh. 37-39). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə trasoloji ekspertizasının 3/90 saylı rəyi ilə təsdiq olunur ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 «a», «b» və 2 saylı daktilo lentlərin səthindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 1,2,3 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 1 «a» saylı daktilolentin səthindəki əl-barmaq əl-barmaq izi X1 əlinin adsız barmağından qalmışdır. Təqdim edilmiş 1 «b» və 2 saylı daktilolentin səthindəki əl-barmaq izləri X4 əlbarmaqlarından qalmamışdır (səh. 104-112). Belə ki, iş üzrə maddi sübut kimi tanınmış diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, X3 bir nəfər kişi cinsli şəxs ilə birlikdə 22.08.2021-ci il tarixdə saat 03:00-da hadisənin baş verdiyi ünvana yəni Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 38 ünvanına gələrək oradada bir müddət tək gəzdikdən sonra yanında olan şəxs əlində notbuk ilə ona yaxınlaşmış və birlikdə həmin ərazini tərk etmişdirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 avqust 2021-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, 22.08.2021-ci il tarixdə hadisə yerinə keçirilmiş baxış zamanı Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 38 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi «Karandaş» mağazasından sonuncuya məxsus «HP» markalı notbukun oğurlanması müəyyən edilmişdir (səh. 08-12). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2021-ci il “əşyanın tanınması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona tanınma zamanı təqdim edilmiş notbukların arasından özünə məxsus 1 saylı notbuku görünüşü və texniki xüsusiyyətlərinə əsasən tanıyaraq həmin notbukun 22.08.2021-ci il tarixdə icarə əsasında işlətdiyi «Karandaş» mağazasından oğurlanmasını bildirmişdir (səh. 43-44). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs barəsində Nəsimi RPİ-də AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi 02.10.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs barəsində Xətai RPİ-də AR CM-nin 180.2.1-ci maddəsi ilə ********* saylı cinayət işi 18.11.2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Təqsirləndirilən şəxs barəsində Nizami RPİ-də AR CM-nin 177.2.1 və 177.2.3-cii maddələri ilə ********* saylı cinayət işi 21.01.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir (səh. 117-118). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-40/2022 nömrəli 16.03.2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin məcəllənin 70-ci maddəsi tətəbiq edilməklə barəsində tətbiq edilən cəza şərti hesab edilmiş və ona 1 il 6 ay sınaq müddəti təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-48/2022 nömrəli 27.04.2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli 1(006)-48/2022 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-48/2022 nömrəli 27.04.2022ci il tarixli hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 01.10.2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd Çin istehsalı olan «HP» markalı «Elitebook 2560p» model, sore İ7 xüsusiyyətli notebook 01.10.2021-ci il tarixdə onun tərəfindən təhvil alınmışdır (səh. 46, 48). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 24.05.2022-ci il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs iş üzrə Təqsirləndirilən şəxs oğluna qarşı şikayət və tələbi yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 oktyabr 2022-ci il tarixli “Maddi sübutun tanınması barədə” qərardan və 18 yanvar 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, bir ədəd CD-R markalı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir.Bundan əlavə iş üzrə maddi sübut kimi tanınan 01 ədəd Çin istehsalı olan «HP» markalı «Elitebook 2560p» model, sore İ7 xüsusiyyətli notebook məhkəmə baxışına qədər saxlanılması üçün sahibinə qaytarılmışdır (səh. 46, 100-103). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2022-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmə barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (səh.147-148). Elektron məhkəmə informasiya sistemindən məlum olur ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında 1(007)-126/2022 saylı cinayət işi vardır və sonuncu barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talahmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.3cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4- cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini və peşman olmasını, yetkinlik yaşına çatmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı böyük ictimai təhlükə törətməyən cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər, bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Ona görə də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-40/2022 nömrəli 16.03.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və həmin cəzasının şərti hesab edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 48/2022 nömrəli 27.04.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi halı onun əvvəllər məhkum edilmiş şəxs hesab edilməsi üçün əsasdır və törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residiv kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəlləsinin 86-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, əməlini səmimi etiraf etməsini və peşman olmasını, yetkinlik yaşına çatmamasını, habelə təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini nəzərə alaraq hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin ediləcək cəza Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(006)-48/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunmaqla ona qəti cəza təyin olunmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd Çin istehsalı olan «HP» markalı «Elitebook 2560p» model, sore İ7 xüsusiyyətli notebookun sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-R markalı disk və 1 «a» saylı daktilolent cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs oğlundan 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilməlidir. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 1(011 )-40/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası şərti, hesab edilmiş və ona 01 il 06 ay sınaq müddəti təyin edilmişdir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli, 1(011 )-40/2022 saylı hökmü müstəqil icra olunmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 və “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməli, “Kredo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” Vəkil Bürosunun hesabına köçürülməlidir. iş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs oğluna hazırkı hökmlə təyin edilmiş 1 (bir) 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 1(006)-48/2022 saylı hökm ilə ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əhatə olunsun və onun üzərində qəti olaraq 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 1(011)-40/2022 saylı hökmü müstəqil icra olunsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus 01 ədəd Çin istehsalı olan «HP» markalı «Elitebook 2560p» model, sore İ7 xüsusiyyətli notebookun sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-R markalı disk və 1 «a» saylı daktilolent cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə ekspertizası xərci ilə əlaqədar Təqsirləndirilən şəxs oğlundan 61,29 (altmış bir manat iyirmi doqquz qəpik) manat məbləğində pul tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X10 oğlunun vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat, Müdafiəçi vəkil işlədiyi “Kredo” Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar