Məhkəmə qərarları › İş №1(004)-228/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-228/2020

03.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-228/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlu, Adıgözəlov Füzuli Qəşəm oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsindən daxil olmuş materialları nəzərdən keçirib, MÜƏYYƏN ETDİ : Adıgözəlov Füzuli Qəşəm oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 tərəfindən verilmişxüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Lakin Nərimanov Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli, 1(005)-262/2020 nömrəli qərarla həmin xüsusi ittiham qaydasında şikayət ərizəsini ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. İşin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Nərimanov Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə bağlı fikir ayrılığı yaranır. Belə ki, xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, böhtan hesab edilən məlumatlar “tezadlar.az” internet xəbər portallarında və “1Xeber.az”, “kanal24.az” və “Xural TV” internet televiziyalarında yayımlamışdır. Müvafiq matertiallardan isə görünür ki, ərizədə göstərilən xüsusatlar barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Adıgözəlov Füzuli Qəşəm oğlu tərəfindən yayılması ehtimal edilən böhtan xarakterli məlumatlar “tezadlar.az” internet xəbər portalı vasitəsilə xx.xx.2019-cu il tarixdə, “1Xeber.az” internet televiziyası vasitəsilə xx xxxx 2020-ci il tarixdə yayımlanmışdır. Lakin ərizədə qeyd edilən məlumatların “kanal24.az” və “Xural TV” vasitəsilə yayımlanması vaxtı müəyyən edilməmişdir və bu barədə xüsusi ittihamçı X3 tərəfindən heç bir sübut təqdim edilməmişdir. Nərimanov Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli, 1(005)-262/2020 nömrəli qərarı ilə müəyyən etmişdir ki, X3 şikayətdə adı çəkilən internet informasiya ehtiyatlarının hüquqi ünvanları barədə sübutlar təqdim edilməmişdir. Digər tərəfdən, X2 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışlardan və “Elektron Məhkəmə Sistemi”ndə yerləşdirilmiş məlumatlardan göründüyü kimi: “1 Xəbər.az” internet saytının “youtube” kanalı üzərindən yayımlandığı; “xxxxxxxxxxx” MMC internet xəbər saytının hüquqi ünvanının ünvan 1 “Təzadlar.az” internet xəbər saytının hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə və şikayətin verilməsinə əsas olan sonuncu çıxışın yerləşdirildiyi “xxxxxxxxxxxx” MMC internet xəbər saytının üzərindən yayımlanmış “Xural Xəbər TV”-nin hüquqi ünvanının ünvan 3 məhəllə olduğundan şikayətin ərazi üzrə məhkəmə aidiyyəti Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə aid olmadığı göstərilir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(005)- 262/2020 nömrəli qərarında göstərdiyi, şikayətin verilməsinə əsas olan sonuncu çıxışın yerləşdirildiyi “Xural Xəbər TV” saytında yayımlanmış müsahibənin “xxxxxxxxxxxx” MMC internet xəbər saytının üzərindən yayımlanması göstərilmişsə də, lakin iş materiallarına əlavə edilmişdir “Xural Xəbər TV” saytında yayımlanmış müsahibənin video görüntülərini özündə əks etdirən diskdəki müsahibə yayımlanan zaman subtitrlarda əks olunan məlumatdan görünür ki, “VÖEN **********” və “Xural TV”-nın bütün videoları “youtube” saytının vasitəsi ilə yayımlanır. “VÖEN **********” X1 (xural.com satının baş redaktoru) məxsusdur, ünvan isə Bakı şəhəri, Nərimanov rayonu, X4, ev 47, mənzil 13-dür. Bu nəzərə alınmadıqda isə “Youtube” video portalı vasitəsilə yayımlanıb. Belə olduğu təqdirdə “Youtube” portalı Azərbaycanda qeydiyyatdan keçməsi barədə sübut yoxdur. Ümumiyyətlə “Xural TV”-nin hüquqi ünvanının Yasamala aid olmasına dair rəsmi sənəd əlavə edilməmişdir. “1 Xəbər.az” internet saytının “youtube” kanalı üzərindən yayımlandığından və həmin kanalın hüquqi ünavanı xaricdə qeydiyyatda olduğundan; “xxxxxxxxxxx” MMC internet xəbər saytının hüquqi ünvanının ünvan 1 “Təzadlar.az” internet xəbər saytının hüquqi ünvanının Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529-cu məhəllə, “Xural TV”-nin hüuqiq ünavanını isə müəyyən etmək mümkün olmadığından böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində yaymış şəxsin yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılmalıdır. Hüquqi anlamda, ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində təşkilatın (hazırkı halda internet saytının, qəzetin, kütləvi informasiya vasitəsinin) “hüquqi ünvan”ı ilə, “əlaqə ünvan”ı və ya “faktiki yerləşdiyi ünvan”ı fərqli anlayışlardır. Bu anlayışlardan yalnız “hüquqi ünvan” hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində əhəmiyyətə malikdir. Hazırkı işin ərazi aidiyyətinin müəyyən edilməsində təşkilatın “hüquqi ünvanı” hüquqi əhəmiyyət kəsb edir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən Nərimanov Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli, 1(005)-262/2020 nömrəli qərarında göstərilən əsaslarla razılaşıla bilinməz. Ona görə ki, Ali Məhkəmə Plenumunun xx.xx.2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində ərazi aidiyyətinin müəyyən edilməsinə dair qeyd edilmişdir ki: - Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. - Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. - Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. - Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Göründüyü kimi Plenum qərarında hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin özünün hüquqi ünvanı başa düşülür, hansı ki, həmin ünvan müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş olsun. Şəxsiyyət vəsiqəsində də qeydiyyat ünvanı ünvan 6ərə əsasən KİV-in hüquqi ünvanı müəyyən edilımədikdə isə şəxsin yaşayış yeri üzrə baxılır.Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ olduğundan, həm şikayətçinin, həm də barəsində şikayət verilən şəxsin bu hüququnu təmin etmək üçün aidiyyət düzgün müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmə aidiyyəti ilə bağlı məhkəmələr arasında fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Beləliklə yuxarıda göstərilənlər işin ərazi aidiyyəti üzrə göndərilməsi barədə Nərimanov Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə bağlı fikir ayrılığının yaranmasına səbəb olmuşdur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Odur ki, məhkəmə aidiyyəti ilə bağlı yaranmış fikir ayrılığına hüquqi qiymət verilməsi üçün xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə material Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin77-cimaddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Adıgözəlov Füzuli Qəşəm oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə material ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün iş Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar