Məhkəmə qərarları › İş №1(004)-224/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-224/2025

04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-224/2025 04.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Seyidovun sədrliyi, Təhminə Xeybər qızı Əsgərovanın katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkum olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,365 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 14 yanvar 2025-ci il tarixdə saat 21:45 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə və psixotrop maddələrin istifadəsi və saxlanılmasında şübhəli bilinərək Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti 75 ünvanda yerləşən binanın qarşısında saxlanılaraq Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,365 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 3 ildir ki, heroin və metamfetamin istifadə edir. Bildirmişdir ki, bu maddələri adətən tanımadığı adamlardan, Bakı şəhərində müxtəlif yerlərdən alır. Onların kim olduğunu bilmir, əlaqəsi də yoxdur. 2025-ci il yanvarın 14-də axşam saatlarında Yasamal rayonunda, Həsən bəy Zərdabi prospektində, binanın qabağında olarkən mülki geyimli bir neçə nəfər ona yaxınlaşıb, polis olduqlarını deyiblər. Bildiriblər ki, o, narkotiklə bağlı şübhəli şəxs kimi tanınıb və polis bölməsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs həmin şəxslərlə razılaşıb, birlikdə Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə getmişdir. Orada ona hüquqları və vəzifələri izah olunandan sonra, müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Axtarışdan əvvəl ona deyilmişdir ki, əgər üzərində nə isə qanunsuz bir şey varsa, könüllü versin. O da cibində olan, siqaret kağızına bükülmüş bir büküm heroini çıxarıb vermiş və bildirmişdir ki, həmin heroini şəxsi istifadəsi üçün almışdır. Axtarışdan sonra ondan əlavə heç bir qadağan olunmuş əşya tapılmamışdır. Həmçinin törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, 2025-ci ilin yanvarında Nağı adlı şəxsin narkotik vasitələri qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı əməliyyat məlumatı alınıb. Bu məlumat əsasında tədbirlərin keçirilməsi barədə qərar verilib və əməliyyat qrupu yaradılıb. Qrupun rəhbəri özü olub, üzvü isə sahə rəisi Vüqar Əliyev təyin olunub. Yanvarın 14-də axşam saatlarında – təxminən saat 21:45-də – daxil olan məlumat əsasında H.B.Zərdabi prospektində Təqsirləndirilən şəxs ad-soyadlı şəxsi əlamətlərinə görə tanıyıb ona yaxınlaşıblar. Şahid1 özünü təqdim edib, xidməti vəsiqəsini göstərib. Nağı da özünü təqdim edib. Polis əməkdaşı bildirib ki, o, narkotik maddə saxlamaqda şübhəli sayılır və bölməyə dəvət olunub. Nağı etiraz etmədən onlarla birlikdə bölməyə gedib. Orada – inzibati otaqda – müdafiəçinin iştirakı ilə, video çəkiliş aparılaraq, Nağıya üzərinə axtarış keçiriləcəyi izah olunub. Hüquq və vəzifələri açıqlanandan sonra, polis əməkdaşları ona deyib ki, üzərində nə isə varsa, könüllü versin. Nağı da sağ cibindən bir büküm gümüşü rəngli siqaret kağızına bükülmüş heroini çıxarıb verib və deyib ki, onu “Şamaxinka” deyilən yerdə üzdən tanıdığı, amma adını bilmədiyi birindən 15 manata alıb – şəxsi istifadə üçündür. Şəxsi axtarış zamanı əlavə heç bir narkotik və ya qadağan olunmuş predmet aşkarlanmayıb Şahid Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə rəisi Şahid2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsi dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs Ağabala oğlu bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs Ağabala oğlu əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş qəhvəyi rəngli toz şəkilli olan maddəni təqdim edərək bildirmişdir ki, həmin maddə “kakos” kimi tanıdığı psixotrop maddədir və bu maddəni xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində Yasamal rayonu, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən almış, sonra istifadə etməsi üçün üzərində saxlamaqla daşımışdır. xx.xx.2025-ci il tarixdə saat 21.45 dəqiqədə polis əməkdaşları tərəfindən Yasamal rayonu, ünvan 3 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs Ağabala oğlunun təqdim etdiyi içərisində narkotik vasitəyə və ya psixotrop maddəyə bənzər maddə bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, qəhvəyi rəngli toz şəklində olan maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən qablaşdırılıb, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir (i.v. 28-29). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 yanvar 2025-ci il tarixli, 3-16-16/2-6/201/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Zərflər üçün №169” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,365 qram olan qəhvəvi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 39-43). “Maddi sübut hesab edilməsi barədə” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağabala oğlunun üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,365 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroinin (tədqiqata sərf edildikdən sonra qalıq 0,315 qram) cinayət işi üzrə maddi sübut kimi tanınması və Yasamal RPİ-nin maddi sübutların saxlanılması üçün nəzərdə tutulan otaqda saxlanılması qərara alınmışdır (i.v. 61). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-X14nın 15 yanvar 2025-ci il tarixli, 208 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Ağabala oğlunda eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 83- 84). Diskə baxış keçirilməsi haqqında 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 RPİ-nin istintaq şöbəsində Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Ağabala oğlunun üzərinə Yasamal RPİ-nin inzibati binasında şəxsi axtarış keçirilən zaman çəkilmiş və diskə köçürülmüş özündə videogörünlüləri əks etdirən bir ədəd bir fayldan ibarət DVD diskə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə bir ədəd fayl vardır, fayılda olan videogörüntü həmin diskdə bir ədəd fayıl vardır, fayılda olan videogörüntü 14 yanvar 2025-ci il tarixli və 07 dəqiqə 11 saniyədən ibarətdir. Çəkilmiş videoçəkilişdən görünür ki, polis əməkdaşları Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında yerləşən xidmət otaqda Təqsirləndirilən şəxs Ağabala oğlunun üzərinə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması barədə sual verilir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən gümüşü rəngli siqaret kağızına bükülmüş bir ədəd büküm kütləni təqdim edərək bildirir ki, təqdim etdiyi büküm narkotik vasitə heroindir və özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşıyır. Baxış zamanı bir ədəd DVD diskdə olan fayıla baxıldıqdan sonra qablaşdırılaraq möhürlənmiş və iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq cinayət işinə əlavə olunmuşdur (i.v. 110). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X13 daxil olmuş 27 yanvar 2025-ci il tarixli, 3-28-29/2-775/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 71, mənzil 21 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 111). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 daxil olmuş xx.xx.2025-ci il tarixli, 1/526 nömrəli məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X5 müraciət etməyib (i.v. 115). “Sübutların qiymətləndirilməsi haqqında” 03 mart 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə heroini şəxsi axtarış keçirilərkən təqdim etməsinin könüllü təqdim etmə kimi qiymətləndirilməməsi, cinayət işinin istintaq materiallarında təqsirləndirilən şəxsin soyadı, adı və ata adının Təqsirləndirilən şəxs kimi oxunması, cinayət işinin istintaq materiallarında Ağakişiyev X1 yerin Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospekti 75 nömrəli ünvan kimi oxunması, 14 yanvar 2025ci il tarixdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bır ədəd bükümdə ümumi təmiz çəkisi 0,365 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini (tədqiqata sərf edildikdən sonra, qalıq 0,315 qram) 16 yanvar 2025-ci il tarixdə maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinə təhvil verilməsinin istintaq materiallarında nəzərə alınması, Təqsirləndirilən şəxs ifadəsi toplanmış bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, şahid qismində dindirilmiş Şahid1, Şahid2, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi məhkəmə-kimyəvi ekspertizası üzrə xx.xx.2025-ci il tarixli, 6/201 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin Ambulator X4 Komissiyasının verdiyi 15 yanvar 2025-ci il tarixli 208 saylı rəyləri, 14 yanvar 2025-ci il tarixli şəxsi axtarış protokolu, Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zaman tərtib edilmiş 01 ədəd diskin cinayət işi üzrə sübut kimi qiymətləndirilərək cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206, 234.2 və 234.4.1-ci maddələri ilə cinayət təqibi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xitam verilməsi və həmin xüsusatları təsdiq edən sənədlər ayrılaraq Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin mənbəyinin müəyyən edilməsi üçün istintaqı aparılan cinayət işindən ayrıca material ayrılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 116-122). “Cinayət işinin materiallarından başqa ayrıca material ayrılması barədə” 03 mart 2025ci il tarixli qərardan görünür ki, ********* №-li cinayət işinin istintaq materiallarından ayrıca material ayrılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməsi, ********* №-li cinayət işinin sənədlərinin surətlərinin ayrılmış materiala əlavə edilməsi qərara alınmışdır (i.v. 124). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli, 21-1/3-85591/24 saylı məktubdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1 (004)-591/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 02 il 14 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 05 ay 14 gün təşkil edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda isə xususilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidin ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdə, saat 21:45-dən tutulmuş hesab edilmişdir (i.v. 19). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli, 4(004)- 60/2025 saylı qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ilə Təqsirləndirilən şəxs barəsində nəbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin olunmaması, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi, Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında azad edilməsi qərara alınmışdır (i.v. 71-79). “Qətimkan tədbiri seçmək haqqında” 16 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (i.v. 80-81). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 93-94). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(004)- 591/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 30 sentyabr 2022-ci il tarixdən 01 oktyabr 2022-ci ıl tarixədək 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 95-103). 12 X8 tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağabala oğlu həqiqətən xx.xx.2025-ci il tarixindən (6) altı ay xx.xx.2025-ci il tarixinədək 12 X6 Stasionar Narkomaniyadan müalicə alacaqdır. 12 X8 tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağabala oğlu xx.xx.2025-ci ildən Reabilitasiyaya gəlmişdir. Keçmişdə etdiyi yalnış əməllərdən çox peşmandır, sağalma istəyi yüksəkdir. Mərkəzin proqramından dürüst şəkilində istifadə edir, həyata dönmək istəyir və keçmiş həyatında olan yalnış vərdişlərdən uzaq olmaq istəyir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hal, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-591/2022 saylı, 28 dekabr 2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə AR CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal, həmçinin Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum olunaraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Lakin bu cəzanın ona islahedici təsiri olmamış, əksinə, həmin müddət bitməmiş o, yenidən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmişdir. Bu fakt göstərir ki, onun cinayət davranışından çəkindirmək üçün tətbiq edilən yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması səmərəsiz olmuşdur. Cinayət Məcəlləsinin müddəalarına əsasən təkrar eyni cinayət törədilməsi halları cəzanın sərtləşdirilməsini tələb edir. Bu isə, cəzanın fərdi və ümumi preventiv funksiyalarını həyata keçirmək baxımından azadlıqdan məhrum etmə cəzasının tətbiqini zəruri edir. Təqsirləndirilən şəxs artıq yüngül cəza tədbiri ilə islah edilə bilmədiyini davranışı ilə sübut etmişdir. Bundan başqa, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər cəmiyyət üçün ciddi təhlükə yaradır. Belə cinayətlərin qarşısının alınması yalnız şəxsi yox, ictimai maraqları qorumaq məqsədi daşıyır. Bu baxımdan da təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının verilməsi həm onun islah olunması, həm də cəmiyyətin təhlükəsizliyinin təmin olunması baxımından hüquqi və sosial baxımdan məqsədəuyğundur. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə törədilmiş AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 1(004)-591/2022 saylı hökmündən sonra, yəni 14 yanvar 2025-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)- 591/2022 saylı, 28 dekabr 2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi AR CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmklə təyin edilmiş cəzaya birləşdirilməklə ona qəti cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(004)-591/2022 saylı hökmü ilə təyin olunmuş 02 il 05 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 ay 29 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla - 02 ay 14 gün müddət, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2025-ci il tarixdən 16 yanvar 2025-ci tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 04 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Konvoy taboruna həvalə olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc otağına verilmiş 0,315 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi xx.xx.2025-ci il tarixli məhkəmə iclasınadək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 12 iş saatına görə 72 manat və xx.xx.2025-ci il tarixli məhkəmə iclasından sonra sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 16 iş saatına görə 176 manat, cəmi 248 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar