Məhkəmə qərarları › İş №1(004)-227/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-227/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-227/2023 18.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, 05 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan barəsində başqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud zurətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxs üzərində zor tədbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlər etmişdir. Belə ki, o, 14 aprel 2022-ci il tarixdə təxminən saat 16 radələrində əvvəllər tanımadığı və heç bir münasibətdə olmadığı Zərərçəkmiş şəxs işlədiyi ünvan 3 ünvanda yerləşən evlərin alqı satqı məntəqəsinə daxil olaraq sonuncunun anası Banu tərəfindən guya onun ünvanına qarşı naylayıq söyüş söyməsinin bəhanə gətirərək onun üstünə hüçüm edib və ictimai yerdə, küçədə səs-küy salaraq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayıb ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib heç bir əsaslı səbəb olmadan sonuncunun ünvanına nalayiq söyüşlər işlədərək əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs zor tətbiq edərək sifət nahiyəsinə, sağ bud və sağ baldırına endirmiş, nəticədə Zərərçəkmiş şəxs sifətin sağ yarısının sıyrığı, sağ budun qançırı, sağ baldırın hematoması (yumşaq toxumaların arasına qan yığılması) kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs qarşı qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, güllərin əkilib-becərilməsi və onların satışı işi ilə məşğul olur. Zərərçəkmiş şəxs isə təxminən iki ildən çoxdur ki, “Facebook” sosial şəbəkəsində yaradılan “Banu” adlı qrupun yaradıcısının qızı kimi tanıyır. Onunla həmin qrupun yaradıcısı arasında gül alqı-satqısı olmuş və onlar bir-birinə gül alıb vermişdirlər. Bu alqı-satqını isə onlar həmin qrupun yaradıcısının qızı Zərərçəkmiş şəxs vasitəsilə həyata keçirmişdirlər. Sonuncu dəfə təxminən 2021-ci ilin yay aylarında o, Zərərçəkmiş şəxs anasının sifariş etdiyi gülləri vermiş və bu alqı-satqının nəticəsində Sevincin anasının ona 150 manat məbləğində pul borcu yaranmışdır. Həmin borcu ödəmək məqsədilə Sevincin anası ondan bir qədər vaxt istəsə də, həmin xanım ona olan borcunu vaxtında ödəməmiş, eləcə də onu “Facebook” sosial şəbəkəsində təhqir etmişdir. Bundan sonra o, həmin borcu tələb etmək məqsədilə Zərərçəkmiş şəxs işlədiyi ünvan 4 ünvanda yerləşən ev alqı-satqı məntəqəsinə gələrək Sevincə anasının onu təhqir etməsini bildirmiş və ona olan 150 manat məbləğində borcu qaytarmasını tələb etmişdir. Bu zaman Zərərçəkmiş şəxs anasını mobil telefonu ilə görüntülü yığmış, həmin vaxt o Sevincin anasına münasibətdə nalayiq ifadələr işlətmiş və bu səbəbdən mübahisə yaranmışdır. Bundan sonra Zərərçəkmiş şəxs onun üzərinə gəlmiş və o isə özünü müdafiə etmək məqsədilə onu sinəsindən itələmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Hadisə zamanı orada yalnız o, Sevinc və həmin ev-alqı satqı məntəqəsinin müdiri olmuş və həmin şəxs Sevinci yıxıldığı yerdən qaldırmışdır. Bundan sonra Sevinc ona barəsində polisə müracət edəcəyini bildirmiş, o isə Sevincin hirsinin soyuması üçün ofisi tərk etmiş və bir daha onu narahat etməmişdir. Mübahisə təxminən 10 dəqiqə ərzində davam etmiş və ətrafda çox səs-küy olmamış, lakin məhkəmə iclasında deyə bilməyəcəyi nalayıq ifadələri işlətmişdir. Son olaraq zərərçəkmiş şəxslə barışdığını nəzərə alaraq onun barəsində olan cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda yerləşən ev alqı-satqı məntəqəsində qeydiyatçı işləyir. Təqsirləndirilən şəxs bir neçə dəfə onun işlədiyi ofisə gəldiyi zaman görmüş, aralarında qısa, lakin xoş ünsiyyət olmasına baxmayaraq şəxsi münasibətləri yaranmamışdır. 14 aprel 2022-ci il tarixdə saat təxminən 16:00 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi ev alqı-satqı məntəqəsinə gəlmiş və ona yaxınlaşaraq guya anası Banu tərəfindən təhqir edildiyini bildirmişdir. Bu zaman o Gülmirəyə onun Banu adında anasının olmadığını ümumiyyətlə Banu adında şəxsi tənimadığını bildirmiş, bundan sonra isə, məsələni aydınlaşdırmaq məqsədi ilə anası Suvarxatunu mobil telefonu vasitəsi ilə görüntülü yığmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs isə onun anasını vücudu barədə nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. O Gülmirənin bu hərəkətlərinə öz etirazını bildirdikdə isə Gülmirə onun əlindən telefonunu alaraq yerə atmışdır. Bundan sonra Təqsirləndirilən şəxs əl və ayaq zərbələri ilə onun sifət nahiyəsinə, sağ bud və sağ baldırına xəsatər yetirmiş, əlavə olaraq saçından tutub və digər əlinin dırnağı ilə isə onun sifət nahiyəsinə cırmaqla xəsarət yetirmiş, o isə yerə yıxılmışdır. Həmin vaxt orada ondan və Təqsirləndirilən şəxs başqa ofisin müdiri Şahid olmuşdur. O, xəsarət alması səbəbilə AR DİN-nin 102 xidmətinə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, anası Təqsirləndirilən şəxs təhqir etməmiş və ondan gül almamış, əksinə, onlar Gülmirəyə gül vermişlər və anasının Gülmirəyə Həsənovaya 150 manat məbləğində borcu olmamışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, mübahisə zamanı işlədiyi ofisin qapısı açıq olmuşdur, həmçinin işlədiyi ofisin sahəsi çox kiçik olduğundan orada iki-üç adamın olduğu təqdirdə ofisin qapısının bağlı olması mümkün deyildir. Son olaraq ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, ünvan 6 ünvanında yerləşən ev alqı-satqı məntəqəsinin müdiridir. Zərərçəkmiş şəxs təxminən 17 ildir ki, onunla birlikdə həmin alqı satqı məntqəsində qeydiyatçı işləyir. Suvarxatun xanımı isə Zərərçəkmiş şəxs anası kimi tanıyır. 14 aprel 2022-ci il tarixdə, saat 16:00 radələrində müdiri olduğu alqı-satqı məntəqəsində olduğu zaman, əvvəllər tanımadığı, sonradan adının X3 olduğunu öyrəndiyi bir nəfər şəxs əsəbi halda onların işlədiyi ofisə daxil olaraq Sevincə yaxınlaşmış və Sevincə anasının onu təhqir etdiyini bildirmişdir. Sevinc məsələni aydınlaşdırmaq üçün anası Suvarxatunu mobil telefonundan görüntülü yığdığı zaman Gülmirə onlara qarşı təhqiramiz ifadələr işlətmiş və mübahisə yaranmışdır. Bundan sonra Gülmirə Sevincin üzərinə hücum edərək əli ilə onun saçından tutmuş və ətrafda olan əşyalar dağılmış, Sevinc yerə yıxılmış, telefonu isə əlindən yerə düşmüşdür. Mübahisə zamanı Gülmirə təhqiramiz və nalayıq ifadələr işlətmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs ayırmışdır. Mübahisə təxminən 3 dəqiqə ərzində davam etmiş, bu zaman orada o, Sevin Həzrətquliyeva və Təqsirləndirilən şəxs olmuş, səs-küyə isə beş-altı nəfər adam yığışmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanda yerləşən evlərin alqı satqı məntəqəsində 14 aprel 2022-ci il tarixdə təxminən saat 16 radələrində Təqsirləndirilən şəxs ilə aralarında yaranmış şəxsi münasibətlərinin pozulması səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs tərəfindən onu söyüb təhqir edərək, Təqsirləndirilən şəxs əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs zor tətbiq edərək sifət nahiyəsinə, sağ bud və sağ baldırına vuraraq xəsarət yetirdiyi yeri, yəni ünvan 6 ünvanda yerləşən evlərin alqı satqı məntəqəsini əyani olaraq göstərməklə baxış protokol tərtib edilmiş və fotoşəkil çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 13-14) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 18 aprel 2022-ci il tarixli, 355 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər-sifətin sağ yarısının sıyırığı, sağ budun qançırı, sağ baldırın hematoması (yumşaq toxumalarının arasına qan yığılması) küt əşyanın (əşayların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 14 aprel 2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. (i.v. 19-21) “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” 26 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları aydınlaşdırmaq məqsədi ilə ifadəsini yerində yoxlanılarkən Təqsirləndirilən şəxs tərəfindən əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs zor tətbiq edərək sifət nahiyəsinə, sağ bud və sağ baldırına vuraraq ona xəsarət yetirməsi yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. (i.v. 56-60) 25 fevral 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək hadisə vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən əl və ayaq zərbələri ilə sifət nahiyəsinə, sağ bud və sağ baldırına qəsdən vuraraq ona xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirmişdir. (i.v. 125-128) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi, yəni Zərərçəkmiş şəxs itələyib yıxsada hər hansı ictimai qaydanı pozmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxs və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 12 yanvar 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 79-80) “Axtarışda olan şəxsin müəyyən edilərək tutulması barədə” 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00 radələrində saxlanılmışdır. (i.v. 89) “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 25 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. (i.v. 131-133) “Müvəqqəti saxlama yerindən azad edilməsi və qətimkan tədbiri seçilməsi haqqında” 25 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 134-135) Zərərçəkmiş şəxs tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını, Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs məhz islah işləri cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək olan həbsdə saxlanıldığı 01 (bir) gün müddətin bir günü ona təyin ediləcək islah işləri cəzasının 04 (dörd) gününə hesablanmaqla cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 03 (üç) ay müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutulduğu 24 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək olan 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü islah işlərinin dörd gününə bərabər olmaq hesabı ilə 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 (on) faiz pul tutulmaqla 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar