Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-224/2020 09.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Dəşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkilləri X2 və X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 yaşamış barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsi, xx xxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, barəsində barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2,tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Roman” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2020-ci il tarixdə saat 06 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Elegant Flowers” adlı gül salonunun plastik qapısının kilidini sındıraraq içəriyə qanunsuz daxil olub, oradan hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə 320 manat dəyərində 08 ədəd gül bağlamalarını, hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində şüşə qabda olan gül buketlərini, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 150 manat dəyərində 03 ədəd heyvan fiqurlu suvenirləri, hər birinin qiyməti 25 manat olmaqla ümumilikdə 125 manat dəyərində 05 ədəd içərisində qar dənələri olan dairə formalı suvenirləri, hər birinin qiyməti 70 manat olmaqla ümumilikdə 140 manat dəyərində 02 ədəd xəncərləri, hər birinin qiyməti 80 manat olmaqla ümumilikdə 160 manat dəyərində 02 ədəd “Emporio Armani” markalı kişi qol saatlarını, hər birinin qiyməti 100 manat olmaqla ümumilikdə 300 manat dəyərində 03 ədəd “Hublot” markalı kişi qol saatlarını, hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində 03 ədəd “Novi Force” markalı kişi qol saatlarını, 160 manat dəyərində 01 ədəd “Bovlet” markalı kişi qol saatını və 45 manat dəyərində 01 ədəd “Anne Klein” markalı qadın qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1600 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan “Roman” adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2020-ci il tarixdə saat 04 radələrində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Elegant Flowers” adlı gül salonun plastik qapısının kilidini sındıraraq içəriyə qanunsuz daxil olub, oradan hər birin qiyməti 40 manat olmaqla ümumilikdə 600 manat dəyərində 15 ədəd gül bağlamalarını, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 ədəd heyvan fiqurlu suvenirləri, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində 02 ədəd külqabılarını, 50 manat dəyərində 01 ədəd xəncəri, hər birinin qiyməti 80 manat olmaqla ümumilikdə 240 manat dəyərində 03 ədəd “Cartier” markalı qadın qol saatlarını, hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 200 manat dəyərində 04 ədəd “Tissot” markalı kişi qol saatlarını, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 200 manat dəyərində 10 ədəd “Casio” markalı kişi qol saatlarını, 60 manat dəyərində 01 ədəd “Rado” markalı kişi qol saatını, 80 manat dəyərində 01 ədəd “Empirio Armani” markalı kişi qol saatını və 60 manat dəyərində 01 ədəd “Hublot” markalı qadın qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1690 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllə, 17 nömrəli binanın zirzəmisində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Enzo`s” adlı kompüter oyunları salonunun seyf qapısının kilidini hadisə yerinin yaxınlığındakı məişət tullantıları qutusundan tapdığı dəmir parçası ilə sındıraraq oraya qanunsuz daxil olub həmin oyun salonundan 04 ədəd, hər birinin qiyməti 300 manat olmaqla ümumilikdə 1200 manat dəyərində 109 ekran “Hoffman” markalı televizorları, 01 ədəd, 500 manat dəyərində 120 ekran “Hoffman” markalı televizoru, 01 ədəd, 400 manat dəyərində “Acer Aspire” markalı notbuku və 01 ədəd 100 manat dəyərində toster aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2200 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsinə dair ittiham verilmişdir. Təqsirləndirilən şəxs1, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəlllə, 17 nömrəli binanın zirzəmisində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Enzo`s” adlı kompyuter oyunları salonunun seyf qapısının kilidinin Təqsirləndirilən şəxs2 tərəfindən hadisə yerinin yaxınlığındakı məişət tullantıları qutusundan tapılan dəmir parçası ilə sındırılaraq açılmasından sonra oraya qanunsuz daxil olub həmin oyun salonundan 04 ədəd, hər birinin qiyməti 300 manat olmaqla ümumilikdə 1200 manat dəyərində 109 ekran “Hoffman” markalı televizorları, 01 ədəd, 500 manat dəyərində 120 ekran “Hoffman” markalı televizoru, 01 ədəd, 400 manat dəyərində “Acer Aspire” markalı notbuku və 01 ədəd 100 manat dəyərində toster aparatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2200 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2 ilə yaxındır ki, narkotik vasitə olan heroini və digər narkotik vasitələri inyeksiya vasitəsi ilə qəbul edir, bu səbəbdəndə ailə üzvləri ilə aralarında problemlər yaranmışdır. 2020-ci ilin fevral ayının əvvəllərindən etibarən Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən binaların bloklarında yaşamağa başlamışdır. 2019-cu ilin dekabr ayında qonşusu Zərərçəkmiş şəxs1 ona Bakı şəhəri, Nəsimi rayonu ərasizində yerləşən “Elegant Flowers” gül salonunu icarəyə götürdüyünü və oranı təmir elətdirmək istədiyini bildirərək, ona təmirə kömək etməyini təklif etmişdir. O, narkotik vasitə aludəçisi olduğu və heç bir yerdə işləmədiyi üçün Nəsibin bu təklifi ilə razılaşaraq bir neçə gün “Elegant Flowers” gül salonununda işləmiş və bunun müqabilində Nəsib ona 50 manat pul vermişdir. Nəsibin verdiyi 50 manat pula Yasamal rayon Qədirli küçəsində yaşayan Rəşad adlı şəxsdən narkotik vasitə alıb qəbul etmişdir. Bundan bir necə gün sonra onun narkotik vasitə almaq üçün pula ehtiyacı olduğundan Nəsibin gül salonundan oğurluq etmək qərarına gəlmiş və bu barədə tanışı Romanın motosikleti olduğu üçün ondan kömək istəmişdir. Roman onun bu təklifi ilə razılaşmışdır. Onlar xx.xx.2020-ci il tarixdə saat təxminən 06 radələrində Romanın motosikletinə minib Nəsibin işlətdiyi Nəsimi rayonu, H.Seyidzadə küçəsi 22A ünvanında yerləşən “Elegant Flowers” gül salonunun qarşısına gəlmişlər. Orada o, Romana çöldə gözləməsini və hər hansı bir şəxs gəldikdə ona xəbər verməsini tapşırmış və ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra, giriş qapısının kilidini sındıraraq içəriyə daxil olmuşdur. O, oradan təxminən 7-8 ədəd hazır bağlanmış gül dəstlərini, bir neçə heyvan fiqurlu suvenirləri, 2 ədəd xəncəri, müxtəlif markalı kişi və qadın qol saatlarını və başqa suvenirləri oğurlayıb bayıra çıxmışdır. Bu zaman Roman ona kömək edərək onun əlində olan əşyaların bir qismini götürüb motosikletinə doğru aparmış və onlar motosikletə əyləşərək oradan uzaqlaşmışlar. Bundan sonra həmin əşyaları Roman ilə birlikdə Yasamal rayonu Qədirli küçəsində yaşayan Rəşad adlı şəxsə 200 manat pul və 0.5 qram narkotik vasitə olan heroin müqabilində sataraq, həmin puldan 100 manat özünə götürmüş, 100 manat isə Romana vermiş və narkotik vasitə olan heroini isə inyeksiya yolu ilə bölüb damarlarına vurmuşlar. Bundan bir müddət keçdikdən sonra onun narkotik vasitə almaq üçün yenidən pula ehtiyacı olmuşdur. Həmin ərəfələr “8 mart” qadınlar bayramı olduğu üçün o, Nəsibin işlətdiyi gül salonunda çoxlu pul ola biləcəyini düşünüb yenidən oradan oğurluq etmək qərarına gəlmişdir. Bu barədə o, Romana danışıb yenidən Zərərçəkmiş şəxs1a məxsus Nəsimi rayonu, H.Seyidzadə küçəsi 22A ünvanında yerləşən “Elegant Flowers” gül salonundan oğurluq etmək fikrini Romana bildirdikdə sonuncu etiraz etməyərək onunla razılaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 04 radələrində Roman ilə birlikdə piyada Nəsibin gül dükanın qarşısına getmişlər və bu dəfədə keçəndəfəki kimi o Romana gələn olsa xəbər etməsi üçün obyektin qarşısında dayanmağı tapşıraraq özü isə dükanın jalüzisi bağlı olduğu üçün, həmin obyektin yanında ona bitişik olan ev alqı-satqı ofisinin plastik qapısının kilidini sındıraraq içəriyə daxil olmuş və həmin ofisinin içərisindən Nəsibin işlətdiyi gül salonuna rahatlıqla keçmişdir. İcəri daxil olduqdan sonra o orada pul tapa bilməsə də təxminən 15 ədəd gül dəstəsi, müxtəlif heyvan fiqurlu suvenirlər və müxtəlif markalı kişi və qadın qol saatlarını götürüb salonun içərisindən bloka açılan qapı vasitəsilə həmin obyekti tərk etmişdir. Çölə çıxdıqdan sonra o həmin əşyaların bir qismini Romana vermiş və onlar avtobusa minib Yasamal rayonu Qədirli küçəsində yaşayan Rəşadın evinin qarşısına gəlmişlər. Orada Roman ilə birlikdə oğurladıqları əşyaları Rəşada 300 manat pul və 0.5 qram heroin müqabilində satmışlar. Yenədə eyni qaydada pulu bölərək adama 150 manat götürmüşlər, heroini isə birlikdə istifadə etmişlər. Bir müddət sonra o, Nəsimi rayon polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində cinayət işi açılmış, onu iki gün saxladıqdan sonra buraxmışlar. Bundan sonra o küçədə yaşamağa davam etmiş və Rüfət adlı şəxlə tanış olmuşdur. xx.xx.2020-ci il tarixdə saat təxminən 02 radələrində hava soyuq olduğu və onların qalmağa yerləri olmadığı üçün Rüfət ilə birlikdə Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi ilə Hüseyn Cavid parkı istiqamətinə piyada gəzərək gecələməyə yer axtarmışlar. Biraz gəzdikdən sonra həmin küçədə olan beş mərtəbəli binanın zirzəmisində olan “Enzo`s” playstation klubun olduğunu görmüşlər. Klubun qapısına yaşılaşdıqda onun bağlı olduğunu görüb, geri dönərək qapını açmaq üçün dəmir parçası axtarmağa başlamışdır. Bir müddət axtardıqdan sonra o dəmir parçası tapıb geri qayıtmışdır və həmin dəmir parçasını dəmir seyf qapının kilidi ilə çərçivəsi arasına salıb qapının kilidini sındırıb Rüfət ilə birlikdə içəri daxil olmuşlar. Kluba daxil olmaq istəyərkən fikri orada gecələmək olsada, lakin daxil olduqdan sonra o içəridə olan televizoru, kompüterləri və məişət avadanlıqlarını oğurlamaq qərarına gəlmişdir. Daha sonra o klubun otağında olan “Hoffman” markalı televizorlardan birini, Rüfət isə dəhlizdəki taxta dolabın üzərində olan notbuku və mətbəxdə olan 01 ədəd toster aparatını götürmüşdür. Onlar həmin əşyaları aparıb yaşadıqları Yasamal rayonu, N.Nərimanov prospekti 51-53 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısında olan incir ağacının yanında gizlətmişlər. Daha sonra onlar klubda olan digər televizorları rahat gətirmələri üçün yaşadıqları yerdən qalın yun örtüyü götürüb kluba qayıtmışlar. Bu dəfə onlar 04 ədəd “Hoffman” markalı televizoru otaqlardan götürüb özləri ilə gətirdikləri örtüyün üstünə yığaraq Rüfətlə birlikdə hər biri örtüyün bir tərəfindən tutub yaşadıqları yerə gətirərək yaxınlıqda gizlətmişlər. Həmin gecə saat 04 radələrində o, küçədə gəzişərkən Elgün adlı tanışını görmüş və ona yaxınlaşaraq bir ədəd televizor və notbuku ucuz qiymətə satdığını bildirmişdir. Elgün ondan həmin əşyaları neçəyə satdığını soruşduqda o, Elgünə 30 manat pul verməsini və onun əvvəldən olan 30 manat borcunu silməsini təklif etmişdir. Elgündə onunla razılaşaraq ona 30 manat pul vermiş və o Elgünə parkın yanında gözləməsini bildirdikdən sonra gedib oğurladıqları televizorlardan birini və notbuku gətirib Elgünə vermişdir. Elgündən aldığı 30 manatın 20 manatına Rüfətlə yeməkləri üçün ərzaq və siqaret almış, yerdə qalan 10 manatı isə hərəyə 5 manat olaraq bölmüşdür. Bundan sonra həmin gün saat 12 radələrində Rüfətlə birlikdə axşam klubdan oğurladıqları televizorlardan yerdə qalan 04 ədədini və 01 ədəd tosteri “Təzə Bazar” adlı bazara gətirib orada tanımadıqları şəxsə özlərinə məxsus olmasını bildirib televizorların dördünü ümumilikdə 200 manata, tosteri isə 20 manata sataraq həmin pulları bölüşdürmüşlər. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, hər iki zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə münasibətləri pis olduğu üçün bir müddət kirayə yaşamış daha sonra isə yaşadığı evin kirayə pulunu ödəyə bilmədiyi üçün küçələrdə yaşamağa başlamışdır. Həmin vaxtdan etibarən çoxlu spirtli içki qəbul etdiyindən artıq bu onda asılılıq yaratmışdır. Bir gün Orxan adlı şəxslə tanış olmuş və ondan kim olmasını və nə ilə məşğul olmasını soruşduqda Orxan ona ailəsi ilə problemi olduğu üçün evdən dalaşıb çıxaraq küçələrdə yaşadığını bildirmişdir. Bundan sonra onlar Orxan ilə birlikdə vaxt keçirməyə və gecə bir yerdə qalmağa başlamışlar. xx.xx.2020-ci il tarixdə saat təxminən 02 radələrində hava soyuq olduğu üçün onlar həmişə gecələdikləri yerdə yata bilməmişlər. Bu zaman Orxan ona köhnə yaşadığı məhəllədə playstation klubunun olduğunu və oranın qapısını necə açacağını bildiyi üçün gecəni orada qalmağı təklif etmişdir. O, Orxanın bu təklifi ilə razılaşmış və onlar Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi ilə üzü H.Cavid parkı istiqamətində gedərkən yolun sol kənarında yerləşən beş mərtəbəli binanın zirzəmisində “Enzo`s” playstation klubun olduğunu görmüşlər. Bu zaman Orxan klubun qapısına yaxınlaşaraq qapıya diqqətlə baxdıqdan sonra ona dəmir parça taparaq qapının kilidini aça biləcəyini bildirmiş və oradan aralaşmışdır. Qısa müddət keçdikdən sonra Orxan əlində dəmir parçası ilə qayıdıb klubun seyf qapısının kilidini sındırmışdır. Bundan sonra ilk öncə Orxan daha sonra isə o, həmin playstation klubunun içərisinə daxil olmuşlar. Orxan klubun otaqlarına baxdıqdan sonra orada olan televizorları oğurlamaq qərarına gəlmiş və ondan televizorları daşımaqda ona kömək etməsini təklif etmişdir. O Orxanın bu təklifi ilə razılaşdıqdan sonra onlar oradan oğurladıqları 2 ədəd televizoru müvəqqəti yaşadıqları Yasamal rayonu, N.Nərimanov prospekti 51-53 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısındakı ətrafı qaraj divarları və pilləkən kənarı ilə əhatələnmiş incir ağacının altındakı sahəyə gətirib orada gizlətmişlər. Həmin gecə təxminən saat 04 radələrində Orxan ona televizorlardan birini borclu olduğu üçün əvvəldən tanıdığı Elgün adlı şəxsə satdığını bildirmişdir. Bundan sonra həmin gün saat 11-12 radələrində Orxan gəlib yaşadıqları yerdə gizlətdikləri bir ədəd televizoru da götürüb aparmışdır. Həmin gündən sonra o, bir daha Orxanı görməmişdir. Televizorlardan başqa heç bir məişət avadanlığını oğurlamamışdır. Onun həmin kluba girməyinin məqsədi oğurluq etmək deyil sadəcə hava soyuq olduğuna görə və gecələmək üçün yeri olmadığına görə orada gecələmək olmuşdur. Orxanın etdiyi digər oğurluq hadisələrindən xəbəri yoxdur. Həmin televizorların satışından əldə edilən puldan Orxan yemək almış və ona cəmi 5 manat vermişdir. Orxanın ifadəsində bildirdiyi digər televizorların və tosterin satışından əldə etdiyi pullar barədə məlumatı yoxdur və ona bununla bağlı pul verilməmişdir. Yekun olaraq o etdiyi əməldən peşman olmasını, həbsdə olduğu zaman ailə üzvləri ilə barişdığını, hər iki zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışmasını nəzərə alınaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, 535-ci məhəllədə yerləşən 17 nömrəli binanın zirzəmisində yerləşən “Enzo`s” adlı playstation klubu icarə əsasında işlədir. “Covid 19” pandemiyası ilə əlaqədar ölkə ərazisində karantin rejimi elan olunduğu üçün klubun fəaliyyətini dayandırmış və sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 22 radələrində klubda olan playstation aparatlarını götürüb evə aparmışdır. Bundan sonra o, karantin rejimi ilə bağlı evdən çölə çıxmadığı üçün iş yerinə gəlib-gedə bilməmişdir. Klubda olan oğurluq hadisəsi barədə xx.xx.2020-ci il tarixdə təxminən saat 13 radələrində Yasamal RPİ-nin, 26-cı PB-nin əməkdaşları tərəfindən məlumatlandırılmışdır. Bunu eşitdikdən dərhal sonra kluba gedərək, orada obyektin dəmir seyf qapısının sındırılıdığını və qapının açıq olduğunu görmüşdür. O, klubun içərisinə girən zaman dəhlizdə olan taxta dolabın üzərindəki 01 ədəd “Acer Aspire” markalı, 400 manat dəyərində notbookun, klubun bir, iki, beş, səkkiz nömrəli otaqlarından hər birinin dəyəri 350 manat olan 04 ədəd “Hoffmann” markalı 109 ekran televizorun, üçüncü otaqdan isə 500 manat dəyərində “Hoffmann” markalı 120 ekran televizorun, mətbəxdən isə 100 manat dəyərində 01 ədəd toster aparatının oğurlanmasını aşkar etmişdir. Həmin hadisə zamanı əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə 2400 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, xx.xx.2020-ci il tarixdən ünvan 5 ünvanında yerləşən “Elegant Flowers” adlı gül salonunu icarəyə götürərək bir müddət təmir işləri görmüşdür. Təmir işləri zamanı Orxan bir dəfə direl gətirib həmin gül salonunda bir neçə saatlıq işləmiş və o Orxana bunun müqabilində 50 manat ödəniş etmişdir. xx.xx.2020-ci il tarixdə həmin obyektdə fəaliyyətə başlamış və hər gün səhər saat 9-dan axşam saat 23 radələrinə kimi qeyd etdiyi gül salonunda işləmişdir. xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində həmin gül salonunun plastik qapısını bağlayaraq evə getmiş və xx.xx.2020-ci il tarixdə saat 10 radələrində salona gəldikdə plastik giriş qapısının kilidinin sındırıldığını və qapısının açıq olduğunu görmüşdür. Salonun içərisinə daxil olmazdan əvvəl DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Onlar salona daxil olan zaman o 8 ədəd gül bağlaması, 03 ədəd hər biri 50 manat dəyərində olan ümumilikdə 150 manat dəyərində heyvan fiqurlu suvenir, 02 ədəd hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə 80 manat olmaqla şüşə qabda olan gül buketləri, 02 ədəd hər birinin qiyməti 70 manat olmaqla ümumilikdə 140 manat olan xəncərlər, 05 ədəd hər birinin qiyməti 25 manat olmaqla ümumilikdə 125 manat olan dairə formalı içərisində qar dənələri olan suvenirlər, 02 ədəd hər birinin qiyməti 80 manat olan ümumilikdə 160 manat dəyərində “Empirio Armani” markalı kişi qol saatları, 03 ədəd hər birinin qiyməti 100 manat olan ümumilikdə 300 manat dəyərində “Hublot” markalı kişi qol saatları, 01 ədəd 160 manat dəyərində “Bovet” markalı kişi qol saatı, 01 ədəd 45 manat dəyərində olan “Anne Klein” markalı qadın qol saatı, 03 ədəd hər biri 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində “NaviForce” markalı kişi qol saatı oğurlandığını görmüş və bunları saydıqdan sonra ümumilikdə 1600 manat maddi ziyan dəydiyini bilmişdir. Həmin hadisədən təxminən 20-25 gün sonra yəni x xxxx 2020-ci il tarixdə axşam saat 24 radələrində o, işlətdiyi gül salonunu bağlayıb evə getmişdir. Səhərisi gün, yəni xx.xx.2020ci il tarixdə, saat təxminən 10 radələrində o, iş yerinə gələrək salonun plastik giriş qapısını açıb içəri daxil olan zaman görmüşdür ki, yenədə hansısa naməlum şəxs salonun yanında olan “Ev alqı-satqı”ofisinin plastik qapısını açıb həmin ofisə daxil olaraq oradan onun işlətdiyi gül salonuna açılan plastik qapını sındırıb içəri daxil olmuşdur. Salonun içərisinə baxan zaman o orada 15 ədəd hər birinin dəyəri 40 manat olan ümumilikdə 600 manat dəyərində müxtəlif formalı gül buketləri, 02 ədəd hər birinin dəyəri 50 manat olan ümumilikdə 100 manat dəyərində heyvan fiqurlu suvenirlər, 01 ədəd 50 manat dəyərində xəncər, 02 ədəd hər birinin dəyəri 50 manat olan ümumilikdə 100 manat dəyərində olan külqabları, 03 ədəd hər birinin qiyməti 80 manat olan ümumilikdə 240 manat dəyərində “Cartier” markalı qadın qol saatları, 01 ədəd 60 manat dəyərində “Rado” markalı kişi qol saatı, 01 ədəd 80 manat dəyərində “Empirio Armani” markalı kişi qol saatı, 04 ədəd hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 200 manat dəyərində “Tissot” markalı kişi qol saatları, 10 ədəd hər birinin qiyməti 20 manat olan ümumilikdə 200 manat dəyərində “Casio” markalı kişi qol saatları və 01 ədəd 60 manat dəyərində “Hublot” markalı qadın qol saatı oğurlandığını və saydıqdan sonra ona ümumilikdə 1700 manat maddi ziyan dəydiyini görmüşdür. Bu hadisə barədə də DİN-in 102 xidmətinə məlumat vermiş və polis əməkdaşları hadisə yerinə gələrək müvafiq sənədləşmə işləri aparmışlar. Bundan sonra o ətraf obyektlərə quraşdırılmış müşahidə kameralarına baxış keçirən zaman görmüşdür ki, onun işlətdiyi gül salonundan qeyd olunan tarixlərdə baş vermiş oğurluq hadisələrini qonşusu Təqsirləndirilən şəxs2 yanında bir nəfər tanımadığı şəxslə birlikdə törətmişdir. Son olaraq Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyan tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 55-57-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, o, motosiklet təmir edərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 o, təxminən 2012-ci ildən tanıyır. Orxan əvvəllər onunla eyni məhəllədə yaşadığından Orxanla normal münasibəti olmuşdur. O, 2020-ci ilin mart ayının əvvəllərində Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən “Nərimanov” parkının yanında təsadüfən Orxanla görüşmüşdür. Həmin vaxt Orxan ondan borc olaraq 30 manat pul istəmişdir. O da Orxanı tanıdığı üçün borc olaraq sonuncuya 30 manat vermişdir. Bundan sonra o, uzun müddət Orxanı görməmişdir. xx.xx.2020-ci il tarixdə saat 04 radələrində o, şəhərdə tanışlarıyla gəzdikdən sonra aralaşaraq “Nərimanov” parkının kənarı ilə Yasamala doğru qalxan zaman orada təsadüfən Orxanla rastlaşmışdır. Onlar görüşüb söhbət edən zaman o, Orxana ona olan 30 manat borcunu ödəməsini söyləmişdir. Orxan isə ona əlində satılıq televizor və notbuk olduğunu, onun 30 manat ödəyəcəyi və borcunu siləcəyi təqdirdə həmin əşyaları ona verəcəyini bildirmişdir. O, Orxandan həmin televizor və notbuku hardan aldığını soruşduqda Orxan ona and içib özünə söyüş söyərək hər iki əşyanın özünə məxsus olduğunu və pula ehdiyacı olduğu üçün satdığını demişdir. Bundan sonra o, Orxana inanıb sonuncuyla razılaşmış və Orxana 30 manat pul vermişdir. Orxan ona gözləməsini bildirərək gedib təxminən 5 dəqiqə sonra əlində 01 ədəd “Hoffman” markalı televizor və 01 ədəd “Acer” markalı notbukla gəlmişdir. Orxan onun verdiyi 30 manat və əvvəldən ona olan 30 manat borcunun yəni ümumilikdə 60 manat müqabilində həmin televizor və notbuku ona vermişdir. O da həmin əşyaları götürüb Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi 89 ünvanında yerləşən işlədiyi təmir sexinə aparıb qoyaraq, oradan evinə getmişdir. Daha sonra isə o, Orxandan aldığı 01 ədəd “Hoffman” markalı televizoru Şüvalan qəsəbəsində yerləşən bağ evlərinə aparmış, və 01 ədəd “Acer” markalı notbuku isə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 100 manat pul müqabilində satmışdır. O həmin vaxt Orxandan “Hoffman” markalı televizor və “Acer” markalı notbuku alan zaman Orxandan həmin əşyaların kimə məxsus olmasını, niyə gecənin yarısı satdığını soruşanda Orxan and içərək və söyüş söyərək həmin əşyaların özünə məxsus olduğunu və pula ehdiyacı olduğuna görə satdığını bildirmişdir. Həmin əşyaların oğurluq olması barədə ona heç bir söz deməmişdir. O, Orxanın bir müddətdir küçələrdə hamının sərxoş bir insan kimi tanıdığı Rüfət adlı şəxslə birlikdə yaşadığını bilsə də, Rüfətlə Orxanın bir yerdə oğurluq hadisəsi törətməklərindən xəbəri olmamışdır. O bildirmişdir ki, Orxanın ona satdığı 01 ədəd “Hoffman” markalı televizor onların Şüvəlan qəsəbəsində yerləşən evlərində olmuşdur. O, həmin əşyaların oğurluq olmasını bilməmiş və söz vermişdir ki, həmin televizoru istintaqa gətirib təqdim edəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi 535-ci məhəllə, 17 nömrəli binanın zirzəmisində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Enzo`s” adlı playstation klubunun qapısının kilidini sındırıb içəriyə qanunsuz daxil olaraq, həmin oyun salonundan 04 ədəd, 109 ekran “Hoffman” markalı televizorları, 01 ədəd 120 ekran “Hoffman” markalı televizoru, 01 ədəd “Acer” markalı notbuku və 01 ədəd toster aparatını gizli yolla talanması faktı və bununla bağlı Yasamal RPİ-nin 26-cı PB-nin baş təhqiqatçısı polis mayoru Çingiz Qurbanov tərəfindən protokol tərtib edilərək çəkilmiş fotoşəkillərlə birlikdə istintaq materiallarına əlavə edilmişdir. (Cild İ, i.v. 8-9) “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Habil oğluna istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatlar, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərərək bildirdimişdir ki, xx.xx.2020ci il tarixdə saat təxminən 02 radələrində o, Rüfət adlı tanışı ilə birlikdə gecəni qalamaq üçün hazırda olduğumuz Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 535-ci məhəllədə gəzişən zaman yolun sol kənarında yerləşən beş mərtəbəli binanın zirzəmisində “Enzo's” playstation klubun olduğunu görüb Rüfətlə birlikdə qərar vermişdir ki, həmin oyun klubunun qapısını hansısa bir yolla açıb gecəni onun içərisində qalsınlar. Bu məqsədlə o və Rüfət klubun giriş hissəsinə yaxınlaşaraq qara rəngli pilləkənlərlə zirzəmiyə düşüb klubun qəhvəyi rəngli dəmir seyf qapısının bağlı olduğunu gördükdən sonra bir dəmir parçası tapıb həmin qapının kilidini sındırmaq qərarına gəlmişlər. Həmin vaxt Rüfət klubun qapısının yanında qalmış o isə dəmir parçası tapmaq üçün həmin klubun yerləşdiyi Ə.Ələkbərov küçəsinin kəsişdiyi hazırda olduğumuz yerdən təxminən 60-70 metr uzaqda yerləşən Məmməd Rahim küçəsi 51 ünvanın qarşısına gedərək orada qoyulmuş məişət tullantıları qutularının içərisini axtarıb oradan bir ədəd təxminən 40 sm uzunluqda dəmir parçası taparaq yenidən klubun qapısına gəlmişdir. Orada o, tapdığı dəmir parçasını qəhvəyi rəngli dəmir seyf qapının kilidi ilə çərçivəsinin arasına salıb qanıraraq həmin qapının kilidini sındırmaqla qapını açmışdır. Bundan sonra o və Rüfət həmin playstation klubunun içərisinə daxil olub otaqları gəzdikdən sonra o, Rüfətə təklif etmişdir ki, klubun otaqlarında olan televizorları oğurlasınlar. Rüfətdə ona etiraz etməyərək təklif ilə razılaşmış və onlar qərara gəlmişdirlər ki, orada olan televizorları oğurlayıb aparıb Rüfətlə birlikdə Yasamal rayonu, N Nərimanov prospekti 51-53 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısında olan incir ağacının altındakı müvəqqəti yaşadıqları sahədə gizlədib sonra satsınlar. Bu məqsədlə o, həmin klubun otaqlarında olan “Hoffmann” markalı televizorlardan birini, Rüfət isə dəhlizindəki taxta dolabın üzərində olan noutbuku və mətbəxdə olan 01 ədəd toster aparatını götürüb yaşadıqları Yasamal rayonu, N.Nərimanov prospekti 51-53 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısında olan incir ağacının altındakı sahəyə aparıb orada gizlətmişlər. Həmin vaxt onlar yaşadıqları yerdə yatarkən üzərlərinə örtdükləri qalın yun materialdan olan örtüyü götürmüşdürlər ki klubda qalan digər televizorları da həmin örtüyün arasına yığıb gətirsinlər. Bundan sonra o və Rüfət yenidən həmin kluba gəlib oradan daha 04 ədəd “Hoffmann” markalı televizoru otaqlardan götürüb özləri ilə gətirdikləri örtüyün üstünə yığıb hərəsi örtüyün bir tərəfindən tutub yaşadıqları yerə aparmışlar. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 təklif olundu ki, hazırda içərisində olduğumuz “Enzo's” playstation klubdan oğurladığı əşyaları gizlətdiyi yeri görsətsin. Bu zaman Təqsirləndirilən şəxs2 etiraz etməyərək oğurluq etdiyi klubun qarşısında xüsusi avtomobilə əyləşərək sürücüdən avtomobili Yasamal rayonu, N.Nərimanov prospekti 51-53 ünvanında yerləşən 9 mərtəbəli binanın yanına sürməsini xahiş etdi. Təqsirləndirilən şəxs2 bələdçiliyi ilə onun dediyi ünvana gəlinən zaman sonuncu avtomobildən düşərək qarşısında dayandığımız 9 mərtəbəli binanın ön tərəfində yerləşən bir tərəfi pilləkən, digər tərəfləri isə qarajların divarları ilə əhatələnmiş sahədəki İncir ağacını göstərib bildirdi ki, o, evlərindən çıxandan sonra Rüfət adlı şəxslə əksər vaxtlar gecələri həmin sahədə qalmışdırlar. xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 535-ci məhəllədə yerləşən “Enzo's” oyun salonundan Rüfətlə birlikdə oğurladlıqları 05 ədəd televizoru, 01 ədəd noutbuku və 01 ədəd toster aparatını həmin sahədə gizlətmişdir. Həmin vaxt tərəfimdən O. Abdullayevə təklif olundu ki, xx.xx.2020- ci il tarixdə saat 02 radələrində Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 535-ci məhəllədə yerləşən “Enzo's” oyun salonundan Rüfətlə birlikdə oğurladıqları 05 ədəd televizoru, 01 ədəd noutbuku və 01 ədəd toster aparatını istintaqa təqdim etsin. Təqsirləndirilən şəxs2 bildirdi ki, həmin oğurladıqları əşyalardan 01 ədəd televizor və 01 ədəd noutbuku hadisədən bir neçə saat sonra keçmiş yaşadığı məhəllədən tanıdığı Elgün adlı şəxsə sonuncuya əvvəldən olan 30 manat borcunu silməsi şərti ilə əlavə olaraq 30 manat da alaraq satmışdır. Qalan digər əşyaları isə xx.xx.2020-ci il tarixdə saat 12 radələrində Nəsimi rayonu, “Təzə Bazar” adlanan bazarda 220 manat pul müqabilində tanımadığı şəxsə sataraq həmin pulları Rüfətlə bölmüşdür. (Cild İ, i.v. 49-51) “Təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 535-ci məhəllə, bina 17-nin zirzəmisində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi “Enzo's” playstation klubuna qanunsuz daxil olunaraq içərisindən oğurlanmış 05 ədəd “Hoffmann” markalı televizorlardan 01 ədəd 109 ekran “Hoffmann” markalı televizoru iş üçün əhəmiyyət kəsb etdiyindən Şahid götürülmüşdür. (Cild İ, i.v. 62) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş 109 ekran “Hoffmann” markalı televizorun ona məxsus olduğunu bildirdi. (Cild İ, i.v. 63) “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsində göstərdiyi xüsusatlar, haqqında danışdığı şəraiti və yerləri əyani şəkildə göstərməyə hazır olduğu bildirildikdən sonra, onunla Yasamal rayonu, Ə.Ələkbərov küçəsi 535-ci məhəlləyə gəlinənən zaman Təqsirləndirilən şəxs1 sürücüdən avtomobili yolun sol kənarında yerləşən “Enzo's” kopyuter oyunları salonunun qarşısında saxlamasını xahiş etdi. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobildən düşərək həmin “Enzo's” kopyuter oyunları salonunu göstərib bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat təxminən 02 radələrində qaldıqları yer soyuq olduğu üçün gecəni orada yata bilməmişdirlər. Bu zaman Orxan ona demişdir ki, onun köhnə yaşadığı məhəllədə playsatation klubu var gedib gecəni orada qalaq. O, Orxandan həmin klubun açarını haradan tapacaqlarını soruşduqda Orxan ona bildirmişdir ki, qapını özü açacaq. Bundan sonra o, Orxanla birlikdə gecəni qalamaq üçün sonuncunun uşaqlıqda yaşadığını bildirdiyi hazırda olduğumuz Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, 535-ci məhəlləyə gəlmişlər. Onlar orda həmin küçə ilə H.Cavid parkı istiqamətində gedərkən yolun sol kənarında yerləşən beş mərtəbəli binanın zirzəmisində “Enzo's” playstation klubun olduğunu görüb qərar vermişdirlər ki, həmin oyun klubunun qapısını bir yolla açıb gecəmonun içərisində qalsınlar. Bu məqsədlə Orxan və o, klubun giriş hissəsinə yaxınlaşaraq qara rəngli pilləkənlərlə zirzəmiyə düşmüşlər. Onlar klubun qəhvəyi rəngli dəmir seyf qapısının bağlı olduğunu gördükdən sonra Orxan onda demişdir ki, narahat olmasın özü dəmir parçası tapıb həmin qapının kilidini açacaq. Həmin vaxt o, playsation klubun qarşısında dayanıb güdməyə başlamışdır ki, gəlib gedən olsa Orxana xəbər versin. Orxan isə yaxınlıqdakı zibil qutularından birinin içərisindən dəmir parçası tapıb gətirib kulubun seyf qapısının kilidini sındırmışdır. Bundan sonra ilk öncə Orxan daha sonra isə o, hazırda qarşısında olduğumuz playstation klubunun içərisinə daxil olmuşdurlar. Onlar klubun içərisindəki otaqları gəzdikdən sonra Orxan ona təklif etmişdir ki, klubun otaqlarında olan televizorları oğurlasınlar. O da etiraz etməyərək Orxanın təklifi ilə razılaşmış və onlar qərara gəlmişdir ki, orada olan televizorları oğurlayıb aparıb birlikdə yaşadıqları Yasamal rayonu, N.Nərimanov prospekti 51-53 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısındakı ətrafı qaraj divarları və pilləkən kənarı ilə əhatələnmiş İncir ağacının altındakı yaşadığıqları sahədə gizlədib sonra satsınlar. Bu məqsədlə Orxan və o, həmin klubun otaqlarında olan televizorlardan adama birini götürüb yaşadıqları Yasamal rayonu, N.Nərimanov prospekti 51-53 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısında olan incir ağacının altındakı sahəyə gətirib orada gizlətmişlər. Həmin .ecə saat 04 radələrində o, qeyd etdiyi yerdə yatan zaman Orxan gəlmişdir ki, televizorun birini borcu olduğu üçün əvvəlcədən tanıdığı Elgün adlı şəxsə satır. O da Orxana etiraz etməmişdir. Bundan sonra həmin gün yəni xx.xx.2020-ci il tarixdə saat 11-12 radələrində Orxan gəlib yaşadıqları yerdə gizlətdikləri bir ədəd televizoruda götürüb aparmışdır. Həmin gündən sonra o, bir daha Orxanı görməmişdir. İfadə yerində yoxlanılan zaman Təqsirləndirilən şəxs1 şifahi olaraq bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində hazırda qarşısında olduğumuz Playstation klubdan Təqsirləndirilən şəxs2lə birlikdə yalnız iki ədəd televizor oğurlamış, başqa heç bir əşya oğurlamamışdır. Oğurladıqları həmin iki ədəd televizoruda Orxanla birlikdə aparıb yaşadıqları Yasamal rayonu, N.Nərimanov prospekti 51-53 ünvanında yerləşən 9 mərtəbəli binanın qarşısında olan İncir ağacının altındakı sahədə gizlətmişlər. Bundan sonra tərəfimdən şübhəli şəxs Təqsirləndirilən şəxs1 təklif olundu ki, hazırda içərisində olduğumuz “Enzo's” playstation klubdan oğurladığı əşyaları gizlətdiyi yeri görsətsin. Bu zaman Təqsirləndirilən şəxs1 etiraz etməyərək oğurluq etdiyi klubun qarşısında xüsusi avtomobilə əyləşərək sürücüdən avtomobili Yasamal rayonu, N.Nərimanov prospekti 51-53 ünvanında yerləşən 9 mərtəbəli binanın yanma sürməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 bələdçiliyi ilə onun dediyi ünvana gəlinən zaman sonuncu avtomobildən düşərək qarşısında dayandığımız 9 mərtəbəli binanın ön tinində yerləşən bir tərəfi pilləkən, digər tərəfləri isə qarajların divarları ilə əhatələnmiş sahədəki İncir ağacını göstərib bildirdi ki, o, xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, 535-ci məhəllədə yerləşən “Enzo's” oyun salonundan Orxan ilə birlikdə oğurladlıqları 02 ədəd televizoru həmin yerdə gizlətmişdir. Sonradan hər iki televizoru Orxan aparıb sataraq əldə etdiyi pullardan ona heç nə verməmişdir. (Cild İİ, i.v. 129-131) “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli 127 nömrəli protokoldan müəyyən edilir ki, vətəndaş Zərərçəkmiş şəxs1 müraciət edərək bildirmişdir ki, icarə əsasında işlətdiyi “Elegant” adlı gül salonunun arxa qapısını naməlum şəxs sındırmış və obyektin içərisindən ümumi dəyəri 1500 manat olan gül , qol saatı, suvenirlər, oyuncaqla və sairə hədiyyəlik əşyalar oğurlanmışdır. Bununla bağlı Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis mayoru İlham Babayev tərəfindən protokol tərtib edilərək çəkilmiş fotoşəkillərlə birlikdə istintaq materiallarına əlavə edilmişdir. (Cild İ, i.v. 173-176) “Təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın (sənədin) götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə “Elegant Flovers” gül salonunda oğurluq etdiyi mallardan birini Təqsirləndirilən şəxs2 özü istifadə etdiyi “Emperio Armani” markalı qol saatını könüllü təqdim etmiş və götürülmüşdür. (Cild İ, i.v. 196) “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli 95 nömrəli protokoldan görünür ki, ünvan 6 ünvanında yerləşən “Elegant” gül salonunun icarədarı vətəndaş Zərərçəkmiş şəxs1 hadisə yerində bildirmişdir ki, naməlum şəxs plastik qapını açmaq yolu ilə gül salonundan ümumi dəyəri 17-18 ədəd qol saatı, suvenir hədiyyələr və 7-8 ədəd hazır bağlanmış gül dəstələrini oğurlanmışdır. Bununla bağlı Nəsimi RPİ-nin 19cu PŞ-nin baş təhqiqatçısı polis mayoru Rəşad İmanverdiyev tərəfindən protokol tərtib edilərək çəkilmiş fotoşəkillərlə birlikdə istintaq materiallarına əlavə edilmişdir. (Cild İİ, i.v. 27) “Təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın (sənədin) götürülməsi haqqında” xx xxxx 2020-ci il tarixli 178 nömrəli protokola əsasən Zərərçəkmiş şəxs1 istintaqa təqdim etdiyi maddi sübut əhəmiyyəti kəsb edə biləcək xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar videogörüntüləri özündə əks etdirən 01 ədəd CD diski cinayət işinin materiallarına cinayət işinin materiallarına əlavə edilməsi üçün ondan götürülmüşdür. (Cild İİ, i.v. 49) “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Qarayev Nəısib Şöhrəddin oğlu ünvan 7 ünvanında yerləşən “Elegant Flovers” adlı gül salonundan, Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanmış olan işarələnmiş qol saatınının ona məxsus olduğunu bildirmişdir. (Cild İİ, i.v. 67) “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş oğurluqla bağlı olan görüntülərə baxdıqda iki nəfər kişi cinsinə mənsub şəxsin əlində gül dəstələri, oyuncaq ayı və digər suvenirləri daşıması və yolu keçməsi eləcə də, oğurluq etdikdən sonra küçə boyu hərəkətləri müşahidə olunur. xx.xx.2020-ci il traixdə isə baş vermiş oğurluqla bağlı olan görüntüyə baxdıqda isə iki nəfər kişi cinsinə mənsub olan eyni şəxsin Nəsimi rayonu, Seyidzadə küçəsi ilə hərəkətdə olması və orada olan dönər satılan iaşə obyektinin və digər mağazaların qarşısından keçib üzü “Elegant Flovers” adlı gül salonuna tərəf getməsi müşahidə olunur. (Cild İİ, i.v. 76) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 X8 X9 haqqında xx.xx.2020-ci il tarixli 839 nömrəli rəyindən görünür ki, ekspress-test üsulu ilə müayinə nəticəsində Təqsirləndirilən şəxs2 sidiyində OPİ (+) aşakar olunmuşdur. Müayinə zamanı Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. (Cild İİ, i.v. 9-10) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/1929 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd istifadədə olmuş 109 ekran “Hoffman” markalı televizorun 2020-ci il aprel ayına normal vəziyyətdə orta bazar qiyməti təxminən 300.0 manat müəyyən edilmişdir. (Cild İİ, i.v. 111-113) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 9/2345 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd üzərində “Emporio Armani” markalanma göstəricisi olan, orjinal saatlara uyğun olmayan kişi qol saatının təzə vəziyyətdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 80.0 manat müəyyən olunur. Üzərində istehsal ölkəsi, istehsalçı barədə məlumat olmadığından və eləcə də orjinal saatlara uyğun olmadığından həmin saatın istehsal ölkəsini müəyyən etmək mümükün olmamışdır. (Cild İİ, i.v. 115-118) “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 01 ədəd 109 ekran “Hoffmann” markalı televizor və “Emporio Armani” markalı kişi qol saatl iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. Cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən içərisində xx.xx.2020-ci il tarixdə saat 06 radələrində və xx.xx.2020-ci il tarixdə saat 04 radələrində ünvan 8 ünvanında yerləşən “Elegant Flovers” adlı gül salonundan baş vermiş oğurluq hadisələrinin video görüntüləri olan 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxslərin etiraf edici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadəsi, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolları, üzləşdirmə protokolu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/1929 nömrəli, xx.xx.2020-ci il tarixli, 9/2345 nömrəli rəyləri, ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 1097 nömrəli, xx.xx.2020-ci il tarixli, 646 nömrəli rəyləri, məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 839 nömrəli rəyi, maddi sübutlar və digər istintaq hərəkətləri protokolları iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (Cild İİ, i.v. 178-195) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Həmin Qərardad həmçinin götərilirki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-in 16.2-ci maddəsinə müvafiq olaraq, CM-in 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-in 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüqu-qunun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yük-sək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşya-larda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu sə-bəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyri-nə keçirməsində ifadə olunur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlini qismən etiraf edərək Təqsirləndirilən şəxs2 ifadəsində bildirdiyi digər televizorların, notbukun və tosterin oğurlanmasının, onların satışından əldə etdiyi pullar barədə məlumatının olmamasını və ona bununla bağlı pul verməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə məqsədi ilə verildiyi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı və onlara Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2-ci maddəyə görə təkrar törədildikdə; 177.2.3-cü maddəyə görə isə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 216) Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə Nəsimi RPİ-nin X4 azad edilmiş və onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 36) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(004)-389/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cil İ, i.v. 98-100) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən və Tərtər Hərbi Məhkəməsinin 1(098)- 245/2011 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2011-ci il tarixdə Tərtər Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza şərti hesab edilməklə 06 ay sınaq müddəti müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. (Cild İİ, i.v. 92-93) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini etiraf etməklə səmimi peşmançılığını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını (əsas: 189 saylı Mənzil İstismar Kooperativi tərəfindən verilmiş xasiyyətnamə); zərərçəkmiş şəxslərlə barışmaqla onlara vurulmuş zərəri tam şəkildə könüllü olaraq ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs2 münasibətdə cəza məsələsini müzakirə edərək, onun cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Odur ki, Təqsirləndirilən şəxs2 ona hazırkı hökmlə təyin ediləcək cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 116) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(004)-392/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilərək onun barəsində həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 158-159) İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən cinayət işi üzrə yoxlamaya dair xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (Cild İİ, i.v. 94-95) Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini etiraf etməklə səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslərlə barışmaqla onlara vurulmuş zərəri tam şəkildə könüllü olaraq ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs1 münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını, ilk dəfə olaraq az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş zərərin tam şəkildə ödənilməsini, təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək olan həbsdə saxlanıldığı 03 (üç) ay 24 (iyirmi dörd) gün müddətin bir günü ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı işə düzəlməsi və ya iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki: İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada, 100 (yüz) manat Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 109 ekran “Hoffmann” markalı televizorun sahibi Zərərçəkmiş şəxs2 və 01 ədəd “Emporio Armani” markalı kişi qol saatının sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X7 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X5 və Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X7 məhkəməyədək icraat zamanı iştirak etdiyi 100 (yüz) saata görə 600 (altı yüz) manat X5 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 95 (doxsan beş) saata görə 570 (beş yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» xx xxxx 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 02 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesablansın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 istintaq zamanı həbsdə saxlanıldığı xx xxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək olan 03 (üç) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə 7 (yeddi) ay 18 (on səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə keçirilmiş xx xxxxxx 2020-ci il tarixli 9/1929 saylı ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulmaqla dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə keçirilmiş xx xxxxxx 2020-ci il tarixli 9/2345 saylı ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs2 tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, Dövlət Xəzinədarlıq Agentliyi, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 109 ekran “Hoffmann” markalı televizorun sahibi Zərərçəkmiş şəxs2 və bir ədəd maddi sübut kimi tanınmış “Emporio Armani” markalı kişi qol saatının sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri X7 məhkəməyədək icraat zamanı iştirak etdiyi 100 (yüz) saata görə 600 (altı yüz) manat X5 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 95 (doxsan beş) saata görə 570 (beş yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun və Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxxxxxxxxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-224/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-224/2020
09.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver