Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-226/2021 27.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1987-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olmayan, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, sonuncu özünə sosial yardım düzəldilməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Zərərçəkmiş şəxs2 1.300 manat pul müqabilində sosial yardım düzəltmək imkanına malik olması görüntüsü yaratmaqla əslində sonuncuya məxsus həmin pulu ələ keçirmək niyyəti ilə həyat yoldaşı Şahid adına olmaqla öz istifadəsində olmuş ******************** nömrəli Kapital bank ASC-də açılmış hesab kartına Zərərçəkmiş şəxs2 09 iyun 2020-ci il tarixdə Yasamal rayonu H.B. Zərdabi prospekti, 3166 ünvanda yerləşən “Milliön” ödəniş terminalı ilə köçürdüyü 101 manat, 11 iyun 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “MilliÖn” ödəniş terminalıı ilə köçürdüyü 101 manat və 12 iyun 2020-ci il tarixdə Abşeron rayonu, Bakı-Rostov magistral yolunun 23-cü kilometirliyi ünvanında “Bolmart” marketdə yerləşən “MilliÖn” ödəniş terminalıı vasitəsi ilə köçürdüyü 1.100 manat pulu vahid niyyətlə əhatə olunanan qəsdlə qeyd olunan tarixlərdə ünvan 5 ünvanında yerləşən Kapital bank ASC-yə məxsus bankomatdan çıxarıb nağdılaşdırmaqla ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 1.302 (min üz yüz iki) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdığı X3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib inam və etibarını qazanaraq bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncunu 2.700 manat müqabilində Bakı şəhəri 5 nömrəli xəstəxanada tibb bacısı işinə düzəltmək imkanına malik olması görüntüsü yaratmaqla əslində həmin pulu ələ keçirmək niyyəti ilə Gülnar Məmmədovanı aldadaraq vahid niyyətlə əhatə olunanan qəsdlə 30 iyun 2020-ci il tarixdə, saat 16 radlərində Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən Kooperasiya Universitetinin qarşısında G.Məmmədovanın tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə göndərdiyi 600 manat, 02 iyul 2020-ci il tarixdə həyat yoldaşı Şahid adına olmaqla öz istifadəsində olmuş ******************** nömrəli Kapital bank ASC-də açılmış hesab kartına Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikrorayon A.Məhərrəmli küçəsində avtobus dayanacağında yerləşən “MilliÖn” ödəmə terminalı vasitəsi ilə Gülnar Məmmədovanın köçürdüyü 1.400 manat pulu həmin tarixdə ünvan 5 ünvanında yerləşən Kapital bank ASC-yə məxsus bankomatdan çıxarıb nağdılaşdırmaq yolu ilə və 15 iyul 2020-ci il tarixdə, saat 12 radələrində G.Məmmədovanın tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə göndərdiyi 700 manat pulu Bakı şəhəri Yasamal rayonu, Həsənbəy ünvan 6 ünvanının qarşısında almaqla ümumilikdə X3 məxsus 2.700 ( iki min yeddi yüz) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X8 Hemodializ şöbəsində həftədə 2-4-6 günlər proqramlı hemodializ müalicəsi alır və bu barədə olan tibbi arayışını istintaqa təqdim etmişdir. Həmçinin birinci qrup əlildir. Müalicə olunmaq üçün pulu olmadığına görə, pul əldə etmək üçün müxtəlif yollara əl atmışdır. Təxminən 2020-ci ilin may ayının axırlarında istifadə etdiyi ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinin birinə tanımadığı bir nəfər zəng edərək özünü Tural adı ilə təqdim edərək, sosial yardım almaq istədiyini və bu işdə ona sənədlərin hazırlanmasında kömək etmək istədiyni xahiş etmişdir. Həmin Tural adlı şəxsə sosial yardım alması üçün sənədlərinin hazırlanmasına kömək edəcəyini və qısa müddətdə sosial yardım alacağına söz vermiş və bunun müqabilində 1300 manat lazım olduğunu demişdir. Tural onun təklifinə razı olduğuna görə, həyat yoldaşı Şahid adına olan kartın nömrəsini Turala vatsapp ilə göndərmiş pulu hissəhissə həmin kart nömrəsinə dediyi vaxtlarda köçürməsini demişdir. Onun təklifi ilə Tural 09 iyun 2020-ci il tarixdə ona zəng edərək “Milliön” ödəniş terminalıı ilə Şahid adına olan hasab kartına 100 manat köcürtdüyünu demiş və həmin tarixdə kartdan 100 manatı çıxartmışdır. Beləliklə Turalın pul göndərməklə ona inandığını bilmişdir. Onun təklifi ilə Tural ona 11 iyun 2020-ci il tarixdə zəng edərək “MilliÖn” ödəniş terminalıı ilə 100 manat Şahid adına olan karta köçürtdüyünü dedikdən sonra həmin tarixdə 100 manatı kartdan çıxartmış və Turala zəng edərək işin həlli üçün qalan 1100 manat pulu təcili göndərməsini demişdir. 12 iyun 2020-ci il tarixdə Tural ona zəng edərək 1100 manat pulu “MilliÖn” ödəniş terminalı ilə Şahid adına olan kart hesabına köçürtdüyünü demiş, həmin tarixdə 1100 manatı kart hesabından çıxartmışdır. Beləliklə Tural adlı şəxsə sosial yardım düzəldəcəyimi yalandan vəd verib onu aldatmaqla, ümumilikdə 1300 manat pulunu ələ keçirtmiş, həmin 1300 manat pulu öz müalicəsinə xərcləmişdir. Həyat yoldaşı Şahid bunlardan xəbəri olmamışdır. Tural ona tez-tez zəng edərək nə vaxt sosial yarım alacağını soruşduqda onu sakitləşdirmək üçün həmişə müxtəlif bəhanələr gətirmiş, tezliklə alacağını, işin həll olunduğunu,bir qədər səbrli olmasını deməklə onu sakitləşdirmişdir. 2020-ci ilin təxminən iyun ayında Turala zəng edərək yalandan, Bakı şəhərindəki 5 nömrəli xəstəxanada tibb bacısı işçisi lazım olduğunu, tanıdığı, etibarlı adamı varsa ora işə düzəldə biləcəyini demişdir. Bir neçə gündən sonra Tural ona zəng edərək tibb baçısı işləmək üçün bir xanımın olduğunu demişdir. Bir neçə gündən sonra tanımadığı Gülnar adlı bir qadın ona zəng edərək, Turalın tanışı olduğunu və 5 nömrəli xəstəxanada tibb bacısı işləmək istədiyini dedikdə, Gülnara sənədlərini gətirib baxmağını bildirmişdir. Təxminən 1-2 gündən sonra Gülnar ilə Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon ərazisində “Soliton” adlanan mağazanın qarşısında görüşmüş, Gülnarın gətirdiyi əmək kitabçası, şəxsiyyət vəsiqəsi, diplomun, həyat yoldaşının ölüm şəhadətnaməsinin surətlərini işə düzəlməsi adı ilə ondan almışdır. Həmin gün Gülnara zəng edib işə düzəlməsi üçün 2500 manat lazım olduğunu dedikdə, Gülnar razı olduğunu bildirmişdir. Sabahı gün Gülnarə zəng edib işə qəbul üçün sertifikatı olmadığına görə işin düzəlməsi üçün 3100 manat lazım olduğunu dedikdə, Gülnar həmin qiymətə razı olmadığını, ancaq 2700 manat düzəldə biləcəyini dedikdə, Gülnarın dediyi qiymətə razılaşdığını bildirmişdir. Pulu tez verməsini Gülnara dedikdən sonra Gülnarın, Tural vasitəsilə göndərdiyi 600 manatı 30 iyun 2020-ci il tarixdə, saat 16 radlərində Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən Kooperasiya Universitetinin qarşısında Turaldan almışdır. Gülnara zəng edib göndərdiyi 600 manat pulu aldığını demişdir. Bundan sonra Gülnarın 02 iyul 2020-ci il tarixdə “Milli Ön” ödəmə terminalı vasitəsilə ona verdiyi hesab nömrəsinə köçürdüyü 1400 manat pulu, həmin tarixdə Bakı şəhəri Nərimanov rayonu İnqilab küçəsində indiki Həsən Əliyev küçəsində yerləşən Kapital banka məxsus bankamatdan çıxarmış və Gülnara zəng edərək göndərdiyi 1400 manat pulu aldığıı demişdir. Bir neçə gündən sonra Gülnara zəng edib qalan 700 manatı ona tez çatdırmasını dedikdən sonra, Gülnarın Tural vasitəsilə ona göndərdiyi 700 manatı 15 iyul 2020-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri Yasamal rayonu Qələbə dairəsi yaxınlığında Həsənbəy Zərdabi küçəsində yerləşən beş mərtəbəli binanın qarşısında Tural ilə görüşüb ondan almışdır. Beləliklə Gülnarı Bakı şəhərindəki 5 nömrəli xəstəxanada tibb bacısı işinə düzəltmək adı ilə ondan 2700 manatı müalicə olunmasına xərcləmişdir. Bütün bunlardan həyat yoldaşı Şahid xəbəri olmamışdır.Nigara pulları müalicə olunması üçün guya atasının ona göndərdiyini demişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, İ-qrup əlil olmaqla böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini və hazırda zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, tibb bacısı təhsili vardı, 8 il Sumqayıt şəhərində yerləşən "xxxx" MMC-də tibb bacısı işləmiş, həmin işdən öz istəyi ilə çıxmışdır. Sonradan özünə iş axtardığı vaxt Göyçay rayonunda yaşayan rəfiqəsi Gülnar ona yeznəsi Turalın Bakı şəhərindəki 5 nömrəli xəstəxanada tibb bacısı işi olduğunu dediyini, bildirmişdir. Bundan sonra Gülnarın yeznəsi Turala zəng edərək əlaqə saxlamağa başlamışdır. Tural Fərmayıl adlı tanışının köməyi ilə onu Bakı şəhəri, 5 nömrəli xəstəxanada tibb bacısı işinə düzələ biləcəyini dedikdən sonra, Fərmayılın ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək, onunla əlaqə saxlamağa başlamışdır. Fərmayılın təklifi sənədlərini götürüb onunla 2020-ci ilin iyun ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon ərazisində “Solitin” mağazanın qarşısında görüşmüş və əmək kitabçasını, şəxsiyyət vəsiqəsin surətini, diplomu, həyat yoldaşının ölüm kağızını ona vermişdir. Fərmayıl ona Bakı şəhəri, 5 nömrəli xəstəxanaya gedib tibb bacısı kimi işə düzəlməyi barədə danışacağını və hansı məbləğə işə düzələməsini öyrənəcəyini demişdir. Fərmayıl həmin gün ona zəng edərək, 2500 manat qarşılığında onu işə düzəldə biləcəyini dedikdə, həmin qiymətə razılaşdığını ona bildirmişdir. Sonradan Fərmayil ona zəng edərək işə düzəlməsi üçün sertifikatının olmadığından işin 3100 manata düzələcəyini dedikdə, o qədər pulu olmadığını demişdir. Fərmayil ilə 2700 manata işə düzəlməsi barədə aralarında razılıq olmuşdur. Turalla əlaqə saxlayaraq Fərmayilin onu Bakı şəhəri, 5 nömrəli xəstəxanaya tibb bacısı kimi 3100 manat müqabilində düzəltməyi desə də, sonradan işin 2.700 manata düzəldəcəyini ona demişdir. Fərmayilə inamı olmadığına görə onunla Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində yerləşən “Soliton” mağazasının qarşısında görüşərək verdiyi sənədlərini geri almışdır. Fərmayil ona pulu iyun ayının sonuna kimi düzəltməsini dedikdə, onun təklifi ilə razılaşmışdır.Turalın idarə etdiyi avtomobillə Sumqayıt şəhərində yaşayan anasının evinə getmiş və 2700 manat pul götürmüşdür. 2020-ci ilin iyun ayının sonlarında Turala 1000 manat vermiş, qalan 1700 manatı özündə saxlamışdır. 30 iyun 2020-ci il tarixdə, saat 16 radlərində Bakı şəhəri Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində yerləşən Kooperasiya Universitetinin qarşısında Tural onun təklifi ilə 600 manat pulu serfikat düzəltməsi üçün Fərmayilə vermişdir. Fərmayil ona zəng edərək 600 manatı aldığını və qalan pulları da təcili ona çatdırmasını demişdir. Fərmayilin təklifi ilə 02.07.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 1-ci mikroryon A.Məhərrəmli küçəsindəki Azərpoçtun qarçısındakı avtobus dayanacağında yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsilə Fərmayilin ona verdiyi ******************** saylı hesab nömrəsinə 1400 manat köçürtmüşdür. Fərmayil ona zəng edərək pulu aldığını, qalan 700 manatı da ona tez çatdırmağını demişdir. Bundan sonra onun təklifi ilə Tural 15.07.2020-ci il tarixdə, saat 12 radələrində Bakı şəhəri, Yasamal rayonu, Qələbə dairəsi yaxınlığında Həsənbəy Zərdabi küçəsində yerləşən beş mərtəbəli binanın qarşısında onun 700 manat pulunu Fərmayila vermişdir. Fərmayil ona zəng edərək 700 manat pulu da aldığını, cəmi 2700 manat aldığını etiraf etmişdir. Daha sonra işə düzəlməsi barədə Fərmayillə dəfələrlə zəng etməsinə baxmayaraq, Fərmayil onun zənglərinə cavab verməmiş və onun zənglərini blok etmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 03 avqust 2019-cu il tarixdən 27 dekabr 2020-ci il tarixə qədər Binəqədi rayonu, Həmzə Babaşov küçəsindəki nömrəsiz ünvanda kirayədə yaşamışdır. Yaşadığı məhəllədə təsadüfən rastlaşdığı, tanımadığı bir kişidən sosial yardım almağın qaydasını soruşduqda, bu işdə ona kömək göstərilməsi üçün Fərmayil adlı şəxsi məsləhət görmüş və Fərmayil ilə əlaqə saxlamaq üçün onun mobil telefon nömrələrini ***-***-**-**, ***-***-**-** ona vermişdir. Fərmayilin həmin mobil nömrəsinə zəng edib bu barədə ona dedikdə, Fərmayil sosial yardım almaq üçün ona kömək edəcəyinə söz vermiş və bunun müqabilində ondan 1300 manat alacağını demişdir. Fərmayilin təklifi ilə razılaşmışdır. Bundan sonra Fərmayilin ona verdiyi Şahid adına olan bank kartına 09 iyun 2020-ci il tarixdə Yasamal rayonu H.B. ünvan 8 ünvanda yerləşən “Milliön” ödəniş terminalıı ilə 100 manat köcürtmüşdür. Bir neçə gündən sonra Fərmail ona zəng edərək əlavə 100 manat həmin karta köçürməsini, xəstə olduğuna görə pula ehtiyacı olduğunu demişdir. Buna görə 11 iyun 2020-ci il tarixdə ünvan 3 ünvanında yerləşən “MilliÖn” ödəniş terminalıı ilə 100 manat pulu Şahid adına olan karta köçürtmüşdür. Sonra Fərmayil qalan 1100 manat pulu təcili istədiyinə görə 12 iyun 2020-ci il tarixdə Abşeron rayonu, Bakı-Rostov magistral yolun 23-cü km. də yerləşən “Bolmart” marketdəki “MilliÖn” ödəniş terminalı ilə Nigar adlı qadının adına 1100 manat pulu köçürtmüşdür. Beləliklə 1300 manat Fərmayiliə sosial yardım almaq üçün dediyi kart nömrəsinə köçürtmüşdür. Lakin Fərmayıl verdiyi vədinə əməl etməmiş və pulunu da ona qaytarmamışdır. Təxminən 10 gündən sonra Fərmailə zəng edib hələ də, ünvanlı sosial kartının hazır olmadığını dedikdə, Fərmail karantin qaydalarının uzanmasını deyərək, yaxın zamanda işinin həll olacağını demişdir. Fərmailə inandiğı üçün gözləməli olmuşdur. Təxminən 4-5 gündən sonra Fərmayil ona zəng edərək Bakı şəhərindəki 5 №-li xəstəxanaya bir tibb bacısı işçi lazım olduğunu demişdir. Bu barədə baldızı Gülnara dedikdə, baldızı özünün Gülnar adlı rəfiqəsi olduğunu, tibb bacısı işləməyə diplomu olduğunu demişdir. Sonra baldızının rəfiqəsi Zərərçəkmiş şəxs1 ona zəng edərək tibb bacısı işləmək istədiyini və buna görə Fərmayil ilə özü əlaqə saxlamaq üçün telefon nömrəsini istəmişdir. Zərərçəkmiş şəxs1, Fərmayili yaxından tanımadığını, Fərmayilin ona müəyyən işləri görəcəyinə söz verməsinə baxmayaraq, hazırki vaxta qədər verdiyi sözə əməl etmədiyini demişdir. Lakin Gülnarın təkidi ilə Fərmayilin mobil telefon nömrəsini ona vermişdir. Bundan sonra Gülnar ilə Fərmail özləri işlə əlaqədar görüşmüşlər. Sonra Gülnar ona zəng edərək 5 №-li xəstəxanaya tibb bacısı işinə düzəlməsi üçün Fərmayilin ondan 3100 manat istədiyini dedikdə, Gülnara ona pul verməyə tələsməməsini deməsinə baxmayaraq, Gülnar Fərmayil ilə razılaşacağını ona demişdir. Bir neçə gündən sonra Fərmayilə bu barədə zəng etdikdə, Fərmayil ona Gülnarın işə düzəlməsinə endirim edəcəyini və onu 2700 manat müqabilində tibb bacısı işinə həmin xəstəxanaya düzəldəcəyini demişdir. 2020-ci ilin iyul ayının təxminən 10-15 tarixlərində Gülnar ona Fərmayilin onu işə düzəlməsi üçün pulu verməyə tələsdirdiyini, yoxsa başqasının pul verib işə çıxacağını demişdir. Gülnarın xahişi ilə idarə etdiyi VAZ- 2101 markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu Sumqayıt şəhərində yaşayan anasının evinə aparmış və Gülnar anasından işə düzəlməsi üçün 2700 manat almışdır. Fərmayilə vermək üçün Gülnar ona 1000 manat vermiş və 1700 manat pulu Gülnar özündə saxlamışdır. Fərmayil Gülnarə adina serfikat lazım olduğunu demişdir. Gülnarın təklifi ilə ona verdiyi həmin 1000 manatdan 600 manatı Bakı şəhəri, Ayna Sultanova heykəlinin yaxınlığındakı Koperasiya Unuversitetinin yaxınlığında Fərmayil ilə zəngləşib görüşdükdə ona Gülnarın adına serfikat almaq üçün vermişdir. Fərmayil 5-7 günə serfikatı gətirib ona verəcəyinə söz vermişdir. Gülnarın ona verdiyi 1000 manat puldan 400 manatı onda qalmışdır. Təxminən 10 gündən sonra Fərmayilə zəng edib Gülnarın adına olan serfiktı istədikdə, Fərmayil karantin olduğu üçün işin gecikdiyini deməklə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bir neçə gündən sonra Gülnar işin əldən çıxacağını deyərək özü 1400 manatı Fərmayilə göndərəcəyini demişdir.02 iyul 2020ci il tarixdə Gülnar ona zəng edərək 1400 manat pulu Nəsimi rayonu, A.Məhərrəmli küçəsində yerləşən “MilliÖn” ödəniş terminalıı ilə Nigar adlı qadının kartına göcürdüyünü demişdir.Gülnarın dediyinə görə Fərmayil özü Nigar adlı qadının kartının nömrəsini vatsap vasitəsilə ona göndərmişdir. Sonradan Fərmayil qalan 700 manatı da Gülnardan istədiyinə görə, özündə olan 400 manatı və Gülnarda olan 300 manatı, ümumilikdə 700 manat pulu 15 iyul 2020-ci il tarixdə, saat 12 radələrində Fərmailin təklifi ilə onunla Bakı şəhəri Yasamal rayonu Qələbə dairəsi deyilən yerin yaxınlığında olan beş mərtəbəli binanın qarşısında, Həsənbəy ünvan 6 ünvanın qarşısında Fərmayil ilə görüşüb, ona vermişdir. Fərmail 3 gündən sonra Gülnarın işə çıxacağına söz vermiş, lakin Fərmail verdiyi vədinə əməl etməmiş, sonradan mobil telefonun söndürdüyünə görə, onunla əlaqə saxlaya bilməmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, anket məlumatında qeyd etdiyi ünvanda həyat yoldaşı Təqsirləndirilən şəxs, iki azyaşlı uşaqları, qaynanası Xınımqız və qaynatası Əliqulu ilə birgə yaşayır. Fərmayil dialez xəstəsi olduğundan heç yerdə işləmir və xəstə kimi qeydiyyatdadır, həmçinin birinci qrup əlildir. Fərmayil onun adına açdırdığı Kapital banka məxsus təqaüd kartı onun razılığı ilə özündə saxlayır. Fərmayilin kimisə aldadaraq pul aldığını bilməmişdir, lakin Fərmayil tutulduqdan sonra onun iki nəfəri, Gülnar və Tural adlı şəxslərə qarşı dələduzluq etdiyini, onların pulunu mənimsədiyini eşitmişdir. Fərmayil tutulduqdan sonra ona zəng etmiş, qonşudan 500 manat pul alaraq ziyanı ödəmək üçün istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adlı şəxsləri tanımır. Cinayət işinin 92-93-cü vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında 10 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə axtarış elan edilmişdir. Cinayət işinin 96-cı vərəqəsində olan axtarışda olanın tutulması haqqında 03 may 2021-ci il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nə təhvil verilmişdir. Cinayət işinin 121-122-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında 03 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, dərhal Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 11 sentyabr 2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, onlara vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş, ona qarşı şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan AZ-İİİ seriyalı, 452908 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 15 noyabr 2014-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Şahiddır. Cinayət işinin materiallarında olan AZ-İİİ seriyalı, 845011 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 01 oktyabr 2016-cı il tarixdə Tovuz şəhərində anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə Şahiddır. Cinayət işinin materiallarında olan 26 oktyabr 2016-cı il tarixli, 000058 saylı əlilin vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs İ qrup əlildir. Cinayət işinin materiallarında olan “Tovuz Diaqnostika və Hemodializ Mərkəzi” PHŞ tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli, 169 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xroniki böyrək xəstəliyi müşahidə və o, həftədə 3 dəfə proqramlı hemodializ müalicəsi qəbul edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxslərin, şahidin məhkəmə iclasında verdikləri ifadələri və digər iş materialları ilə onun etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən özgənin əmlakını ələ keçirməklə dələduzluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, İ-qrup əlil olmaqla böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini və hazırda zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Qeyd olunlanları nəzərə almaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 03 may 2021-ci il tarixdə 01 (bir) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadllğın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 may 2021-ci il tarixdə 01 (bir) gün şübhəli şəxs kimi tutulduğu müddət 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-226/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-226/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver