Məhkəmə qərarları › İş №1(004)-227/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-227/2024

26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-227/2024 26.12.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 11:10 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, X1, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 14 avqust 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 14-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə «Bina.az» internet səhifəsində Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən «London evləri» kimi tanınan yaşayış kompleksindəki özünə məxsus olmayan mənzillərin birinin fotoşəkillərini çəkib, internet səhifəsində yerləşdirərək həmin mənzilin özünə məxsus olmaqla satışa qoyulması ilə bağlı yalan məlumatlar yazıb, həmin mənzilin alınması ilə bağlı ona zəng etmiş Zərərçəkmiş şəxs2 özünü «Elşən» adı ilə təqdim edərək, mənzili satmasına dair Zərərçəkmiş şəxs2 yalan vədlər verməklə, beh olaraq 1000 manat pul istədikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə 06 aprel 2023-cü il tarixdə, Zərərçəkmiş şəxs2 ilə Bakı şəhəri, Nəsimi rayonu, X4 251 ünvanında görüşüb, 500 manat, 12 aprel 2023-cü il tarixdə ünvan 11 qarşısında görüşüb, 500 manat pulunu alaraq, ələ keçirib, sonradan verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə «Bina.az» internet səhifəsində ünvan 2 ünvanda yerləşən yaşayış kompleksindəki özünə məxsus olmayan mənzillərin birinin fotoşəkillərini çəkib, internet səhifəsində yerləşdirərək həmin mənzilin özünə məxsus olmaqla satışa qoyulması ilə bağlı yalan məlumatlar yazıb, həmin mənzilin alınması ilə bağlı ona zəng etmiş Zərərçəkmiş şəxs1 özünü «Vidadi» adı ilə təqdim edərək, mənzili satmasına dair Zərərçəkmiş şəxs1 yalan vədlər verməklə, 30 aprel 2023-cü il tarixdə sonuncu ilə görüşüb yaşayış kompleksindəki binanın 12-ci mərtəbəsindəki mənzilin qapısının açıq olmasından istifadə edərək, həmin mənzili özününkü kimi göstərib, satışı ilə bağlı Zərərçəkmiş şəxs1lə razılaşdıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə ilk əvvəl həmin ünvanda beh olaraq Zərərçəkmiş şəxs1 500 manat, Ol. may 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti 19 saylı ünvanın qarşısında görüşüb, sonuncudan beh kimi 1000 manat pulunu alaraq, ələ keçirib, sonradan verdiyi vədə əməl etməyərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək qeyd etmişdir ki, 2016-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri Nəsimi Rayon Məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. Bundan sonra, cinayət hadisəsi törətməmiş, müxtəlif yerlərdə işləmiş, həmçinin taksi fəaliyyəti ilə məşğul olaraq dolanışığını təmin etmişdir. 2023-cü ilin əvvəllərində maddi dolanışığında çətinliklər yaranmış, buna görə də hansısa yola pul qazanmaq istəmişdir. O, həmin vaxt istifadəsində olan mobil telefonla “Bina.az” saytına daxil olaraq Bakı şəhərində satışda olan mənzillərə baxmağa başlamışdır. Bu zaman qarşısına ünvan 3 ünvanında yerləşən «London evləri» kimi tanınan yaşayış kompleksində mənzil çıxmışdır. Mənzil sahbinin xatırlamadığı mobil nömrəsi ilə əlaqə saxlayıb satışda olan mənzillə maraqlandığını bildirmiş, elə həmin günü mənzil sahibi ilə görüşərək Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi 251 ünvanında yerləşən «London evləri» kimi yaşayış kompleksinə getmişdir.Həmin kompleksin 4-cü mərtəbəsinə qalxmış, lakin mənzilin nömrəsini hazırda xatırlamamışdır. Mənzil sahibi ilə mənzilə daxil olub mənzilə baxmış, guya almaq istədiyini bildirmişdir. Lakin ona demişdir ki, tnənzili alacağı barədə düşünüb ona bir cavab verəcəkdir. Onun belə bir üsuldan istifadə etməyi ondan ibarət olmuşdur ki, həmin yaşayış kompleksində guya özünə məxsus mənzili satacağı ilə bağlı hər hansı bir müştəridən beh alan zaman, guya satacağı mənzili müştəriyə göstərən zaman yaşayış kompleksində işləyən şəxslər onu artıq tanımış olsunlar. Bundan sonra yaşayış kompleksini tərk edərək getmiş, sonrakı gün əvvəllər kirayə yaşadığı mənzilin açarını, bundan əlavə 1 ədəd də açar taparaq həmin kompleksə getmişdir ki, həmin açarlarla mənzilləri yoxlasın. Həmin kompleks yeni təhvil verilmiş, hələlik orada heç bir yaşayış yoxduri, mənzil sahibləri mənzilləri hələ təmir etdirir. Yaşayış kompleksinə daxil olub 7-ci blokun qarşısına getmiş, 2-ci mərtəbədən başlayaraq mənzilləri yoxlamış, 4-cü mərtəbəyə çatdıqda 19 saylı mənzilin üzərində olan açarlarla qapını yoxladıqda mənzil açılmışdır. İçəri daxil olduqda görmüşdür ki, mənzildə təmir işləri gedir.O, heç bir şeyə əl vurmayaraq mənzilin şəkillərini çəkib oranı tərk etmişdir. Daha sonra elə həmin günü istifadəsində olan mobil telefonla «Bina.az» saytına girərək mənzilin şəkillərini elan kimi ora yerləşdirmişdir. Həmin vaxtı işlək vəziyyətdə olan 055 ***-**-** saylı mobil nömrəni əlaqə kimi elana qoymuş, öz adını da «Elşən» kimi qeyd etmişdir.Həmçinin bildirmişdir ki, mənzilin lahiyyəsini internet vasitəsi ilə çıxararaq 117 kv m olduğunu bilmiş və elana da o cür qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə bir nəfər tanımadığı, sonradan adını Zərərçəkmiş şəxs2 kimi bildiyi şəxs ona zəng vuraraq mənzillə maraqlanmışdır. Danışığa əsasən həmin günü Nəsimi rayonu, Ak.Həsən Əliyev küçəsi 251 ünvanında yerləşən «London evləri» kimi yaşayış kompleksində görüşərək 7-ci blok, 4-cü mərtəbədə yerləşən 19 saylı mənzilə qalmışlar.Mənzili Elvin adlı şəxsə göstərək 180.000 manata çatdığını demişdir. Mənzil Elvinin xoşuna gəlmiş, onunla söhbət edib mənzilin 170.000 manata satılmağı barədə razılığa gəlmişlər.Elə həmin mənzildə Zərərçəkmiş şəxs2 ona beh olaraq 500 manat pul vermiş və demişdir ki, beh kimi 1000 manat pul vermək istəyir, lakin üzərində 500 manat olduğundan həmin pulu verəcəyini, bir neçə gündən sonra onunla görüşüb qalan 500 manat pulu beh kimi verəcəkdir. Danışıq zamanı o, Elvinə demişdir ki, guya evin sənədlərini çıxarış alınması üçün müvafiq yerlərə təqdim etmişdir.24 aprel 2023-ci il tarixdə alqı-satqı etmələri barədə razılığa gəlmiş və oranı tərk edib getmişlər. 12 aprel 2023-cü il tarixdə o, Elvinlə mobil telefonla əlaqə saxlayıb Elvindən 500 manat beh kimi qalan pulu istəmiş, Elvin də onunla razılaşmışdır. 12 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 ilə ünvan 4 ünvanında görüşərək 500 manat əlavə olaraq beh kimi pul almış, beləcə Elvinlə ümumilikdə 1000 manat pul almış olmuşdur.Elə həmin günü ***-***-**-** saylı mobil nömrəni üzərində olan mobil telefonun nömrə yerindən çıxararaq atmışdır.ünvan 5 ünvanında yerləşən «London evləri» yaşayış kompleksi 7-ci blok, 4-cli mərtəbədə yerləşən 19 saylı mənzilin sahibini tanımamışdır. Bundan başqa o, ifadəsində göstərmişdir ki, 2023-cü ilin aprel ayının sonralarında o, yenə də maddi imkanı zəif olduğundan dələduzluq emək qərarına gəlmişdir. Eyni ilə həmin vaxt istifadəsində olan mobil telefonla «Bina.az» saytına daxil olaraq Bakı şəhərində satışda olan mənzillərə baxmağa başlamışdır.Bu zaman qarşıma ünvan 6 ünvanda hündür mərtəbəli yaşayış binasında satışda olan mənzil çıxmışdır. Mənzil sahibinin xatırlamadığı mobil nömrəsi ilə əlaqə saxlayıb satışda olan mənzillə maraqlandığını bilmişdir.2023-cii ilin aprel ayının sonlarında Nəsimi rayonu Ceyhun Hacıbəyli 83/85 saylı ünvana gəlib adını hazırda xatırlamadığı mənzil sahibi ilə görüşmüş, həmin yaşayaş binasının 2-ci blokuna daxil olub 12-mərtəbədə yerləşən mənzilə daxil olmuşdur.Mənzil sahibi ilə həmin mərtəbədə yerləşən mənzilə daxil olub mənzilə baxıb guya almaq istədiyini bildirmişdir.Lakin həmin şəxsə demişdir ki, mənzili alacağı barədə düşünüb ona bir cavab verəcəkdir.Onunbelə bir üsuldan istifadə etməyi ondan ibarət olmuşdur ki, həmin yaşayış kompleksində guya özünə məxsus mənzili satacağı ilə bağlı hər hansı bir müştəridən beh alan zaman, guya satacağı mənzili müştəriyə mənzili göstərən zaman yaşayış binasında işləyən şəxslər onu artıq tanımış olsunlar. Bundan sonra yaşayış binasını tərk edərək getmişdir.29 aprel 2023-cü il tarixdə Nəsimi rayonu Ceyhun Hacıbəyli 83/85 saylı ünvanda hündür mərtəbəli yaşayış binasına gedərək 2-ci bloka daxil olub 12-ci mərtəbəyə qalxaraq üzərində olan 2 ədəd açarlarla mənzilləri yoxlamağa başlamışdır.Həmin mərtəbədə yerləşən 48 saylı mənzilin qapısını təsadüfən üzərindəki açarla açıb içəri daxil olduqda görmüşdür ki, mənzildə təmir işləri gedir. O,heç bir şeyə əl vurmayaraq mənzilin şəkillərini çəkib oranı tərk etmişdir. Daha sonra elə həmin günü istifadəsində olan mobil telefonla «Bina.az» saytına girərək mənzilin şəkillərini elan kimi ora yerləşdirmişdir.Həmin vaxtı işlək vəziyyətdə olan ***-***-**-** saylı mobil nömrəni əlaqə kimi elana qoymuş, öz adınıda «Vidadi» kimi qeyd etmişdir.Həmçinin bildirmişdir ki, mənzilin lahiyyəsini internet vasitəsi ilə çıxararaq 97 kv m olduğunu bilmiş və elana da o cür qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə bir nəfər tanımadığı, sonradan adını Zərərçəkmiş şəxs1 kimi bildiyi şəxs ona zəng vuraraq mənzillə maraqlanmışdır.Danışığa əsasən həmin günü Nəsimi rayonu Ceyhun Hacıbəyli 83/85 saylı ünvanda hündür mərtəbəli yaşayış binasında görüşərək 48 saylı mənzilə gəlmişdir. Mənzili Vüqar adlı şəxsə göstərək 165.000 manata satdığını demiş, mənzil Vüqarın xoşuna gəlmişdir. Onunla söhbət edib mənzilin 156.500 manata satılmağı barədə razılığa gəlmişlər.Elə həmin mənzildə Vüqar ona beh olaraq 500 manat pul vermiş, Vüqar demişdir ki, beh kimi sabah, yəni 01 may 2023-cü il tarixdə də əlavə olaraq da 1000 manat pul verəcədir. Həmçinin Vüqar ondan evin sənədlərini ona göstərməyini xahiş etmiş, bundan sonra ayrılıb getmişlər.Ol may 2023-cü il tarixdə Vüqara zəng vurub onunla ünvan 7 ünvanın qarşısında görüşmüş və Vüqar ona əlavə olaraq 1000 manat beh kimi pul vermişdir. Aralarında danışmışlar ki, 05 may 2023-cü il tarixdə mənzilə dair aralarında alqı-satqı müqaviləsi bağlanmışdır.O,həmin vaxtı Vüqara internet vasitəsi ilə çıxardığı 97 kv m mənzilin lahiyyəsini göstərmiş və Vüqar ona inanmışdır.03 may 2023-cü il tarixdə pulu olmadığından Vüqarla əlaqə saxlayıb ondan 500 manat pul istəmişdir ki, beh kimi ona versin, evə dair alqı-satqı edən zaman mənzilin pulundan çıxar. Lakin o, Vüqara zəng vuran zaman özünü bilmədən ona Rövşən kimi təqdim etmişdir. O, da yalan olaraq Vüqara bildirmişdir ki, guya mənzil Vidadinin adınadır, onun adı Rövşəndir və Vidadinin qohumudur. Lakin Vüqar artıq ondan şübhələnmişdir. 04 may 2023-ci il tarixdə Vüqarla danışıb Bakı şəhəri, Nəsimi rayonu «Koroğlu» parkında görüşən zaman Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları onu saxlamışlar. O, Nəsimi rayonu Ceyhun Hacıbəyli 83/85 saylı ünvanda hündür mərtəbəli yaşayış binasının 2-ci blok, 12-ci mərtəbədə yerləşən 48 saylı mənzilin kimə məxsus olmasını bilməmiş, etdiyi əməldən peşmandır, maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməmişdir. İfadəsinin sonunda törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəzanın seçilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində götsərmişdir ki, xx.xx.2023-cti il tarixdə ev almaq üçün «Bina.az» internet saytında satışda olan ev elanlarına baxdığı zaman bir ev bəyənmiş və həmin elanda adını «Vidadi» kimi qeyd edən ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, telefon söhbəti zamanı evə necə baxa biləcəyini soruşduqda, özünü «Vidadi» kimi təqdim edən şəxs ona saat 18:00 radələrində ünvan 8 ünvanın qarşısında görüşməyi bildirmişdir.Həmin günü saat 18:00 radələrində adını «Vidadi» kimi təqdim edən, lakin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə onun dediyi ünvanda görüşüb mənzilə baxmaq üçün binaya daxil olmuşlar.Bundan sonra həmin binanın 2-ci blok, 12-ci mərtəbə, mənzil 48 saylı ünvanın qapısmı açaraq içəri daxil olmuş və evə baxdıqdan sonra, evi almaq üçün 156.500 manata razılaşdıqdan sonra həmin şəxs ondan beh istəmişdir. O da 1500 manat pul verəcəyini bildirib, 500 manatı Təqsirləndirilən şəxs vermiş, sənədlərə baxmaq və 1000 manat pulu vermək üçün xx.xx.2023-cLi il tarixdə görüşəcəklərini danışıb oradan çıxıb getmişdir. xx.xx.2023-cLi il tarxidə Rövşən Əlizadə ilə ünvan 9 ünvanda görüşdük, orada Təqsirləndirilən şəxs evin sənədlərim ona göstərmiş və o da həmin sənədlərə baxdıqda sənədlərin yerində olduğunu görüb Rövşənə danışdıqları 1000 manat pulu vermiş,orada razılaşmışlar ki, xx.xx.2023-cü il tarixdə mənzili alqı-satqı etsinlər. xx.xx.2023-cü il tarixdə Rövşən ona zəng edərək əlavə olaraq 1000 manat pul istəmiş və o ada sabah görüşüb vərəcəyini bildirmişdir. Bundan sonra o, Rövşənin danışığından şübhələnib ünvan 10 ünvana gedib orada satışda olan 2-ci blok, 12-ci mərtəbə, mənzil 48 saylı ünvanın sahibinin Vidadi və ya Rövşən olduğunu soruşduqda ona həmin mənzilin onların adına olmadığı, lakin həmin mənzil "İnvest Residence" şirkətinin balansında olduğunu bildirildiyi zaman Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə aldanılaraq 1500 manat pulunun ələ keçirildiyini başa düşmüşdür. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və qanunverciliyə uyğun olaraq cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ev almaq üçün «Bina.az» internet saytında satışda olan ev elanlarına baxdığı zaman bir evi bəyənmiş və həmin elanda adını «Elşən» kimi qeyd edən şəxsin mobil nömrəsi ilə əlaqə saxlamış, telefon söhbəti zamanı evə necə baxa biləcəyini soruşduqda, özünü «Elşən» kimi təqdim edən şəxs onu Bakı şəhəri, Nəsimi rayonu ərazisində Avrasiya Hospitalı ilə üzbəüz yerləşən «london evləri» kimi tanman yerə dəvət etmişdir. Həmin adnı «Elşən» kimi təqdim edən, lakin sonradan adının X2 olduğunu bildiyi şəxslə dediyi ünvanda görüşüb mənzilə baxmaq üçün binaya daxil olmuşlar. Bundan sonra həmin şəxs ona mənzili, göstərmiş, mənzil 7-ci blok, 4-cü mərtəbədə yerləşmiş və nömrəsi 19 olmuşdur. Mənzili bəyəndiyi üçün həmin mənzili 170000 manata almağı ilə bağlı adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə razılaşmış və sonuncu ondan 1000 manat beh istəmişdir. Orada olarkən o, 500 manat pul vermiş və razılaşmışlar ki, qalan 500 manatı yaxın günlərdə verəcək, həmçinin xx.xx.2023- cü il tarixdə alqı-satqı edəcəklər. Bundan sonra oradan ayrılıb getmişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona zəng vuraraq qalan 500 manat pulu istədikdə, sonuncu ilə həmin gün ünvan 11 qarşısında görüşmüşlər. Orada 500 manat pulu Təqsirləndirilən şəxs vermiş və razılaşdıqları kimi xx.xx.2023-cü il tarixdə alqı-satqı edəcəklər. Həmin vaxt o, Təqsirləndirilən şəxs mənzilin açarını götürmüş və sonradan həmin mənzilə baxmaq üçün getdikdə orada kənar şəxslərin olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs zəng vursa da mobil nömrəsinə zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, mənzil Təqsirləndirilən şəxs deyil, sonuncu özünü ona «Elşən» kimi təqdim edərək onunmənim 1000 manat pulunu ələduzluq yolu ilə ələ keçirmişdir. Bu səbəbdən polisə şikayət etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, ona vurulmuş zərər ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və qanunverciliyə uyğun olaraq cəzalandırılmasını xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciətləri əsasında toplanmış materiallar üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (İ/V. 1). xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə yeri ünvan 8 ünvanının qarşısıdır. (İ/V. 10-11). xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. (İ/V. 69-70). xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V. 81-82). İfadənin yerində yoxlanılması istintaq hərəkəti protokolundan görünür ki, X2 tərəfindən Zərərçəkmiş şəxs2 məxsus 1000 manat pulun 500 manatını Bakı şəhəri, Nəsimi rayonu, X4 251 ünvanında, 500 manat pulu isə ünvan 11 qarşısında, həmçinin Zərərçəkmiş şəxs1 məxsus 1500 manat pulun 500 manatının ünvan 2 ünvanda, 1000 manatını isə ünvan 12 ələ kesirməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs souncu dəfə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il taıixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 188.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 3000 manat cərimə cəzasına məhkum edilmiş. xx.xx.2017-ci il tarixdə Bakı Apellasiya Məhkəməsinin qərarı ilə AR.CM-nin 69.4-cii maddəsinə əsasən xx.xx.2016-cı il tarixli hökmü dəyişdirilib 2800 manat cərimə zazaı ilə əvəz olunmuş, xx.xx.2020- ci il tarixdə Bakı şəhər, Xətai rayonu məhkəməsinin qərarı ilə cərimə cəzası 01 il azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhər, Xətai rayonu, Məhkəməsinin qərarı ilə AR.MM-nin xx.xx.2021 -ci il tarixli aministiya qərarının 2.5-ci bəndinə əsasən azadlığın məhdudlaşıdırılması cəzasından azad edilmişdir. (İ/V. 96- 98). xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və eyni zamanda cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmişdir. (İ/V. 100-101). "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli DGC-003/01/24 saylı məktubundan görünür ki, 055-223- 50-35 saylı mobil nömrəsindən 28 aprel 2023-cii il saat 22:16 tarixində Nəsimi rayonu, C.Hacıbəyli küçəsi ünvanında 165000 manat dəyrəində 16 mərtəbəli binanının 12ci mərtəbəsində 97 kv/m, 2 otaqlı podmayak mənzil elanı yerləşdirilmişdir. Elanda qeyd edilən e-mail ünvanı - mailto:isina.baki-74@mnai.comElektron ünvan 1 İP: 188.253.234. ***-***-**-** saylı mobil nömrəsindən 11 aprel 2023-cti il saat 19:49 tarixində ünvan 13 ünvanında 180000 manat dəyrəində 8 mərtəbəli binanının 4-cti mərtəbəsində 112 kv/m, 2 otaqlı podmayak mənzil elanı yerləşdirilmişdir. Elanda qeyd edilən e-mail ünvanı - İsma.bakı-mailto:%2074@mnai.comElektron ünvan 2. İstifadəçi bu elanı mailto:haci0bak.i4@mnail.comElektron ünvan 3 təkrar yerləşdirməyə cəhd etsə də sistem sayt qaydalarına uyğun olaraq ödəniş tələb etdiyindən elan qəbul edilməmiş və 7 gün sonra avtomotik ləğv edilmişdir. .İP:94.20.21.210.198. xx.xx.2024-cü il tarixli “Tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 yanvar 2024-cü il tarixdə saat 16:30-dan tutulmuşdur. (İ/V. 197). xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmişdir. (İ/V. 223-226). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-227/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Yasamal RPİ CAŞ əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Elektron məhkəmə informasiya sistemində olan məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cü il təvəllüdlü Əlizadə Ceyran adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, ailənin yeganə gəlir gətirən şəxsi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, məhkəmə hesab edir ki, himayəsində bir yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirən şəxsi olması barəsində daha ağır cəzanın seçilməsi onun himayəsində olan ailə üzvlərinin həyat şəraitinin çətinləşməsinə, uşağının təlim-tərbiyəsinə mənfi təsir göstərməsinə gətirib çıxaracağı baxımından məqsədə müvafiq hesab edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, vurulmuş ziyanın məbləğinin 2500 manat təşkil etməsi, hazıradək təqsirləndirilən şəxsin 02 aydan artıq bir müddətdə cəmiyyətdən təcrid olunmuş vəziyyətdə yəni həbsdə olmasını, himayəsində yetkinlik yaşına çatmayan uşağının olması halı nəzərə alınmadan təqsirləndirilən şəxsə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsi şəxsin islah edilməsinə xidmət edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə elə bir cəza təyin edilməlidir ki, onlar həmin cəzanı çəkdikdən sonra normal cəmiyyətə qayıdaraq inteqrasiya edə bilsin və öz yararlığını cəmiyyətə tətbiq edə bilsin. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 yanvar 2024-cü il tarixdən 16 yanvar 2024-cü il tarixədək tutukduğu 02 gün müddət, eləcə də xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 ay 19 gün müddət olmaqla cəmi 02 ay 21 gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 14 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 fevral 2024-cü il tarixli, 1(004)-227/2024 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 20 fevral 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 14 yanvar 2024-cü il tarixdən 16 yanvar 2024-cü il tarixədək tutukduğu 02 gün müddət, eləcə də xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 ay 19 gün müddət olmaqla cəmi 02 ay 21 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 14 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, haqqında “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar