Məhkəmə qərarları › İş №1(004)-227/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-227/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-227/2021 24.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X6, müdafiəçilər Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2 və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, özgənin əmlakını qəsdən zədələyib məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs , tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, cinayətkar niyyətlərini həyata keçirmək üçün 17 fevral 2021-ci il tarixdə saat 20:30 dəqiqədə «xxxx» ASC-yə məxsus Baki şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanda yerləşən bankomat aparatlarının quraşdırıldığı köşkün qarşısına gəlib aralarında əvvəlcədən əldə olunmuş cinayətkar niyyətə uyğun olaraq R.Y.Həsənzadə kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə həmin köşkün yaxınlığında gözləmiş, özü isə açarseçmə üsulu ilə köşkün kilidini açaraq saxlanc yerinə qanunsuz daxil olaraq qaynaq aparatından istifadə etməklə həmin köşkdə quraşdırılmış dəyəri 24426 manat təşkil edən 780 saylı, «X11 2050XE» markalı bankomat aparatının seyf qapısını kəsib yarasız hala salaraq zərərçəkmiş şəxs «xxxx» ASC-yə məxsus xeyli miqdarda əmlakı qəsdən zədələyərək məhv etmiş, daha sonra saxlanc yeri hesab edilən həmin bankomatın nəğd pulların saxlanıldığı hissəsinə qanunsuz daxil olmaqla içərisində ümumilikdə 47425 manat nağd pul vəsaiti olan, bir ədədinin qiyməti 767 manat 50 qəpik olmaqla 03 (üç) ədəd, cəmi dəyəri 2.302 manat 50 qəpik təşkil edən pul kasetlərini gizli olaraq talayaraq zərərçəkmiş hüquqi şəxs «xxxx» ASC-yə ümumilikdə 49.725 (qırx doqquz min yeddi yüz iyirmi beş) manat 50 (əlli) qəpik məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X7 ilə qabaqcadan əlbir olan bir qrup yaratmış, cinayətkar niyyətlərini həyata keçirmək üçün 27 mart 2021-ci il tarixdə saat 20:29 dəqiqədə «xxxx» ASC-yə məxsus Baki şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 31/33 ünvanında yerləşən bankomat aparatının quraşdırıldığı köşkün qarşısına gəlib aralarında əldə olunmuş cinayətkar niyyətə uyğun olaraq R.Y.Həsənzadə kənar şəxslərin gələcəyi təqdirdə məlumat vermək məqsədi ilə həmin köşkün yaxınlığında gözləmiş, özü isə bankomatda olan xeyli miqdarda 15457 manat məbləğində nəğd pul vəsaitini gizli olaraq talama məqsədi ilə əvvəlcədən üzərində gətirdiyi dəmir parçası ilə köşkün qapısında olan kilidi sındıraraq saxlanc yerinə qanunsuz daxil olsada həmin köşkdə quraşdırılmış təhlükəsizilik kameraları vasitəsilə «xxxx» ASC-nin əməkdaşları tərəfindən onun bu hərəkətləri vaxtında aşkar olunmaqla Azərbaycan Respublikası DİN-nin 102 çağrı mərkəzinə məlumat verilməsinin ardından polis əməkdaşlarının həmin yerə gəlməsi səbəbindən ifşa olunduqlarını anlayaraq hadisə yerindən qaçıb getməklə zərərçəkmiş hüquqi şəxs «xxxx» ASC-yə məxsus ümumilikdə 15457 manat dəyərində nəğd pul vəsaitini gizli olaraq talamağa yönəldilmiş qəsdən edilən əməllərini öz iradələrindən aslı olmayan qeyd edilən səbəbdən başa çatdıra bilməyərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli talamağa, yəni oğurluq etməyə cəhd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 il bundan əvvəl Binəqədi rayonu, 9-cu MKR ərazisində yerləşən çayxanalardan birində təsadüfən X7 ilə tanış olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin əvvəllərində o, «Youtube» internet portalında ayrı-ayrı ölkələrin vətəndaşları olan istifadəçilər tərəfindən yerləşdirilmiş video materiallara baxarkən bankomatların seyf qapılarını necə kəsməyin mümkün olması haqqında video materiallara rast gəlmişdir. Bundan sonra o, bir neçə eyni xarakterli videolara baxaraq öyrənmişdir ki, qaynaq aparatı ilə istənilən bankomatın seyf qapısını kəsmək mümkündür. Bununla yanaşı o, qapı qıfıllarını və kilidlərini açmağın üsulları barədə də müxtəlif video materiallara baxaraq bu sahədə xeyli təcrübə toplamış və maddi imkanı pis olduğundan Bakı şəhərində yerləşən bankomatlardan birindən oğurluq edib pul əldə etmək qərarına gəlmişdir. Sonra o, dostu Rusif Həsənzadə ilə görüşərək niyyəti barədə ona məlumat vermiş və birlikdə bankomatlardan birindən oğurluq etməyi təklif etmişdir. Rusif Həsənzadə də onun təklifi ilə razılaşmışdır. Sonra onlar 8-ci KM adlanan ərazidə yerləşən bazardan qaynaq aparatı və hazırda xatırlamadığı ünvanda yerləşən başqa bir mağazadan isə 2 ədəd portativ radio aparatı almışlar. O, taksi fəaliyyəti ilə məşğul olduğu üçün müxtəlif ünvanlara müştəriləri daşıyarkən küçələrdə quraşdırılmış bankomatlara nəzər yetirərək oğurluq etmək üçün əlverişli bankomat axtarırmış. 2021-ci ilin fevral ayının ortalarında o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsindən keçərkən «N.Nərimanov» metrostansiyasının çıxışı tərəfdə, «X3» qarşısında «xxxx»na məxsus 3 ədəd bankomatların yerləşməsini və həmin bankomatların da inkasatorların və ya arxasında əməkdaşların daxil ola bilmələri üçün köşkün olduğunu görmüş və məhz həmin bankomatlardan oğurluq etmək qərarına gəlmişdir. Daha sonra o, bu barədə Rusif Həsənzadəyə bildirmiş və onlar 17 fevral 2021-ci il tarixdə oğurluq etməyi qərarlaşdırmışlar. Qeyd etdiyi tarixdə o, Rusif Həsənzadənin yaşadığı, Xırdalan şəhəri, Abşeron gənclər şəhərciyində yerləşən mənzilə gəlmiş, orada onlar hazırlıq işləri görmüş, necə oğurluq edəcəklərini, hadisə yerinə necə gedəcəklərini, hər birinin hansı işi görəcəyini və digər halları planlaşdırmış, sonra mobil telefonlarını Rusif Həsənzadənin mənzilində qoymuş, qaynaq aparatını və portativ radio qurğularını götürmüş, əvvəlcə təsadüfi taksi avtomobili ilə Masazır qəbirstanlığı adlanan əraziyə getmiş, orada iz itirmək üçün taksidən düşərək başqa bir taksi avtomobili ilə «20 Yanvar» dairəsinə, oradan isə yenə də başqa bir taksi ilə Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinə gəlmişlər. Sonra onlar piyada Təbriz küçəsinə, bankomatlar yerləşən əraziyə gəlmişlər. Saat təxminən 20:15 radələrində onlar bankomatların yanına çatmış, qabaqcadan aralarında olan razılaşmaya əsasən o, bankomatlar yerləşən köşkə daxil olmağı, qaynaq aparatı ilə bankomatın seyf qapısını kəsib pulları götürməyi, Rusif Həsənzadə isə ətrafda dolaşıb hər hansı bir təhlükəli hal olarsa portativ radio ilə ona məlumat verməyi öz öhdəliyinə götürmüşdü. Onlar bankomatlar yerləşən köşkə yaxınlaşdıqdan sonra Rusif Həsənzadə bir qədər kənarda dayanıb ətrafa nəzarət etməyə başlamış, sonra o, köşkün qapısına yaxınlaşaraq açarseçmə üsulu ilə qıfılı açmış, içəri daxil olmaq üçün qapını açmış, bu zaman köşkün içərisində siqnalizasiya sisteminin olduğunu görüb dərhal qapını bağlamış və Rusif Həsənzadə ilə birgə yolun əks tərəfinə keçərək siqnalizasiya sisteminin işə düşüb-düşməməsini, hadisə yerinə polis əməkdaşların gəlib-gəlməyəcəklərini müşahidə etməyə başlamışlar. Onlar təxminən 20 dəqiqə gözlədikdən sonra hadisə yerinə heç kimin gəlmədiyini görüb başa düşmüşdülər ki, siqnalizasiya sistemi işə düşməmişdir. Bundan sonra, yəni saat təxminən 20:30 radələrində o, yenidən Rusif Həsənzadə ilə birlikdə bankomatlar olan köşkə yaxınlaşmış, Rusif Həsənzadə köşkün yaxınlığında dayanaraq ətrafa nəzarət etməyə başlamış, o, isə köşkün qapısını açaraq içəri daxil olmuşdur. Artıq içəri daxil olduqdan sonra o, orada siqnalizasiya aparatından başqa mühafizə kamerasının da olduğunu görmüş, kameraya düşməmək üçün bir əli ilə üzünü tutmuş, digər əli ilə isə həmin mühafizə kamerasını qoparmışdır. Həmin köşkdə üç ədəd bankomat yerləşirmiş. O, həmin bankomatları nəzərdən keçirərək görmüşdür ki, qapıdan daxil olan kimi birinci bankomat onun baxdığı video materiallarından fərqli bankomatdır, digər iki bankomatın isə seyf qapılarını necə kəsməyin yolunu bilirmiş. O, həmin üç bankomatın ortasında olan ikinci bankomatı kəsmək qərarına gəlmişdir. Ona görə ki, sonuncu bankomat köşkün divarına yaxın məsafədə yerləşirdiyini görüb düşünmüşdür ki, həmin bankomatın qapısını kəsəcəyi halda gördüyü işin səs-küyü çöldə eşidilə bilər. Ona görə də özü ilə gətirdiyi qaynaq aparatından istifadə etməklə ortadakı bankomatın seyf qapısını kəsməyə başlamışdır. O, bankomatın qapısını kəsdikdə dəmir parçaları əriyib yerdəki məftillərin üzərinə düşməsi səbəbindən ətrafa yanıq qoxusunun iyi yayılırmış. Təxminən 10 dəqiqədən sonra o, bankomatdan pul çıxarmağa gələn tanımadığı şəxslərin köşkdən qoxu gəlməsi barədə söhbət etmələrini eşitmiş, buna görə də həmin şəxslərin dövlət orqanlarına məlumat vermələrinin qarşısını almaq üçün işini dayandırıb köşkdən çölə çıxmış və bankomatın qarşısında dayanan tanımadığı şəxslərə müraciət edərək, guya bank əməkdaşlarının içəridə təmirlə məşğul olduqlarını, bu səbəbdən də yanıq iyinin gəldiyini bildirmişdir. Həmin şəxslər də onun həqiqətən də bank əməkdaşı olduğunu və köşkün içərisində təmir getdiyini düşünərək çıxıb getmişlər. Sonra o, yenidən köşkə daxil olaraq işini davam etdirmiş, təxminən 10-15 dəqiqə ərzində bankomatın qapısınını kəsib qurtarmış, sonra qapını açaraq bankomatın içərisindəki pul kasetlərini çıxarmağa başlamışdır. Bankomatın içərisində biri kiçik, dördü böyük olmaqla 5 ədəd pul kaseti olmuşdur. O, da ən yuxarıda olan pul kasetinin içərisində az pul olduğunu güman edərək həmin pul kasetini çıxarıb yerə atmışdır. Sonra yuxarıdan aşağı istiqamətdə 3 ədəd pul kasetini çıxararaq qabaqcadan özü ilə gətirdiyi torbaya doldurmuş və torbada yer qalmadığından sonuncu, ən aşağıda olan pul kasetini çıxarmamışdır. Belə ki, həmin pul kasetini də götürsəymiş məcbur olub əlində aparmalıymış və bu da ətrafda olan şəxslərdə şübhə yarada bilərmiş. Beləliklə o, 3 ədəd pul kasetini torbaya qoyduqdan sonra qaynaq aparatını da özü ilə gətirdiyi idman çantasına qoyaraq köşkü tərk etmişdir. O, köşkdən çıxarkən Rusif Həsənzadənin sağ tərəfdə, təxminən 10 metr aralıda gözlədiyini görüb dərhal ona yaxınlaşmış, içərisində pul kasetləri olan torbanı ona vermiş, idman çantasını özü ilə götürmüş və gəzə-gəzə oradan uzaqlaşmağa başlamışlar. Sonra onlar bir qədər aralıda dayanan, markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı təsadüfi taksilərdən birinə əyləşib onları Masazır qəsəbəsində yerləşən «Masazır qəbirstanlığı» adlanan əraziyə aparmasını xahiş etmişlər. Qeyd etdiyi ünvana çatdıqdan sonra onlar taksidən düşmüş, qəbirstanlığın sağ tərəfində yerləşən, meşəlik olan əraziyə keçmiş və orada, heç kim olmayan yerdə oğurladıqları pul kasetlərini sındıraraq içərisindəki pulları götürüb kasetləri zibil qutularına atmışlar. Bundan sonra onlar yenidən yola çıxaraq təsadüfi taksi avtomobili ilə Rusif Həsənzadənin yaşadığı Xırdalan şəhəri, Abşeron şəhərciyinə getmişlər. Sonra onlar Rusif Həsənzadənin yaşadığı mənzilə daxil olaraq oğurladıqları pulları sayıb cəmi 46.000 manat pul olduğunu müəyyən etmiş, oğurluğu birgə törətdikləri üçün həmin pulları öz aralarında iki hissəyə bölmüş, pulun 23.000 manatını o, götürmüş, qalan 23.000 manatı isə Rusif Həsənzadə götürmüşdür. Bir neçə saat sonra o, yaşadığı evə getmişdir. Sonrakı müddət ərzində o, «xxxx»nın bankomatından etdikləri oğurluq nəticəsində əldə etdiyi 23.000 manat pulu öz ehtiyaclarına sərf etmişdir. Belə ki, o, həmin pullardan istifadə etməklə həmin ərəfədə olan müxtəlif borclarını ödəmiş, anası xərçəng xəstəsi olduğu üçün onun müalicəsinə və dərmanlarına bir qədər xərc çəkmiş, idarə etdiyi avtomobili təmir etdirmiş, bir hissəsini öz şəxsi ehtiyaclarına sərf etmiş, nəticədə həmin pulun hamısını xərcləmişdir. Bundan başqa o, 27 mart 2021-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxıb Yusifin yaşadığı evə getmişdir. O, Rusiflə onun evində söhbət edərək qərara gəlmişdilər ki, Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, bir neçə gün qabaq yerini dəqiqləşdirdikləri “Beynəlxalq Bank”a məxsus bankomat post terminalından oğurluq etsinlər. Bundan sonra o, və Rusif paltarını dəyişmiş və qaynaq aparatı ilə müxtəlif alətləri çantaya qoyub taksi ilə həmin bankomatın yerləşdiyi ünvana gəlmişlər. Onlar ətrafa nəzər salıb görmüşdülər ki, həmin yerdə heç kəs yoxdur. Bundan sonra Rusif kənar şəxslərin gələcəyi halda ona xəbər vermək üçün kənarda dayanmış, o, isə özündə olan dəmir parçası ilə bankomatın yerləşdiyi saxlanc yerinin qapısında olan qıfılı sındırmışdır. Sonra o, içəri daxil olaraq orada olan təhlükəsizlik kamerasını qopartmış və saxlanc yerindən çölə çıxaraq kənarda gözləmişdilər ki, əgər gələn olmasa yenidən içəri daxil olub qaynaq aparatı ilə bankomatı kəsib pulları oğurlasınlar. Lakin bir neçə dəqiqə keçəndən sonra həmin yerə polis əməkdaşları gəlmiş və onları saxlamaq istəyəndə Rusif oradan qaçıb getmişdir. Lakin o, heç bir müqavimət göstərmədən polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə gəlmişdir. Polis bölməsində o, etdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını və anasının xərçənq xəstəsi olmağını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı “xxxx” ASC-nin nümayəndəsinin, şahidlərin ifadələri, CD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı “xxxx” ASC-nin nümayəndəsi X14 ifadəsində göstərmişdir ki, o, hazırda xxxx Hüquq Departamentinin Məhkəmələr və Dövlət Orqanları ilə X15 rəisi vəzifəsində 2001-ci ildən işləyir. 2021-ci ilin fevral ayının 17-dən 18-nə keçən gecə Bankın Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanda 780, 935, 2185 saylı bankomatlar yerləşən plastik materialdan olan köşkün qapısının kilidinə müdaxilə olunaraq köşkə daxil olmuşlar. Köşkdə 780 saylı bankomatın arxa hissəsini qaynaqla kəsərək həmin bankomatdan içərisində 49.725.50 manat məbləğində nəğd pullar olan 3 ədəd pul kasetləri oğurlanmışdır. 18 fevral 2021-ci il tarixdə saat 09 radələrində Bankın Nəğd vəsaitlərlə iş departamentinin ATM və Ödəmə terminallarına texniki dəstək şöbəsinin əməkdaşı Şahid1 Azericard MMC-nin teleskop sistemindən məhz həmin bankomatın nasaz olması barədə məlumatı alıb hadisə yerinə yollanmış, saat 10:40 radələrində məlum hadisəni aşkar edib bankın rəhbərliyinə məlumat vermişdir. Həmçinin R.Bəgülov əlavə olaraq ifadəsində göstərmişdir ki, 780 saylı, «X11 2050XE» markalı bankomat kustar üsulla, yəni qaynaq aparatı ilə kəsilərək istifadəyə yararsız hala düşmüşdür. Həmin bankomatın dəyərinin 24.426 manat olmasını nəzərə alaraq bankomatın yararsız hala salınması nəticəsində banka əlavə olaraq 24.426 manat maddi ziyan dəymişdir. Bundan başqa 27 mart 2021-ci il tarixdə xxxx ASC-nin Bank Təhlükəsizlik Departamentindən Hüquq Departamentinə verilən məlumata əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti 31/33 ünvanında yerləşən xxxxna aid ATM-nə oğurluq cəhdi olumuşdur. Bununla bağlı hüquqi prosedurların həyata keçirilməsi xahiş olunmuşdur. Hadisə zamanı, yəni 27 mart 2021-ci il tarixdə saat 20 radələrində xxxxna aid ATM-nin bankomatında 15457 manat pul vəsaiti olmuşdur. Lakin təhlükəslik xidmətinin əməkdaşları tərəfindən monitor videogörüntü izlənildikdən sonra darhal DİN-nin 102 xidmətinə və Yasamal RPİ-nin 26-cı PB-nə hadisə barədə məlumat verilmiş, hadisə yerinə polis əməkdaşlarının gələrək həmin şəxsi adını sonradan bildiyi Təqsirləndirilən şəxs saxladığına görə o, iradəsindən aslı olmayan səbəbdən cinayət əməlini başa çatdlıra bilməmiş və bankomatdan pul vəsaiti oğurlanmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 19.11.2018-ci il tarixdən hazırki vaxtadək Beynəlxalq Bank ASC-nin Nəqd vəsaitlərlə iş departamentinin ATM və Ödəmə terminallarına texniki dəstək şöbəsində aparıcı mütəxəssis işləyir. Onun vəzifəsi Beynəlxalq Bank ASC-yə məxsus ATM-lərə və ödəmə terminallarına nəzarət etmək, onların təmiri, proqramlaşdırılması, profilaktikası ilə məşğul olmaq, texniki qulluq etməkdən ibarətdir. Onun işlədiyi şöbə 4 ekpiajdan ibarət, hər ekipajda iki nəfər olmaqla mütəxəssislər işləyir və hər ekipajın öz ərazisi vardır. O, Kərəm Həsənov adlı mütəxəssislə bir qrupda çalışır. Onlar Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonlarında yerləşən və Beynəlxalq Bank ASC-yə məxsus olan bankomatlara və ödəmə terminallarına nəzarət edirlər. Belə ki, şəhər ərazisində quraşdırılmış bankomatlarda hər hansı bir nasazlıq yarandığı təqdirdə Beynəlxalq bankın törəmə mərkəzi olan Azericard MMC-nin teleskop sisteminə məlumat ötürülür, onlar hər gün səhər saat 09 radələrində işə gəldikdən sonra nasaz bankomatlar barədə teleskop sistemində toplanmış məlumatlar onlara təqdim olunur və onlar da həmin nasazlıqları aradan qaldırmaq məqsədi ilə əraziyə yollanırlar. 18 fevral 2021-ci il tarixdə o, həmişə olduğu kimi səhər saat 09 radələrində Beynəlxalq banka gələrək teleskop sistemindəki məlumatları əldə etmiş, həmin məlumatlara əsasən məlum olmuşdur ki, Beynəlxalq bank ASC-yə məxsus olan 780 saylı, «X11 2050XE» markalı bankomatda nasazlıq mövcuddur. Bundan sonra o, iş yoldaşı Kərəm Həsənovla birlikdə həmin bankomatın yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanına yollanmışlar. Saat 10:40 radələrində onlar həmin ünvana çatmış, avtomobili Kərəm Həsənov idarə etdiyi üçün avtomobilin parklanması ilə məşğul olmuş, o, isə avtomobildən düşərək bankomatın yerləşdiyi köşkə yaxınlaşmışdır.Həmin ünvanda Beynəlxalq Bank ASC-yə məxsus olan üç ədəd, 780, 935 və 2185 nömrəli bankomatlar olmuş və hər üç bankomat köşkün içərisinə yerləşdirilmişdir. Köşkün qapısı adi qapı kilidi ilə bağlanırmış. Həmin köşkün qapısının açarlarından biri onun işlədiyi texniki şöbədə, biri inkasasiya şöbəsində olur, əlavə açarın olub-olmamasını isə kimdə olduğunu o, bilmirmiş. O, həmin köşkə yaxınlaşarkən köşkün qapısının aralı olduğunu görmüşdür. Bundan sonra o, qapını aralayaraq görmüşdür ki, köşkün içərisindəki bankomatlardan ən ortadakı, yəni 780 nömrəli bankomatın arxa qapısı kəsilmişdir, divert kaset, yəni geri qaytarılan pulların yığıldığı rezerv qutu adlanan kaset yerə atılmışdır, köşkün içərisində quraşdırılmış mühafizə kamerası isə sallanmış vəziyyətdə olmuşdur. O, dərhal mobil telefonla işlədiyi şöbənin müdiri Asəf Şəfiyevə məlumat vermişdir. Bundan sonra o, bankomatlar yerləşən köşkün yanında dayanaraq bankın təhlükəsizlik şöbəsinin və polis əməkdaşlarının gəlməsini gözləmişdir. Təxminən yarım saat sonra həmin yerə əvvəlcə Beynəlxalq Bank ASC-nin Təhlükəsizlik şöbəsinin əməkdaşları, sonra isə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Naməlum şəxs bankomatlar yerləşən köşkə daxil olduqdan sonra xüsusi vasitələrdən istifadə etməklə məhz 780 nömrəli bankomatın seyf qapısını kəsərək içərisində pul əskinasları olan 03 ədəd pul kasetlərini oğurlamışdır. Belə ki, o, bankomatlar yerləşən köşkə daxil olarkən 780 nömrəli bankomatın divert kasseti köşkün içərisində yerə atılmış vəziyyətdə olmuşdur. Polis əməkdaşları hadisə yerindən gələndən sonra məlum olmuşdur ki, 780 nömrəli bankomatın seyf hissəsindəki 04 ədəd kasetlərdən ən aşağıda olan pul kaseti də oğurlanmamışdır. Həmin pul kasetlərini bağlı olduğu üçün onların içərisində nə qədər məbləğdə pul qalmasını o, bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2015-ci ildən özünə məxsus avtomobillərlə Nərimanov rayonu, Təbriz küçəsi 102 saylı ünvanın yaxınlığında yerləşən “Uşaq Stamotoloji” klinikasının yaxınlığında dayanıb taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci ilin mart ayında “Chevrolet Cruse” markalı, **-NT- *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti götsərir. 17 fevral 2021-ci il tarixdə saat 21:00 radələrində həmişə dayandığı yerdə, yəni Təbriz küçəsi 102 saylı ünvanda yerləşən “Uşaq Stamotoloji” klinikasının yaxınlığında avtomobildə əyləşib mobil telefonda oyun oynayırmış. Bu vaxtı iki nəfər əvvəllər tanımadığı şəxs avtomobilə yaxınlaşıb boş olub-olmamağımı soruşmuşdur. O, isə “boşam” cavabı vermiş, həmin şəxslərdən biri avtomobilin arxasından ona səslənib yük yürini açmağını bildirmişdir. O, avtomobildən enib yük yerini açmış, həmin şəxslər isə əllərindəki torbaları yük yerinə qoymuşlar. Həmin torbaların neçə ədəd olmasını, içərisində nə olmalarına fikir verməmiş, ona görə hazırda həmin suallara cavab verə bilmir. Onlar torbaları yük yerinə qoyduqdan sonra avtomobilə əyləşmişlər. Avtomobildə qabaq sərnişin tərəfdə əyləşən şəxs ona Masazır qəsəbəsinə getməli olduqlarını bildirib neçə manata onları aparacağını soruşmuşdur. O, Masazır qəsəbəsinə 10 manata apara biləcəyini demiş, həmin şəxs əvvəlcə dediyi qiymətin baha olmasını bildirmiş, lakin sonradan razılaşmışlar. O, avtomobili hərəkətə gətirib Ə.Rəcəbli küçəsi ilə hərəkət edib Ziya Bünyadov prospektinə düzəlmişdir. Sonra isə prospektdə tıxac olduğunu görüb Ayna Sultanova istiqamətində sürüb Karl Marks dairəsindən keçib Tiflis prospektinə çıxmış, Ekologiya postunu keçdikdən sonra yeni tikilmiş tuneldən çıxan kimi Masazıra çatmamış, qarşıda oturan şəxs ondan sağda saxlamağı xahiş etmişdir. Tuneli çıxan kimi yolun sağ tərəfinə sürüb avtomobili saxlamışdır. Hər iki şəxs avtomobildən enmiş və yük yerindən həmin torbaları götürüb onunla sağollaşıb getmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 29 iyun 2017-ci il tarixdən hazırki vaxtadək Beynəlxalq Bank ASC-nin Təhlükəsizlik Departamentinin Mühafizə və Rejim şöbəsinin baş mütəxəssisi işləyir. Bankın Təhlükəsizlik Departamentinin direktoru Fuad Rzazadədir. Həmin departamentin nəzdnində 4 şöbə fəaliyyət göstərir. Onlardan biri onun işlədiyi Mühafizə və Rejim şöbəsi, ikincisi Texniki dəstək şöbəsi, üçüncüsü isə Təhlil şöbəsidir. Təxminən 4 ay əvvəl onun işlədiyi şöbənin müdiri Vəli Balıyev işdən çıxdıqdan sonra Departamentin rəhbəri Fuad Rzazadənin daxili göstərişi ilə qeyri-rəsmi olaraq şöbəyə nəzarət ona həvalə edilmişdir. Onun rəhbərlik etdiyi Mühafizə və Rejim şöbəsi Beynəlxalq bankın baş ofisinin inzibati binasının 5-ci mərtəbəsində yerləşir, iki otaqdan ibarətdir. Hər iki otaq təhlükəsizlik-nəzarət işi ilə məşğul olur. Lakin birinci otaqda bankın filiallarının və şöbələrinin açılıbbağlanmasına, həmin filiallarda və şöbələrdə siqnalizasiya sistemlərinin vaxtında açılıbbağlanmasına, filiallar bağlandıqdan sonra kənar şəxslərin daxil olmamasına, bank əməkdaşlarının nizam-intizamına nəzarət olunur, ikinci otaqda isə sırf inkasasiya avtomobillərində quraşdırılmış mühafizə kameralarına, bankomatlarda, ATM və ödəmə terminallarında quraşdırılmış siqnalizasiyalara, hərəkət sensorlarına, mühafizə kameralarına nəzarət edilir. Əməkdaşların normal iş saatları saat 09:00-dan 18:00-dək davam edir. Lakin hər gün hər bir otaqda növbə ilə şöbənin işçiləri qalırlar. Növbə rejimi özü özlüyündə iki hissəyə bölünür. Səhər növbəsində olan əməkdaş səhər saat 08:00-dan axşam saat 19:00-dək, axşam növbəsində olan əməkdaş isə saat 17:00-dan səhər saat 08:00-dək növbədə qalıb monitorlara nəzarət edirlər. Birinci otaqda onunla birlikdə 5 əməkdaş işləyir, ikinci otaqda isə şöbənin 4 əməkdaşı işləyirlər. Beynəlxalq bank ASC-nin Bakı şəhərində quraşdırılmış bütün bankomatlarına mühafizə kameraları və hərəkət sensorları quraşdırılmışdır. Yuxarıda qeyd etdiyi kimi həmin kameralara və sensorlara şöbənin ikinci otağında quraşdırılmış monitorlar vasitəsi ilə nəzarət olunur. Hər hansı bir bankomata və ya bankomat yerləşdirilmiş köşkə müdafizə olunduğu təqdirdə hərəkət sesorları işə düşür, dərhal bu barədə şöbənin ikinci otağına məlumat ötürülür, həmin yerdə quraşdırılmış mühafizə kamerasının görüntüləri otaqdakı monitorlarda böyüyərək önə gəlir və xüsusi siqnallar vasitəsi ilə növbədə olan əməkdaş bu barədə məlumatlandırılır. Təlimata əsasən növbədə olan əməkdaş bankomatlara müdaxilə barədə siqnalı qəbul edən kimi dərhal bu barədə həmin bankomatın yerləşdiyi ərazi üzrə polis bölməsinə və ya DİN-in 102 xidmətinə məlumat verməlidir. 18 fevral 2021-ci il tarixdə saat təxminən 11 radələrində o, işdə olduğu zaman Beynəlxalq Bank ASC-nin Nəqd vəsaitlərlə iş departamentinin ATM və Ödəmə terminallarına texniki dəstək şöbəsinin müdiri Asəf Şəfiyev onlara, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən 780 saylı bankomatın naməlum şəxs tərəfindən yarılması və içərisindəki pulların oğurlanması barədə məlumat vermişdir. O, da öz növbəsində dərhal bu barədə Təhlükəsizlik Departamentinin rəhbəri Fuad müəllimə məlumat vermiş və onun tapşırığı ilə hadisə yerinə gəlmişdir. O, hadisə yerinə gələndən sonra görmüşdür ki, həqiqətən də 780 nömrəli bankomatın quraşdırıldığı köşkün qapısı açılmış, köşkün içərisindəki üç bankomatdan biri, yəni 780 nömrəli bankomatın seyfi xüsusi vasitələrlə kəsilmiş və içərisindəki pul kasetlərindən üç ədədi oğurlanmışdır. Həmin bankomatın divert kasseti yerə atılmış vəziyyətdə olmuş, bir ədəd pul kaseti isə bankomatın içərisində qalmışdı. Həmin pul kasetlərini bağlı olduğu üçün o, onların içərisində nə qədər məbləğdə pul qalmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, 17 fevral 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı ünvandan çıxıb piyada əmək haqqı kartından pul çıxartmaq üçün Nərimanov metrostansiyasının çıxışında, X3 qarşısında yerləşən “xxxx”a məxsus bankomatlar yerləşən köşkün qarşısına gəlmişdir. Saat təxminən 21:00 radələri olarmış. Həmin köşkdə 3 ədəd bankomat yerləşir. Köşkdə sağ tərəfdə və ortada yerləşən bankomatlar işləmirmiş, yalnız sol tərəfdə yerləşən bankomat işləyirmiş. O, həmin sol tərəfdəki bankomata yaxınlaşıb əmək haqqı kartımı bankomata daxil etmişdir. O, köşkün içərisindən qəribə səslər eşidirmiş və yanıq iyi gəlirmiş. Həmin vaxtı onun sağ tərəfində dayanmış tanımadığı şəxsə yanıq iyinin hiss olunmasını və içəridən qəribə səslər gəlməsini demiş, həmin şəxs isə cavabında ona bildirmişdir ki, “burda çoxdan belədir”. O, bank əməliyyatı aparıb kartından 10 manat pul çıxartmış, pulu və kartı cibinə qoya-qoya köşkün sol tərəfinə boylananda köşkün qapısının ağzında bir nəfər sifətində maska, çiynində çanta olan şəxsin dayanmasını görmüş, həmin şəxsə də içəridən qəribə səslər gəlməsini deyəndə, həmin şəxs əli ilə içərini göstərib demişdir ki, “burda remont gedir”. Bundan sonra o, oradan uzaqlaşıb piyada birbaşa yaşadığı evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, 2001-ci ildən DİO-da xidmət edir və 2020-ci ilin mart ayından isə tutduğu vəzifədə işləyir. 27 mart 2021-ci il tarixdə saat 20 radələrində o, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantlı Şahid12lə birlikdə ərazidə xidmətdə olarkən Bakı şəhər BPİdən efir vasitəsi ilə birmişdilər ki, naməlum şəxslər Yasamal rayonu, N.Nərimanov prospekti 31/33 saylı ünvanın qarşısında yerləşən “xxxx” na aid bankomatdan oğurluq edirlər. Onlar da hadisə yerinə yaxın olduqları üçün dərhal özlərinə məxsus olan avtomobillə həmin yerə gəlmişlər. Onlar hadisə yerinə çatanda görmüşdülər ki, hadisə yerində Yasamal RPİ-nin PPXB-nün polis nəfərləri dayanıb. Onlar polis nəfərlərinə yaxınlaşanda, polis nəfəri ona demişdir ki, oğurluq etmək istəyən şəxslər hərəsi bir tərəfə qaçmışlar. Bundan sonra onlar avtomobillə ərazini gəzməyə başlamış, Axundov parkına yaxınlaşanda görmüşdülər ki, bir nəfər şəxs yolun kənarı ilə gedir. O, avtomaşından düşüb piyada həmin şəxsin arxası ilə getmiş, Musa isə avtomaşını sürüb həmin şəxsin qarşısını kəsmişdir. Bu zaman adını sonradan bildiyi Coşqun adlı şəxs geriyə, yəni onu tərəf qaçmaq istədikdə o, Coşqunu tutub fənd işlədərək yerə yıxmışdır. Sonra onlar Coşqunu avtomobilə mindirib Yasamal RPİ-nin 26-cı PB-nə aparmışlar. Polis bölməsində Coşçqun Həsənov etdiyi cinayət əməlini şifahi olaraq etiraf etmişdir. Daha sonra isə onlar Coşqunla birlikdə hadisə yerinə getmiş, Coşqun ağacların dibində gizlətdiyi cinayətdə istifadə etdiyi içərisində qaynaq aparatı və başqa alətlər olan çantanı onlara göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid11 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 1996-cı ildən 2017-ci ilədək keçmiş Milli Təhlükəsizlik Nazirliyində çalışmış və polkovnik-leytenant rütbəsi daşıyır. 2017-ci ildə işdən azad olunandan sonra 8-10 ay işsiz qalmış, 02 iyul 2018-ci il tarixdən hazırki vaxtadək isə Beynəlxalq Bank ASC-nin Təhlükəsizlik Departamentinin Mühafizə və Rejim şöbəsinin aparıcı mütəxəssisi işləyir. Bankın Təhlükəsizlik Departamentinin direktoru Fuad Rzazadədir. Həmin departamentin nəzdnində 4 şöbə fəaliyyət göstərir. Onlardan biri onun işlədiyi Mühafizə və Rejim şöbəsi, ikincisi Texniki dəstək şöbəsi, üçüncüsü isə Təhlil şöbəsidir. Təxminən 4 ay əvvəl işlədiyi şöbənin müdiri Vəli Balıyev işdən çıxdıqdan sonra Departamentin rəhbəri Fuad Rzazadənin daxili göstərişi ilə qeyri-rəsmi olaraq şöbəyə nəzarət Şahid4 həvalə edilmişdir. İşlədiyi Mühafizə və Rejim şöbəsi Beynəlxalq bankın baş ofisinin inzibati binasının 5-ci mərtəbəsində yerləşir, iki otaqdan ibarətdir. Hər iki otaq təhlükəsizliyə nəzarət işi ilə məşğul olur. Lakin birinci otaqda bankın filiallarının və şöbələrinin açılıb-bağlanmasına, həmin filiallarda və şöbələrdə siqnalizasiya sistemlərinin vaxtında açılıb-bağlanmasına, filiallar bağlandıqdan sonra kənar şəxslərin daxil olmamasına, bank əməkdaşlarının nizam-intizamına nəzarət olunur, ikinci otaqda isə sırf inkasasiya avtomobillərində quraşdırılmış mühafizə kameralarına, bankomatlarda, ATM və ödəmə terminallarında quraşdırılmış siqnalizasiyalara, hərəkət sensorlarına, mühafizə kameralarına nəzarət edilir. Əməkdaşların normal iş saatları saat 09:00-dan 18:00-dək davam edir. Lakin hər gün hər bir otaqda növbə ilə şöbənin işçiləri qalırlar. Növbə rejimi özü özlüyündə iki hissəyə bölünür. Səhər növbəsində olan əməkdaş səhər saat 08:00-dan axşam saat 19:00-dək, axşam növbəsində olan əməkdaş isə saat 19:00-dan səhər saat 08:00-dək növbədə qalıb monitorlara nəzarət edirlər. O, şöbənin ikinci otağında, yəni inkasator avtomobillərinə, bankomatlara və ödəmə terminallarına nəzarət olunan otaqda işləyir. Beynəlxalq bank ASC-nin Bakı şəhərində quraşdırılmış bütün bankomatlarına mühafizə kameraları və hərəkət sensorları quraşdırılmışdır. Həmin kameralara və sensorlara şöbənin onun işlədiyi otaqda quraşdırılmış monitorlar vasitəsi ilə nəzarət olunur. Hər hansı bir bankomata və ya bankomat yerləşdirilmiş köşkə müdaxilə olunduğu təqdirdə hərəkət sensorları işə düşür, dərhal bu barədə onların monitorinq otağına məlumat ötürülür, həmin yerdə quraşdırılmış mühafizə kamerasının görüntüləri otaqdakı monitorlarda önə çıxır və xüsusi siqnallar vasitəsi ilə təxminən 1 dəqiqə ərzində xəbərdarlıq olunur. 1 dəqiqədən sonra xüsusi siqnal dayanır və monitorun yan tərəfindən müdaxilə olunmuş bankomatın adı, nömrəsi, yerləşdiyi ünvan barədə məlumat saxlanılır. Lakin başqa bir bankomatdakı nasazlıqla və ya müdaxilə ilə bağlı növbəti siqnal daxil olduğu halda həmin məlumatlar monitordan itir. Təlimata əsasən növbədə olan əməkdaş bankomatlara müdaxilə barədə siqnalı qəbul edən kimi dərhal bu barədə həmin bankomatın yerləşdiyi ərazi üzrə polis bölməsinə və ya DİN-in 102 xidmətinə məlumat verməlidir. Hərdən elə olur ki, bankomatda elektrik enerjisi və ya rabitə olmaması səbəbindən mühafizə kameralarını izləmək olmur. Belə olan halda onlar Beynəlxalq bankın törəmə mərkəzi olan Azericard MMC ilə əlaqə saxlayırlar və həmin şirkətin əməkdaşları teleskop sistemi vasitəsi ilə bankomatda sonuncu dəfə nə vaxt əməliyyat olması barədə onlara məlumat verirlər. Xeyli müddət əməliyyat aparılmaması müəyyən edildiyi halı olduqda isə dərhal bankomatın yerləşdiyi ərazi üzrə polis bölməsinə məlumat verilir. 17 fevral 2021-ci il tarixdə o, axşam növbəsində olduğu üçün saat 19:00da növbəni qəbul etmişdir. Həmin gün o, növbəni qəbul etdikdən sonra, saat 20:03-də oğlu Polad Həmzəyevin yoldaşı ona zəng edərək Poladın işlədiyi «X5» şirkətinin Gəncə regional şöbəsinin merçendayzer vəzifəsindən çıxarılması barədə məlumat vermişdir. Bu xəbər onu çox həyəcanlandırmış və əsəbləşdirmişdir. Bu səbəbdən o, bir müddət nəzarəti itirərək mobil telefon vasitəsi ilə oğlu Polad Həmzəyevlə danışaraq onun işdən çıxarılması səbəblərini araşdırmağa başlamışdır. O, təxminən 3 saat ərzində oğu Polad Həmzəyevlə, onun işlədiyi şirkətin digər əməkdaşları ilə danışaraq Polıadın işdən çıxarılma səbəblərini araşdırmaqla məşğul olmuşdur. Bu müddət ərzində bir neçə dəfə növbədə olduğu monitorinq otağını tərk edərək şöbənin digər otağına keçmiş, siqaret çəkmiş, özünü pis hiss etdiyi üçün ürək dərmanı atmışdır. O, artıq 18 fevral 2021-ci il tarixə keçən gecə saat 03 radələrində monitorlara diqqət yetirərək görmüşdür ki, bankın Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən 780 saylı bankomat yerləşən köşkdə quraşdırılmış mühafizə kamerası ilə əlaqə itmişdir. O, bunun elektrik enerjisi ilə bağlı olduğunu düşünərək Azericard MMC-yə zəng etmiş, həmin bankomatda sonuncu əməliyyat nə vaxt olduğunu soruşmuş və əməkdaşlar sistemə baxdıqdan sonra ona bildirmişdilər ki, həmin bankomat şəbəkə xaricindədir. O, bu barədə qeydiyyat jurnalında qeydiyyat aparsa da oğlu Poladın işdən çıxarılması ilə bağlı fikirli olduğu üçün səhlənkarlıq edərək hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Səhər saat 08:00-da o, növbəni Şahid8 təhvil verərək yaşadığı evə getmiş və növbədən çıxdığı üçün mobil telefonunun səsini alıb yatmışdır. Saat təxminən 12 radələrində anası onu yuxudan oyadaraq bildirmişdir ki, iş yoldaşları ona zəng edərək onu axtarırlar. Bundan sonra o, işlədiyi şöbənin nəzarətçisi Şahid4 zəng etmiş və Məmmədin deməsinə əsasən ona məlum olmuşdur ki, nvbətçi oduğu gecə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən 780 saylı bankomat naməlum şəxs tərəfindən yarılmış və içərisindəki pullar oğurlanmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən plastik qapı-pəncərə sexində usta işləyir. Onun 1946-cı il təvəllüdlü anası Rəqubət Rəhimova onunla eyni ünvanda yaşayır. 17 fevral 2021-ci il tarixdə o, işə gələrkən anası Rəqubə öz təqaüd kartını ona verərək oradan pul çıxarmağını xahiş etmişdir. Həmin tarixdə saat təxminən 21:00 radələrində o, işdən çıxdıqdan sonra «N.Nərimanov» metrostansiyasının çıxışında, X3 qarşısında yerləşən “xxxx”a məxsus bankomatlar yerləşən köşkün qarşısına gəlmişdir. Köşkdə 3 ədəd bankomat yerləşirmiş. Köşkdə sağ tərəfdə və ortada yerləşən bankomatlar işləmirmiş, yalnız sol tərəfdə yerləşən bankomat işləyirmiş və həmin bankomatın da qarşısında bir nəfər tanımadığı şəxs dayanıb pul çıxarırmış. O, həmin şəxsin arxasında dayanaraq növbəyə durmuş və onun işlərini yekunlaşdırmasını gözləməmişdir. Bu vaxt başqa bir tanımadığı qadın da yaxınlaşaraq onun arxasında dayanaraq növbə gözləməmişdir. Bankomatın qarşısında dayanan və pul çıxaran şəxs ona, bankomatdan yanıq iyinin gəldiyini bildirmiş, o, bir qədər bankomata yaxınlaşmış və həqiqətən də yanıq iyinin gəlməsini hiss etmişdir. Sonra o, bankomatların yerləşdiyi köşkün sol tərəfinə boylanmış, həmin köşkün qapısının qarşısında bir nəfər tanımadığı, üzündə tibbi maska olan şəxsin dayanmasını, içəridən isə taqqıltı səslərinin gəldiyini eşitmiş və bankomatda təmir getdiyini düşünüb geri qayıtmışdır. Növbəsi çatdıqdan sonra o, bank əməliyyatı aparıb anasının təqaüd kartından 286 manat pul çıxarmışdır. Bundan sonra o, yolun əks tərəfinə keçərək oradan 202 saylı avtobusla yaşadığı Biləcəri qəsəbəsinə getmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid6 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 17 fevral 2021-ci il tarixdə saat 20:30 radələrində yaşadığı ünvandan çıxıb özünə məxsus “Honda Civic” markalı, **-VX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nərimanov metrostansiyasının çıxışında, X3 qarşısında yerləşən “Azərbaycan Beynəlxalq Bank”a məxsus bankomatdan pul çıxartmaq üçün metronun ətrafına gəlib avtomobili saxlayıb avtomobildən enmişdir. Sonra piyada yuxarıda qeyd etdiyi klinikanın qarşısında bankomatlar yerləşən köşkə yaxınlaşmışdır. Köşkdə 3 ədəd bankomat yerləşir. Saat 21:00 radələri olardı. Köşkdə sağ tərəfdə və ortada yerləşən bankomatlar işləmirmiş. Yalnız sol tərəfdə yerləşən bankomat işləyirmiş. O, əmək haaqı kartını sol tərəfdə yerləşən bankomata daxil etmiş, lakin bank əməliyyatı aparıb pul çıxara bilməmişdir. Sonra oradan uzaqlaşmış və avtomobilinə əyləşib Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən “Günəş” hamamın arxasına gəlmiş və həmin yerdə yerləşən “Beynəlxalq Bank”a məxsus bankomatda əmək haqqı kartını daxil etməklə bank əməliyyatı aparıb pul çıxarmışdır. Sonra isə oradan yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid8 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2016-cı il tarixdən xxxxnda Mühafizə və rejimi şöbəsi Təhlükəsizlik departamentində aparıcı mütəxəssis vəzifəsində işləyir, yəni onun işi Banka aid olan bankomatlara kamera vasitəsi ilə nəzarət etməkdir. Belə ki, bankomata kənardan müdaxilə olan kimi kamera həyəcan siqnalı verir və onlar da bunu görə bilirlər. 27 mart 2021-ci il tarixdə saat 20 radələrində o, işdə olan zaman ünvan 3 ünvanda yerləşən Azərbaycan Benəlxalq Bankına aid bankomatın köşkünə yerləşdirilmiş videokameradan həyəcan siqnalı daxil olmuş, o, manitorda baxanda görmüşdür ki, bir nəfər çiynində çanta, üzündə maska, başında isə gödəkçənin kapşonu olan şəxs köşkə daxil olaraq orada olan kameranı çevirdi, bir nəfər isə kənarda dayanıb nəzarət edirmiş. Bu zaman o, DİN-nin 102 -xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. Təxminən 2-3 dəqiqə keçəndən sonra onun mobil telefonuna Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları zəng vurub hadisə ilə əlaqədar soruşmuşlar. O, da polis əməkdaşlarına bankomatın yerləşdiyi ünvanı demiş, sonra isə özü də maşınla həmin yerə gəlmişdir. O, hasdisə yerinə gələndə görmüşdür ki, bankomatın köşkünün qapısında olan qıfıl sındırılıb, lakin bankomata müdaxilə olunmayıb. Həmçinin hadisə yerinə gələndə görmüşdür ki, hadisə yerində polis əməkdaşları dayanıb, lakin oğurluq etmək isytəyən şəxslər oradan qaçıb gediblər. Bir neçə dəqiqə keçəndən sonra polis əməkdaşları oğurluğa cəhd etmiş şəxsi, yəni adının sonradan bildiyi Təqsirləndirilən şəxs tutub hadisə yerinə gətirmişlər. Həmin vaxt Coşqun ağacın kənarına gizlətdiyi içərisində qaynaq aparatı və digər əşyalar olan çantanın yerini göstərmişdir. Həmçinin Coşqun səmimi etiraf edərək Nərimanov rayonu ərazisində də bankomatdan oğurluq etməsini bildirmişdir. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Yasamal RPİ-nin 26-cı PB-nə getmişlər. Orada məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bankomat köşkünə daxil olan zaman kənardan müşahidə edən onun tanışı Rusif adlı şəxs olmuş və polis əməkdaşları hadisə yerinə gələn zaman Rusif oradan qaçıb getmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid9 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən Yasamal RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində xidmət edir. 27 mart 2021-ci il tarixdə saat 20 radələrində o, Yasamal RPİ-nin PPXB-nün polis nəfəri Şahid10lə birlikdə Yasamal rayonu, Ş.Mehdiyev küçəsində xidmətdə olarkən Bakı şəhər BPİ-dən efir vasitəsi ilə birdimişdilər ki, naməlum şəxslər Yasamal rayonu, N.Nərimanov prospekti 31/33 saylı ünvanın qarşısında yerləşən “xxxx” na aid bankomatdan oğurluq edirlər. Onlar hadisə yerinə yaxın olduqları üçün dərhal həmin yerə getmişlər. Tehranla o, öz aralarında danışmışdılar ki, həmin yerə hərəsi ayrı-ayrı istiqamətlərdən yaxınlaşsınlar ki, cinayətkarları hadisə yerində tutsunlar. O, həmin yerə ağaclar olan istiqamətdən gedəndə görmüşsür ki, iki nəfər tanımadığı şəxslər ağacın dibində domuşub gizləniblər. Həmin şəxslər onu görən kimi hərəsi bir tərəfə qaçmağa başlamış, o, da Tehranı səsləyib yanına çağırmış və həmin şəxslərin birinin arxası ilə qaçmışdır. Lakin ikinci şəxsin hansı tərəfə qaçdığını o, görməmişdir. O, həmin şəxsin arxası ilə qaçan zaman ayağı topağa ilişmiş və yerə yıxılmışdır. Lakin həmin şəxs qaçıb oaradan uzaqlaşmışdır. Bundan sonra hadisə yerinə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları gəlmış, o, əməliyyatçılara qaçan şəxsin istiqamətini başa salmış və əməliyyatçılar həmin şəxsin arxası ilə getmişlər. Bundan sonra o, polis avtomobilinə minib ərazini gəzmişdilər ki, həmin şəxsləri aşkar etsinlər. Lakin buna baxmayaraq onlar həmin şəxsləri aşkar edə bilməmiş və xidmət etdikləri əraziyə qayıtmışlar. Təxminən bir saat keçəndən sonra onlara məlum olmuşdur ki, Yasamal RPİnin 26-cı PB-nin əməlkdaşları həmin şəxslərdən birini, yəni adını sonradan bildiyi X9 tutub polis bölməsinə aparıblar. Onlar polis bölməsinə gedəndə görmüşdür ki, əməliyyatçılar onun arxası ilə qaçdığı şəxsi tutublar. Həmin vaxt Təqsirləndirilən şəxs etdiyi cinayət əməlini şifahi olaraq 26-cı PB-nin əməkdaşlarına danışmışdır. Bundan sonra onlar polis bölməsindən çıxıb xidməti ərazilərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, lakin məhkəmə iclasında iştirak etməyən Şahid9 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsatları bir daha təsdiq etmişdir. Cinayət işinin 1-ci cild 30-cu vərəqəsində olan 28 mart 2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 81-85-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 mart 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 113-114-cü vərəqələrində olan Azərbaycan Respublikası DİNnin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 08 aprel 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2020-ci tarixdə Nərimanov RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi təqsirli bilinərək məsuliyyətə cəlb edilmiş, lakin cinayət işinin nəticəsi barədə məlumat yoxdur. Cinayət işinin 2-ci cild 44-57-ci vərəqələrində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 1(011)-308/2020 nömrəli hökmünün surətindəndən görünür ki, Həsənov X4 Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin 22 iyun 2021-ci il tarixli, 21-1 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli, 1(011)-308/2020 saylı hökmünə əsasən Azərbyacan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 il 04 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda sonuncunun çəkilməmiş qalan cəzası 01 il 18 gün təşkil edir. Cinayət işinin 2-ci cild 116-134-cü vərəqələrində olan toplanmış sübutların qiymətləndirilməsi haqqında 05 may 2021-ci il tarixli qərardan görünür ki, 03 (üç) ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 105-106-ci vərəqələrində olan maddi sübut kimi tanımaq haqqında 31 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi 01 ədəd qaynaq aparatı, 01 ədəd qaz balonu, 02 ədəd vint açan, 01 ədəd alışqan, 02 ədəd fanar, 03 ədəd gödəkçə, 01 ədəd raidoqurğu, 01 ədəd çanta və 01 ədəd başa taxılması üçün maska iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış həmin əşyalar saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanılma anbarına göndərilmişdir. Cinayət işinin 2-ci cild 103-104-cü vərəqələrində olan maddi sübut kimi tanımaq haqqında 03 may 2021-ci il tarixli qərardan görünür ki, istintaq zamanı «xxxxi» ASC-yə məxsus 780 saylı, «X11 2050XE» markalı bankomat iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və həmin bankomat cinayət işi üzrə məhkəmənin hökmü çıxardılana qədər müvəqqəti olaraq xxxxn yararsız bankomatların saxlanılması anbarında saxlanılması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan ünvan 4 ünvanda yerləşən “xxxx” ASC-yə məxsus köşkdə qurlaşdırılmış mühafizə kamerasında qeydə alınmış və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən 03 ədəd fayıldan ibarət diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, həmin diskdə 03 ədəd fayıl vardır, fayılda olan videogörüntü 27 mart 2021-ci il tarixdə çəkilmişdir. Çəkilmiş videoçəkilişdən görünmüşdür ki, qeyd edilmiş mühafizə kamerası Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 31/33 ünvanında yerləşən “xxxx” ASC-yə məxsus köşkün içərisini qeydə almışdır. Mühafizə kamerası 27 mart 2021-ci il saat 20:29-dan 20:36-dək olan müddət ərzində görüntülər qeydə alınmış, həmin görüntülərə baxış zamanı saat 20:29:40-da “xxxx” ASC-yə məxsus bankomat yerləşən köşkün giriş qapısının açılması, bundan sonra köşkün içərisində əynində qara rəngli gödəkçə, üzündə qara rəngli tibbi maska, çiynində idman çantası, başında qara rəngli idman papağı olan şəxsin daxil olması, saat 20:30:13-də həmin şəxsin mühafizə kamerasını qoparması, saat 20:36-da videogörüntülər başa çatdığı üçün sonradan hadisə yerində nə baş verməsini müşahidə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan ünvan 5 ünvanda yerləşən “xxxx” ASC-yə məxsus köşkdə qurlaşdırılmış mühafizə kamerasında qeydə alınmış və diskə köçürülmüş özündə videogörüntüləri əks etdirən 02 ədəd fayıldan ibarət diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilmiş mühafizə kamerası Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən «xxxx» ASC-yə məxsus köşkün giriş qapısının qarşısını qeydə almışdır. Müşahidə kamerası tərəfindən 17 fevral 2021-ci il saat 20:35-dən saat 21:05-dək olan müddət ərzindəki görüntülər qeydə alınmışdır. Həmin görüntülərə baxış zamanı saat 20:37-də “xxxx” ASC-yə məxsus bankomatlar yerləşən köşkün giriş qapısına iki nəfər şəxsiyyətləri istintaqa məlum olmayan şəxslərin yaxınlaşması, həmin şəxslərdən birinin əynində qara rəngli gödəkçə, üzündə qara rəngli tibbi maska, çiynində idman çantası, başında qara rəngli idman papağı olması, ikinci şəxsin əynində çəhrayı rəngli kapişonlu uzun gödəkçə, başında qara rəngli papaq və üzündə qara rəngli tibbi maska olması, saat 20:37-də birinci şəxsin, yəni çiynində idman çantası olan şəxsin köşkə daxil olması, digər şəxsin köşkdən aralanması, saat 20:53-də köşkə daxil olmuş şəxsin çıxaraq bankomatın qarşısında dayanan və pul çıxarmaqla məşğul olan şəxslərə müraciət edərək nəsə deyərək yenidən köşkə daxil olması və saat 21:04-də köşkün içərisindəki şəxsin əlində bir ədəd torba və bir ədəd idman çantası ilə köşkü tərk edərək hadisə yerindən uzaqlaşması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, qeyd edilmiş mühafizə kamerası Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 102 ünvanında yerləşən «xxxx» ASC-yə məxsus köşkün içərisini qeydə almışdır. Mühafizə kamerası tərəfindən 17 fevral 2021-ci il saat 20:30-dan 20:57-dək olan müddət ərzindəki görüntülər qeydə alınmışdır. Həmin görüntülərə baxış zamanı saat 20:46-da “xxxx” ASC-yə məxsus bankomatlar yerləşən köşkün giriş qapısının açılması, bundan sonra köşkün içərisinə əynində qara rəngli gödəkçə, üzündə qara rəngli tibbi maska, çiynində idman çantası, başında qara rəngli idman papağı olan şəxsin daxil olması, saat 20:47-də həmin şəxsin bir əli ilə üzünü tutaraq digər əli ilə mühafizə kamerasını qoparması, bundan sonra həmin şəxsin qaynaq aparatı ilə köşkdəki üç ədəd bankomatdan ortadakı bankomatın qapısını kəsməyə başlaması müəyyən edilmiş, saat 20:57-də videogörüntülər başa çatdığı üçün sonradan hadisə yerində nə baş verməsini müşahidə etmək mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olub özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, özgənin əmlakını qəsdən zədələyib məhv etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmuş, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etməyə cəhd etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı “xxxx” ASC-nin nümayəndəsinin şahidlərin ifadələri, CD disklərdə olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin 5 a edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin edilməli və həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cəza təyin edilməlidir. Bundan əlavə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hökmü ilə təyin olunmuş 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 01 (bir) il 18 (on səkkiz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günə 01 (bir) gün hesablanaraq, 06 (altı) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmalı və sonuncuya hazırki hökmlə təyin edilmiş cəzaya həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 28 mart 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılma anbarında saxlanılan Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi 01 ədəd qaynaq aparatı, 01 ədəd qaz balonu, 02 ədəd vint açan, 01 ədəd alışqan, 02 ədəd fanar, 03 ədəd gödəkçə, 01 ədəd raidoqurğu, 01 ədəd çanta və 01 ədəd başa taxılması üçün maska hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə digər maddi sübut olan 03 (üç) ədəd CD cinayət işinin materiallarında saxlanılmalı, bundan başqa iş üzrə digər maddi sübut olan “xxxx” ASC-yə məxsus 780 saylı, “Wincor nixdorf Prokash 2050XE” markalı bankomat “xxxx” ASC-nin yararsız bankomatların saxlanılma anbarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X.R.Babayevaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X.R.Babayevaya məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. Mülki iddia qismən təmin olunaraq ümumilikdə 74.151,50 manat Təqsirləndirilən şəxs tutularaq “xxxx” ASC-nin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 186.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4-cü maddələri ilə 03 (üç) il 09 (doqquz) ay müddətə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 oktyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasından çəkilməmiş qalan 01 (bir) il 18 (on səkkiz) günü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) günə 01 (bir) gün hesablanaraq, 06 (altı) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və sonuncuya hazırki hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə ona qəti olaraq 04 (dörd) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 mart 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılma anbarında saxlanılan Təqsirləndirilən şəxs cinayətdə istifadə etdiyi 01 ədəd qaynaq aparatı, 01 ədəd qaz balonu, 02 ədəd vint açan, 01 ədəd alışqan, 02 ədəd fanar, 03 ədəd gödəkçə, 01 ədəd raidoqurğu, 01 ədəd çanta və 01 ədəd başa taxılması üçün maska hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə digər maddi sübut olan 03 (üç) ədəd CD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə digər maddi sübut olan “xxxx” ASC-yə məxsus 780 saylı, “Wincor nixdorf Prokash 2050XE” markalı bankomat “xxxx” ASC-nin yararsız bankomatların saxlanılma anbarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 35 saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. Mülki iddia qismən təmin olunsun və ümumilikdə 74.151,50 manat Təqsirləndirilən şəxs tutularaq “xxxx” ASC-nin hesabına ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar