Məhkəmə qərarları › İş №1(004)-227/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-227/2022

10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-227/2022 10.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyatda olan və yaşayan, barəsində “həbs’ qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “lnşaatçılar” metrostansiyasının yaxınlığında istintaqa məlum olmayan kişi cinsli şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 1,426 qram təşkil edən qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşıyaraq ünvan 2 ünvana gətirdikdən sonra, həmin gün saat 17:30 dəqiqədə Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən ünvanın qarşısında saxlanılıb Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən qeyd olunan 1,426 qram çəkidə narkotik vasitə hesab olunan hcroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, ali təhsillidir, əvvələr məhkumluğu olmayıbdır, hərdən bəzi hallarda narkotik vasitə heroin qəbul edir. Belə ki, 19 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisindəki «İnşaatçılar» metrostansiyasının yaxınlığında olarkən orada üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi narkotik vasitə satan kişi cinsli şəxsə 10 manat pul verərək şəxsi istifadəsi üçün 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə hesab olunan heroini almışdır. Həmin narkotik vasitəni istifadə etmək üçün əynindəki göy rəngli cins şalvann sağ yan cibinə qoyub üzərində saxlamaqla daşımışdır. Həmin gün, yəni 19 yanvar 2022-ci il tarixdə saat 17:30 radələrində ünvan 7 ünvanın qarşısında olarkən iki nəfər mülki qeyimli şəxslər ona yaxınlışaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onun narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin 26-ci PB-nin inzibati binasına dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə Polis bölməsinə gəlmişdir. Polis bölməsində olan otaqların birində gözlədikdən sonra oraya digər polis əməkdaşı gəlib ona yaxınlaşaraq təhqiqatçı X8 olduğunu və onun üzərinə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün axtarış və götürmə aparılacağını bildirmişdir, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o, da cavabında, maddi vəziyyətinin ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə dövlət hesabına onun üçün hər hansı bir vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizədə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o da həmin siyahıdan hər hansı bir vəkilin dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Az müddət sonra oraya göstərilən büronun vəkili X11 gəldiyi üçün təhqiqatçı R.Mustafayev ona təqdim etmiş və o da N.Əhmədov tərəfindən hüquqlarının müdafiə edilməsinə etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə təhqiqatçı vəkil N.Əhmədovun iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə təhqiqatçı R.Mustafayev video yazan texniki vasitə kimi “İphone” markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyini bildirdikdə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı üstünə şəxsi axtarışa başlayarkən ona təklif etmişdir ki, üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa, onda könüllü çıxarıb təqdim etsin. O, da hər bir halda tutulduğunu və ifşa olduğunu anladığı üçün özü əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş bükümdə narkotik vasitə olan heroini könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisindəki maddənin nədən ibarət olması, həmin maddəni nə vaxt, harada və kimdən əldə etdiyi barədə sual verilərkən bildirmişdir ki, təqdim etdiyi bir ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş bükümün içərisindəki qəhvəyi rəngli tozşəkilli maddə narkotik vasitə hesab olunan heroindir. Həmin bir ədəd bükümdə olan narkotik vasitəni 19 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisindəki «İnşaatçılar» metrostansiyasının yaxınlığında olarkən orada üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi narkotik vasitə satan kişi cinsli şəxsə 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını, üstündə saxlayaraq daşıdığını, həmin gün saat 17:30 radələrində Bakı şəhəri, B.Şahtaxtinsiki küçəsi 15 saylı ünvamn qarşısında polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gətirildiyini bildirmişdir. Bundan sonra isə təhqiqatçı R.Mustafazadə onun təqdim etdiyi bükümə baxış keçirmiş, həmin bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər maddə olmasını aşkar olunmuşdur. Daha sonra R.Mustafazadə onun üstünü axtarmış, lakin heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamış və şəxsi axtarış və götürmə hərəkəti yekunlaşdırılmışdır. Ondan aşkar olunmuş həmin bir ədəd büküm içərisində olan maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün, iştirak edən şəxslər həmin zərfin tamlığını öz imzaları ilə təsdiq etmişlər. Həmçinin təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarışla və həmin bükümdə olan narkotik vasitənin ondan aşkar olunub-götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etmiş, həmin protokolu bütün iştirakçılar imzaları ilə təsdiq etmişlər. Həmin narkotik vasitə heroini satmış şəxsin adını və ya hər hansı bir anket məlumatlarını bilmir, Yasamal rayonu ərasisində yerləşən “İnşaatçılar” metrostansiyasının yaxınlığında ərazidə görmüş, sifət cizgiləri tam yadında qalmayıbdır, arıq bədən quruluşlu idi. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmur. Yasamal RPİ-nin 26-cı PB-nə aparıldığı zaman ona heç bir zor tətbiq edilməmişdir. Əməlindən səmimi peşman olmasını, ailəli olmasını, azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, polis mayoru rütbəsində Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xidmət etdiyi bölməyə 19 yanvar 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1984-cü il tarixdə ünvan 8 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal 26-cı PB-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Bundan sonra, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlanmış və həmin gün saat 17:30 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Yasamal rayonu, Landau küçəsi, ev 06 ünvanın qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, həqiqətəndə o, Bakı şəhəri ünvan 10 ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Beləliklə də, onlar Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olması barədə məlumatın olduğunu bildirərək ondan Yasamal RPİ-nin 26-cı PB-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da razılışaraq onlarla birlikdə oradan Yasamal RPİ-nin 26-cı PB-nə gəlmişdir. Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 26-cı PB-nə gətirilməsi barədə raportla bölmə rəhbərliyinə məruzə edilmiş, rəhbərlik tərəfindən Təqsirləndirilən şəxsla bağlı zəruri təhqiqat hərəkətlərinin keçirilməsi PB-nin təhqiqatçısı polis mayoru Rüfət Mustafazadəyə həvalə olunmuşdur. Bununla bağlı, X3 tərəfindən Yasamal RPİ-nin 26-cı PB-də xidməti otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə apanlmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını bildirib, onun üçün dövlət hesabına vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Bir müddət sonra oraya göstərilən büronun vəkili X11 gəlmiş, X3 onu Təqsirləndirilən şəxs təqdim etmiş və o da, etiraz etmədiyi üçün X3 bu barədə protokol tərtib etmişdir. Daha sonra X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edərək ona hüquq və vəzifələrini izah etmiş və Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirməyə başlamışdır. Beləliklə, X3 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. X3 video yazan texniki vasitə kimi mobil telefon aparatından istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə olan qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağayan cibindən 1 ədəd bükümü çıxararaq təqdim etmişdir. Bundan sonra X3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümdə olan maddənin nədən ibarət olması, nə vaxt, haradan əldə etməsi barədə sorğu edilərkən o, təqdim etdiyi 1 ədəd bükümdə olan narkotik vasitə heroin olmasını, həmin bükümü xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Yasamal rayonu, “İnşaatçılar” melrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatlarını, adını bilmədiyi şəxsə 10 manat verməklə şəxsi istifadəsi üçün aldığını və üstündə daşıyaraq saxladığını bildirmişdir. Bundan sonra X3 şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirmiş, həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, tozşəkilli, spesifik iyə malik narkotik vasitə heroinə oxşar maddə olması aşkar edilmişdir. Bundan sonra X3 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparmış, lakin Təqsirləndirilən şəxs üzərindən digər heç bir qeyri-qanuni əşya və ya predmetlər aşkar olunmamışdır. Daha sonra isə aşkar olunmuş yuxarıda qeyd olunan bükümdə olan maddə zərfə qoyularaq DİN-nin 170 saylı möhürü ilə möhürlənərək götürülmüş, bütün iştirakçılar həmin protokolu öz imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə hesab olunan heroinin əldə eldiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir, o, üstündən aşkar olunmuş narkotik vasitə hesab olunan heroinini məhz öz istehlakı üçün qanunsuz əldə edərək üstündə saxlamış, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən İttiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/362 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 48” dairəvi möhür əksi və “...imzalar” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfin içərisində kağız bükümdəki təmiz çəkisi - 1,426 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2022-ci il tarixli 1509 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində ASİLLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X13 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsinin 190 saylı, xx.xx.2021-ci il tarixli stasionar xəstənin tibbi kartasından çıxarışa əsasən X13 şəkərli diabet xəstəsidir. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını və birinin şəkərli diabet xəstəsi olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il 02 ay (bir il iki ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 yanvar 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 114 manat (yüz on dörd manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 1,326 qram narkotik vasitə-heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 04 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 350 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 04 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar