Məhkəmə qərarları › İş №1(004)-228/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-228/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-228/2021 13.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1982-ci il tarixində Lerik rayonu Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Lerik rayonu Lerik şəhəri Qarayev küçəsi ev 17-də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən satış məqsədi olamadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 17 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Yasamal Bazar" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdanndan artıq miqdarda bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində ümumi təmiz çəkisi 0,221 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin olan bükümü 10 manat ödəməklə əldə edib üzərində saxlamaqla daşımış və həmin tarixdə saat 10:25-də Yasamal rayonu Yeni Yasamal Ə.Əhmədov küçəsi ev 24 B-nin qarşısında Yasamal RPİ-nin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-yə gətirilmiş, orada üzərinə şəxsi axtarış və götürmə keçrilərkən əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümə bükülmüş içərisində ümumi təmiz çəkisi - 0,221 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 ay olar ki, narkotik vasitə olan heroindən yandırıb iyləmək yolu vaxt aşırı bədənində ağrılar olduğu üçün və ağrılan aradan qaldırmaq üçün qəbul edir. 17 aprel 2021-ci il tarixdə səhər saatlarında “Yasamal bazarı" adlanan əraziyə gedib, orada üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul ödəyərək şəxsi istifadəsi üçün 01 ədəd gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə narkotik vasitə heroin almış, narkotik vasitələri istifadə etmək üçün əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibinə qoyub üzərində saxlamış, özü ilə gəzdirərək istifadə etməsi üçün bədənində ağrılar olmasını gözləmiş, təxminən 40 dəqiqə sonra, yəni 17 aprel 2021-ci il tarixdə saat 10:25 radələrində Ə.Əhmədov küçəsi ev 24 B-nın qarşısında dayanan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Yasamal Rayon Polis idarəsinin X1 əməkdaşları olduqlarını bildirmiş, xidməti vəsiqələrini göstərdikdən sonra barəsində olan əməliyyataxtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş, daha sonra onun narkotik vasitələrin əldə olunması və istifadəsində şübhəli olduğu bildirilərək onu Yasamal RPl-nin inzibati binasına dəvət etmiş, polis əməkdaşları ilə razılaşaraq onlarla birlikdə Polis İdarəsinə gəlmiş, Polis İdarəsində xidməti otaqların birində dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilərək bu barədə bildiriş təqdim edilmiş, bundan sonra onun üzərinə şəxsi baxış keçirilməyə başlanılmış, şəxsi baxış keçirilən zaman ona üzərində olan qanunsuz əşyaların və narkotik vasitənin olub-olmaması, çıxarıb könüllü olaraq təqdim etməyi təklif olunmuş, bundan sonra o şəxsi istifadəsi üçün əldə etdiyi və əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş maddəni çıxarıb təqdim etmişdir. Eləcə də o, göstərmişdir ki, həmin 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri 17 aprel 2021-ci il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində yerləşən "Yasamal bazarı" adlanan ərazidə, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmiş, bundan başqa digər yerlərdə narkotik vasitə saxlamadığını, narkotik vasitə olan heroini yalnız istifadə etdiyini və heç vaxt satışı ilə məşğul olmadığını bildirmişdir. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələrin dövriyyəsi ilə Bakı şəhəri Yasamal rayonu ərazisində məşğul olması barədə məlumat daxil olmuşdur. 17 aprel 2021-ci il tarixdə saat 10:25-də tərəflərindən keçrilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri Qaradağ rayonu Puta qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs ünvan 2 ünvanının qarşısında saxlanılmış, həmin vaxt özlərini Təqsirləndirilən şəxs təqdim edib AR-DİN-nin Yasamal RPl-nin NMB-nin əməkdaşları olduqlarını bildirmiş, sonra ona qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib onu Yasamal RPl-yə gəlməsini təklif etmiş, o da onlarla razılaşmış və birlikdə Yasamal RPl-nin inzibati binasına gəlmiş, polis idarəsinin inzibati binasında X3 baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən Təqsirləndirilən şəxs dəvət olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər “Mərkəz" vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, sonra onların və müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman üzərində, yəni paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olması ehtimal etməyə kifayət qədər əsaslar olduğundan təhqiqatıçı tərəfindən «şəxsi axtarış və götürmə aparılması haqqında» qərar qəbul edilərək Yasamal RPl-nin inzibati binasında xidməti iş otaqlarının birində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin vaxt şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları və ya narkotik vasitəni könüllü olaraq çıxarıb təqdim etmək təklif edilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş maddəni çıxarıb könüllü təqdim edərək, 01 ədəd bükümün içərisindəki maddənin narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitələri 17 aprel 2021-ci il tarixdə səhər saatlarında Yasamal rayonu ərazisində yerləşən «Yasamal bazarı» adlanan ərazidə, adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilən zaman 01 ədəd bükümün içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesifik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə olması aşkar edilmiş, daha sonra müdafiəçinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə zərfə qoyulmuş, möhürlənmiş və imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə aparılarkən çəkiliş video görüntülər qeyd edilmiş 01 ədəd DVD diskə protokola əlavə olunmuş, protokol tərtib edildikən sonra ucadan oxunmuş, iştirakçılar tərəfindən heç bir irad və əlavə daxil olmadığından protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 eyni xususuatlar üzrə ifadə verərək Şahid1 göstərdiyi halları və faktları bir daha təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən tərtib edilmiş, Bakı şəhəri Yasamal RPİ-nin NMBnin baş əməliyyat müvəkkili polis mayoru Şahid1 və həmin bölmənin kiçik inspektoru polis serjantı Şahid2 oğlu, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış 17 aprel 2021-ci il tarixli, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız kəsiyinə bükülmüş tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni olaraq çıxarıb təqdim etmişdir (cild 1, səh.30-31). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 17.04.2021-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olununlar öz təsdiqini tapmışdır. Belə ki, iş üzrə maddi sübut kimi tanınmış DVD diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs üzərlərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs könüllü olaraq sağ əli ilə əynindəki açıq göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülmüş bükülünü təqdim edərək bildirir ki, həmin bükülünün içərisində narkotik vasitə vardır. Bundan sonra həmin gümüşü rəngli bükümə baxış keçirilərkən oradan qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və özünün təqdim etdiyi kütlədən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddəin nədən ibarət olması haqqında sual verilərkən sonuncu həmin maddəni polislər tərəfindən saxlanılmamışdan öncə “Yasamal Bazarı” adlanan yerdə üzdən tanıdığı şəxsdən 10 manata aldığını qeyd edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi kütlə zərfə qoyularaq qablaşdırılır, möhürlənir və zərf bütün iştirakçılar tərəfindən imzalanır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 17 aprel 2021 -ci il tarixli, 6/1509 saylı rəyi ilə təsdiq olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs" yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,221 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir. Heroinin tədqiqata sərf edildikdən sonra qalıq qalmış çəkisi - 0,171 qram təşkil edir (cild 1, səh. 38-43). İş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 aprel 2021-ci il tarixli, 1338 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, səh. 114-115). İş materiallarında olan 17 may 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 17 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə barədə protokola əlavə edilmiş ağ rəngli, üzərində heç bir yazı olmayan DVD-R formatındakı disk maddi sübut kimi tanınmış və iş materialına əlavə edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi-0,221 qram olan narkotik vasitə heroindən tədqiqata sərf edildikdən sonra qalıq qalmış-0,171 qram narkotik vasitə heroin məhkəmənin yekun hökmünədək saxlnaması üçün Yasamal RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (cild 1, səh. 116- 121). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində Binəqədi rayon məhkəməsində Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi olmuş və 03.09.2019-cu il tarixdə həmin cinayət işi Azərbaycan Respublikası CM-nın 73.2-ci maddəsinə əsasən xitam edilmişdir (cild 1, səh.94-95). İş materiallarında olan 1(001)-331/2019 nömrəli 03 sentyabr 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilmiş, iş üzrə icraata həmin məcəllənin 73.2-ci maddəsinə əsasən xitam verilmiş və o cinayət məsuliyyətindən azad edilmişdir (cild 1, səh. 98-106). İş materiallarına əlavə olunmuş 17 aprel 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 17 aprel 2021-ci il tarixdə saat 10:25-də şübhəli şəxs qismində tutulmuşdur (cild 1, səh. 20-21) İş materiallarına əlavə olunmuş 19 aprel 2021-ci il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 aprel 2021-ci il tarixdən “polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” qətimkan tədbiri seçilmişdir (cild 1, səh. 86-88). İş materiallarında olan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Puta qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 iyul 2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 326951 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, Təqsirləndirilən şəxs ilə Novruzova (Fətəliyeva) Aynurə Tofiq qızı arasında 17 may 2007-ci il tarixində nikah bağlanmışdır (cild 1, səh.57). İş materiallarına əlavə olunmuş AZE seriyalı 11963220 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, 23.04.2007-ci il təvəllüdlü Murad Fətəliyevin atası Təqsirləndirilən şəxs anası isə Aynurə Fətəliyevadır (cild 1, səh.58). İş materiallarına əlavə olunmuş AZE seriyalı 11963231 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, 20.11.2010-cu il təvəllüdlü Məryəm Fətəlizadənin atası Təqsirləndirilən şəxs anası isə Aynurə Fətəliyevadır (cild 1, səh.58). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroinin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlini etiraf etməklə peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 17 aprel 2021-ci il tarixdən 19 aprel 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmaqla ona məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs oğluna məxsus, tədqiqatdan sonra qalıq qalmış 0,171 qram narkotik vasitə-heroin məhv edilməlidir. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına və Müdafiəçi vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-228/2021 saylı, 10.06.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, həmin tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına 11 iş saatı həcmində hüquqi yardımla bağlı 66 (altmış altı) manat, məhkəmə icraatı zamanı göstərilmiş 64 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 384 (üç yüz səksən dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17.04.2021-ci il tarixdən 19.04.2021-ci il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlu yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,171 qram narkotik vasitə- heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış ağ rəngli, üzərində heç bir yazı olmayan DVD-R formatındakı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 66 (altmış altı) manat, məhkəmə araşdırması zamanı göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına 384 (üç yüz səksən dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar