Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-226/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X13 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi qaydada işləyən, Göyçay rayonu, Ləkçılpaq kəndində qeydiyyatda olmaqla, faktiki olaraq ünvan 3-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobil idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 18 iyun 2024-cü il tarixdə saat 12:50 radələrində «BC» dərəcəli sürcülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi «Toyota Prius» markalı 77- NH-593 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu, Kənar Dairəvi yolda 30-40 km/saat sürətlə hərəkətdə olarkən, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozub, yəni yol hərkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bu maddənin tələblərini rəhbər tutaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda yaranmış tıxacla əlaqədar digər avtomobilin dayanmasını nəzərə almalı və vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin həmin avtomobilə çatmadan dayandırmalı, bununla da hadisənin qarışısım almağa texniki imkanı olduğu halda, bu tələblərə riyaət etməmiş, diqqətini idarəetmədən yayındıraraq üzü Biləcəri qəsəbəsi istiqamətinə ünvan 1 ünvanın qarşısında idarə etdiyi avtomobilin qarşı hissəsi, qarşıda tıxacla əlaqədar dayanmış Şahid2 idarə etdiyi «Toyota Auris» markalı **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs- Məmmədağa qızının sağ sirkə kasası dibinin qalça damma keçən sınıqları, sol said nahiyəsinin əziyi kimi xəsarətlər almaqla dərəcəsibə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasna səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda təqsirli bilərək bildirmişdir ki, uzun müddətdir avtomobil idarə edir, xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək etibarlı olan Bİ, B, Cl, C kateqoriyalı, BA 412686 seriya nömrəli sürücülük vəsiqəsi vardır. İdarə etdiyi **-NH-*** dövlət nömrə nişanlı “Toyota Prius” markalı avtomobil X1 məxsusdur və xx.xx.2024-cü il tarixdən xx.xx.2027- ci il tarixədək etibarnamə ilə həmin nəqliyyat vasitəsini sürmək hüququ vardır. 18 iyun 2024-cü il tarixdə saat 12:40 radələrində taksi kimi fəaliyyət göstərən zaman "Bolt" taksi xidmətindən gələn sifariş əsasında Bakı şəhər Səbail rayonu, Badamdar qəsəbəsindən 3 nəfər şəxsi götürərək Yasamal rayonu, Yeni Yasamal istiqamətinə aparırmış. Yolda olan zaman Yasamal rayonu, köməkçi yol ilə X5 hərəkət edirmiş ki, qarşıda tıxac var imiş, anidən fikri yayınmış, qarşıda yolun sağ zolağında dayanan "Toyota Auris" markalı avtomobilə dəymişdir. Avtomobildən enib görmüşdür ki, idarə etdiyi avtomobil qarşıda olan "Toyota Airus" markalı avtomobilə dəymiş, həmin avtomobil onun qarşısında olan " Renault" markalı avtomobilə, "Renault" markalı avtomobil isə "Mercedes" markalı avtomobilə dəymişdir. Baş vermiş hadisə zamanı avtomobilində sərnişin qismində əyləşən sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs xəsarət aldığı üçün X12 avtomobili ilə xəstəxanaya aparılmışdır. Eladisə zamanı avtomobildə 3 nəfər sərnişin olmuş, onlar avtomobilin arxa oturacağında əyləşmişlər. Hadisə zamanı yolda tıxac olduğundan surəti təxminən 30-40 km/saat olmuşdur, fikirli olduğu üçün önündəki "Toyota Auris" markalı avtomobili təxminən 2-3 metr məsafədə görmüş, əyləc sistemini sıxsa da hadisənin qarşısını ala bilməmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə vurulmuş ziyanı qarşılamaq üçün hazırda imkanı daxilində 1000-1500 manat məbləğində pul ödəmək imkanının olmasını qarşı tərəfə bildirməsinə baxmayaraq zərəçəkmiş şəxsin ona vurulmuş ziyanın daha böyük həcmdə olmasını bildirərək imtina etməsi səbəbindən aralarında barışığın əldə edilməsi mümükün olmamışdır. İfadəsinin sonunda ehtiyyatsızlıqdan törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, eləcə də ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşlı və xəstə anasının onun himayəsində olmasını və zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza tədbirinin seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 1 saylı Tibb Kollecində baş müəllimə işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 12:00 radələrində Rusiya vətəndaşı olan istirahət üçün 2 gündür ki, Bakıda olan rəfiqəsi Jalə ilə Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən "Kaspian Klinikasında" görüşmüşlər. Rəfiqəsinin 5 yaşlı qızı Əminənin çay dağılıb sağ ayağını yandırdığına görə müayinə olunması üçün oraya getmişlər. Klinikada işlərini bitdikdən sonra, saat təxminən 13 radələrinədə taksi sifariş etmişdir ki, rəfiqəsinin bacısı Çinarənin Bakı şəhəri, Yeni Yasamalda yerləşən mənzilinə getsinlər. Sifariş verdikdən 5 dəqiqə sonra qırmızı rəngli **- NH-*** dövlət nömrə nişanlı "Toyota Prius" markalı avtomobil gəlmişdir. Avtomobili idarə edən tanımadığı sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi sürücü olmuşdur. O, arxa sol tərəfdə, yəni sürücünün arxasında, rəfiqəsi Jalə arxa sağ tərəfdə, qızı Əminə isə arxada ortada əyləşmişdir. Hərəkətə başladıqdan sonra, Jalə demişdir ki, sürücü avtomobili çox təhlükəli idarə edir, hadisə törətməsə yaxşıdır. Yasamal rayonu dairəvi yol deyilən yerdə Jalə qışqırmışdır ki, «əyləci sıx». Sürücünün həmin zaman başı qarışıq olmuşdur, belə ki, bardaçokdan götürdüyü ətiri vururmuş, diqqəti yayınmışdır. Qarşıda maşınlar dayanmış, sürücü avtomobili saxlaya bilməmiş və qarşıda dayanan "Toyota Auris" markalı maşına dəymişdir. O, sol əli ilə sürücünün oturacağına, sağ əli ilə isə qarşıdakı sağ oturacağa əllərini dirəmişdir ki, uşaq xəsarət almasın. Həmin məqamda uşaq onun sağ çiyninə çırpılmışdır. Hadisə baş verdikdən sonra bədəninə şiddətli ağrılar baş vermiş, bildirmişdir ki, narahatdır, hərəkət edə bilmir. Jalə sürücüyə demişdir ki, təcili yardım çağırsın. Sürücü isə demişdir ki, bilmir ki, necə çağırmaq lazımdır. Sonra telefonunun zərbə ilə çırpılması nəticəsində onda olan "SOS" xüsusiyyəti vasitəsi ilə hadisə yerinə X12 avtomobili gəlmiş və onları "X11" aparmışlar. Hadisə nəticəsində onun sol qolunun sınığı, çanaqda sirkə kasasının qəlpəli sınığı xəsarətləri aşkar edilmişdir. Rəfiqəsi Jalədə heç bir xəsarət olmamış, 5 yaşlı qızı Əminə də "X9" rentgen müayinəsindən keçirilmiş və heç bir xəsarətinin olmadığı bildirilmişdir. Hadisədən bir neçə gün sonra Jalənin həyat yoldaşı Arif Moskva şəhərindən gələrək ailə üzvlərini götürüb geri qayıtmışlar. Hal-hazırda onlar Rusiya Federasiyasının Kamçatka şəhərində yaşayırlar. Əlavə olaraq bildirmək istəyir ki. hadisə nəticəsində müalicəsinə, əməliyyatına və digər müayinə xərclərinə 8 min manata yaxın vəsait sərf olunub, həmçinin hadisədən sonra sürücü Təqsirləndirilən şəxs onunla maraqlanmadığı üçün, dəymiş ziyanın ödənilməsində heç bir köməklik göstərmədiyi üçün ondan şikayətçidir. Hadisə vaxtı sürücü avtomobili təxminən 50-60 km/saat sürətlə idarə edirmiş, qarşıdakı avtomobili təxminən 3-4 metr qalmış görmüşlər. İfadəsinin sonunda bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmamışdır, ona vurulmuş zərər ödənilmədiyindən şikayətçidir və ağır cəza növünün seçilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs ona verilmiş suala cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona təklif olunan pul vəsaiti onun hadisədən sonra müalicəsi ilə əlaqdar çəkdiyi xərci qarşılamır, o, daha artıq məbləğdə vəsait xərcləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, uzun müddətdir ki, avtomobil idarə edir, Bİ, B, Cl, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hazırda istifadə etdiyi **-RV-*** dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil X3 məxsusdur, etibarnamə əsasında idarə edir. 18 iyun 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsindən fərdi təsərüffatla məşğul olduğu yerdən evə gedərkən yolda yəni, Yasamal rayon Dairəvi yoldan bir az irəlidə sağ zolaqda tıxac olduğu üçün idarə etdiyi avtomobili saxlamışdır. Bir anda səs eşitmiş, görmüşdür ki, arxada olan "Renault markalı" avtomobil, onun avtomobilinə dəymişdir. Avtomobildən enəndə görmüşdü: ki, "Toyota Prius" markalı avtomobil "Toyota Auris" markalı avtomobilə dəyib, o da qarşısında olan "Renault" markalı avtomobilə, "Renault" markalı avtomobil də onun avtomobilinə dəyib "Toyota Prius" markalı avtomobildə 1 uşaq, 2 qadın olmaqla ümumilikdə 3 nəfər arxı oturacaqda əyləşmişlər. Sürücü tərəfdən arxa oturacaqda əyləşən orta yaşlı qadın bildirmişdir ki ağrısi var, avtomobildən enə bilmir. Sonra X12 avtomobili gəlmiş və həmir qadını xəstəxanaya aparmışlar. Hadisə zamanı özü xəsarət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, uzun müddətdir avtomobil idarə edir, Bİ, B kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hazırda istifadə etdiyi **-FA-*** dövlət nömrə nişanlı “Renault 12” markalı avtomobil özünə məxsusdur. 18 iyun 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yol ilə X5 hərəkət edirmiş. Dairəvi yol 22 saylı ünvanın qarşısına çatan zaman qarşıda tıxac olduğuna görə avtomobili tam hərəkətsiz vəziyyətə gətirmişdir. Təxminən 15- 20 saniyə sonra avtomobilinin arxasına zərbə dəymiş və zərbədən sonra avtomobili qarşıda dayanan qara rəngli "Mercedes" markalı avtomobilə dəymişdir. Avtomobildən endikdən sonra görmüşdür ki, qırmızı rəngli "Toyota Prius" markalı avtomobil tıxacda dayanan gümüşü rəngli "Toyota Auris" markalı avtomobilə dəyib, həmin avtomobil onun avtomobilinə, onun avtomobili isə qarşıda dayanan qara rəngli "Mercedes" markalı avtomobilə dəyib. Hadisə barədə 102 zəng xidmətinə məlumat vermişdir. Qəza vaxtı "Toyota Prius" markalı avatomobildə əyləşən xanım əzilmiş, X12 maşını gələrək onu xəstəxanaya aparmışlar. Hadisə baş verən zaman avtomobildə tək olmuş, heç bir xəsarət almamış, sadəcə avtomobilinə maddi ziyan, dəyib, avtomobilinin həm arxa, həm də ön hissəsi əzilmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, uzun müddətdir avtomobil idarə edir, Bİ, B, Cl, C kateqoriyalı sürücülük vəsiqəsi vardır Hazırda idarə etdiyi **-XE-*** dövlət nömrə nişanlı “Toyota Auris” markalı avtomobil həyal yoldaşı X4ma məxsusdur, etibarnamə əsasında idarə edir. 18 iyun 2024-cü il tarixdə saat 13 radələrində Bakı şəhəri, Yasamal rayonu, Dairəvi yolla üzü yuxarı istiqamətdə hərəkət edirmiş. Dairəvi yol 22 saylı ünvanın qarşısına çatan zaman qarşıda tıxac olduğuna görə avtomobili tam hərəkətsiz vəziyyətə gətirib dayanmışdır. Təxminən 15-20 saniyə sonra avtomobilinin arxasına zərbə dəymiş və zərbədən avtomobil qarşıda dayanan ağ rəngli "Renault" markalı avtomobilə dəymişdir. Avtomobildən enib görmüşdür ki, qırmızı rəngli "Toyota Prius" markalı avtomobil onun avtomobilinə dəyib, zərbədən onun avtomobili qarşıda dayanan ağ rəngli "Renault" markalı avtomobilə, "Renault" markalı avtomobil isə qara rəngli "Mercedes" markalı avtomobilə dəyib. "Toyota Prius" markalı avtomobildə arxa oturacaqda 2 qadın bir qız uşağı olmaqla 3 nəfər sərnişin əyləşmişdir. Tanımadığı qadın sərnişinlərdən biri ağrısı olduğunu, narahat olduğunu bildirmişdi. Uşağın sağ ayağının gipsə qoyulmuş vəziyyətdə olduğunu görmüşdür. Hadisə yerinə X12 avtomobili gəlmiş və onları xəstəxanaya aparmışlar. Hadisə zamanı özünün avtomobilində heç kim olmamış, özü heç bir xəsarət almamış, sadəcə avtomobilinə maddi ziyan dəymiş, avtomobilinin həm arxa, həm də ön hissəsi əzilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işinin başlanması haqqında” 7 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V. 01-03). “Baxış aparılması haqqında” 18 iyun 2025-ci il tarixli protokol, sxem və fotoşəkillərdən görünür ki, hadisə yeri Bakı şəhəri Yasamal rayonu, Kənar Dairəvi yoldur. (İ/V. 6-13). “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsini hadisə yerində əyani şəkildə göstərməklə təkrar etmişdir. (İ/V. 76-79). Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 7 yanvar 2025-ci il tarixli 8/3312 saylı rəyi ilə müəyyən edilmişdir ki, “Toyota Prius” markalı **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respubliaksı Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (İ/V 109-110). Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 246 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər sağ sirkə kasası dibinin qalça damma keçən sınıqları, sol said nahiyəsinin əziyi küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd olunan müddətdə və şəraitdə, xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (İ/V 47- 49). “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinənin” 18 iyul 2024-cü il tarixli 2/32970 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. (İ/V 14). “Azərbaycan Respublikası DİN BDYPİ-nin” xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BA 412686 nömrəli "B1 B C1 C" kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək müddətinə Bakı şəhəri DYPİ tərəfindən məhdudlaşdırılmışdır; xx.xx.1956-cı il təvəllüdlü Şahid2 xx.xx.2023-cü il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) BC 365151 nömrəli "B1 B C1 C" kateqoriyalı; xx.xx.1980-ci il təvəllüdlü Şahid1 xx.xx.2021-ci il tarixdə (xx.xx.2031 -ci il tarixədək etibarlı olan) BB 205435 nömrəli "B1 B C1 C" kateqoriyalı və xx.xx.1973-cü il təvəllüdlü Şahid3 xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 204165 nömrəli "B1 B" kateqoriyalı sürücülük vəsiqəsi verilib, sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (İ/V. 99). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (İ/V. 126-127). xx.xx.2024-cü il tarixli 012235 nömrəli etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs «Toyota Prius» markalı 77- NH-593 dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2027-ci il tarixədək idarə etmək hüququ verilmişdir. (İ/V 17). BA412686 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs məxsus BC kateqoriyalı sürücülük vəsiqəsi 24 dekabr 2021-ci il tarixdə verilmiş, aktivlik müddəti 24 dekabr 2031-ci il tarixədəkdir. (İ/V 18). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.1956-ci il təvəllüdlü Şahid2, xx.xx.1980-cı il təvəllüdlü Şahid1 xx.xx.1973-cü il təvəllüdlü Şahid3 yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdurlar. (İ/V 102). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs, xx.xx.1956-cı il təvəllüdlü, Şahid2, xx.xx.1980-cı il təvəllüdlü, Şahid1 və xx.xx.1973-cü il təvəllüdlü, Şahid3 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. (İ/V 101). “Qətimkan tədbirinin seçilməsi barədə” 30 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. (İ/V 142-145). “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış – “Toyota Prius” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı sahinə qaytarılması nəzərə alınmışdır. (İ/V 112-116). Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi şahid ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətləri ilə bağlı protokollar və işin digər materialları ilə tam sübuta yetirilir onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1 maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əvəllər məhkum olmamasını, ailənin yeganə qazanc gətirən şəxsi olmasını, yaşlı anasının onun himayəsində olmasını, zərərçəkmişə dəymiş zərəri ödəmək üçün təşəbbüs göstərməsi halını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və yaşına tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə bu qənaətə gələrkən birincisi onun nəzərə alır ki, təqsirləndirlən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilir, törətmiş olduğu cinayət ehtiyatsızlıqdan törədilmiş cinayətdir, onun himayəsində yaşlı anası vardır. İkinci növbədə isə məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmək məqsədi ilə (vurulmuş zərəri qarşılamaq məqsədilə) 1000-1500 manat məbləğində pul təklif etməklə zərərçəkmiş şəxslə barışmaqla bağlı iradə ifadəsini nümayiş etdirmişdir, bununla bağlı təşəbbüs göstərmişdir. Lakin zərərçəkmiş şəxs ona vurulmuş ziyanın həcminə dair heç bir mötəbər sübut təqdim etmədən barışığın əldə olunması məqsədi ilə ona təklif olunan pul vəsaitini qəbul etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunması məqsədə müvafiqdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsinin sanksiyasının imperativ olaraq nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza da təyin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ibtidai istintaq zamanı sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-226/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin, ona 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “Toyota Prius” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobil ibtidai istintaq zamanı sahinə qaytarılması nəzərə alınsın. İş üzrə yol-nəqliyyat hadisəsi ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutulub dövlət nəfinə köçürülsün. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 oğlunun vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-226/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-226/2025
24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver